Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Ailə üzvlərinin xüsusiyyətlərindən asılı olaraq nəsillər arasında konfliktlərin səbəbləri



Yüklə 0,8 Mb.
səhifə85/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Ailə üzvlərinin xüsusiyyətlərindən asılı olaraq nəsillər arasında konfliktlərin səbəbləri:

1.

Utanc gətirən şəraitdə birgə yaşayış;

2.

Uyğun olmayan” şəxslə nikaha daxil olma;

3.

Ailədə hörmət, dostluq və qarşüıqlı anlaşmanın olma-

4.

Qohumların ailənin həyatına müdaxiləsi;

5.

Uşaqların ailədə düzgün tərbiyə olunmaması;

6.

Uşaqlarm böyüməsi (yaşlılaşması);

7.

Boşanma və ya valideynlərin ayrı yaşaması;

8.

Qaynana ilə gəlin arasında münaqişələr;

9.

Ər-arvad konfliktləri;

10.

Övladların şəxsi ailəsinin olması;

11.

Xala və bibi arasında konfliktlər;




  1. Kənar şəxslərin konflikti qızışdırması;

  2. Ailə əmlakının bölünməsi;

  3. Ailədə hakimiyyət uğrunda mübarizə;

  4. Təkrar nikaha daxil olma;

  5. Nəvələrin olmaması;

  6. Bacı və qardaşlar arasında konflıktlər;

  7. Ər vəya arvaddan birinin ölümü;

  8. Uşağın oğulluğa və ya qızlığa verilməsi;

  9. Nəvələrin doğulması.

Ailədə nəsillərarası konfliktlər uşaqların tərbiyəsinə mənfi tə- sir göstərir, neqativ affektiv fon yaradır, psixoloji iqlimi korlayır. Belə ailələrdə nevrotik uşaqların olması riski artır.

Ailədə nəsillər arasında konflikt sələflər və xələflər arasmda, so- sial icmada qarşılıqlı münasibətlərin kəskinləşməsinə səbəb olan mü- rəkkəb və çoxcəhətli hadisədir. O, ailənin fərdi və ictimai-əxlaqi dəyər- lərinə sarsıdıcı zərbə vurur, onu nüfiızdan salır, ailə institutunun dağıl- masma yol açır, ailə fiınksiyalann yerinə yetirməsinə və inkişafina ne- qativ təsir göstərir. Burada kompleks amillərin- ailə üzvlərinin yaşlan arasmdakı kəskin fərqlər, ailədə liderlik uğrunda mübarizə, ailə üzvlərin xarakterinin toqquşması, habelə gender, maddi, status və s. amillərin təsirli rolu vardır. Nəsillər arasında konflikt ailədaxili münasibətlərin pozulmasınm həm səbəbi, həm də onun nəticəsi kimi dəyərləndirilə bilər. Ailədaxili konfliktlər cəmiyyətdə fərdlər və qruplar arasmdakı konfliktlərin proyeksiyasıdır. Onlar nəinki ailəyə, habelə cəmiyyətə və şəxsiyyətin inkişafina da mənfi təsir göstərir.

Cəmiyyətdə yaşayan gənc, orta və yaşlı nəsillərin üstünlük ver- diyi dəyərlər onlar arasmda konfliktlərin yaranmasmın əsas mənbəyini təşkil edir. Ölkədaxili sosial-iqtisadi böhran, siyasi sabitsizlik nəsillər arasında münaqişələrin yaranmasında təsirli amil olsa da, heç də həl- ledici deyildir. Cəmiyyətdə konfliktlərin sayınm və miqyasımn art- ması, mənəvi böhran, əxlaq normalarmm dəyərsizləşməsi, yeni moda, davranış tərzi və dəyərlər sisteminin yeniləşməsi və s. nəsillər arasmda konfliktlərin baş verməsində daha güclü təsirə malikdir.

Ailədə nəsillər arasında “ata-övlad” tipli konfliktlər zamanı tərəflərin hər biri özünəməxsus arqumentlərə əsaslanmaqla öz möv- qeyinə və davranışına haqq qazandırmağa cəhd göstərir. Ailənin yaşlı üzvü (və ya üzvləri) belə hesab edir ki, onların yaşı, həyat təc- rübəsi və xidmətləri, sahib olduğu əmlak və s. ona yüksək tonla, amiranə tərzdə danışmaq, məsləhət və nəsihətlərinə necə əməl olun- duğuna nəzarət etmək haqqı verir. Ailənin gənc üzvü isə öz mövqe- yində israr edir və belə hesab edir ki, müqayisə insanın yaşına görə deyil, nitq və qabiliyyətinə görə aparıla bilər.

Müasir Azərbaycan ailəsi ənənəvi, patriarxal ailədən fərqlənir. Müasir ailələrdə ailənin əlverişli və ya uğurlu olması dəyəri get-ge- də sıxışdınlmağa məruz qalır, ailə üzvlərinin şəxsi karyera uğurları və ailədəki rolu daha güclü təsir amilinə çevrilir. Ailə üzvü olan gənc qızın şəxsi uğurları və gəlirləri onun ailədə söz sahibi kimi üs- tün roluna təkan verir.

Ailədəki konfliktlər dolayı yolla cəmiyyətdə baş verən proses- lərlə sıx bağlıdır. Cəmiyyətdə nəsillər arasmdakı konfliktlər heç də ailədə nəsillər arasındakı münasibətlərə təsirsiz ötüşmür. Nəsillərin konflikti potensial, olaraq ailənin yaranmasınadək formalaşa və ailə yarandıqdan sonra onun həyatınm müəyyən inkişaf mərhələsində də meydana çıxa bilər. Ailənin həyat tsiklinin müxtəlif mərhələlərində qeyd olunan potensial konfliktlərin “qəlpələri” öz təsirini çox kəs- kin şəkildə bildirir. Bu konfliktlərin ailənin həyatımn ayrı-ayrı mər- hələlərində başvermə səbəbləri və onlann xarakteri maraq doğurur: gənc ər-arvadın nikaha daxil olması, ilk uşağm doğulması, son uşağın doğulması, övladlardan birinin nikaha daxil olması, nəvə- lərin doğulması və ər-arvaddan birinin və ya hər ikisinin ölümü.

Atalar və oğullar” tipli konfliktlərin meydana gəlməsinin əsas səbəbi ailənin həyat tsiklində bir mərhələnin başa çatması, digər mərhələnin meydana gəlməsi ilə bağlıdır. Adətən, belə konfliktlər tez-tez baş versə də, qısamüddətli olur. Elə hallar da olur ki, ailədə nəsillər arasında konfliktlər nadir hallarda, lakin kəskin şəkildə olur.

Ailədaxili münasibətlərin tənzimlənməsində yaxın dostların, qonşularm, yerli bələdiyyə, icra hakimiyyəti orqanlarının, sosial iş- çilərin və icmaların, habelə yaşayış yerində nüfuzlu ağsaqqalların təsiri də olduqca önəmlidir. Sosioloqların fikrincə, nəsillər arasmda ailədaxili münasibətlərin pozulmasında tərəflərin bir-birinə psixolo- ji təzyiq metodları ilə yanaşması daha yüksək göstəriciyə,təxminən 63%-ə bərabərdir. Nəsillərin kəskin mübahisələri və qarşıdurmaları emosional yadlaşma, səmimiyyət və ülviyyətin tükənməsinə gətirib çıxarır. Bu isə çox vaxt şiddət formasında (döymə, zərbə endirmə, xəsarət yetirmə və s.) tərəflərin bir -birinə fıziki - zorakı təsiri ilə nəticələnir. Rus sosioloqu M.V.Vdovinanın qənaətinə görə, qarşı- durma və konfliktli vəziyyətlərin nəticəsində tərəflərin bir-birinə fı- ziki zor tətbiq etmə riski 27%-ə bərabərdir.

Qarşı duran tərəflər bir-birinə qərəzkarlıq, boykot, təşəbbüslə- rin bəyənilməməsi, sosial təcrid, küsülülük, qarşı tərəfə zidd ntövqe nümayiş etdirmə, hədə, qayğıdan məhrumetmə kimi davranış aktları konfliktli vəziyyətlərdə özünü göstərən əsas qarşıdurma vasitələrinə çevrilir. Yaşlıların mülkiyyət, əmlak və maddi dəstəkdən mərhumet- mə hədələri adakvat olaraq yeniyetmə və gənc xələflərdə yaşlıları köməksiz vəziyyətdə qoymaq qərəzkarlığı mövqeyi doğurur ki, bu da adətən yaşiıların sosial təcridolunmasına gətirib çıxarır.

Valideyn məhəbbəti böyükməkdə olan uşaqda özünəhörmətin, başqa adamlarla yaxşı qarşılıql münasibətin, özü haqqında müsbət təsəvvürlərin formalaşmasında əsas amildir. Məhəbbətin olmaması sinir - psixi dalğınlıqlara, başqa adamlara qarşı düşmənçilik və aqressivliyin yaranmasma səbəb olur.

Ailədə sürəkli baş verən konfliktbr kiçik yaşlanndan uşaqların psixikasına xəsarət yetirir, onlarda qorxu, müdafıəsizlik və inamsızlıq hissləri baş qaldınr. Nevrotik ailədə böyüyən uşaqlarda aqressivlik, qarşıdurma və xəbərçiliyə meyllilik, inamsızlıq daiıa güclü inkişaf edir, özünəqapanma hallanna daha çox təsadüf olunur. [54,s.97-98]

Ailənin mənzil, iqtisadi və sosial problemiərinin həll edilməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər, sosial- psixoloji xidmət, maarifləndirmə ailədə davramş mədəniyyətinin və tərbiyə işiııin yüksəldilməsi yolu ilə nəsiilər arasında koııflikt riskini azaltmaq olar.

Bütün cəmiyyətlərdə tarixən baş verən dəyişikliklər və müa- sirləşmə prosesi ailə institutuna həmişə ciddİ təsir göstərmişdir. Son 20 aildə Avropada ailə institutu çox ciddi dəyişikliklərə məruz qal- mışdır. Avropa Ittifaqının statistika mərkəzi olan Evrostat tərəfin- dən açıqlanan son rəqəmlərə görə, quruma üzv olan ölkələrdə bo- şanma göstəriciləri artıq 40%-ə çatmışdır. Bu göstərici Belçika- da75%, Estoniyada 70%, Çexiyada 67%-dir.

Rusiyada nikahdankənar doğuşların sayı 30%, İslandiyada 65%, Estoniyada 56%, İsveçdə 55%, Norveçdə 50%, Danimarkada 45%, Latviyada 42% təşkil edir.

Dünyanın inkişaf etmiş bir çox ölkələrinin ailə institutunda böhran kəskin şəkil almışdır. Təkmənzilli göydələnlər artır, “XXII əsrdə ailə institutu mövcud ola biləcəkmi”? sualı tədqiqatçı -sosio- loq və psixoloqları ciddi düşündürməkdədir. İnsanların psixologiya- sında fərdi mərkəziyyətçilik, eqoizm, “Kalifomiya sindromu” adlandırılan həyat tərzi -öz rahatlıqlarını düşünən insanların sayı durmadan artır, insanlarda öz “eqo”sunu və şəxsi maraqlarmı təmi- netmə meylləri get-gedə güclənir.

Biz qadmlara, uşaqlara daha çox sərbəstlik istədik və nəticə- də ailəni restorana və otelə çevirdik”-deyə bir İsveçrəli sosioloq qeyd edib. Gender bərabərliyi uğrunda mübarizə aparan bir çox fəallar artıq bunun əks nəticə verdiyini etiraf edirlər. Ailəni qom- maq üçün ailə dəməkləri, ailəyə dəstək mərkəzləri, ailəyə yardım la- yihələri həyata keçirilir. Bir çox ölkələrdə ailədə doğulan uşaqların sayım artırmaq üçün güclü maliyyə vasitələri xərclənir.

Dünyada baş verən qloballaşma prosesləri ənənəvi Azər- baycan ailələrinə də güclü təsir göstərmiş, müasirliklə ənənəviliyin toqquşmasına gətirib çıxarmışdır.

  1. AiIədə rol-cins davranışı və onun pozulmasının nəticələri

Məlumdur ki, ailə üzvlərinin təlabatlarımn təmin olunması onların həyat fəaliyyəti prosesində həyata keçirilir. Maddi təlabatlar, təsərrüfat-məişət, istirahət, əyləncə və özünüinkişaf təlabatları asudə vaxt sferasmda, uşaq və yeniyetmələrin şəxsiyyətinin inkişafı isə tərbiyə funksiyasmın yerinə yetirilməsi gedişində təmin olunur. Ailənin qeyd olunan bütün çoxcəhətli fəaliyyət sahələri uyğun şəkildə təşkil olunmalıdır.

Ailə sosial təsisat kimi rol nəzəriyyəsi şəbəkəsində mühüm yer tutur. Rol insan davramşmın sosial cəhətdən bəyənilən nü- munəyə uyğunluğunun xarakteristikasıdır. [76,s. 194]

Rol davranış nəzəriyyəsinin yaradıcıları. C.Mid və C.More- nonun fikrinə görə, ailənin həyat fəaliyyətinin təşkilinin konkret sosial-psixoloji forması onda mövcud olan rolların strukturudur. Məhz o, əsas əlamətləri ilə kimin, harada və hansı ardıcıllıqla nəyi necə yerinə yetirilməsini müəyyən edir. Rus psixoloqu A.V.Petroski qeyd edir ki, “rol” anlayışı hƏr şeydən əwəl ictimai və şəxsiyyətlə- rarası münasibətlər sistemində müəyyən mövqe tutan fərdin gözlə- nilən normativ bəyənilən davranış formalarını əks etdirir. “Rol” an- layışına davranışdan başqa cəmiyyətdə müəyyən mövqe tutan insa- nın arzu və məqsədləri, əqidə və hissləri, sosial yönəlişlikləri, də- yərləri və hərəkətləri də daxildir. Ailə hər şeydən əwəl bir kollektiv kimi, digər kiçik sosial qruplarla müqayisədə daha ciddi rol struktu- runa malikdir. [76,s.l93]

Sosial dramaturgiya” adlanan konsepsiyanm yaradıcısı məş- hur alman sosioloq və psixoloqu E.Qoffman həyatla teatr arasında praktik olaraq tam anologiyaları müəyyən etməyə nail olmuşdur. Çoxsaylı müqayisələr əsasında tetrlarla real həyatı qarşılaşdıran E.Qoffman bu qənaətə gəlmişdir ki, real teatrda olduğu kimi “ailə teatrında” da gələcək ailə üzvlərinin istirahəti üçün aynca otaq ol- malıdır. Tamaşadan sonra yorulmuş aktyorların sadəcə olaraq istira- hət etməsi, onları təngə gətirən maskaları atmaları, tamaşaçılara rol- ların təsirinin öyrənilməsi üçün şərait olduğu kimi, ailədə də belə konfort şərait olmalıdır.

Ailə münasibətlərinin, ailəvi rolların təhlili onun funksiyala- rını dərk etmək üçün mühüm əhəmiyyət kəsb edir. Ailəvi rol insa- nın cəmiyyətdəki sosial rollarından biridir. O, ər ilə arvadın ailədə yeri və funksiyaları ilə müəyyən olunur və izdivac (ər, arvad), vali- deyn (ata, ana), uşaq (oğul, qız, qardaş, bacı), nəsildaxili (baba, nə- nə) və s. rollara bölünür. Ailəvi rolun icrası bir sıra şərtlərdən asılı- dır. Ailənin hər bir üzvü özü üçün dəqiq müəyyən etməlidir ki, bu və ya digər davranış ona hansı qaydaları, normalan diktə edir. Ailə- də yaşına görə, eləcə də, rol statusuna görə, hamıdan böyük, məsə- lən, ailə başçısı - ər olmasına baxmayaraq, əgər o, zəif iradəlidirsə, müasir şəraitdə bu rolda müvəffəqiyyət qazana bilməyəcəkdir. Ailə- ni uğurla idarə etmək üçün rolun şəraitin tələblərinə müvafiq surət- də dəyişkən olması və bununla bağlı rolda davranışın çevikliyi mü- hüm əhəmiyyət kəsb edir. Ailədə sözügedən funksiyaların yerinə yetirilməsi zamanı təbii ki, roi münaqişələrinin yaranması da müşa- hidə oluna bilər.

Bir sıra hallarda kütləvi informasiya vasitələrində qadmların ənənəvi rolunun təqib olunması reklam olunur. Qab yumaq qadm işi hesab edilmir. (“Sən qab yuyan deyilsən, sən qadmsan” və ya kana- lizasiya xəttinin tutulmasından əsəbləşən qadının kələm yarpaqlarmı ərinin üzünə çırpması). Burada yeni məişət texnikasınm və ya məi- şət kimyası vasitələrinin satışından əldə edilən gəlirlərin cəmiyyətin itirdiklərindən yüz dəfələrlə az olması, vurulan ziyan nəzərə alın- mır.

Rolun mənimsənilməsi cinslərarası münasibətlər sahəsində müxtəlif normalarm, etalonlarm, stereotiplərin və şablonların mənimsənilməsi ilə bilavasitə bağlıdır. Bu prosesdə bir tərəfdən, mövcud ənənələr, digər tərəfdən, valideynlərin qarşılıqlı davranış modeli müəyyən əhəmiyyət kəsb edir.

Məhəbbət hissinin formalaşmasında “valideyn tipinin” rolu məsələsinə hələ XX əsrin 30-cu illərində rus psixoloqu P.P.Blonski “Uşaq seksuallığı” adlı məşhur əsərində toxunmuşdur. Aydın məsə- lədir ki, şəxsi qarşılıqlı münasibətlərin formalaşmasmda valideyn tipinin rolundan mütləq mənada danışmaq səhv olardı. Məsələnin ikinci cəhətinə də diqqət yetirmək lazımdır. Oğlan xüsusilə ilk vaxtlarda, qızın davramşmı qiymətləndirərkən onu anasınm obrazı ilə, qız isə əksinə? oğlanın rol davramşım atasınm obrazı vasitəsilə müqayisə edib qiymətləndirir. Başqa sözlə, hər bir qız və oğlan qar- şılıqlı münasibətlərə kişi və qadın rolu haqqmda malik olduqları özünəməxsus təsəwürlərlə daxil olurlar.

Ə.Ə.Əlizadənin qeyd etdiyi kimi, “kişi və qadının proobrazı kimi, oğlan və qız rolunda da qeyri-müəyyən və dəqiq olmayan cəhətlər çoxdur. Bu cəhətdən qarşılıqlı münasibətlərin formalaşma- sında onlardan hər birinin şəxsi keyfıyyətlərindən çox şey asılıdır. Oğlan və qızın iradi keyfıyyətləri, xarakter əlamətləri, terperament tipi, intellektual səviyyəsi, motivlərinin istiqaməti, dünyagörüşü və əqidəsi-bunların hamısı, onlarm qarşılıqlı münasibətlərində əks olunur və dostluq-məhəbbət hissinin formalaşmasını şərtləndirir”. [10,s. 173]

Birçox insan cəmiyyətləri kişi və qadınlara müxtəlif vəzifələr verir. Ailədə bu vəzifələrin bölünməsi, əsasən, cinslərin təbii fərqliliyinə əsaslanır. Bu münasibətdə kişilərə düşən vəzifələr, əsasən, çalışaraq öz ailəsinin sosial yaşayışım, onun davamlılığım təmin etməyi nəzərdə tutur. Qadınlara düşən vəzifələr sırasına isə ev işləri və uşaqlann tərbiyəsi ilə məşğul olmaq və s.aid edilir. Lakin müasir cəmiyyətdə, o cümlədən ailədə kişilər və qadınların hüquq və vəzifələrinin bərabərləşməsi, başqa sözlə, gender problemi günü- müzün aktual məsələlərindən birinə çevrilmiş və tədqiqat obyekti olmuşdur. Bu vəzifələrin bərabərləşməsinə qadınların, demək olar ki, bütün sosial sahələrdə çalışmalarım, təhsil almaq azadlığını, cə- miyyətdə öz fikirlərinin sərbəst şəkildə çatdırmağım, kişilərin isə ev işlərində qadınlara köməklik etməsini və s. göstərmək olar.

Bir çox ailədə daha çox gəlir gətirməyindən asılı olaraq, prob- lemləri həll etmək nöqteyi-nəzərindən evdə hakimiyyətə yiyələnmək mühüm hal hesab olunur. Bu ideya kişi və ya qadının gəlir problemi- ni həll etməsi ilə bağlı, ailədə iqtisadi hakimiyyətin monoton paylaş- masını göstərir. Gəliri olan üzv ailədə hakimiyyətə yiyələnir, çünki gəlir iqtisadi həyatda ən vacib amildir. Belə təyinetmə eynilə ailədə “ata”, “ana”, “ər”, “qadın”, “uşaq”, “qohum” kimi ailə rollanna da aiddir. Belə ki, istənilən ana haqqında söhbət düşərkən, ilk növbədə övladı və ya övladları olan və onlara qayğı göstərən qadın nəzərdə tu- tulur. “Ana” roluna ən başlıcası uşaqlara məhəbbətdən ibarət olan hisslər kompleksi daxildir. Ana yalnız müəyyən hisslər və davramşın daşıyıcısı deyil, həm də öz övladlarından ləyaqətli insanlar yetişdir- mək məqsədinə doğru cəhd göstərən konkrat canlı insandır.

Rol mürəkkəb törənədir. Yuxarıda qeyd olunan anlardan baş- qa bu anlayışa müəyyən sanksiya və sosial normalar da daxildir. Rus sosioloqu Q.M.Andreyeva qeyd edir ki, “normalar qrup tərəfın- dən işlənib hazırlanmış, onlann davramşım özünə tabe edən birgə fəaliyyətinin mümkünlüyünü təmin edən qaydalarm məcmusudur”.

Normalar rol daşıyıcısınm konkret olaraq hansı öhdəlikləri yerinə yetirməsini müəyyənləşdirir: ana uşaqlann müxtəlif bacarıq və vərdişləri mənimsəməsinə kömək etməli, onların davramşına nə- zarəti həyata keçirməli, zəruri olduqda onları cəzalandırmahdır. Sanksiya rolun yerinə yetirilməsi və ya yetirilməməsinə reaksiyadır.

Öz uşaqlannı sevmədiyinə görə, ətrafdakıların ataya və ya anaya ittihamı məhz sanksiyadır. Öz rolunu yerinə yetirə bilməyən şəxslər vicdan əzabı hiss edirlər ki, bunu da daxili sanksiya adlandırmaq olar. Ailə rollarının öyrənilməsində onların konvensional şəxsiy- yətlərarası rollar olmaqla fərqləndirilməsi xüsusi vacib əhəmiyyət kəsb edir. Konvensional rollar hər bir insanın müəyyən qaydalara, əxlaqa və ənənələrə əsaslanmaqla yerinə yetirdiyi rollardır. Məsə- lən, istənilən ananın öz uşaqlarına münasibətdə hüquq və vəzifələri, eyni zamanda uşaqların anaya münasibəti qanunvericiliklə təsbit olunmuş, mənəvi baxımdan və ənənələrə uyğun olaraq konkretləş- dirilmişdir. Rolun yerinə yetirilməsi xüsusiyyətləri az və ya çox də- rəcədə konkret ailədən və fərddən, onun şəxsiyyət xüsusiyyətlərin- dən, meyl və qabiliyyətlərindən asılıdır.

Rol gözləmələri ikitərəfli prosesdir: hər hansı bir adam bir tə- rəfdən başqa adamlardan onların öz rollarma uyğun davranış tərzi gözləyir. Müvafıq situasiyada qadının özünün, tutaq ki, ana kimi, kişinin ata kimi aparacağını gözləyir. Əgər ana və ya ata özlərini ət- rafdakı adamların gözlədiyi kimi aparmırsa, onların arasında müxtə- lif formalarda konfliktlər yaranır.

Konvensional və şəxsiyyətlərarası rollar arasındakı fərqlərdən bəhs edən ABŞ sosial psixoloqu T.Şibutani yazır ki, konvensional rollar standartlaşmışdır və şəxssizdir; rolu kimin icra etməsindən asılı olmayaraq hüquq və vəzifələr dəyişməz qalır. Şəxsiyyətlərara- sı rollarda isə, bu cəhətlər bütövlükdə iştirakçıların fərdi xüsusiy- yətlərindən, onların hiss və təlabatlarından asılıdır. Belə ki, eyni müəssisədə eyni vəzifə tutan iki şəxs (konvensional rol -əməkdaş) öz şəxsiyyət xüsusiyyətlərindən asılı olaraq “dost”, “həmkar”, “rəqib” və s.kimi şəxsiyyətlərarası rollarda çıxış edə bilərlər.

Konvensial rol kimi şəxsiyyətlərarası rol da ailədə geniş təsiredici amillər vasitəsilə yaranır. Buraya hüquq, adətlər, əxlaqi ustanovkalar, ailə üzvünün şəxsiyyət xüsusiyyətləri, ailənin həyat şəraiti və s.aid edilə bilər. Ailədə rollarm rol nəzəriyyəsi baxımın- dan tələblərə cavab verməsi üçün ailə mühitində kifayət qədər bitkin bir sistem olmalıdır. Hər hansı rolun nümayəndəsinə verilən tələblər onun roluna uyğun gəlmirsə, ziddiyyətlər, onun yerinə yetirilməsin- də ciddi çətinliklər yaranmış olur. (Məsələn, ailə üzvü olan 10 yaşlı qıza özündən yaşca kiçik olan bacı və qardaşına qulluq göstərmək tələbinin qoyulması) Çətinliklər eyni zamanda bir fərdin üzərinə müxtəlif rolların icrası tələbi qoyulduqda da özünü göstərir. Sosio- loji və psixoloji ədəbiyyatlarda bir qadmın üzərinə eyni zamanda “iki qadın rolunun” icrası tələbinin qoyulduğu zaman ziddiyyətlərin daha kəskin xarakter alması ilə diqqəti çəkdiyi qeyd olunur. Bu hal qadın-ana rolunun icrası prosesində həm işləməsi, həm də ailədə valideynlik və qadınlıq fimksiyalarını yerinə yetirməsi prosesində daha qabarıq nəzərə çarpır. Belə hallarda ailə üzvünün ziddiyyətli rolun icrası zamanı hədsiz yüklənməsi ailənin həyat fəaliyyətini pozur, psixi sağlamlığa mənfı təsir göstərir.

Fərdin ailədə icra etdiyi rollar onun təlabatlarını təmin etməli, nüfuzuna, simpatiyasına, ona qarşı hörmətə zərbə vurmamalıdır. Məsələn, “ər” rolu yalnız müəyyən vəzifələri deyil, həm də müəy- yən hüquqları nəzərə tutur. Bu sosial rolu yerinə yetirərkən ər mə- həbbət, hörmət, özünün seksual-erotik və digər təlabatlarınm təmin olunmasım gözləyir.

Fərdin yerinə yetirməli olduğu rol onun imkanlarına uyğun olmalıdır. Fərd üzərinə qoyulmuş rolu yerinə yetirmək iqtidarında olmadıqda, onda qorxu, yüksək məsuliyyət hissi, sinir-psixi gərgin- lik, öz qüvvəsinə inamsızlıq yaranır, fərsiz və qabiliyyətsiz adam damğası onu təqib edir ki, bu da psixi travmatik təsir göstərən amilə çevrilir. Fərdin icra etdiyi ailə rolları sistemi elə olmalıdır ki, o, yalnız bir fərdin deyil, bütün digər ailə üzvlərinin də təlabatlarınm təmin olunmasına imkan yaratmış olsun. Ailədə bir nəfərin həyatı və ya istirahəti digər ailə üzvlərinin fasiləsiz zəhməti və gərgin əmə- yi sayəsində təmin olunur və ailənin digər üzvləri heç vaxt rahatlıq tapa bilmirsə, bu psixi travma mənbəyinə çevrilir. (Məsələn, ailədə ağır yataq xəstəsinin və özünə xidmət edə bilməyən əlil ailə üz- vünün olması).


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin