Ailənin yaşh üzvləri sosial sərvət və konflikt mənbəyi kimi
Yaşlılıq, yaxud yetkinlik insanın həyatınm parlayan, yeksək potensiala malik, nailiyyətlər əldə edən dövrü kimi səciyyələnir. Bu dövr insanın peşə, ictimai-siyasi fəaliyyətinin bərqərar olan dövrü kimi insanın həyatında xüsusi yer tutur. Yetkinlik yaşında şəxsiy- yətin inkişafı, formalaşması və peşəkarhğm məhsuldarlığı diqqəti cəlb edir. Bu dövrdə, gənclik dövründə olduğu kimi, peşəkarlıq fəaliyyəti ilə ailə münasibətlərinin formalaşması prosesi ciddi xa- rakter alır. Sosial situasiyalar dəyişir və inkişaf edir.
Yaşlılıq dövrünün ən mühüm xüsusiyyəti insanın özü və başqaları qarşısında məsuliyyətli ola bilməsidir. İsveçrə psixoloqu E.Klapard qeyd edir ki, yetkin yaşda peşəkarlıq, məhsuldarlıq daha yüksək səviyyəyə çatır, peşəkarlığm ustalığı, yaradıcılığın potensialı artır. Bir çox psixoloqlar, xüsusilə, B.G.Ananyev və onun şagirdləri qeyd etmişlər ki, 40-50 yaşlarmda inkişaf prosesində psixi funksi- yalar mürəkkəb və fərdi cəhətlərlə təzahür edir.
Beynəlxalq təsnifata görə 60 yaşdan sonra kişilərdə, 55 yaş- dan sonra qadınlarda qocalma dövrü başlanır. Bu dövr ahıllıq, qoca- lıq və uzunömürlülük olmaqla 3 şərti mərhələyə ayrılır.
Qocalma prosesi genetik baxımdan proqramlaşdırılmış pro- sesdir və orqanizmdə yaş dəyişkənliyi ilə əlaqədar olaraq fızioloji və psixoloji dəyişkənliyə səbəb olur. Orqanizmin tədricən zəif- ləməsi, fiziki fəallığın və əmək qabiliyyətinin tədricən aşağı enməsi, ümumi enerji potensialının tədricən aşağı enməsi, tənəffusün çə- tinləşməsi, dəri örtüyündə qırışlar, dişlərin protezlərlə əvəzlənməsi, sinir sisteminin qıcıqlandırıcılara qarşı həssashğının artması qocalıq yaş dövründə müşahidə olunan əsas əlamətlərdir. Gözün görmə qa- biliyyətinin zəifləməsi nəticəsində 50 yaşdan sonra insanda işığa təlabat 2 dəfə, 80 yaşdan sonra isə 3 dəfə artır. Tibbi qənaətlərə görə, 20 yaşlı gəncin yarasımn tam sağalması üçün 31 gün tələb olunursa, 40 yaş üçün bu göstərici 55 günə, 80 yaşda isə 100 günə çatır. Qocalıq dövründə orqanizmin endokrin, ürək, qan-damar, sinir sistemlərinin fəaliyyətində mənfiyə doğru sıçrayışlar baş verir. Yaşlı adamlarda orqanizmin qocalması demək olar ki, orqan və sis- temlərdə müəyyən dəyişikliklərin baş verməsinə səbəb olur. So- matik və endokrin sistemlərlə yanaşı, sinir sistemində də bir sıra dəyişmələr psixi dəyişikliklərə səbəb olur. Bunlardan daha erkəni nəzərə çarpanı diqqət və təfəkkürün sürətinin azalması, psixi pro- seslərin parlaqlığı və çalarlarınm zəifləməsidir. Bəzi alimlərin məlumatına görə 65 yaşdan yuxarı olan şəxslər arasında bu və ya digər dərəcəli yüngül psixi pozuntularm baş verməsi 30-35%, ağır psixi xəstəliklər isə 3-5% təşkil edir. Yaşlı adamlar yüngül psixi pozuntularm ən çox nevrozabənzər, psixopatabənzər hallarmdan, affektiv pozuntulardan əziyyət çəkirlər. Nevrozabənzər psixi pozun- tular zamanı yaşlı adamlarda emosional labillik, qıcığa qarşı həs- sasın artması, özünü və yaxın adamlarının səhhəti üçün naraçılıq hissi keçirmə, səbəbsiz təşviş, yuxu pozuntusu kimi əlamətlərə tə- sadüf olunur. Yaşlı adamlarda özünü göstərən psixozlardan biri də qocalıqönü psixozlardır ki, bundan da əsasən, daha çox qadınlar əziyyət çəkirlər. Bu xəstəliyin başlıca əlaməti depressiya və həyə- candır. Narahat, depressiya vəziyyətində olan xəstələr sanki özlərinə yer tapa bilmir, bfütün günü əli qoynunda otaqda vargəl edir, ha- mıdan kömək etməyi, dərdinə çarə qılmağı xahiş edirlər. Yaşlı adamlarda şəxsiyyət dəyişikənliklərin bəzi simptomları da müşahidə olunur. Onlarda əvvəllər müşahidə olunmayan bir sıra xarakter dəyişkənlikləri: mənasız şübhəlilik, xəsisslik, qısqanclıq, deyin- gənlik, yersiz mübahisəyə girişmək kimi bir sıra hallara təsadüf olunur. Onların əhvalı gün ərzində bir neçə dəfə dəyişir, tez əsəbləş- mək, çox keçmədən peşman olmaq, ətrafdakıların hərəkətlərinə qar- şı dözümsüzlük belə əlamətlərdəndir.
Valideyn haqqı insan haqlarmdan ən yüksəyidir. Ata -ananın mövqeyi insanlıq tarixində və həyatda ən böyük vəzifə sahibinin mövqeyindən də ucadır. Namuslu və abırlı qadının, qeyrətli və şərəfli atanın dəyərini heç bir sərvət meyan ilə ölçmək və əvəz etmək müm- kün deyildir. Uşaqların öz valideynləri ilə hörmət və səmimiyyətdə olmalan, qaş-qabaq göstərməmələri, ürəklərini sırdırmamalan bir insanlıq fəzilətidir. Çox təəssüf ki, övladların bir çoxu valideynlər dünyadan köçdükdən sonra, bu dəyərləri anlayır, valideynlərinə qarşı etinasız və qayğısız yanaşdıqlarmdan peşimançılıq və utanc duyurlar.
“Qurani - Kərim”də, İslam əxlaqı dəyərlərində ata-ananm üstün haqqı uca haqq kimi təqdir olunur. “Ata -ana haqlarma hör- mət etsəniz, Allah sizi bağışlayar, çünki o, günaha görə tövbə edən- ləri mütləq bağışlayandır”. Ata-ana bu dünyadan köçdükdən sonra onları mərifət və rəhmətlə yad etmək, məzarlarım ziyarət etmək, ruhlarına xeyir-dua etmək, borcları varsa, borclarım vermək, vəsiy- yətlərini yerinə yetirmək, sevdiklərinə, onların dostlarına hörmət bəsləmək övlad üçün bir vəzifə, övladlıq borcudur. Böyük bacı və qardaşların kiçik bacı və qardaşlar üzərindəki haqqı atanın övladı üzərindəki haqqı kimidir.
Yaşadığımız nizamsız dünyada insanları kütləvi psixoz daim təqib etməkdədir. Təbii fəlakətlər, qlobal iqlim dəyişikliyi, müharibə təhlükəsi, epidemiya, mənəvi düşkünlük, müflisləşmək qorxusu və s. insanlarda inamsızlıq, ümidsizlik hissləri doğurur. Bunların sırasına bir çox yeniyetmə və gənclərin yaşlı nəslə qarşı etinasızlığı, həmçinin gənclərdə nihilizm, ülviyyəti anlamamaq, pessimist əhval-ruhiyyənin geniş yayılmaq təhlükəsini də əlavə etmək olar.
