Makroelementlər o elementlərdir ki, onların orqanizmdə faiz
miqdarı 10
-2
%-dən çoxdur. Onlardan O(62%), C (21%), H (10%), N
(3), Ca (2%), P (1%), K (0,23%), S (0,16%), Cl (0,1%), Na (0,08%),
Mg (0,027%).
Makroelementlər özlüyündə iki yarım qrupa bölünür: C, H, O, N, P,
S elementlərindən bioloji molekullar: zülallar, nuklein turşuları,
lipidlər, sulu karbonlar və s. əmələ gəlmişdir. Digər 5 makro
elementlər ikinci yarım qrupa daxil olaraq, onların orqanizmdə rolu
dəqiq tədqiqatlarla ətraflı öyrənilmişdir.
Mikroelementləri o elementlər təşkil edir ki, onların canlı
varlıqlarda faiz miqdarı 10
-3
%-dən azdır. Bunlar J, Cu, As, F, Br, Sr,
Ba, Co və s-dir.
Bundan başqa orqanizmdə rast gəlinən bir sıra elementlər Hg, Au,
U, Th, Ra və başqaları, faiz miqdarına görə çox az olub (1
10
-5
%)
müəyyən
bioloji
proseslərdə
iştirak
edirlər
və
onlar
ultramikroelementlər adlanırlar.
26
Orqanizmdə rast gəlinən bir qrup elementlər biosistem üçün əvəz
olunmaz elementlər olduğundan onlar biogen elementlər adlanırlar: H,
O, Ca, N, K, P, Na, S, Mg, Cl, C, J, Mn, Cu, Co, Fe, Zn, Mo, V. Bu
elementlər fermentlərin, hormonların və vitaminlərin tərkibində olaraq,
onların çatışmaması nəticəsində qarşısıalınmaz xəstəliklər baş verir.
Canlı varlığın yaranması və var olması üçün bəzi metallar əvəz
olunmazdır ki, bölgü zamanı bunlar 10 element olub, həyat
elementləri adlanırlar: Ca, K, Na, Mg, Fe, Zn, Cu, Mn, Mo, Co.
Məlumdur ki, homoqlobinin tərkibinə daxil olan iki valentli dəmir ionu
(Fe
+2
) ağ ciyərdən oksigeni alaraq toxumalara daşıyır. Orqanizmdə
Mg
+2
kationu çatışmadıqda Fe
+2
ionunun sintezi getmir ki, bu da
anemiya xəstəliyini yaradır. Çox maraqlıdır ki, torpaqda (əsasən gilli
və karbonatlı torpaqlarda) Fe
+2
kationu çatışmadıqda xlorofilin sintezi
getmir və bitkilərdə xloroz- yarpaqların saralması –xəstəliyi əmələ
gəlir.
Aşağıdakı cədvəldə kimyəvi elementlərin orqanizmdə, daha
doğrusu orqanlarda toplanması göstərilmişdir.
Kimyəvi elementlərin insan orqanizmində rolu müxtəlifdir.
Makroelementlər – toxumaları əmələ gətirir, osmos təzyiqinin
sabitliyini saxlayır, ion mübadiləsini həyata keçirirlər.
Orqanlar
Elementlər
Tüklər
Al, As, V
Beyin
Na, Mg, K, Li
Hipofiz
Zn, Br, Mn, Cr
Göz mayesi
Na, Cl
Göz bəbəyi
Ba
Dişlər
Ca, Mg, F
Diş əti
Ca, P
Qalxanabənzər vəzi
J, Zn, Br
Ürək
Ca, K
Ağ ciyər
Li, Na
Skelet əzələləri
Li, Mg, K
Sümük toxuması
Ca, Na, Mg, K, P
Mədəaltı vəz
Mg
Qan
Fe, Li, Na, Ca, K
Qara ciyər
Li, Se, Mo, Zn, Ca, Mg, K, Cu
Böyrəklər
Li, Se, Ca, Na, Mg, K, Mo, Cd, Hg, U
Onurğa beyni
Na
Mədəaltı vəz
Na, Cl
27
Mikroelementlər
maddələr
mübadiləsində,
hüceyrələrin
çoxalmasında, toxuma tənəffüsündə, qan yaranmasında, zəhərli
maddələrin
orqanizmdən
çıxarılmasında, oksidləşmə-reduksiya
proseslərində iştirak edirlər.
Orqanizm elə qurulmuş bir sistemdir ki, hər hansı elementlərin
azlığı və çoxluğu anomaliyalar yaradır. Ətraf mühitdə biogen yolla,
bəzi orqanizmə lazımlı elementlərin çatışmaması endemik xəstəliklər
yaradır. Məsələn, Böyük Qafqaz dağlarının içməli sularında J, Br
çatışmadığından, həmin yerlərin sakinlərində bazedov xəstəliyi
(qalxanabənzər vəzdə), dişlərin sürətli kariyesi baş verir.
Sual və tapşırıqlar
1.Kimyəvi elementlərin yer qabığında, hidrosferdə, canlı
varlıqlarda yayılmasını müqayisə edin.
2.Biogen elementlər hansı elementlərə deyilir?
3.Orqanogen elementlərin adlanması hansı prinsipə əsaslanır?
4.Makroelementlər hansı elementlərə deyilir?
5.Mikroelementlər hansı elementlərdir və onların bioloji rolunu
izah edin.
6.Endemik xəstəliklər necə baş verir?
______________________
EKOLOJĠ STANDARTLAR VƏ NORMATĠVLƏR
Canlı orqanizmlər özünü müdafiə refleksi sayəsində və yaşayış
uğrunda mübarizə müqavimətinin köməyilə müəyyən miqdar zərərli
çirkləndiricilərdən qoruna bilir.
Bunun nəticəsində, orqanizmdə xəstələnmə reaksiyası təsiri
göstərməyən hər hansı maddə miqdarına həmin maddənin hədd
səviyyəsi deyilir və maddənin tərkib və xassələrinə görə müxtəlif
miqdar ölçüsü ilə göstərilir.
Digər tərəfdən bəzi çirkləndiricilər canlı orqanizmlər üçün uzun-
müddətli təsir göstərirlər. Bunların hədd səviyyəsi tez təsir göstərən
maddələrdən aşağı olur. Bioakkumulyasiya olunan və radioaktiv
28
maddələr müstəsna təşkil edir. Tədqiqatçıların rəyinə görə radioaktiv
maddələr üçün hədd səviyyəsi sıfıra bərabərdir. Bu o deməkdir ki,
hətta ən az vaxt daxilində onlar orqanizm üçün təhlükə mənbəidir.
Bioakkumulyasiya hadisəsi, çirkləndiricilərin canlı orqanizmdə
toplanması prosesi olub, qidalanma zamanı orqanizmə daxil olan
zərərli maddələrin kənar olması zəiflədikdə baş verir. Məsələn,
balıqlarda civənin miqdarı balığın tutulduğu suda olan civənin
miqdarından 1000 dəfə çox ola bilir. İnsan həmin balıqlarla qida-
landıqda ölümlə nəticələnən zəhərlənmə baş verir.
İnsan uzun müddət çirkləndirici maddələr mühitində yaşadıqda, hiss
edilməyən dərəcədə ziyanlı maddələri qəbul edir və həmin maddələrin
miqdarı müəyyən həddə çatdıqda təsir mexanizmi «işə düşür».
Tibbdə olduğu kimi ekoloji kimyada da maddələrin təsir göstərdiyi
miqdar doza ilə göstərilir. Doza sözü, yunan sözü olan dosis sözündən
yaranmışdır ki, mənası dəqiq çəki miqdarı deməkdir.
Ekoloji zəhərləyicilərin miqdarı L hərfi ilə işarə edilir ki, bu latın
dilində Letal (öldürücü) sözünün baş hərfi ilə göstərilir.
Əgər zəhərlənmə tənəffüs vasitəsilə baş verirsə, bu zaman zəhərli
qazların qatılığı və tənəffüsün vaxtı ilə müəyyən edilir - C.t. Burada c-
qatılığı, t-zamanı göstərir.
Maddələrin qatılığı- mq/m
3
ilə hesablanır. Əgər zəhərlənmə başqa
yolla –mədə-bağırsaq, dəri, əzələ və qan vasitəsilə baş verərsə kimyəvi
maddənin dozası mq/kq-la göstərilir.
Müxtəlif ölüm (letal) dozaları müəyyənləşdirilmişdir:
a) LCt
50
– tənəffüs yolu ilə zəhərlənmə.
b) LD
50
– başqa yollarla zəhərlənmə.
İndeksdə göstərilən rəqəm orqanizmin məhv olması ehtimalını
göstərir – yəni 50% ölümlə nəticələnə bilər.
Ətraf mühitin qorunması üçün zəhərli maddələrin biosferdə olan
miqdarı, hər bir maddə üçün müəyyən edilmişdir ki, buna ekoloji
norma deyilir.
Ekoloji normaya əməl olunması, ətraf mühiti antropogen
çirklənmədən qorumaq və canlı varlıqlar üçün normal şərait
yaratmaqdır.
Ekoloji normativlərdən biri, ziyanlı maddələrin təbii mühitdəki
miqdarının təyin edilməsidir ki, buna–YOL VERİLƏN QATILIQ
29
HƏDDİ (YVQH) deyilir.
Bu hədd o deməkdir ki, həmin miqdar maddə ətraf mühiti, insan
orqanizminə və gələcək nəslə zərər verəcək dərəcədə çirkləndirmir.
YVQH-müəyyən edilərkən elə rəqəm seçilir ki, hər hansı maddənin
miqdarı nəinki insan orqanizminə, eləcə də bitkilərə, digər heyvanlara
və mikroorqanizmlərə ziyanlı təsir göstərmir. Bu zaman termin
aşağıdakı kimi dərk edilir – maddənin ekoloji yol verilən miqdar həddi
- EYVMH.
YVQH-əsas ekoloji normativ olub, hava və su üçün dəqiq müəyyən
olunmuş qiymətə malikdir. Torpaq üçün bu miqdar hazırlanmaq
üzrədir və gələcəkdə dəqiq müəyyənləşəcəkdir.
Qeyd etmək lazımdır ki, bütün çirkləndiricilər üçün hədd
miqdarının dəqiq təyin olunmasına baxmayaraq, onların sinergizmi
(biri-digərinin
zəhərləyici
təsirinə
göstərdiyi
effekt)
və
akkumilyasiyası dəqiq və sona qədər öyrənilməmişdir.
YVQH - əsasında elmi-texniki normativlər işlənib hazırlanmışdır:
yol verilən tullantı (YVTH) həddi, yol verilən axıdılma (YVAH) həddi
və s. bu normativlər uyğun olaraq atmosferə və su hövzələrinə
buraxılan zəhərli maddələrin birdəfəlik miqdarı kimi müəyyən edilir və
ekoloqlar tərəfindən nəzarətdə saxlanılır.
Bir qayda olaraq bu normativlər müəyyən edilərkən bir sıra amillər
– hidrometeoroloji şərtlər, relyef, müddət, orqanizmlərin zədələnmə
hesabatı və s. – nəzərə alınmalıdır.
Elə müəssisələr vardır ki, onlar bu normativlərdən kənara çıxa bilir.
Məsələn, istilik və atom elektrik stansiyaları üçün müvəqqəti
razılaĢdırılmıĢ tullantı (MRT) miqdarı müəyyən edilir.
Hava mühitində zərərli maddələrin miqdarı bəzən istehsalat zonası
üçün müəyyən edilir. Bu normativ Yol verilən miqdar həddindən iĢlək
zonası üçün nəzərdə tutulur və YMH
i.z.
-kimi göstərilir, ölçüsü isə
mq/m
3
kimi göstərilir.
Yaşayış zonalarında digər normativlər fəaliyyət göstərir. Bu zaman
yolverilən miqdar həddi yaşayış sahəsinin atmosferi üçün müəyyən
edilir və orta gündəlik, maksimum birdəfəlik (m.b.) kimi göstərilir.
Zərərli maddənin maksimum birdəfəlik hədd miqdarı elə seçilir ki,
hər hansı maddənin 1m
3
havadakı milliqrammlarla miqdarı, orqanizm
üçün hər hansı reflektor reaksiya göstərmir və ya iyi hiss edilmir.
30
Çirkləndirici maddənin orta gündəlik (o.g.) həddi mq/m
3
miqdarı
ilə göstərilir. Bu miqdar maddələrin 24 saat ərzində orqanizmdə törədə
biləcək xassəsilə müəyyən edilir və YMH
o.g.
kimi göstərilir.
Ümumiyyətlə, yuxarıda göstərilən normativlər fərdi xarakter daşıyır
və hər bir maddə üçün müxtəlif miqdar təşkil edir.
