Emosional deprivasiya şəraitində böyüyən uşaqlar isə, ək- sinə, çox vaxt bu mühitin qurbanı olurlar. Asosial amillərin üstün olduğu ailələrdə daim konfliklər fonunda emosional həyat yaşanır. Aqressiya, dava, zorakıhq belə ailələrin gündəlik həyat tərzinə çev- rilir. Nəticədə, belə ailələrə üz verən bədbəxtliklərə qarşı uşaqlarda etinasızhq yaranır, sanki onların hissləri “donmuş” olur. Erkən uşaqlıq illərindən valideynlərin qadağalaıa, lıaray-qışqırıqları ilə üz- üzə qalan uşaq başqalarının kədərinə şərik olmaq, uğurlarına sevin- mək kimi hisslərə sahib ola bilmir, onlarda empatiya (başqasının ha- lına acınıaq) qabiliyyəti zəif inkişaf edir. Yaşa dolduqdan sonra belə uşaqlar nəinki başqa adamların hisslərini anlayır, ümumiyyətlə, bundan uzaq olmağa, qorxmağa başlayırlar. Psixoloqların fıkrincə, uşağa qarşı münasibətdə aşağıdakı hərəkətlər emosional zorakıhq hərəkətləri sayılır:
uşağın normal sosial ünsiyyətdən təcrid edilməsi;
uşağın qarşılaşdığı problemin həllindən imtina etmə;
“qadağanlarla alver” (məsələn, uşaq müəyyən edilmiş vaxta dərslərini oxumamış və ya çarpayını yığışdırmamışsa, onun müəy- yən müddət gəzməyə getməkdən və ya televizora baxmaqdan məh- rum edilməsi);
uşağın təhqir edilməsi;
uşağın dəfələrlə təhqir edilməsi vasitəsilə onda stabil qorxu hisslərinin yaradılması;
daim qorxu və hədə altında saxlanma;
cəza ilə qorxutma (Bir də “2” alsan, mən kəmərə əl atmalı olacağam”);
söyüş və ələsalma;
mənəvi zorlama, uşağı ictimai normaları pozmağa, ona mə- nəvi zərbə vura biləcək hərəkətlərə-oğurluğa, alkoqolizmə, narko- maniyaya, təhlükəli vasitəçiliyə və s. təhriketmə:
Uşağın emosional zorakılığa məruz qalması özünü onun bir sıra fıziki və davramş reaksiyalarmda göstərir:
istilik və diqqət axtarışı ilə istənilən yaşlıya “yapışma”;
gecə yuxu qorxuları, pis yatma;
oyuna marağın olmaması.
Emosional zorakılığa məruz qalmış uşaqlarda artan fızioloji reaktivlik fonunda gündüz və ya gecə epurezi (sidikburaxma), psixosomatik mənşəli şikayətlər-baş,mədə və ürək sahəsində ağrılar, fıziki və ümumi inkişafın zəifləməsi halları müşahidə olunur. Uşa- ğın fiziki və emosional şəraitdə tərbiyəsi şəxsiyyətin deformasiya- sma gətirib çıxarır. Daim zorakılığa məruz qalan uşaqda valideynlə- rinin onu sevmədikləri haqqında rəy formalaşır, arzuolunmaz adam olduğu qənaəti yaranır, o, daim utancaqlıq və günah hissi ilə yaşa- yır, sanki dünyaya gəldiyinə peşiman olur. Emosional zorakılığın qurbanma çevrilmiş uşağa elə gəlir ki, o, hamı üçün pis və əhəmiy- yətsiz bir adamdır.
Uşağa qarşı psixoloji zorakılıq onun potensial qabiliyyət- lərinin inkişafmın ləngidilməsinə və ya zərər vurulmasına yönəlmiş hərəkətlərdir.
Psixoloji zorakılığa ailədə tez-tez baş verən münaqişələri, uşağa qarşı valideynlərin ağlasığmaz hərəkətlərini misal göstərmək olar. Psixoloji zorakılıq həm də, öz mahiyyəti etibarı ilə mənəvi zo- rakılıqdır və o, uşağın intellektual inkişafmı ləngidir, idrak proseslə- rini və adaptasiya. qabiliyyətlərinin adekvat inkişafmı təhlükə altm- da qoyur. Belə uşaqlarda sosial tənhalıq hissi baş qaldırır, özünəhör- mət hissi zəifləyir və onlar qeyri-ixtiyari olaraq münaqişələrə qo- şulmağa meylli olurlar.
İngilis psixoloqu A.Miller travmalı şəxsiyyət tərbiyə edən belə zorakı təsirlər komileksini irəli sürmüşdür. O, “uşağın ruhunu öldürməyə”kömək edən “qaydaları” 1980-cı ildə çap olunmuş “Sənin şəxsi rifahın üçün” adlı kitabında belə qruplaşdırmışdır: Uşağın valideynlərdən tam asılılığı;
Nəyin yaxşı, nəyin pis olduğunu onlar müəyyən edirlər;
Uşaq valideynlərin günahına görə məsuliyyət daşıyır. Hər şeyin günahkarı uşaqdır.
Valideynlər həmişə haqlıdır və onlar səhv edə bilməzlər.
Uşağın həyatda özünü təsdiq etməsi onun avtokratik valideyn olacağı təhlükəsi doğurur;
Uşaq nə qədər tez “smdırılsa”, bir o qədər yaxşıdır.
Hər şeyi vaxtında, uşağın mümkün qədər kiçik olduğu yaşlarda etmək lazımdır ki, o bunu dərk edərək valideynlərini ifşa edə bilməsin.
Uşağın istəklərini yerinə yetirmək düzgün deyil. Ciddilik, soyuqqanlılıq və kobudluq həyata yaxşı hazırlığın əsasıdır.
A.Millerin irəli sürdüyü “pedaqoji prinsiplər” tam şəkildə qa- dağanlar üzərində qurulmuşdur. Burada uşağm layaqətinin alçaldıl- masına, uşaq hisslərinə hörmətsiz münasibət əsas yer tutur.
Uşaqlara qarşı yönəlmiş seksual zorakılıq öz nəticələrinə gö- rə ən ağır psixoloji xəsarət hesab olunur. Uzun illər boyu baş vermiş belə halların statistikası əhalidən gizli saxlanmışdır. M.A Do- qadinanın fıkrincə, Rusiyada uşaqlara qarşı hər il 7-8 min seksual zorlama halının olduğu və bununla bağlı cinayət işlərinin açıldığı məlumdur. Əslində isə, real faktların bundan da çox olduğu şübhə doğurmur. Rusiya statistikasına görə, seksual zorakılıq qurbanları olan uşaqların 70%-i öz qohumları və tanışları, 28%-i isə va- lideynləri və qəyyumları tərəfindən bu təcavüzə məruz qalırlar. N.K.Asanovanın yazdığına görə, seksual zorakılıq hallarımn üçdə ikisi ailə şəraitində, üçdə biri isə ailədənkənar şəraitdə baş verir. 2013-cü ilin statistikasına görə, Azərbaycanda bir il ərzində az- yaşlılara qarşı 157 seksual zorakılıq halı baş vermişdir.
Rus psixoloqları Q.İ.Qindin və O.B.Duxova qeyd edir ki, son 5 ildə Rusiyada uşaq və valideynlərə qarşı yönəlmiş seksual zorakı- lıq halları 12,5 dəfə artmışdır. Digər xarici ölkələrdə də bu sahədə vəziyyət ağırdır. ABŞ-da hər il 150-200 min belə hadisə baş verir. Zorlanmaya məruz qalan uşaq və yeniyetmələr arasında zərər çəkmişlərin 12%-i 12 yaşadək, 25%-i 13-17 yaşlarındadır.
Ailədaxili zorlanmalara məruz qalanların yalnız 2%-i, ailə- dənkənar zorlama halında isə 6% uşaq bu barədə məlumat verir, əksəriyyət isə bu faktı gizli saxlayırlar. İ.S.Kon qeyd edir ki, uşaq- ların seksual hücumlara məruz qalması cəmiyyətin mənəvi düşkün- lüyü və deqradasiyasının əlamətidir. Bu halların çoxu yaşlı və sek- sual baxımdan xəstə adamlar tərəfindən törədilir. Seksual xarakterli zorakılıq, adətən, kasıb və natamam ailələrdə, uşağın aldadılması yolu ilə baş verir, uşaq seksual təcavüzün passiv obyektinə çevrilir. Uşaqlara qarşı seksual zorakılığın intim cİnsi əiaqədən başqa, qeyri- kontakt formaları da mövcuddur ki, bunlar da seksual zorakılıq əlamətləri hesab olunur.
nəvaziş, tumarlama, öpüş, uşağın bədəninin intim hissələrinə gizli şəkildə (məsələn, çimərkən) toxunma;
uşağın cinsiyyət orqanlarına tamaşa etmək;
soyunma və geyinmə zamanı uşağın müşahidə edilməsi;
öz çılpaq bədənini uşağa nümayiş etdirmək;
baxışlar, mülahizələr və seksual ifadələrlə uşağa yanaşma;
uşağın yanında intim münasibətdə olmaq;
Psixoloqtarın fikrincə, uşaqlar həm məktəbdə, həm də ailədə
müxtəlif zorakılıqtara məruz qalırlar. Məktəb zorakılığızorakılığın xüsusi növü olub, müəllimlərlə uşaqlar arasmda baş verən və uşağa qarşı yönəlmiş emosional və fiziki xarakterli təsirlərdən ibarət hərəkətlərdir. Bu təsirlər nəticəsində zorakıhq qurbanı olan uşağm psixoloji vəziyyəti pisləşir. Məktəbdə uşaqların qarşılaşdığı fiziki zorakıhğa, əsasən, aşağıdakılar aiddir: döymə, zərbə endirmə, əşya- ların əlindən alınması və xarab edilməsi.
Uşaqlara qarşı məktəbdə göstərilən emosional zorakıhq onla- rm emosional durumunun pisləşməsinə, gərginliyinin artırılmasına və alçatdılmasına yönəlmiş antipedaqoji hərəkəttərdir. Bunlara istelıza və lağaqoyma, ləqəb yapışdırma, səbəbsiz otaraq sonsuz xəbərdarlıq- lar, qeyri -obyektiv qiymətləndirmə, məsğərəyə qoyma, başqa ıışaqla- rın yanmda təhqir etmə, təcridetmə, yoldaşlan ilə bir partada otur- maqdan, mədəni-kütləvi tədbirtərdə iştirakdan məlırum etmə və s. da- xildir. Sağlam mənəvi -psixoloji iqlim olmayan istənilən məktəbdə hər bir uşaq bu və ya digər zorakılıqdan sığortalı deyildir. Adətən hər hansı bir cəhətə görə başqa uşaqlardan zəif olanlar həmyaşıdların və böyüklərin daha çox zorakı təsirlərinin qurbanı olurlar. Bu xoşagəlməz halın yaranması aşağıdakı amillərlə bağlıdır:
uşağın fıziki qüsurları. Eynək taxan, eşitmə və hərəkət qüsurları olan uşaqlara daha çox zorakılıq göstərilir. Onlar, adətən, zorakıhq qarşısında aciz və müdafıəsiz qalırlar;
uşağm davranış xüsusiyyətləri. Adətən, qapalı (introvert və fleqmatik) və impulsiv davranışh uşaqlar məktəbdə aqressiya və is- tehzaya daha çox məruz qalırlar. Hiperaktiv davramşlı uşaqlar baş- qalarının “işinə” qarışır, söhbətinə müdaxilə edir, oyunda növbəni pozmağa meylli olur və buna görə də, başqaları tərəfındən “cavab zərbəsi” almış olurlar;
uşağın xarici görkəmi: hədsiz, kök və arıq, kürən saçlı, çil sifətli, qabarıq qulaqlı, uzun burunlu, dovşan dodaqlı, əyri ayaqlı, baş quruluşu qeyri-adi olan uşaqlar;
sosial vərdişləri inkişafdan qalmış uşaqlar (nitqi qüsurlu, pəltək, kəkələyən, səliqəsiz və s.);
məktəbdən qorxan uşaqlar. Adətən özləri oxuyarkən mək- təbdə incidilmiş valideynlər öz uşaqlannda məktəb haqqında qorxu- lu təəssüratlar oyadırlar. “Pis müəllimlər”, pis qiymətlər uşaqda qor- xu yaradır. Məktəbdən qorxan hər bir uşaq özünə qarşı inamsız olur və həmyaşıdlarmın zorakılıq obyektinə çevrilir;
kollektivdə yaşamaq təcrübəsi olmayan uşaqlar (ev uşaqları). Məktəbə daxil olanadək uşaq tərbiyə müəssisələrinə getməyən uşaq- lar uşaq kollektivlərində yaşamaq və fəaliyyət göstərmək üçün zəruri vərdişlərdən məhrum olur, ünsiyyət çətinlikləri ilə qarşılaşırlar;
xəstəliklər. Uşaqlarda olan epilepsiya, epurez (sidikburax- ma) və nitq qüsurlarınm həmyaşıdları tərəfmdən lağa qoyulması on- larda dalğınlığa, natamamlıq kompleksinə psixoloji və sarsıntıya səbəb olur;
intelektin aşağı səviyyədə olması və təlimdə çətinliklər. Uşa- ğın qabiliyyətlərinin aşağı səviyyədə olması onun təlim uğursuz- luqlarım şərtləndirən əsas səbəblərdir. Təlimdə uğursuzluqlar uşaq- larda aşağı özünüqiymətləndirməyə səbəb olur. “Mən hamıdan zəi- fəm”; “Mən çətin ki, düzələm” və s. belə uşaqlar arasında məktəb zorakılığına məruz qalanlara daha çox təsadüf olunur.
Südəmər yaş dövründə ana tərəfindən lazımi qayğı və nəva- zişlə əhatə olunmayan və valideynlərinə bağlılıqdan məhrum olmuş “sosial yetim”uşaqlar normal ailələrdə böyüyən uşaqlara nisbətən zorakılığa daha çox meylli olurlar.
Uşaqda zorakı əlamətlərin formalaşmasına təsir göstərən amillər içərisində ailədaxili münasibətlərin də rolu böyükdür. Bu baxımdan aşağıdakı ailə tiplərində zorakılığa meyilli uşaqların yetişməsi daha yüksəkdir; Natamam ailələr;
Ananın həyata neqativ münasibət bəslədiyi ailələr;