Emosional zorakılıq çətin dərk edilən, adətən, zorakılığın di- gər formaları ilə çulğalaşmış təzyiq formalanndan biridir. Zo- rakılığın bu növü uşaqda emosional gərginliyə səbəb olan, onun in- kişafma və emosional həyatına zərbə vuran hərəkətlərdən ibarət olan fəaliyyətdir. Uşaq lap kiçik yaşlarından başlayaraq öz inkişafı prosesində yaşlıların və həmyaşıdlarınm qeyri-adekvat emosional reaksiyaları fonunda gərginliyə məruz qalır. Qorxu, alçaldılma, hə- yəcanlanma, təhqir və s. buna misal ola bilər. Davamlı emosional gərginlik mühitində böyüyən uşaqlarda şəxsiyyətin emosional də- yərləri inkişafdan qalır, birtərəfli inkişaf edir, emosiyaların öz xarici ifadəsini itirməsi fonunda emosional kütlük müşahidə olunur. Da- vamlı emosional zorakılığa məruz qalmış uşaqlar başqalarının hisslərini anlamaqda və onlara adekvat reaksiya göstərməkdə çə- tinlik çəkirlər. Valideynlərin uşağın uğurlarına normal reaksiyaları- tərifləmə, fərəhləndirmə, sevinc və təqdiretmə onda öz qüwəsinə inamı artırır, iftixar hissi doğurur.