Birinci, diaqnostik mərhələdə psixoterapevt ailə üzvlərinin və ya onlardan birinin fərdi və şəxsiyyət xüsusiyyətlərini nəzərə almaqla ailə münasibətlərinin pozulmasımn tipini müəyyənləşdirir. Ailə münasibətlərinin diaqnostikası ailə qrupuna psixoterapevtin qoşulması ilə başlamr və o, problemli diaqnostik fərziyyələri yoxla- yır. Ailə diaqnostikası metodunun əsas xüsusiyyəti ondan ibarətdir ki, o, aralıq xarakter kəsb edir, yəni bütün ailə psixoterapiyası üzrə mərhələlər və psixoterapevtik texnikaların seçilməsi üçün müşayə- tedici rol oynayır. Diaqnostik metodların mühüm cəhətlərindən biri də psixoterapevtin hər hansı ailə üzvü ilə birtərəfli görüşü zamanı əldə edilmiş məlumatların digər ailə üzvlərindən əldə edilmiş məlu- matlarla qarşılaşdınlmasımn zəruriliyi ilə bağlıdır. Bu məqsədlə psi- xoterapevt psixoterapiyanın “ailə uşağın gözü ilə”, “ailə valideyn- lərin gözü ilə”, “ailə psixoterapevtin gözü ilə”kimi meto- dikalardan istifadə edir.