Vfəslə aid ədəbiyyat: Əmrahlı L. Şəxsiyyət və cəmiyyət. (Psixoloji etüdlər). Bakı, 2007, 200 səh.
Əliyev R.İ. Etnopsixologiya: qloballaşma və millilik. Bakı, “Nurlan” 2007, 180 səh.
Əsgərov Ə və b. Davamlı insan inkişafı, Bakı, 2009, 497 səh.
Quliyev S.M.,QuIiyeva M.A. Qloballaşma və müasir gəncliyin tərbiyə problemləri. Bakı, ADPU, 2013, 264 səh.
Mirzəyev İ.Ə. Ailənin praktik psixologiyası. Bakı, “Adiloğlu”, 2005, 312 səh.
Süleymanov Ə. Qloballaşma kontekstində Azərbaycanda etnik- qarışır nikahlar. Qloballaşma şəraitində davamlı inkişafın aktual prob- lemləri. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildö- nümünə və Müasir Azərbaycan dövlətçiliyinin 93 illiyinə həsr edilmiş beynəlxalq konfransın materialları. Bakı. Azərbaycan Universiteti, 4-5 may 2011-ci il.
AıJıaHacbeBa T.M. CeMba. M.. «npocBemeHHe»,1988, 285 CTp.
AHjtpeeBa T.B. CeMeÜHaa ncnxojıorııa. M., «Penb», 1999, 248
CTp. jfopHO H.B.CoBpeMeHHbifi öpax: npoSjıeMbi h rapMOHHa. M., «nejtaro-r'HKa», 1990.
flpyacHHHH B.H.ncHXOJiorna ceMbH. M., «nHTep»,2006.176
CTp. ƏıJıeHflHeBa T. MerKJiHHHOCTiibie KOHijrjiHKTHbie cHTyamm h hx npeoflOJieHHe.A.E., «Pedaqoji Universitet Xəbərləri», ADPU, 2003, N4, səh.98-104.
XapneB A.r., MauKOBCKHH M.C. CoBpeMeHHaa ceMba h ee npoöjıeMbi. M., «OraTHCTHKa», 1978.
KoBaaeB C.B. ncHxojıorna coBpeMeHHOH ceMbH. M., «npocBeıueHHe» 1988, 208 CTp.
ro3MaH ,II,.İL,AjıeııiHHa lO.E.OömeHHe h pa3BHTHe B3aHMOOT- HonıeHHH b cynpy>KecKOH nape. M.,1983.
Ailə psixoterapiyası (“terapiya”- yunanca müalicə) ailənin xəstə üzvündə psixoemosional pozğunluqların aradan qaldırılması və şəxsiyyətlərarası münasibətlərin korreksiyasına yönəlmiş psixo- terapiyanın xüsusi növüdür. Psixoterapiyanm bu sahəsi XIX əsrin 90-cı illərindən başlayaraq ailədə meydana gələn müxtəlif pozğun- luqların öyrənilməsi gedişində “ailə diaqnostikası” və “ailə müa- licəsi” kimi sahələrin inkişafı ilə əlaqədar yaranmışdır. Ailə psixote- rapiyasımn məqsəd və vəzifələrini ilk dəfə 1966-cı ildə görkəmli ABŞ psixiatr və psixoterapevti “ailə psixoterapiyasmın atası” adlan- dırılan N.Akerman (1908-1971) aşağıdakı kimi müəyyən etmişdir. Ailə üzvləri arasında patoloji konfliktlərin, həyəcan yaradan amillərin aradan qaldırılmasma nail olmaq;
Ailənin bütün üzvlərinin bir-birinə mənəvi, iqtisadi və digər tələblərinin başa düşülməsində onlara yardım göstərmək;
Ailə üzvləri (valideynlərlə övladlar, kişi ilə qadın və s.) arasında normal qarşılıqlı münasibətlərin bərpa edilməsİnə hər bir ailə üzvünün ailədə öz mövqeyini dərk edib, ona əməl etməsinə şə- rait yaratmaq;
Ailədə baş qaldıran konfliktlərin ciddi nəticələrə səbəb ola biləcəyini anlatmaqla, hər bir ailə üzvünə onların qarşısmın alınması yollarınm tapılmasında yardım göstərmək;
Sağlam ruhda, qarşılıqlı hörmət əsasında yaşamaq qabiliy- yətinin ən yüksək ailə dəyəri olmasmı ailə üzvlərinə anlatmaq.
Ailə psixoterapiyası üzrə terapevtik proseduraların həyata keçirilməsinə bir sıra tələblər verilir. Bu məqsədlə həyata keçirilən tədbirlər həftədə bir dəfə keçirilməli və hər bir seansın müddəti 1,5- 2 saatdan az olmamalıdır. Bir çox hallarda ailədə aparılan psixotera- pevtik işin məqsədlərinə 2-3 seansdan sonra nail olmaq mümükün olduğu halda, bəzən bunun üçün 6-8 seans tələb olunur.
Rusiyada və dünyada bu elmi istiqamətin əsasını İ.V.Malya- revski(1904-1961) qoymuşdur. 1982-ci ildə o, Sank-Peterburq şə- hərində psixi cəhətdən xəstə uşaq və yeniyetmələr üçün müalicə-tər- biyə müəssisəsi açmışdır. Burada psixi cəhətdən xəstə uşaqların ai- lədə qarşılıqlı münasibətlərin diaqnostikasma, disharmonik tərbiyə- nin ruhi xəstəliklərin yaranmasına səbəb olan bu və ya digər təza- hürlərinin öyrənilməsinə xüsusi diqqət yetirilirdi. Bu müalicə-tərbi- yə müəssisəsində xəstə uşaqların qohumları ilə “ailə tərbiyəsi” proqramı üzrə korreksiya tədbirləri həyata keçirilirdi ki, bu da müasir ailə psixoterapiyasının proobrazı idi.
XX əsrin 40-cı illərində, xüsusilə, II Dünya müharibəsindən sonra dünyanm bütün ölkələrində ailə psixoterapiyasına təlabat güc- lənməyə başladı. Müasir dövrdə ailə psixoterapiyasının psixodina- mik (V.K.Myager, T.M.Mişina, V.Y.Kostereva, İ.B.Trequbov,
S.M.Babin, N.V.Askerman, P.F.Franklin), sistemli və strateji (S.İ.Çayeva, İ.Haley, S.Minuxin, H.Fishman, M.Palazolli) və eklek- tik (E.G.Eydemiller,A.İ.Zaxarov) kimi əsas istiqamətləri meydana gəlmişdir.
Ailə psixoterapiyasında meydana gələn ilk istiqamət Qərbdə yaranmış və Z.Freydin psixoanalizdə “kiçik Hans” hadisəsi ilə əlaqələndirilən psixodinamik istiqamətdir.
Məlumdur ki, Hansın atası gündəlik yazırdı və Z.Freydə mü- raciət edərək oğlunun at gördükdə qorxudan əzab çəkdiyini bil- dirmiş və bununla bağlı kömək göstərməsini xahiş etmişdir. Z.Freyd isə bu fobiya ilə bağlı Hansın atasına öz məsləhətlərini vermişdi. O, psixodinamik yanaşma əsasında ailə üzvlərinin tarixi keçmişi ilə bağlı təhlillər aparmış, onların dərk edilməyən arzu və istəklərini, ontogenezin ilkin mərhələlərində yaşanmış psixoloji problemləri və onların qarşılıqlı proyeksiyası problemlərini araşdırmışdır. Freydin həyata keçirdiyi psixoterapiyanın vəzifəsi vaxtilə ailədə həll edilmə- miş problemlərin ailə üzvlərinin qarşılıqlı münasibətlərində nevrotik simptomların yaranmasma təsirini öyrənməkdən ibarət idi. Müasir dövrdə bu cür psixodinamik yanaşma həm psixoterapevt, həm də ailə üzvləri üçün böyük vaxt itkisinə səbəb olduğuna görə az səmə- rəli hesab olunur. Bunu psixoterapiya problemlərinə həsr olunmuş beynəlxalq konfransların (Krakov, 1990, Yuqoslaviya 1991, Yeru- səlim 1992) iştirakçılarının rəyi də təsdiq edir. Konfrans iştirakçıla- rınm 25%-i “psixodinamik ailə terapiyası”nm, 60%- isə “sistemli ailə terapiyasf’nm üstün olduğu qənaətinə gəlmişlər.
Eklektik istiqamətin nümayəndələri ailə psixoterapiyası üzrə iş sistemində hipnoz, autogen məşq, meditasiya, davranış modi- fikasiyası üzrə ev tapşırıqlanna, qarşılıqlı münasibətlərin təlılili və interpratasiyası, qrup diskussiyası və s. kimi müalicə üsul- larına istinad edirlər.
Ailə psixoterapiyası üzrə keçirilən seansların davametmə müddəti bir neçə həftədən bir neçə ilədək üzana bilər. Ailə psi- xoterapiyası üzrə müalicəvi tədbirlərin müddəti “simptom daşıyı- cısı” olan şəxsdə psixi pozğunluğun ağırlıq dərəcəsindən, ailədə şəxsiyyətlərarası konfliktlərin təzahür xüsusiyyətlərindən , psixote- rapevtik dəyişikliklər sahəsində əldə edilmiş uğurlu nəticələrə ailə üzvlərinin münasibətindən asılıdır.
Ailə psixoterapiyası üzrə müalicəvi seanslar adətən 4 mər- hələdə həyata keçirilir. diaqnostik (ailə diaqnozu);