Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,06 Mb.
Pdf görüntüsü
səhifə31/55
tarix04.12.2019
ölçüsü5,06 Mb.
#29799
1   ...   27   28   29   30   31   32   33   34   ...   55
  Elm–Texnika–İstehsal 

 

 

 

421



 

sus olan istifadə şeylərini də (məsələn, gözlük, dabankeş

6

1

 və s.) texnikaya 



daxil etməsi ilə uzlaşmır. Tərifdə verilən digər köməkçi təyinlər isə əslində 

atıla da bilər, zira onlar anlayışın sərhədləndirilməsinə deyil, «süni» sözü-

nün izahına xidmət edir. Bu təyinlər texnikaya insanın istifadə etdiyi 

istənilən (məsələn, təbiətdən hazır halda götürülən) vasitələrin yox, yalnız 

məqsədəuyğun fəaliyyət sayəsində yaradılmış olan vasitələrin daxil ol-

duğunu göstərmək üçündür.  

Q.N.Volkovun mövqeyinə yaxın olan, lakin xeyli müxtəsər  şəkildə 

verilən başqa bir tərifdə deyilir: «…Texnika adı altında biz insanların süni 

surətdə yaradılmış  fəaliyyət vasitələrini başa düşürük».

6

2



 Burada başlıca 

fərq yalnız «ictimai insandan deyil, ümumiyyətlə insanlardan danışılması-

dır. Digər tərəfdən, texnika bu vasitələrin məcmuyu kimi yox, ayrı-ayrılıq-

da mövcudluğu kimi verilir. Bu dəyişikliklərin hər ikisi anlayışın  əhatə 

dairəsinin dəqiqliyini aşağı salır və bir sıra metodoloji dolaşıqlıqlara səbəb 

olur. Məsələ burasındadır ki, ictimai və  fərdi fəaliyyət vasitələrinin fərq-

ləndirilməsi, həmçinin ümuminin məcmuluq və təkrarlananlıq cəhətlərinin 

öyrənilməsi kimi problemlər öz metodoloji həllini tapmadığı üçün tətbiq 

də oluna bilmir. 

Texnikanı daxili tamlığa malik olan bir sistem kimi təsəvvür edə bil-

mək üçün o, fərdi yox, ictimai fəaliyyətlə  əlaqələndirilməlidir. Zira fərdi 

fəaliyyətlər vahid istiqamətə və qlobal məzmuna malik olmadığından, tex-

niki tərəqqi ümumcəmiyyət məzmunlu vahid proses kimi yalnız ictimai tə-

rəqqi zəminində öyrənilə bilər.  

Y.S.Meleşenko və S.V.Şuxardin birgə yazdıqları əsərdə texnika haq-

dakı fikirlərini onun dörd müxtəlif xüsusiyyətlərini qeyd etməklə bildir-

mişlər: – Əvvəla, texnika ictimai varlığın bir hissəsi kimi çıxış edən spe-

sifik ictimai hadisədir. İkincisi, texnika əmək prosesində insanların istifadə 

etdiyi maddi vasitələrdir. Üçüncüsü, texnika tarixən bir-birini əvəz edən 

süni yaradılmış sistemləri  əks etdirir. Dördüncüsü, texnikanın  əsasında, 

onun lap məğzində  təbii material və proseslərin məqsədəuyğun istifadəsi 

durur. 


Göstərilən hər bir xüsusiyyəti ayrılıqda təhlil edək. Əvvəla, texnika 

ictimai hadisə  deyil.  Zira  hər bir hadisə  və ya ictimai fəaliyyət sferası 

                                                 

1

 Бах: Г.Н. Волков. Техника // Философская энциклопедия, т. 5, М., 1970, сящ.228. 



2

 Современная научно-техническая революция, c. 13. 



Elm haqqında elm 

 

 



 

422


daxili tamlığa malik olmalıdır, texnika isə belə hadisələrdə yalnız bir ünsür 

kimi çıxış edir. İkincisi, texnika əmək prosesində istifadə olunan maddi 

şeylərin heç də hamısını  əhatə etmir (məsələn, təbii halda olan vasitələr 

buraya daxil deyil) və həm də təkcə maddi şeylərdən ibarət deyildir (sonra-

lar göstərəcəyimiz kimi, texnika qeyri-bircins makrovasitədir). Üçüncüsü, 

texniki tərəqqi vahid texnika sisteminin (əgər texnikanı sistem hesab etmək 

mümkün olsaydı) bütöv daxili inkişaf prosesini ifadə edir və heç vaxt müx-

təlif sistemlərin diskret əvəzlənməsi kimi göstərilə bilməz. Dördüncüsü, 

təbii material və proseslərin məqsədəuyğun istifadəsi texnikanın nəinki 

əsasında durmur, onunla heç əlaqədar da deyil. Yalnız bilavasitə mövcud 

olan yeganə əlaqəni göstərmək üçün müəlliflər əlavə izahat verərək yazır-

lar ki, təbiətin material, proses və qanunauyğunluqlarından məqsədəuyğun 

şəkildə istifadə bu və ya digər texniki qurğunun tələblərinə cavab verən 

elementlərə və struktura malik süni sistemlər yaradılması sayəsində müm-

kündür».

6

1



 Unudulur ki, süni vasitələr «təbiətin material, proses və qanuna-

uyğunluqlarından məqsədəuyğun şəkildə istifadə olunmasına» xidmət edir-

sə, bu onun heç də zəruri şərt olunduğunu göstərmir. Zira əmək süni vasi-

tələrsiz də (insanın təbii orqanları sayəsində) mümkündür. 

Göründüyü kimi, S.V.Şuxardin və Y.S.Meleşenko sonrakı əsərlərin-

də öz mövqelərini nəinki təkmilləşdirməmişlər, hətta bəzi konkret məsələ-

lərdə əvvəlkinə nəzərən daha kobud səhvlər buraxmışlar. 

Vahid, qərarlaşmış mövqeyə malik olmayan, öz fikirlərinə tez-tez 

«düzəliş» verən tədqiqatçılardan fərqli olaraq Q.N.Volkov bütün yaradıcı-

lığı boyu sabiq mövqe tutur, texnika haqqındakı ilk fikrini sonrakı əsərlə-

rində də dəyişdirmir. Məsələn, yuxarıda təhlil etdiyimiz tərif 1981-ci ildə 

çıxan «Elmin sosiologiyası»  əsərində

6

2

  və «Fəlsəfi» ensiklopediya» üçün 



yazdığı «texnika» sərlövhəli məqalədə

6

3



 eynilə  təkrar edilir. Axırıncı 

yazıda bir sıra təfərrüatlar da yığcam  şəkildə  şərh olunmuşdur ki, bunlar 

Q.N.Volkovun mövqeyinin düzgün başa düşülməsi üçün olduqca vacibdir. 

O, «texnika» anlayışı üçün təyin etdiyi əhatə dairəsini» əmək vasitələrinin 

məcmuyu ilə müqayisə edərək yazır: «Sovet ədəbiyyatında texnikanın 

ictimai istehsal sistemində  əmək vasitələrinin məcmuyu kimi təyin 

olunması geniş  şəkildə yayılmışdır. Ancaq «əmək vasitələrinin cəmi» 

                                                 

1

 Yenə orada. 



2

 Социология науки, М., 1968, сящ.30. 

3

 Г.Н. Волков. Техника, сящ.227. 



  Elm–Texnika–İstehsal 

 

 

 

423



 

anlayışı «texnika» anlayışını tam əhatə etmir. O, texnikaya nəzərən bəzi 

yanaşmalarda geniş, digərlərində isə məhduddur. K.Marks ev heyvanlarını, 

torpağı  və  hətta (müəyyən  şəraitdə) işçinin bədən üzvlərini də istehsal 

vasitələrinə aid edirdi. Əmək vasitələrinə daxil olan bəzi köməkçi 

materialları məsələn, sürtgü maddələrini isə texnikaya çətin ki, aid etmək 

mümkün olsun. Digər tərəfdən «əmək vasitələri» anlayışı texniki 

vasitələrin bəzi çox vacib qruplarını: hərbi texnikanı, rabitə texnikasını, 

məişət texnikasını  əhatə etmir.

6

1



  Əmək vasitələrinin «texnika» anlayışına 

daxil edilə bilməyən əlavə ünsürləri də əhatə etməsi faktı o qədər aydın gö-

rünür ki, təhlilə ehtiyac yoxdur. Lakin bu fakt tədqiqatçıların yalnız o 

qisminin əleyhinədir ki, onlar texnikanı məqsədəuyğun fəaliyyət məhsulu 

olduğunu tərifdə qeyd etmirlər. Daha vacib olan «texnika məqsədəuyğun 

fəaliyyət sahəsində yaradılan  əmək sahələrini bütövlükdə  əhatə edirmi» 

sualına isə müəllif cavab vermir. «Bəs texnikaya əmək vasitələrindən 

başqa da bir şey daxildirmi?» sualına necə? Bu məsələ də demək olar ki, 

təhlil olunmur. Bunun üçün ilk növbədə texnikaya vərdişlərin və s. qeyri-

maddi tərəflərin də daxil olub-olmaması müəyyənləşdirilməli idi ki, 

N.Volkov da hələ lap əvvəldən bunun əleyhinədir (görəsən niyə) və ona 

görə  də bu məsələyə toxunmur. Lakin bunun əvəzində Q.N.Volkov 

«texnika» anlayışının  əhatə dairəsini təhlil edərkən – yuxarıda sitat 

gətirdiyimiz məqalədə – əslində başqa xarakter daşıyan, amma olduqca 

mühüm olan bir problemə toxunur. Bura da texnikanın yalnız istehsal tex-

nikası kimimi? Yoxsa daha geniş  mənadamı başa düşülməsi məsələsi 

qarşıya çıxır. Bu məsələni biz sonralar geniş şəkildə təhlil edəcəyik. Ancaq 

qabaqcadan qeyd edək ki, Q.N.Volkov şərhində problemin qoyuluşu aydın 

olmur: elə  çıxır ki, məsələ yalnız anlayışın  əhatə dairəsinin  əmək va-

sitələrinə nəzərən daha geniş olmasındadır. Halbuki tədqiqatçıların, demək 

olar ki, hamısı  hələ lap qabaqcadan yalnız istehsal prosesinə bağlı olan 

texnikanı (istehsal texnikasını) təyin etməyi qarşılarına məqsəd qoyurlar.

6

*

 



Əksər təriflərdə «ictimai istehsal prosesində»  şərtinin də qoyulması bunu 

açıq-aydın sübut edir və bu tədqiqatçılarla yalnız istehsal texnikasının 

əhatə dairəsinə dair mübahisəyə girmək olar. 

                                                 

Yenə orada. 



*

 O vaxtkı sovet elmi ədəbiyyatında elmi-texnika qarşılıqlı münasibətindən və  hətta 

elmi-texniki tərəqqi və elmi-texniki inqilabdan danışarkən yalnız istehsal texnikası nəzərdə 

tutulur. Ona görə də, müvafiq terminlərin təyinində xüsusi şərtləşmələr tələb olunur.  



Elm haqqında elm 

 

 



 

424


İndi isə Q.N.Volkovun geniş  mənada götürdüyü texnikanı necə 

qruplaşdırdığına nəzər salaq: «Müasir texnikanı aşağıdakı funksional sahə-

lərə bölmək olar. İstehsal texnikası, nəqliyyat və rabitə texnikası, elmi-təd-

qiqat texnikası, mədəniyyət və  məişət texnikası, tibbi texnika, idarə  və 

dövlət aparatı texnikası»

6

1



. Bölgü texnikanın olduqca geniş və həm də qey-

ri-müəyyən əhatə dairəsinə malik olduğunu göstərir. Lakin Q.N.Volkov bu 

fikri inkişaf etdirməyə, aydın təsəvvür yaratmağa nail olmur. Məxsusi me-

todoloji  əsas olmadığından, texnikaya müstəqil sfera, bütöv sistem kimi 

yox yalnız müəyyən bir makro tərəf kimi baxmaq lazım olduğu müəyyən-

ləşdirilmədiyindən müəllif dolaşıqlıqlara yol verir və özü bir neçə yerdə 

texnika ilə istehsal texnikasını qarışıq salır: «istehsalat binaları və tikintilə-

ri texnikaya daxil olduğu halda, yaşayış evləri daxil deyil».

6

2

 Lakin zavod 



binası istehsal texnikasına aiddirsə (bu özü mübahisəli məsələdir) yaşayış 

binası da eyni hüquqla məişət texnikasına aid edilməlidir. Deməli, müəllif 

bu fikrində adətkərdə olaraq texnika kimi yalnız istehsal texnikasını qəbul 

etmişdir. 

Digər tərəfdən, Q.N.Volkovun nəqliyyat, körpü, kanal və s. bu kimi 

tərəfləri də texnikaya aid etməsi

6

3

 göstərir ki, o geniş  mənada götürülən 



texnikanın həqiqi mahiyyətini, başlıca spesifik xüsusiyyətlərini müəyyən-

ləşdirə bilməmişdir. 

Baxılan problemin təfərrüatını – insanın təbiətdə yaratdığı  dəyişil-

mələrin dəqiq təsnifatını  və bunlardan məhz hansı qrupun texnikaya aid 

olması  məsələsini biz yuxarıda artıq təhlil etmişik. İndi isə bilavasitə öy-

rənmək istədiyimiz məsələyə – texnikanın tədqiqinin ümumi fəlsəfi və me-

todoloji problemlərinə  həsr olunmuş  bəzi  əsərlərlə tanı olaq. Həm də qa-

baqcadan qeyd edək ki, bilavasitə texnikanın tədqiqindəki spesifik metodo-

loji məsələlərə  həsr olunmuş  əsərlər olduqca azdır və  təbii ki, bu sahədə 

çox cüzi iş görülmüşdür. Bu məsələlərə əsasən Y.Y. Stul və S.S.Tovmas-

yanın  əsərlərində toxunulmuşdur.

6

*



 Lakin S.S.Tovmasyanın bilavasitə 

                                                 

1

 Г.Н. Волков. Техника, с. 228. 



2

 Yenə orada. 

3

 Yenə orada. 



*

  Я.Е.Стуль.  О  диалектике  понятия  «техника»,  Челябинск, 1966; С.С.Товмасян

Качественные фазы развития техники и современная научно-техническая революция. 

Ереван. 1970. 



  Elm–Texnika–İstehsal 

 

 

 

425



 

əmək və texnikanın fəlsəfi problemlərinə  həsr olunmuş  əsərlərində

6

1

 



əslində yalnız əməkdən söhbət gedir, texnikanın fəlsəfi problemləri, onun 

mahiyyətinin müəyyənləşdirilməsi məsələsi isə həll olunmamış qalır. Bəzi 

başqa  əsərlər

6

2



  də  sərlövhələrinə görə mövzunun tələbini ödəmədiyindən 

onları təhlil etməyə ehtiyac yoxdur. 

Biz bu sahədə yazılan əsərlərdən yalnız Y.Y.Stulun «texnika anlayı-

şının dialektikası haqqında» əsərini təhlil edəcəyik. Y.Y.Stul başqa tədqi-

qatçılardan fərqli olaraq və əsərdə qoyulan məqsədə (anlayışın dialektika-

sını öyrənmək) müvafiq şəkildə  əvvəlcə özünəqədərki tədqiqatlardakı ek-

lektikliyin səbəbini müəyyənləşdirməyə; yaranmış  vəziyyəti obyektiv qa-

nunauyğunluq kimi göstərməyə çalışır. Müəllif qeyd edir ki, texnikaya ve-

rilən «onlarca tərifə həmişə texnikanın müasir vəziyyətini müxtəlif aspekt-

lərini ifadə edən yeni təriflər əlavə edilər bilər».

6

3

 Yuxarıdakı təhlildən ay-



dın olduğu kimi texnikanın tədqiqində vəziyyət doğrudan da belədir. Lakin 

nəyə görə? Nəyə görə belə olduğunu isə Y.Y.Stul düzgün izah etmir: «Tə-

riflərdəki müxtəlifliyə səbəb – texnikanın dialektik xüsusiyyətlərində, tex-

niki vasitələrin sürətli tərəqqisində, yüksək dərəcədə dəyişkən olmasında-

dır. Texnika o qədər mürəkkəb və ziddiyyətlidir ki, o qədər dinamik keçirir 

ki, hər bir sonrakı tədqiqatçı özündən əvvəlkini tamamlamalı – texnikada 

müşahidə etdiyi hansı isə yeni cəhəti də əlavə etməli olur».

6

4



 Belə çıxır ki, 

texnikanın təyini məsələsindəki dolaşıqlıqlar tam obyektiv bir haldır, tex-

nikaya heç olmasa müvəqqəti dövr üçün də olsa dayanıqlı tərif vermək ol-

mazmış. Müəllif nəzərə almır ki, tərif heç də bütün cəhətləri, xassələri 

əhatə edə bilməz və etməməlidir də. Tərifdə yalnız anlayışı  şərtləndirən 

əsas kriteriyalar – mahiyyət verilir ki, bu da xırda xassələrə nəzərən olduq-

ca dayanıqlıdır. Deməli, texnikanın təyinindəki dolaşıqlıqlar daha çox də-

rəcədə subyektiv səbəblə

6

*

  tədqiqatçıların vahid metodoloji prinsipinə 



                                                 

1

 С.С.Товмасян. Философские проблемы труда и техники. М., 1972. 



2

 В.Г.Семибратов.  Законы  материалистической  диалектики  и  их  проявление  в 

техническом прогресс. Л., 1963. 

3

 Я.Е. Стуль. О диалектике понятия «техника», с. 3. 



4

 Yenə orada.

 

 

*



 Aristotelin dövründən başlayaraq «texne» (yun. – qabiliyyət, sənətkarlıq) sözünün 

əhatə edə biləcəyi və etdiyi məzmun həqiqətən çox dəyişmişdir. Lakin dolaşıqlıqlar texni-

kaya məhz indiki mövqedən yanaşdıqda – «texnikanı necə təyin etmək (bir termin kimi) və 

bu anlayış altında nəyi başa düşmək» sualını qoyduqda meydana çıxır, həm də tarixi in-

kişafla bağlı olmadan meydana çıxır. 


Elm haqqında elm 

 

 



 

426


əsaslanmamaları, artıq elmi surətdə tənqid edilmiş fikirləri təzədən, forma-

ca başqa şəkildə təkrar etmələri ilə izah olunmalıdır. «Anlayışların əks et-

dirdiyi predmetin köklü surətdə dəyişdirilməsini

6

1



» nəzərə almaq nə dərə-

cədə vacib olsa da, bu texnikanın tədqiqindəki vəziyyətlə heç bir əlaqəsi 

olmayan – yeni, əlavə  şərtdir. Zira biz texnikanı yalnız indiki mövqedən 

təyin edirik, yəni bizim texnikaya verəcəyimiz tərif bütövlükdə ictimai tə-

rəqqinin indiki vəziyyəti haqdakı vahid, bütöv təsəvvürə tamamilə uyğun 

gəlməlidir. 

Lakin həm texnikanın bu şərt daxilində (ümumi təsəvvürün bütövlü-

yünü təmin etmək şərti – II fəslin girişində bu şərt ən əsas metodoloji prin-

sip kimi geniş şəkildə təhlil edilir) təyin edə bilmək üçün, həm də bu şərt 

daxilində  təyin olunmuş texnikaya hələ keçmiş zamanlardan başlayaraq 

xas olmaqda davam edən – zaman ümumiliyinə malik olan xüsusiyyətləri 

müəyyənləşdirmək üçün tarixi tədqiqat zəruridir. (Burada yenə də tarixi və 

məntiqinin vəhdətini müşahidə edirik. Bu baxımdan yanaşdıqda texnikanın 

tarixi inkişafı heç də Y.Y.Stulun təsəvvür etdiyi kimi texnika haqdakı ba-

xışların tarixi inkişafı ilə üst-üstə düşmür. 

Y.Y.Stul elə  həmin kitabçada müvafiq metodoloji problemlərin də 

öyrənilməsindən doğan çətinlikləri nəzərə alaraq yazır: «Qəti şəkildə şərh 

olunmuş metodologiyanın çatışmazlığı bu və ya digər bir tərifi irəli sürən 

tədqiqatçının istinad etdiyi motivlərin  əsaslı olub-olmadığı imkanını ara-

dan qaldırır».

6

2

 Y.Y.Stul özü bəzi metodoloji məsələləri müəyyənləşdirmə-



yə çalışır və əsas metodoloji Prinsipi müxtəlif dövrlər üçün xarakterik olan 

təriflər verib, sonra bunlardan ən ehtimallı variant hazırlamaqda görür: 

«Texnikanın keçmişdəki, indiki və gələcək təyinlərini müqayisə edərək hər 

cür dəyişilmə zamanı dayanıqlı qalan cəhətləri müəyyənləşdirmək olar. Əl-

bəttə, mütləq həqiqiliyinə namizəd olan belə üçüncü tərif də olduqca va-

cibdir».


6

*

 Sonra isə müəllif özü müxtəlif dövrlər üçün tərif verərək (başqa-



larının tərifləri əsasında) və bunları ümumiləşdirərək «maksimum dərəcədə 

ümumi və dayanıqlı olan tərif»

6

3

 verir: «Texnika insanın öz şəxsi və ictimai 



                                                 

1

 Я.Е. Стуль. О диалектике понятия «техника», с. 4-5. 



Yenə orada, s. 17. 

*

 Yenə orada, s. 21. Baxılan parçada cümlələr əlaqəsiz olsa da («…belə üçüncü tərif de-



mək üçün əsas varmı, yaxud «mütləq həqiqiliyə namizəd olan» nədir?), müəllifin nə demək 

istədiyi aydın olur.  

3

 Yenə orada. 



  Elm–Texnika–İstehsal 

 

 

 

427



 

məqsəd və maraqlarını reallaşdırmaq üçün təbiət və ictimai həyat qa-

nunlarının dərk edilməsi və praktik istifadə əsasında yaratdığı və tətbiq et-

diyi süni orqanlar sistemidir».

6

1

 



Göründüyü kimi «metodoloji izahat»dan sonra verilən bu tərifdə 

Q.N.Volkovun yuxarıda təhlil etdiyimiz tərifinə nəzərən heç bir irəliləyiş, 

yenilik yoxdur və onun haqqında dediyimiz fikirlər eynilə bu «yeni» tərifə 

də aid edilə bilər. Yeganə dəyişiklik «ictimai insan» və ya «cəmiyyət» söz-

lərini ümumiyyətlə «insan» sözü ilə əvəz etməkdədir ki, bununla da «tex-

nika» anlayışının əhatə dairəsi yalnız bir qədər də genişlənir və onun icti-

mai istehsalla əlaqələndirilə bilməsi üçün son imkanlar da aradan qalxmış 

olur. 


 

                                                 

1

 Yenə orada. 



Elm haqqında elm 

 

 



 

428


 

 

 

 

 

Texniki tərəqqi 

 

 



  Bəşər tarixinin ilk mərhələsi, daha doğrusu, tarixdən əvvəlki dövr, 

müxtəlif coğrafi bölgələrdə nə qədər müxtəlif və rəngarəng olsa da, bütün 

xalqlar üçün əsasən eyni səciyyə daşımışdır. Daha doğrusu, müasir dövrün 

uzaqlığından baxanda təfərrüatlar nəzərə çarpmır. 

  İnsanın bir insan kimi, cəmiyyətin üzvü kimi, formalaşması prose-

si təbii mühitin spesifikasından qismən asılı olsa da, bütün bölgələr üçün 

ümumi olan cəhətlər daha çox idi. Bu ümumilik ən çox texniki tərəqqidə 

özünü göstərir. Texnika dedikdə XXI əsrdə yaşayan adamların ağlına ilk 

növbədə elektronika, traktor, kompüter, raket, mürəkkəb avtomat qurğular 

düşür. Lakin müasir həddə  gəlib çatana qədər texnika uzun tarixi inkişaf 

yolu keçmişdir. Biz daha artıq xışın, kotanın, dəryazın, hətta belin, toxa-

nın, rəndənin, çəkicin texniki tərəqqidə mühüm bir mərhələ olduğunu unu-

duruq. Halbuki onlar bu gün də istifadə olunmaqla davam edir. Digər tə-

rəfdən də, keçmişimiz üçün ənənəvi olan texnika bizim həyat tərzimizə da-

xil olmuş, bədii ədəbiyyatda və incəsənətdə də öz əksini tapmışdır. Bu tex-

nika növləri bizim üçün doğmadır, çünki bizim milli mədəniyyətimizin tər-

kib hissəsidir. Çünki onları biz başqa xalqlardan hazır şəkildə almışıq. On-

ları bizim ulu babalarımız özləri ixtira edib, təkmilləşdirib və istifadə 

ediblər. 

 Müasir texnika isə, çox təəssüf ki, əsasən xarici ölkələrdə, başqa 

xalqların yaradıcılığının məhsulu kimi meydana gəlir və bizim həyatımıza 

hazır  şəkildə daxil olur. Bu da bir ölkənin başqa ölkədən iqtisadi və 

texnoloji asılılığına gətirib çıxarır. 

  Bəli, təbii-tarixi proses getdikcə özünə ən optimal yol seçir və bu 

yol müxtəlif regionlarda təkrar olunur. 

 Lakin elə ki, nisbətən sürətli inkişaf yolu keçən xalqlar müəyyən 

mütəşəkkillik qazandıqdan sonra həmin tarixi inkişaf yolunun hələ  aşağı 


  Elm–Texnika–İstehsal 

 

 

 

429



 

pilləsində olan xalqlarla təmasda olur, onda təbii-tarixi proses kənar təsirə 

məruz qalır. Texnika da getdikcə daha artıq dərəcədə milli mədəniyyətin 

tərkib hissəsinə çevrilir. İnsan ilə texnika arasındakı daxili vəhdət və ahəng 

pozulur və bu ahəngin bərpa olunması üçün xüsusi səy göstərilmir.  

  Lakin bütün bunlar tarixin sonrakı mərhələlərində baş verir. Tari-

xin ilk mərhələsində isə texniki tərəqqi insanın inkişafının, ictimai tərəqqi-

nin tərkib hissəsi kimi həyata keçir. Bu baxımdan, texnikanın genezisi in-

sanın şüurlu əməli fəaliyyətinin tarixi ilə qırılmaz surətdə bağlıdır. Təsadü-

fi deyil ki, ümumdünya tarixi inkişaf prosesini, insan təbiətinin genezisini 

araşdıran H.Ə.Həsənov dönə-dönə texnikanın genezisi məsələsinə toxunur 

və müxtəlif tarixi dövrlərdə onun oynadığı roldan bəhs edir.

6

1

   



Texnikanın tarixi maddi istehsal prosesinin başlandığı vaxtdan baş-

lanır. Onu yaradan əsas səbəb insanın təbii ehtiyaclarıdır.  İnsan yaşamaq 

üçün yeməlidir, geyməlidir. Təbiətin dəyişkən və bəzən də sərt iqlimindən 

qorunmaq, daldalanmaq üçün özünə münasib yer tapmalıdır. Lakin insan 

heyvanlardan fərqli olaraq bütün ehtiyaclarını  təbiətdə hazır  şəkildə olan 

şeylər hesabına ödəyə bilməz. 

Heyvanlar alətsiz fəaliyyət göstərir. Onlar yalnız öz təbii orqanları-

nın – əqlin, ağızın və s. köməkliyi ilə özlərini təbiətdə hazır olan qidalarla 

təmin edir. İnsan isə alətlərdən istifadə etməklə öz təbii orqanlarının 

imkanlarını artırır. İnsanın ilkin istifadə etdiyi alətlər təbiətdə hazır şəkildə 

mövcud olan şeylərdir. Ucu iti daş parçaları, düz, hamar və möhkəm ağac 

budaqları və s. insanın əlinin imkanlarını artırmaq üçün, onu daha bərk və 

daha uzun etmək üçün istifadə olunurdu. Sonralar tədricən bu vasitələr 

digər təbii vasitələrin köməyilə istifadə üçün daha yararlı vəziyyətə salındı. 

İstehsal vasitələrinin – alətlərin hazırlanması  və  təkmilləşdirilməsi 

prosesi bəşəriyyətin bütün sonrakı  tərəqqisinin  əsasında durur. Əvvəlcə, 

təbiətdə hazır şəkildə olan şeylərdən istifadə edə bilmək üçün əl özü tək-

milləşir.  İnsan alətdən istifadə etmək vərdişləri qazanır. Sonra alətlərin 

özünü təkmilləşdirmək üçün insan digər alətlərin köməyindən istifadə edir 

və yeni əməliyyatlar aparmalı olur. Bu əməliyyatların dəfələrlə  təkrar 

olunması nəticəsində yeni əməli vərdişlər formalaşır. 

İnsanın ilk tarixi inkişaf dövründə əldə etdiyi əməli vərdişlərin çoxu 

                                                 

1

 Г.А.Гасанов.  Генезис  техники // Цель  истории.  Философия  истории  поли-



тического генезиса человеческого общества. Баку, Элм, 2004, с. 257-262.  


Yüklə 5,06 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin