Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə106/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Şəkil 15.
Ata-ana, baba-nənə mühitində böyüyən uşaq- larda baba və nənə ilə ta- mamilə xüsusi tip emo- sional münasibətlər for- malaşır. Nəvələr yaşlılara yeni həyat sevinci, ikinci valideynlik duyğulan bəxş edirlər. Çox vaxt nəvələr öz xüsusiyyətlərinə görə valideynlərindən daha çox baba və nənələrinə bənzəyirlər ki, bu da onları bir-birinə daha da yaxınlaşdırır.

Nənə və baba tərbiyəçilər kimi ailədə uşağın inkişafına yalnız o halda məhsuldar təsir göstərirlər ki, onlar ailədə ata-anadan üstün təsirə malik olmasm, ata-anamn tərbiyə modeli ilə ziddiyyət yaratmış olmasın.

Müasir ailələrdə yaşlı nəslin tərbiyə üslubu ilə gənc ata-ana- nın tərbiyə modeli arasında uyğunsuzluqlar nəzərə çarpır. Baba və nənə və yaxud daha yaşlı valideynlər tərbiyə işində daha mühafizəkar baxışlara malikdirlər, gənc valideynlərə nəzərən daha çox ehtiyatlıdır. Yaşlılar uşaqlara qarşı münasibətdə həmişə onların

müstəqilliyini, fəallığını və təşəbbüskarlığını məhdudlaşdırmağa hədsiz himayəyə üstün meyl göstərdikləri halda, gənc valideynlər hədsiz emosional bağlılığa, öz məhəbbətini daim nümayiş etdir- məyə üstünlük verirlər.

İnsanın həyatında zaman sərhədləri şərti və keçicidir. Yaşlılı- ğın bütün dövrlərində də bu sərhədlər tam mütəhərrikdir. Təxminən 100-120 il əvvəl insanların həyatının orta davamlılıq müddəti 40 il idi və 30 yaşlı kişi yaşlı nəslin nümayəndəsi hesab edilirdi. İndi bu göstərici 70 ili keçməkdədir. Ona görə də gəncliyin sərhədlərini 16- 18 -dən 28-30 yaşlar arasında axtarmaq doğru deyil. Eləcə də, həddi-büluq 25-30, yetkinlik isə insamn əmək fəaliyyətinin sonu, onun təqaüdə getməsinədək olan dövrləri əhatə etməlidir. Yaşlılıq uzun inkişaf yoluna malikdir. Onun hər bir mərhələsinin özü- nəməxsus üstünlükləri və imkanları vardır.

Valideynlərin hər birinin ailədə rolu öz-özünə münasibətilə yox, başqasına münasibətlə müəyyən edilir. Məsələn, ailədə kişi ro- lu bir qayda olaraq onun ailədə qadına olan münasibətləri konteks- tində nəzərdən keçirilir və qiymətləndirilir. Ata rolu övlada (oğula- qıza) qarşı münasibətlər müstəvisində təhlil olunur. Ailədə sıx qar- şılıqlı bağlılığa malik olan ərlə arvad arasmdakı münasibətlərdə so- sial rolların uzlaşdırılması təmin olunmazsa (məsələn, kişi ailədə qadına patriarxal normalarla yanaşdıqda və ya qadın emansipasiya normaları ilə yaşadıqda), anlaşmanın baş tutmaması, konfliktlərin yaranması, nəticədə ailənin dağılması baş verir. Ər-arvad münasi- bətlərində diqqəti çəkən münaqişəli hallar isə daha dərin fəsadlar yaradır. Bu dövrdə peşəkarlığın məhsuldarlığı insanın həyatım işıq- landırır və parlaq edir. Yaşlı insanların işə yaramaz, xəstə, in- tellektual cəhətdən tənəzzülə uğramış, tam dəyərli həyat yaşamayan insanlar olması barəsində formalaşan səhv fıkrin özü də onlarm davamışına təsir edir. Bir çox yaşlı insanlar bu cür stereotiplərin tə- siri altında əks şablonu təsdİq etməkdən çəkinərək özünüqiymət- ləndirməni bilərəkdən aşağı salır.

Sosiallaşma institutu kimi ailə öz mövcudluğu dövründə müx- təlif dəyişikliklərə məruz qalmış, ənənəvi və müasir ailə modelləri formalaşmışdır. Ənənəvi ailələr ailə -qohumluq münasibətləri siste-

mində, müasir ailələr isə iqtisadi və şəxsi maraqlar müstəvisində bir sıra dəyərlərə üstünlük verir.

Ailədə əsas sosial və mədəni dəyərləri ötürən, sosiallaşma və tərbiyə vəzifələrinin həllinə təsir göstərən əsas “fıqurlar” həmişə uşaqların valideynləri olmuş və bu gün də belədir. Bu, o demək de- yildir ki, ailənin yaşlı üzvləri (babalar, nənələr, xala-bibilər, əmi-da- yılar) və ya çoxsaylı ailələrədə böyük uşaqlar bu proseslərdə real və bərabər hüquqlara malik deyillər.

Yaşlılıq dövrünün ən fəal müdafıəçisi “Böyük Katon və qoca- lıq haqqında” dialoq yazmış qədim roma fılosofu, siyasİ xadimi Mark Tuii Siseron (b.e.ş.l 06-43) olmuşdur. Siseron ustalıqla qoca- Iığı müdafiə edir və tərifləyərək qocalığın insan və cəmiyyət üçün ən dəyərli dövr olduğunu qeyd edirdi. O, qocalığın əleyhinə oian aşağıda sadalanan 4 əsas arqumentə qarşı çıxırdı: 1) qocalığın insa- na ictimai həyatda aktiv iştirakına mane olmasına; 2) qocalığın in- sana müxtəlif xəstəliklər və köməksizlik gətirməsinə; 3) cinsi həyat- dan məhrum etməsinə; 4) insanı ölümün yaxınlaşması ilə qorxuz- rnasına. Siserona görə, müdrik insan üçün qocalıq yaş dövrü ömrün ən qiymətli dövrüdür. Yəni, bu dövrdə beyni dumanlandıran gənclik ehtirasları sakitləşir, insan ömrü boyu yığmış olduğu təcrübə kimi xəzinəyə salıib olur.xarakterin gücü, sağlam düşüncə tərzi ilə yaşlı insan çox şeyə nail ola bilər və bununla da o, çox gənclərdən daha üstündür.

Qədim romalı şair, fılosof, siyasİ xadim Seneka (I əsr) isə qo- calann özlərini cəmiyyət üçün gərəkli hiss etmələrinin vacib olma- sını qeyd edirdi. Onun fıkrincə, insan həyatı onun davamlılığında, uzunluğunda deyil, yaranmış ömründə nə qazanması və nəyə naİl olması ilə dəyərləndirilir.

Qocalıq yaş dövrünün özünəməxsus tipologiyasını müəy- yənləşdirən F.Gize qocalann neqativ, eltstrovert introvert ol- maqla 3 əsas tipinin adını qeyd etınişdir. Neqatİv qocalar öz qocalıq- larını heç cür boyunlarına almırlar. Bunlardan fərqli olaraq, estrovert qocalar elm, texnika, moda, yeni nəsildəki dəyişkənlik əsasmda qo- calığın real prosses olduğunu dərk edirlər. İntrovert qocalann psixi fəaliyyətləri öz daxiti aləmlərinə yönəlmiş olur. Onlar bu faktın qa- çılmaz reallıq olduğunu dərk edir və bundan çox sarsılır, özünə qa- panaraq, təklikdə sakit həyat keçirməklə öz ölümlərini gözləyirlər.

İ.S.Kon qocalığın həm müsbət, həm də mənfı xüsusiyyətlərinə toxunaraq qeyd edir ki, fəal, yaradıcı qocalar -tez-tez həkimə, sana- toriyaya gedir, cəmiyyətin ictimai həyatında iştirak edir, gənclərin tərbiyəsi işində fəallıq göstərirlər. Qocalığı reallıq kimi qəbul edən belə qocalar əvvəllər vaxtlarının az olduğundan şəxsi istirahət və gəzintiyə, özünütəhsil və əyləncəyə lazımınca vaxt ayırmadıqla- rından, təqaüdə çıxdıqdan sonra özlərinə daha çox diqqət yetirirlər. Onlar ev işlərinə çox diqqət yetirir və öz şəxsi sağlamlıqları barədə düşünürlər.

Çox vaxtlar yaşlı insanlar keçirdiyi ömrün qiymətləndirilməsi ilə bağlı böhran yaşayırlar. Yaşhlıq dövrü yaşanmış həyatm dərki, nəticələrin yekunlaşması və nə isə etməyə cəhdlə səciyələnir. Hə- yatda əldə etdiklərindən narazı olan yaşlılar bəzən depressiyaya düşüb psixoloji sarsıntı keçirirlər: ‘‘Sağlam qocalıq” öz yaşını, həyat yolunu qəbul edənlərə aid edilir, “ağrılı, çətin qocalıq” isə öz həyat yolunu qəbul etməyənlərə şamil edilir: “Çətin qocalıq” keçirənlərə keçirdiyi həyat mənasız görünür və belə fıkirlərin özü onu ümidsizliyə düçar edir.

Bununla belə, qocalıq dövründə insanlarda bir sıra şəxsiyyət dəyişkənliklərinin mənfi xüsusiyyətləri də meydana gəlir. Belələri gənclik və orta yaş dövründən fərqli olaraq daha çox aqressiv və deyingən olur, ətrafda olan hamıdan narazılıq edirlər. Tənha, qəm- gin, uğursuz olan belələri fürsəti əldən verdikləri üçün daim özlərini günahlandırırlar.

Daha çox neqativ, mənfi xarakteristika üstünlük təşkil edən qocalarda özünüqiymətləndirmənin səviyyəsi aşağı düşməsi, özünə- inamsızhq, tənhalıq qorxusu, müflisləşmə vahiməsi, yeniliyə mara- ğın itməsi, deyingənlik və səbirsizlik, sabaha inamsızhq, pessi- mizm, xırdaçılıq kimi şəxsiyyət dəyişmələrinin klinik əlamətlərinə təsadüf olunur.

  1. Boşanma ailə münasibətlərinin pozulmasının nəticəsi kimi


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin