Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,06 Mb.
Pdf görüntüsü
səhifə34/55
tarix04.12.2019
ölçüsü5,06 Mb.
#29799
1   ...   30   31   32   33   34   35   36   37   ...   55
Elm haqqında elm 

 

 



 

448


işə düşür. Primitiv texniki sistemlərdə insanın payına çox iş düşür, başqa 

sözlə fiziki əmək hələ çoxluq təşkil edir. Texnika mükəmməlləşdikcə insan 

üçün olan «pay» azalır, işin çoxu maşınla «süni təbiət» prosesləri vasitəsilə 

görülür. Təsadüfi deyil ki, işçi maşınların kəşfi sənayedə inqilabın özəyi 

hesab edilir. Məhz işçi maşınlar insanı fiziki əməkdən azad edir. Nəyin he-

sabına? Maddiləşmiş, təbiətə tətbiq olunmuş zehni əməyin hesabına. Bura-

da biz koqnitiv biliklərin texnikada iştirakı məsələsi ilə qarşılaşırıq. Əməli 

biliklərə (baxılan halda – texnologiyaya) uyğun olan fiziki fəaliyyət qis-

mən maşınlar tərəfindən əvəz olunduğu, qismən də insanın özü tərəfindən 

icra olunduğu halda, koqnitiv biliklər «süni təbiətin», texniki sistemin iş 

prinsipində öz əksini tapır; məlum qanunauyğunluq üzrə işləyən maddi sis-

tem düzəldilir və deməli, ideal formada, bilik halında texniki sistemə daxil 

olmur. 

Koqnitiv biliklər elmi biliklərin əsasını təşkil etdiyindən elmi bilik-



lər də texnikada öz əksini yalnız maddiləşmiş  şəkildə tapır; yaxud dərk 

edilmiş  təbiətin prinsipləri  əsasında onun müvafiq hissələrinin, ayrı-ayrı 

təbii hadisələrin süni analoqlarını – modellərini yaratmaq və işə salmaqla 

insan təbiət hadisələrini müəyyən üstün (insanın mənafeyinə uyğun gələn) 

istiqamətə yönəltməyə çalışır. 

Burada biz habelə elmin, elmi biliyin nə kimi bir yolla praktika sa-

kəsi ilə əlaqələndiyinin şahidi oluruq. Elmi biliklərin heç də əməli biliklər 

zəminində deyil, koqnitiv biliklərin zəminində formalaşdığını göstərməklə, 

biz elmin bütövlükdə praktika sahəsinə daxil olmadığını, ona nəzərən nisbi 

müstəqilliyə malik olduğunu izah etmişdik. Digər tərəfdən də elmin məhz 

praktik tələbatla  əlaqədar inkişaf etdiyi inkarolunmaz həqiqətdir.  İlk 

baxışda bir-birinə zidd görünən bu iki hal elmin daxili mürəkkəbliyindən 

ikili funksiyasında irəli gəlir. 

Elmin ikili təbiəti – bir tərəfdən, sosial-mədəni, digər tərəfdən də 

praktik bir hadisə kimi çıxış etməsi əksər hallarda unudulsa da, son vaxt-

larda bir sıra tədqiqatlarda bu məsələyə diqqət yetirilmişdir.  Əlamətdar 

haldır ki, iqtisadçı akademik A.İ.Ançişkin də elmin sosial-mədəni hadisə 

olmasını nəzərə alır və yalnız bununla yanaşı elmin praktik, iqtisadi funk-

siyasını tədqiq edir. A.İ.Ançişkin yazır: «Elmin məzmunu və onun inkişaf 

məntiqi ilk növbədə idrakın obyekti ilə müəyyən olunur, texnika isə özün-

də iki başlanğıcı – elmi və praktik başlanğıcları ehtiva edir. Bu, həm də 

onu göstərir ki, elmin praktik ehtiyaclara meyli eyni zamanda onun texnika 



  Elm–Texnika–İstehsal 

 

 

 

449



 

ilə birləşməsi dərəcəsindən baş verir; yalnız texnika ilə vəhdətdə elm təkcə 

sosial-mədəni hadisə olmaq hüdudundan kənara çıxır, praktiklik kəsb edir, 

bilavasitə məhsuldar qüvvəyə çevrilir».

6

1

 Burada elmin ikili təbiəti çox ay-



dın nəzərə alınmışdır. Bircə bunu qeyd etmək lazımdır ki, elmin praktik 

funksiyasını texnika ilə məhdudlaşdırmaq düz deyil.  

