Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə121/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   123
Çələbiyev Ailə Psixologiyası KI

Analitik metod. Psixoanalitik yanaşmaya əsaslanan bu üsulun əsas mahiyyətini ailədə ər - arvad münaqişələrinin aradan qaldırılmasında şüuraltı proseslərin təsir rolunun araşdırılması və bu məqsədlə psixoanalitik terapiyaya üstünlük verilməsi təşkil edir. Görkəmli psixoanalitik Z.Freydin təliminə istinad edən psİxoana- litik yanaşmaya görə, hər kəs nikah üçün tərəfdaş seçərkən özündə çatışmayan cəhətləri nikah vasitəsilə kompensasiya etməyə çalışır. Ailə həyatında birgəyaşayış şəraitində bu təlabat təmin olunma- dıqda, nikahda olanlarda xəyal qırıqlığı və bundan asılı olaraq konf- liktlər yaranır. Bu cəhəti nəzərə alaraq ailə psixoterapevti nikahın qorunması naminə nikahda olan ər-arvada kömək etməyə, yaranmış münaqişəni başqa müsbət xüsusiyyətlər hesabma neyterallaş- dırmağa çalışır.

  • Güzəşt metodu. Ailə cütlükləri kimi münaqişədə olan ər- arvadla aparılan psixoterapiya zamam psixoterapevt hər iki tərəfm irəli sürdüyü mübahisə doğuran arqumentiəri təmkinlə dinləməli, təhlil etməli, konfliktləri neyterallaşdırmaq üçün güzəştə getmək, barışıq variantları tapmağa çahşmalıdır.

  • Davranış metodu. Ailə psixoterapiyasında səmərəli metod- lardan biri hesab edilən bu metod nisbətən sadə metoddur. Davranış metodu üzrə iş aparan psixoterapevt ilk növbədə ər-arvad və ya digər ailə üzvləri arasmda yaranan konfliktin səbəblərini müəyyən edir. Sonra münaqişədə olan tərəflərə banşıq yarada biləcək təkliflər söyləyir. Təkliflər konkret xarakterli olmalıdır. Məsələn, ər təklif edə bilər ki, xanımı ondan icazəsiz anasıgilə getməsin. Psixote- rapevt tərəfləri qane edən ortaq razılaşmaya gətirib çıxaracaq tək- liflər irəli sürməlidir. Psixoterapevtin vəzifəsi tərəfləri razı salan təkliflərə tərəfdar çıxmaq və gələcəkdə baş verə biləcək yersiz münaqişələrin qarşısını almaq üçün məsləhətlər verməkdir.

    Bütün hallarda konfliktlərlə işin əsas şərti onları doğuran səbəbləri aradan qaldırmadan ibarətdir. Bir sıra sosial-psixoloji ədəbiyyatlarda (Kozırev X., Komelius X., Nazim Mirzə və b.) mü- naqişələrin həllinin bəzi ümumi istiqamətləri qeyd edilir: a) “ürəyi boşaltma” üsulu; b) tərəflərin bir-birini “məcburi dinləməsi” (bu halda bəzi qaranlıq məqamlar açılır); c) əlavə nüfuzlu şəxsin müda- xiləsi (bu halda kompromİs əldə etmək asanlaşır); d) “şəxsiyyətə müsbət münasibət” üsulu (münaqişə tərrəflərinə müsbət yanaşma vəziyyəti yumşaltmağa imkan verir) və s.

    Konfliktlərin həlli üçün onlarm inkişaf dinamikası və mərhə- lələri haqda təsəvvürə malik olmaq vacibdir. Mövcud ədəbiyyatlarda konfliktlərin 4 mərhələsi nəzərdən keçirilir: 1) konfliktqabağı mərhələ (bu mərhələdə münaqişə tərəfləri arasında ziddiyyətlər mey- dana gəlir və tədricən gərginlik artır); 2) konlikt mərhələsİ (münaqişə başlayır, qarşıdurma güclənir); 3) münaqişənin həlli mərhələsi (bu mərhələ münaqişə tərəflərinin razılığa gəlməsi, birİnin məğlub olması ilə bitir, yaxud sonu görünməyən ixtilafa çevrilir); 4) münaqişədən sonrakı mərhələ (tərəflərin normal münasibəti bərpa olunur, yaxud əlverişsiz şəraitdə münaqişə üçün yenidən davam edir). Sonuncu mərhələyə diqqət yetirmək lazımdır ki, münaqişə üçün heç bir münbit şərait yaranmasın, tərəflər bir-birilə yaxmlaşsınlar.

    Konfliktlər və onların səbəbləri çox müxtəlif olduğundan onlardan universal çıxış yolu yoxdur. Lakin münaqişəli vəziyyətdən bəzi çıxış yolları mövcuddur. Pedaqoji-psixoloji ədəbiyyata aşağıdakı çıxış yollan qeyd edilir:

    1. Rəqabət - (konfrontasiya) metodu -konfliktlərdə üstünlük əldə etmək cəhdidir. Son nəticədə bir rəqibin digəri üzərində üstün- lüyünə gətirib çıxara bilər (bu halda nüfuzlu, özünə inamlı, qələbəyə ümidli və təkidli tərəf qalib çıxır).

    2. Yayınma metodu -tərəflərdən birinin problemə əhəmiyyət verməməsi və ondan yayınması deməkdir (qalib çıxmaq şansı olma- yan, əlavə vaxta və köməyə ehtiyac duyan, vəziyyəti qəlizləşdirmək istəməyən tərəf konfliktlərdən yayınır).

    3. Uyğunlaşma metodu - tərəflərdən birinin vəziyyətə uyğun- laşması və konliktlərdən çəkinməsi deməkdir (işin nəticəsini özü üçün çox da vacib saymayan, münasibəti korlamaq istəməyən tərəf digər tərəfin mövqeyinə uyğunlaşır).

    4. Əməkdaşlıq metodu- hər iki tərəfin münaqişəsinin əsl sə- bəblərini yaxşı dərk etməsi, gələcək konfliktlərdən çəkinməsi və ümumi məqsəd üçün birgə çalışması deməkdir (bu zaman hər iki konflikt tərəfində qaliblik hissi baş qaldırır).

    5. Qarşüıqlı güzəşt (kompromis) metodu -konfliktə cəlb olun- muş tərəflər problemi qarşılıqlı güzəştkompromis əsasında onun həlli ilə bağlı razılığa (konsensusa) gəlir. Bu halda tərəflərin ortaq marağını -maraqların üst-üstə düşdüyü sahəni (sahələri) tapmaq əsas şərtdir. Bu strategiya bir-birinə zidd maraqları olmayan və böyük itkilər vermək istəməyn tərəflər arasında mümkündür).

    6. Vasitəçilik (mediasiya) metodu - problemi həll etmək üçün tərəflərə üçüncü tərəfin köməyidir. Vasitəçi(lər) mövcud olan anla- şılmazlıqları və çətinlikləri ayırd edir, münaqişə vəziyyətini onlara izah edir, tərəflərə təklif və məsləhətlər verir. Vasitəçilər obyektiv və bitərəf olmalı, heç bir tərəfin maraqları mövqeyindən çıxış etmə- məlidirlər. Vasitəçiliyin 3 əsas prinsipi vardır: qərəzsizlik, könüllü- lük, məxfilik.

    Vasitəçilik o zaman olur ki, hər iki tərəf danışıqlar aparmağa və razılığa gəlməyə hazırdır. Vasitəçilər tərəflərin sərbəst danışma- sına şərait yaratmalı (kənar ərazidə), günahkar axtarmamalı, konf- liktin düzgün həllinə və mövqelərin yaxmlaşmasına çalışmalıdırlar.

    Konfliktlərin göstərilən həlli yollarından əməkdaşlıq ən məq- sədəuyğun (konstruktiv) variantdır: çünki o, konliktdə iştirak edən bütün tərəflərin maraqlarım nəzərə almağı təmin edir və hər iki tə- rəfə fayda gətirir.


    Yüklə 0,8 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   115   116   117   118   119   120   121   122   123




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin