Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə81/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Böhranlı ailədə ar-arvadm maraq və təlabatlarımn uyğunsuz- luğu əsasında yaranan qarşıdurmalar kəskin xarakter daşıyır və ailə- nin həyat və fəaliyyətinin bütün vacib sahələrini əhatə edir. Belə ai- lələrdə ər-arvad arasında münasibətlər özünün kəskin xarakteri ilə fərqlənir, barışmaz və hətta düşmənçilik həddinə çatmış olur. Cüt- lüklər bir-birinə qarşı heç cür güzəştə getmək istəmirlər. Böhranlı nikah ittifaqı həddində olan ailələr ya dağılma ərəfəsində, ya da ar- tıq iflasa uğramış olurlar.

Konflikli ailələrdə ər-arvad cütlüyünün həyatmda elə sahələr olur ki, burada onların maraqları daim toqquşur, davamlı və güclü mənfi emosional vəziyyətlər yaradır. Bütün bunlara baxmayaraq, ni- kah güzəştlər, konfliktlərin konprormist həll üsulu və digər amillər- lə qorunub saxlanılır.

Problemli ailə tipi özünün nikahın sabitliyinə ciddi zərər vura biləcək uzunmüddətli, həllini tapmayan çətinliklərlə xarakterizə olu- nur. Məsələn, mənzilin yoxluğu, cütlüklərdən birinin uzunmüddətli xəstəliyi, ailənin normal yaşayışı üçün daimi vəsait çatışmazlığı, ai- lə üzvlərindən birinin uzunmüddətli həbsdə olması və s. bu kimi problemlər ailənin həyatında ciddi sıxıntı və gərginliyə səbəb olur. Belə ailələrdə qarşılıqlı münasibətlərin kəskinləşməsi, cütlüklərdən birində və ya hər ikisində psixoloji pozğunluqlann yaranması riski yüksək olur.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin