Boşanmanın motivləri dedikdə, konkret ər-arvad ittifaqında, nikahda olan ər-arvadın təlabatınm təmin edilməməsinə və nikahın ləğvinə səbəb olan əsaslandırılmış qərar nəzərdə tutulur. Boşan- manın motivlərinə həsr olunmuş psixoloji tədqiqatlar bu hadisənin kifayət qədər davamlı, ierarxik strukturunun olduğunu sübut edir. Sosial-psixoloji tədqiqatlarm nəticələrinə əsaslanmaqla, əsasən, bö- yük şəhərlərdə baş verən boşanmaların motiv və səbəblərini aşağı- dakı qaydada sadalamaq olar: Cütlüklərdən birinin alkoqolizmə və sərxoşluğa qurşanması;
Xarakterlərin uyğunsuzluğu və qarşılıqlı anlaşmanm olmaması;
Mənzilin olmaması və ya pis mənzil şəraiti, zövq və əy- ləncəyə fərqli yanaşma;
Valideynlərin və ya qohumların ailə münasibətlərinə yer- siz müdaxiləsi;
Cütlüklərdən birinin ciddi xəstəliyi;
Nikahın saxta olması;
Ər-arvadın ailəyə və ailə öhdəliklərinə məsuliyyətsiz münasibəti;
Ər-arvadın məcburi təhrik edilmiş ayrılığı;
Sonsuzluq və ya ər-arvaddan birinin uşaq istəməməsi.
Bəzən boşanmadan sonra insan ümummədəni davranış nor-
maları ilə ziddiyyət təşkil edən əməllərə qurşamr, öz kədərini sər- xoşluqla unutmağa və ya ailəni itirməsini başqaları ilə seksual əylə- nəcələrlə konpensasiyaya cəhd edir. Ailəsini itirən bəzi insanlarda öz keçmiş ərinə (arvadma) münasibətdə məhəbbət və nifrətin növ- bələşməsi halları müşahidə olunur. Ona görə də, keçmiş ər və ya ar- vad arasında seksual yaxınlıq boşanmadan xeyli sonra da xəyallar şəklində mövcud olur. Bəzi hallarda, xüsusən, tərəflərdə unutmanm mümkünlüyü qənaəti qəti şəkil aldıqda, onlar bir-biri ilə təkrar ni- kaha daxil olurlar.
ABŞ-da aparılmış sosioloji tədqiqatlann nəticələri göstərmiş- dir ki, boşanmış cütlüklər arasmda təkrar nikahlarm göstəricisi dul qadmların sayından yüksəkdir. Bunun səbəblərindən biri ondan iba- rətdir ki, insanlar boşanma addımım əslində yeni yaratdıqları ailəni hüquqi baxımdan rəsmiləşdirmək üçün atırlar. Əksər hallarda cüt- lüklər təkrar nikahlara keçmişlə bağlı xoşagəlməz xatirələri unut- maq vasitəsi kimi baxır, bununla da şəxsi həyatlarında ciddi heç nə baş vermədiyini nümayiş etdirirlər. Boşanmalar, əsasən, ailənin er- kən həyatı dövründə baş verdiyinə görə, yenidən nikaha daxil olmaq imkanları, xüsusən, kişilər arasında daha yüksək ehtimal yaradır. Boşanma ərlə -arvadın həyatında güclü emosional və psixoloji iz buraxan itki, nikahın iflasıdır.
Zəmanəmizdə təəssüf ki, adi həyat çətinliklərinə dözməyərək, çox cüzi çətinliklər qarşısında acizlik və iradəsizlik göstərərək bol- şanmaya üz tutan cütlüklər gündən-günə artmaqdadır. Azərbaycan Dövlət Statistika Komitəsinin məlimatma görə 2012-ci ildə respub- likamızda 79,3 min nikah bağlanmış, 11 min boşanma faktı qeydə alınmışdır. 2012-ci ildə müqayisədə 2013-cü ildə 300 boşanma faktı artmışdır. Elə ailə cütlükləri vardır ki, onlar həyatın ən çətin, məşəq- qətli məqamlarında, sərt və amansız sınaqlarında belə, öz nikahla- rını həyat boyu qorumağa nail olurlar. Əksər hallarda cütlüklərdən biri boşanmaya əl atmır, qarşı tərəfın təpkiləri və təzyiqlərinə dözür, taleyi ilə barışmağa məcbur olur, lakin boşanmır. Elə cütlüklər də vardır ki, birgə həyat sürməyi mümkünsüz hesab edir və ən cüzi inciklikdən boşanırlar.
Müasir dövrdə ailə normaları davamsız və kövrək olmuş, vali- deyn və ağsaqqal nüfuzunu şərtləndirən amillər xeyli dəyişikliyə uğramışdır. Müasir gənc valideynlər uşaqlarım ailə həyatına hazırla- maq üçün kifayət qədər təcrübəyə malik deyillər. Tarixən for- malaşmış ailə ənənələri və dəyərləri deformasiyaya məruz qalır, sar- sılır və dəyişir.
Amerika psixoloqu A. Maslou boşanma prosesinin özündə 4 mərhələni əks etdirən dialektik modelini hazırlamış və bunlara uy- ğun terapevtik metodları təklif etmişdir.
“Emosional boşanma”mərhələsi ilkin mərhələ olub, ər-ar- vadlıq həyatına aid illuziyaların dağılması, xəyal qırıqlığı ilə müşayət olunur. Bu mərhələ münasibətlərdə soyuqlaşma, depres- siya, hədə, özünəqəsd, yadlaşma, qorxu, tərəflərdən birinin digərini nəzarətdə saxlaması, mübahisələr, problemlərdən qaçma cəhdləri ilə müşayət olunur. Boşanma ərəfəsində tərəflər dərin psixoloji sarsıntı və ümidsizliyə düçar olurlar. Bu dövr ağrı-acı, qorxu, hisslərin və hərəkətlərin ziddiyyətli qarşıdurması, boşluq və xaos duyğularınm oyanmasına səbəb olur. Yenidən xoşbəxtliyə nail olmaq üçün boşa- nan tərəflər dostlarmdan, ailə üzvlərindən dəstək almağa ciddi ehti- yac duyurlar.