Məsələn, kükürd-4 oksid və azot-4oksid üçün mq/m
3
miqdarında bu
hədd aşağıdakı kimidir:
Maddə
YMH
i.z.
YMH
o.g.
YMH
m.b.
Kükürd-4 oksid SO
2
10
0,05
0,500
Azot-4 oksid NO
2
2
0,04
0,085
Hidrosfer üçün də ekoloji normativlər qəbul edilmişdir. Maddələrin
zəhərlilik təsirinə görə miqdarları müxtəlif olub 1 litr suda maddənin
milliqramlarının miqdarı ilə hesablanır və YMH
s
kimi göstərilir.
Su hövzələri qarışıqların miqdarına görə bir sıra kateqoriyalara
bölünür:
-təsərrüfat-içməli suları;
-mədəni məişət suları;
-balıqçılıq üçün yararlı sular;
-texniki qurğular və zavodlar üçün sular.
Məsələn, təsərrüfat-içməli sularda neft 0,3 mq/l nəzərdə tutulursa,
balıqçılıq üçün yararlı sularda bu miqdar 0,05 mq/l təşkil edir.
Tədqiqatlar göstərmişdir ki, az miqdarda neft və neft məhsulları
balıqların orqanizmində daima toplanaraq kürülərin əmələ gəlməsinə
və inkişafına mənfi təsir göstərir.
Litosferdə ekoloji normativlərin müəyyənləşdirilməsi bir sıra
səbəblərdən çətinlik törədir. Bir tərəfdən torpaq qatı hava və su
mühitində
nisbətən
hərəkətsiz
olub
zəhərli
maddələrin
akkumluyasiyası prosesi gedir. Digər tərəfdən mikroorqanizmlərin
həyat fəaliyyəti nəticəsində bir sıra maddələr zərərsizləşir və ya
miqrasiya edir.
Digər tərəfdən torpağa hopmuş zərərli maddələr torpağın mürəkkəb
quruluş və tərkibinə görə müxtəlif cür təsir göstərir.
Məsələn ağır metalların toplanması onun uduculuq xassəsindən,
turşu-qələvi göstəricisindən və humus tərkibindən çox asılıdır. Ona
31
görə də torpaqlar üçün səmtləĢdirilmiĢ yol verilən qatılıq (SYQ)
vahidindən istifadə olunur və mq/kq çəki miqdarı ilə göstərilir. SYQ
müəyyən sinif birləşmələr üçün normativ kimi qəbul edilir.
Aşağıdakı cədvəldə bəzi ekoloji çirkləndiricilər üçün
YMH və SYQ miqdarları mq/kq ilə göstərilmişdir.
Maddə
YMH
SYQ
Karbofos
0,5
Xlorofos
0,5
Bromofos
0,20
Heksaxlorbenzol
0,03
Sual və tapşırıqlar
1. Hədd səviyyəsi və dozanı izah edin.
2. Bioakkumulyasiya nədir? Misallar göstərin.
3. Ekoloji zəhərləyicilərin dozası necə müəyyən edilir?
4. Ekoloji norma nədir və hansı məsələləri həll edir?
5. Su mühitində YVQH necə qəbul edilmişdir?
6. Torpaqda YVQH-ni müəyyən etmək hansı çətinliklərlə üzləşir?
7. SYQ (səmtləşdirilmiş yolverilən qatılıq) necə müəyyənləşdirilir
və ölçü vahidi hansıdır?
_____________________
32
Fəsil II.
YER PLANETĠ VƏ CANLI ALƏM
Yer günəş sisteminin Günəşdən məsafəsinə görə üçüncü (149,6
10
6
km, təqribi 150000000 km), ölçüsü və kütləsinə görə beşinci planetidir.
Yer qrupu planetləri – Merkuri, Venera, Yer və Mars – arasında ən böyük
olan, Yer planeti müasir kosmoqonik baxışlara görə təqribən 4,5 milyard
il bundan əvvəl, günəşətrafı fəzada təbiətdəki səpinti halındakı bütün
məlum kimyəvi elementlərin kondensasiyasından yaranmışdır. Günəş
sistemindəki başqa planetlərdən fərqli olaraq Yer planetində canlı aləm, o
cümlədən insan meydana gəlmişdir (4,5 milyon il bundan əvvəl).
Son illər Yerin formasının süni peyklərlə öyrənilməsi göstərmişdir ki,
Yerin forması mürəkkəb olub ürəyə oxşayır. Odur ki, kardiodid
adlandırılmışdır. Şimal qütbü rayonunda planetimiz qabarıq, cənub
qütbündə isə batıqdır.
Yer planeti Yer qabığından, mantiyadan və nüvədən ibarətdir.
Amerika geokimyaçısı B.Meysonun hesablamalarına görə Yer
planetinin kimyəvi tərkibi faizlə aşağıdakı kimidir:
Dəmir
34,63
Natrium
0,57
Oksigen
29,53
Xrom
0,26
Silisium
15,20
Manqan
0,22
Maqnezium
12,70
Kobalt
0,13
Nikel
2,39
Fosfor
0,10
Kükürd
1,93
Kalium
0,07
Kalsium
1,13
Titan
0,05
Alüminium
1,09
Yerin əmələ gəlməsi, əsasən radioaktiv elementlərin, - uran torium və
kaliumun radioaktiv izotoplarının, parçalanması zamanı ayrılan istilik
hesabına Yer təkinin tədricən isinməsinə səbəb olan maddənin
diferensasiyası ilə müşahidə olunmuşdur. Bu differensasiya nəticəsində
Yer konsentrik yerləşən və kimyəvi tərkibi, aqreqat halı fiziki xassələrinə
görə fərqlənən geosferlərə bölünmüşdür. Mərkəzində mantiya təbəqəsi ilə
əhatələnən Yerin nüvəsi yaranmışdır.
Ərimə prosesində mantiyadan ayrılmış maddənin ən yüngül və asan
əriyən komponentlərindən mantiya üzərində Yer qabığı yaranmışdır.
Yer qabığı üzvi aləmin inkişafı üçün əlverişli qat olub, həcminə görə
33
Yerin 1,2%-ni, kütləsinə görə 0,7%-ni təşkil edir. Yer qabığı prinsipcə
fərqlənən iki əsas strukturdan – materiklər və okeanlardan, ibarətdir. Yer
qabığının qalınlığı materiklərlə və okeanlarda müxtəlif dərinlikdə olub,
20-70 km dərinliyinə qədər hesab edilir.
Yer qabığının kimyəvi tərkibi Yer planetinin kimyəvi tərkibindən
fərqlənir və aşağıdakı kimidir:
O
2
-47,2%; Si-27,6%; Al-8,8%; Fe-5,1%; Ca-3,6%; Na-2,64%; K-
2,6%; Mg-2,1%.
Yer qabığının 99,64% - 8 elementin payına düşür.
İlk dəfə 1898-ci ildə Amerika alimi F.U.Klark 50-yə qədər elementin
yer qabığında yayılmasını faizlə hesablamışdır. Odur ki, rus alimi
A.Y.Fersman elementlərin yayılmasını, Klarkın şərəfinə «Klark»
adlanmasını təklif etmişdir.
Yer planetinin ən mühüm xüsusiyyəti canlı orqanizmlərin fəaliyyəti ilə
yaranan biosfer təbəqəsinin olmasıdır. Müxtəlif məlumatlar toplusuna
əsasən Yer üzərində 1,2-2 milyon həddində heyvan və bitki növü vardır
ki, ondan da ¾ hissəsi bitkidir.
Yer qabığının üst hissəsi hava okeanı ilə əhatə olunmuşdur ki, buna
atmosfer («atmos» yunanca buxar, «sphaira»-kürə deməkdir) deyilir.
Müasir yer atmosferinin bərk örtükdən ayrılan qazlardan əmələ gəlməsi
güman edilir.
Alt qatlardakı su buxarı, buz dənəcikləri, his, toz nəzərə alınmasa, yer
Atmosferinin alt qatının tərkibi sabit olub, 78,08% azot, 20,95% oksigen,
0,93% arqon, 0,03% karbon qazı, 0,01%-i isə hidrogen, helium, kripton,
ksenon və neon qazlarından ibarətdir.
Hündürlükdən asılı olaraq atmosferin tərkibi dəyişir.
Odur ki, Homosfer (yunanca «homos» eyni) və Heterosfer (yunanca
«hetero»-müxtəlif) qatlarına ayrılır.
Atmosfer havanın yaxşı qarışan və molekulyar azotun molekulyar
oksigendən 4 dəfə çox olan təbəqəsidir.
Heterosferdə oksigen və azot molekullarının parçalanması nəticəsində
havanın tərkibi dəyişir. 20-30 km hündürlükdə molekulların atomlara
parçalanma prosesi başlayır. Təxminən 100 km hündürlükdə isə qazlar
atom halında olurlar.
Yer planetinin canlılar yaşayan hissəsi fransız bioloqu J.B.Lamark
tərəfindən «BİOSFER» adlandırılmışdır. Lamarkın «biosferi» atmosfer,
hidrosfer və litosfer təbəqələri kimi ayrılıqda analiz edilmişdir.
34
Odur ki, ətraf mühitin çirklənməsi və onun kimyəvi tədqiqi birsferə bir
başa təsir edən təbəqələr üzrə ayrılıqda analiz ediləcəkdir.
ATMOSFER VƏ ONUN QURULUġU
Bizim yaşadığımız hava okeanı atmosfer adlanır. Atmosfer qazlarının
ümumi çəkisi 5¸13¸10
15
t olub, tərkib və xassələrinə görə, eləcə də Yer
qabığından məsafəsinə görə fərqlənirlər.
Yerə ən yaxın atmosfer qatı Troposfer (yunan dilində –tropos-dəyişən
deməkdir) adlandırılır. Onun hündürlüyü yerlərdən asılı olaraq dəyişir:
ekvator üzərində 16-18 km, qütblərdə isə aşağı olub, 8-10 km olur.
Troposferdə gedən proseslər iqlim dəyişməsinə və digər hadisələrə təsir
göstərir. Canlı orqanizmlər troposfer vasitəsilə daimi əlaqədə olur.
Troposferdə yağıntılar, buludlar, ildırım boşalmaları, hava burulğanları,
temperatur və fəsil dəyişmələri əmələ gəlir. Troposferin yuxarı qatlarına
getdikcə temperatur aşağı düşür.
Troposferin üst qatı isə Stratosfer (latın sözü olub, mənası – döşəmə,
qat) yerləşir. Burada yüksəkliyin müəyyən hündürlüyündə, temperatur
dəyişməz qalır. Sonrakı hündürlükdə isə artmağa başlayır. Stratosferdə
Ozon qatı yerləşir. Ozon troposferdə də vardır, lakin ədəbiyyat
məlumatlarında fərqli rəqəmlər göstərilirsə də, əsas ozon kütləsi 5-30 km-
də toplanmışdır.
Yerdən 50 km yüksəklikdə Mezosfer (mənası araqatı deməkdir)
yerləşir və burada temperatur yenidən aşağı düşür. 80 km-dən yüksəkdə
isə termosfer (istilik qatı deməkdir) yerləşir ki, onun dəqiq son sərhəddi
yoxdur. 400 km-dən yuxarıda isə ekzosfera (xarici qat) yerləşir.
Yerdən yüksəyə qalxdıqda hava seyrəkləşir və hava kütləsinin 90%-i
1-16 km hündürlükdə yəni troposferdə yerləşmişdir. Odur ki, yuksəkliyə
qalxdıqca hava seyrək olduğundan tənəffüs çətinləşir. Bunun səbəbi
olaraq 10 km-dən yüksəkdə uçan reaktiv təyyarələrin sürücüləri oksigen
balonundan istifadə edirlər.
Mezosferdən yuxarı təbəqə Termosfer (istilik sferası) adlanır və son
sərhəddi 800 km hündürlükdədir. Təqribən 200 km hündürlükdə
temperatur 525-725
0
S olur. Termosferin yuxarı sərhəddində yerləşən
Termopauza adlı keçid təbəqəsində isə temperatur 1725-2725
0
S-yə çatır.
Sual və tapşırıqlar
35
1.Yerin atmosferi hansı qatlardan ibarətdir?
2.Atmosferin temperaturu yüksəklikdən asılı olaraq necə dəyişir?
3.Ozon təbəqəsi atmosferin hansı qatında daha çoxdur?
4.Biosfer qatının əhəmiyyəti nədən ibarətdir?
_________________
ATMOSFERĠN KĠMYƏVĠ TƏRKĠBĠ
Atmosferin kimyəvi tərkibi XVIII əsr tədqiqatlarından sonra
müəyyənləşmiş oldu: onun əsas tərkib elementi olan azot 1772-ci ildə
Rezerford, 1773-cü ildə Şeyele, 1776-cı ildə Lavauzye tərəfindən kəşf
edilmişdir. Azotun havada faiz tərkibi 78,08%-dir.
Atmosferin faiz miqdarına görə – 20,95% ikinci elementi olan Oksigen
haqqında ilk məlumatı 1774-cü ildə Pristli vermiş, lakin onun kəşfi
Lavuazye tərəfindən – 1776 daha da dəqiqləşdirilmişdir.
Tərkib faizinə görə – 0,93% üçüncü element olan Arqon 1894-cü ildə
Ramzay tərəfindən kəşf edilmişdir.
Atmosferin kimyəvi tərkibi aşağıdakı cədvəldə göstərilmişdir.
Qazlar
Formulu
Qatılığı, %
Atmosferdə miqdarı x10
9
ton
Azot
N
2
78,084
3,900000
Oksigen
O
2
20,948
1,200000
Arqon
Ar
0,934
67000
Karbon qazı
CO
2
0,032
2600
Su buxarı
H
2
O
Nəzərə alınmır
14000
Neon
Ne
18,18,10
-6
65
Kripton
Kr
1,14,10
-6
17
Metan
CH
4
2,00,10
-6
4
Helium
He
5,24,10
-6
4
Ozon
O
3
0,15,10
-6
3
Ksenon
Xe
0,087,10
-6
2
Azot-1 oksid
N
2
O
0,5,10
-6
2
Dəm qazı
CO
Çox az
0,6
Hidrogen
H
2
0,5,10
-6
0,2
Ammonyak
NH
3
Çox az
0,02
Azot-4 oksid
NO
2
0,01,10
-6
0,013
Azot-2 oksid
NO
iri
0,005
Kükürd-4 oksid
SO
2
0,5,10
-6
0,002
Hidrogen sulfid
H
2
S
izləri
0,001
36
Cədvəldə göstərilən qazlar uzun müddətli təkamül nəticəsində təbii
yolla əmələ gəlmiş və çanlı varlıqların həyat fəaliyyəti nəticəsində az
da olsa dəyişmişdir.
Bioloji və kimyəvi proseslər nəticəsində ammonyak, kükürd qazları,
hidrogen, sulfid və s. əmələ gələrək atmosferin tərkib hissəsinə
çevrilmişdir. Üzvi maddələrin və karbonlu digər birləşmələrin
çürüməsi nəticəsində metan və hidrogen sulfid qazları əmələ gəlir.
Azot oksidləri isə ildırım boşalmaları nəticəsində əmələ gəlir. Dünyada
hər saniyədə 100-ə qədər ildırım boşalmaları qeyd edilir.
Atmosfer havasından sənayedə, texnikada, tibbdə istifadə olunan bir
sıra qazlar alınır. Təsirsiz qazlar, azot, oksigen, karbon qazı, hidrogen
əsasən havanın mayeləşməsindən alınır. Təbii qazların, kömürün,
neftin təbii ehtiyatları getdikcə azaldığından, hava atmosferinə
göstərdikləri təsirlər də dəyişməlidir. Oksigenə tələbatla onun əmələ
gəlməsi arasındakı nisbət birincinin çox olması səbəbindən dəyişir və
bu hadisə gələcəkdə daha çox hiss ediləcəkdir.
Atmosferdə olan az miqdar qaz qatışıqlarının «yaşama» müddəti bir
neçə sutkadan 100 ilə qədər dəyişə bilir və aşağıdakı qaz sırasında
«yaşama» müddəti çoxalır:
O
3
; CO; CH
4
; H
2
; N
2
O
Atmosfer havasında bir sıra mikroorqanizmlərə-bakteriyalar,
viruslar, kif göbələkləri və s. rast gəlinir ki, onlar havada artıb çoxala
bilir.
Sual və tapşırıqlar
1. Atmosferin əsas tərkib qazları hansılardır?
2. Su buxarı hansı qatda daha çoxdur?
3. Atmosferdə çox az miqdar təşkil edən qazların əmələ gəlmə
mənbəini göstərin.
4. Hansı qazlar atmosfer havasından alınır?
_________________
|