EKOLOGĠYA ELMĠ VƏ ONUN ĠNKĠġAF TARĠXĠ
«Ekologiya» terminini ilk dəfə elmə alman alimi Ernest Hekkel
(1834-1919) gətirmişdir. Ekologiya yunan sözü olub oikos-(ev,
məskən, vətən) və logos-(öyrənmək, təlim) sözlərindən yaranmışdır.
Ernest Hekkel özünün «Orqanizmlərin ümumi morfologiyası»
(1866) və «Dünyanın yaranmasının təbii tarixi» (1868) əsərlərində
yeni elmə aşağıdakı izahı vermişdir. «Ekologiya dedikdə biz təbiətin
iqtisadiyyatını özündə əks etdirən biliklər sistemini başa düşməliyik.
Canlıların onları əhatə edən üzvi və qeyri üzvi aləmlə əlaqəsi,
heyvanlar və bitkilərin biri-biri ilə canlı əlaqəsi, həmçinin canlıların bir
başa təmasda olduğu üzvi aləmlə münasibəti nəzərdə tutulmalıdır ki,
Darvin bunu «yaşayış uğrunda mübarizə adlandırmışdır».
Beləliklə, Hekkelə görə ekologiya-orqanizmlərin ətraf mühitə
münasibəti haqqında bir elmdir.
Məşhur Fransalı ekoloq Pyev Aqess demişdir: «Ekologiya-təkcə
təbiət elmi olmamalıdır. O, həmçinin hüquq, iqtisadiyyat, sosiologiya
elmlərini də əhatə etməlidir».
Məşhur rus ekoloqu A.B.Yablokov yazırdı: «Bir qrup alimlər
ekologiyanı təbiət elmi kimi göstərərək, onun orqanizm ilə ətraf
mühitin münasibətini öyrənən elm kimi nəzərdə tutur; ikincilər canlı
varlıqların yaşadıqları mühitlə münasibətini tədqiq edərək, kompleks
elm kimi nəzərdə tuturlar; üçüncülər-müxtəlif iyerarxiya (aşağı
rütbəlilərin yuxarı rütbəlilərə tabe olması) səviyyəsində ekosistemin
funksional qanunauyğunluqlarını öyrənən təlim kimi nəzərdə tuturlar.
Bütün bu təyinlər natamam hesab edilməlidir».
Ensiklopedik lüğətdə ekologiya aşağıdakı kimi müəyyən
edilmişdir: «Ekologiya bitki aləmi ilə canlı orqanizmlər arasında və
onların ətraf mühitlə münasibəti haqqında elmdir».
Ekologiyanın bir elm kimi XIX əsrin ortalarından yaranmasına
baxmayaraq, mahiyyət etibarı ilə canlı varlıqların təbiətlə münasibəti,
heyvan və bitkilərin yaşayış tərzi hələ eradan əvvəl antik filosofların
əsərlərində öz əksini tapmışdır.
Aristobul (b.e.ə.384-322) 500 növ heyvanların davranış qaydalarını
14
şərh etmişdir. Onun tələbəsi, botanik Teofrast Ereziyski (b.e.ə.
371-280) bitkilərin həyat fəaliyyətini öyrənərək onun iqlim və
torpaqdan asılılığını tədqiq etmişdir.
Orta əsrlərdə bu elmin öyrənilməsi haqqında məlumatlar bizə
çatmasa da, Böyük coğrafi kəşflər və intibah dövrləri zamanı bitki və
heyvanların sistematikası yaradılmışdır.
Sistematikanın baniləri A.Seralpin (1519-1603) və D.Rey (1628-
1705) bitki növləri ilə yetişmə fazası və məskunlaşma zonası
arasındakı asılılığı təsvir etmişlər.
Fransız təbiətşünası Jorj Byutton (1707-1788) ilk dəfə olaraq ətraf
mühitin (temperatur, iqlim, qida növləri) təsiri ilə bir növün digərinə
keçməsi mümkünlüyünü öyrənməyə başlamışdır.
İlk təkamül təliminin banisi, botanik, zooloq Jan Batist Lamark
(1744-1829) ilk dəfə ətraf mühitin orqanizmə təsirini öyrənərək, insan
fəaliyyətinin katastrofik nəticələr verə biləcəyini söyləmişdir: «Biz
insanlar gələcəkdə Yer planetini yaşayış üçün yararsız edəcəyik».
