Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,06 Mb.
Pdf görüntüsü
səhifə38/55
tarix04.12.2019
ölçüsü5,06 Mb.
#29799
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

K.Marks

  

 

Elm ümumbəşəri hadisədir. Yəni hər millətin öz elmi olmur. Habelə 



hansı isə bir ölkənin, transmilli şirkətin elmi ola bilməz. Çünki onun hərə-

kətverici qüvvəsi yalnız milli iqtisadi və ya siyasi amillərdən asılı olmayıb, 

həm də  və daha çox dərəcədə insanın mahiyyəti, onun şəxsi intellektual 

ehtiyacları ilə bağlıdır.  

Digər tərəfdən, elm ictimai sistemdir; ayrı-ayrı adamlar fərdi və ya 

qrup miqyasında elmi yaradıcılıqla məşğul olsalar da, onların aldığı nəti-

cələr müəyyən vasitələrlə mərkəzləşmiş sistemə daxil olmasa, bu nəticələ-

rin hələ böyük elmə aidiyyəti yoxdur. Bütün bəşəriyyət miqyasında vahid 

bir elm sistemi vardır ki, hər bir xalq və hər bir alim onun formalaşmasın-

da və inkişafında bu və ya digər dərəcədə iştirak edir. Amma elmin yekun 

bir sistem kimi idarə olunması  və yönəldilməsi, onun nəticələrinin tətbiq 

edilməsi xeyli dərəcədə  fərqli bir hadisədir və bu yönəldicilər sırasında 

olmaq heç də bütün ölkələrə  nəsib olmur. Bax, bu məsələdə siyasi və 

iqtisadi güc amili həlledici rol oynayır.  

Əlbəttə, nisbi lokal elm sistemləri də ola bilər. Məsələn, keçmiş 

SSRİ-nin elm sistemi buna bir nümunə idi. İ.V.Şulqina SSRİ-də elmin təş-

kilati strukturu və infrastrukturu ilə  əlaqədar tədqiqat işində bir ölkə da-

xilində elmin özünü təşkilatlandıran bir sistem kimi mövcudluq şərtlərini 

təhlil edərək yazır ki, bunun üçün mühüm şərtlərdən biri elmin maddi-tex-

niki bazasının təmin olunmasıdır ki, bu isə ancaq böyük dövlətlərin imkanı 

daxilində ola bilər.

7

1



 Burada miqyas həqiqətən çox böyük olmalıdır; təkcə 

maddi-texniki bazanın deyil, həm də elmin öz daxili təşkilatlanmasının 

təminatı üçün. Belə ki, müxtəlif elmi tədqiqatların müəyyən bir elm sahə-

                                                 

1

 И.Ф. Шульгина. Инфраструктура науки в СССР. М., Наука, 1988, c. 76. 



  Elm–Texnika–İstehsal 

 

 

 

495



 

sini, ən azı müəyyən bir mövzunu əhatə edə bilməsi, işin başa çatdırılması, 

tətbiq üçün hazır bir hala salınması üçün həm üfüqi, həm də vertikal 

müstəvilərdə geniş miqyaslı ictimai sistem yaradılmalıdır.  

Əvvəla, hər bir tədqiqatçı üçün ilkin elmi mühit tələb olunur. Mühi-

tin formalaşması isə müəyyən bir ixtisas və hətta problem üzrə ən azı bir 

neçə mütəxəssisin yetişdirilməsi sayəsində  əldə edilir. Digər tərəfdən, 

əmək bölgüsünün təmin olunması, birinin başladığı işin başqası tərəfindən 

davam etdirilməsi, arada rabitənin qırılmasına yol verməmək üçün mərkəz-

ləşmiş əlaqələndirmə və əks-əlaqə sistemləri tələb olunur. Yoxsa, başlanan 

tədqiqat yarı yolda kəsilər və ictimai həyata vəsiqə ala bilməz. Yaxud 

tədqiqatçı məcbur olub öz yeniliyini “xarici bazara çıxarmalı olur və çox 

vaxt öz məhsulunu pulsuz təklif edir.   

Kiçik ölkələrdə böyük elm sistemi qurmaq mümkün olmadığına gö-

rə, bu ölkələrdə aparılan lokal elmi tədqiqatlar gec-tez beynəlxalq miqyaslı 

böyük elmi tədqiqat zəncirinin bir parçası olur. Başqa sözlə desək, kiçik 

ölkələrdə fundamental elmlə  məşğul olmağın yeganə yolu böyük elm 

mərkəzləri ilə rabitə qurmaq, bir növ onların əlavəsinə çevrilməkdir.  

Lakin elmlər tarixən müasir daxili vəhdət səviyyəsinə böyük çə-

tinliklə  gəlib çatmışdır.  İlk dövrlərdə elmi fəaliyyət nəinki ümumbəşəri, 

planetar miqyasda, heç ayrı-ayrı ölkələr miqyasında da əlaqələndirilməmiş, 

elmi tədqiqatlar pərakəndə xarakter daşımışdır. Elmi ictimaiyyət bir çox 

tədqiqatlardan xəbərsiz qalmış, eyni bir ideya müxtəlif ölkələrdə dönə-

dönə yenidən kəşf edilmişdir. Düzdür, tarix hər şeyi sanki yerinə qoymuş-

dur. Amma alimlərin öz aralarında bütöv əməkdaşlıq  şəbəkəsi yaratması 

hər ixtisas üzrə ölkə və dünya miqyasında elmi ictimaiyyətin təmərküzləş-

məsi hələ vahid elm sistemindən danışmaq üçün yetərli sayıla bilməz. 

XVII–XVIII əsrlərdə elm adamları bir-birini sadəcə olaraq ona görə tanıya 

bilirdilər ki, elmi fəaliyyət geniş miqyas almamışdı və müəyyən problem 

üzrə çalışan tək-tək adamlar bir-birindən çətinliklə də olsa, xəbər tuta bilir-

di. Bəzən heç bu da mümkün olmurdu. Amma elm kütləviləşdikcə, eyni 

problemlər üzrə daha çox bölgələrdə və daha çox adam çalışdıqca, təşkilat-

lanmaya ehtiyac da artırdı. 

İlk beynəlxalq miqyaslı  və yüksək peşəkarlıq seçimi ilə  fərqlənən 

belə təşkilatlardan biri London Kral Cəmiyyəti (1662-ci il) olmuşdur. On-

dan az sonra 1666-cı ildə Fransa Kral Elmlər Akademiyası, 1700-cü ildə 

isə Berlin Elmlər Akademiyası, 1724-cü ildə Peterburq Akademiyası ya-


Elm haqqında elm 

 

 



 

496


randı. Bütün elm sahələrini  əhatə edən Akademiyalarla paralel surətdə  

müəyyən profillər üzrə, habelə elm və sənətin kəsişdiyi sahələr üzrə yaran-

mış ictimai birliklərin və  təşkilatların da böyük səfərbəredici  əhəmiyyəti 

var idi.  

Beləliklə, Yeni Dövrdə elmin dindən, fəlsəfədən və  təhsildən ayrı, 

müstəqil təşkilati formaları  əmələ  gəldi. Biz müstəqillik  şərtini ona görə 

xüsusi vurğulayırıq ki, əvvəllər elm adını  çəkdiyimiz bu üç sahədən hər 

hansı birinin tərkibində təşkilatlanmaqla, müasir mənada elmin yaranması 

və formalaşması üçün baza ola bilmirdi. Belə ki, hələ eramızdan əvvəl qə-

dim Yunanıstanda yaradılmış Platon Akademiyası (e.ə. 387-ci il) müasir 

elm üçün nümunə ola bilməzdi. XVII əsrdə Avropada yaranan yeni Akade-

miyalar bu qədim elm-fəlsəfə  məbədinin sanki ancaq adını saxlamışdılar; 

daha doğrusu, fəlsəfədən fərqini göstərmək üçün qarşısına bir elm sözü də 

əlavə edirdilər: Elmlər Akademiyası. London və Parisdən əvvəl Akademi-

ya  ənənəsinin bərpası Roma və Florensiyada başlanmışdı. 1600-cü ildə 

Romada və 1651-ci ildə Florensiyada yaranan bir növ sinkretik Akademi-

yalarda müstəqil elmi fəaliyyət hələ tam kristallaşmadığı üçün onların öm-

rü də uzun olmamışdı. O dövrdə fəaliyyət göstərən universitetlər, ya hələ 

kilsədən tam ayrılmadıqlarına görə və başlıca məqsədləri dini xadim hazır-

lamaq olduğuna görə, ya da təhsil funksiyasının elmə nisbətən üstünlük 

təşkil etdiyinə görə, elmin təşkilatlanması sahəsində yaranmış ehtiyacları 

ödəmək üçün yetərli deyildilər. Lakin bununla belə, universitetlər bir tam 

halında formalaşmaqda olan Avropa elmi üçün əsas kadr bazaları idi.  

Avropada ilk universitetlər islam aləmindəki ilk universitetlərdən 

(məsələn, Mərakeşdə Karayin Universiteti – 859-cu il) təqribən 2-3 əsr 

sonra yaranmışdır; 1088-ci ildə Bolonyada, 1160-cı ildə Parisdə, 1167-ci 

ildə Oksfordda, 1209-cu ildə Kembricdə, 1224-cü ildə Neapolda fəaliyyətə 

başlayan ali məktəblər kilsə ilə əlaqəni tam kəsə bilməsələr də, elmi biliyin 

yayılması  və inkişafında mühüm rol oynayırdılar. Lakin onların  əsas 

fəaliyyəti təhsil olduğundan, elmi tədqiqatların təşkili və dəyərləndirilməsi 

sahəsində tələbatı ödəyə bilmirdilər.    

Akademiya və ya Elm Cəmiyyətləri adı altında yaranan yeni tipli 

təşkilatların isə  əsas və yeganə  vəzifəsi elmi fəaliyyətlərin stimullaşdırıl-

ması və əlaqələndirilməsi, habelə yeni elmi ideyaların yayılmasından iba-

rət idi. Tarixən elmi biliklərin toplanması və yayılmasına xidmət edən ilk 

böyük elm mərkəzi  İskəndəriyyə muzeyi (e.ə. III əsr) hesab olunur ki, 



  Elm–Texnika–İstehsal 

 

 

 

497



 

onun da əsas sərvətlərindən biri hələ  də öz şöhrətini itirməmiş  əfsanəvi 

İskəndəriyyə kitabxanası olmuşdur. Onun bir növ analoqu olan Kordova 

Akademiyası (X əsr) da məhz o dövr üçün ən böyük elmi kitabxanası 

(400 000  nüsxə) ilə  məşhur idi. Lakin tezliklə Avropanın dini-siyasi 

xəritəsində baş verən dəyişikliklər bu böyük elmi mərkəzin də fəaliyyətinə 

son qoydu. XIII əsrdə ərəblərin İspaniyadan sıxışdırılıb çıxarılması ilə bə-

rabər, Kordova kitabxanası da yandırıldı.

7

1

 



İlk dövrlərdə böyük maddi və  təşkilati çətinliklər olmasına baxma-

yaraq, elmin institutlaşması sürətlə gedirdi. Bu işə  təkan verən o dövrdə 

böyük nüfuz sahibi olan bir sıra elm adamlarının  şəxsi səyləri və 

entuziazmı idi. Məsələn, London Kral Cəmiyyətinin yaranmasında həmin 

ərəfədə yaşamış böyük filosof F.Bekonun və böyük maarifçi Yan Amos 

Kamenskinin də ideya və təklifləri mühüm rol oynamışdı. Bu cəmiyyətin 

üzvləri arasında İ.Nyuton (1703-1727-ci illərdə Cəmiyyətin prezidenti ol-

muşdur), R.Boyl, R.Huk və s. görkəmli elm adamlarının olması onun 

nüfuzunu və fəaliyyət dairəsini genişləndirirdi. Həmin dövrdə demək olar 

ki, bütün kəşf və ixtiralar Cəmiyyətin yığıncağında məruzə olunur və mü-

zakirə edilirdi. Hansı isə ideyanın həqiqiliyi və orijinallığı haqqında 

Cəmiyyətin üzvü olan böyük elm adamları  qərar çıxarırdı. Başqa sözlə 

desək, Cəmiyyət elmi ekspertiza funksiyasını da yerinə yetirirdi.  

Bu təşkilat 350 ildən artıqdır ki, dünyanın aparıcı elm mərkəzlərin-

dən biri kimi fəaliyyət göstərir. Əslində bilavasitə elmi fəaliyyətlə məşğul 

olmasa da, London Kral Cəmiyyəti elmin stimullaşdırılmasında, dəyərlən-

dirilməsində  və  əlaqələndirilməsində bu gün də böyük rol oynayır. Onun 

sıralarında 1000 nəfərə yaxın görkəmli elm xadimi birləşir. Cəmiyyətin 

1665-ci ildən başlayaraq bu günədək nəşr etdiyi “Kral Cəmiyyətinin fəlsəfi 

əsərləri” jurnalı müntəzəm surətdə çap olunan ən qədim elmi jurnal sayılır. 

“Fəlsəfə” sözünün saxlanması da o dövrlərdən gələn  ənənəni ifadə edir. 

Təsadüfi deyil ki, İ.Nyuton da mexanika sahəsində yazdığı məşhur əsərinin 

adını “Naturfəlsəfənin əsasları” qoymuşdu. Avropada ən yüksək elmi dərə-

cənin də “fəlsəfə doktoru” (Ph.D.) adlanması məhz bu ənənənin davamıdır. 

London Kral Cəmiyyətinin bu nəşri əslində fəlsəfəyə yox, elmə aiddir. Bu-

rada “fəlsəfə” sözü naturfəlsəfə, yaxud müasir mənada təbiət elmi 

deməkdir. 

 

                                                 



1

 Bax: И.А.Климишин. Открытие Вселенной. М., Наука, 1987, с. 86-87. 



Elm haqqında elm 

 

 



 

498


O dövrdə alimlərin hərtərəfli dəstəyə olan ehtiyacı getdikcə artır və 

yeni təşkilati formalar ortaya çıxırdı. Məsələn, 1795-ci ildə təsis olunmuş 

“Fransa texniki sənət və peşə konservatoriyası”, 1822-ci ildə yaradılmış 

“Alman təbiətşünasları yığıncağı” həmin dövrdə elmin inkişafında mühüm 

rol oynamışdır. Baxmayaraq ki, London Kral Cəmiyyəti artıq yarım əsrdən 

çox idi ki, fəaliyyət göstərirdi, bu təşkilat Britaniyada və bütövlükdə Avro-

pada elm adamlarının fəaliyyətini  əlaqələndirmək və onlra maddi dəstək 

vermək funksiyasını yerinə yetirməkdə çətinlik çəkirdi. Həm də bu Cəmiy-

yət ilk cığır açanlardan olduğu üçün onun yaradılması zamanı bir sıra təş-

kilati və iqtisadi xarakterli amillər nəzərə alınmamışdı. Ona görə də, XIX 

əsrin əvvəllərində Avropa alimləri bütün dünya alimlərinin nüfuz və səylə-

rini birləşdirən yeni təşkilati formalara ehtiyac hiss edirdilər. Təsadüfi 

deyil ki, 1831-ci ildə paralel surətdə başqa bir təşkilat – Elmin inkişafı üzrə 

Britaniya Assosiasiyası (BAAS) yaradıldı. Həmin illərdə digər Qərb ölkə-

lərində də elmin təşkilatlanması sahəsində ciddi addımlar atılırdı: 1815-ci 

ildə  İsveçrədə, 1822-ci ildə Almaniyada, 1833-cü ildə Fransada, 1839-cu 

ildə  İtaliyada və  nəhayət 1848-ci ildə ABŞ-da analoji təşkilatların yaran-

ması heç də təsadüfi deyildi. Əslində bu dövr elmin zəfər dövrü adlandırıla 

bilər; çünki XIX əsrdə elm özünün artıq yüksələnxətli inkişaf mərhələsinə 

keçmişdi və bu dəyişiklikdə elmin ictimai təşkilatlanması da az rol 

oynamırdı.  

C.Pankaldi özünün “Elmin beynəlmiləlliyi və Britaniya Assosiasiya-

sı” əsərində milli elm institutlarının təhlili haqqında yazdıqlarını şərh edir. 

Burada elmin milli çərçivədən çıxması  zərurətindən bəhs edilir. Elmin 

məzmununun universal xarakterinə uyğun olaraq elmi fəaliyyətin də bey-

nəlmiləlləşməsinin qaçılmaz olduğu göstərilir. Pankaldi buna uyğun olaraq 

elmin bütün Avropa miqyasında təşkilatlanması ideyasını irəli sürürdü.

7

1



    

1828-ci ildə Bebbic Avropa Elm Akademiyasını yaratmaq planı ilə 

çıxış edir və onu A.Humboldta təqdim edir. Elmi obyektivliyi və kosmo-

politizmi qorumaq üçün Akademiyanın maraq dairəsindən  əxlaq, siyasət 

və din məsələlərini çıxarmaq təklif olunur. Diqqət  əsasən dəqiq elmlərə 

yönəldilir.  İlk növbədə elmi biliklərin mübadiləsinin təşkili məsələsi önə 

çəkilir. O dövrün görkəmli alimlərinin səyi nəticəsində Fransa, Prussiya, 

                                                 

1

 М.К.Петров.  Философские  проблемы  «науки  о  науке».  Предмет  социология 



науки. М., «Российская политическая энциклопелдия», 2006, с. 364. 

  Elm–Texnika–İstehsal 

 

 

 

499



 

Danimarka və Rusiya bu ideyanı  dəstəkləyir. Avropada elmi kooperasiya 

prosesi XIX əsrin ikinci yarısında da davam edir.   

1881-ci ildə Yorkda bu təşkilatın altı bölməsi yaranır: riyazi və fiziki 

elmlər, kimya, mineralogiya, geologiya və coğrafiya, zoologiya və botani-

ka, mexanika. C.Morell və A.Tekri özlərinin “Elmin centlmenləri” kitabın-

da bu prosesin xronoloji ardıcıllığını verirlər. Onların cədvəlinə görə, 

Yorkda yaranmış  təşkilatı struktur 1832-ci ildə Oksfordda (4 bölmə), 

1833-cü ildə Kembricdə (6 bölmə), 1834 cü ildə Edinburqda (6 bölmə), 

1835-ci ildə Dublində (6 bölmə), 1836-cı ildə Bristolda (7 bölmə) və son-

rakı illərdə  İngiltərənin demək olar ki, bütün əsas  şəhərlərində yayılır və 

çox geniş bir şəbəkəni əhatə edir.

7

1

  



Elmin təşkili sahəsində XVIII-XIX əsrlərdə formalaşan ənənələr XX 

əsrdə də davam etdirilmişdir. Bu dövrdə ən böyük elm mərkəzlərinə misal 

olaraq SSRİ Elmlər Akademiyasını  və  Qərbdə Maks Plank Cəmiyyətini 

göstərmək olar. 1948-ci ildə Qərbi Almaniya formalaşdırılarkən həyata ke-

çirilən ilk mühüm tədbirlərdən biri elmin mərkəzləşmiş inkişafı sahəsində 

atılan addım – Maks Plank Cəmiyyətinin yaradılması oldu. Hazırda bu 

böyük elmi mərkəzin nəzdindəki 80 profildə elmi-tədqiqat institutlarında 

15 000 işçi çalışır ki, bunların da 5 200 nəfəri elmi dərəcəyə malik peşəkar 

alimlərdir. Mərkəzin büdcəsi ildə 1 milyard 300 milyon avrodur ki, onun 

da 80%-i ictimai mənbələrdən ödənir. Əlbəttə, Qərb üçün bu cür mərkəz-

ləşmiş elmi təşkilatlar ənənəvi deyil. Orada fundamental tədqiqatlar əsasən 

universitetlərdə həyata keçirilir. Keçmiş SSRİ EA-nın isə proobrazları Ru-

siya və  bəzi MDB ölkələrində (o cümlədən, Azərbaycanda) saxlansa da, 

onlar  əvvəlki səmərə ilə  işləyə bilmir. Bu məsələni Rusiyalı ekspertlər 

dönə-dönə diqqətə çatdırırlar.

7

2



  

Əslində heç böyük ölkələrdə  də tam müstəqil elm sistemləri müm-

kün deyil. Ona görə  də, böyük ölkələrdə ancaq nisbi müstəqil elmi fəa-

liyyət sistemləri mövcuddur ki, onlar öz aralarında birləşərək planetar 

miqyaslı böyük elm sistemini yaradırlar. 

Dövlətlərin və böyük şirkətlərin elmin inkişafında maraqlı olması ilk 

növbədə onun iqtisadi səmərə vermək imkanı ilə bağlıdır. Müasir iqtisadi 

                                                 

1

 J.B.Morrell, A.Thackray. Gentlmen of science: Early years of the British Association for 



the Advancement of Science. Oxford, Claredon Press, 1981, pp. 453-454.  

2

 Məs.:  С.М.Рогов.  Невостребованность  науки – угроза  безопасности  страны // 



Газета «Поиск», № 12, 19 марта 2010 г. 

Elm haqqında elm 

 

 



 

500


sistemlərin strukturunda bir qayda olaraq elmi fəaliyyət və tətbiq üçün də 

yer nəzərdə tutulur.  

Müasir mərhələdə bir sıra qabaqcıl Qərb ölkələrində fundamental və 

tətbiqi elmlərin, habelə təcrübi konstruktor işlərinin təşkili və idarə olun-

ması dövlət səviyyəsində  həyata keçirilir. İqtisadiyyatın böyük qisminin 

özəl sektora aid olması və ona görə də yeni elmi-texniki işləmələrinin sifa-

rişçilərinin də əsasən özəl müəssisələr olmasına baxmayaraq, elmi-texniki 

fəaliyyət hökumətin təşkilati strukturuna daxil olan qurumlar vasitəsilə 

idarə olunur. Məsələn, İngiltərədə fundamental elmlər sahəsində tədqiqat-

ların yönləndirilməsi, tənzimlənməsi və maliyyələşdirilməsi Elm və Təhsil 

Nazirliyi tərəfindən, elmi-texniki və təcrübi konstruktor işlərinin təşkili isə 

Texnika Nazirliyi tərəfindən həyata keçirilir. Təxminən eyni struktur Al-

maniyada da tətbiq olunur. Burada Elm və Təhsi Nazirliyi ilə yanaşı, Təd-

qiqatlar və Texnologiyalar Nazirliyi fəaliyyət göstərir.

7

1

 Hazırda 



Qazaxstan, Gürcüstan və s. MDB ölkələri də analoji təşkilati struktura 

keçmək üçün  mühüm addımlar atmışdır.  Ən  əsası odur ki, fundamental 

elmlərin təhsillə birləşdirilməsi eyni elmi kadrların həm tədqiqat, həm də 

müəllimlik fəaliyyəti üçün imkan yaradır. Digər tərəfdən də, universitetlər 

öz elmi potensialına arxalana bildikləri üçün özlərini daha güvənli hiss 

edirlər.  

İqtisadiyyatın intensiv inkişaf xəttinə keçirilməsinin mühüm şərt-

lərindən biri ən müasir tələblərə cavab verən mükəmməl idarəetmə siste-

minin yaradılmasıdır. Təsərrüfatın bütün sahələrinin iqtisadi səmərəsi get-

dikcə daha çox dərəcədə idarəetmə formalarından asılı olur. İdarəetmə sis-

teminin zəruriliyini və mahiyyətini K.Marks çox gözəl ifadə etmişdir: 

«Hər cür bilavasitə ictimai əmək və ya nisbətən böyük miqyasda sərf edi-

lən birgə əmək çox və ya az dərəcədə idarə olunmağa möhtacdır, çünki bu 

idarəetmə  fərdi işlər arasında uyğunluq yaradır və istehsal orqanizminin 

müstəqil orqanlarının hərəkətindən fərqli olaraq, bütün istehsal orqanizmi-

nin hərəkətindən doğan ümumi funksiyaları yerinə yetirir. Ayrıca bir skrip-

kaçı özü özünü idarə edir, orkestri idarə etmək üçün isə dirijor lazımdır».

7

2



 

İstehsalın elmi surətdə idarə olunması elmin istehsala tətbiqinin 

spesifik formasıdır. Belə ki, elmin inqilabi səmərəsindən, onun bilavasitə 

                                                 

1

 Н.В.Шелюбская.  Научно-техническая  политика  Великобритании,  М.,  Наука, 



1990, с. 34.  

2

 K.Marks. Kapital. I cild, Bakı, Azərnəşr, 1969, s. 334. 



  Elm–Texnika–İstehsal 

 

 

 

501



 

məhsuldar qüvvəyə çevrilməsindən danışarkən bir qayda olaraq təbiətşü-

naslığın tətbiq olunması: yeni enerji mənbələrinin tapılması, yeni material-

lar hazırlanması və ilk növbədə yeni keyfiyyətli əmək alətləri – maşınlar, 

avtomat sistemlər və s. düzəldilməsi nəzərdə tutulur. Halbuki elm idarəet-

mə  nəzəriyyəsi kimi istehsala, iqtisadiyyata tətbiq olunarkən heç də az 

səmərə vermir. Bu zaman elmin, xüsusən ictimai elmlərin, kibernetikanın, 

idarəetmə  nəzəriyyələrinin nailiyyətləri texnikanın yeniləşdirilməsinə, 

texnoloji prinsiplərin təkmilləşdirilməsinə deyil, istehsal prosesinin, Elm–

Texnika–İstehsal zəncirinin  ən optimal qayda üzrə  təşkili məsələlərinə, 

maddi istehsalın təşkilati strukturunun yenidən qurulmasına tətbiq olunur. 

(Yeri gəlmişkən, burada ictimai elmlərin tətbiqi əhəmiyyəti, onların böyük 

iqtisadi səmərə potensialına malik olması özünü çox aydın büruzə verir). 

Elmi-texniki tərəqqinin, elmi-texniki qarşılıqlı əlaqələrin idarə olun-

ması problemi, ümumiyyətlə idarəetmə  işinin xüsusi hallarından biridir. 

Lakin əgər istehsal sahəsində idarəetmə işi artıq müəyyən tarixi təcrübəyə 

malikdirsə, elmi-texniki tərəqqi sahəsində hətta ən qabaqcıl kapitalist ölkə-

lərinin təcrübəsi də çox məhduddur. Belə ki, bu hadisənin özü nisbətən tə-

zədir və üstəlik çox böyük sürətlə dəyişir, yeni cəhətlərlə zənginləşir. Ona 

görə  də elmin və bütünlükdə elmi-texniki tərəqqinin elmi surətdə idarə 

olunması çətindir. Lakin elmi idarəetmə sistemində nəzərə alına bilməyən 

cəhətlər praktikada qismən də olsa nəzərə alınmışdır; belə ki, elmi-texniki 

tərəqqi real hadisədir və bilavasitə bu sahədə çalışan adamlar onun təbii 

ehtiyaclarını hiss etməyə bilməzlər. Ona görə də, elm, texnika və istehsalat 

sahələrinin idarə olunması praktikasını  mənimsəyən, bilavasitə  həmin 

sahələrə rəhbərlik edən işçilər, görkəmli alimlər, ixtiraçılar, habelə hadisə-

lərin real gedişi ilə daha çox kontaktda olan iqtisadçılar yaranmış si-

tuasiyadan baş  çıxarmağa çalışır və konkret praktik ehtiyaclardan çıxış 

edərək Elm–Texnika–İstehsalat kompleksinin daha səmərəli surətdə idarə 

olunması üçün təkliflər irəli sürürlər. 

Elmi-texniki tərəqqini sürətləndirmək xətti – strateji bir vəzifə kimi 

qarşıya qoyulduqdan sonra bu məsələyə diqqət artdığından elmin və elm-

dən istehsalata gələn yolun optimal təşkili sahəsindəki praktik çətinliklər, 

ziddiyyətlər, irəliləyişə mane olan müxtəlif amillər getdikcə daha çox 

aşkar olur, elmi-texniki tərəqqinin optimal təşkilati formasına uyğun gələn 

yeganə düzgün yola getdikcə daha çox işıq düşür. Lakin bu yeganə yola 

gətirib çıxardan külli miqdarda müxtəlif cığırlar var ki, onlar bir-biri ilə 


Elm haqqında elm 

 

 



 

502


çarpazlaşdığından labirintdən çıxa bilməmək, yaxud onların  ən qısasını 

seçə bilməmək və son mətləbə uzun-uzadı fırlandıqdan sonra gedib çıxmaq 

təhlükəsi yaranır. 

Hər halda bu problemə yönəldilmiş «sağlam fikir» axınının, praktik 

təkliflərin, məhdud dairələrdə artıq həyata keçirilən konkret tədbirlərin, 

sosial eksperimentlərin vahid bir istiqaməti, yeganə məqsədi vardır ki, bu 

da elm ilə istehsalat arasındakı  əlaqəni möhkəmləndirmək, elmdən isteh-

salata gedən yolu qısaltmaqdan ibarətdir. 

Bu tələb həyatın qoyduğu tələbdir, ictimai praktikanın qanunauyğun 

nəticəsidir. 

Hələ 1941-ci ilə böyük sovet alimi P.L.Kapitsa iqtisadi tərəqqinin ən 

mühüm amilini və bu sahədə ən zəif halqanı çox düzgün göstərərək yazır-

dı: «Sovet hakimiyyəti elmə böyük diqqət və qayğı göstərir. Nəticədə bi-

zim indi ən qabaqcıl və çətin problemləri həll edən elmimiz vardır. Bizim 

həm də ən incə və mürəkkəb mexanizmlər düzəldən sənayemiz vardır. La-

kin elm və texnikanın əlaqəsi bizdə hələ zəifdir, bu isə bizə ölkəmizin ya-

radıcı qüvvələrinin bütün zəngin ehtiyatından istifadə etməkdə mane 

olur».


7

1

 



Ayrılıqda elm var, ayrılıqda istehsal var, hər birinin nisbi müstəqil 

inkişafı üçün şərait var; bəs çatışmayan nədir? Çatışmayan bu iki tərəfin 

vəhdəti, üzvi surətdə  əlaqələndirilməsi, elmin nailiyyətlərinin texnikada 

maddiləşməsi və istehsalata tətbiq olunması və tərsinə, texnikanın, mövcud 

texnoloji prinsiplərin elmi tədqiqat obyektinə çevrilməsi – texniki elmlərin, 

ümumiyyətlə, fundamental tətbiqi tədqiqatçıların inkişaf etdirilməsidir. Və 

bütün bunlar üçün adekvat təşkilati forma tapıla bilməməsidir. Özü də ça-

rənin təşkilati strukturla bağlı olması  təzə  kəşf olunmamışdır. Akademik 

P.L.Kapitsa hələ o vaxt elmi-texniki və iqtisadi tərəqqinin  ən zəif halqa-

sını, bu tərəflər arasında  əsaslı körpünün çatışmadığını qeyd edərkən bu-

nun səbəbini də çox düzgün göstərmişdi: «Elmin ən geniş miqyasda tətbiq 

olunması üçün heç yerdə SSRİ-dəki kimi zəmin yoxdur. Ona görə də elm 

və texnikanın hələ zəif birləşməsini yalnız bununla izah edə bilərik ki, bu, 

əlaqənin ən səmərəli təşkilati forması hələ tapılmamışdır. Şübhəsiz ki, elm 

və texnikanın artıq əldə edilmiş səviyyəsində, hələ qalmaqda olan qüsurla-

ra baxmayaraq, xeyli böyük texniki yaradıcılıq nailiyyətləri əldə edilə bi-

                                                 

1

 П.Л. Капица. Эксперимент, теория, практика. М., 1987, c. 154. 




Yüklə 5,06 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin