Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


İddia ərizəsi (Nikahın pozulması və aliment tələbinə dair)



Yüklə 0,8 Mb.
səhifə101/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

İddia ərizəsi (Nikahın pozulması və aliment tələbinə dair)

Mən Ali Zeynəb Hüseyn qızı Pakistan İslam Respublikasının

vətəndaşı və hazırda Azərbaycanda yaşayan Bakı şəhəri,

rayonu, küç., ev mənzil ....ünvanında qeydiyyatda olan

Ali Səmədlə nikahımızı 21 noyabr 2011-ci ildə Bakı Nikah evində rəsmi qaydada qeyd etdirməklə evlənmişik. Nikahımız nikahın bağlanması haqqında akt qeydləri kitabında .... N ilə qeyd edil- mişdir. Birgə nikahımızdan 26 oktyabr 2013-cü il tarixdə Fərid adlı uşağımız anadan olmuşdur. Ailə qurduqdan bir müddət sonra mehriban ər-arvad münasibətlərində olsaq da, sonradan Ali Sə- mədlə mənim aramda olan ər-arvad münasibətləri sarsdmış, artıq ailə münasibətlərinin davam etdirilməsi qeyri-mümkün olmuşdur. Belə ki, o nə mənimlə, nə də uşağı ilə maraqlanmamış və artıq altı aydır ki, aramızdakı nikah formal xarakter daşıyır. O, xarakterinə elə də bələd olmadığım xarici ölkə vətəndaşı olduğundan ailə qurduqdan bir neçə ay sonra xarakterimizin uyğunsuzluğu ailədə özünü göstərməyə başlamış və birgə nikah dövründə aramızdakı münasibətlər kəskinləşmişdir.

Bu səbəbdən də ailə münasibətlərimizin bərpa edilməsi, qo- runub saxlanması və barışıq bir ailə kimi yaşamağımız mümkün deyildir.

Azərbaycan Respublikası Ali Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları ol- duqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

Həmin Məcəllənin 20.11-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasınm və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfındən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. ...

Yuxarıdakdara əsasən və Azərbaycan Respublikasının Ailə məcəlləsinin 19,20,21,75 və 78-ci maddələrini rəhbər tutaraq.

Xahiş e dir ə m :



Mənimlə Ali Səməd arasında 21 noyabr 2011-ci ildə Bakı Ni- kah evində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri

kitabında N-li qeyd edilmiş nikah aktı qeydinin pozulmasına Ali

Fəridin mənim himayəmdə saxlamlmasına, 3 il ərzində mənə hər ay 100 manat, Ali Fərid yetkinlik yaşına çatana qədər isə hər ay 150 manat məbləğində alimentin Ali Səməddən tutularaq mənə ödə- nilməsinə dair qətnamə qəbul edəsiniz.

Iddia ərizəsinə əlavə edirəm:

  1. Ərizənin surətləri.

  2. Nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surəti.

  3. Doğum haqqında şəhadətnamənin surəti.

  4. Müvəqqəti yaşayış üçün icazə vərəqəsi.

  5. Yaşayış yerindən arayış.

  6. Dövlət rüsumunun ödənilməsinə dair qəbz.

İmza: Ali Zeynəb Hüseyn qızı

21 may 2014-cü il.

Sosioloq Ə.Süleymanovun tədqiqatlarına görə, Azərbaycan- lıların ailə qurduğu şəxslərin demoqrafik-etnik tərkibi çox rənga- rəngdir. Belə ki, burada həm milli və dini baxımdan azərbaycanlı- lara çox yaxın olan xalqların nümayəndələri ilə birgə, eyni zamanda tamamilə uzaq mədəniyyətin daşıyıcıları olan insanlar da vardır. Bu tərkibi daha təfərrüatlı təhlilində, qadınların həyat yoldaşlarımn milli mənsubiyyəti baxımından qərb mənşəli xalqların nümayəndə- lərinin ümumi say baxımından üstünlük təşkil etdiyi məlum olur. İkinci yerdə Türkiyə türkləri, üçüncü yerdə isə slavyan xalqınm nümayəndələri gəlir.

Dini etiqad baxımından isə azərbaycanlı kişilərin evləndikləri şəxslər arasında xristian dininin mənsubları üstünlük təşkil edir. Müsəlmanlar 44,7%, İbrani dinin nümayəndələri isə 7,8%-dir. İstər dil, istərsə dini etiqad baxımından müxtəlif olan bu tərkib belə deməyə əsas verir ki, digər millətlərin nümayəndələri ilə ailə həyatı quran azərbaycanlılar üçün milli və dini amillər o qədər də həlledici əhəmiyyət daşımır. Qloballaşma fonunda dil və din faktorunun getdikcə əhəmiyyətinin azalması, inteqrasiya zərurətinin daha ön plana çıxması anlamına gəlir. [40,s.328]

Müasir həyatın fenomenlərindən biri də təkrar nikahlardır. Təkrar nikah dedikdə, artıq əvvəllər başqa adamla nikah münasibə- tində olmuş şəxsin nikahı nəzərdə tutulur. Belə nikahlar iki deyil, üç və daha çox nəsli birləşdirir ki, nəticədə qarışıq ailə və ya təkrar nikah ailəsi meydana gəlir. Təkrar nikah əsasmda yaradılan ailələr- də meydana gələn müxtəlif, o cümlədən psixoloji problemlər təkrar nikahın tipi ilə şərtlənir.

Ailə psixologiyasında təkrar nikahlarm aşağıdakı tipləri fərq- ləndirilir:

  1. Əvvəlki nikah münasibətlərinin kəsilməsi xarakterinə


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin