Psixoloji problemlər. Bu problemlər ailə üzvlərindən biri- nin təlabatlannm təmin edilməməsi ilə bağlı ifadəli narazılığı fonun- da özünü göstərir. Ailə üzvlərindən biri özünə qarşı ailədə müna- sibətin normal olmadığını israrla bildirir, aqressiyaya, sadizmə məruz qaldığmı əsas gətirməklə, özünə qarşı diqqəti artırmağa cəhd göstərir.
TəIabatlarm təmin edilməsinin əvəzlənməsi. Bu halda
patoloji rol davranışına səbəb ailə üzvlərindən birinin şəxsi təlabat- larını başqa ailə üzvünün köməyi ilə təminetmə cəhdidir. Ailədə “vundcrkind uşaq”, “ailənin ümidi olan uşaq”və s. tiplİ trav- matik rol adətən valideynlərin şəxsi tələbatlarını həmin tipli uşaq- ların gələcəyi ilə bağlı arqumentlərinə söykənir və bu, əvəzetmə yolu ilə əslində öz şəxsi tələbatlarını təmin etmək motivinə əsas- lamr. Adətən, öz uşaqlıq və gənclik illərində qurduğu xəyalları re- allaşdıra və arzu etdiyi karyeraya sahib ola bilməyən valideynlər özlərini uşaqları ilə identifıkasiya etməklə çatmadıqları arzularını kompensasiya etməyə təşəbbüs göstərirlər. Bu halda valideynlərin ailədə uşağa qayğısı ilə yanaşı, tələbkarlığı da hədsiz artır. Uşaq va- lideynlər tərəfındən tam asıiı vəziyyətə salımr, onun uğursuzluqları faciə kimi qarşılanır. Boşanma, ailə üzvlərindən birinin ölümü və ya uzunmüddətli ayrılıq, emosional soyuqluq və s. kimi mühitdə böyü- yən uşaqlar daha çox psixi travmaya məruz qalırlar. Patoloji rolun meydana gəlməsinə proyeksiya mexaniz- minin təsiri.Məlum olduğu kimi, proyeksiyanın psixoloji mexa- ııizmi müdafıə reaksiyası ilə bağlıdır. Başqa adama münasibətdə aqressiyanı hiss edən və bu hissi amoral hiss kimi qiymətləndirən şoxs bundan çıxış yolunu öz aqressiyasını günahsız olmayan başqa birinə yönəltməkdə gorür. “Əgər mən başqalarının qüsurlanna qarşı mübarizə aparıramsa, deməli, mən qüsursuzam”- tezisi proyeksiya mexanizminin əsas şüarıdır. Ailə üzvlərindən hər hansı birinin qəs- dən çıxtlmaz vəziyyətə salınması, onun uğursuzluqda, fərsizlikdə, ailəyə problemlər yaratmaqda mütəmadi olaraq günahlandırılması həmin ailə üzvlərində nevrotik simptomların meydana gəlməsinə sə- bəb olur. Çətin tərbiyə olunan, ailəyə rüsvayçılıq gətirən və ya prob- lemli ailə üzvü olan uşaq daha çox psixoloji, fıziki, emosional və ya iqtisadi zorakılığa məruz qalır.
Patoloji rol davranışı ailə üzvlərinin özü haqqında formalaşınış sosioneqativ təsəvvürlərdən azadolmaq istəyinin təsiri altında yarana bilər. Belə patoloji rol davranışına əsasən alkoqol və narkotika düşkünü yaşayan ailələrdə təsadüf olunur. Bu- rada himayəçi (“xilaskar”) və Iıimayə olunan (“xilas edilən”) rolları meydana gəlir. Fərdə görə, müavinət alan ana və ya qadın spirtli içki ikən ailə üzvünü söyür, içkini gizlədir, onun içki dostları ilə qruplaşmasına müxtəlif vasitələrlə maneçilik törətməyə çalışır, daxil olduğu içki qrupu üzvlərini təhqir edir və günahlandırır. Bu halda fərd arvadın və ya ananın səylərini dəyərləndirir və onu alkoqolizm- dən və ya narkomaniyadan “xilas” etməyə çahşdıqlarını anladığını söyləyir. Əslində isə bu, qeyri-səmimi münasibətdən və öz əməllə- rini davam etdirdiyini gizlətməkdən başqa, onu köməksiz və çıxıl- maz vəziyyətdə qoyur, lakin o, şəxsi həzzlərindən ayrıla bilmir, şəx- si məsuliyyət hissi zəifləyir.