Şəkil 11 Gəlin və qayna- na arasmdakı münasi- bətlərdən yaranan kon- fliktlər tarixi səciyyə daşıyır. Görəsən bunlar nədən başlanır? Bu iki qadmın bir kişiyə olan münasibətindən doğan qısqanclıdanmı, ailədə hakimiyyət uğrunda mübarizədənmi, oğul- valideyn arasında həll edilməmiş problemlər- dənmi, yoxsa insanlarda hələ də yaşamaqda olan qədim gizli instinklərdənmi baş qaldırır? Nə üçün gəlinlə qaynana arasındakı münasibətlər çox keçmədən belə ağır və dramatik xarakter almağa başlayır? Bu döyüşlərdən ədalətli və uğurla
çıxış qaydaları, hazır reseptlər vardırmı? Suallar çox, cavablar isə azdır. Dünyaya oğul gətirən hər bir ananın ən böyük arzusu əlbəttə ki, onun ərsəyə çatması, toy edərək ailə qurub xoşbəxt olmasıdır.
Lakin psixoloji tədqiqatlar göstərir ki, oğlu ailə qurmuş hər iki qadından biri oğlunun ailəsinin dağılmasmdan daxili bir məmnun- luq hissi keçirir və buna qətiyyən təəssüflənmirlər. Psixoloqların qə- naətinə görə, hər bir ana-qaynana həyatlannın sonuna qədər belə faktla barışa bilmirlər ki, onların böyüdüb ərsəyə yetirdikləri oğul- larım yad qızı olan biri (gəlin) əllərindən almış və onlardan ayır- mışdır. Bəlkə elə buna görədir ki, xalqımızın yaşı VII əsrə gedib çıxan eposu “Dədə Qorqud”da qoca ozan gəlinə “ayıran” demə- diyindən təəssüfləninniş. Rus psixoloqu N.M.Minuxinanın fıkrincə, gəlinlə qaynana arasındakı münasibətlərin mürəkkəbliyi bir neçə məqam ətrafında dövr edir. Birincisi, belə hesab olunur ki, qaynana və gəlin, yəni iki qadın bir kişini “bölüşürlər”. Bu doğru deyil, qaynana (ana) üçün oğul, ər yox, məhz oğuldur. Gəlin üçün isə, onun oğlu ondan qoparılmış ərdir. Həm oğul, həm də hər iki qadın
iiçün bütün rollar fərqlidir: “qaynana-gəün,,5 “ana-Oğul”, “ər-arvad”. İkincisi, rolların özləri əks istiqamətlidir: “ər-arvad” rolları şaquli, yəni bərabər statusludur və tərəfdaş rollarıdır. “Ana-oğul” və “qay- nana-gəlin” rolları isə üfıqi, nəsillərarası rollardır. Bəs problemlər nə üçün yaramr? Ona görə ki, biz düşünürük: kim isə bizi bu kürsü- dən düşürə, bizim rolumuzu çevirə bilər. Buradan da qısqanclıq, rə- qibi aradan götürmək istəyi yaranır.
Məlumdur ki, ailə nə xəyal, nə röya, nə də bir filmdir. Ailə gerçək həyatm özəl standartlannı təşkil edən ciddi bir qurum, xüsusi bir sistemdir. Ailənin varlığını qoruyan, onu idarə edən ilk güc mən- bəyi atadır. Ogər ata keçmiş həyatını dolğun, mənalı və zəngin ömürlə yaşayaraq qavınata da olmağa ömrü çatıbsa, bu məqam in- san həyatında üstün bir məqam kİmi qiymətləndirilə bilər.
Ailəsİni sevən qaynatanın mərlıəmətli davranışı, düşüncəli, ədalətli və müdrik hərəkətləri, danışıq tərzi ailədə mehribanlığm əsasını təşkil edir. Ailənin üzvləri sayca artdıqca, ailənin tərkibi də- yişir və problemlərin qarşıya çıxması faktı qaçılmaz olur. Müxtəlif dünyagörüşünə, fərqli baxışlara, çeşidli yanaşmalara və müxtəlif xa- rakteriərə malik insanlar arasında münasibətlərin nizama salınması heç də asan olmur. Ailə sosial qrup kimi öz inkişafına görə nə qədər aşağı səviyyədədirsə, bu, ailə üzvləri arasında rol və şəxsiyyət konf- liktlərinin baş vermə ehtimalı daha yüksəkdir.
KJçik incikliklər küsülülüyə, dalıa sonra açıq ixtilaflara çevrilir. Gərgin xarakter alan belə vəziyyətlərdə ailədaxili münasibətlər korlamr, qarşı duran fıkirlər, toqquşan mənafelər aİlədə doğma adamlar arasında nifaqa səbəb olur və son nəticədə ailənin bütövlüyü təhlükə altına düşür. Belə olan hallarda ailənin yaşlı üzvü olan qaynata öz həyat təcrübəsi və təsirli ibrətlərin sayəsində ailəni didişmə və öcəşmələrdən qorumağa nail olmalıdır. O, baş qaldıran fıtnə qığılcımlarının üzəriııə həyat suyu çiləyə- rək haqq-ədalətin keşiyində durmalıdır..
İslamın böyük Peyğəmbəri Həzrəti Məhəmməd “Vida xüt- bəsi”ndə mtisəlmanlara xitabən buyurmuşdur: “İnsanlar!” Qadınla- rm haqqlarını gözləmənizi və bu xüsusda Allahdan qorxmanızı töv- siyə edirəm. Siz qadınları, Allahın əmanəti olaraq aldınız, onların namuslarını və iffətlərini Allah adına söz verərək halal etdiniz. Sizin qadınlar üzərində haqqımz, onların da sizin üzərinizdə haqları var- dır. Sizin qadınlar üzərindəki haqqınız onlann ailə yuvasını xoşlan- madığınız heç bir kimsəyə çeynətməmələridir...
Ailənin birliyini, mənəvi vəhdətini qorumaq ilk növbədə qay- natanın üzərinə düşən insanlıq borcudur. O, ailəyə sıxıntı gətirən mənbələri aşkar edərək mənfi təsirləri önləyən planlar cızmaq və hə- yata keçirmək yolu ilə ən ağır məsuliyətin daşıyıcısı, fəzilət və rəhm sahibi olduğunu, bununla da öz şəxsi nümunəsi ilə nüfiızunu qoruyub saxlamağı bacarmalıdır. Ailənin yaşlı nəslinin təmsilçisi olan qay- nana gəlini ümidləndirməli, əmrlə damşmamalı, incik salan, qəlbinə toxunan tikanlı sözlərdən istifadə etməməli, kiçik hadisələri şişirtmə- məlidir. Baş qaldıran münaqişələr ailənin hüzür və rahatliğını po- zaraq mehribançılıq və səmimiyyət hisslərinə kölgə salır, doğma insanlar arasında psixoloji yadlaşmaya, qarşılıqlı münasibətlərin kor- lanmasına səbəb olur. Hər bir qaynana bir zamanlar gəlin olduğunu daim yadda saxlamalı, məntiqsiz təəsübkeşlikdən uzaq olmaqla ailə- də sağlam mənəvi-psixoloji iqlim yaratmağa çahşmalıdu-. Tarixin ənginliyindən günümüzə qədər gəlin-qaynana problemi iki əsas mən- bədən -cəhalət və qısqanclıqdan qaynaqlanmaqdadır.
Qərbi Avropa psixoloqları belə hesab edirlər ki,yaşlılarla gənclərin, atalarla oğulların münaqişəsi tarixi bir münaqişədir. Ata- nın hakimiyyətinə və əmlakına sahib olmaq arzusu nəsillər arasın- dakı münaqişənin əsas səbəbidir. M.Mud, E.Fridenberq belə hesab edirlər ki, zaman keçdikcə nəsillər arasındakı münaqişələr get-gedə güclənəcəkdir. Problemə fərqli mövqedən yanaşan digər psixoloqlar (L.Foyer, D. Yankeloviç) isə belə hesab edirlər ki, burada yeni heç nə yoxdur: atalarla oğullar arasındakı münaqisətarixən həmişə mövcud olmuşdur. Sadəcə olaraq, müasir dövrdə onun miqyası güc- lü şəkildə genişlənmişdir.
Tanınmış rus sosioloqu S.Zobina nəsillər arasında konflikt- lərin qaçılmaz olduğunu qeyd edərək göstərir ki, XX əsrdə cəmiy- yətdə qoca insanların sosial vəziyyəti əhəmiyyətli dərəcədə pisləş- mişdir. Tarixi inkişafın gedişində qoca insanın stereotipik obrazı formalaşmışdır. Onlar cəmiyyətə heç bir fayda gətirməyən yük, is- tehlakçılar, müasir sivilizasiyanın formalaşmasına əngəl yaradan sosial qrup kimi xarakterizə olunurlar.
Ailədə nəsillər arasındakı konfliktlərin səbəblərini heç də bir- mənalı qiymətləndirmək olmaz və onları tam şəkildə göstərmək çox çətindir. Belə səbəblər müxtəlif mənbələrdən qaynaqlanaraq ailə üzvlərinin fərdi xüsusiyyətləri ilə şərtlənir və ailənin tipi, cəmiyyət- dəki həyat tərzi və mənəvi münasibətlərlə şərtlənir.
Mövcud sosial-psixoloji ədəbiyyatlarda ailədə nəsillər arasın- da konfliktlərin aşağıdakı başlıca səbəbləri qeyd olunur.