Bir sıra gənclər arasında həyata istehlakçı münasibət, hazıra nazirlik etmək əhvalı kəskinləşməkdədir. Dünyanm inkişaf etmiş bir çox ölkələrində gənclik dərin mənəvi böhran keçirir, yaşlıları bəyənməyən, onları “keçmişin qalığı”, geridəqalmış kimi dəyər-
ləndirən gənclik böyiiyür. Bu cəhətdən vaxtilə Londonda yaşamış 20 yaşlı tələbə qız Süzanın bir məktubu xarakterikdir:
“Biitün savadlı tineycerlərdə (tələbə gənclərdə) ümumi nifrət hökm sürür. Bizim “möhtəşəm” yaşlılarımız bizi əsla ruhlandırmır, heç şeydə onlara bənzəmək istəmirik. Ətrafımızda hər şey siçan didişdirməsini xatırladır. Gənc olanda bunu daha yaxşı hiss edirsən, harada bataqlıq olduğunu görürüsən, amma hər halda səni oraya süriikləyirlər... biz divanə, çaşmış uşaqlarıq. İfratlar tufanı — məhəbbət və nifrət, zor və pasimizm, xeyir və şər tufanı bir dəqiqə də olsun ara vermir
Müasir sərbəst bazar iqtisadiyyatı, xüsusi mülkiyyət, sahib- karlığm dərinləşməsi, sosial təbəqələşmə və kəskin sosial fərqlər gənclərlə valideynlər arasmda qarşıdurmaların artmasına, övladların öz valideynlərini günahlandırmasına səbəb olmuşdur.
Yaşlılıq insan həyatımn yaş təkamülündə xüsusi nıərhələdir. Özünün uzunmüddətli olmasına görə (təxmi-
nən 40 il-gənclikdən qo- calığa qədər) bu yaş dövrü insan həyatının bütün di- gər yaş mərhələlərini əhatə edən dövrdən uzun- dur və bu baxımdan sosial əhəmiyyətinə görə diqqəti cəlb edir.
Müasir ictimai həyat- da və istehsalatda psixoloji amilin rolunun artması yaşlı adamların psixi inki- şaf xüsusiyyətlərinə daha yüksək tələblər verir. İnsanın yalnız məktəb təhsili dövrü ilə heç də məhdudlaşmayan, əksinə, onun bütün gələcək həyatı boyu davam edən fasiləsiz təhsil şəraitində yaşlı adamlardan ibarət kontingentin sayı durmadan artır.
Yaşlı adamlarm intellektinə, mobilliyinə, onların fasiləsiz təh- silinə yüksək tələblərin verilməsi istehsalatın yüksək texnologiya- larla təmin edilməsi, yeni peşələrin meydana gəlməsi, güclü informasiya axmı və insan fəaliyyətinin miqyasımn genişlənməsi
şəraitində baş verir. Yaşlılıq dövründə insanın psixi və intellektual ftınksiyalarının imkanları əhəmiyyətli şəkildə genişlənir, onun sosial və peşəkarlıq təcrübəsi durmadan zənginləşir. Bu, bir tərəfdən daxili amil kimi fərdin qabiliyyətlərindən , digər tərəfdən xarici amil kimi təhsildən asıhdır. Yaşlılıq dövründə insanın inkişafı əsas fəaliyyət növlərinin, hər şeydən əwəl daimi peşə fəaliyyəti ilə əvəzlənməsi ilə müşayət olunur.
Müasir cəmiyyət yaşlı adam qarşısında öz biliklərini, peşə ustalığım fasiləsiz olaraq təkmilləşdirmək və ünsiyyət dairəsini genişləndirmək vəzifələri qoyur. Yaşlı adamların psixi funksiyaları- nın eksperimental tədqiqinə aid tədqiqatların nəticələri sübut edir ki, bu yaş dövründə fəal təlim və özünütəhsil yüksək səviyyədə olur və məhsuldar idrak fəaliyyəti üçün daha yaxşı potensial imkanlarla müşayət olunur. Yaşlılıq dövründə ailə münasibətlərinin xarakterin- də sabitləşmə baş verir, o, öz mahiyyəti etibarı ilə daha dərin və məzmunlu olur, cinslərarası münasibətlər daha sakit xarakter kəsb etməyə başlayır. Bununla belə, bu yaş dövrü ilə əlaqədar itirilməsi zahiri cəzbediciliyin itirilməsi - saçların ağarmağa başlaması, sifət- də qırışların yaranması, piylənmə, dişlərin və saçlann tökülməyə başlaması yaşlı adamlarda ağır depressiyaya səbəb olur.
35-40 yaşlar arasında insan özünün fiziki və mənəvi qüv- vələrini daha maksimum şəkildə səfərbərliyə alır, həyat planlarını reallaşdırmaq üçün daha gərgin əmək sərf edir. Psixoloji tədqiqatlar sübut edir ki, bu yaş dövründə yaradıcı adamlar arasında (xüsusən, şairlər, alimlər, rəssamlar, aktyorlar və s.) ölüm halları get-gedə ar- tır. Bu, insanın həyatında tutduğu mövqe ilə qane olmaması və öz mövqeyini dəyişdirmək təlabatı fonunda yaranan yaş böhranmın nəticəsi kimi meydana çıxır.
Yetkinlik yaşında mənəvi-əxlaqi keyfiyyətlərin formalaşması müşahidə olunur. Psixoloji araşdırmalar göstərir ki, yetkinlik yaşla- rında, xüsusilə 45-47 yaşlarında insanlarda əsaslı psixoloji də- yişikliklər baş verir.
Yaşlılıq nə isə öz yerində donub qalmış bir yaş mərhələsi deyildir. Onun üçün də müəyyən keçid dövrləri və normal yaş böh- ranları səciyyəvidir. Psixoloji təsnifat meyarları ilə yanaşdıqda, yaş- lılıq dövrü gənclik, həddi-büluq və yetkinlik kimi bir neçə daha konkret yaş mərhələlərini özündə əks etdirir. Yetkinlik yaşınm özü kişilərdə 22-35 yaşları əhatə edən I və 36-60 yaşlan əhatə edən II, qadınlarda isə 21-35 yaşları əhatə edən I, 36-55 yaşları əhatə edən II mərhələyə ayrılır. Fizioloqların qənaətinə görə, orqanizmin energe- tik qocalması 30 yaşdan sonra, daha dəqiq desək, boy artımı və in- kişaf dövrünün başa çatmasından dərhal sonra başlayır.
Gənclik yaşlılığın ilk mərhələsidr. Bu mərhələdə gənc adam öz inkişafmda özünəməxsus yaş böhranı ilə qarşılaşır: o, yaşlı ada- mın müxtəlif sosial rollarım öz həyatında intensiv olaraq sınaqdan çıxarır, peşə seçir və ya onu dəyişir, yeni, müstəqil həyat tərzinə adaptasiya olunur, şəxsi ailə yaratmaq təşəbbüslərinə qoşulur. Məhz bu yaş mərhələsində insanın həyatında fiziki və mənəvi qüwələrin çiçəklənməsi, həyat üslubunun inteqrasiyası baş verir. Yaşlılıq döv- rü sözün ümumi mənasında götürüldükdə, insanın cəmiyyət həya- tında əmək fəaliyyətinə başlaması kimi də başa düşülə bilər. Əgər uşaqlıq və gənclik illərini biz insamn həyatında, əsasən, formalaşma və təşəkkül, əmək həyatına hazırlıq mərhələsi kimi dəyərləndirsək, yaşlılıq dövrünü intensiv əmək həyatı dövrü kimi qiymətləndirə bilərik.
Yaşlılıq dövrünə qədəm qoyan hər bir gənc fıziki cəhətdən möhkəm olmaqla yanaşı, fiziki qüwə və enerjiyə də malikdir. Bir sıra psixofizioloji təqiqatların nəticələri sübut edir ki, psixofiziki funksiyaların inkişaf zirvəsi məhz bu dövrdə özünü göstərir. Bu yaş dövründə arterial təzyiqin ən optimal səviyyəsi, qanun oksigenlə zənginliyi, orqanizmin iş qabiliyyətinin və energetik imkanlarının fıziki və intellektual yükə davamlılığı müşahidə olunur. Yaşlılığın ilkin mərhələlərində ali psixi fiınksiyaların, xüsusilə, diqqət, hafızə və təfəkkürün inkişafmda ilk zirvələr fəth olunur, bir sözlə, gənc adam özünün psixofizioloji imkanları ilə onun üçün yeni olan sosial rolları yerinə yetirməyə tam hazırlıqlı olur. Bu isə, şəxsiyyətin yet- kinləşməsi, normalara əsaslanmaqla özünü idarə etmək qabiliyyəti, öz əməl və hərəkətlərinin nəticələrini irəlicədən görmək və onlara görə məsuliyyəti dərk etmək deməkdir.
Gənclərin gələcək ailə həyatına hazırlığı tərəfdaşların sosial və psixoloji yetkinliyindən asılıdır. Erkən nigahlar əsasında qurulan ailələrdə qeyri-stabillik, qarşılıqlı inamsızlıq halları daha çox olur ki, bu da ailə quran gənclərə-məxsus psixoloji, sosial və iqtisadi problemlərin həllində onların təcrübəsizliyindən irəli gəlir. Gənc çütlüklərin mənzil-məişət və maliyyə çətinlikləri tez-tez ailədaxili münaqişələrə və onlann valideynlərdən asılılıqlarına gətirib çıxarır. Bu isə, gənc ailənin müstəqil yaşam tərzinə get-gedə müdaxilələrin artmasına səbəb olur. Gənclərin müstəqil həyata hazır olmaması və ya infantil əlamətlər müəyyən edildikdə, valideynlərin onlara müda- xiləsi və yönəldici təsirləri daha da artmış olur.
Uşağın doğulması gənc ailədə bərqərar olmuş stereotipləri və ailə həyatınm üslubunu dəyişdirir. Ailədə yeni doğulan uşaq özü ilə yalnız yeni qayğılar gətirmir, həm də ailə həyatım zənginləşdirir. Gənc ailədə uşaq çütlüklərin psixoloji, emosional və mənəvi yaxın- lığının stimullaşdırıcı amilinə çevrilir. Bu yaş dövrü ailə çütlüyünün peşəkar ustalığınm, yaradıcı fəallığı və sosial rolları daha dərindən mənimsəməsində yeni üfüqlər açır.
Yaşlı adamların psixi inkişafım şərtləndirən qanunauyğunluq- ların öyrənilməsi bu anlayış altında qruplaşdırılan insanların məx- susi və səciyyəvi keyfıyyətlərini müəyyənləşdirmək imkanı verir.
Həyatın bütün mərhələlərində olduğu kimi, yaşlılıq dövründə də insanın psixikası daim hərəkətdə, dəyişmə və inkişafda olur. Nə qədər ki, insan sağdır, yaşayır, o, heç də öz həyatımn tamamlandığı, artıq başa çatdığı barədə düşünmür.
Doğrudur, psixologiya tarixində güya yaşlılığm insanın həya- tında inkişafm kəsilməsi, başa çatması barədə fıkirlər mövcuddur. Məsələn, XX əsrin əwəllərində ABŞ psixoloqu Uilyam Ceyms yazırdı ki, 25 yaşdan sonra insanlar yeni ideyalar qazana bilməzlər, onlann intelektual potensialları artıq son həddə çatır, yeninin mənimsənilməsi qabiliyyəti isə tükənmiş olur. İsveçrə psixoloqu Klapared isə belə hesab edirdi ki, insan həyatında təkamül yalnız uşaqlıq və gənclik dövrünə məxsusdur. Onun fıkrincə, yaşlılıq dövrü üçün isə əwəllər əldə edilmiş səviyyənin saxlanılması xüsusiyyəti səciyyəvidir. İnsan üçün ən dəhşətli və ibrətamiz dövr qocalıqdır. Məhz qocalıqda insan keçmişində nə etdiyini daha düzgün dərk edir. Belə insanlarda bir növ acı təəssüf və peşimançılıq hissi oyanır. Təəssüf ki, bu qocalığın təbiətindədir. Öz uşaqlığım və gəncliyini gözəl keçirmiş qoca heç vaxt təəssüflənə və acı-acı göz yaşları tökə bilməz.
Yaşlılıq dövrünə keçid bütün digər keçid dövrləri kimi, özündə şəxsiyyətin inkişaf xüsusiyyətləri ilə bağlı müəyyən daxili ziddiyyətlərin aktuallaşmasına səbəb olur. Müstəqil əmək həyatına başlayan gənc qoşulduğu yeni əmək fəaliyyətindəki sosial roluna görə avtomatik olaraq yaşlı adam statusu qazanmış olur. Lakin müs- təqil həyatın ilk mərhələsində onda müstəqil həyat təcrübəsi olmur və o, təcrübəni sonralar əldə edir. Gənc adam qərar qəbul etməkdə, plan qurmaqda çətinliklərlə qarşılaşır, bəzən isə onun impulsiv qə- bul etdiyi qərarlarda tələskənlik və yanlışlıqlar özünü göstərir. Bu hal daha çox peşəseçmədə və ailə qurmaqda müşahidə olunur.
Hər bir insan üçün öz həyatınm müxtəlif mərhələlərində müx- təlif və çoxcəhətli psixoloji rollan yerinə yetirmək xarakterikdir. Bunların sırasında valideynlik, peşə və vəzifə rolları əsas yer tutur. Buraya yaşlılıq dövründə insanın ata-ana, qaynata-qaynana, xala- bibi, dayı-əmi, baba-nənə və s. kimi bir-biri ilə sıx bağlı olan möv- qelər sistemi də daxildir. Ailənin davamlılığı üçün ilk növbədə ailə- də rollarını qarşılıqlı olaraq uzlaşdırılması mühüm şərtlərdən biridir.
Bir çox psixoloqlar yaşlılıq dövrünün birinci mərhələsində özünü göstərən 30 vasm böhranı adlanan təsirin roluna xüsusi diq- qət yetirirlər. Bu zaman ailə cütlüklərinin hər biri öz həyat yolunu və ailə üçün tərəfdaşm seçimini yenidən qiymətləndirir, buraxılmış səhvlər fonunda nəyin isə düzgün olmadığmı anlamağa, bundan daha yaxşıya layiq olduğunu qiymətləndirməyə cəhd göstərir. Bu zaman peşənin dəyişdirilməsi və boşanma hallarına daha çox təsa- düf olunur.
Yaşlı adam özünün qüwə və qabiliyyətlərini peşə və ictimai fəaliyyətində daha maksimum səviyyədə reallaşdırır, nüfiız qazanır, öz imkanlanna inamla yanaşır, öz işinin sosial əhəmiyyətini dərk edir və qiymətləndirir. Yaşlılıq dövründə insanın başqa adamlara münasibətdə mövqeyi dəyişir: indi o, yalmz özünə deyil, həm də başqalan - həyat təcrübəsi kifayət qədər olmayan gənclər və öz ailəsi qarşısında məsu- liyyətini daha dərindən hiss edir. Yetkinlik dövründə - 50-60 yaşlarda insamn həyatında yeni-bir yaş böhram müşahidə olunur. İnsan Özündən soruşur: həyatda nəyə nail ola bildim? Bu dövrdə insanın qüvvələrinin müəyyən səviyyədə zəifləməsi müşahidə olunur: o, əwəllər əldə etdiyi naliyyətlərlə indiki anı müqayisə edir. Öz həyatmda durğunluq
yarandığını hiss edir, mənəvi boşluq yaramr: uşaqlar ata evini tərk etmişlər, ailə qurub müstəqil yaşayırlar; artıq peşə fəaliyyəti sona yaxmlaşır; təqaüd yaşına nə qaldı ki?
Uşaqlann böyüyüb ailədən, doğma, yaxm adamların isə hə- yatdan getməsi yaşlı adamın mənəvi aləmində dərin izlər buraxır, onun müstəqil həyata başlaması isə, ailə çərçivəsini daraldır, ünsiy- yət mühitini kasıblaşdırır. Təxminən iki onillik ərzində ailədə mər- kəzi fıqur olan övladın valideyn olması ata-ananın yeni sosial roiları - baba və nənə rollarım ifa etməyəsinə meydan açır. Həyatlarını öv- ladlarına həsr etmiş analar üçün bu hal xüsusilə ağırdır: uşaqsız ai- ləyə necə uyğunlaşmalı? Bu boşluğu yalnız nəvələr doldura bilər.
Uşaq ailədə ərlə arvad arasındakı münasibətləri zənginləşdirir və stabilləşdirir, ailə ünsiyyətinə həcm və xarakter verir, məhəbbət, qayğı və zərifliyə olan təlabatları təmin edir.