Ailədə potensial rollar. “Potensial rol” dedikdə, hal-hazırda ailədə istifadə olunmayan, ailə üzvünün təsəwüründə mövcud olan və gələcəkdə müəyyən şəraitdə icra oluna biləcək rollar nəzərdə tutu- lur. Məsələn, “xəstə” rolu ailədə bütün ailə üzvləri sağlam olduqda aktual olmur, lakin bu rol potensial rol sayılır və hər bir ailə üzvünün bu rol haqqında irəlicədən formalaşmış təsəwürü olur. Hətta ən kiçik ailə üzvü də dərk edir ki, o, xəstə olarkən ona qulluq və nəvaziş göstəriləcək, onunla astadari danışılacaq, narahat etməyəcəklər.
Ailə psixologiyasmda rollann bölünməsinə görə, ailə tipləri- nin müxtəlif təsnifatları mövcuddur. Rus sosioloqu N.V.Qrebenni- kova görə, rollarının bölünməsi baxımından 3 ailə tipi vardır: