Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə113/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Fiziki zorakılıq uşaqlara qarşı münasibətin növlərindən biri

olub, onlara bədən xəsarətinin yetirilmə həddinə qədər düştincəli şə- kildə fiziki və psixi baxımdan incidilmiş vəziyyotə sahnmasıdır. Uşağın fiziki zorakılığm qurbanına çevrilməsini aşağıdakı əlamət- lərlə müəyyən etmək olar:

  • səbəbi bilinməyən qəribə qanaxma;

  • barmaq və dımaqla sıxılma nəticəsi olan sıyrıqlar;

  • müxtəlif əşyalarla (kəmər, ağac, kəndir və s.) zərbə nəticə- sində yaranan izlər;

  • dəridə dişləmə əlaməti olan izlər;

  • başda tüksüz dəri yerlərinin izləri;

  • dəridə anlaşılmaz yanıq yerləri;

  • qaynar əşya ( alışqan, ütü və s. ) ilə törədilmiş yanıq izləri;

  • anlaşılmaz sınıqlar, çıxıq və yaralar;

  • daxili orqanların qarın boşluğuna endirilmiş zərbələr nəticə- sində zədələnməsi;

  • zorakılıq əlamətləri ilə uşağın ölməsi.

Uşağın müxtəlif vaxtlarda zorakılığa məruz qalmasmı onun bədənindəki izlərin köhnə və ya təzə olmasına görə müəyyən etmək mümkündür. Təəssüf ki, insan hüquqlarınm qorunması sahəsində səylərin artmasına, humanist dəyərlərin genişlənməsinə baxmaya- raq, bütövlükdə cəmiyyətdə olduğu kimi, uşaqlara qarşı da zorakılı- ğın kökü kəsilmədiyindən bir çox hallarda onun nəticələri intihar və ölüm hallarına səbəb olur.

Evdən qaçan, valideynləri və başqa yaşlılar tərəfındən zora- kılıqla öldürülən uşaqlar kriminal mühitin qurbanlarıdır.

Öz üzərində aqressiv valideyinin fıziki zorakılığım duymuş uşaq sonralar özü də aqressiv davranış modelinə sahib olur. Psixo- loqların fikrincə, ailədə arvadlarım döyən kişilərin 60%-i uşaqlarım da döyür. Fiziki zorakılığın qurbanları özlərini bədbəxt, gözdən sa- lınmış, ipə-sapa yatmaz hiss edir və başqalarmın nə üçünsə onlardan yaxşı olduğu qənaətində olurlar. Normal şəraitdə böyüyən və tərbi- yə olunan uşaqlar haqsız cəzaya qarşı etiraz edir, əlverişsiz mühitdə böyüyən və fıziki zorakılığa məruz qalan uşaqlar isə, adətän, verilən cəzanın haqlı olduğuna inanır, kölə düşüncəli olurlar.

Uşaqlara qarşı fıziki zorakılığm ağır nəticələri özünü daha çox psixoloji planda göstərir. Belə uşaqlar özlərinin impulsiv davranışı üzərində nəzarəti itirir, onlarda özünüidarə və özünüqiymətləndirmə aşağı enir, insanlara qarşı inam və etibar yox olur. Zorakı xəsarət- dən soma uşaqda kəskin qorxu hissi baş qaldırır, sadist (başqalarına əzab vermək)meyllər meydana gəlir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin