Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə94/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Maskulinist qızlarda cinsi yetişmə, o cümlədən menustrasi- yanın başlanmasında və süd vəzilərinin formalaşmasında gecikmə- lər nəzərə çarpır. Onların psixoseksual inkişafında erotik və ya pla- tonik məhəbbət fazaları ləngiyir. Əsas səbəb belə qızların kiçik yaş- larında daha çox oğlan mühitində böyüməsi, tərbiyə edilməsi və ya ünsiyyətdə olmalarıdır. Ailənin sonbeşiyi yeganə oğlan olduğu və ya olmadığı, əsasən kənd ailələrində ailənin qız uşaqları atalarına kiçik yaşlarından ailənin ağır təsərrüfat işlərində kömək etmək məc- buriyyətində qaldığından onlarm bədən orqanlarımn formalaşma- sında deformasiyalar və zərifliyin itirilməsi üçün əlverişli şərait ya- ranır. Böyüdükdən sonra qız mühitində ünsiyyətdən təcrid olunan qızlar seksual - erotik cazibədarlıqlarım itirir və nəticədə oğlanların intim münasibətləri ilə bağlı situasiyaları qiymətləndirməkdə çətin- lik çəkirlər. Təsadüfı deyil ki, rol-cins davranış aksentuasiyalı qa- dınlar yeniyetməlik dövründə əksər hallarda seksual zorakılıqların qurbanlarına çevrilirlər.

Belə qadınlar öz həmcinsləri ilə ünsiyyətlə müqayisədə kişi- lərlə ünsiyyətdə daha çox məzmunlu və maraqlı mövzular tapır, bir çox məsələlərin həllində ümumi yanaşmalar əldə edə bilirlər. Bu- nunla belə, onlar heç də bütünlüklə qadın cəmiyyətindən uzaqlaş- mır, kişilərlə müzakirə edə bilmədikləri mövzular barədə öz həm- cinsləri olan qadınlarla açıq danışırlar. Ailə həyatmda ərləri üzərin- də liderliyə can atan makulinist qadınlar olduqca tələbkarlıqları ilə fərqlənir. Ona görə də, belə qadmlar “Nə üçün kişilər məndən uzaq- laşmağa can atırlar?” problem sualı qarşısında aciz qalırlar. Çalış- qan və təşkilatçı olan belə qadınlar özlərinin cəmiyyətdə sosial mövqeyinin və nüfuzlarmm yüksək olmasından qürurlamrlar. Ərləri ilə qarşılıqlı münasibətlərində adətən xanım deyil, konkurent möv- qedə olduqlarından əsən soyuq küləklər onların seksual münasibət- lərinə də nüfiız edərək onları dağıdır. İşləyən belə qadınların dəyər- lər sistemində ailə mühüm amil olsa da, başlıca amil deyildir.

Rol-cins davranışında feminist əlamətlər üstünlük təşkil edən kişilərin hərəkətlər plastikası daha incə və zərif olur. Onlar adi kişi paltarı geysələr də, nitqlərində daim nəzakətli və əzizləyici sözlər üstünlük təşkil edir, qeyri-normativ leksika nəzərə çarpmır. Ailədə və ya əmək kollektivində onların liderliyi yalnız formal xarakter da- şıyır. Belə kişilər qeyri-formal liderlərlə demək olar ki, görüşməyə təşəbbüs göstərmir, əksinə, onlardan uzaq olmağa çalışırlar. Onlar gündəlik həyatda peşəkarlıq xarakterli məsələlərlə bağlı formal söhbətlərdə həm kişilər, həm də qadınlarla yaxşı ünsiyyət qurmağı bacarırlar. Qeyri-formal vəziyyətlərdə, məclislərdə isə feminist kişi- lər üçün qadınlarla ünsiyyət qurmaq asan və maraqlı olur. Həyat problemlərinin həllində onlar həmişə açıq konfliktlərdən qaçır, çe- vik taktikaya, kömək üçün müraciətə və s. üstünlük verirlər.

Feminist kişilər xoşlarına gələn qadmla tamş olmaqda cəsarətsiz olurlar. Onlar sevgi etirafı nümayiş etdirməkdə acizlik göstərir və belə hesab edirlər ki, sevgi etirafinda qadm özü təşəbbüs göstərməlidir. Ailə həyatmda onlar qadmlara ev işlərində kömək edir, uşaqlara qayğı göstərirlər. Seksual münasibətlərdə tərəfdaşa qarşı nəzakətli, mehriban və diqqətlidirlər. Kobud və qaba hərəkətlər onlar üçün səciyyəvi de- yildir. Əgər qadm intim münasibətlərdə öz tərəfdaşından daha güclü etiras, “fateh davranışı” gözləyirsə, feminist kişilərin bu cəhətdən yararlığı qaneedici olmaya da bilər ki, bu da münasibətlərdə disharmo- niyaya və məmnunsuzluğa gətirib çıxara bilər.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin