Son 14 ilin əhalinin hər 1000 nəfərinə düşən nikah və boşanma statistikası
r g g-7-5 83-^
...nııınım
o*HrHfn^tın«or^ooo30«H
0000000000»h,h«h«h
OOOOOOOOOOOOOO
NrNrsNNnnnnNNNMN
■ nikahlar ■ boşanmalar
nikahlar 5
boşanmalar 0,7
Boşanma öz-özlüyündə uğursuz ailə həyatımn finalı deyil, həm də onun rəsmən qeydiyyata alınmasıdır. Boşanma yaşlılarla yanaşı, uşaqlara da ciddi psixi travma yetirir. Valideynlərin ayrılma-
sı uşaqlar üçün faciəvi bir hadisədir. Doğma adamın itirilməsinə sə- bəb olan boşanmanın nəticələrini uşaqlar daha ağır qarşılayır. Bo- şanmanın ilkin mərhələsində onun yaratdığı stress uşaqlarda müda- fıəsizlik hissi oyadır. Onlar səbəb olan situasiyanın qarşısını almaq- da acİz olduqları üçün günah hissi ilə yaşamalı olurlar. Valideynlər arasındakı münasibətin pozulması uşağın gələcəkdə öz atləsini yaratmaq perspektivinə ciddi ziyan vurur, onlar gələcək şəxsi həyatlarında bu cür ssenarinin təkrarlana biləcəyi qorxusu ilə üz-üzə qalırlar. Ailədə daim valideynlərin şiddət və zorakılıqlarına məruz qalan, münaqişələrin qurbanlarına çevrilmiş və bundan əzab çəkən uşaqlar üçün isə valideynlərin ayrılması o qədər də faciəvi hadisə kimi qəbul edilmir.
Məlumdur ki, boşanma qəfil baş verən hadisə deyildir. O, ailədə uzun və ya qısa müddət ərzində mövcud olmuş gərgin konf- liktli vəziyyətlərin yekunudur. Boşanmaya münasibətlə bağlı fıkir- Iər ailədə ər-arvad arasındakı qarşılıqlı münasibətlərin dərəcəsini əks etdirir. Rusiya-Amerika sosioloqları qrupu tərəfmdən aparılmış tədqiqatlarından birinin nəticələri göstəmıişdir ki, 706 qadın respodentin 45%, 696 kişi respodentin isə 22% boşanma haqqında düşünürlər. Həm qadınlar, həm də kişilər arasında boşanma ilə bağlı fıkirlərdə yaş amilinə görə korrelyativlik mövcuddur. Bu, xüsusilə, hər iki cins üçün 30-39 yaşlarda yüksək, 20-29 yaşlarda isə ən aşağı göstəricilərlə müşayət olunur.
Psixoloqlar təsdiq edir ki, uğursuz ailələrin övladları çox za- man bu uğursuzluğu özləri də bilmədən bir “ənənə” kimi yaşadırlar. Valideynləri ayrılmış və ya boşanmış şəxslərinin uşaqlarınm eyni prosesi yaşamaq riski digərləri ilə müqayisədə kifayət qədər böyük- dür. Orta hesabla kişilər qadınlara nisbətən təqribən iki dəfə çox bu riskə məruz qaiırlar. Hər iki tərəf-müqabil uğursuz və ya bədbəxt ai- lələrin nümayəndələridirsə, bu risk bir qədər də böyüyür.
Müasir dövrdə boşanmanın səbəbləri sırasında tələsik, düşünül- mədən bağlanan nikahlar və erkən nikahların xüsusi çəkisi get-gedə artmaqdadır. Burada “təhrik edilmiş nikahlar”a (hamiləlik və ya uşağın doğulması) da rast gəlinir. Bəzi qızlar tanış oğlanlarla intim əlaqələrə daxil olaraq hamiləlikdən istifadə edir və şəhərdə özünü mənzillə və maddi rifahın digər formalan ilə təmin etmək yolunu se- çirlər.
Boşanma keçmiş ər-arvad cütlüyünün hər birinin sonrakı həyatma güclü təsir edir. Tamamilə yeni kompleks problemlər mey- dana çıxır: iqtisadi çətinliklər (xüsusən uşaqlarla birgə yaşayan qa- dınlar üçün), zövqlərin, bütün həyat tərzinin, şəxsi vərdişlərin, dost- tanışlarla, uşaqlar ilə, keçmiş ər və ya arvadın qohumları ilə müna- sibətlərin xarakterində dəyişikliklər baş verir.
Boşanma könüllü və ya məcburi olmasından asılı olmayaraq, yaşlı adamın həyatında həmişə silinməz izlər buraxan təsirli hadi- sədir. O, tərəflərin hər birini öz şəxsiyyət keyfıyyətlərinə yenidən nəzər salmaqla adi, sakit həyatı davam etdirməyin mümkün variant- larını bir daha götür-qoy etməyə təhrik edir. Görəsən, onlar yaran- mış belə mürəkkəb həyat situasiyasından daha az itkilərlə çıxa bilər- dilərmi? Onlar əmlakı necə böldülər? -bütün bunlar boşanan tərəf- lərin yetkinliyi və mədəniyyətinin göstəriciləridir. Uşaqlara qarşı zorakılıq psixi travma mənbəyidir
Hər bir cəmiyyətdə uşaqlar xüsusi qayğı obyekti kimi qəbul edilsə də, hələ də onlara qarşı müxtəlif zorakılıqların kökü kəsilmə- miş, uşaq hüquqlarınm qorunmasmda etibarlı hüquq sistemi forma- laşmamışdır. Həm ailədə, həm müxtəlif ictimai təlim- tərbiyə müəs- sisələrində, həm də bütövlükdə cəmiyyətdə uşaqlara qarşı fıziki, emosional, psixoloji və aktual xarakterli zorakılıqlara heç də az tə- sadüf olunmur. Yaşlılarm fıkrincə, uşağa verilən fıziki cəza onun intizama tabe edilməsinin, xoşagəlməz davranışdan uzaqlaşdırılma- sının təsirli vasitəsidir. Çox vaxt məktəbdə zorakılıq vasitəsi olan fi- ziki cəzaya məruz qalan uşaqlar bunu etdikləri qəbahətli, intizamsız hərəkətlərə cavab kimi qavrayır və bu barədə heç kimə şikayət et- mirlər. İctimai şüurda fıziki cəzanın tərbiyə vasitəsi olmaması haq- qında dəqiq təsəwürlərin olmaması belə “tərbiyə üsulu”nun əsrlər boyu yaşamasına və' bugünədək gəlib çıxmasına səbəb olmuşdur. Bu məsələdə kütləvi informasiya vasitələrinin də günahı çoxdur. Müxtəlif televiziya kanalları və kompyuter oyunlan ilə nümayiş et- dirilən filmlərdə və digər verilişlərdə praktik olaraq zorakılığın təb- liğatı geniş yer tutur. Belə verilişlər uşaq və yeniyetmələrin əxlaqi şüurunda zorakılığın yol verilən bir hal olması rəyini doğurur. Uşaqlar fılimlərdə gördükləri zorakı səhnələri Öz məqsədləri üçün gündəlik həyatda təkrarlaya bilərlər. Konstitusiyada vətəndaşların təsbit edilmiş şəxsi toxunulmazlıq hüququnun tapdanması ilə müşa- yət olunan zorakılıq halları çox vaxt ağır cinayətlərin baş verməsinə səbəb olur. Zorakılığm artmasına səbəb olan amillər sırasında cəmiyyətdə zorakılığm ciddi sosial problem kimi qəbul edilməməsi, əhalinin hüquqi savadmın aşağı səviyyədə olması, uşaqların öz hü- quqlan haqqında lazımi məlumatlara malik olmaması və s. qeyd etmək olar.
Uşaq zorakılıqla ilk dəfə ailədə üziəşir. Bu halın yaranmasın- da ailə-məişət zorakılıqları situativ (ailə münasibətlərinin pozul- ması, aşağı özünüqiymətləndirmə, uşağın doğulmasmın arzu edil- məməsi) və struktur (işsizlik, sosial təcrid, maliyyə çətinlikləri) ki- mi stressorların təsiri olduqca böyükdür.
Ailənin gəlirlərinin az olması və daimi pul çatışmazlığı ailə üzvlərinin əsas təlabatlarının ödənilməsinə əngəllər yaradır və ailə- daxili münasibətlərdə gərginliyi artırır. İşsizlik və ya daimi işin ol- maması, atanııı az əməkhaqqı alması, ailə üzvlərinin (xüsusilə, həd- di -buluğa çatmamış) çoxluğu, valideynlərin gənc olması, valideyn- lərdən birinin yoxluğu (natamam ailə), pis mənzil şəraiti, ailə baş- çılarmın müəyyən qrup azlığmda təmsil olunması (müəyyən dini ic- ma və sektanın üzvü olması) ailədə xroniki stresslərin, davamlı ailə- daxili münaqişələrin yaranmasma səbəb olur.
Psixoloqlar (Brovne və Ştraus) ailədə uşaqlarla qəddar rəftar edilməsinin əsas səbəblərini aşağıdakı amillərlə izah edirlər: Ailənin natamamlığı və çoxuşaqlı olması;
Ailədə ögey ata və ya ögey uşaqların olması;
Ailə üzvləri arasında konfliktli və ya zorakı münasibətlər;
Ər-arvad arasındakı problemlər;
Valideynlərin tərbiyə üsullannda varislik;
Valideynlərlə uşaqların qarşılıqlı münasibətlərində prob- lemlər;
Ailənin emosional və fiziki baxımdan təcrid olunması
Valideynlərin fərdi psixoloji xüsusiyyətləri (depressivlik, aqressivlik, impulsivlik, şübhə meyllilik, emosional labillik, qapalı- lıq, aşağı özünüqiymətləndirmə və s.);
Valideynlərin ətrafdakılara və uşağa neqativ münasibəti;
lO.Sosial vərdişlərin aşağı səviyyədə olması; Valideynlərin psixi sağlamlığı;
Valideynlərin alkoqolizmə və narkomaniyaya aludə ol-
ması; Sağlamlıqla bağlı problemlər;
Emosional kütlük və əqli gerilik;
Valideynlik vərdişləri və hisslərinin inkişafdan qalması.
Valideynlərin uşaqlara qarşı zorakı münasibətlərinin yaranma-
sında risk faktorunu artıran amillər sırasında uşağın şəxsiyyətinin bir sıra xüsusiyyətlərinin, fıziki və psixi inkişaf problemlərinin də adı çəkilir. Ailələrdə ən çox aşağıdakı xüsusiyyətlərə malik uşaqlar zorakılıqlarla üzləşirlər:
arzuolunmaz, eləcə də əvvəlki uşağın itkisindən sonra do- ğulan uşaqlar;
patoloji çəki azlığı ilə doğulan uşaqlar;
çoxuşaqlı ailədə yaşayan və aralannda yaş fərqi az olan uşaqlar;
psixi və fıziki qüsurlarla, xroniki və irsi xəstəliklərlə do- ğulan uşaqlar;
dalğm və davranışmda qüsurlar olan (yuxu pozğunluğu, hi- peraktivlik, coşğunluq, impulsivlik və epurez) uşaqlar;
valideynlərin əsəblərinə təsir edən pis vərdişləri olan uşaq-
lar;
sosial vərdişləri aşağı səviyyəli uşaqlar;
öz xarici görkəmi, səli- qə-səhmanı ilə valideyinlərə utanc gətirən, rol-cins davra- nışında qüsurlar olan uşaqlar;
anada kəskin doğuş ağ- rılarının və ya cərrahi müdaxi- lənin yaranmasma səbəb olmuş
uşaqlar və s.
Uşağın aqressiv davramşı, tez-tez ağlaması və s. kimi hallar da ailədə disstressin və ıışağa qarşı zorakılıq ehtimalınm təzahür- lərini artıran amillərdir. Çəlin, mürəkkəb davranışlı uşaqlar, adətən, evdə və məktəbdə daha çox zorakılığın qurbanı olurlar. Uşaqlara qarşı zorakılığa həm sosial-mədəni, həm də psixoloji konteksdən yanaşmaq lazımdır. Ailənin və uşağın fərdi xüsusiyyətiəri həmişə zorakılığın risk amillərinə kompleks təsir göstərir. Psixoloji ədəbiy- yatlarda uşaqlara qarşı zorakılığın bir sıra formalarının adı çəkilir:
incidənin stategiyasına görə:
açıq və gizli (dolayı);
təsir müddətinə görə: uzunmiiddətli (sistematik) və qısa müddətli (epizodik)
zorakılığın baş verdiyi məkana görə:
ailədə -valideyinlər və ya qohumlar tərəfındən,
məktəbdə- müəllimlər tərəfindən;
küçədə-uşaqlar və ya tamş olmayan yaşlılar tərəfındən.
Polyak psixoloqu Rut Soonets “Uşaqlarla ləyaqətsiz davra-
nış” adlı əsərində zorakılığın dörd əsas tipini fərqləndirmişdir:
Fiziki zorakılıq, seksual zorakılıq, emosional və psixolo- ji zorakılıq.