XIX əsrin əvvəllərində yaranan biocoğrafiya elmi ekoloji
təsəvvürlərin inkişafına təkan vermiş oldu.
Alman təbiətşünası Aleksandr Qumboldt (1769-1859) 1807-ci ildə
bitkilərin coğrafiyasını tədqiq edərək yeni ekoloji istiqaməti
müəyyənləşdirmiş oldu: uyğun zonalarda və üfüqi coğrafi qurşaqlıqda
müxtəlif növ bitkilər eyni zahiri görünüş qazanırlar.
Bu istiqamətdə böyük ingilis alimi Çarlz Darvinin (1809-1882)
əvəzsiz xidmətləri qeyd edilməlidir. «Növlərin əmələ gəlməsi» (1859)
əsərində orqanizmlərin həyat şəraitinə uyğunlaşmasından bəhs
edilərək, onların ətraf mühitlə qarşılıqlı əlaqəsi göstərilmişdir ki, bu
da ekoloji təlimin bir hissəsi kimi qeyd edilməlidir.
XIX əsrin sonlarında ekologiya digər elmlər arasında özünün əsl
yerini tapmış oldu. 1870-ci illərdə ekologiyada yeni elmi istiqamət
yarandı.
1877-ci ildə alman hidrobioloqu K.A.Möbus (1825-1908) biosenoz
haqqında yeni elmi fikir formalaşdıraraq, orqanizmlərin təkamül
prosesində xarici mühitin təsirindən asılılığını müəyyən etdi. Möbusa
görə, biosenoz və ya təbii birgəyaşayış növlərin eyni ekoloji muhitə
uyğunlaşması əsasında formalaşmışdır. Buradan da botaniki
ekologiyanın əsası qoyulmuş oldu.
15
XX əsrin əvvəllərində ekologiya botanikadan və zoologiyadan
ayrılaraq sərbəst bir elm kimi inkişaf etməyə başladı. Artıq 1910-cu
ildə ekologiya özlüyündə autekologiya və sineekologiya sahələrinə
ayrıldı.
1913-20-ci illərdə ekoloji elmi cəmiyyətlər yaradıldı və xüsusi
jurnallar buraxıldı, Ekologiya bir fənn kimi universitetlərdə tədris
olunmağa başladı.
Hazırda öyrənilən ekologiya 1920-1940-cı illərdə təşəkkül tapdı və
bir elm kimi özünün obyektini müəyyənləşdirərək xüsusi metodlar və
konsepsiyalar yaratmış oldu.
1930-cu illərdə ingilis alimi Ç.Elton ekologiya elmində yeni
istiqaməti-populyasiya ekologiyasını yaratdı.
1940-cı illərin əvvəllərində ekologiyada yeni təsəvvürlər yaranmağa
başladı. İngilis alimi, botanik-ekoloq A.Tensli (1871-1953) yeni bir
istiqamətin – «ekosistemin» əsasını qoydu. «Ekosistem» dedikdə –
müxtəlif orqanizmlərin birgə yaşayış» qaydalarının məcmuu, eləcə də
onların yaşayış təminatını ödəyən üzvi və qeyri üzvi aləmin təsir
mexanizmi nəzərdə tutulur.
Ekositstemləri öyrənən amerika alimi R.Lindman 1942-ci ildə öz
tədqiqatlarını ümumiləşdirərək yeni konsepsiya irəli sürmüşdür: «Bu
elə bir sistemdir ki, burada fiziki- kimyəvi-bioloji proseslər müəyyən
zaman və məkan daxilində baş verir».
Ekologiya tarixində XX əsrin ən böyük alimlərindən biri olan, rus
təbiətşünası V.Ġ.Vernadskinin (1863-1945) rolunu qeyd etməmək
olmaz.
O, «biosfer» təlimini yaradaraq canlı varlıqların mövcud olma
sahəsini müəyyən edərək, onun qanunauyğunluq formalarını,
davamlılığını və inkişafını göstərmişdir.
Biosfera-möhtəşəm ekosistem olub, ekoloji qanunlar əsasında
fəaliyyət göstərir.
«Biosfer» terminini elmə ilk dəfə fransız bioloqu J.B.Lamark
gətirərək, Yer planetində yaşayan bütün canlıları nəzərdə tutmuşdur.
Onun «biosferası» atmosfer, hidrosfer və biosfer nəzərə alınmadan
mövcud idi.
V.İ.Vernadskiyə görə isə biosferada olan canlılar onları əhatə edən
aləmlə daimi əlaqədə olub bir sistem təşkil edir ki, insanlar da bu
16
kompleksin ayrılmaz hissəsidir.
1944-cü ildə V.Ġ.Vernadski yeni təlim «noosferanı» yaratdı. Bu
biosferin yeni inkişaf mərhələsi olub, insan zəkası və əməyi ilə
təşəkkül tapır.
1950-ci illərdə ekologiya, miqdari analiz metodlarının inkişafı
sayəsində dəqiq elmlər sırasına daxil oldu. Bu üsullar vasitəsilə riyazi
modelləşmə nəticəsində dəqiq proqnozlaşdırma aparmaq olar.
Biosistemin qiymətləndirilməsində energetik yanaşma Amerika
ekoloqları Q.Odum və Y.Odum tərəfindən fəal sürətdə inkişaf
etdirilmişdir.
Miqdari analiz üsulunun köməyi ilə 1964-cü ildə hazırlanmış
«Beynəlxalq Bioloji Proqram» (BBP) əsasında planetimizin ümumi
məhsuldarlığı hesablanmış, Yer kürəsi əhalisinin artım səviyyəsi
hesablanaraq, onların artan tələbatlarının miqdarı və norması
müəyyənləşdirilmişdir.
Bu proqramda təbiətin mühafizəsi problemi, ekoloji qanunlar
əsasında onun resurslarından ağıllı istifadə mexanizmi-bəşəriyyətin
ümdə məsələsi kimi qarşıya qoyulmuşdur.
1968-ci ildə Parisdə YNESKO-nun dövlətlərarası konfransı
keçirilərək, biosfer ehtiyatlarından səmərəli istifadə məqsədilə «İnsan
və biosfer» proqramı qəbul edilmişdir.
1974-cü ildə Haaqa şəhərində Ekoloqların I Beynəlxalq konqresi
çağrılmış və Ekoloqların Beynəlxalq Cəmiyyəti (EBC) yaradılmışdır.
1988-ci ildə Cenevrə şəhərində (İsveçrə) «Mərkəz» - xeyriyə
təşkilatı yaradılmış və «Bizim ümumi gələcəyimiz naminə» şüarı ilə
fəaliyyətə başlamışdır.
1992-ci ildə Rio-de-Janeyro (Braziliya) şəhərində Birləşmiş
Millətlər təşkilatının təşəbbüsü ilə 179 ölkənin təmsil olunduğu
konfransda ətraf mühitin qorunması problemi gündəliyin əsas mövzusu
olmuşdur. Konfransda xeyli məruzə və çıxışlar edilərək yekun nəticə
çıxarılmışdır: «Bəşəriyyətin davamlı inkişaf yolu strategiyası
hazırlanmalı və bu da insanlar, cəmiyyətlər arasında və təbiətdə
harmoniyanın yaranmasına yönəldilməlidir».
Azərbaycan Respublikasının Milli Məclisi «Ətraf mühitin
qorunması haqqında» qanun qəbul etmişdir. Buna baxmayaraq 20%
torpaqlarımız ermənilər tərəfindən zəbt edildiyindən həmin ərazilərdə
17
meşələrin kütləvi qırılması nəticəsində ekologiya qarşısı alınmaz
dərəcədə pozulmuşdur.
Mətbuata sızan məlumatlar onu göstərir ki, ermənilər Atom elektrik
stansiyasının radioaktiv tullantılarını məhz işğal zonalarında basdırır
və Araz çayının kütləvi çirklənməsi nəticəsində qapalı Xəzər dənizi
ekoloji çirklənməyə məruz qalır.
Ekologiyanın inkişaf tarixini təhlil etdikdə bir neçə mərhələnin
mövcudluğu aşkar olur: birinci mərhələdə bioloji tədqiqatların
aparıldığı illər aşkar edilir ki, bu dövrdə ayrı-ayrı orqanizmlər arasında
əlaqə araşdırılaraq ətraf mühitlə sıx bağlılıq tədqiq edilmişdir; 1920-ci
ildən başlayan ikinci mərhələdə «ekologiya» termini orqanizmlərin
simbioz yaşayış tərzini araşdıraraq, onların həyat sistemində təbiətin
ekoloji təmizliyinə diqqət yönəlmişdir, 1950-ci ildən başlayan üçüncü
mərhələdə «ekosistem» və «biogeosenoz» məfhumları yaranaraq,
ekologiyanın bir elm kimi formalaşması baş vermişdir; 1970-ci ildən
başlayan dördüncü mərhələdə qlobal ekosistem tədqiqat obyektinə
çevrilmiş və biosferin problemləri təhlil edilmişdir, XX əsrin sonu və
XXI əsrin əvvəli artıq planetimizdə yaranan qlobal problemləri təhlil
edərək, bəşəriyyətin diqqətini məhv olmağa doğru gedən biosferin
qorunmasını hər bir fərdin, hər bir dövlətin ümdə vəzifəsi hesab
etməyə yönəltmişdir ki, bu da hələlik sonuncu və beşinci mərhələ
hesab olunur.
Sual və tapşırıqlar
1.Ekologiya bir elm kimi nə vaxt yaranmışdır?
2.Onun bir elm kimi təşəkkül tapmasında hansı alimlərin xidməti
olmuşdur?
3.Ekologiya elminə tərif verin. Ekologiya nəyi öyrənir və hansı
elmlərlə sıx əlaqəsi vardır?
18
KĠMYA VƏ ƏTRAF MÜHĠT
Müasir ekologiyanın elmi istiqamətlərdən biri kimyəvi
ekologiyadır.
1950-ci illərdən başlayaraq ətraf mühitin kimyəvi tərkibi sürətlə
dəyişməyə doğru istiqamət aldı. Buna səbəb ikinci dünya
müharibəsində istifadə olunan silahların dağıdıcı təsirindən başqa,
sənayenin sürətli inkişafı, məhsuldarlığı artırmaq, ziyanvericilərlə və
bitki xəstəlikləri ilə mübarizə məqsədi ilə kənd təsərrüfatının
kimyalaşdırılması, sintetik liflərin və polimerlərin daimi artan istehsalı,
nüvə enerjisinin hərtərəfli tətbiqi və nəhayət urbanizasiya prosesinin
artan inkişafı da daxil olmaqla, nəqliyyat vasitələrinin çoxalması,
təbiətin güclü çirklənməsi problemini yaratmışdır.
Sənaye istehsalının durmadan inkişafı nəticəsində məhsullar bütün
dünyada yayılmağa başlamış və beləliklə də onların tərkibində olan
kimyəvi birləşmələr istehsal zavodlarından çox uzaqlara daşınmışdır.
Beləliklə, biosferin Kimyəvi tərkibi get-gedə dəyişmişdir ki, bu da öz
növbəsində, planetimizdə yaşayan canlılara və bitki örtüyünə bir başa
təsir etmişdir.
İnsan, öz fəaliyyətinin genişləndiyi bir zamanda ekosistemdə gedən
kimyəvi proseslərə diqqəti artırmaqla, canlılarla ətraf mühitin qarşılıqlı
təsirini öyrənərək, atmosfer, hidrosfer və litosferin fiziki və kimyəvi
metodlarla öyrənilməsini ekoloji kimyanın əsas problemlərindən biri
kimi qarşıya qoymuşdur.
Biosistemdə yaranmış qarşılıqlı təsir mexanizmi müasir ekoloji
kimyanın predmeti olub, canlı və cansız təbiətin öyrənilməsində xüsusi
əhəmiyyət kəsb edir.
Ekoloji sistemi çirkləndirən maddələrin və onların çevrilmə
məhsullarının tərkibini müəyyən etmədən ətraf mühitin çirklənməsinin
qarşısını almaq mümkün deyildir. Buradan da ekoloji kimyanın əsas
predmeti müəyyənləşir.
Kimya-maddələrin xassələri, çevrilmələri və bu çevrilmələri atom-
molekul səviyyəsində öyrənən bir elm olduğundan, deyə bilərik ki,
ekoloji kimya isə-ətraf mühitdə gedən kimyəvi prosesləri və bu
proseslərin yarada biləcəyi təhlükləri müəyyən edir.
Ekoloji kimya dedikdə – ətraf mühitin kimyası nəzərdə tutulur. Bu
19
qısa və hərtərəfli izahı ilk dəfə Con Bokris özünün «Ətraf mühitin
kimyası» əsərində vermişdir.
Ətraf mühitin fiziki və kimyəvi xassələri öyrənildikcə məlum olur
ki, ana təbiətin özündə belə Günəş sisteminin yaranmasından indiyə
qədər canlı varlıqlara təhlükə yaradan kimyəvi çevrilmələr və proseslər
labüd olmuşdur.
İnsanlar isə öz məişətlərini yaxşılaşdırmaq məqsədi ilə yaratdıqları
və inkişaf etdirdikləri texniki inqilablar nəticəsində bu ekoloji
təhlükəni bir neçə dəfə artırmışlar. Bu antropogen dəyişikliklər
nəticəsində bir qrup bitki və heyvan növləri sıradan çıxmaq üzrədir və
«qırmızı kitaba» düşmüşdür.
Təbiətdə gedən bioloji və kimyəvi proseslər çox yavaş getdiyindən
canlı orqanizmlər buna adaptasiya oluna bilirlər. Antropogen
çirklənmələr isə çox sürətlə gedir və canlılar buna uyğunlaşmağa
macal tapmırlar.
Məsələn, Yer atmosferində oksigenin 1%-dən hazır ki, 21%
çatması üçün 1,5 milyard il keçmişdir ki, bu da hər 200-300 min ildə
0,004% təşkil edir. İnsan fəaliyyəti nəticəsində isə təxminən 200 il
ərzində atmosferdə CO
2
miqdarı 0,003%-dən 0,004% çatdırılmışdır ki,
bu da böyük təhlükə hesab olunan və sonrakı fəsillərdə izahı veriləcək
«Parnik effekti» yaratmışdır.
Antropogen çirklənmə nəticəsində yüksək dərəcəli zəhərli maddələr
alınır ki, təbiət onların utilizasiyasını həyata keçirməkdə aciz olur.
Pestisidlər,
defolyantlar,
insektisidlər,
antidetanatorlar
belə
maddələrdir.
Müasir cəmiyyət bir sıra kimyəvi yolla alınan məişət əşyaları,
dərman preparatları və digər çoxsaylı sintetik materiallar olmadan
keçinə bilməz. Odur ki, ətraf mühitin çirklənməsini kimyəvi məhsullar
yaratsa da, bir növ kimyanı «günahlandırmaq» ədalətsizlik olardı.
Lakin, ətraf mühit diqqətlə öyrənildikdə onun çirklənməsinin
qarşısını almağın yolları da icad edilir. Kimya zavodları qurularkən elə
texnologiya seçilə bilər ki, onun zəhərli tullantıları minimuma
endirilərək atmosferə, hidrosferə və biosferə yayılmasının qarşısı alına
bilsin.
Bu ekotexnologiya adlanan proseslər bəşəriyyətin təhlükəsizliyinin
ömrünü bir neçə dəfə artıra bilər. Ətraf mühitə yayılan zəhərli
20
maddələri ekotoksikologiya öyrənir. Bu elm sayəsində biosferdə canlı
varlıqların təhlükəsiz yaşaması üçün şərait yaratmaq mümkün olur.
Ekoloji kimya digər təbiət elmləri ilə birlikdə fəaliyyət göstərir və
daha effektivli olur. Biologiya, zoologiya, anatomiya, sosiologiya,
geologiya, fizika, riyaziyyat (modelləşmə), kənd təsərrüfatı elmləri və
digər elmlər ekoloji kimyanın ayrılmaz hissəsi olub, onun qarşıya
qoyduğu problemlərin həll olunmasında əvəzsiz xidmət göstərirlər.
Ekoloji kimyanın üç əsas vəzifəsi vardır ki, onların həyata
keçirilməsi ətraf mühitin qlobal çirklənməsinin qarşısını ala bilər:
1.Atmosfer və hidrosferə ayrılan əlavə məhsulları minimuma endirən
enerji və kimya texnologiyasını hazırlayıb tətbiq etmək; 2.Zavod və
fabriklərdə əmələ gələn qazların atmosferə keçməsinin qarşısını alan
tutucular təklif etməklə, zəhərli maddələrin su hövzələrinə axıdılma-
sının qarşısını almaq; 3.Ətraf mühiti çirkləndirən maddələri vaxtında
aşkar etməklə, onların gələcək çevrilmələrini proqnozlaşdırmaq yolu
ilə texnoloji proseslərə nəzarət etmək.
Sual və tapşırıqlar
1.Ətraf
mühitin çirklənməsində kimyanın rolunu necə
qiymətləndirmək olar?
2.Müasir ekoloji kimyanın xidməti nədən ibarət olmalıdır?
3.Təbii və antropogen çirklənməni fərqləndirən cəhətləri göstərin.
4.Ekoloji kimyanın əsas vəzifələrini izah edin.
___________________
ƏTRAF MÜHĠTĠN ÇĠRKLƏNMƏSĠ
Ekoloji kimya, başqa elm sahələrində olduğu kimi bir sıra terminlər
lüğətinə, məfhum və təriflərə malikdir ki, onlardan ən vaciblərini
göstərmək lazımdır.
Ətraf mühitin təyin oblastlarından biri çirklənmədir. Bu məfhum
altında tərkibindən, xassəsindən, fiziki halından asılı olmayaraq, təbii
mühiti korlama başa düşülür.
Təbii yolla və insanlar tərəfindən ekosferaya yayılan zəhərli
21
maddələrin yaratdığı hadisəyə çirklənmə deyilir.
Ekosfera dedikdə (yunanca oikos-ev, vətən, sphaira-şar, şarın üstü)
- Yer kürəsinin canlıların inkişafı üçün planetin xassələrinin məcmuu
nəzərdə tutulur.
Ətraf mühitin çirklənməsi məfhumu altında, təbiətin hər hansı bir
sahəsinə atılmış yad cism və ya maddə nəzərdə tutulur.
Cisimlərin, maddələrin xassələri, qatılığı, az və ya çox zəhərliliyi
çirklənmənin dərəcəsini təyin edir. Ətraf mühitin çirklənməsi təbii
səbəblərdən də ola bilər: zəlzələrlər, vulkan püskürmələri, meşə
yanğınları, çay daşqınları, yerin erroziyası və s. tərəfindən. Çox qısa
zaman daxilində ətraf mühitin təbii yolla çirklənməsinə vulkan
püskürmələri adi misal ola bilər. Bu zaman atmosferə minlərlə ton
müxtəlif maddələr atılır. Vulkan qazlarının tərkibində 79% su buxarı,
12% CO
2
, 7% SO
2
, 1% N
2
və 1% (CO, H
2
S, HCl, CH
4
, Ar) olur.
Ətraf mühitin çirklənməsi insanların təsərrüfat fəaliyyətləri
nəticəsində baş verərsə buna «Antropogen» çirklənmə deyilir.
Antropogen – yunan sözü olub Antropo-(insan), genezis (doğulma,
yaranma) sözlərindən yaranmışdır. Bu söz altında 1000000-700000 il
əvvəl başlamış 4-cü və sonrakı Kaynazoy erası da nəzərdə tutulur.
Antropogen çirklənmə aşağıdakı cədvəldə aydın görünür:
Biosferdən çıxarılanlar
Biosferə buraxılanlar
Faydalı qazıntılar-100 milyard ton Kimyəvi maddədlər – 100 min adda
Sintetik materiallar – 60 milyon ton
Metallar – 800 milyon ton
Mineral gübrələr – 500 milyon ton
Pestisidlər – 5 milyon ton
Dəmir – 50 milyon ton
Maye axım- 500 milyard M
3
Bərk axım – 17,4 milyard ton
CO
2
– 20 milyard ton
SO
2
– 150 milyon ton
Çirklənmə növləri müxtəlif olub insan fəaliyyətindən asılıdır,
məsələn:
-ziyanlı maddələrin atmosferə atılması (bərk toz hissəcikləri, tüstu,
kül, qurum, qaz halında maddələr, SO
2
, NO
2
, CO
2
, CO
karbohidrogenlər və s.).
22
-su
hövzələrinə
axıdılan
məişət
suları,
heyvandarlıq
komplekslərinin
çirkli suları, fabrik və zavodların ziyanlı
məhsullarının maye tullantıları və s.
-su mühitindən və torpağın neft məhsulları ilə, mineral duzlarla,
ağır metallarla, yuyucu maddələr və s.
-kənd təsərrüfatında tətbiq edilən pestisidlər, insektisidlər,
herbisidlər və s.
-radioaktiv maddələr (radionuklidlər)
-elektromaqnit dalğaları (radio, televizor, mobil telefon) və qeyri
təbii səslər.
Çirklənmənin ekosistemə təsir mexanizminə görə aşağıdakı klassifi-
kasiyasını göstərmək olar:
1) kimyəvi çirklənmə – ətraf mühitin kimyəvi maddələrlə
çirklənməsi;
2) fiziki çirklənmə – ətraf mühitin fiziki xassələrinin istilik
balansının, işıqlanma dərəcəsinin, səsin, radioaktiv fonun,
elektromaqnit şüalanmanın intensivliyinin dəyişməsi ilə xarakterizə
olunan çirklənmə;
3) bioloji çirklənmə - okean və dənizlərdə həddindən artıq su
heyvanlarının ovlanması, nadir heyvanların gəlir məqsədi ilə kəskin
azalması, bakteriya və virusların çoxalması və biogenezin pozulması
yolu ilə çirklənmə.
4) təbiət landşaftının pozulması yolu ilə çirklənmə – kobud və
plansız urbanizasiya (şəhər əhalisinin çoxalması), bataqlıqların
qurudulması, meşə zolaqlarının məhv edilməsi, meliorasiya işləri və
süni su hövzələrinin yaradılması yolu ilə çirklənmə.
Suallar və tapşırıqlar
1.«Çirklənmə» məfhumunu izah edin.
2.Biosferdə antropogen çirklənməyə misallar göstərin.
3.Ekosistemin hansı növ çirklənmələri vardır?
4.Ətraf mühitin fiziki və kimyəvi çirklənməsi nə ilə fərqlənir?
_________________
23
BĠOSFERĠN KĠMYƏVĠ ELEMENTLƏRĠ
Məlum olduğu kimi ətraf mühiti çirkləndirən bütün maddələr kim-
yəvi elementlərdən təşkil olunmuşdur. Həmin elementlər biosferdəki
roluna və yayılma dərəcəsinə görə biri-birindən fərqlənirlər.
Yerin kimyəvi tərkibi, kimyəvi elementlərin yayılması, miqrasiyası
geokimya elmi tərəfindən öyrənilir. İlk dəfə amerika alimi F.Y.Klark
(1847-1931) Yer qabığında ən çox yayılan 50 elementin faiz miqdarını
vermişdir.
Rus alimi A.Y.Fersman kimyəvi elementlərin yer qabığında
yayılmasını Klarkın şərəfinə «Klark» kəmiyyəti ilə göstərməyi təklif
etmişdir.
Yer, Günəş sisteminin Günəşdən məsafəsinə görə üçüncü, ölçüsü və
kütləsinə görə beşinci planetdir. Günəş sistemindəki başqa
planetlərdən fərqi, Yerdə həyatın mövcudluğu və insanın meydana
gəlməsidir.
Müasir kosmoqonik nəzəriyyələrə əsasən Yer təqribən 4,5 milyard
il bundan əvvəl, Günəş ətrafı fəzada kosmosdakı səpinti halında olan
bütün məlum kimyəvi elementlərdən ibarət qaz-toz cisimlərinin
kondensasiyasından yaranmışdır.
Yerin
üst təbəqəsi biosfer adlanaraq bitki və heyvan
orqanizmlərinin əmələ gəldiyi və fəaliyyət göstərdiyi hissədir. Biosfer,
yuxarıdan 12-15 km hündürlüyə qədər troposfer, aşağıda isə 5 km
dərinliyə qədər litosfer arasında yerləşir.
Yer qabığında 90-na yaxın kimyəvi element vardır. Digər
elementlər isə süni sürətdə sintez edilmişdir. Yer qabığının ümumi
çəkisinin 99,8%-ni cəmi 18 element-oksigen (49,4%), silisium
(27,6%), alüminium (7,45%), dəmir (5%), kalsium (3,5%), natrium
(2,6%), kalium (2,5%), maqnezium (2%), hidrogen (1%), titan (0,6%),
karbon (0,15%), xlor (0,05%), fosfor (0,08%), kükürd (0,05%), azot
(0,02%), manqan (0,09%), flüor (0,03%), barium (0,04%) təşkil edir.
Bütün digər elementlər 0,2% təşkil edir. İnsan orqanizmi isə 70-ə
qədər elementdən ibarətdir. Yer qabığının, torpağın, dəniz sularının,
bitkilərin, heyvanların və insanların kimyəvi tərkibinin tədqiqi
göstərmişdir ki, onların kimyəvi tərkibi biri-birinə çox oxşardır.
24
Cədvəl 1
Element
Yer qabığı
Torpaq
Dəniz suyu
Bitkilər
Heyvanlar
1
2
3
4
5
6
0
49,4
49,0
85,82
70
62,4
Si
27,6
33,0
5
10
-5
0,15
1
10
-5
Al
7,45
7,2
1
10
-6
0,02
1
10
-5
Fe
5,0
3,8
5
10
-6
0,02
0,01
C
0,15
2,0
0,002
18
21
Ca
3,5
1,37
0,04
0,3
1,9
K
2,5
1,36
0,038
0,3
0,27
Na
2,6
0,63
1,06
0,02
0,1
Mg
2,0
0,6
0,14
0,07
0,03
Ti
0,6
0,46
1
10
-7
1
10
-7
1
10
-6
N
0,02
0,1
1
10
-5
0,3
3,1
H
1,0
-
10,72
10
9,7
P
0,08
0,08
5
10
-6
0,07
0,95
S
0,05
0,05
0,09
0,05
0,16
Mn
0,09
0,085
4
10
-7
1
10
-3
1
10
-5
Zr
0,04
0,62
-
5
10
-4
-
Sr
0,04
0,03
1
10
-3
1
10
-4
1
10
-3
Ba
0,04
0,04
5
10
-6
1
10
-4
1
10
-3
Ce
0,02
0,02
5
10
-7
-
1
10
-6
Cr
0,02
0,019
-
5
10
-4
1
10
-5
F
0,027
0,02
1
10
-4
1
10
-5
1
10
-5
V
0,03
0,01
5
10
-8
1
10
-4
1
10
-5
Cl
0,048
0,01
1,89
1
10
-2
0,08
Rb
0,03
5
10
-8
2
10
-5
5
10
-4
1
10
-5
Zn
5
10
-8
5
10
-8
5
10
-6
3
10
-4
1
10
-3
Ni
1
10
-2
5
10
-8
3
10
-7
5
10
-5
1
10
-6
Cu
1
10
-2
2
10
-8
2
10
-6
2
10
-4
1
10
-4
Co
4
10
-3
1
10
-3
1
10
-7
2
10
-5
1
10
-6
Li
6,5
10
-3
3
10
-3
1,5
10
-5
1
10
-5
1
10
-4
Pb
1,5
10
-4
5
10
-4
5
10
-7
1
10
-5
1
10
-6
B
3
10
-4
5
10
-4
5
10
-4
1
10
-4
1
10
-5
J
3
10
-5
5
10
-4
1
10
-6
1
10
-5
1
10
-5
Mo
1,5
10
-2
3
10
-4
1
10
-7
2
10
-5
1
10
-6
As
5
10
-4
4
10
-4
1,5
10
-6
3
10
-5
1
10
-5
Br
1,5
10
-4
2
10
-4
7
10
-3
-
1
10
-4
Cd
5
10
-5
5
10
-6
-
1
10
-6
1
10
-4
25
1
2
3
4
5
6
Th
1
10
-3
6
10
-4
4
10
-8
6
10
-4
1
10
-7
W
-
1
10
-4
-
-
-
U
2
10
-4
1
10
-4
2
10
-7
-
1
10
-8
Se
6
10
-5
1
10
-6
4
10
-7
1
10
-7
-
Bi
1,7
10
-6
2
10
-8
2
10
-8
-
2
10
-6
Hg
7
10
-6
1
10
-6
3
10
-9
1
10
-7
1
10
-7
Ag
1
10
-5
-
1
10
-9
-
3
10
-5
Au
5
10
-7
-
4
10
-10
-
1
10
-7
Ra
2
10
-10
8
10
-11
1
10
-14
1
10
-14
1
10
-12
1-ci cədvəldən göründüyü kimi canlı orqanizmlərdə faiz miqdarı
çox olan elementlər yüngül elementlər olub dövrü sistemin ilk 3
dövründə yerləşir. Yüngül elementlərdən əmələ gəlmə canlıların
yüksək hərəkət aktivliyi üçün əsas şərtdir ki, bu da onların üzvi aləmdə
yaşamağının əsas kriteriiyalarından biridir.
Altı element – C, H, O, N, P, S canlı varlığın əsas komponentlərini
əmələ gətirdiyi üçün bunlara orqanogen elementləri deyilir. Sonrakı
fəsillərdə onların təbiətdə dövranı ilə yanaşı əsas funksiyaları da
veriləcəkdir. Bu altı elementin orqanizmdə faiz miqdarı 97,4% təşkil
edir.
Kimyəvi elementlər orqanizmdə faiz miqdarına görə makro-(çox)
və mikro-(az) elementlərinə ayrılırlar.
Dostları ilə paylaş: |