Elm ictimai həyatın bütün sahələrinə nüfuz etməklə praktik istifadə 

miqyası baxımından texnikanın sərhədlərini çoxdan keçmişdir. Texnikanın 

əhatə dairəsini dəqiq təsəvvür edə bilmək üçün insan – təbiət münasibətin-

də insanın vasitəçi sistemlə münasibətinin müxtəlif spesifik formalarını nə-

zərdən keçirmək lazımdır. Bu münasibətin kənar hallarından biri (sərhəd 

şərti) maddi fəaliyyətin subyekti olan insanın əslində vasitəçi texniki siste-

mə bir ünsür kimi daxil olmasıdır. Bu zaman insan-təbiət münasibətində 

birinci tərəf heç də bilavasitə maddi fəaliyyətin subyekti olan insan yox 

(zira o bir ünsür kimi aralıq mərhələyə texnikaya daxil olur), həmin texniki 

sistemi ixtira edən, quraşdıran və adam-robotlarla birlikdə bütöv bir mexa-

nizm kimi işə salan insandır. Beləliklə, baxılan kənar halda, icraçı insan 

yaradıcı insanla təbiət arasında vasitəçi sistemə daxil olur. Elmin müasir 

inkişaf mərhələsində bu nisbət özünü daha aydın  şəkildə biruzə verir və 

insan-insan münasibətinin daha bir çaları da ortaya çıxmış olur. Elm və 

texnikanın müasir mərhələdəki inkişafı yeni mənəvi,  əxlaqi problemlər 

qoymuş olur və bunların həlli müxtəlif ictimai-iqtisadi sistemlərdə müx-

təlif olur. 

Elə kənar hal da təsəvvür etmək olar ki, insanın təbiətə təsiri «insan 

əli dəyməmiş» «saf» təbiətin özü tərəfindən həyata keçirilsin. Daha doğru-

su, insan təbiətin «obyektiv məntiqini» dərk etməklə, onun müxtəlif hissə-

lərini elə əlaqələndirə bilər ki və ya onlar arasındakı obyektiv əlaqəni elə 

yönəldə bilər ki «təbii» (ciddi yanaşdıqda, tam təbii prosesləri heç bir dəyi-

şikliksiz nəzərdə tutulan istiqamətə yönəltmək mümkün deyil) proses insa-

nın məqsədinə uyğun nəticə versin. Tam idealizasiya halında insanla təbiət 

arasındakı vasitələndirici sistemə insan komponenti daxil olmur, insan ün-

sürü texnikadan çıxır. 

Təbiət özü həm də vasitə rolunu oynayır, insan isə istehsalçı, əməkçi 

deyil yalnız istehlakçı olunur. Bu halda yenə  də özünəməxsus mənəvi 

problemlər ortaya çıxır. 

                                                 

1

 А.И.Анчишкин. Наука – Техника – Экономика, с. 165 



Elm haqqında elm 

 

 



 

450


 

 

 

 

 

Elmi-texniki tərəqqi  

və elmi-texniki inqilab 

 

 

Sistemli tədqiqat baxımından elmi-texniki tərəqqi «elm-texnika» 

sisteminin formalaşması və inkişafı prosesi kimi öyrənilməlidir. 

İstənilən sistemin tarixi inkişaf yolu üç əsas mərhələyə bölünə bilər: 

genezis, yetkinlik və  nəhayət, tənəzzül və parçalanma dövrü. Hazırda 

«elm-texnika» sistemi öz inkişafının yalnız formalaşma mərhələsindədir. 

Ayrıca «elm» və «texnika» sistemləri ilə yanaşı, bu sistemlərin hər 

ikisinin bəzi elementlərini əhatə edən «elm-texnika» sisteminin formalaş-

ması hadisəsi müasir dövrün ən  əsas xüsusiyyətlərindən biridir və elmi-

texniki inqilab hadisəsinin mahiyyətini əks etdirir. 

«Elm-texnika» sisteminin strukturunu və inkişaf prinsiplərini öyrən-

mək üçün onun özünün tarixən necə meydana gəldiyini müəyyənləşdirmək 

lazım gəlir. Biz əvvəlki fəsillərdə bu məsələni ətraflı şəkildə təhlil etmiş və 

elm və texnikanı öz nisbi müstəqil inkişaf prosesində keçdikləri başlıca 

tarixi mərhələləri göstərməyə çalışmışıq. İndi isə tarixi inkişaf prosesində 

yaranmış  şəraiti, ilkin müqəddəm  şərtlər  əsasında «elm-texnika» sistemi-

nin inkişafını, elmi-texniki tərəqqi hadisəsinin əhatə dairəsini müəyyənləş-

dirməyə çalışaq. 

«Elm-texnika» sisteminin formalaşması elm və texnikanın nisbi 

müstəqil inkişafının müəyyən mərhələsində başlanmışdır ki, elmi-texniki 

tərəqqi hadisəsindən də yalnız bundan sonra danışmaq mümkündür. Belə 

bir  şərait XIX əsrdə, elmi nailiyyətlərin texnikaya tətbiqinin müntəzəm 

xarakter alması ilə  əlaqədar olaraq yaranmışdır. Texnikanın elmə  təsiri, 

elm qarşısında konkret tələblər qoyması halları isə zamanca xeyli əvvəl 

baş vermiş və elmin inkişafını daha da sürətləndirmişdir. 

Bu yeni inkişaf mərhələsində elmin öz nisbi müstəqil inkişafı 

sayəsində  əldə olunmuş  əsaslı nailiyyətlərin də  tətbiqi üçün geniş imkan 


  Elm–Texnika–İstehsal 

 

 

 

451



 

yaranmışdır. Bu dövrdə ayrıca bir elmi istiqamət – texniki elmlər xüsusilə 

geniş  təşəkkül tapmışdır. Tətbiq üçün yararlı  vəziyyətə salınmış elmi 

biliklərin texnikada reallaşdırılması üçün isə xüsusi bir fəaliyyət sahəsi – 

texnoloji fəaliyyət formalaşmağa başlamışdır. Bu iki sahə elm və texnika 

arasında  əlaqəni möhkəmləndirmiş  və ayrı-ayrılıqda «elm-texnika» siste-

minin formalaşması üçün əsas olmuşdur. 

«Elm-texnika» sisteminə texniki fənlərdən və texnoloji fəaliyyətdən 

başqa, elm və texnikanın bilavasitə bu fəaliyyətə xidmət edən digər hissə-

ləri də daxildir. Lakin bütövlükdə elm və texnikanı «elm-texnika» sistemi-

nə aid etmək düzgün olmazdı. Çünki istər elm, istərsə də texnika öz nisbi 

müstəqilliklərini də saxlamaqda davam edirlər və «Elm-texnika» sisteminə 

daxil edilə bilməyən bir sıra özünəməxsus hissələrə  də malikdirlər (bax: 

Sxem 8). Məsələn, bütün humanitar elmlər, fəlsəfə, riyaziyyat, təbiətşünas-

lığın bəzi prinsipial nəzəri məsələləri, həmçinin yalnız praktik bilik hes-

abına düzəldilmiş olan texniki vasitələr «elm-texnika» sisteminə aid olma-

dıqları halda, elm və ya texnikanın ayrılmaz tərkib hissələridir.  

 

                                  Elm texnikası 



  

      Elm    Elm-texnika          Texnika 



 

Sxem 8. 

 

«Elm» və «elm-texnika» sistemlərinin əhatə dairələri arasında fərq bundan 



da görünə bilər ki, biliyin bəzi sahələri «elm» sisteminə daxil olmasa da, 

«elm-texnika» sisteminə daxildir. Və ya əksinə, «elm» sisteminin tərkib 

elementi olan bir sıra bilik sahələri «elm-texnika» sisteminə daxil deyildir. 

Mövcud  ədəbiyyatda bu məsələyə dair bilavasitə heç bir qeyd olmasa da 

(«elm-texnika» sisteminin əhatə dairəsinin təyin edilməsinə heç bir cəhd 

göstərilmədiyi üçün, bu məsələnin həllinə  də konkret ehtiyac ola bilməz-

di), başqa münasibətlə aparılan tədqiqatlarda bu məsələnin bəzi cəhətləri 

öz əksini tapmışdır. Amerika alimli Alfred Nort Uaythed yazır: «Son vaxt-



Elm haqqında elm 

 

 



 

452


larda (axırıncı yüzillik) texnologiyanın böyük sürətlə inkişaf etməsi elm və 

praktik zəkanın, nəhayət, kontakta gəlməsi faktının nəticəsidir».

6

1

  Nəzərə 



alsaq ki, xarici ədəbiyyatda «texnologiya» adı altında əslində elmi-texniki 

fəaliyyətin bir hissəsi başa düşülür, aydın olur ki, söhbət «elm-texnika» 

sisteminin inkişafında elmi və praktik zəkanın (və deməli, həm də biliyin) 

rolunu müəyyənləşdirməkdən gedir. Lakin sitat gətirilən fikirdə səbəbiyyət 

əlaqəsi düzgün təyin edilməmişdir. Elmi biliyin praktikada istifadə oluna 

biləcək səviyyəyə çatması elmin öz nisbi müstəqil inkişafı sayəsində müm-

kün olur və elmi-texniki (texnoloji) fəaliyyətin inkişafına səbəb də  məhz 

budur. Lakin texnologiyanın inkişafının ilk mərhələsində bu prosesin çox 

zəif getməsi haqdakı fikrində müəllif tamamilə haqlıdır: «Şübhəsiz ki, 

axırıncı üç min il ərzində texnologiya inkişaf etmişdir, lakin son vaxtlara 

qədər elmin texnikaya bilavasitə  təsirini aydınlaşdırmaq olduqca çətin 

idi».


6

2

 Burada belə bir cəhəti nəzərə almaq lazımdır ki, texnoloji və ya 



elmi-texniki fəaliyyətə aid olan bu fikir «elm-texnika» sisteminə  şamil 

edilə bilməz, zira əvvəlki dövrlərdə bu fəaliyyət sistemli xarakter 

daşımalıdır. 

Kanada filosofu Mario Bunqe elmi biliyin texnologiyaya aidliyi mə-

sələsini təhlil edərək yazır: «Elm xalis və praktik elmlərə bölünür… Əgər 

birinci – şeylərin daha yaxşı dərk edilməsi məqsədinə xidmət edirsə, ikinci 

– bizim şeylər üzərindəki hakimiyyətimizi yaxşılaşdırmağa yönəldilmiş-

dir».


6

3

  



Bilavasitə «şeylər üzərindəki hakimiyyətin yaxşılaşdırılmasına» xid-

mət edən sahə texnoloji fəaliyyətə uyğun gəlir və deməli, «elm-texnika» 

sisteminə daxildir. Bu sahəni «praktik elm» kimi adlandırmaq, yəni onun 

guya «elm» sisteminə də daxil olduğunu fərz etmək sistemli tədqiqatın nə-

ticələri ilə bir araya sığa bilməz. Praktik bilik isə elmə daxil olmadığı kimi, 

«elm-texnika» sisteminə də daxil deyildir. 

Mühakimənin düzgün qurulmaması daha bir mübahisəli nəticənin 

çıxarılmasına səbəb olur: «Qısaca desək, praktika elmi problemlərin mən-

bələrindən biridir, digər mənbə isə intellektual maraqdan ibarətdir».

6

4



 Hal-

                                                 

1

 А.N.Whitehead. Function of Reason, p. 43-44. 



2

 Yenə orada, s. 42. 

3

 M.Bunge. Forwards a philosophy of technology // Philosophical problems of science 



and technology. Boston, 1974, p.29. 

4

 Yenə orada. 



  Elm–Texnika–İstehsal 

 

 

 

453



 

buki, intellektual maraq özü də mənbəyini məhz praktikadan alır. İlk prob-

lemlər yalnız bundan sonra həmin problemin həllindən doğan yeni prob-

lemlər ortaya çıxır ki, bu da «elm» sisteminin nisbi müstəqil inkişafını tə-

min etmiş olur. 

Yuxarıda qeyd etdiyimiz kimi, «elm-texnika» sisteminə elm və tex-

nikanın bəzi ünsürlərindən başqa, yalnız özünəməxsus olan elementlər də 

daxildir. 

«Elm-texnika» sistemi öz strukturuna görə «elm» sisteminə  bənzə-

yir. Onların hər ikisi texnikadan fərqli olaraq dinamik sosial sistemlərdir. 

Biz bu sistemləri ona görə dinamik sistemlər qrupuna aid edirik ki, onların 

əsas elementləri əslində müəyyən hərəkətləri, hadisə və prosesləri əks etdi-

rir. «Elm-texnika» sistemində bu cür elementlər konkret elmi-texniki fəa-

liyyət proseduralarından ibarətdir. 

«Elm-texnika» sisteminin və elmi-texniki tərəqqi hadisəsinin ətraflı 

tədqiqinə keçməzdən  əvvəl, indiyəqədərki tədqiqatlarda alınmış  nəticələr 

bizə tanış olmalıdır. Biz I fəsildə elm və texnikanın tədqiqinə həsr olunmuş 

əsərlərlə bu sahədə əldə edilən başlıca nailiyyətlərlə tanış olduq. İndi isə, 

məqsədəuyğun olardı ki, «elm-texnika» sisteminin və elmi-texniki tərəqqi-

nin öyrənilməsi sahəsində görülən işləri nəzərdən keçirək. Lakin biz birba-

şa olaraq elmi-texniki inqilabın fəlsəfəsinə həsr olunan əsərləri təhlil edə-

cəyik, çünki nə qədər təəssüflənməli olsa da, nə «elm-texnika» sisteminə, 

nə də elmi-texniki tərəqqinin hadisəsinə dair heç bir müstəqil tədqiqat işi 

yoxdur. Və bu məsələlərə yalnız elmi-texniki inqilaba dair yazılan əsərlər-

də həm də çox səthi şəkildə toxunulur. Biz də bu cür tədqiqatları ayırıb xü-

susi olaraq tədqiq etməyəcəyik və yalnız yeri gəldikdə bu haqda söylənən 

ayrı-ayrı fikirlərə öz münasibətimizi bildirəcəyik. 

Qeyd edək ki, sovet elmi-fəlsəfi sistemində elmi-texniki tərəqqi 

müstəqil şəkildə tədqiq olunmurdu. Bu dövrdə elmi-texniki tərəqqiyə nəin-

ki ayrıca tədqiqat əsərləri həsr edilməmiş, bu anlayışa dərsliklərdə və hətta 

fəlsəfi terminlərin təsnifatında, məsələn, fəlsəfə lüğətində

6

1



 və fəlsəfi ensik-

lopediyalarda

6

2

 da yer verilməmişdir. Guya həqiqətən mövcud olan və fəl-



səfi tədqiqata ehtiyacı olan yalnız elmi-texniki inqilab hadisəsi imiş, «el-

                                                 

1

 Философский словарь. М., 1986. 



2

 Философская энциклопедия». т. IV. М., 1967; Новая философская энциклопедия 

в 4-х томах, т. 3, М., «Мысль», 2010. 


Elm haqqında elm 

 

 



 

454


mi-texniki tərəqqi» kimi anlayışın isə mövcud olub-olmaması maraq do-

ğurmur, ya da onun fəlsəfi tədqiqinə ehtiyac yaranmamışdır. 

Belə vəziyyət heç də təsadüfi olmayıb obyektiv qnoseoloji səbəblər-

lə bağlıdır. Məsələ burasındadır ki, elmi-texniki nailiyyətlərin sürətli inki-

şaf dövründə, elmin ictimai həyatda getdikcə daha çox rol oynamağa baş-

ladığı bir şəraitdə baş verən dəyişiklikləri ifadə etmək üçün ən məqsədəuy-

ğun söz «inqilab» sözü olmuşdur: – «elmi-texniki inqilab»… Həmin dövr-

də elm, texnika, istehsal və s. fəaliyyət sahələrindəki hər cür irəliləyiş akt-

ları məhz bu anlayış altında ümumiləşdirilmiş, bu ad ilə tədqiq edilmişdir. 

Əgər belədirsə, elmi-texniki tərəqqidən də danışmağa ehtiyac qal-

mır? Əgər elmdə və texnikada həmçinin onlarla bağlı olan digər sosioloji 

sferalarda baş verən istənilən dəyişiklik inqilab ünsürü kimi qəbul edilirsə, 

«tərəqqiyə» əlavə etmək üçün yerdə nə qalır? Və bir də müasir dövrdə «el-

mi-texniki tərəqqinin həyatakeçmə forması elə elmi-texniki inqilabdırsa»

6

1



onda xüsusi olaraq elmi-texniki tərəqqidən danışmağa, onu da əlavə olaraq 

tədqiq etməyə ehtiyac varmı və belə tədqiqat üçün məxsusi predmet qalır-

mı? – Xeyr, qalmır. 

Ayrı-ayrı tərəflərin spesifikası məlum deyilsə və onlar hamısı vahid 

bir ad altında ümumiləşdirilirsə, yerdə nə kimi məxsusi predmet qala bilər? 

Tədqiqatçıların yalnız elmi-texniki inqilabdan yazmasının, elmi-texniki tə-

rəqqi adı altında çıxan tək-tük əsərlərin də öz məzmununa görə elmi-texni-

ki inqilaba həsr olunmuş  əsərlərdən fərqlənməməsinin obyektiv səbəbi 

məhz budur. 

İndiyədək aparılmış tədqiqat işlərindən elmi-texniki tərəqqiyə və el-

mi-texniki inqilaba aid olan hissələri seçib, onları  təklikdə  təhlil etmək 

üçün ona görə imkan yoxdur ki, hər iki anlayışın mahiyyəti müəyyənləşdi-

rilməmişdir və buna görə  də onları  dəqiq  şəkildə  fərqləndirmək mümkün 

deyil. Bəzi əlaqədar metodoloji məsələlər öyrənilərkən məlum olur ki, bu 

anlayışları müqayisə etmək belə məntiqi cəhətdən qüsurludur, zira inqilab 

heç də tərəqqidən kənar, özgə bir hadisə olmayıb, onun yalnız bir momen-

tidir. 

Əksər ədəbiyyatda bu iki anlayış felən fərqləndirilməsə də və «elmi-



texniki inqilab» anlayışına müasir dövrdə elm və texnikada baş verən hər 

                                                 

1

 Человек-Наука-Техника  (Опыт  макрсистского  анализа  научно-технической 



революции), М., 1973, с.8. 

  Elm–Texnika–İstehsal 

 

 

 

455



 

cür dəyişilmələr (deməli elmi tərəqqi və texniki tərəqqi) daxil edilsə  də, 

yenə çox vaxt onlar formal şəkildə müqayisə edilir, bir-birinə qarşı qoyu-

lurlar. N.İ.Dryaxlov yazır: «Elmi-texniki tərəqqinin  ən qədim dövrlərdən 

başlayaraq bu günlərə qədər bütün elmi-texniki inkişaf prosesini əhatə et-

məsi, elmi-texniki inqilabın isə onun yalnız müasir formasını əks etdirməsi 

haqda ədəbiyyatlarda mövcud olan fikirlərə qoşulmaqla bərabər, buna bəzi 

əlavələr də edək. Elmi-texniki tərəqqi öz xarakterinə görə daha çox dərə-

cədə  cəmiyyətin tarixi inkişafındakı  təkamül mərhələləri ilə bağlıdır. Cə-

miyyətin təbii tarixi inkişaf prosesində köklü dəyişilmələr dövrü başlan-

dıqda elmi-texniki tərəqqi də inqilabi inkişaf forması əldə edir və məhsul-

dar qüvvələr və ictimai münasibətlərin strukturundakı müstəqil dəyişilmə-

lərlə əlaqələnir. Məsələn, feodalizmdən kapitalizmə keçid dövründə elmi-

texniki tərəqqinin belə inqilabi forması…XVIII-XIX əsrlərdəki sənaye in-

qilabı olmuşdur».

6

1



 Əvvəla, qeyd edək ki, elmi-texniki tərəqqinin guya “ən 

qədim dövrlərdən başlayaraq bu günlərə  qədər bütün elmi-texniki inkişaf 

prosesini  əhatə etməsi” haqda ədəbiyyatda mövcud olan fikirlər «elmi-

texniki tərəqqi» anlayışının bir elmi istilah kimi hələ də müəyyənləşdiril-

məməsinin nəticəsidir. Belə ki, tədqiqatçılar elmi-texniki tərəqqi anlayışını 

vaxtında tədqiq etmədikləri üçün bu anlayış haqda hər halda danışmaq 

zərurəti yarandıqda trivial ifadələr işlətməklə kifayətlənməli olurlar. Elmi-

texniki tərəqqini «elmi-texniki inkişaf prosesi» kimi təyin etmək sadəcə 

tavtologiyadan başqa bir şey deyil. Halbuki bu sahədəki tədqiqatın  əsas 

məqsədi elə «elmi-texniki» ifadəsinin işlədilməsinin mümkünlük şərtlərini 

müəyyənləşdirməkdən ibarət olmalıdır. Ədəbiyyatlarda isə hətta bu şərtlə-

rə toxunmadan belə, «ən qədim dövrlərdən başlanan elmi-texniki inkişaf-

dan» danışılır. «Ən qədim dövrlər…» Nə  qədər də qeyri-müəyyən 

ifadədir… 

Ayrılıqda elmin və texnikanın inkişafı haqqında belə, yalnız elm və 

texnikanın özlərinin bir məxsusi tərəf kimi formalaşdıqları dövrdən baş-

layaraq danışmaq mümkündür. Elmi-texniki inkişaf isə bütöv elm-texnika 

sisteminə aid olmaqla yalnız belə bir sistemin formalaşma dövründə həyata 

keçə bilər. Bəs belə bir sistemin formalaşması hansı dövrə təsadüf edir? 

                                                 

1

 Н.И.Дряхлов.  Научно-техническая  революция  как  объект  социального 



исследования (автореферат). М., 1974, с.11-12. 

Elm haqqında elm 

 

 



 

456


Nə qədər ki, bu suala dəqiq cavab verilməmişdir, nə qədər ki, «elm», 

«texnika» və «elm-texnika» sistemlərinin tarixi inkişaf mərhələləri müəy-

yənləşdirilməmişdir, «elmi-texniki tərəqqi» və «elmi-texniki inqilab» an-

layışlarının spesifikası da, inqilabiliyi xarakterizə edə biləcək fundamental 

keyfiyyət dəyişilmələri də müəyyənləşdirilməmiş qalacaqdır. 

Mövcud  ədəbiyyatda elmi-texniki tərəqqi prosesinin bütövlüyünü 

şərtləndirən cəhətlərdən söhbət açılmadığı kimi, «elm-texnika» sistemi də 

həqiqi sistemli yanaşma baxımından tədqiq olunmamışdır. Adına görə bu 

məsələni əhatə etməli olan «insan–elm–texnika» kitabının ilk bir neçə sə-

hifəsində

6

1

, Q.N.Dobrovun «Elm haqqında elm» əsərinin müvafiq bölmə-



sində

6

2



, V.İ.Stryukovskinin dissertasiya işində

6

3



, N.V.Markovun elmi-texni-

ki inqilab haqdakı kitabında

6

4

 və s. bu tipli onlarla müxtəlif yazılarda «elm-



texnika» sisteminin tədqiqi ilə  əlaqədar ola biləcək bəzi məsələlərə toxu-

nulsa da, elə lap sərlövhədəcə, elə məsələnin qoyuluşundaca ciddi qüsurlar 

buraxılmış, düzgün tədqiqat istiqaməti seçilməmişdir. «İnsan–elm», «in-

san–texnika», «insan–elm–texnika» sistemlərindən danışan müəlliflər ay-

rıca «elm», «texnika» və «elm-texnika», sistemləri haqqında heç düşün-

mürlərmi və əgər düşünülərsə, bu sistemləri insandan kənarda necə təsəv-

vür edirlər? Məsələn, daim inkişafda olan elm hərəkətverici qüvvəsiz, ya-

radıcı subyekt daxil edilmədən sistem kimi götürülə bilməz, çünki sistem 

bütövlük  şərtini ödəməlidir və bu şərt yalnız o vaxt ödənilmiş olur ki, 

bütün inkişafın, dəyişilmələrin genezisi də sistem daxilində həyata keçsin. 

Elmin hərəkətverici qüvvəsi, yaradıcılıq subyekti isə elmi işçidir – in-

sandır. Deməli, «elm» dedikdə, «elm-texnika» sistemindən danışdıqda in-

san da bu sistemlərin tərkib hissəsi kimi hələ qabaqcadan nəzərdə tutulmuş 

olur. Belə isə, «insan–elm», «insan–texnika», «insan–elm–texnika» sis-

temlərindən danışmaq insanın iştirakının kənar qüvvə kimi qiymətləndiril-

məsinə və bununla da, elm və texnikanın nəticə etibarilə passiv tərəf kimi, 

təsir obyekti kimi qələmə verilməsinə uyğun gəlmirmi və belə yanaşmanın 

məntiqi cəhətdən qüsurlu olması elə özlüyündəcə aydın deyilmi? 

                                                 

1

 «Человек-Наука-Техника», с.15-18; 83-88.  



2

 Г.Н. Добров. Наука о науке. Киев. 1970. с.54. 

3

 В.И.Стрюковский. Система «человек-техника» и наука Ростов н/Д, 1967. 



4

 Н.В.Марков. Научно-техническая революция: анализ, перспективы последствия. 

М., 1973, с.15. 



Yüklə 5,06 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin