Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Yeni sevgi təəssüratları axtarmaq



Yüklə 0,8 Mb.
səhifə109/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Yeni sevgi təəssüratları axtarmaq. Bu, adətən, çoxillik ailə təcrübəsinə malik cütlüklərin həyatında müşahidə olunur. Belə ailələrdə, adətən yaşlaşmış, maddi durumu yaxşı olan kişilər yeni sevgi macəraları yaşamaq istəyirlər. Adətən, ər-arvadlıq həyatınm 25-30-cu illərində belə hallara daha çox təsadüf olunur.

  • Ailənin kütləvi iflası. Burada xəyanət qeyi-leqal yeni ailə- nin yaranması ilə bağlı olur. Bu halda xəyanət birinci ailənin həyat qabiliyyətinin olmaması kimi qavranılması, faktiki olaraq yeni ailə- nin yaradılmasmın nəticəsi kimi özünü göstərir.

  • Təsadüfi əlaqələr şəklində baş verən xəyanət heç də də- rin sevgiyə əsaslanmır, ardıcıl və müntəzəm xarakter daşımır,əksinə təsadüfı tanışlıq “həzz məqamları”, fürsətlə bağlı olur.

    Xəyanət istənilən insan, istənilən ər-arvad ittifaqı üçün aman- sız smaqdır. Buna yüngül və əhəmiyyətsiz münasibət bəsləyən istə- nilən şəxs ya heç kimi sevmir, ya da ümumiyyətlə, sevgi hisslərin- dən məhrumdur. Adətən, xəyanət konfliktli münasibətlər fonunda baş verdikdə, o, təbii hadisə kimi qavranılır. Xəyanətə məruz qalmış insanın sarsıntıları və məyusluq səviyyəsi onun bu hərəkətlə bir də- fə, yoxsa dəfələrlə qarşılaşması faktından da asılıdır.

    Laqeydlik, ümidsizlik və ya banşmazlıq ər-arvad sədaqətinin qavranılmasmda ifratçılıqdır. Xəyanət halının baş verməsi zamanı qərara gəlməzdən əwəl xəyanət situasiyasını obyektiv şəkildə və diqqətlə araşdırmaq zəruridir. Əgər bu kişinin yol verdiyi bağışlan- maz və ilk səhvidirsə, onda bağışlamağın mümkünlüyü barədə dü- şünmək lazımdır. Qadınlar, adətən, bağışlamağı bacarslar da, kişilər ən sivil halda boşanma iddiası ilə məhkəmələrə üz tuturlar.

    N.Tusi hələ XIII əsrdə özünün məşhur “Əxlaqi -Nasiri” adlı əsərində xəyanətin iyrənc bir əməl olduğundan bəhs edərək yaz- mışdır. Ehtiras sahibi olan kişi “...öz evində yaxşı bişmiş, gözəl ha- zırlanmış dadlı yeməkləri qoyub, iştahasım öldürmək üçün o qapı, bu qapı dilənməyin çox qəbih (qəbahətli-N.Ç.) iş olduğunu anlama- lıdır, öz məhrəm və halal arvadına xəyanət edib, başqa qadınların felinə düşməyin də günah olduğunu bilməlidir. (37, s.148)

    Müasir dövrdə boşanmaya.gətirib çıxaran səbəblər içərisində ər-arvadın kobud rəftarı, alkoqolizm və narkomaniya, psixoloji uyuşmazlıq kimi amillərin təsiri artmaqdadır. Bunun səbəbi müasir insanın mədəni səviyyəsi, şəxsiyyətlərarası ünsiyyət mədəniyyəti, şəxsiyyətə, hörmətə olan tələbləri ilə qeyd olunan sosioneqativ tə- zahürlər arasındakı ziddiyyətlərin barışmazlığı nəticəsidir.


    Yüklə 0,8 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   105   106   107   108   109   110   111   112   ...   123




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin