Boşanma evli cütlüklər arasmda ailə ilə bağlı qanunla nəzər- də tutulan məsuliyyətlərə son qoyulmasıdır. Bu hal məhkəmə qərarı ilə rəsmiləşdirilir. Boşanma qarşılıqlı sevgiyə, güvənə, xoşbəxtlik gözləmələrinə əsaslanan nikahdan narazılığın hüquqi forma almış ifadəsidir.
İstənilən digər sosial-psixoloji hadisələr kimi, boşanmalar da, adətən, obyektiv və subyektiv səbəblərlə bağlıdır. Bəzi sosioloqlann fikrinə görə, boşanmanı şərtləndirən əsas amillər həyat tərzinin urba- nizasiyası, əhalinin miqrasiyası, ölkənin sənayeləşməsi, qadınlarm emansipasiyasıdır. Bütün bu amillər cəmiyyətdə sosial nəzarəti aşağı salır, insanlarm həyatım əhəmiyyətli dərəcədə avtonomlaşdırır. Bu isə öz növbəsində bəzi hallarda məsuliyyətin, cütlüklərin bir-birinə qarşı davamlı bağlılıq və qayğı hissinin itməsinə səbəb olur. Lakin bütün sadalananlar problemin ümumi fonudur. Müasir cəmiyyətdə çoxsaylı möhkəm, davamlı, uzunömürlü ailələrlə yanaşı, müvəqqəti, iflasa doğru gedən nikah ittifaqlan heç də az deyildir.
Boşanmaya münasibət lap qədim dövrlərdən istənilən cəmiy- yətlərdə müzakirə mövzusu olmuşdur. İnsanlarin yalnız nikaha da- xil olmaq hüququnun deyil, həm də boşanmaq hüququnun tanın- ması demokratik cəmiyyətlərin göstəricilərindən biridir. Boşanma hüququ haqqında qanun, boşanmaya, boşananlara və boşanan ailələ- rin uşaqlarına münasibətdə formalaşan ictimai rəy ölkələrin ictimai- siyasi münasibətləri sistemi, mövcud mədəni, milli ənənələr, xalqla- rin sosial-psixoloji xüsusiyyətləri ilə six bağlidir.
XX əsrə qədər bir çox ölkələrdə boşanma kişilər üçün yol ve- rilən bir həyat norması hesab edilir, qadınların bu hüququ tanınmır, onlara kölə münasibəti hökm sürürdü. Ayn-ayrı xalqlarda qadının boşanma iddiası ilə çıxış etməsi pis qarşılanır, bu əxlaqi baxımdan yolverilmz bir hərəkət hesab edilirdi.
Vaxtilə A.Bebel yazırdı ki, hər hansı ölkənin qanun və ənənə- lərini bilmədən yalmz boşanmanm az olması faktına görə həmin öl- kə haqquıda fikir söyləmək olmaz. Məsələn, katolik kilsəsinin təsi- rinin güclü olduğu ölkələrdə boşanma qadağan edilmişdir və bu öl- kələrdə boşanmaya əngəl yaratmayan ölkələrlə müqayisədə boşan- ma hallarına az təsadüf olunur. Bəzi ölkələrdə boşanma yalnız, “gü- nah prinsipi” əsasında həyata keçirilir, yəni məhkəmə ər-arvaddan birinin ər-arvad vəfasızlığmda, öz vəzifələrini yerinə yetirməməkdə,
xəyanətdə günahkar olduğunu sübuta yetirməlidir.
Respublikamızda boşanma ailə və nikah münasibətlərinin ai- lənin gələcəkdə saxlamlmasının mümkünsüzlüyü çərçivəsində “Ailə” və “Mülki” məcəllələr əsasında VVADQ orqanları və məh- kəmələr tərəfındən ər və ya arvaddan birinin müraciəti əsasında hə- yata keçirilir.
Boşanma ərlə arvad arasmdakı ciddi konfliktlərin geniş yayıl- mış həlli üsulu kimi həmişə mövcud olmuşdur. Boşanmaya münasi- bətin dəyişməsi bir çox cəhətdən qadınlarm iqtisadİ vəziyyətinin yaxşılaşmast ilə bağhdır. Əgər qadının daimi işi varsa, özünü və uşaqlarını asanlıqla təmin edə bilirsə, o, münaqişələrin baş alıb get- diyi ailədə yaşamaqdansa boşanmaya üstünlük verir.
Boşanma problemi müasir ailədə qarşıhqlı münasibətlərin xarak- terində baş verən dəyişiklikləriə sıx bağhdır. Yeni yaranan ailə mo- dellərində münasibətlərin pozulmasının xüsusi fomıalan meydana gəlir. Əgər ənənəvi nikahda boşanma hadisəsi hiiquqi, iqtisadi, psi- xoloji planda baş verirdisə, ailə münasibətlərinin müasir formalarında Ixışanmadan sonra da onun psixoloji aspektləri nəinki saxlanılır, hətta ön plana keçir. Məşhur sosioloq N.M.Rimaşevskayanm qeyd etdiyi kimi, boşanma problemi və ailənin taleyi cəmiyyətin həyatının keçid dövründə qeyri-adi və ciddi əhəmiyyət kəsb etməyə başlayır.
Son illər ölkəmizdə boşanmaların və nikahdankənar doğum- ların sayı artır ki, bu da natamam ailələrin saymııı çoxalmasına sə- bəb olur. Demoqrafların qənaətinə görə, qeydə alınmış hər 5 nikah- dan biri boşanma ilə ləğv olunur. Boşanmaların 30%-i 5 ildən az nikah yaşı olan gənc ailələrdə baş verir.
Rus sosioloqu V.V.Solodnikovun ötən əsrin 90-cı illərinin sonunda apardığı tədqiqatların nəticələrinə görə, boşanma öncəsi vəziyyətlərdə kömək üçün cütlüklər ailə və nikah məsləhətxanalanna deyil, daha çox qohumlara və dostlara müraciət edirlər. Cütlüklərdən 75%-i analara, 51,8%-i dostlara, 39,2%-i atalara, 10,2%-i hü- quqşünaslara, yalnız 49%-i psixoloq və həkimlərə müraciət edirlər.
Ailə həyatı dövründə boşanma hallannın baş vermə riski fərqlidir. Nikahın birinci ilində bu göstərici 3,6%, 2-ci iliondə 16%, 3-4-cü ilində 18%, 5-9-cu ilində 28%, 10-19-cu ilində 22%, 20-ci ilində və sonrakı dövrdə 12,4%-ə bərabər tutulur. Boşanmalarm mütləq əksəriyyəti 18-35 yaşlar dövrünə təsadüf edir.
Erkən nikahlar boşanma riskini yüksəldən amillərdən biridir. 20 və daha yuxarı yaşda ailə quranlarla müqayisə erkən yaşlı nikahların pozulması hallarında daha çox təsadüf olunur. Lakin bir sıra sosioloqlar belə hesab edirlər ki, boşanmanın artım tendensiyası heç də nikahlarm dayanıqsızlığı ilə deyil, boşanmanm hüquqi baxımdan asan həyata keçirməyin mümkünlüyü ilə bağlıdır.
Ailədə ər-arvad konfliktlərindən söhbət gedərkən, onların ra- dikal həll üsulu kimi boşanma problemi üzərində xüsusi dayanmaq lazım gəlir.
Bir çoxları üçün boşanma əzablarından, təhqir və zorakılıqlar- dan, bezikdirici həyatdan qurtuluş yolu kimi dəyərləndirilsə də, onun bir çox neqativ nəticələri də damlmaz həqiqətdir. Bu nəticələr boşanan tərəflər, uşaqlar və cəmiyyət üçün bir sıra sosial-psixoloji problemlərlə çulğalaşmış olur. Adətən, boşanmadan uşaqlan ilə baş -başa qalan qadın daha çox zərbə alır. Belə halda qadınlann psixi pozulmalara məruz qalma riski artır.
Boşanmanın uşaqlara neqativ təsiri ər-arvad cütlüyü ilə müqayisədə daha güclü və daha yüksəkdir. Adətən, ailənin dağılma- sı nəticəsində valideynlərindən birini itirən uşaqlar öz həmyaşıdla- rıın zorakı təzyiqləri ilə daha tez-tez üzləşirlər ki, bu da uşaq və ye- niyetmələrdə nevrotik pozulmalara səbəb olan amil kimi qiy- mətləndirilir. Hər bir boşanma nəticəsində cəmiyyətə yeni natamam ailə daxil olur, cəmiyyətdə asosial davranışlı, destruktiv hərəkətlərə meylli yeniyetmələrin və törədilən cinayət hallarımn sayı artır. Bu isə öz növbəsində cəmiyyətin həyatı üçün əlavə çətinliklər yaradır.
Dünyanm bir çox ölkələrində boşanmam şərtləndirən motivlər sırasında ər-arvad xəyanəti aparıcı amil hesab edilir. Statistikaya görə, respublikamızda boşanma səbəbləri içərisində ər-arvad sədaqətinin pozulması nəticəsində boşanma bütün digər səbəblərin təxminən 25%-ni təşkil edir. Ər-arvad sədaqətinin, məhəbbətin qənimi olan xəyanət ər-arvad hissləri zonasına toxunur. Müasir ailə
üçün məhəbbət nikaha daxil olmaq, ailəni təşkil etməyin və onun mövcudluğunu təmin etməyin əsası və aparıcı motividir. Xəyanət ailədə müxtəlif ziddiyyətlərə, konfliktlərə ər-arvad arasında dishar- moniyaya səbəb olur. Müasir dövrdə ər-arvad xəyanətinə hər cür ailə tiplərində-həm fıravan, dayamqlı münasibətləri olan, həm konfliktli, həm problemli, həm də ər-arvad arasındakı münasibətlə- rin praktiki olaraq pozulduğu böhranlı ailələrdə təsadüf olunur. Xə- yanət əksər hallarda ailənin dağılmasınm, həm də dağulma ərəfəsində olan münaqişəli ailələrdəki qeyri-simpatik münasibət- lərin nəticəsidir. Yeni qurulmuş gənc ailələrlə yanaşı, orta və uzun ömürlü ailələrdə də xəyanət hallarına təsadüf olunur. Gənc ailələrdə baş verən xəyanət ər-arvadın yüngülağıllıhğı, qeyri-yetkin olması, mənəvi düşkünlüyü, alkoqolizm və narkomaniya, cütlüklərin mü- qəddəs ailə dəyərlərini kifayət qədər anlaya bilməməsi ilə bağlıdır. Burada insanların ümumi mədəni, estetik və əxlaqi tərbiyəlilik sə- viyyəsi də vacib amil kimi nəzərdən keçirilməlidir. Bütün dövrlərdə kişinin mədəniyyəti, onun şərəf və ləyaqəti onun qadına olan müna- sibət səviyyəsi ilə müəyyən edilmişdir. Əsil mədəniyyət isə əslində qadını hər şeydən əwəl dost, şəxsiyyət kimi görmək və ona hörmətlə yanaşmaqla müəyyən olunur.
Ər-arvad sədaqəti ciddi mənəvi-psixoloji problemdir və bir çox cəhətdən cütlüklərin nikahaqədərki davranışı ilə şərtlənir. Psi- xoloqların qənaətinə görə, nikahaqədərki dövrdə cinsi əlaqədə olmuş kişilər və qadınlar ailə qurduqdan sonra ər-arvad sədaqətini daha asanlıqla pozurlar. Bu onunla bağlıdır ki, ilkin cinsi təcrübə əsil məhəbbətdən uzaq olduğuna görə, seksual münasibətlərin, borc hissinin, tərəfdaşa münasibətdə məsuliyyətin dəyərini aşağı endirir, onu sarsıdır. Ər-arvadlıq borcu insanın nikah tərəfdaşı qarşısında öz öhdəliklərini, ailənin təlabat və maraqları ilə öz şəxsi təlabat və maraqlarım dərk etməsi və uzlaşdırmağı bacarmasıdır. Belə fıkirlər söylənilir ki, xəyanət, təsadüfı əlaqə insanda, adətən, günah və peşimançılıq hissi oyadır və insan bu zaman əsil məhəbbətin nə olduğunu anlamağa başlayır. Bir çox tədqiqatçıların fıkrincə, ailəli kişilərin 75% təsadüfı cinsi tərəfdaşda gözlədiklərini tapa bilmir və öz qadmlarım daha yüksək qiymətləndirməyə başlayırlar. Təsadüfı cinsi əlaqəyə daxil olan ailəli qadınlarm isə 90%-i belə səhvət duyğularmdan sonra geridə vicdan əzabı, peşimançılıq və mə- yusluqdan başqa bir şeyin qalmadığı düşüncəsinə qapılmış olurlar. Sevən və ya ailə qurmuş xəyanətkar şəxs belə hərəkətlərdən sonra qorxunc və dəhşətli bir qəbahətə yol verdiyini, ən yaxın, doğma və əziz adamını “satdığım” anlayır, və bu qəbahət bütün həyatı boyu ona dinclik vermir.
Əksər hallarda xəyanət sevgiyə zərbə vurur, onu zədələyir. Bu hərəkəti bağışlamaq isə çox çətin və müşkül məsələyə çevrilir, adə- tən, mümkünsüz olur və heç vaxt unudulmur. Uzunmüddətli ailə təcrübəsi olan cütlüklər belə, onlardan birinin nə vaxtsa yol verdiyi xəyanəti xatırladıqda məyusluq və peşimançılıq hissini yaşamalı olurlar. Kişinin və ya qadının xəyanətindən asılı olmayaraq o, ailəni dağıdır. Onu bağışlamaq və ya bağışlamamaq insanın özündən, həyat şəraitindən və s. asılıdır. Kişi xəyanət etdikdə, əksər hallarda qadınlar buna üsyankarlıqla yanaşır, lakin uşaqlar naminə ailəni dağılmaması üçün, adətən, boşanma addımı atmır, taleləri ilə barış- malı olurlar. Kişi xəyanətinə qadının münasibəti uşaqlarınm olub- olmamasından, yaşından, təhsil səviyyəsindən, işləyib-işləməməsin- dən, gələcəkdə tənha yaşayıb-yaşaya bilməyəcəyindən və s.asılı olur. Qadın xəyanəti bütün dövrlərdə Azərbaycan ailələri üçün bağışlanılmaz hal hesab olunmuşdur, əslində indi də belədir. Odur ki, qadın xəyanət etdikdə əksər müsəlman ölkələrində onun qətlə yetirilməsi kimi hallar indi də geniş yayılmışdır.
Xəyanətə heç də əxlaqsızlıq kimi baxaq olmaz. Əgər ailədə tez-tez təkrarlanan qeyri-normal münasibətlər, şübhələr, qısqanclıq, qalmaqallar mövcuddursa, xeyirxahlıq, mehribanlıq, qayğı, qar- şılıqlı anlaşma, hörmət, kədərə şəriklik, ən nəhayət, sevgi yoxdursa, bu tərəflərdən birinin bu boşluğu kənarda olan başqa bir adamda axtarmağa təhrik edir. Bir sıra müasir sosial-psixoloji tədqiqatlarda ər-arvad xəyanətinin səbəblərinin təhlilinə təşəbbüslər göstəril- mişdir. Həmin səbəbləri əks etdirən təsnifatlardan birinə diqqət yetirək: