Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,06 Mb.
Pdf görüntüsü
səhifə2/55
tarix04.12.2019
ölçüsü5,06 Mb.
#29799
1   2   3   4   5   6   7   8   9   ...   55

  

 

 

 

 

 

BİLİK – ELM – BİLİK 

 

 



 

 

™ 

Biliklərin tarixi bölgüsü və iyerarxik strukturu 

 

™ 

Bilik və fəaliyyət 



 

™ 

Yeni idrak modelləri 

 

™ 

İnam, şübhə və idrak



 

 

™ 

Şərqdə və Qərbdə elmi biliyin xüsusiyyətləri



  

 

 

 



 

 

 

 

 

Bütöv elm kontekstinə salınmamış ayrıca 

bir ideya, nə  qədər dərin olsa belə, hələ elmi 

bilik sayıla bilməz.  

 

Əbu Turxan 

Bilik – Elm – Bilik 

 

 

 

29



 

 

 

 

 

Biliklərin tarixi bölgüsü 

və iyerarxik strukturu

 

 

 



Biliyin elm olmasının daxili zərurəti 

onun təbiətindən irəli gəlir. 

Hegel  

 

İlk elmi biliklərin tarixi ilə  əlaqədar müxtəlif fikirlər mövcuddur. 

Bəzi müəlliflərə görə elmi bilikdən ancaq elm sistemi formalaşdıqdan son-

ra danışmaq mümkündür. Ona qədər isə biliklər daha çox dərəcədə sinkre-

tik xarakter daşımışdır. Lakin, hətta qədim dövrdə də biliklər həm əhatə et-

diyi sahəyə görə, həm peşəkarlıq və ixtisaslaşma dərəcəsinə görə  məişət 

bilikləri çərçivəsindən kənara çıxmış və əməli fəaliyyət sahələri diferensi-

allaşdıqca, biliklər də fərqli çeşidlərə ayrılmışdır. Y.N.Molodsova peşəkar 

əqli fəaliyyətin qaynaqlarını Ved və Upanişad mətinlərinin  əzbərlənməsi 

və mənimsənilməsi ilə əlaqələndirir.

2

1

 Bizcə, biliklərin tarixi şüurlu insanın 



(homo-sapiens) formalaşması ilə eyni vaxtdan başlayır. Çünki gerçəkliyə 

şüurlu münasibət  əslində hansı isə hadisələrin mənimsənilməsi, sözlərlə 

ifadə olunması və deməli, ilkin biliklərin yaranması ilə müşayiət olunur.  

Biliyin  əməli fəaliyyətdən ayrılaraq müstəqil dəyər kəsb etməsi 

sivilizasiyanın təməl şərtlərindən biri olmuşdur.   

Tarixin bütün mərhələsində əməli işdən daha çox, zehni fəaliyyətlə 

məşğul olan, özünü və dünyanı seyr edən və anlamağa çalışan, daxili və 

xarici həqiqətləri başqalarından daha yaxşı  mənimsəyən insanlar hikmət 

sahibi, müdrik hesab edilmişdir. Aristotel anlamında müdriklik təcrübəyə 

malik olmaqdan fərqli olaraq, biliklə müəyyənləşir: “Bilik və anlama təc-

rübədən çox sənətə aiddir və hansısa bir sənəti mənimsəmiş insanı  təc-

                                                 

1

 Е.Н.  Молодцова.  Естественнонаучные  представления  эпохи  Вед  и  Упанишад // 



Очерки истории естественно-научных знаний в древности. М., Наука, 1982, с. 131.  

Elm haqqında elm 

 

 



 

30

rübəsi olandan daha müdrik sayırıq, çünki hər bir kəsdə müdriklik daha 



çox bilikdən asılıdır və bu ondan irəli gəlir ki, sənəti mənimsəmişlər səbəbi 

bilirlər, təcrübə əldə etmişlər isə yox”.

3

1

 Aristoteldə təcrübə, sənət, elm və 



müdriklik müqayisə olunsa da, hələ elmin ayrıca bir statusu yoxdur. Əslin-

də Azərbaycan dilində “elm” kimi təqdim olunan söz rus nəşrindəki “nau-

ka” sözündən tərcümədir.

4

2



 İngilis dilində də bu söz “science” kimi veril-

mişdir.


5

3

 Lakin “science” “nauka”ya nisbətən daha məhdud olub təbiət 



elmlərini nəzərdə tutur. Con Bernalın yazdığına görə, “science” sözü yaxın 

zamanlarda daxil edilmişdir.  İlk dəfə “alim” (“scientist”) sözünü Vevel 

1840-cı ildə “İnduktiv elmlərin fəlsəfəsi” kitabında istifadə etmişdir. 

6

4



  

Qədim yunan dilində isə müasir “elm” sözünün qarşılığı olaraq bir 

neçə söz göstərilir, məsələn: 

μαϑημα,  ατος,  επιστημη.

7

5

 Bu sözlər isə 



təkcə “elm” kimi yox, həm də “hərf”, “yazı” və nəhayət, “ədəbiyyat” mə-

nalarında da işlənir. Əksinə, rusların “iskusstvo” kimi, bizimkilərin isə “sə-

nət” və  bəzi yerlərdə “incəsənət” kimi tərcümə etdiyi söz isə orijinalda 

τεχνη kimidir. Qədim yunan dilindəki τεχνη sözü isə müasir dillərdə əsa-

sən üç mənanı ifadə edir ki, bunlardan biri məhz “elm”dir. Digər iki söz 

rus dilində “iskusstvo” və “remeslo” kimi verilir. Azərbaycan dilində bu 

sözlər hər ikisi “sənət” kimi verildiyindən, bəzən kontekst aydın olmur. 

Əslində Aristoteldə 

τεχνη sözü məhz “remeslo” mənasında işlədilir. Rus 

lüğətlərində bu söz “istehsal və xidmət sahəsində istifadə olunan maddi 

vasitələr və intellektual biliklər” kimi izah olunur.

8

6



 Lakin Aristotelin rusca 

nəşrlərində “iskusstvo” sözündən daha çox istifadə olunur, hətta riyaziyyat 

da məhz onun bir qolu kimi təqdim olunur. Maraqlıdır ki, Platon “bilik” 

anlayışını  tədqiq edərkən, onun iki fərqli mənasını qeyd edir. Birincisi, 

məhz sənət – ruscasında “iskusstvo” mənasında (Platon, misal üçün, tibb 

sənətindən bəhs edir)

9

7



; ikincisi, “bilik” anlayışının özü, “bilik haqqında bi-

lik” mənasında.

1

8

 Burada biz bilik anlayışının daxili məzmun və forma-ma-



                                                 

1

 Aristotel. Metafizika / çevirəni A.Tağıyev, Bakı, Mütərcim, 2008, s. 36.  



2

 Аристотель. Метафизика, с. 66. 

3

 The basic works of Aristotle, ed. by Richard McKeon, New York, The Modern 



Library, 2001, p. 689. 

4

 Дж. Бернал. Наука в истории общества, с. 19. 



5

 С.И.Соболевский. Древнегреческий язык. СПб., «Алетейа», 2000, с. 536. 

6

 Новый словарь иностранных слов, Минск, Современный литератор, 2005, с. 893. 



7

 Платон. Хармид // Диалоги. М., «Мысль», 1986, c.319. 

8

 Yenə orada, s. 320. 



Bilik – Elm – Bilik 

 

 

 

31



hiyyət kimi iki təzahürünün fərqləndirilməsinin şahidi oluruq. Bu ikiləşmə 

əslində  məhz bilik anlayışı üçün mümkündür. Əksər anlayışlar, məsələn, 

“alma” üçün məzmun və mahiyyət üst-üstə düşür. “Kitab”, “film”, “şeir” 

anlayışları kimi “bilik” də spesifik anlayışdır. Çünki onların hər birinin 

mahiyyət-məzmundan əlavə bir daxili məzmunu da vardır. Satıcının kita-

bın  daxili məzmunundan xəbərdar olmasına ehtiyac yoxdur. Kitabın qiy-

məti əsasən onun çapına sərf olunan vəsaitlə, yəni onun poliqrafik keyfiy-

yətinə görə müəyyən edilir. Kitabın daxili məzmunu daha çox, oxucunu 

maraqlandırır. Kitab bir predmet kimi və kitab hansı isə bir məzmunun 

simvolik ifadəsi, açıqlanması kimi. Onu digər cisimlərdən fərqləndirən 

forma və cismani məzmundursa, digər kitablardan fərqləndirən daxili məz-

munudur. “Bilik” anlayışı da məhz bu cür ikiləşir. Düzdür, onun cismani 

mövcudluğu yoxdur, amma onu digər ruhi-intellektual hadisələrdən fərq-

ləndirən zahiri cəhətlər vardır. Yəni bilik xatirə ilə, hisslə, təəssüratla, sev-

gi ilə, hətta həqiqətlə müqayisə oluna bilər. Belə müqayisə zamanı onun 

daxili məzmunu nəzərə alınmır. Bu, tibbə aid bilikdirmi, yoxsa fizikaya və 

ya fəlsəfəyə, – fərqi yoxdur. Platon da məhz bu cəhəti nəzərdə tutur. Bi-

liyin özü ruhi-mənəvi aləmə aid digər hadisələrdən fərqlənir. Hissdən, sev-

gidən fərqli olaraq, bilik anlayışlarla birmənalı ifadə olunur, insanın hissi 

yaşantıları, subyektiv amillər xaricində olub obyektiv, rasional xarakter da-

şıyır. Ancaq məzmun xaricində, mücərrəd bilikdən, – ümumiyyətlə bilik-

dən danışarkən biliyin həqiqiliyi, obyektivliyi, rasionallığı  və s. bu kimi 

ümumi  əlamətlər önə  çəkilir. Başqa rakursda isə söhbət nəyi bilməkdən, 

yəni onun predmetindən, daxili məzmunundan gedir. Bu halda isə bilik an-

layışının özü məlum bir şey kimi götürülür və onun əlamətləri dartışılmır.  

Təsadüfi deyil ki, riyaziyyatçılar riyaziyyatın, fiziklər – fizikanın, ta-

rixçilər – tarixin nə olduğunu izah etməkdə çox vaxt çətinlik çəkirlər. Çün-

ki riyaziyyatçı riyaziyyatın daxili məzmununu bilir, o, riyaziyyat dünyası-

nın içərisindədir və onu kənardan seyr edib, digər yaxın hadisələrlə müqa-

yisə etməkdə aciz qala bilər.  

Con Bernal elmi fəaliyyətin spesifikasını müəyyənləşdirməyin çətin-

liklərindən bəhs edərək yazır ki, elm adamının fərqləndirilməsi elmin nə 

olduğunu müəyyənləşdirməkdən daha rahatdır. Ona görə  də,  ən asan yol 

elmi alimlərin gördüyü iş kimi səciyyələndirməkdir.

1

1

 Bir dəfə məşhur fizik 



                                                 

1

 Дж. Бернал. Наука в истории общества, с. 19. 



Elm haqqında elm 

 

 



 

32

R.Feynmandan soruşurlar ki, “fizika” nədir? O isə “fizika fiziklərin gecə 



yarıdan sonra məşğul olduqları  işdir”, – deyə cavab verir. Feynman belə 

hesab edirdi ki, ayrı-ayrı fiziki problemləri öyrənməklə fizikanın nə oldu-

ğunu təsəvvür etmək mümkün deyil. Fizikanı nə isə bir tam olaraq “duy-

maq” üçün onun digər elmlərlə müqayisədə  və ümumiyyətlə elmlərin də 

digər fəaliyyət sahələri ilə müqayisədə spesifikasını müəyyənləşdirmək 

lazımdır.

1

1

 Əslində bu da vəziyyətdən bir çıxışdır. Görünür, tanınmış fizik 



öz ixtisasının mahiyyətini izah etməkdə çətinlik çəkdiyini büruzə vermək 

istəməmişdir. Ciddi yanaşıldıqda isə, onun cavabı belə olmalı idi: “Bunu 

filosoflardan soruşun”. M. Haydegger də diqqəti məsələnin bu tərəfinə yö-

nəldərək yazır: «Bir fizik məhz fizik olaraq fizika haqqında heç bir açıqla-

ma verə bilməz. Fizikin bütün mülahizələri fizikanın öz predmeti daxilin-

dədir. Fizikanın özü isə  hər hansı bir fizika təcrübəsinin predmeti de-

yildir».

1

2



   

Eləcə də riyaziyyat, biologiya və s. sahələrdə çalışan adamlar bu sa-

hənin mahiyyətini və infrastrukturunu deyil, hansı isə konkret riyazi və ya 

bioloji məsələləri araşdırırlar. Yaxud mühəndis mühəndisliyin, dilçi dilin, 

şair  şeirin nə olduğunu bilməyə  də bilər. Bunları bilmək artıq filosofluq 

məqamıdır.  Əlbəttə,  şair  şeir yazmağın qaydalarını da bilir, şeirin özünü 

yazarkən isə heç bu qaydalara ehtiyacı da olmur. Çünki hər şey bədahətən 

baş verir. Lakin şeirin mahiyyəti bu qaydalarda ifadə olunmur. Ayrıca gö-

türülmüş bir şeirin ideyasını açmaq, izah etmək üçün isə ədəbi tənqid var-

dır. Amma ümumiyyətlə  “şeir” anlayışını izah etmək, onun mahiyyətini 

açmaq üçün öncə  bədii təfəkkürün, obrazın, emosional yaşantının episte-

moloji təhlili verilməlidir. Eləcə də bilik, eləcə də elm.  

C.Hokins diqqəti buna yönəldir ki, kompüter şahmat oynasa da, əs-

lində  şahmatın nə olduğunu bilmir və ya kalkulyator hesab əməliyyatları 

aparsa da, riyaziyyatın nə olması barədə təsəvvürü yoxdur.

1

3



 Əslində bura-

da söhbət dərk olunmuş fəaliyyətdən fərqli olaraq, dərk olunmamış, kortə-

bii icradan gedir. Biz zehni sahədə şüurlu və qeyri-şüuri fəaliyyəti də fərq-

ləndirsək, elmi yaradıcılığın özü iki yarusda nəzərdən keçirilə bilər. Elm 

                                                 

1

 Р.Фейнман, Р.Лейтон, М.Сэндс. Фейнмановские лекции по физике, вып. 1. М., 



«Мир», 1965, с. 21. 

2

 Martin Heydegger. Bilim Üzərinə  İki Ders. Türkcesi: Hakkı Hünler.İstanbul, 



Paradiqma, 1998, s. 38. 

3

 Д. Хокинс, С.Блейксли. Об интеллекте. М., «И.Д.Вильямс», 2007. 



Bilik – Elm – Bilik 

 

 

 

33



sahəsində çalışan, elmi rəhbər tərəfindən təyin edilmiş eksperimentdən 

müəyyən nəticələr alan, amma hansı  nəticənin  əvvəlcədən məlum, han-

sının isə yeni olduğunu bilməyən köməkçi heyətdən fərqli olaraq, tədqiqa-

tın ideya rəhbəri nə axtardığını öncədən bilir və eksperimentləri də buna 

uyğun istiqamətdə qoyur.  

Hissi təcrübədən alınan məlumatların bir ideya ətrafında birləşdiril-

məsi ancaq elmi proqnostika sayəsində mümkün olur. Belə ki, fəlsəfi və ya 

ümumelmi ideya empirik materialdan hasil ola bilməz. O ancaq yüksək zə-

kanın məhsulu ola bilərdi. Bu düşüncə antik dövr üçün səciyyəvi idi. 

M.Haydeggerin qeyd etdiyi kimi, yunanlar üçün həqiqət ilahi mahiyyət 

daşıyırdı.

1

1



  

Lakin orta əsrlərdə elmi düşüncənin yeni paradiqması formalaşmışd-

ır. B.Rassel İbn Sinaya istinadən yazır: «Avisenna yeni bir formul kəşf 

etmişdi; onu sonradan Averroes və Böyük Albert təkrar etmişdilər: «Tə-

fəkkür ümumini ayrıca şeylərdən hasil edir»… Avisenna göstərir ki, gene-

ral, başqa sözlə, universalilər eyni zamanda şeylərə qədər, şeylərdə və şey-

lərdən sonra mövcuddurlar».

1

2

 



 

Müasir elmin təməlində biliklərin dayanması heç kimdə  şübhə do-

ğurmur. Lakin hansı biliklərin? Məsələ burasındadır ki, heç də bütün bilik-

lər elmə xidmət etmir. Çünki insan yalnız obyektiv gerçəkliyi öyrənmir; o, 

həm də öz mənəvi dünyasını və onun vasitəsilə bütövlükdə ruhani dünyanı 

və Allah ideyasını  dərk etməyə çalışır ki, bu sahədəki biliklər elmə yox, 

dinə aiddir. M.Şeler biliyi özlüyündə  dəyər kimi qəbul etməyin və “bilik 

bilik üçündür” prinsipinin əleyhinə çıxaraq, onu ontik-metafizik mənasına 

və  dəyər müstəvisində  fərqinə görə üç növə ayırır.  Əvvəla,  şəxsiyyətin 

yetişməsinə  və tam inkişafına xidmət edən bilikləri – oluşdurucu bilik; 

ikincisi, bu oluşmanın, biliklərlə  zənginləşərək yetkinləşməyin daha yük-

sək mənası, məqsədi olan ilahi biliklər; nəhayət, təbiəti mənimsəmək, dün-

ya üzərində ağalıq etmək üçün olan əməli biliklər və ya pozitiv elmlərə aid 

biliklər.

1

3



 Bu bölgüdən belə çıxır ki, pozitiv elmlərə aid olan ancaq üçüncü 

növ biliklərdir. İnsanın bir insan kimi formalaşmasına xidmət edən biliklər, 

                                                 

1

 М.Хайдеггер. Парменид. СПб., «Владимир Даль», 2009, с. 348. 



2

 Б.Рассел. История западной философии. Том 1, Новосибирск. 1994, с.398. 

3

 М.Шелер. Формы знания и образование // Избранные произведения. Пер. с. нем. 



М., Гнозис, 1994, с. 41-43.   

Elm haqqında elm 

 

 



 

34

habelə insanın bir ruhani varlıq kimi mahiyyətini ifadə edən biliklər elmin 



qaynaqlarına aid edilmir. Əlbəttə, M.Şelerin bölgüsü ilə razılaşmamaq da 

olar. Xüsusilə, dinin biliklər üzərində deyil, inam üzərində qərar tutduğunu 

nəzərə alsaq, ayrıca “xilaskar bilik” termininə  də ehtiyac qalmaz. Lakin 

Şelerin mövqeyi heç də  məhz xristianlıqdan gələn xilaskarlıq missiyasını 

dəbərtmək məqsədi daşımır. O bütün şeylərdə mütləq reallığı ifadə edən 

dəyərləri fərqləndirir və başqa kontekstdə bunu “metafizik biliklər” adlan-

dırır.

1

1



 Əgər nəzərə alsaq ki, bir çox tədqiqatçılar fəlsəfi bilikləri elmi bilik-

lərdən fərqləndirməyin tərəfdarıdırlar, onda Şelerin bölgüsü daha çox həm-

fikir tapa bilər.  

Beləliklə, bilik daha geniş anlayış olduğundan, biz elmin tərkib his-

səsi olaraq məhz elmi biliklərdən bəhs edəcəyik.  

İndi isə “elm” anlayışının özünə qayıdaq. Bilik haqqında dedikləri-

miz hamısı “elmi biliyə” də aiddir. Yəni onun daxili məzmunu ilə yanaşı, 

ümumi əlamətləri də tədqiqat obyektinə çevrilir. Hər bir elm – fənn daxili 

məzmunu  əhatə etsə  də, elmşünaslıqda daha çox dərəcədə “elmi biliyin” 

ümumi səciyyəsi və  sərhəd  şərtləri (demarkasiya) tədqiq olunur. Bundan 

əlavə, elm bir sosial sistem kimi də öyrənilir və bu baxımdan, biliyə nisbə-

tən daha mürəkkəb bir sistemdir.  

Beləliklə, elm sistemi əslində üç fərqli rakursda və ya struktur səviy-

yəsində nəzərdən keçirilir. Elmə biliklər sistemi kimi baxanlar onun daxili 

məzmunundan çıxış edirlər. Bu məzmununun fövqündə “elm” anlayışın-

dan mahiyyət səviyyəsində söhbət gedir. Elmə tərif verilməsi cəhdləri  ən 

çox elmilik meyarları ilə  əlaqələndirilir. Daha doğrusu, söhbət yenə  də 

məhz “elmi bilik”dən gedir, amma bu dəfə konkret məzmundan abstraksi-

ya olunmaqla! Elmin inkişaf qanunauyğunluğundan, elmi nəticələrin həqi-

qiliyi və ya elmiliyindən bəhs edən tədqiqatlar da elmşünaslığa daxil edilir. 

Üçüncü struktur səviyyəsində söhbət elmin ictimai bir hadisə kimi təşkilat-

lanmasında, elm ilə digər ictimai həyat hadisələri arasındakı münasi-

bətlərdən gedir.  

Bu məsələni biz “Bilik və fəaliyyət” bölməsində daha ətraflı şərh et-

mişik. Öncə isə biliyin genezisi və epistemoloji əsaslarını daha ətraflı araş-

dırmaq tələb olunur. 

 

                                                 



1

 Yenə orada, s. 46. 



Bilik – Elm – Bilik 

 

 

 

35



Aristoteldə elm hikmətlə  əlaqələndirildiyindən, fəlsəfə ilə elm ara-

sında elə bir ciddi fərq görünmür.  

Aristotel elm üçün əlamətdar olan ən mühüm cəhəti ön plana çəkir 

ki, bu da ümumilərin öyrənilməsi məsələsidir. Təcrübə təkcələrin mənim-

sənilməsinə aid olduğu halda, ümumilər haqqında bilik elmə aid edilir. El-

min ikinci əsas əlaməti kimi səbəblərin ortaya çıxarılması göstərilir. Kon-

kret cisim və hadisələrdən, hissi obyektlərdən fərqli olaraq, ümumilərin 

dərki üçün duyğu və qavrayış deyil, başqa bir keyfiyyət: səbəblərin və 

əsasların üzə çıxarılması tələb olunur. Elmlər içərisində ilk səbəbləri və ilk 

əsasları öyrənən isə ən yüksək elm – fəlsəfə hesab olunur.

1

1

  



Burada Aristotel təliminin çox mühüm və spesifik bir məqamı orta-

ya çıxır.  İlk baxışda belə görünə bilərdi ki, Aristotel hissi təcrübədən bir 

addım ataraq sənətə keçdiyi kimi, daha bir addım atıb elmə keçəcəkdir. 

Necə ki, marksizm fəlsəfəsində  və Yeni Dövrün bir sıra materialist idrak 

təlimlərində  təkcələrdən ümumiyə  və ümumilərdən  ən ümumilərə, yaxud 

hissi idrakdan mücərrəd təfəkkürə keçiddən bəhs olunur. Yəni induktiv id-

rak metodu əsas götürülür. Amma yox. Aristotel hissi təcrübədən və təkcə-

lərin öyrənilməsindən başlasa da, elmə, elmi idraka bunun davamı kimi ge-

dib çıxmır. O, idrakın sanki yuxarıdan aşağı enən, ən ümumidən ümumil-

ərə və xüsusilərə, ilk səbəbdən səbəblərə, ilk əsasdan əsaslara doğru yönəl-

miş fərqli bir yolunu göstərir. Elmə fəlsəfədən gəlməyə çalışır.  

Marksizmin və bir çox fəlsəfi təlimlərin təsəvvür etdiyi kimi, idraka 

bir inikas prosesi kimi baxılarsa, müasir elmlərin yaranması tarixi də hissi 

təcrübədən sənətkarlığa, praktik biliklərə  və oradan da nəzəri təlimlərə, 

universal elmi prinsiplərə doğru davam edərdi. Lakin elm tarixindən bəl-

lidir ki, əvvəlcə sinkretik düşüncə sistemi kimi fəlsəfə yaranmış və bütün 

digər elmlər rüşeym halında onun tərkibində mövcud olmuşlar. Zaman-za-

man elmlər yetişərək fəlsəfənin bətnindən azad olmuş və nisbi müstəqil su-

rətdə inkişaf etmişlər. Bu proses müasir fənlərin formalaşmasına gətirib çı-

xarmışdır. Hətta induktiv düşüncə və empirik elmi idrak tərəfdarı kimi ta-

nınan Frensis Bekon da hissi təcrübə – empirik bilik – elm – fəlsəfə mode-

lindən çıxış etmir və belə hesab edir ki, təcrübi bilik (experientia) tarixə, 

                                                 

1

 Аристотель. Метафизика, с. 69. 



Elm haqqında elm 

 

 



 

36

elm isə fəlsəfəyə uyğundur.



2

1

 Əslində Bekonun təsnifatında elm ilə fəlsəfə 



tamamilə eyniləşdirilir ki, bu da yolverilməz haldır. Biz bu barədə arqu-

mentlərimizi bir az aşağıda qeyd edəcəyik. Amma indi məhz tarixlə elmin, 

yaxud tarixlə  fəlsəfənin belə  kəskin  şəkildə  fərqləndirilməsinin səbəbləri 

üzərində dayanaq.  

Hissi təcrübə ilə tarixi yaxınlaşdıran odur ki, hər ikisi təkcələri, fərdi 

hadisələri əks etdirir. Amma bunu elm və fəlsəfə haqqında demək olmaz. 

Çünki elmdə ümumilər arasındakı münasibət ifadə olunduğundan, burada 

hər hansı bir zaman-məkan müəyyənliyi olmur. Yəqin bu cəhətə görədir 

ki, bəzi tədqiqatçılar fəlsəfəni “ümumi elm” adlandırırlar.

2

2



 Bu cür yanaş-

mada tarix, elm və fəlsəfənin nisbəti təkcə, ümumi və ən ümuminin nisbəti 

kimi başa düşülür. Halbuki, fəlsəfəni elmdən fərqləndirən yalnız ümumilik 

dərəcəsi olmayıb, həm də düşüncə tərzindəki fərqdir. “Ümumi elmlər” isə 

əslində mahiyyəti üzrə elm anlayışına daxil olub, əhatə dairəsinə görə daha 

ümumi nəzəriyyələr üzərində qurulur. Belə elmlərə daha çox dərəcədə fən-



lərarası elmlər aid edilir ki, onlar da xüsusi elmlərdən daha əhatəli olsalar 

da, hələ fəlsəfi ümumiləşmə səviyyəsinə qalxmırlar. Kibernetika, sinergeti-

ka və s. təlimlər belə ümumnəzəri və əlaqələndirici keyfiyyətə malikdirlər. 

M.Mesaroviçin yazdığı kimi, “ümumi nəzəriyyə o dərəcədə ümumi olmalı-

dır ki, artıq mövcud olan bütün konkret nəzəriyyələri  əhatə edə bilsin”.

2

3



 

Beləliklə, tarix ilə  fəlsəfə arasında, bir tərəfdən, xüsusi və ümümi – fən-

lərarası elmlər, digər tərəfdən də, bədii idrak, poetik təfəkkür dayanır.  

Bu fərqi Aristotel də nəzərə alırdı. Onun məşhur «poeziya fəlsəfəyə 

tarixdən daha yaxındır», daha dəqiqi «poeziya tarixdən daha fəlsəfi və da-

ha ciddidir» fikri

2

4

 poeziyadakı fəlsəfəliyi ifadə etməkdən daha çox, tarix-



dəki «fəlsəfəsizliyi» (anti-fəlsəfi mahiyyəti) ifadə edir. Belə ki, tarix və fəl-

səfə insan təfəkkürünün diametral əks qütblərində qərar tutur və bütün di-

gər düşüncə formaları bu iki qütb arasındakı spektrin müxtəlif məqamla-

rından ibarətdir. 

Hegel də buna yaxın mövqedən çıxış edərək diqqəti tarix ilə fəlsəfə 

                                                 

1

 Ф.Бекон. О достоинстве и приумножении наук // Сочинения. В 2-х томах. Т. 1. 



М., «Мысль», 1971, с. 157.  

2

 Б.М.Кедров. Ленин, наука, социальный прогресс. М., Политиздат, 1982, с. 14. 



3

 М.Месарович.  Основания  общей  теории  систем // Общая  теория  систем.  М., 

«Мир», 1966, с. 18. 

4

 Aristotel.  Poetika (poeziya sənəti haqqında. – tərcüməçi Aslan Aslanovdur). Б., 



«Azərnəşr», 1974, s. 63. 


Yüklə 5,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin