Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə111/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Hüquqi boşanma mərhələsində münasibətlərin dağılması və ayrılma formal səviyyədə rəsmiləşdirilir. Boşanma və hüquqi müba- hisələr zamanı boşanılaraq tək qalan ər və ya qadın məyusluq, kö- məksizlik, tale ümidsizliyi hisslərinə qapanır. Vəkilin, psixoloqun və ya sosial işçinin vaxtında verilən məsləhəti ailəyə öz əmlakını və sosial hüquqlarım qorumağa kömək edir. Boşanmamn bu mərhələsində, xüsusilə, uşaqlar daha çox psixoloji yardıma ehtiyac hiss edirlər.

İqtisadi boşanma ər və ya qadında günah və qəmginlik halla- rına səbəb olur. (Həyatım dağıldı, pulun nə əhəmiyyəti var, nəyimə gərəkdir) İqtisadi boşanma nəticəsində problemləri təkbaşına həll edə biləcəyinə inamsızlıq və qorxu hissi keçirən evdar qadmlar işlə- mək məcburiyyətində qalaraq iş yerləri axtarmağa başlayırlar. Dav-

ranışda yeni istiqaınət meydana çıxır: yenİ dostların axtarışı, fəallıq, yeni həyat uslubunun stabilləşməsi, uşaqların və özünün gün rejiminə əməl etmək zərurəti qadının yüklənməsinə gətirib çıxarır. Boşanmadan sonra uşaqlarla birgə yaşayan ailə başçısı və digər ailə üzvləri üçün yeni vəzifələr formalaşır.

Psixoloji boşanma emosional səviyyədə özünəinama, qüruru qoruyub saxlamağa, özünüqiymətləndirməyə və işgüzarlığa hazır- lıqdır. Bu mərhələdə boşanan tərəflər, yeni ailə yaratmaq üçün tərəf- daş axtarışı səylərini artırır, özlərini uzunmüddətli yeni münasibət- lərə hazırlayırlar.

Boşanma hüquqi müstəvidə rəsmiləşdirilənədək o, bir neçə mərhələdən keçir.

Emosional hoşanma adlanan birinci mərhələdə tərəflər ara- sında tez-tez baş verən münaqişələr, küsüşmələrdə, yadlaşma hissin- də, bir-birinə qarşı etinasızlıqda, etibar və sevgİnin itirilməsində əks olunur. Bundan sonra fıziki boşanma mərhələsi başlamr. Bu rnərhə- lədə ər-arvad hüquqi boşanmamn mümkünlüyü barədə düşünsələr də, bunun heç də yaranmış vəziyyətdən yeganə və ən yaxşı çıxış yo- lu olmadığı dərk edirlər.

Fiziki boşanma mərhələsində tərəflər arasında ər-arvad münasibətləri məhdudlaşır və onlar ayn yaşamağa başlayırlar.

Sınaq boşanması mərhələsində problem açıq müzakirə mövzusuna çevrilir. Cütliiklər ayrı-ayrı yaşayır, bu mümkün oimadıqda, təsərrüfat və məişətdə hər şeyi ayırırlar. Sınaq boşanma- sı tərəfləri dağılmış ailə şəraitinə keçidə, müstəqil yaşamağa alışdı- rır. Nəhayət, sınaq boşannıasından sonrakı, hüquqi boşanma artıq uzunmüddətli ailə həyatının rəsmən parçalanmasının başa çatdırıldı- ğmı rəsmiləşdirmiş olur.

Boşanma doğum səviyyəsinə və əhali artımına neqativ təsir göstərən ciddi amillərdən biridir. Əksər hallarda boşanma nəticəsin- də ərindəıı ayrılan qadın azyaşh uşaqları ilə birlikdə yaşamalı olur. Boşanmaların sayının artması ilə boşanmadaıı sonra təkrar nikaha daxil olmaq istəməyən insanların, xüsusən qadınların sayı da artır. Sosioloji sorğulann birində boşanmış kişilərin 45%, qadmların isə 35%-i boşanmadan sonra peşimançılıq hissi keçirdiklərini etiraf

etmiş, kişilərin 9,5, qadmların isə 8,5%-i öz əwəlki ailələrini bərpa etmək istəyində olduğunu bildirmişlər.

Gənc ailədə boşanma ərəfəsindəki situasiyanı tədqiq edən rus sosioloqu V.V.Solodnikov müəyyən etmişdir ki, tədqiqat aparılan bütün ailələrin 46%-də cütlüklərdən biri (adətən kişilər) nikahın ləğv edilməsi ilə əlaqədar ərizə vermə anmda tərəfdaşma emovitiv hisslər keçirmiş, 21% cütlüklər isə bir -birinə qarşı hələ də emosio- nal bağlılığı itirmədikləri qənaətində olmuşlar.

Ər-arvad həyatınm ilk 10 ili ən çətin dövr-adaptasiya dövrü- dür. Boşanmaların məhz üçdə ikisi bu dövrdə baş verir. Boşanma hallarına kişilərdə ən çox 25-29 yaşlarda (26%), qadınlarda isə ən çox 20-24 yaşda (12%) təsadüf olunur.

Məşhur Avstriya psixoloq və psixiatrı Z.Freyd deyirdi ki, bu gözəl həyat yalnız bizim deyil. Bu həqiqəti anlayıb başqalarına zi- yan vermədən yaşamağı öyrənmək lazımdır.

Boşanma ciddi psixoloji və hüquqi nəticələrə səbəb olan sosi- al hadisədir. ABŞ həkimlərinin tədqiqatlarına görə, boşanma qadın- larm immun sistemini zəiflədir. Onlar infeksiyalara qarşı dözümsüz- dürlər. Belə qadınlar arasında vaxtsız ölüm halları pnevmaniyadan ölənlərin saymdan 6 dəfə çoxdur.

XX əsrin əwəllərində məlum olduğu kimi, Azərbaycanda bo- şanmalar çox nadir hadisə idi. Məsələ heç də onda deyil ki, boşan- ma o zamankı əxlaq və sosial normalara zidd idi. O zaman qüwədə olan qanunvericilik boşanmanm mümkünlüyünü kəskin şəkildə məhdudlaşdırırdı. Boşanmaya ər-arvaddan birinin xahişi ilə yalmz bir neçə müstəsna səbəb olduqda icazə verilirdi: ərin və ya arvadın zinakarlıq etdiyi və ya ərin (və ya arvadın) «nikahda cinsi əlaqəyə» qabil olmaması sübuta yetirildiyi halda; ər-arvaddan biri-nin cinayət məsuliyyətinə cəlb olunaraq ən azı üç il müddətinə azadlıqdan məhrum edilməsi halında; ər-arvaddan birinin xəbərsiz itkin düşmüş hesab edilməsi halmda və s.

1917-ci ilə qədər Rusiyada boşanma qəbahətli bir hadisə kimi qiymətləndirilirdi. Boşanmaya səbəbkar olan tərəfın yenidən nikaha daxil olmaq hüququnun əlindən alınmasına aid məlumatlar vardır. İ.V.Stalinin hakimiyyəti illərində Rusiyada boşanma kəskin şəkildə məhdudlaşdırılmış, rayon xalq məhkəmələri boşanma ilə bağlı işlərə baxmaq hüququndan məhrum edilmişdi. Boşanmaq iddiası qaldıran tərəflər hökmən qəzetlərdə bu barədə rəsmi elan verməli idilər. N.S.Xuruşovun hakimiyyəti illərində keçmiş SSRİ-də boşanma ilə bağlı məsələlər asanlaşdırılmışdı. SSRİ Statistika Komitəsinin mə- lumatına görə, 1960-cı ildən sonra SSRİ-də boşanmanm dinamikası sürətlə artmışdır. 2008-ci ilin statistikasına görə, Rusiyada 1 milyon 178 min nikah bağlanmış, həmin ildə 703 min boşanma hadisəsi qeydə alınmışdır.

Bütün səmavi dinlərin boşanmaya münasibətində oxşar və fərqli cəhətlər özünü göstərir. Xristianlıqda boşanmanın mümkünlü- yü haqqında fıkirlərə İusus Xristosun “Yeni vəsiyyətləri”ndə rast gəlmək mümkündür. Həmin “vəsiyyətlərdə” boşanmanm yalnız xə- yanət səbəbindən mümkünlüyündən və bu halda yenidən nikaha da- xil olmaq hüququndan bəhs olunur. Müasir xristianlığın pravoslav, katolik və protestant təriqətlərində boşanmanm mümkünlüyü əsas- landırılır və fərqli baxışlar özünü göstərir. İudaizmdə boşanma təq- dir edilməsə də, mümkün olan bir hal hesab edilir. Boşanma iddiası qaldıran qadınlara xüsusi qadağalar qoyulur və onlara yalnız ərləri öldükdən sonra yenidən nikaha daxil olmaq hüququ verilir. İslam dini də boşanmanı müsbət hadisə kimi təqdir etməsə də, yol verilən bir hal kimi qarşılayır. İslamın sərbəst qanunlan boşanmaq niy- yətində olanları barışdırmağı bir məqsəd kimi qarşıya qoyur. İslama görə, boşanma kişinin öz qadını ilə qarşılıqlı münasibətlərindən sözlə, şifahi, yazılı və ya işarə vasitəsilə ayrılmasıdır. İslam dini nə- zərə alır ki, ər və ya arvaddan biri hər hansı bir səbəbdən digərinə əzab verdikdə, onların birgə yaşanması mümkünsüz olduqda, boşanma qaçılmaz hal kimi zərurətə çevrilir. İslamın müqəddəs kitabı “Qurani-Kərim”də deyilir: “Allah öz qullarım (bəndələrini - N.Ç.) sevir və boşanmaya hər hansı bir cəza kimi yanaşmağa icazə verir”.

İslam şəriətinə görə, boşanma zamanı bir sıra şərtlərə əməl olunmalıdır:

qadını menustrasiya dövründə boşanmaq olmaz. Bu dövrdə qadın menustrasiya başa çatanadək kişinin evində qalmalıdır. Kişi istəsə, bundan sonra qadını boşaya bilər;

əgər kişi menustrasiya başa çatandan sonra öz qadım ilə cin- si münasibətdə olmuşsa, qadının hamilə olub-olmadığı bilinənə qə- dər onu boşaya bilməz. Dərhal bir dəfədən artıq “Səni boşayıram” - demək olmaz. Burada bir müddət vaxt nəzərə alınmalıdır. (bax: Bəqərə surəsi. 229-cu ayə) İslam dini qadınların da boşanmaq hüqu- quna hörmətlə yanaşır. Qadın ərinin artıq onu sevmədiyinə əsasları olduqda, boşanma təşəbbüsü ilə çıxış edə bilər. Bu halda qadın ki- şinin ona bəxş etdiyi qiymətli qızıl və daş-qaşı geri qaytarmalıdır.

Boşanma amilləri arasında əsas yerlərdən birini demoqrafık və sosial-iqtisadi determinantlar tutur. Burada ər-arvadın yaşı mü- hüm rol oynayır. Burada, demoqrafık dəyişən üç müxtəlif modifıka- siya irəli çıxır: nikah bağlanma yaşı, boşanma anındakı yaş, ər və arvadın yaşları arasındakı fərq.

Birinciyə, yəni nikah bağlanma yaşına gəlincə, tədqiqatlar göstərir ki, bu amildən asılı olaraq boşanmamn ehtimalı aşağıdakı kimi dəyişir: əwəlcə o, çox cavan yaşlarda bağlanan nikahlara xas olan yüksək səviyyədən aşağı düşür, sonra isə yenidən ahıl yaşda bağlanan nikahlar üçün artır. Boşanmanm ən az ehtimalı maksimum nikah yaşlarında bağlanan nikahlarda müşahidə olunur.

Statistikaya görə, Azərbaycanda 35-39 yaş intervalında boşan- ma maksimum həddə çatır. Təkcə 2005-ci ildə 1895 boşanmış ailə- lərin 1870-i və ya 21%-i 35-39 yaş həddində olmuşdur. Daha sonra isə tədricən 50-55 yaşdan yuxarı yaşlarda ən aşağı səviyyəyə qədər enir. Bu zaman maksimum boşanma ehtimalı yaşlı qadınlarda kişi- lərə nisbətən daha aşağıdır.

Ərlə arvadın yaşları arasındakı böyük fərq boşanmanın ehti- malını artırır, bu zaman arvad ərdən yaşca böyük olduqda bu ehti- mal daha yüksək olur.

Boşanma tezliyinin müəyyənləşdirilməsində nikahın sıra nömrəsi də müəyyən rol oynayır. Bu məsələ üzrə məlumatlar az ol- sa da, aparılan tədqiqatlar təkrar nikahlar üçün daha yüksək boşan- ma tezliyini göstərir. Bu meyl həm ölkəmizdə, həm də xarici ölkə- lərdə boşanma statistikasına dair materiallarda öz əksini tapmışdır.

Boşanmanın mühüm amillərindən biri də boşanan ər-arvadm uşaqlannm sayıdır. Demoqrafık statistikanın məlumatlan göstərir ki, uşaq olmayan ailələrdə boşanmanm ehtimalı bir və daha artıq uşağı

olan ailələrlə müqayisədə daha çoxdur. Beş il ərzində respublikamızda (2000-ci ildən 2005-ci ilədək) bütün tip ailələrdə bu artmışdırsa da, boşanma ən çox məhz uşaqsız ailələrdə üstün olmuşdur: müvafiq olaraq 63%. Uşaqsız ailələrdə boşanmam sayı bir uşaqlı ailələrə nisbətən 3,5 dəfə, 2 uşaqlıya nisbətən isə 3,3 dəfə çoxdur.

Belə görünür ki, ictimai rəy müasir dövrdə boşanmanı şərtləndi- rən mühüm amillərdən biri kimi çıxış edir. Müasir cəmiyyətin boşan- maya qarşı dözümlülüyü artır, həmçinin boşanmanın yolverilən hal ol- masını əsaslandıran səbəb və motivlərin strukturu da dəyişir. Tama- milə konkret əsaslı səbəb olduqda, boşanmanm yol verilən hal olması- nm qəbul edilməsi ilə yanaşı (ər-arvaddan birinin sonsuz olması, subu- ta yetirilmiş xəyanət və s.), bəzi hallarda ər-arvad arasmda məhəbbətin, ünsiyyətin, qarşılıqlı anlaşmanm olmaması halmda da boşanma ehti- malı artır. Tədqiqatlar göstərir ki, gənclərin 60-65%-i kəbin kəsdirənə qədər bir-birini sevərək evləndiklərini etiraf etsələr də, digərləri təsadü- fən valideynlərin təkidi ilə, sevmədən, müəyyən məqsəd güdərək evləndiklərini bildirmişlər. Məhz buna görə də, bəzi nikahlann müd- dəti 4-7 aya və yaxud 1 ilə qədər davam edir. Göstərilən səbəblərlə yanaşı, apanlan araşdırmalara görə, iqtisadi, sosial vəziyyətin, mənzil şəraitinin qənaətbəxş olmaması, narkomanlıq, sərxoşluq, cinayətkarlıq, xəyanət və deviant davramşın digər formalan müasir Azərbaycan cəmiyyətində nikahm pozulmasmı şərtləndirən aparıcı səbəblərdir.




Şəkill6.
Boşanma ilə bağlı statistik materiallann təhlili göstərir ki, bu və ya digər səbəbdən nikah yaşma çatmış gənclərin ölkəmizi tərk etməsi bu sahədəki problem- ləri artmr. Miqrasiya insanlann təməl etnopsixoloji xüsusiyyət- lərinə, mental dəyərlərinə neqativ təsir göstərir, psixi dezadaptasiya- ya səbəb olur. Bu proseslər ni- kahın qocahnasma, bir sıra hal- larda isə bəzi bölgələrdə qızlann ailə qura bilməməsinə səbəb olur.

Yaşayış səviyyəsinin aşağı olması bəzi gənclərin vaxtmda ailə qura bil- məməsinə, müəyyən bir qisminin isə boşanmasma səbəb olur.

Müasir dövrdə boşanmalann artan tendensiyası heç də gələcək üçün yaxşı perspektiv vəd etmir, əksinə, təhlükəli meyllərdən xəbər ve- rir. Boşanma hüququndan istifadə edən kişi və ya qadın az və ya çox əhəmiyyətli konfliktlər səbəbindən problemin həll yolunu son variant kimi boşanmada tapmağa üstünlük verirlər. Boşanmalar cəmiyyətdə, hər bir ölkədə natamam ailələrin sayının artmasma gətirib çıxarır. Adətən, atanın olmadığı ana ailələrində ana ilə uşaq arasında tam ailə- dən tamamilə fərqli, spesifik münasibətlər formalaşmağa başlayır. Belə ailələrdə nikah istitutuna aid olan norma və dəyərlərə altemativ müna- sibətlər və davranış nümunələri meydana gəlir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin