Yeni sevgi təəssüratları axtarmaq. Bu, adətən, çoxillik ailə təcrübəsinə malik cütlüklərin həyatında müşahidə olunur. Belə ailələrdə, adətən yaşlaşmış, maddi durumu yaxşı olan kişilər yeni sevgi macəraları yaşamaq istəyirlər. Adətən, ər-arvadlıq həyatınm 25-30-cu illərində belə hallara daha çox təsadüf olunur.
Ailənin kütləvi iflası.Burada xəyanət qeyi-leqal yeni ailə- nin yaranması ilə bağlı olur. Bu halda xəyanət birinci ailənin həyat qabiliyyətinin olmaması kimi qavranılması, faktiki olaraq yeni ailə- nin yaradılmasmın nəticəsi kimi özünü göstərir.
Təsadüfi əlaqələr şəklində baş verən xəyanətheç də də- rin sevgiyə əsaslanmır, ardıcıl və müntəzəm xarakter daşımır,əksinə təsadüfı tanışlıq “həzz məqamları”, fürsətlə bağlı olur.
Xəyanət istənilən insan, istənilən ər-arvad ittifaqı üçün aman- sız smaqdır. Buna yüngül və əhəmiyyətsiz münasibət bəsləyən istə- nilən şəxs ya heç kimi sevmir, ya da ümumiyyətlə, sevgi hisslərin- dən məhrumdur. Adətən, xəyanət konfliktli münasibətlər fonunda baş verdikdə, o, təbii hadisə kimi qavranılır. Xəyanətə məruz qalmış insanın sarsıntıları və məyusluq səviyyəsi onun bu hərəkətlə bir də- fə, yoxsa dəfələrlə qarşılaşması faktından da asılıdır.
Laqeydlik, ümidsizlik və ya banşmazlıq ər-arvad sədaqətinin qavranılmasmda ifratçılıqdır. Xəyanət halının baş verməsi zamanı qərara gəlməzdən əwəl xəyanət situasiyasını obyektiv şəkildə və diqqətlə araşdırmaq zəruridir. Əgər bu kişinin yol verdiyi bağışlan- maz və ilk səhvidirsə, onda bağışlamağın mümkünlüyü barədə dü- şünmək lazımdır. Qadınlar, adətən, bağışlamağı bacarslar da, kişilər ən sivil halda boşanma iddiası ilə məhkəmələrə üz tuturlar.
N.Tusi hələ XIII əsrdə özünün məşhur “Əxlaqi -Nasiri” adlı əsərində xəyanətin iyrənc bir əməl olduğundan bəhs edərək yaz- mışdır. Ehtiras sahibi olan kişi “...öz evində yaxşı bişmiş, gözəl ha- zırlanmış dadlı yeməkləri qoyub, iştahasım öldürmək üçün o qapı, bu qapı dilənməyin çox qəbih (qəbahətli-N.Ç.) iş olduğunu anlama- lıdır, öz məhrəm və halal arvadına xəyanət edib, başqa qadınların felinə düşməyin də günah olduğunu bilməlidir. (37, s.148)
Müasir dövrdə boşanmaya.gətirib çıxaran səbəblər içərisində ər-arvadın kobud rəftarı, alkoqolizm və narkomaniya, psixoloji uyuşmazlıq kimi amillərin təsiri artmaqdadır. Bunun səbəbi müasir insanın mədəni səviyyəsi, şəxsiyyətlərarası ünsiyyət mədəniyyəti, şəxsiyyətə, hörmətə olan tələbləri ilə qeyd olunan sosioneqativ tə- zahürlər arasındakı ziddiyyətlərin barışmazlığı nəticəsidir.