Müasir ailənin sosial böhranı: deviant analıq və uşaqlar
Müasir cəmiyyətdə sənaye sahələrinin sürətli inkişafı və infor- masiya mənbələrinin genişlənməsi gedişində ailənin deformasiya- sına aparan amillərin araşdınlması istiqamətində tədqiqatlar xeyli genişlənmişdir. Müasir ailənin obyektiv mənzərəsi ailə dinami- kasının formalaşmasında çoxcəhətli amillərin rolunu inkaredilməz hesab edir. Normal ailənin formalaşmasına və qarşılıqlı münasi- bətlərin inkişafına ciddi mane olan sosial yetimlik, deviant dav- ranış, yeniyetmə suisidləri, sosial dezadaptasiya, nikahdankənar hamiləlik, narkomaniya, alkoqolizm, cinayətkarhq və s. kimi antisosial davranış pozğunluqları davamlı insan inkişafina mane olan sosioneqativ təzahürlərdəndir. Bunların sırasına psixoloq və sosioloqların “deviant analıq”adlandırdıqları fenomeni də əlavə etmək olar. “Deviant analıq” dedikdə ananın öz uşağını fiziki və emosional baxımdan inkar etməsi və müxtəlif formalarda (hipohi- mayə, hiperhimayə, avtoritarizm, fıziki və psixioloji zorakılıq) onun psixi və fiziki sağlamlığına zərbə vuran normadankənar davranışı nəzərdə tutulur.
Analıq hissinin təbii olaraq formalaşması prosesini əngəlləyən bu cür spesifik hal psixoloqları dərindən düşündürür. Müasir cəmiy- yətdə bu tendensiyanın get-gedə artması isə sosial fəlakətə doğru aparır. Tədqiqatçılar deviant analığı “gizli infantisid”adlandırır və onun səbəblərini araşdırmağa çalışırlar. Onların fıkrincə, belə bir halın baş verməsi çoxcəhətli amillərlə bağlıdır. Bu problemin nis- bətən az öyrənilmiş aspektlərindən biri XX əsrin əwəllərində aşkar edilmiş ananın arzuedilməz uşağını təhrifolunmuş şəkildə qav- raması ilə bağlıdır. Sonralar buraya başqa bir səbəb - ananın do- ğuşdan sonrakı depressiya halı da əlavə edilmişdir.
Alimlərin qənaətinə görə, ananın hamiləlik dövründə arzu et- diyi “ideal” uşaq əvəzinə doğulmuş “real” uşaq arasındakı kəskin
fərqlər qadının psixoemosional vəziyyətində psixi dəyişmələrə sə- bəb ola bilər ki, bu da ananın arzuedilməz uşaqdan üz döndərmə- sinə, onu atmasına gətirib çıxaran amillərdən biri kimi nəzərdən keçirilir. Belə halda uşağa qarşı neqativ münasibətdə olan ana onu aldanmış ümidlər, əzab və əziyyətlərin mənbəyi kimi təhrif olunmuş şəkildə qavrayır. Psixoloqlara görə belə illüziyor qavrayışa, xüsusilə tənha yaşayan, həyacanlı, minnətdarlıq hissinə təlabatı yüksək olan və dərkedilməmiş günah hissi ilə yaşayan analar arasında daha çox təsadüf olunur. Onlar uşağı bütün uğursuzluq və günahların səbəb- karı kimi qiymətləndirir və buna görə də adətən onlardan imtina edirlər. V.İ.Brutmanm fıkrincə, deviant analığa gətirib çıxaran ən başlıca səbəblərdən biri də uşağın yaşlı ilə ünsiyyət təcrübəsinin əlverişsiz olmasıdır.
Adətən, uşaqlıq dövründə anaları tərəfındən rədd edilən qız- larda psixi cins cəviyyəsində identifikasiyanm baş verməsi və ana- lıq rolunun formalaşması pozulur. Ana sevgisinə olan təlabatı uşaq- lıqda təmin olunmamış qızlar analıq instiktinə sahib olmaqda çətin- lik çəkirlər. Normal ana davramşınm formalaşmasına mənfı təsir göstərən amillərdən biri də erkən nikahlar və hamiləlikdir. Rus psixoloqu S.O.Kaşapovanm tədqiqatları göstərmişdir ki, analıq his- sinin formalaşması prosesini ləngidən amillər sırasında analıq moti- vasiyasınm olmaması, uşaq gözləyən gənc qızlarda hamiləliyə infantil münasibət kimi amillərin də güclü təsiri vardır.
Deviant analıq müasir dövrdə psixologiyada nəzəri və praktik aspektə tədqiq edilən kəskin problemlərdən biridir. Buraya yalnız öz uşaqlarından imtina edən və onlara açıq formada etinasızlıq və zorakılıq göstərən analarla bağlı problemlər deyil, həm də uşağın körpəlik, erkən və məktəbəqədər yaşlarda optimal psixi inkişafina mane olan və normadan kənaraçıxmaya, uşağm emosional məm- nunluğunun aşağı düşməsinə səbəb olan problemlər daxildir. Qadı- nın hamiləliyə, gələcək analığa hazırlığı gedişinə əlverişsiz təsir göstərən amillər, habelə uşağından imtina edən qadınların davranış xüsusiyyətləri V.İ.Brutman, M.S.Radionova, A.Y.Varqa, N.Y.Xa- mitova, N.N.Avdeyva, N.İ.Qanoşenko və b. tədqiqatlarında təhlil edilmişdir. ABŞ alimi D.Pines problemin səbəbini araşdırarkən belə sual qoyur: “Nə üçün bəzi qadınlarda hamiləlik uşaqdan imtina və
ana davr^|şmm bir sıfa digər pozğunluqlan ılə natvwlərur. , infantiliznı uşaqlıqda sevgiyə və qayğ,ya yüksək təlabat, sefcsuaı
məmnuns^luq və eqosentrizm kimi əlamətlən vahıd komP^ birləşdinr.0nun öz fantaziyalannda belə qadınlann ozlən
uşaq kimi(ir> odur kl Qnlar hamiıə qalmaq istəmırlər Əgər on ar hətta bunuistəsələr ^ uşaqları sevgi Və qayğı ılə bəsləmək on üçün çətınjj ir 0nıarielə əlir ki, uşaqhqda valıdeynlər onlarm 0 ' lərinı yetətij sevgi v, ğl ilə böyütməmişlər. Belə qadınlarda aı də intım "ii}nasibətbrzamam seksual tərəfdaşları olan ərlərınə qarş güclü sadi^ aiamətlatözünü göstərir. Onlar ana olduqdan sonra ısə qəddar vəlqressıv hƏrəkətləri uşaqlara, xüsusən, oğlanlara qarşı yo-