Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Dəstəkləyici və ya fiksasiya adlanan sonuncu mərhələdə



Yüklə 0,8 Mb.
səhifə120/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   123
Çələbiyev Ailə Psixologiyası KI

Dəstəkləyici və ya fiksasiya adlanan sonuncu mərhələdə təbii ailə şəraitində əwəlki mərhələlərdə qazamlmış empatik ünsiyyət vərdişləri və artan rol davramşı diapazonu möhkəmləndirilir.

Psixoterapevt ailə üzvlərinin ailədaxili münasibətin dinami- kasına aid cavablarını dinləyir, onlara məsləhətlər verir, real həyat- da zəruri olan ünsiyyət vərdişlərinin formalaşdırılması üçün korrek- siyaedici tədbirləri həyata keçirir. Diaqnostik məlumatların həcmindən və qarşıya qoyulan məqsəddən asılı olaraq, psixotera- pevt ailə psixoterapiyası prosesinin strukturunu tərtib edir və həyata keçirilməsi ardıcıllığını müəyyənləşdirir. Məşhur ailə psixoterapevt- ləri E.G.Eydemiller və V.V.Yustitskə görə, “ailə psixoterapiyasının mərhələləri” anlayışı və onlara uyğun psixoterapevtik metodikaların seçilməsi bir-biri ilə qarşılıqlı əlaqədə olan hadisələrdir.

Rus psixoloqu T.M.Mişina ailə psixoterapiyasında daha çox istinad edilən psixoterapevtik priyomlara aşağıdakıları aid edir:

  1. susmadan səmərəli istifadə;

  2. dinləmək bacarığı;

  3. sualların köməyi ilə öyrənmə;

  4. təkrar;

  5. yekun təkrar;

  6. dəqiqləşdirmə və affektin inkişafı;

  7. cəbhələşmə;

  8. rolların uduzulması;

  9. canlı skulptur”un yaradılması;

  10. videoyazıların təhlili.

Ailə terapiyasım geniş anlamda dəyərləndirən psixoloqlar be- lə hesab edirlər ki, ailə üzvlərinə fərdi qaydada göstərilən istənilən pozitiv psixoloji təsir bütövlükdə ailəyə göstərilən təsir deməkdir. Ailə psixoterapiyası ailədə şəxsiyyətlərarası münasibətlərin qaydaya salınması məqsədilə tətbiq edilən texnika və strategiyaların toplusudur.

Ailə öz strukturuna görə mürəkkəb sosial-psixoloji sistemdir. Müasir ailə psixoterapiyası vahid nəzəri baza olmadığından məq- sədə çatmağa təminat yaradan istənilən yanaşma məqbul hesab edir. Ailə psixoterapiyasında geniş yayılmış müasir yanaşmalara nəzər salmaq lazım gəlir. Bu yanaşmalardan biri eklektik yanaşmadır. Onun nümayəndələri ailənin öyrənilməsi probleminə aid ümumi diaqnostik sxemdən və müxtəlif ailə psixoterapiyası məktəblərinin yanaşmalarmın birləşdirilməsi mövqeyindən çıxış edirlər. Problemə eklektik yanaşmanm tərəfdarları belə hesab edirlər ki, müxtəlif ailə psixoterapiyası məktəbləri analiz və ailənin həyat fəaliyyətinin müxtəlif cəhətdən korreksiyası metodlarına istinad edirlər. Ona görə də, birləşdirmə və yanaşmalar arasında uyğunluğun tapılması tama- milə təbiidir.

Ailə psixoterapiyasında problemli yanaşmanın tərəfdarları ailədə baş verən problemlərin həllinə fərqli mövqedən yanaşırlar. Onların fikrincə, müəyyən xəstəliyin diaqnozunu qoymaq istəyən həkimi ilk növbədə orqanizmdə xəstəliyin yaranmasına səbəb olan amillərin kompleksi maraqlandırdığı kimi, ailə psixoterapevtini də psixi xəstəliyin yaranmasına səbəb olan amillər düşündürməlidir.

ABŞ psixoterapevtləri Tseng və Dermott bu məqsədlə prob- lemli ailələrin üçoxlu təsnifatmı vermişlər. “Onlar ailənin inkişafı- nın pozulması” adlandırılan birinci oxa istənilən ailənin inkişafınm müxtəlif mərhələlərində meydana çıxan çətinliklərin məcmuyunu daxil etmiş, bunları birinci difunksiya adlandırmışlar. Buraya cüt- lüklər arasmda etibarlı münasibətlərin qurulmasına səbəb olan çətinliklər, ilk uşağın doğulması ilə əlaqədar yaranan problemlər, yetkin ailə üzvlərinin ailədən getməsi, yaxm adamın ölümü ilə əla- qədar yaranan çətinliklər, boşanma, təkrar nikah, və ya tərəflərdən birinin ölümü ilə əlaqədar yaranan ailə böhranları və s. aid edilir. “Ailə alt sistemlərinin pozulmasına” (ikinci ox) ər-arvad müna- sibətlərinin disfunksiyası, tərəflərdən birinin digərindən psixoloji asılılığı, “valideyn-uşaqlar” və “bacılar-qardaşlar” alt sistemlərində yaranan münasibət pozğunluqları aid edilir.

Ailə qrupunun funksiyalarınm pozulmasma” (üçüncü ox) ailənin ayrı-ayrı üzvləri arasında inteqrasiyamn pozulması (dezin- teqrasiya), sosial rolların yerinə yetirilməsindəki pozuntular, bütöv- lükdə ailənin ətraf aləmlə qarşılıqlı münasibətlərinin pozulması (so- sial cəhətdən təcrid olunmuş ailə) daxil edilir.

Üçoxlu təsnifat’’ ailə problemlərinə diaqnostik yanaşmada ən maraqlı və ardıcıl yanaşma təşəbbüslərindən biridir. O, tədqiqatçım ailə problemlərinin öyrənilməsi və onlarm qarşılıqlı nisbətinin təhli- li üçün aydın metodika ilə silahlandırır.

Ailənin faktor modelinə, faktor təhlili ilə əldə olunan əsas pa- rametrlərə aid diaqnostik sxemlər, yeni obyektin riyazi statistikası metoduna əsaslanan xarakteristikaları aiddir. Bunun üçün əvvəlcə müəyyən obyektlər qrupunun (məsələn, ailənin) mümkün xarakte- ristikasınm tam siyahısı verilir, sonra isə riyazi prosedurlar əsasında ən uyğun xarakteristikalar müəyyənləşdirilir.

Müasir dövrdə bir sıra xarici ölkələrdə ailə üzvləri arasında meydana çıxan konfliktlərin və bu səbəbdən ailə üzvlərindən kimin- sə psixi pozuntuya məruz qalması nəticəsində meydana gələn xəs- təliklərin aradan qaldırılmasında ailə psixoterapiyasından geniş is-

tifadə olunur. İnkişaf etmiş bir sıra xarici ölkələrdə artıq çoxdandır ki, ailə psixoloqu və psixoterapevtləri çalışırlar.


T



Müasir ailə psixoterapiyası üzrə həyata keçirilən seanslarda bir sıra modellərə istinad edilir:

  1. Psixodiaqnostik və emprik model. Bu model üzrə psixoterapevtik iş aparan ailə psixoloqu hər bir ailə üzvü ilə ayrılıqda yaxından ünsiyyətə daxil olmaqla, onların arzu və istək- lərini öyrənməyə çalışır. Müsahibə zamanı hər kəsin öz fikrini sər- bəst ifadə edə bilməsi üçün şərait yaradılır. Bu məqsədlə psixotera- pevt hər bir ailə üzvünü özünü digər ailə üzvünün yerində təsəvvür etməsi və öz hərəkətlərinə başqasının gözü ilə baxmasım təklif edir. Bəzən belə münasibət səviyyəsində ailə konflikti yaradan bir çox daxili səbəblər (şüuraltı amillər də daxil olmaqla) aşkar olunur və ailədaxili münasibətləri normal məcraya yönəltmək mümkün olur.

  2. Struktur model. Bu model ailəni bir-biri ilə sıx şəkildə qarşılıqlı əlaqədə və təsirdə olan bir sistem kimi qəbul edir və bir sıra tələblərə əlaslanır:

  • ailə üzvləri arasında barışmaz, antoqonist deyil, mənəvi yaxınlığın bərpa edilməsi;

  • ailənin yaşlı üzvlərinin azyaşlılara qayğı, azyaşlıların isə yaşlı ailə üzvlərinə hörmətlə yanaşmasmı təmin etmək;

  • ailədə valideyn -övlad münasibətlərinin ən yaxşı ailə ənənələri əsasında qurulmasına nail olmaq;

  • ailə üzvlərində bir-birinə güzəştə gedə bilmək qabiliyyətini formalaşdırmaq;

  1. Ümumi sistem modeli. “Ümumi sistem” adlandırılan psixoterapevtik modelin başlıca şərti ailə daxilində hər bir ailə üzvünün öz mövqeyini bilməsi və buna uyğun rol davranışma əməl etməsidir. Bu model ailədəki bütün uğursuzluqlarm mənbəyi kimi baş verən konfliktlərin təqsirləndirilməsini rədd edir. “Səbəbsiz nə- ticə olmur” fıkrini əsas götürən ümumi sistem modeli ailəni sıx qarşılıqlı əlaqədə olan, münasibətlərin çulğalaşdığı sistem hesab edir və ailədə xoş əhvali-ruhiyyə, səmimi qarşıhqlı münasibətlər yaratmaq üçün bütün ailə üzvlərinin cavabdeh olmasım əsas tələb kimi irəli sürür.

Ailə psixoterapiyasmda geniş yayılmış modellərdən biri də ni- kah terapiyasıdır. Bu terapiyada ər-arvad cütlüyü arasmda mey- dana gələn konfliktlərin nəticəsində tərəflərdən bİrinin vəzİyyətinin kəskin pisləşməsi və potensial boşanmaq təhJükəsinin meydana çıx- ması zamanı istifadə olunur.

Ailədə ər-arvad münasibətlərinin möhkəm təməl üzərində qurulması ailə xoşbəxtliyinin əsas şərtidir. Nikahda onların hər biri öz vəzifələrini düzgün başa düşməli, qarşılıqlı münasibətlərin qorunması üçün bir-birinə güzəştə getməli, səbriilik və dözümlülük göstərməli, bir-birilərinə hörmət və qayğıkeşliklə yanaşmalıdırlar. Ailə problemlərini aradan qaidırmaq iiçün psixoterapevtik iş aparan psixoloq aiiənin işinə yersiz müdaxilədən çəkinməli, ər-arvadın şəxsi-intim münasibətlərindən irəli gələn problemlərə həssas yanaş- malı və bu mövzuya yalnız onların razılığı ilə müdaxilə etməlidir.

Nikah terapiyasından adətən, aşağıdakı hallarda istifadə olu-

nur:

  1. Fərdi terapiya nikah problemlərini aradan qaldıra bilmə-

dikdə;

  1. Ailədəki psixoloji pozuntu nikah problemi ilə bağlı olduqda;

  2. Nikahda olan cütlüklər öz problemlərini psixoterapevtin yardımı ilə aradan qaldırmaq təşəbbüsündə olduqda;

Müasir ailə psixoterapiyasında nikah terapiyası geniş yayılmış formalardan biridir. Nikah terapiyası bir neçə metodla həyata keçirilir.


  1. Yüklə 0,8 Mb.

    Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin