Elm haqqında elm
430
onun özündə instinktiv şəkildə mövcud idi. Bəzi vərdişlər isə heyvanlar,
quşlar və hətta həşərat üçün instinktiv həyati fəaliyyətin əsasını təşkil
edirdi. Belə ki, hörümçək tor hörməyi, arı pətək düzəltməyi, qarışqa yeri
qazaraq yuva tikməyi və s. kortəbii surətdə bacarırdı. Lakin bütün bu əmə-
liyyatlar zamanı onlar ancaq təbiətdə hazır olan şeylərdən, özləri istifadə
edirlər. Siçan ağacı hansı isə bir alətlə yox, öz dişləri ilə kəsirdi. Arı çi-
çəklərdən şirəni öz orqanizminin verdiyi imkan sayəsində çəkirdi. İnsanda
isə vəziyyət bir qədər fərqli idi. Onun təbii orqanları: əli, ayağı, ağzı hansı
isə xüsusi bir fəaliyyətə uyğunlaşmamışdı. O öz təbii orqanlarının qabiliy-
yətini artırmaqdan ötrü müxtəlif məqsədlər üçün müxtəlif əşyalardan isti-
fadə etməli olurdu. Alətlər isə çox müxtəlif idi. Hər bir konkret işin spesi-
fikasına uyğun alətdən istifadə etmək isə insanın daha hərtərəfli, universal
fəaliyyət göstərməsinə meydan açırdı.
İnsanın istifadə etdiyi bütün təbii vasitələr içərisində onun sonrakı
həyatında ən çox rol oynayan vasitə od olmuşdur. Təbii şəkildə mövcud
olan odun bəzi xüsusiyyətləri: qızdırmaq, yandırmaq, işıq salmaq heyvanat
aləminə də bəlli idi. Lakin bu xüsusiyyətlər dərk olunmadığından, ancaq
qorxu hissi doğururdu.
İnsan qorxu səddini keçərək odu ram etdikdən sonra, yəni onu arzu
olunan bir şey kimi qəbul edib istədiyi vaxtda od əldə etməyin qaydasını
öyrəndikdən sonra, bütün heyvanat aləmi ilə müqayisədə böyük üstünlük
qazanmış oldu. Nağıllarda, hekayələrdə, multiplikasiya filmlərində insanın
dostu və başlıca silahı kimi təsvir olunan «qırmızı çiçək» məhz odun meta-
forik işarəsidir. Oddan vəhşi heyvanlara qarşı mübarizə vasitəsi kimimi,
qızınmaq üçünmü, qidaların hazırlanması, bişirilməsi üçünmü istifadə et-
mək və bunlarla bağlı olan əməli vərdişlərin qazanılması texniki tərəqqinin
bir istiqamətidir. Lakin əsas məsələ oddan istifadə etməzdən əvvəl onu əl-
də etməyin qaydasını bilməkdir. Sürtmə yolu ilə od əldə edilməsi o dövrdə
insanın ən böyük texniki nailiyyəti idi.
Od sonralar əmək alətlərinin düzəldilməsində, metalların istənilən
formaya salınmasında mühüm vasitə oldu, daha mükəmməl alətlər yaradıl-
masına xidmət etdi.
İnsanın tarixən ilk praktik fəaliyyət prosesində əldə etdiyi əməli bi-
liklər tədricən toplanaraq gerçəklik haqqında geniş, hərtərəfli, sistemli bi-
liklər toplusunun əldə edilməsi üçün əsas oldu. İnsan ətrafındakı şeylərin
xassələrini öyrəndikcə, daha böyük əməli nailiyyətlər əldə etdiyini gördük-
Elm–Texnika–İstehsal
431
cə gerçəkliyi məqsədli surətdə öyrənməyə başladı. İlk nəzəri biliklər ya-
randı. Əməli və nəzəri biliklərin bölgüsü getdikcə dərinləşdi. Gerçəkliyi
dəyişdirmək deyil, sadəcə olaraq öyrənmək istəyən adamların sayı get-
dikcə artdı. İlk elmi biliklər və alimlər yarandı. Əldə edilmiş biliklər gec
və ya tez əməli fəaliyyət sahəsində istifadə olunmağa başladı. Elmlə texni-
kanın tarixi ittifaqı belə başlandı.
İnsanın öz maddi tələbatını ödəmək üçün göstərdiyi fəaliyyət getdik-
cə daha çox vasitəli xarakter daşımağa başladı. İnsanlar yalnız bu gün üçün
olan ehtiyaclarını düşünməklə kifayətlənmədi. Gerçəklik haqqında daha
çox bilik əldə etdikcə, səbəbiyyət əlaqələrini dərk etdikcə bir qisim hadisə-
lərin necə cərəyan edəcəyini irəlicədən görmək, onları proqnozlaşdırmaq
imkanı açıldı.
Yuxarıda qeyd edildiyi kimi, yaşayış üçün zəruri olan məhsulların
təbiətdən hazır şəkildə tapılması heç də həmişə asan olmurdu. Yaxud bu
məhsulların təbiətdə necə yetişdiyini, onların xassələrini öyrəndikcə insan
məhz özünə lazım olan məhsulların yetişməsi üçün zəruri şərait yaratmağa
çalışırdı. İnsan üçün ilkin özünütəminat vasitəsi olan ovçuluq heç də həmi-
şə uğur gətirmirdi. Ov alətləri nə qədər təkmilləşsə də, burada təsadüf həl-
ledici rol oynayırdı. Heyvanlardan istənilən vaxt faydalana bilmək üçün
onlarla müntəzəm əlaqə yaradılmalı idi. Bəzi heyvanların tədricən əhliləş-
dirilməsi insanların həm öz qida tələbatını ödəməsi, həm də onlardan iş
qüvvəsi kimi istifadə olunması imkanı yaradırdı. Digər tərəfdən, lazımlı
bitkilərə qulluq edilməsi, təbii yolla bitən bitkilərin təsadüfi surətdə məhv
olmasının qarşısını almaq cəhdləri və nəhayət, onların məqsədyönlü surət-
də əkilib çoxaldılması, sivilizasiyanın çox mühüm şərtlərindən biri olan
əkinçiliyin yaranmasına səbəb oldu. Vəhşi heyvanların əhliləşdirilməsi –
maldarlığın yaranması və qida, geyim və s. məqsədlər üçün istifadə olunan
faydalı bitkilərin əkilib – becərilməsi – əkinçiliyin yaranması bəşəriyyətin
tərəqqisində sürtmə yolu ilə od əldə edilməsinin kəşfindən sonra ən böyük
nailiyyət idi. Bununla böyük ictimai miqyasda əmək bölgüsünün əsası qo-
yulmuş oldu.
Maldarlıq və əkinçiliyin inkişafı iki mühüm şərtlə bağlı idi. Birinci-
si, heyvanları əhliləşdirmək, onları qoruyub saxlamaq və onların yalnız
ətindən deyil, müntəzəm surətdə verdikləri əlavə məhsullardan (süd, yun
və s.) istifadə etmək üçün, faydalı bitkiləri əkib-becərmək üçün əvvəlcə
onların üzərində müşahidələr aparmaq, onların necə çoxaldığını, böyüdük-
Elm haqqında elm
432
lərini, nə kimi xassələrə malik olduqlarını öyrənmək lazım idi. Daha sonra
bitki və heyvanat aləmində öz məqsədlərinə uyğun dəyişikliklər yaratmaq
üçün insan həmin bilikləri tətbiq etməli, yeni əməli vərdişlər qazanmalı idi.
Həm əkinçilik, həm də maldarlıq sahəsində qarşıya qoyulan məqsədlərə
çatmaq üçün yeni tipli əmək alətləri lazım idi. Beləliklə həmin dövrdə yeni
əməli vərdişlərin və əmək alətlərinin yaranması – texnikanın inkişafı və
əsasən yeni əmək sahələrinin: əkinçilik və maldarlığın tələblərinə uyğun
surətdə baş verirdi.
İnsanın təbiət haqqında bilikləri artdıqca və bilavasitə istehlakdan,
yəni təbiətdən bilavasitə yararlanmaqdan vasitəli istehlaka keçdikcə alətlə-
rin növü də artır, zənginləşirdi. Alətlərin nədən, hansı materialdan düzəl-
dilməsinin də çox böyük rolu var idi. Təbiətdə hazır şəkildə tapılan daş,
sümük, ağac və s. mürəkkəb texniki qurğuların yaradılması üçün kifayət
deyildi.
Yeni daş dövründə, neolitdə (b.e.ə. 5000-3000 illər) adamlar artıq
hamarlanmış, pardaqlanmış daş alətlərdən istifadə edirdi. Əmək alətlərinin
yaradılması xüsusi əməli vərdişlər və biliklər tələb etdiyindən, bu işi daha
hamı yox, onu daha yaxşı bacaran və ancaq alət düzəltməklə məşğul olan
adamlar – sənətkarlar görməyə başladı. Əgər eyni adamlar həm əkinçilik,
həm də maldarlıqla məşğul olurdularsa, alət düzəldilməsi ilə tamam başqa
adamlar məşğul olmağa başladı. Torpaqdan, kənddən ayrılmış olan və get-
dikcə daha çox ixtisaslaşan sənətkarların meydana gəlməsi şəhərlərin ya-
ranmasına və inkişafına böyük təkan verdi. İlk tam əmək bölgüsü də bu
vaxtdan başlandı.
Sənətkarlığın müstəqil əməli fəaliyyət sahəsinə çevrilməsi, şəhərlə-
rin yaranması, digər tərəfdən də alətlərin düzəldilməsində metallardan isti-
fadə olunmasına başlanması texnikanın inkişafında yeni bir mərhələ açdı.
Sivilizasiyanın təməli qoyuldu.
Metallardan istifadə edilməsi, əlbəttə, birdən-birə metal alətlərin dü-
zəldilməsindən başlanmayıb. Metallar əvvəlcə qədim insanları öz parıltısı
ilə cəlb edib, onlardan əyləncə və zinət şeyi kimi istifadə olunub. Məsələ
burasındadır ki, heç də bütün metallara təbiətdə saf halda rast gəlmir. Ən
çox qızıl və misə ayrılıqda, külçə halında rast olunur. Həm də onları tap-
maq asan məsələ deyildi. Təsadüfi deyil ki, «metal» sözünün özü də yunan
dilində «axtarmaq» mənasını verir. İnsanlar təbiətdə hazır şəkildə əldə et-
dikləri şeyləri tədricən öyrənir, onlardan hansı məqsədlə istifadə etməyin
Elm–Texnika–İstehsal
433
mümkün olduğunu müəyyənləşdirməyə çalışırdılar. Teofrastın dediyi kimi,
əldə olunan şeylər ya əyləncə, ya fayda üçün, ya da həm əyləncə, həm də
fayda üçün istifadə olunurdu. Əldə olunmuş metallara da insanlar tədricən
xeyir, fayda baxımından yanaşmağa başladı. Daş alətlər daha bərk oldu-
ğundan insanlar mis əldə etdikdən sonra da uzun müddət daş alətlərdən
istifadə edirdilər. Hər şey misin əridilib başqa metallarla qarışığından dü-
zələn bürünc əldə edilənə qədər beləcə davam edirdi. Amma bürünc alətlər
öz keyfiyyətinə görə daş alətlərdən xeyli üstün olduğuna görə b.e.ə. III-II
minilliklərdə daha çox bürünc alətlər yayılmağa başladı. Bununla da daş
dövrü bürünc dövrü ilə əvəz olundu.
Metalların əridilməsi və onlardan tökmə yolu ilə müəyyən formalı
alətlər düzəldilməsi texniki vasitələrin müxtəlif yeni növlərinin yaradılma-
sına imkan açdı. Digər tərəfdən də metaldan düzəldilən kəsici alətləri daha
yaxşı itiləmək olurdu. Metal alətlərin düzəldilməsi və təmir edilməsi ayrıca
bir peşə sahəsinin yaranmasına səbəb oldu ki, müasir dövrdə bu sənət
dəmirçilik kimi məlumdur.
Həmin dövrdə təkərlərin düzəldilməsi və heyvanların gücündən is-
tifadə edilməsi yük daşınmasını xeyli asanlaşdırdı və insanların fəaliyyət
dairəsini genişləndirdi.
Yeni əməli vərdişlər qazandıqca insan təbiətdə baş verən və özünün
yaratdığı hadisələr haqqındakı bilikləri qaydaya salmağa və qeydə almağa
ehtiyac hiss edirdi. Müxtəlif simvolların, rəqəmlərin, heroqliflərin və daha
sonra yazının üzə çıxması, ölçü əməliyyatlarından istifadə edilməsi, ilk he-
sab üsullarının kəşfi əməli biliklərlə yanaşı, elmi biliklərin də tədricən for-
malaşdığına dəlalət edirdi. Elmi biliklərin sonrakı inkişafı müasir siviliza-
siyanın artıq daha çox qərarlaşdığı dövrə – e.ə. I minilliyə təsadüf edir.
Şüurun nisbi müstəqillik əldə etməsində, biliklərin və nitqin yaran-
masında neytral müşahidənin rolu böyük olmuşdur. Seyr özünə maddi fəa-
liyyətdən fərqli olan ikinci çıxış yolu tapır. Bu yol məntiqi təfəkkürdən və
onun nəticəsi olan biliklərdən keçərək, dil və nitq vasitəsilə maddi dünyaya
gətirib çıxarır. Biliklər sözlə ifadə olunduqdan sonra ayrıca bir fərdə mən-
sub olaraq qalmır – ictimailəşir. Bu mərhələdə biliklərin ictimai sintezi və
tətbiqi yeni səviyyəli və yeni mahiyyətli praktika doğurur. Mənəvi və mad-
dini özündə üzvi surətdə birləşdirən və bir fərd miqyasında həyata keçən
praktika indi getdikcə daha böyük ictimai miqyas alan mürəkkəb prosesə
çevrilir ki, bu da sivilizasiya məfhumu ilə ifadə olunur.
Elm haqqında elm
434
İndi qədim sivilizasiyalardan ancaq xarabalıqlar və tək-tək nümunə-
lər qalmışdır. Bu sivilizasiyalar yarımçıq bitmişdir. Onların canındakı
enerjini nisbətən daha güclü olan sivilizasiya sümürmüş və bugünkü möh-
təşəm bir güc halına gəlib çıxmışdır. İndi bu güc, enerji mərkəzini hansı
isə tək bir mənbə ilə bağlamaq cəhdləri, ona yiyələnmək, onu özəlləşdir-
mək istiqamətindəki addımlar çox təbii görünür. Halbuki, dərindən yanaş-
dıqda bu ortaq ümumbəşəri sərvət – vahid sivilizasiya keçmişə getdikdə
hansı isə bir monokökdən deyil, olduqca fərqli mənbələrdən, köklərdən
qida almışdır. Yəni gövdə bir olsa da, kök çoxşaxəlidir. Məhz ona görə də,
biz ortaq sərvətdən danışırıq.
Əslində sivilizasiyanın, ümumbəşəri tərəqqinin aparıcı, hərəkətverici
qüvvələri və ümumi mənzərəsi eynidir. Yəni müxtəlif dövrlərdə, müxtəlif
ölkələrdə, bölgələrdə yaranan və zaman, məkan baxımından fərqli olan si-
vilizasiyalar eyni bir prosesin fərqli koordinatlarda və libaslarda üzə
çıxmasıdır.
Hər yerdə əvvəlcə söz yaranmışdır. Sonrakı ən böyük hadisə yazının
əmələ gəlməsi olmuşdur. Bu bir planda. Digər planda götürüldükdə isə si-
vilizasiya hər yerdə əmək bölgüsündən başlamışdır. Ovçuluqdan sonra
əkinçilik və maldarlığın yaranması və nisbi müstəqil inkişaf yolu keçməsi,
zehni əməyin fiziki əməkdən ayrılması və təşkilatlanması – bunlar bütün
sivilizasiyalar üçün eyni başlanğıc olmuşdur. Coğrafi cəhətdən müxtəlif
bölgələrdə müəyyən spesifiklik olsa da ictimai tərəqqi prosesinin hər yer
üçün ortaq bir modelindən bəhs etmək olar. Sadaladığımız təsərrüfat for-
maları indi ancaq geri qalmış, ucqar bölgələrdə: Afrikanın, Cənubi Ameri-
kanın bəzi yerlərində saxlanılır. Amma halbuki, nə vaxtsa bütün bölgələr,
o cümlədən Avropa həmin ilkin sivilizasiya mərhələsini yaşamışdır. İndi
Qərb sivilizasiyası adlanan və bütün Avropada yayılmış olan sivilizasiya
isə əslində təkcə Avropa dəyərlərinin davamı kimi ortaya çıxmayaraq, pla-
netimizin bütün guşələrində nə vaxtsa mövcud olmuş sivilizasiyaların üs-
tün cəhətlərindən sintez olunmuşdur. Hətta nə vaxtsa Avropada yaranmış
dəyərlər də Avropanın özündə itirildikdən sonra başqa bölgələrdən intixab
edilmişdir.
Tarixən yeni sivilizasiyaların yaranması çox müxtəlif formalarda
həyata keçmişdir: köhnə bir sivilizasiyanın xarabalıqları üzərində yeninin
yaranması bir cür hadisədir, öz təbii tarixi inkişaf prosesinin üzərində
qurulan sivilizasiya isə xeyli fərqlidir. Bir də var müxtəlif sivilizasiyaların
Elm–Texnika–İstehsal
435
qovşağında yaranan və hamısından bəhrələnən, onları üzvi surətdə birləş-
dirə bildiyi üçün daha sürətli inkişaf edən sivilizasiyalar. Əslində bu so-
nuncu vahid ümumbəşəri sivilizasiyanın prototipidir. Tarixdə buna ən par-
laq misal Antik sivilizasiyadır. O heç də qədim yunanların təfəkkürünün
məhsulu olmayıb, bir çox sivilizasiyaların hazır şəkildə mənimsənilməsi-
nin nəticəsi idi. Con Bernalın yazdığı kimi, “yunanlar özü sivilizasiya ya-
ratmamışdılar...”. Əslində mədəni inkişaf səviyyəsinə görə xeyli geri qalan
və digər Avropa xalqları kimi ovçuluqdan hələ təzəcə əkinçiliyə keçən qə-
dim yunanlar Krit adasında və Anadoluda formalaşmış olan yüksək sivili-
zasiyaya bir növ hazır şəkildə sahib olmuşdular: “Yunanların ilkin mədə-
niyyəti o dövrdə bütün Avropada olduğu kimi, kənd təsərrüfatı tipli mədə-
niyyət idi. Bu mədəniyyət yunanların sonradan gəldiyi Krit və Anadolunun
çox zəngin və əsrarəngiz, yüksək səviyyəli mədəniyyəti ilə rəqabətə girə
bilməzdi”.
6
1
Digər tərəfdən, vaxtaşırı olaraq Şərqin bir çox sivilizasiyalarını mə-
nimsəyərək məhz bu məkanda məskunlaşan böyük fikir sahiblərinin təsiri
ilə yunanlar qismən dağıtdıqları və qismən mənimsəyə bildikləri bu hazır
sivilizasiyanı sonrakı dövrlərdə bir az da inkişaf etdirə bilmişlər. Homerin
poemalarında da təsvir olunduğu kimi, yunanların müharibə apardığı tayfa-
lar onların özündən daha çox inkişaf etmişdilər. Troya müharibəsi də məhz
gücün mədəniyyət üzərində qələbəsi idi. Sonrakı əsrlərdə Aleksandr Make-
donskinin hərbi istilaları da Yunanıstanın yeni donorlarla qidalanmasına
xidmət edirdi. Başqa istilaçılar qənimət olaraq ancaq var-dövlət aldıqları
halda, Aleksandr həm də və daha çox dərəcədə bilik və mədəniyyətin
transferinə nail olurdu. Onun saldığı Aleksandriya şəhərinin böyük elm
mərkəzinə çevrilməsi də təsadüfi deyildi. Arximeddən Ptolomeyə qədər,
demək olar ki, bütün böyük alimlər Afinanın yox, məhz bu şəhərin yetiş-
dirmələri idi. Aleksandrın hətta o vaxtlar iki nüsxə olan Avestanın birini
yandırtdıqdan sonra, müəmmalı şəkildə “itən” digər nüsxəsini Aleksandri-
yaya apartdırdığı güman olunur.
6
2
Bir sıra tədqiqatçılar antik fəlsəfənin qədim Hind fəlsəfəsi ilə oxşar-
lıqlarından çıxış edərək bu müəmmanın qarşısında aciz qalırlar. Məsələn,
Şreder yazır ki, Pifaqorun ədədlərin mistikası haqqında təlimi yunan ru-
1
Дж.Бернал. Наука в истории общества, с. 96.
2
S.Xəlilov. Şərq-Qərb: ümumbəşəri ideala doğru. Bakı, «Azərbaycan Universiteti»,
2004, s. 126; S.Xəlilov. Baxış bucağı. Bakı, Elm və təhsil, 2010, s. 222-229.
Elm haqqında elm
436
huna əsla uyğun olmadığı halda, o dövrdə bu təlim Hindistanda artıq for-
malaşmış və yayılmışdı.
6
1
K.Şlüster isə özünün 1874-cü ildə yazdığı “Aris-
totelin metafizikası Kapilanın sankhi təliminin qızı kimi” əsərində Aristo-
tel təliminin qədim hind mənbələri ilə müqayisəli təlimini verir və heyrəta-
miz oxşarlıqlar ortaya çıxarır.
6
2
Biz isə belə düşünürük ki, bu qədər paralel-
lər təsadüfi ola bilməz. Alman komparativistlərinin tədqiqatlarını C.Berna-
lın yuxarıda iqtibas gətirdiyimiz fikirlərilə müqayisə etməklə belə bir qəna-
ətə gəlmək mümkündür ki, “vəhşi yunanların” qarət etdiyi Krit mədəniy-
yəti əslində o dövrdə Hindistandan üzü bəri geniş yayılmış olan böyük
Şərq mədəniyyətinin bir hissəsi idi.
Tarix heç də hamar, kəsilməz bir proses deyil. Quruculuq və mədə-
niyyətin səviyyəsi ilə döyüş ənənələri heç də həmişə üst-üstə düşməmişdir.
Bir şəhərdə, ölkədə, bölgədə müəyyən bir sivilizasiya təşəkkül tapdıqdan
sonra, ilkin elmi biliklərin əmələ gəldiyi, mədəniyyətin bir çox sahələrinin
inkişaf etdiyi əraziyə yadellilər gəlmiş və bu mədəniyyəti dəyərləndirə
bilmədikləri üçün onu dağıtmış, yox etmişlər. Təsadüfi deyil ki, ulu ba-
balarımız “torpağı əkib becərirsənsə, onu qorumağı da bacarmaq lazımdır”,
– deyirdilər. Yəni bir əlində kətməndirsə, o biri əlində gərək qılınc olsun.
Maraqlıdır ki, ictimai inkişafın aşağı pilləsində olanlar inkişaf etmiş
xalqlara nisbətən daha döyüşkən olmuş və onları öz mədəniyyətləri ilə bir
yerdə sıxışdırıb çıxarmışlar. İlk baxışda paradoksal görünsə də bunun çox
sadə izahı var. Sadəcə olaraq, sivilizasiyanın hələ ilkin mərhələsində olan-
ların əsas məşğuliyyəti ovçuluq olmuşdur. Əkinçilik və maldarlıq pilləsinə
yüksəlmiş xalqların çörəyi daha artıq döyüş texnikasından yox, mədəni
quruculuqdan çıxırdı. Hələ vəhşilik dövrünü yaşayan, həyat uğrunda ölüm-
dirim mübarizəsi aparan mənimsədiyi yeganə texniki vasitələr ox və nizə
olan tayfaya, qəbiləyə rəhbər də seçəndə meyarlardan biri kimi fiziki gücü
nəzərə alan, yəni güc kultunun hakim olduğu xalqlar başı mədəniyyətə
qarışan xalqlarla savaşda açıq-aşkar bir üstünlük qazanır. Eyni vaxtda həm
mədəni quruculuq işini, həm də döyüş praktikasını inkişaf etdirmək çətin
olduğundan bir çox xalqlar məhz arxayınlaşdığı vaxtlarda qəfil hücumla
üzləşirdilər. Sivilizasiyanın inkişafının ancaq müəyyən bir mərhələsindən
sonra elmi-mədəni dəyərlər döyüş texnologiyasının modernləşdirilməsi
1
L.von Schroeder. Pythagoras and die Inder. Lpz., 1884, 72-76 // Bax: Сравнительная
философия. М., Восточная литература, 2000, с. 29-30.
2
Bax: Сравнительная философия, c. 28.
Elm–Texnika–İstehsal
437
üçün imkan açmış və ancaq bu dövrdən sonra geri qalmış xalqların hücum-
larından mühafizə olunmaq mümkün olmuşdur. Tüfəngin, topun ixtira
olunması və sivilizasiyanın həm də hərbi güc faktoruna çevrilməsi elmi-
mədəni quruculuq işinin daha rahat şəkildə davam etdirilməsinə imkan aç-
sa da yeni bir təhlükə qaçılmaz oldu. Belə ki, indi artıq barbarlardan ehti-
yatlanmayan və əksinə, onların ölkələrini ələ keçirən, müstəmləkəyə çevi-
rən “sivil” xalqlar öz aralarında girdilər, Avropada Yeni dövr bir tərəfdən
yüksək elmi-texniki inkişaf, sənayenin tərəqqisi ilə səciyyələnirdisə, digər
tərəfdən milli dövlətlərin formalaşması və sərhədlər uğrunda dövlətlər ara-
sı savaşlar sivilizasiyanın məhz hərbi texnika qolunun inkişafına təkan
verdi.
Sivilizasiyanın inkişafında ən mühüm yeni keyfiyyət mərhələsi el-
min yaranması ilə başlanır. Belə ki, ayrı-ayrın elmi biliklərin mənimsənil-
məsi çox qədimdən başlasa da, Yeni Dövrə qədər elmi biliklər əməli bilik
və vərdişlərdən tamamilə ayrılmamış, elm hələ bir sistem kimi formalaş-
mamışdı. O dövrdə sivilizasiyalar texnikanın inkişaf səviyyəsinə görə fərq-
lənirdi.
Adətən texniki tərəqqidə elmin rolundan bəhs olunur. Amma əvvəl-
cə elmin özünün bir sistem kimi formalaşması üçün texnikanın böyük rolu
olmuşdur. Belə ki, texniki vasitələr həm elmi tədqiqat işində, həm də əldə
edilmiş yeni biliklərin saxlanması və ötürülməsi prosesində geniş miqyas-
da istifadə olunur. Elmin sosial institut kimi formalaşması, onun fərdi miq-
yasdan ictimai miqyasa keçməsi prosesinə tarixin müxtəlif mərhələlərində
müxtəlif texniki ixtiralar böyük təsir etmişdir. Kağızın ixtira olunması, ya-
zı mədəniyyətinin inkişafı, kitablar və onların cildlənməsi – kitab çapı, tex-
niki tərəqqiyə aid olsa da, elmin ictimailəşməsinə bilavasitə təsir göstər-
mişdir. Nəticədə kitabxanalar yaranmış, bir alimin elmi nəticələri kitab va-
sitəsi ilə başqa bölgələrə göndərilərək elmi ictimaiyyətin coğrafiyasının
genişlənməsinə səbəb olmuşdur. Kitabların daşınması işi, nəqliyyat texni-
kasının inkişafı sayəsində daha müntəzəm xarakter almışdır. Poçtun, tele-
qrafın da xidmətlərini nəzərə alsaq, elmi informasiyanın yayılmasında tex-
nikanın nə qədər vacib olduğu daha aşkar görünər. Əlbəttə, müasir dövrdə
elektron poçtu, internet bu funksiyanı daha operativ surətdə həyata keçirir,
lakin sonuncular artıq elmin öz tətbiqi sayəsində mümkün olmuşdur.
Texnikanın və onun ayrı-ayrı hissələrinin öyrənilməsi, elmin tədqi-
qinə nəzarət xeyli əvvəl başlanmış və bu sahədə bir sıra vacib məsələlər
Elm haqqında elm
438
geniş tədqiq olunmuşdur. Lakin «texnika» anlayışını dəqiq şəkildə təyin
etmək, onun əhatə dairəsini müəyyənləşdirmək tələbi yalnız indiki dövrdə
– elmi-texniki tərəqqinin yeni keyfiyyətli mərhələyə keçməsi ilə əlaqədar
olaraq meydana çıxmışdır.
Məsələ burasındadır ki, müasir texnika məzmun və strukturu, habelə
ictimai həyatda oynadığı rola görə XIX əsr və ondan əvvəlki dövrlərin tex-
nikasından ciddi surətdə fərqlənir. Bu baxımdan, texnikanın keçdiyi tarixi
inkişaf yolunu izləmək, bu inkişafın meyllərini, qanunauyğunluğunu orta-
ya çıxarmaq onun müasir mərhələdəki spesifikasını müəyyənləşdirmək
üçün də mühüm əhəmiyyətə malikdir. Texniki tərəqqinin nə kimi yeni key-
fiyyət və xüsusiyyət kəsb etdiyini, onun elmlə qarşılıqlı təsirinin xarakte-
rində baş verən dəyişiklikləri öyrənmədən müasir dövrdə elmi-texniki tə-
rəqqinin səciyyəsini vermək də mümkün deyil.
Müasir texnika elmin nailiyyətlərinə əsaslanır və ondan kənarda tə-
səvvür oluna bilməz. Elmin inkişafı texniki tərəqqi üçün kafi şərt olmasa
da, zəruri şərtdir. Əgər əvvəllər texnika elmə nəzərən qabaqlayıcı rol oyna-
yırdısa, elm texnikanı qabaqlayır və ona istiqamət verir.
Elmin tədqiqinə müvafiq olaraq, texnikanın tədqiqi də sistemli şəkil-
də, vahid metodoloji prinsiplər əsasında aparılmamışdır. “Texnika” anlayı-
şı müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif cəhətlərin ön plana çəkilməsi
və mahiyyət kimi götürülməsi mövqeyindən öyrənilmişdir ki, bu da texni-
ka haqqında vahid elmi nəzəriyyənin işlənib-hazırlanmasına mane ol-
muşdur.
Texnika insanın təbiətlə qarşılıqlı təsiri prosesində vasitələndirici
sistem kimi öyrənilmədiyindən onun mahiyyətinin dəqiq müəyyənləşdiril-
məsi hələ indiyədək mümkün olmamışdır. Bu isə elm ilə texnikanın
əlaqəsinin optimal surətdə təşkil edilməsi işini də çətinləşdirir.
Texnikanın tədqiqindəki vəziyyət göstərir ki, bu sahədə öyrəniliməli
olan əsas məsələlər aşağıdakılardan ibarətdir:
1. Texnika ictimai istehsalın tərkib hissəsidirmi, yoxsa o daha ge-
niş əhatə dairəsinəmi malikdir? Başqa sözlə, insan qeyri-istehsal sahələrin-
dəki fəaliyyəti zamanı texniki vasitələrdən istifadə etmirmi?
2. Əgər «istehsal texnikası» ilə paralel surətdə digər texnika növlə-
rini də qəbul ediriksə və «texnika» anlayışı altında bu müxtəlif növlərin
kompleksini nəzərdə tuturuqsa (və ya «texnika» anlayışı bu müxtəlif növ-
lər üçün ümumi olan cəhətləri ifadə edirsə), onda bu növlərin öz araların-
|