Elm–Texnika–İstehsal
473
fəaliyyət sahələrinin elm qarşısında qoyduğu tələblərdə, ən müxtəlif təbii-
tarixi hadisələrdən qoruna bilmək və bunun üçün isə onların öz qanunauy-
ğunluqlarını öyrənmək zərurətindən ibarət olmuşdur. Nəinki təkcə elmin,
həm də texnikanın müstəqil inkişaf mərhələsi ictimai tərəqqinin qoyduğu
müxtəlif tələblər zəminində həyata keçmişdir. Kompas gəmiçiliyin, dəniz
ticarətinin tələbinə cavab olaraq kəşf edilmişdir. Saat da, yel dəyirmanı da
məhz praktik istifadə məqsədilə yaradılmışdır. Elmi nailiyyətlərin praktik
istifadəsi elmi tərəqqinin elə ilk mərhələsindən başlayaraq mümkün olmuş-
dur və bu istifadə müxtəlif dövrlərdə müxtəlif formalarda həyata keçmiş-
dir. K.Marksın göstərdiyi kimi, «Nildə suyun qalxması və yatması dövrlə-
rini hesablamaq zərurəti Misir astronomiyasını yaratmışdır».
7
1
Deyilənlərdən aydın olur ki, «elmin bilavasitə məhsuldar qüvvəyə
çevrilməsi» adı altında nəzərdə tutulan hadisə elmi-texniki inqilabın ma-
hiyyəti hesab oluna bilməz. Lakin gördüyümüz kimi, bunu yalnız xüsusi
tədqiqat yolu ilə sübut etmək mümkün olur. Halbuki azca yuxarıda elmi-
texniki inqilabın mahiyyətinə dair söylənmiş digər fikirləri nəzərdən keçi-
rərkən, yalnız məsələnin qoyuluşunaca əsaslanaraq, onları qüsurlu hesab
edirdik və heç bir ətraflı təhqiqata ehtiyac qalmırdı. Ona görə ki, həmin tə-
riflərdəki, nöqteyi-nəzərlərdəki qüsurlar metodoloji xarakter daşıyırdı.
7
∗
Lakin elmi-texniki inqilabın mahiyyətinin «elmin bilavasitə məhsuldar
qüvvəyə çevrilməsi» hadisəsi ilə izah edilməsi nəticə etibarilə qüsurlu olsa
da, hər halda mahiyyət «elm-texnika» sistemi çərçivəsində (miqyasında)
axtarılır və bu tədqiqatın ümumi istiqaməti metodoloji baxımdan düzgün
seçilmişdir. Konkret tədqiqat göstərir ki, bu hadisə, doğrudan da, elmi-
texniki tərəqqinin formalaşmasında mühüm rol oynayır. Elmi-texniki
inqilabın mahiyyəti də «elm» və «texnika» sistemləri arasındakı
münasibətlərin sonrakı inkişaf yolunda, «elm-texnika» sistemi miqyasında
baş verən yeni keyfiyyət dəyişmələrində axtarılmalıdır. Lakin nə üçünsə
elm və texnikanın və onlar arasındakı qarşılıqlı münasibətin və nəhayət,
«elm-texnika» sisteminin həyata keçirdikləri makro dəyişmələr hələ
1
K.Marks. Kapital, I cild, Bakı, 1969, s.512.
∗
Məs., elmi-texniki inqilabın mahiyyətinin ayrı-ayrı kəşflərdə, yaxud texniki nailiyyət-
lərdə; və ya hətta tamamilə fərqli sistem olan məhsuldar qüvvələrin inkişafında və s. axta-
rılması… Belə hallarda söylənilən fikirləri təfərrüatı ilə araşdırmaq lazım gəlmirdi, zira təd-
qiqat istiqaməti düzgün seçilmirsə, qabaqcadan əmin olmaq olar ki, nəticə də, çıxarılan
hökm də qüsurlu olacaqdır.
Elm haqqında elm
474
indiyədək tarixi ardıcıllıqla təsnif edilməmişdir, halbuki bu cür tədqiqat işi
aparılmadan elmi-texniki inqilabın mahiyyəti açıla bilməz.
Tədqiqat işlərindəki pərakəndəliyin davam etməsi, onların metodo-
loji baxımdan düzgün olan vahid istiqamətə yönəldilə bilməməsi, çox ehti-
mal ki, hansı istiqamətin düzgün, hansının isə qüsurlu olmasının hələ də
müəyyənləşdirilməməsi nəticəsidir. Düzgün metodoloji mövqedə duran
müəlliflər də öz mövqelərinin nə ilə üstün olduğunu hiss etmir və digər ya-
naşma istiqamətlərinə əslində heç bir ciddi tənqidi münasibət bəsləmirlər.
Məsələn, elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsini «elmi-texniki
inqilabın əsas fərqləndirici xüsusiyyəti kimi göstərməyə çalışan İ.A.Soko-
lov kibernetikanın tətbiqlərinə, istehsalın avtomatlaşdırılması və kom-
pleksli mexanikləşdirilməsinə əsas keyfiyyət dəyişilməsi kimi baxan alim-
lərə etiraz etmək, onların mövqeyinin metodoloji cəhətdən qüsurlu olduğu-
nu göstərmək əvəzinə yazır: «Bütün bu təriflər elmi-texniki çevrilişin çox
mühüm cəhətlərini aşkar edir».
7
1
Bu cür qeyri-müəyyən mövqe tədqiqatçı-
nın öz yanaşma üsuluna olan inamsızlığından doğur. Tədqiqatçı irəli sür-
düyü konkret tezisin yaxşı nəticəyə gətirmədiyini görən kimi, başqa möv-
qelərə müraciət edir, barışdırıcı şərtləşmələrə əl atır. (Ardıcıl olaraq müəy-
yən bir mövqeyi müdafiə etmək, güzəştsiz, qəti bir fikir söyləyə bilmək
üçün əvvəlcə seçilmiş tədqiqat istiqamətinin metodoloji cəhətdən düzgün-
lüyünə əmin olmaq lazımdır).
Tədqiqatçı yalnız o zaman tərəddüd keçirə bilər ki, onun mövqeyi
əsaslı metodoloji prinsiplərə istinad etməsin. Məsələn, Q.N.Volkov elmi-
texniki inqilabın mahiyyətini təkcə avtomatlaşma ilə izah etməyə çalışsa
da, göstərdiyi xüsusiyyətin birtərəfliliyini hiss edərək, daha qeyri-müəyyən
bir mövqe tutmağa məcbur olur: «Lakin elmi-texniki inqilabın mahiyyəti
təkcə bu cəhətlərlə sərhədlənmir. O bütün məhsuldar qüvvələr sistemini
əhatə edir, məhsuldar qüvvələrə isə ilk növbədə işləmək, maddi və mənəvi
sərvətlər yaratmaq qabiliyyəti ilə birlikdə insan daxildir».
7
2
Belə qeyri-mü-
əyyən mövqeyə rus fəlsəfi fikrində tez-tez rast gəlirik.
7
*
Halbuki yuxarıda
1
И.А.Соколов. Научно-технический переворот и революционный процесс //
«Вопросы философии», 1968, № 7.
2
Г.Н.Волков. Социализм, человек и научно-техническая революция, с.71.
*
Məs., «Научно-техническая революция и социализм», с.73; «Человек-Наука-Тех-
ника», с.30; Н.И.Дряхлов. Научно-техническая революция как объект социального
исследования, с.22.
Elm–Texnika–İstehsal
475
dəfələrlə göstərdiyimiz kimi, elmi-texniki inqilab bütövlükdə məhsuldar
qüvvələr sistemini əhatə edə bilməz və həm də, məhsuldar qüvvələr
sistemindəki dəyişilmələr elmi-texniki inqilab kimi qiymətləndirilə bilməz.
Canlı işçi qüvvəsinin mürəkkəb mexaniki qurğularla əvəz edilməsi
istehsal prosesinin nəticəsinə yalnız kəmiyyət dəyişikliyi kimi daxil olur,
tərəqqinin sürətlənməsinə xidmət edir. Bu dəyişilmələr «elm-texnika» sis-
teminin alt sistemlərində və tərkib hissələrində baş verən çox müxtəlif kə-
miyyət və keyfiyyət dəyişilmələri ilə birlikdə elmi-texniki səviyyənin
artan təcillə tərəqqisinə imkan yaradır, həm də bu təcilin hər bir mərhə-
lədəki səviyyə ilə mütənasibliyini mühafizə edir.
Əgər tərəqqi stabil xarakter daşısa idi, başqa sözlə, baxdığımız sis-
temin inkişafı sabit sürətlə baş versə idi, onda tərəqqinin sürətinin dəyiş-
məsinə gətirən xırda tərəflərdəki keyfiyyət dəyişilmələri bütövlükdə elmi-
texniki tərəqqinin özündə təzahür edərdi; avtomatlaşma, kompleksli mexa-
nikləşmə, kibernetika, kosmik tədqiqatlar, energetikanın inkişafı və s. də-
yişilmələr yeni mərhələyə gətirən səbəb kimi, elmi-texniki inqilab kimi
qəbul edilə bilərdi. Lakin tərəqqinin təcilli xarakteri daxili tərəflərin key-
fiyyət dəyişilmələrini zəruri edir. Həm də elmi-texniki tərəqqinin təcilli
xarakteri yeni hal olmayıb, ona hələ ilk formalaşma dövründə də xas
olmuş bir cəhətdir. Nəinki təkcə elmi-texniki tərəqqi, ayrılıqda elm və ay-
rılıqda texnikadakı tərəqqi prosesi də həmişə yalnız təcilli xarakter da-
şımışdır. Lakin bu təcillər bütöv «elm-texnika» sistemi üçün başqa, nisbi
müstəqil elm və texnika üçün isə başqa tərtibdə olur. Məsələ burasındadır
ki, hələ elmin və texnikanın ilkin formalaşma dövründə inkişafın təcilli xa-
rakteri yalnız daxili təkanlar
7
*
hesabına əldə edilirdi. (Elmi-texniki tərəqqi-
yə də bütöv hadisə kimi baxdıqda vəziyyət məhz bu cür xarakter daşıyır.
Lakin elm və texnika arasında qarşılıqlı əlaqənin yaranması və getdikcə
möhkəmlənməsi əvvəlki kimi başa düşülən müstəqil elm və texnika üçün
kənar təsir rolunu oynamış olur. Zira bu sistemlərin hər biri artıq yalnız
daxili təsirlər hesabına deyil, kənar təsir hesabına da təcil alır və deməli,
ikitərtibli təcillə inkişaf edir. Elm və texnikanın inkişafında baş verən bu
cür keyfiyyət dəyişilmələri bütöv «elm-texnika» sisteminin müntəzəm
təcilli inkişafının təmin olunmasına xidmət edir.
*
Elmi öz hərəkəverici qüvvələrini də əhatə edən qeyri-bircins sistem kimi götürdükdə,
onun daxili inkişaf mexanizmi də tamamilə aydınlaşmış olur.
Elm haqqında elm
476
Elmi-texniki tərəqqidəki əsaslı dəyişilmələr təkcə elm və texnikanın
daxili quruluşunu, elementlərini öyrənməklə müəyyənləşdirilə bilməz. Bu
cür tərkib elementlərinin özü elmi-texniki tərəqqini bir ictimai proses kimi
mövcud edən daha geniş tərəflərin qarşılıqlı mövqeyindən, onların münasi-
bətlərində əmələ gəlmiş olan dəyişikliklər və s.-dən asılıdır. Məsələn, elm
və texnikanın inkişaf qanunauyğunluğunun təxminən eksponensial xarak-
ter daşıması cəmiyyət və təbiət tərəflərinin yekun qapalı sistemlər kimi
qarşılıqlı təsirinin nəticəsidir və onu elm və texnikanın tərkib hissələrinin
öyrənilməsi ilə, daxili xüsusiyyətlərin tədqiqi ilə aşkara çıxarmaq olmaz.
«Elm-texnika sisteminin eksponensial qanunauyğunluqla inkişaf etməsi bir
sıra statistik tədqiqatlar vasitəsilə də sübut edilmişdir.
7
1
Elmi-texniki inkişaf qanunauyğunluğunun öyrənilməsi göstərir ki,
elmi və texniki nailiyyətlərin qısa bir dövr ərzində olduqca böyük inkişaf
sürəti əldə etməsindən haya-küyə düşməyə, konkret nailiyyətləri elmi-
texniki çevriliş kimi qiymətləndirməyə əsas yoxdur. Axı, elm və texnika-
nın inkişafında yaranan bu cür intensiv mərhələ əslində müntəzəm inkişa-
fın qanunauyğun davamından başqa bir şey deyil. İntensivlik isə ona görə
artmışdır ki, inkişaf təcilli xarakter daşıyır və təcilin olması sürətin artması
deməkdir. (Əvvəlki kimi başa düşülən nisbi müstəqil elm və texnika tərəf-
ləri üçün isə, yuxarıda göstərdiyimiz kimi, bu təcillər özləri də artır və de-
məli, sürətin artması prosesi də getdikcə intensivləşmiş olur). Beləliklə,
müasir dövrdə intensivliyin bu qədər artması əslində müntəzəm inkişafın
müasir mərhələsi üçün tamamilə qanunauyğundur və heç bir çevriliş, sıç-
rayış, yaxud inqilab məqamını əks etdirmir, bu cür sürətli yüksəliş ictimai
həyatın yalnız başqa sferalarında inqilaba gətirə bilər; hətta bu da həmişə
yox, müəyyən ölçü nöqtəsini keçdikdən sonra.
Məsələ burasındadır ki, inkişaf ictimai həyatın tək bircə «elm-texni-
ka» sferasında həyata keçmir; – bir-biri ilə əlaqədar olan müxtəlif tərəflər
paralel surətdə inkişaf edir və bunlardan birində müəyyən dövr üçün ləngi-
mə (yaxud böhran) baş verirsə, bu vəziyyət bir müddət davam etdikdən
sonra, əlaqəli tərəflərin daxili strukturu elə bir şəkildə deformasiya olunur
ki, böhran keçirmiş tərəfin sıçrayışlı inkişafı üçün imkan və şərait yaran-
mış olur. Sıçrayışda bulunan tərəf, inkişafın ətalətli xarakteri sayəsində,
1
Bax, məs.: М.М.Карпов. Закон ускоренного развития естественных наук // Воп-
росы философии, 1963, № 4, с.106; yaxud Г.А.Влэдуц, В.В. Налимов, Н.И.Стяжкин.
Научная и техническая информация как одна из задач кибернетики.
Elm–Texnika–İstehsal
477
əvvəlcə irəlidə olan tərəflərlə nəinki tarazlaşmış olur, hətta onları ötüb
keçir də. Deməli, müxtəlif tərəflərin inkişaf səviyyələri arasında yalnız di-
namik tarazlıqdan danışmaq mümkündür.
Müasir dövrdə inkişaf intensivliyinin yüksək olması həm insan şüu-
runun, həm ictimai birlik formalarının, həm də süni olaraq dəyişdirilmiş tə-
biət hissələrinin mövcud səviyyəsinə tamamilə müvafiqdir.
Elm və texnikanın hələ təzəcə formalaşdığı ilk mərhələdə isə cəmiy-
yətin ümumi inkişaf səviyyəsi o dərəcədə aşağı idi ki, həmin dövrdə onların
inkişaf sürətinin çox kiçik olmasına baxmayaraq, burada qazanılan tək-tək
nailiyyətlər ictimai tərəqqidə böyük inqilablara da gətirə bilərdi. Bu barədə
F.Engels yazır: «…Sürtmə yolu ilə od əldə edilməsi öz ümumdünya tarixi
xilaskarlıq əhəmiyyətinə görə hələ buxar maşınından üstündür. Axı, sürt-
mə yolu ilə od əldə edilməsi ilk dəfə insanı təbiətin müəyyən bir qüvvəsinə
hakim etmiş və bununla da, insanı heyvan aləmindən qəti olaraq ayırmış-
dır. Buxar maşını heç bir zaman bəşəriyyətin inkişafında bu qədər böyük
sıçrayışa səbəb ola bilməyəcəkdir…».
7
1
Tamamilə buna müvafiq surətdə müasir dövrdə baş verən çoxlu
miqdarda dəyişilmələr nəinki «od əldə edilməsi» ilə, hətta buxar maşınının
kəşfi ilə də müqayisədə daha az çevrilişlər yarada bilər. Əgər «sürtmə yolu
ilə od əldə edilməsi insanı ilk dəfə təbiətin müəyyən bir qüvvəsinə hakim
etmiş və bununla da, insanı heyvan aləmindən qəti surətdə ayırmışdısa»
da, cəmiyyət tarixinin başlanğıcını qoymuşdusa və əgər buxar maşınının
kəşfi, bunun nəticəsində isə böyük enerji məsrəfi ilə işləyən işçi maşın-
lardan istifadə olunması cəmiyyət tarixində bir istehsal üsulundan digərinə
keçidə səbəb olmuşdusa, müasir dövrdə əldə edilmiş elmi və texniki nailiy-
yətlərdən heç biri, nə avtomatlaşma, nə kibernetika, nə atom və nüvə ener-
getizmi, nə bionika, nə «kosmizasiya», nə maşınla maşın istehsalı, nə la-
zer, nə molekulyar biologiya, nə də nisbilik nəzəriyyəsi və kvant mexani-
kası bunlarla müqayisə oluna biləcək çevrilişlər yaratmamışdır.
Müasir dövrdə baş verən böyük ictimai çevriliş, kapitalizmdən so-
sializmə keçid isə belə konkret nailiyyətlərlə yox, tamamilə yenikeyfiyyətli
bir hadisə ilə – cəmiyyətin özünü dərk etməsi prosesi ilə bağlıdır və elmi-
texniki tərəqqi bu prosesə təkan verən amillərdən yalnız biridir.
1
F.Engels. Anti-Dürinq, Bakı, Azərnəşr, 1968, s.93.
Elm haqqında elm
478
Belə bir dialektik prinsip nəzərə alınsa idi ki, genişəhatəli tərəflərdə
kəmiyyət dəyişilmələri təşkiledici tərəflərin həm kəmiyyət, həm də keyfiy-
yət dəyişilmələri hesabına həyata keçir, onda elm, texnika və istehsalda,
hətta onların da yalnız bəzi sahələrində baş verən keyfiyyət dəyişilmələri
(belə məhdud dəyişilmələr konkret nailiyyətlər hesabına da yarana bilər)
heç də yekun sistemə şamil edilməzdi. Həm də elmi-texniki tərəqqi daha
ümumi əhatəyə malik olan ictimai tərəqqinin (cəmiyyətin istiqamətli, yük-
sələnxətli inkişafı) təzahür etdiyi tərəflərdən, formalardan yalnız biridir»
və onun öyrənilməsi də digər müvafiq tərəflərlə əlaqəli şəkildə olmalıdır.
Elmi-fəlsəfi ədəbiyyatda elmi-texniki tərəqqinin məzmunu, daxili
strukturu az tədqiq olunduğu kimi, o, tamın bir hissəsi kimi də nəzərdən
keçirilmir. Düzdür, elmi-texniki tərəqqinin sosial nəticələrindən danışılır
lakin burada o növ subyekt kimi götürülür, daha geniş sistemdə onun tut-
duğu yer isə yenə də qaranlıq qalır.
Biz bu problemin astanasına çataraq onu yalnız qeyd etməklə kifa-
yətlənirik, çünki elmi-texniki tərəqqinin ictimai tərəqqidə yeri, onun sivili-
zasiya ilə, mədəniyyətlə əlaqəsi çox geniş sahədir və xüsusi tədqiqat
obyekti olmağa layiqdir.
Mühüm şərtlərdən biri də, elmi-texniki tərəqqinin daha ümumi
hadisənin xüsusi halı kimi nəzərdən keçirilməsidir. Lakin çox təəssüf ki,
indiyə qədər elmi-texniki tərəqqinin tipoloji analizi verilməmiş, onunla ey-
ni qəbildən olan hadisələr aşkara çıxarılmamış və deməli, onun uyğun
gəldiyi ümumi də müəyyənləşdirilməmişdir. Bizcə, əsil mahiyyətin indiyə-
dək kölgədə qalmasının səbəblərindən biri də məhz budur.
Lakin əgər elmi-texniki tərəqqi elm və texnikanın məcmu tərəqqisi
kimi başa düşülərsə, bu, vahid unikal hadisə olur və bu zaman, doğrudan
da tipoloji analizə ehtiyac qalmır. Bizim təklif etdiyimiz konsepsiya halın-
da isə elmi-texniki tərəqqi elmin texnikaya tətbiqinə xidmət edən sistemin
inkişafını əks etdirmir və onun mənşəyinin tədqiqi göstərir ki, bu hadisə
ümumiyyətlə biliklərin əməli fəaliyyətdə istifadə olunması ilə bağlıdır və
deməli, insanın bütün məqsədəuyğun fəaliyyət sahələrini əhatə edən bu
prosesin xüsusi halıdır. Tarixən ilkin olan bu daha geniş miqyaslı hadisə
getdikcə iki istiqamətdə xüsusiləşir. Birincisi, biliklərin elmiləşməsi, xüsu-
si elmlərin formalaşması ilə əlaqədar olaraq məhz elmi biliklərin tətbiqi
hər cür koqnitiv biliklərin tətbiqinə nəzərən özünəməxsusluq təşkil edir.
İkincisi, elm özü getdikcə böyük miqyas alır və onun məqsədəuyğun fəa-
Elm–Texnika–İstehsal
479
liyyətə tətbiqi heç də yalnız texnikada maddiləşməklə məhdudlaşmır. Xü-
susilə ictimai elmlərin tətbiqi, bir qayda olaraq, texnika vasitəsilə deyil,
başqa yollarla həyata keçir. İstehsal yalnız texnikanı təkmilləşdirmək sayə-
sində inkişaf edə bilməz. Bunun üçün ictimai istehsalın strukturu da tək-
milləşdirilməlidir. Bu sahədə əməyin elmi təşkili, idarəetmə nəzəriyyəsi,
elmi planlaşdırma, elmi proqnozlaşdırma, sosial-iqtisadi ekspertiza və
s.dən istifadə olunmalıdır. Digər tərəfdən, istehsal prosesində başlıca məh-
suldar qüvvə – insandır. Deməli, insanın özünün təkmilləşdirilməsi üçün
də elmin nailiyyətlərindən istifadə edilməlidir. Onun fiziki sağlamlığının
təmin edilməsi, dar ixtisaslaşmanın mənfi təsirlərindən mühafizə olunması,
peşə xəstəliklərinə qarşı mübarizə və s. üçün erqonomika və təbabət elmi-
nin tətbiqi zəruridir. İnsanın mənəvi kamilliyinin (zira istehsalın avtomat-
laşması şəraitində intizam, məsuliyyət hissi, əməyə şüurlu münasibət və s.
ön plana keçir), estetik zövqünün (müasir dövrdə həm istehsal şəraitinin
estetik prinsiplər əsasında təşkilinə, həm də istehsal məhsullarının estetik
zövqü oxşamasına böyük diqqət verilir – dizayn və s.) inkişaf etdirilməsin-
də də ictimai elmlərin böyük rolu vardır. Deməli, elmin istehsal sahəsinə
tətbiqi texnika ilə məhdudlaşmır. Lakin nəyə görə təkcə maddi istehsal sa-
həsinə? Müasir dövrdə elm həm də digər fəaliyyət sahələrinə, məsələn,
təhsil sisteminə (pedaqogika nəzəriyyəsi, psixologiya və s.), cəmiyyətin el-
mi surətdə idarə olunmasına (sosiologiya və s.), məişət sahəsinə (asudə
vaxtın elmi təşkili, mikrososiologiya, sosial psixologiya və s.) səhiyyəyə,
idmana və s. tətbiq olunur və bütün bunlar elmin praktikaya tətbiqi adı al-
tında ümumiləşdirilərsə və bu tətbiqin ümumi meylləri, qanunauyğunluqla-
rı, səciyyəsi aşkar edilərsə – onda daha geniş miqyaslı bir hadisədən – el-
mi-praktik tərəqqidən danışmaq mümkündür ki, elmi-texniki tərəqqi onun
yalnız bir qolunu, aspektini təşkil edir.
İndi isə, elmi-texniki tərəqqinin mənşəyi, mahiyyəti və məzmununa
dair fikirlərimizi ümumi şəkildə də olsa şərh etdikdən sonra, bir daha «el-
mi-texniki inqilab» anlayışına qayıdaq. Bu anlayışla əlaqədar qarşıya çıxan
əsas suallardan biri bundan ibarət idi ki, elm və texnikanın inkişaf prose-
sindəki hər hansı keyfiyyət dəyişikliyi elmi-texniki inqilab kimimi başa
düşülməlidir? Problemə daha konkret yanaşdıqda bu sual öz növbəsində
iki suala haçalanır. Baxılan sahədəki hər hansı keyfiyyət dəyişikliyi inqilab
kimimi başa düşülməlidir? “Sıçrayış” və “inqilab” anlayışları fərqləndiril-
məli deyilmi? «İnqilab» kateqoriyası xüsusi elm sahələrinin və ya hətta
Elm haqqında elm
480
ümumiyyətlə elmin, texnikanın keçirdiyi keyfiyyət dəyişmələrinə şamil
edilməlidirmi? Yaxud başqa bir sual: Elmi-texniki fəaliyyət sahəsinin ənə-
nəvi anlayışından imtina edərək onu bu kitabda irəli sürülən konsepsiyaya
müvafiq şəkildə, yəni elmi biliklərdən əməli biliklərə keçidi təmin edən
xüsusi fəaliyyət sahəsi kimi başa düşdükdə elm və ya texnika sahəsindəki
keyfiyyət dəyişiklikləri elmi-texniki fəaliyyət sahəsinə nə dərəcədə şamil
edilə bilər?
Əvvəla «inqilab» anlayışının özü haqqında. Belə qəbul olunmuşdur
ki, «inqilab» anlayışı yalnız sosial hadisələrdəki çevrilişlərə aid edilə bilər.
Burada K.Marksın belə bir fikrini yada salmaq yerinə düşər ki, “sosial
inqilablar heç də bütün hallarda siyasi inqilab şəklində olmur”.
7
1
Elmi-texniki tərəqqidə də inqilabi çevrilişdən yalnız onun sosial ha-
disə olması sayəsində danışmaq mümkündür. Bu halda elmi-texniki inqilab
elmi-texniki fəaliyyət sisteminin qnoseoloji və texnoloji en kəsiyində de-
yil, yalnız sosial en kəsiyindəki keyfiyyət çevrilişini əks etdirməlidir.
Analoji olaraq, gərək elmi inqilablar da, adətən qəbul edildiyi mənada
(məsələn, Kun konsepsiyasında olduğu kimi, paradiqmaların əvəzlənməsi
mənasında, Lakatosun konsepsiyasında tədqiqat proqramlarının, Xoltonun
konsepsiyasında temaların dəyişilməsi mənasında, yaxud dünyanın elmi
mənzərəsinin dəyişilməsi mənasında və s.) yox, elmin sosial en kəsiyin-
dəki çevriliş mənasında işlədilsin.
Lakin istər elmi, istər texnoloji, istərsə də elmi-texniki inqilab anla-
yışları daha çox dərəcədə hadisənin daxili məzmun (məsələn, elm üçün da-
xili məzmuna – elmi yaradıcılıq axtarışları, elmi bilik sistemləri və s. aid-
dir, elmin sosial təşkili üçün zəruri olan ünsürlər: laboratoriya, institut, ma-
liyyə sistemi və s. – xarici məzmuna daxil olur) tərəfindəki çevrilişlərlə
bağlı olduğundan «inqilab» anlayışının ənənəvi mənasına yenidən nəzər
salmaq zərurəti ortaya çıxır.
Biz bu məsələni ətraflı təhlil etməyərək diqqəti belə bir cəhətə
yönəltmək istəyirik ki, inqilab haqqında nəzəriyyənin nüvəsini təşkil edən
«sosial inqilablar» nəzəriyyəsində bu hadisənin hər cür keyfiyyət
dəyişməsinə, sıçrayışa nəzərən spesifikası müəyyən edilmişdir və bizim
fikrimizcə, burada ən spesifik cəhət çevrilişin müxtəlif struktur səviyyələri
arasındakı ziddiyyətin həlli sayəsində həyata keçməsidir.
1
К.Маркс и Ф.Энгельс. Сочинения, т.4, с. 185.
Elm–Texnika–İstehsal
481
Cəmiyyətdə məhsuldar qüvvələrlə istehsal münasibətləri, habelə ba-
zis və üstqurumun münasibəti (bu münasibətlər bəzən səhv olaraq məzmun
və forma münasibəti kimi qələmə verilir) müxtəlif struktur səviyyələri və
ya müxtəlif en kəsikləri arasında, daxili və xarici məzmun arasında müna-
sibət kimi götürülə bilər ki, bu tərəflər arasında ziddiyyət olduqda böhran
– inqilabi şərait yaranır. Və ilk baxışda nə qədər paradoksal görünsə də, in-
qilab üstqurumdan – xarici məzmundan başlanır və daxili məzmunun
inkişafı üçün meydan açır.
Elmi, texniki və elmi-texniki tərəqqi hadisələrində də inqilabdan
yalnız o vaxt danışmaq mümkündür ki, burada çevriliş bir en kəsiyi daxi-
lində yox, müxtəlif en kəsikləri arasındakı ziddiyyətin həlli hesabına baş
versin. Tədqiq etdiyimiz hadisə halında inqilabi keyfiyyət dəyişikliyinin
olub-olmadığını (!) müəyyənləşdirmək üçün hadisənin daxili (koqnitiv və
texnoloji) məzmunu ilə sosial məzmunu arasındakı əlaqənin inkişaf yolunu
izləmək, daxili keyfiyyət dəyişilmələrini sosial en kəsiyindəki də-
yişikliklərlə və xarici təsirlərlə (makromühitlə) vəhdətdə nəzərdən keçir-
mək zəruridir. Yalnız bu zaman hansı dəyişikliklərin (mikrostrukturdakı
keyfiyyət dəyişiklikləri – sıçrayışlar da daxil olmaqla) hadisənin müntə-
zəm inkişafını təmin etdiyini, hansıların isə sosial sferaya çıxmaqla əks
əlaqə yaratdığını və bununla da inqilabi rol oynadığını müəyyənləşdirmək
mümkün olar.
Elmi-texniki inqilab hadisəsinin bizim tərəfimizdən təklif olunan
mövqedən təfərrüatı ilə tədqiq olunması əsas mövzudan kənara çıxdığına
görə, biz burada problemin qoyuluşu ilə kifayətlənirik.
Elm haqqında elm
482
Elm və texnikanın
nisbi müstəqillik şərtləri və əlaqə formaları
Elm, texnika və istehsalın qarşılıqlı əlaqə və vəhdətindən danışarkən
qarşıya çıxan birinci sual bunlardan hansının həlledici, aparıcı rol oynama-
sıdır. Əgər bu tərəflərin qarşılıqlı əlaqəsini tarixi ardıcıllıqla izləmiş olsaq,
görərik ki, insanların maddi həyatı, maddi ehtiyacları əmək alətlərinin, ilk
texniki vasitələrin düzəldilməsin və istifadə olunmasını zəruri etmiş və bu
vasitələrin təkmilləşdirilməsi obyektiv gerçəkliyin öyrənilməsi sayəsində
mümkün olmuşdur. İdrak prosesi, yeni biliklərin əldə olunması insanların
maddi fəaliyyətinin məhsulu olsa da, getdikcə daha çox dərəcədə bu maddi
fəaliyyətə nüfuz etmiş, onun daha məqsədyönlü və daha səmərəli olmasına
imkan yaratmışdır. Beləliklə, hələ elmin bir sistem kimi formalaşmasından
çox-çox əvvəl texniki tərəqqi gerçəkliyin öyrənilməsi ilə qarşılıqlı əlaqədə
olmuş və nisbi müstəqil elm sahələrinin meydana gəlməsinə böyük təkan
vermişdir. Deməli, texniki tərəqqi elmdən əvvəl də mövcud olmuşdur.
Müasir dövrdə isə texniki tərəqqi, bir tərəfdən, nisbi müstəqil şəkil-
də davam edir, digər tərəfdən də elmin ən yeni nailiyyətləri əsasında yeni
vüsət alır. Ona görə də müasir dövrdə texnikanın və texniki tərəqqinin təd-
qiqi iqtisadi inkişafın əsas amili olan elmi-texniki tərəqqinin sürətləndiril-
məsi, bu hadisənin daxili strukturunun öyrənilməsi və nəzəri cəhətdən
əsaslandırılması üçün mühüm rol oynayır. Elmi-texniki inqilab şəraitində
texniki tərəqqi əsasən elmin təsiri ilə həyata keçsə də, öz nisbi müstəqilli-
yini itirməmişdir və onun ayrılıqda nəzərdən keçirilməsi tamamilə müm-
kündür. Şübhəsiz ki, bu halda texniki tərəqqinin elmi-texniki tərəqqi ilə
paralel olaraq, nisbi müstəqil surətdə davam etməsinin mümkün şərtləri
müəyyən edilməlidir.
Müasir dövrdə respublikamızda elmi-texniki tərəqqi və nisbi müstə-
qil texniki tərəqqi hadisələrinin nisbətinin kəmiyyətcə qiymətləndirə bil-
Elm–Texnika–İstehsal
483
mək üçün faktiki materiala müraciət etsək görərik ki, elmin iqtisadi səmə-
rəsi ixtiraçı və səmərələşdiricilərin fəaliyyətindən qat-qat çoxdur. Təbii
olaraq sual ortaya çıxır ki, belə böyük fərq müqabilindəki bərabərlik nəyin
hesabınadır?
EA-nın irəli sürdüyü elmi ideyaların istehsalata tətbiqi elmi-texniki
fəaliyyət sayəsində mümkün olduğu halda, ixtiraçı və səmərələşdiricilərin
təklifləri yeni elmi ideyalar əsasında olmayıb praktik biliyə əsaslanır və
nisbi müstəqil texniki tərəqqi hadisəsinə uyğundur. Müasir dövrdə texnika-
da köklü yeniliklər yalnız yeni elmi kəşflərin tətbiqi sayəsində mümkün ol-
duğundan məlum elmi prinsiplər əsasında düzəldilmiş texniki qurğuları
onların bilavasitə istifadə edilməsi prosesində, praktik səmərə və əməli təc-
rübə mövqeyindən ancaq təkmilləşdirmək mümkündür.
Texniki qurğuların təkmilləşdirilməsinə, daha əlverişli və məqsədə-
uyğun şəkildə yenidən qurulmasına xidmət edən texniki ixtiralar, əlbəttə,
sayca çox olsa da, böyük iqtisadi səmərə verə bilməz. Başqa sözlə, belə
təkliflər köklü dəyişikliyə səbəb olmadığından, müəyyən miqdar iqtisadi
səmərə əldə etmək üçün onların sayı da çox olmalıdır.
Elmi-texniki tərəqqinin isə xarakteri başqadır. Burada, bir tərəfdən
istehsalın bütövlükdə yeni prinsiplər əsasında qurulmasına imkan verən el-
mi-texniki təkliflər tətbiq olunur; ikincisi, bu təkliflər lokal xarakter daşı-
mır, texniki qurğunun heç də yalnız müəyyən bir hissəsinin, cəhətinin də-
yişdirilməsinə həsr olunmayıb, sistemli xarakterə malikdir. Başqa sözlə,
yeniləşdirmə istehsal prosesinin bir mərhələsini deyil, bir neçə mərhələsini
və ya bütövlükdə istehsal prosesini əhatə etməklə yalnız keyfiyyətcə yeni-
lik olmayıb, miqyas genişliyi ilə də fərqlənir. Üçüncüsü, bu cür yeniliklər
konkret bir istehsal müəssisəsi daxilində, həmin müəssisənin spesifikasını
nəzərə alan və yalnız həmin müəssisədə tətbiq olunan ixtiralardan fərqli
olaraq universal tətbiq imkanlarına malikdir və eyni tipli bütün müəssisə-
lərdə tətbiq olunduğundan verdiyi iqtisadi səmərə də böyük olur.
Texniki səmərələşdirici təkliflər prinsipcə kütləvi xarakter daşıya
bilər. Texnikanın yeni elmi kəşflər əsasında dəyişdirilməsi isə xüsusi elmi-
texniki axtarışlar tələb etdiyinə görə, bütöv institutlarla vasitələnir və kom-
pleks tədqiqatlar sayəsində həyata keçir. Bu sahədə yenilik əldə edilməsi
çətindir və kütləvi xarakter daşıya bilməz. Lakin xüsusi xarakterli bu cür
yeniliklər fundamentallığı ilə seçilir və onların istehsalata tətbiqi bütün öl-
kə miqyasında nəzərdə tutulur. Deməli, bu halda ixtiralar sayca məhdud
Elm haqqında elm
484
olsa da tətbiq kütləvi miqyas alır. İqtisadi səmərələrin bərabərliyi də elə
bununla izah olan bilər.
Mövcud vəziyyətin təhlilindən çıxış edərək nə kimi tövsiyələr
vermək olar?
Əvvəla, nisbi müstəqil texniki tərəqqi prosesini daha da sürətləndir-
mək, ayrı-ayrı müəssisələrdəki səmərələşdirici təkliflərin məqsədəuyğun-
luğunun qiymətləndirmək üçün yüksək iqtisadi operativ qrup fəaliyyət
göstərməlidir. Müəssisə rəhbərliyi həmin qrupla məsləhətləşdikdən sonra
heç bir başqa inzibati mərhələyə müraciət etmədən verilən təklifi praktik
olaraq yoxlamaq və bu təklif özünü doğruldursa onu bütün müəssisə miq-
yasında kütləvi surətdə tətbiq etmək hüququna malik olmalıdır. Texniki
yenidənqurmanın daxili qüvvələr hesabına (təkcə daxili fiziki qüvvə yox,
həm də daxili intellektual qüvvə, müəssisə işçilərinin mənəvi-intellektual
potensialından istifadə edilməsi və bununla həm də bu potensialın inkişaf
etdirilməsi) həyata keçirilməsi müəssisədaxili şərait və təfərrüatları nəzərə
almağa imkan verməklə yanaşı, operativliyi artırır, çoxpilləli rəhbərliyin,
mərkəzləşmənin çox vaxt bürokratizm şəklində təzahür edən mənfi təsir-
lərini aradan qaldırır, texniki tərəqqinin intensivliyini yüksəldir. Bu baxım-
dan, bazar iqtisadiyyatı müəssisələrin müstəqilliyini artırmaqla texniki
tərəqqi sahəsində də azad rəqabətə imkan açır.
İkincisi, bir sıra hallarda ayrı-ayrı müəssisələrdə irəli sürülən və tət-
biq olunan texniki yeniliklər yalnız yerli əhəmiyyətə malik olmayıb, həmin
tipli başqa müəssisələrdə də tətbiq oluna bilər. Ona görə də müəssisələr-
arası texniki informasiya və təcrübə mübadiləsinə ehtiyac vardır. Bir sıra
hallarda belə əlaqə elmi-texniki cəmiyyətlər tərəfindən təmin olunur.
Elmi-texniki tərəqqinin nisbi müstəqil texniki tərəqqi ilə eyni tərtib-
də səmərə verməsi onun böyük imkanlarından çox az istifadə olunduğunu
göstərir.
Təkcə elmi tədqiqatlar müasir dövrdə iqtisadiyyatda qarşıya çıxan
elmi-texniki ehtiyacları ödəmək üçün çox azdır. Qarşıda duran problemin
əhatə dairəsi akademik tədqiqatların imkanlarından kənara çıxır. Müasir
dövrdə elm o dərəcədə zəngin və hərtərəflidir ki, onu bütövlükdə əhatə et-
mək bir ölkə üçün, hətta böyük bir ölkə üçün də çətindir. Buna görə də el-
mi tədqiqatların konkret proqramlar üzrə həyata keçirilməsi, başqa sahələr-
də isə dünya elminin hazır nailiyyətlərinin öyrənilməsi, qlobal miqyasda
elmi əməkdaşlıq mühüm şərtlərdir.
Elm–Texnika–İstehsal
485
İkincisi, elmə müəyyən zəruri ətalət, konservatizm xas olduğundan
istənilən anda tədqiqatları lazımi istiqamətə yönəltmək mümkün deyil. Bir
tədqiqatın yarımçıq kəsilməsi və tezcə başqa, daha aktual görünən aspektə
keçilməsi kimi başa düşülən «operativlik» külli miqdarda dövlət əmlakının
hədər itməsinə səbəb ola bilər.
Respublika iqtisadiyyatına yeni elmi-texniki nailiyyətlərin tətbiqi
işində təkcə Akademiya institutlarının elmi nailiyyətlərinə deyil, müxtəlif
nazirliklər və istehsalat müəssisələri nəzdində olan (və ya olmalı olan – el-
mi-texniki inqilab tələb edir ki, bir tərəfdən, elmi tədqiqat müəssisələri
nəzdində istehsalat müəssisələri olsun, digər tərəfdən də istehsalat müəssi-
sələri nəzdində ixtisaslaşmış elmi tədqiqat laboratoriyaları və ya hətta ins-
titutları fəaliyyət göstərsin) tədqiqat institutlarının və s. birgə nailiyyətləri-
nə, habelə bütün planet miqyasında elmi yeniliklərə, xarici ölkələrdəki el-
mi tədqiqatların da nəticələrinə istinad edilməlidir. Bunun üçün isə ilk növ-
bədə yerli təsərrüfatın əsas sahələri üçün müəyyən maraq kəsb edən, bu sa-
hədə tətbiqi əhəmiyyətə malik olan elmi nəticələri toplamaq və seçmək tə-
ləb olunur. İkincisi, bu cür elmi tədqiqat işlərinin, alınmış elmi nəticələrin
yerli müəssisələrin konkret tələblərinə uyğun olaraq tətbiq edilməsi sahə-
sində elmi-texniki axtarışlar aparılmalıdır. Və nəhayət, alınmış elmi-texni-
ki nəticələr ilk mühəndis-konstruktor işlərindən sonra müəssisələrin birin-
də və ya sınaq bazarlarında təcrübədən keçirilməli və sonra kütləvi
istehsala, müəyyən profili və xüsusiyyəti bütün istehsal müəssisələrinə tət-
biq olunmalıdır. Bu məqsədlə əvvəlcə həmin texniki avadanlığın özünün
kütləvi, seriyalı buraxılışına nail olmaq və bu sahədə artıq tamamilə yeni,
özünəməxsus elmi-texniki və mühəndis-konstruktor işi, xüsusi istehsal sa-
həsi yaratmaq lazım gəlir.
Müasir dövrdə elmi-texniki tərəqqinin sürətləndirilməsi və iqtisadiy-
yatda intensiv inkişaf yoluna keçid tələbinin ödənilməsi üçün elmi və elmi-
texniki tədqiqat sahələri arasındakı keyfiyyət fərqini nəzərə almaq və bu
sahədəki işin təşkilini Elmlər Akademiyasından tələb etmək yox, bu məq-
sədlə xüsusi Elmi-texniki Mərkəz yaratmaq mühüm şərtdir.
Belə bir Mərkəz fundamental elmi tədqiqatlardan fərqli olaraq
aşağıdakı funksiyaları icra etməlidir:
1. Ölkənin iqtisadiyyatının qoyduğu konkret texniki tələblərin öy-
rənilməsi. Bunun üçün yerlərdə mühəndis-texniki işçilərin və fəhlələrin
rəyləri, təklifləri, şikayətləri, çətinlikləri və s. nəzərə alınmalı və bununla
Elm haqqında elm
486
yanaşı, Mərkəzin özünün təşkil etdiyi mütəxəssislərdən ibarət qruplar tərə-
findən yoxlamalar aparılmalıdır. Onların köməkliyi ilə yerlərdə texniki tə-
ləbatın düzgün müəyyənləşdirilməsi və Mərkəzə çatdırılması təmin edilir,
yerlərdən alınan informasiya əsasında yoxlamalar aparılır, ən mühüm və
zəruri texniki ehtiyaclar qeyd edilir və tədqiqat istiqamətləri planlaşdırılar-
kən bu, nəzərə alınır. Bu cür texniki ehtiyaclar iki qrupa ayrıla bilər.
a) Mövcud texniki biliklərin səmərəli tətbiqi, texniki tərəqqinin öz
sərhədləri daxilində aparılan axtarışlar nəticəsində ödənilə bilən ehtiyaclar.
Bu məqsədlə mühəndis-konstruktor bürolarına, ixtiraçı və səmərələşdirici-
lər cəmiyyətinə və s. müraciət edilməlidir.
b) Praktik biliyin sərhədlərindən kənara çıxan, yalnız ən yeni elmi
nailiyyətlərin tətbiqi sayəsində ödənilə bilən texniki ehtiyaclar. Bu halda
Elmi-texniki Mərkəz həmin texniki tələbatın spesifikasına uyğun olaraq
ümumdünya miqyasında əldə olunmuş elmi nailiyyətləri nəzərdən keçirir
və problemin həllinə imkan verən elmi nəticələrin tətbiq yollarını axtarır.
Əgər elmin özündə həmin istiqamət hələ zəif işlənmişdirsə, Elmi-texniki
Mərkəz fundamental elmi tədqiqat aparan müvafiq elmi müəssisələrə sifa-
rişlər verir. yəni elmin inkişafı da texniki tələbata uyğun olaraq istiqamət-
ləndirilir.
2. Deməli, yerli iqtisadiyyatın texniki tələblərinin əsas istiqamətləri
müəyyənləşdirildikdən sonra, ilk növbədə məhz həmin istiqamətlərə dair
elmi və elmi-texniki informasiyaların toplanması lazım gəlir və bu sahədə
İnformasiya Mərkəzinin (deməli, həm də belə bir mərkəz yaradılmalıdır)
işi Elmi-texniki Mərkəzin işi ilə əlaqələndirilməlidir. Digər tərəfdən də,
nəyi isə qabaqcadan lazımsız kimi qiymətləndirmək, hansı isə yenilikdən
könüllü surətdə imtina etməmək üçün, yerli texniki tələblərlə ilk baxışda
əlaqəsi görünməyən, lakin özlüyündə maraqlı olan elmi və elmi-texniki ye-
niliklərin də toplanması zəruridir. Onlardan necə, hansı məqsədlərlə, nə ki-
mi əlavə dəyişikliklərlə və s. istifadə etməyin mümkünlüyü isə sonradan
müəyyənləşdirilir. Deməli, burada əks hadisə baş verir; texniki tələbat elm
qarşısında problem qoymur, əksinə, elm öz yeni imkanlarını nəzərdən ke-
çirməyi texnikaya təklif edir, onun qarşısında alternativ qoyur, meydan
açır.
3. Digər ölkələrin müəssisələrində artıq tətbiq olunan və ya tətbiqi
planlaşdırılan elmi-texniki təkliflərin, ixtiraların yerli tələblər baxımından
saf-çürük edilməsi və onların ən vaciblərinin operativ şəkildə təcrübə ba-
Elm–Texnika–İstehsal
487
zarlarında yoxlanması, istehsal üçün təklif olunması. Texnikanın çox
yüksək inkişaf sürəti ilə dəyişdiyi müasir dövrdə elmi-texniki təkliflərin
köhnəlməsinə yol verməmək üçün Mərkəz müəyyən səlahiyyətə, İqtisadiy-
yat Nazirliyi ilə koordinasiya şəraitində işləsə də, müəyyən nisbi müs-
təqilliyə, operativ dəyişikliklər hüququna malik olmalıdır.
4. Xarici ölkələrdəki elmi tədqiqatlarda bilavasitə tətbiqi əhəmiyyəti
olan nəticələr mətbuatda açıq şəkildə şərh olunmadığından, ixtira və
kəşflər patentləşdirildiyindən xarici elmi informasiyanın tədqiqinə bir az
da uzaqdan başlamaq, elmi ideyaların, fundamental elmi-nəzəri nəticələrin
mümkün tətbiq variantlarını araşdırmaq, bu sahədə xüsusi elmi-texniki təd-
qiqat işi aparmaq və buraya Elmi Mərkəzdən də mütəxəssislər dəvət etmək
lazım gəlir. Deməli, Elmi-texniki mərkəz bütün dünya elminin yeni nəticə-
lərini elmi-texniki baxımdan nəzərdən keçirməli və perspektivli sahələrdə
xüsusi tədqiqat aparmalıdır. Bu cəhət Elmi-texniki Mərkəzin elm ilə, elmi
müəssisələr və ilk növbədə Elmlər Akademiyası ilə sıx əlaqə saxlamalı
olduğunu göstərir.
Göründüyü kimi, Elmi-texniki mərkəz tətbiqi elmlər sahəsindəki
fəaliyyətdən başlamış elmi-texniki, mühəndis-konstruktor, mühəndis-tex-
niki iş pillələrini də əhatə etməklə təcrübə-istehsal sahəsində, yeni texni-
kanın özünün istehsal olunması üçün zəruri şərtlərin ödənilməsi və s. bu
kimi praktik işlərə qədər geniş bir sahəni əhatə etməlidir. Hal-hazırda bü-
tün bu aralıq mərhələlərdə iş aparılır, lakin bu işlər vahid bir sistemdə əha-
tə olunmur; hər bir mərhələnin daxil olduğu xüsusi şəbəkə, idarə, müəs-
sisə, rəhbərlik vardır və buna görə də, ideyadan istehsalata gedən bu yolun
müxtəlif pillələri arasında ziddiyyət ortaya çıxmaya bilməz.
Maraqlıdır ki, praktik sahədə ən çox nisbi müstəqil texniki tərəq-
qinin sürətləndirilməsi üçün yollar axtarıldığı halda elmi-texniki tərəqqinin
(sözün dar mənasında) sürətləndirilməsi sahəsində hələ də ciddi dönüş
yaradılmamış və hətta nəzəri şəkildə məsələnin təhlili verilməmişdir.
Texniki tərəqqi sahəsindəki başlıca praktiki çətinliklər nədən ibarət-
dir? Əvvəla, ixtiraçılıq və səmərələşdiricilik işini tənzim edən vahid sistem
yaradılmamış, sınaqdan çıxmış metod və formalar işlənib hazırlanmamış,
bu sahədəki təşəbbüskarlıqdan daha çox qaydaya, normaya çevrilməmiş,
həmin sahənin idarəsi ilə əlaqədar maliyyə sistemi müəyyənləşdirilməmiş-
dir.
Elm haqqında elm
488
Doğrudan da, ixtira və ya səmərələşdirici təklifin kütləvi istehsalda
nəzərə alınması bir sıra maneçiliklərlə bağlıdır. İxtiraçıların xüsusi maliyyə
büdcəsinin planlaşdırılmaması onların axtarışlarına müstəqillik vermir və
digər tərəfdən də bəzən texniki yeniliklərin istifadə olunması məsələsi
mütəxəssis olmayan inzibati işçilərdən asılır olur ki, onlar da həmin yeni-
liklərin iqtisadi səmərəsini düzgün qiymətləndirə bilmirlər.
Hal-hazırda istehsal müəssisələrində texniki yenidənqurma işlərinə,
ixtiraçılıq və səmərələşdiricilik fəaliyyətinə bilavasitə xidmət edən xüsusi
müəssisədaxili formalar çox müxtəlifdir. Müəyyən bir müəssisənin öz eks-
perimental bazası olur və ya eyni profilli bir neçə müəssisənin vahid bazası
yaradılır. Böyük zavodlarda və s. müəssisədaxili Konstruktor büroları
(KB) və ya hətta Elmi tədqiqat institutları təşkil olunur. Eksperimental la-
boratoriyalar, problem laboratoriyaları, yaradıcılıq laboratoriyaları və s.
yaradılır.
Lakin belə suallar ortaya çıxır ki, ixtiraçılar üçün ayrıca iş sahəsi la-
zımdırmı, yoxsa onlar iş vaxtından sonra müəssisənin əsas sahəsindənmi
istifadə etsələr yaxşıdır? İxtiraçılıq axtarışları üçün əlavə ştatlar lazımdır-
mı? Əlavə maaş verilməlidirmi, yoxsa onlar real nəticəyə görə mükafatla
qənaətlənməlidirlər?
Müasir dövrdə – dövlət müəssisələri ilə özəl müəssisələr azad rəqa-
bət şəraitində işlədiyi bir vaxtda hərə öz üstünlüyündən istifadə etməyə ça-
lışmalıdır. Dövlət müəssisələrində əməyə görə qiymətləndirmə sistemi,
maddi stimullaşdırma prinsipinə tətbiq olunmalıdır. Bir halda ki, ixtiraçılıq
fəaliyyəti icraçılıq fəaliyyətindən daha çox iqtisadi səmərə verir, nəyə görə
bu fəaliyyət, məsələn, əlavə iqtisadi səmərənin müəyyən faizi miqdarında
mükafatlandırılmasın? Maraqlıdır ki, elm sahəsində sərf olunan hər bir ma-
nat təqribən beş manatlıq fayda verdiyi halda, ixtiraçı və səmərələşdirici-
lərin fəaliyyətinə sərf olunan hər bir manat 3 qat artıq fayda verir. Deməli,
bu sahəyə pul ayrılması dövlət miqyasında planlaşdırmada, böyük miqyaslı
layihələrdə qabaqcadan nəzərə alınmalıdır.
Özəl müəssisələrdə texniki yeniliklərin tətbiq olunması sahibkar
üçün gəliri artırmağın əsas yollarından biridir. Təcrübə göstərir ki, texniki
yenilikçilik üçün ən səmərəli forma özəl müəssisələrlə müqavilə əsasında
işləyən laboratoriyalardır. Belə ki, bu zaman həm maddi stimullaşdırma
şərti ödənilir, həm də bilavasitə zavodda işləyən, başqa müəssisələrdə çalı-
şan ixtisaslı kadrların əməyindən istifadə olunmasına imkan yaranır. Həm
Elm–Texnika–İstehsal
489
dövlət, həm də özəl müəssisələrlə müqavilə bağlamaq imkanı müəssisənin
müstəqilliyinin artması deməkdir. Ümumiyyətlə son illərdə aparılan iqtisa-
di eksperimentlərdən alınan ən başlıca qənaətlərdən biri elm və istehsal
müəssisələri arasında xüsusi elmi-texniki əməkdaşlığın inkişaf etdiril-
məsidir.
Təsərrüfat müqaviləli işlərin ən mühüm üstünlüklərindən biri elmi
işçilərin bilavasitə təsərrüfat sahələrinə cəlb olunması, onların yaradıcılıq
axtarışlarının müəssisənin texniki tələbatı ilə əlaqələndirilməsidir. Bu, bir
tərəfdən, təsərrüfatın yeni elmi-texniki əsaslarla təzədən qurulmasına im-
kan verirsə, digər tərəfdən, elmi işçilərin eksperimental bazasını möhkəm-
ləndirir, onlara öz işlərinin praktik nəticələrini bilavasitə yoxlamaq imkanı
verir. Xüsusən ali məktəblərdə elmi-texniki fəaliyyət üçün şərait pis
olduğundan burada çalışan alimlərin müqavilə ilə istehsalata cəlb olunması
böyük əhəmiyyətə malikdir.
Elmi-texniki tərəqqi və nisbi müstəqil texniki tərəqqi hadisələrinin
ümumi mənzərələrini nəzərdən keçirərkən belə bir cəhət diqqəti cəlb edir
ki, ölkəmizdə elm sahəsində müəyyən mərkəziyyət təmin edildiyi halda nə
nisbi müstəqil texniki tərəqqi sahəsində, nə də elmin texnika və istehsalata
tətbiqi sahəsində belə bir mərkəziyyət təmin edilməmişdir. Bu sahədə elmi
surətdə işlənmiş vahid iqtisadi prinsiplərin olmaması müəyyən obyektiv
çətinliklərlə, ilk növbədə yaradıcı əməyin proqnozlaşdırılması və qiymət-
ləndirilməsi üçün müvafiq metod və meyarların dəqiq müəyyənləşdirilmə-
məsi ilə bağlıdır. Lakin bu iş nə qədər çətin olsa da, hər bir konkret halda
konkret müqavilələr bağlandığına görə elmi və elmi-texniki iş də bazar
iqtisadiyyatının tənzimləmə prinsiplərinə uyğun olaraq qiymətləndirilmiş
olur.
Elmi-texniki və nisbi müstəqil texniki tərəqqi sahələrində təşkilati
və iqtisadi xarakterli çətinliklər həmin sahələrin metodoloji və məntiqi-
qnoseoloji aspektlərdə kifayət qədər öyrənilməməsi ilə də bağlıdır. Hələ
indiyə qədər elmi-texniki biliklərin və elmi-texniki fəaliyyət sahəsinin spe-
sifikasının müəyyənləşdirilməməsi, onun keyfiyyətcə yeni olması və elmi
biliklərdən və elmi fəaliyyətdən, habelə texniki biliklərdən və nisbi müstə-
qil texniki yaradıcılıq fəaliyyətindən fərqlənməsi nəzərə alınmadığından,
təşkilati sahədə də bir sıra prinsipial qüsurlara yol verilir. Belə ki, Elmlər
Akademiyasından texniki yenilik, istehsalata tətbiq və iqtisadi səmərə göz-
lənilməsi elmin əsas funksiyasının kölgədə qalmasına səbəb ola bilər. Döv-
Elm haqqında elm
490
lət tərəfindən, habelə böyük birliklər, konsorsiumlar tərəfindən elmi-tex-
niki yaradıcılıq işlərini planlaşdıran, ona nəzarət edən, onu təşkil edən
xüsusi mərkəzlər yaradılması və bu zaman diqqətin məhz tətbiqi işlərə
yönəldilməsi zamanın mühüm tələbidir.
Düşünmək olar ki, vahid Elmi-Texniki Mərkəz nəyə görə zəruridir?
Məgər İqtisadiyyat nazirliyi çərçivəsində görülən işlər mərkəziyyət şərtini
ödəmək üçün kifayət deyilmi? Xeyr, söhbət inzibati mərkəzdən yox, elmi-
texniki mərkəzdən, real praktik fəaliyyət sahəsindən, ixtisaslaşmış əməyin
təşkilindən, Elmlər Akademiyası ilə paralel surətdə mövcud olan (onu əvəz
etməyən və ya onu təkrar etməyən) və külli miqdarda elmi-texniki müəssi-
sələri, alim, mühəndis və konstruktor kadrlarını birləşdirən vahid
qurumdan gedir.
İxtira və kəşfləri, elmi və elmi-texniki yaradıcılıq proseslərini tən-
zimləyən Dövlət, Elm və Texnika Komitəsi, İxtiraçılar və Səmərələşdirici-
lər cəmiyyətinin Mərkəzi Şurası, Elmi-texniki İnformasiya Mərkəzi və s.
təşkilatların ləğv olunması müvafiq fəaliyyət sahələrinin təşkilatlanmasına
mənfi təsir göstərir və açıq-aşkar bir pərakəndəlik mövcuddur. Lakin bu
təşkilatlar qalsa idi də, onlar yalnız köməkçi xarakter daşıyır və bilavasitə
elmi-texniki fəaliyyəti əhatə edə bilməzdi.
Tətbiqi xarakterli məsələlərlə məşğul olan xüsusi Mərkəzin ya-
radılması həm də Elmlər Akademiyasının daha çox dərəcədə məhz elmi
problemlərlə məşğul olmasına, fundamental elmlərin inkişaf etdirilməsinə
də imkan verər. Elmlər Akademiyası qeyri-elmi (elmi-texniki və bilavasitə
tətbiqi) işlərdən azad olmaqla yanaşı, Elmi-Texniki Mərkəzlə sıx surətdə
əlaqə yaradılması sayəsində daha səmərəli eksperimental bazaya malik ola
bilər. Elmi-tədqiqat institutları nəzdindəki Konstruktor Bürolarını Mərkəz-
lə əlaqə əvəz edə bilər. Mərkəzin informasiya sistemi və xüsusi axtarışların
vasitəsilə elmi müəssisələr konkret tələbatın istiqamətləri ilə daha yaxın-
dan tanış ola bilərlər. Həm də mənəvi ehtiyacların ödənilməsi, adamların
mənəvi-intellektual enerjisindən daha düzgün, səmərəli və hərtərəfli istifa-
də edilməsi Respublika Elmlər Akademiyası və bu kimi elmi mərkəzlər
yalnız müəyyən sahələr üzrə ixtisaslaşmış mərkəzlərə çevrilmək zərurə-
tindən xilas olarlar.
Elmi-texniki Mərkəz yalnız istehsalat üçün texnikanın təkmilləş-
dirilməsi və yeni texnika nümunələrinin yaradılması ilə məhdudlaşmayıb,
digər fəaliyyət sahələri, habelə elm üçün texnika hazırlamaq işini öz öhdə-
Elm–Texnika–İstehsal
491
sinə götürə bilər. Bununla elmlə zehni fəaliyyəti praktik fəaliyyətdən –
qeyri-peşəkar əməkdən ayrılması başa çatmış olar. Elmi-texniki fəaliyyət
nisbi müstəqillik əldə etdikcə elmin daxili tamlığı və müstəqilliyi şərti də
daha çox ödənmiş olar. Digər tərəfdən də, elm texnikasının sənayeləşməsi
üçün ciddi zəmin yaranmış olar.
Elm texnikasının sürətlə inkişaf etməsi və nisbi müstəqillik qazan-
ması müasir dövr üçün çox səciyyəvi olan cəhətlərdən biridir və bizcə, el-
mi-texniki tərəqqidə inqilab mərhələsi (elmi-texniki inqilab) məhz elm tex-
nikası ilə istehsal texnikası arasındakı sərhəddin aradan götürülməsi ilə
bağlıdır. Elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsinin də əsl ma-
hiyyəti bundan ibarətdir.
Texnikanın yalnız istehsal texnikası kimi başa düşülməsi, onun
başqa növlərinin öyrənilməsi və ya çox səthi olaraq nəzərdən keçirilməsi
texnikanın və texniki tərəqqinin mahiyyətinin başa düşülməsində də
müəyyən çətinliklər yaratmışdır. Halbuki, texnikanın elmi-texniki və
texnoloji fəaliyyətin spesifikasını, mahiyyətini dəqiq müəyyənləşdirmədən
elmi-texniki tərəqqinin sürətləndirilməsi, vahid Elmi-texniki fəaliyyət
Mərkəzinin yaradılması və s. bu kimi ciddi vəzifələrin müvəffəqiyyətlə
həyata keçirilməsi mümkün deyil.
Fəlsəfi ədəbiyyatda texnoloji fəaliyyət, elmi-texniki fəaliyyət anla-
yışları ilə yanaşı, mühəndis fəaliyyəti, mühəndis-konstruktor fəaliyyəti, ix-
tiraçılıq fəaliyyəti və s. anlayışlardan da geniş istifadə olunur. Lakin bu
fəaliyyət sahələrinin konkret əhatə dairələrini, ümumi və fərqli cəhətlərini
əks etdirən müqayisəli tədqiqat işləri hələ yoxdur. Başqa sözlə, bu sahədə
konkret elmi terminologiya hələ formalaşmamışdır. Fəaliyyət sahələri haq-
qında, ictimai və fərdi fəaliyyətin strukturu haqqında yazılmış əsərlərdə də
öyrənmək istədiyimiz məsələ haqqında dəqiq məlumata rast gəlmək
çətindir.
Texniki bilik, texniki və texnoloji fəaliyyət haqqında danışılarkən
söhbətin məhz nədən getdiyini yalnız kontekst əsasında müəyyənləşdirmək
mümkün olur. Elmi institutlardan konstruktor bürolarına, konstruktor büro-
larından eksperimental istehsala, oradan isə kütləvi istehsala, sənayeyə ge-
dən yolun hər hansı nöqtəsində «texnika» anlayışından eyni mənada is-
tifadə etmək mümkün deyil. Müasir dövrdə elmdən kütləvi istehsalata ge-
dən yolda məntəqələrin sayı artır və ciddi daxili bölgü, diferensiasiya ge-
dir. Strukturun bu cür mürəkkəbləşməsi Elm–Texnika–İstehsalat zənci-
Elm haqqında elm
492
rində incə quruluşu müəyyən etmək, başqa sözlə, hər bir halqanın öz daxili
quruluşunu da aşkara çıxarmaq zərurəti yaradır.
Yuxarıda artıq qeyd etdiyimiz kimi, elm sisteminin öz daxilində də
texnika mövcuddur. Texnikanın bu növü əsasən eksperimentlərə xidmət
edən cihazlardan ibarətdir. Bu cihazlar ilk dəfə tək nüsxə şəklində elmi
tədqiqat laboratoriyalarında müstəqil surətdə və ya Konstruktor Büroları
ilə birlikdə düzəldilir. Lazım gəldikdə sonradan seriyalı buraxılış üçün və
ya az nüsxədə hazırlanmaq üçün sifariş verilir. Böyük elmi kəşflər çox
vaxt alimin özü tərəfindən düşünülmüş unikal cihazlar tələb edir. Deməli,
elmi tələbat texnikanı inkişaf etdirmiş olur ki, bu da elmi-texniki inqilabı
səciyyələndirən ən mühüm cəhətlərdən biridir. (Bax, Sxem 9.)
Hələ istehsal prosesinə kütləvi surətdə daxil olmamış istehsal texni-
kası da ilk dəfə sınaq nüsxələri şəklində düzəldilir. Əslində elm ilə istehsa-
lat arasında xüsusi texnika mərhələsinin müəyyən edilməsi məhz bu sınaq
nüsxələrinə əsaslanır. Əks təqdirdə texnika istehsal vasitələrinə daxil ol-
maqla istehsalat mərhələsində əhatə edilməli idi. Deməli, artıq istismara
verilmiş, kütləvi istehsala üzvi surətdə daxil olmuş texnika Elm–Texnika–
İstehsalat zəncirində texnika halqasına deyil, istehsalat halqasına daxil
olur.
Texnikanın müstəqil mərhələ kimi ayrılması məhz yeni texnika nü-
munələrinin ixtira edilməsi, düzəldilməsi prosesini nəzərdən keçirmək
üçündür. Texniki yaradıcılıq dedikdə də, məhz sınaq nüsxələrinin yeni
elmi prinsiplər əsasında hazırlanması nəzərdə tutulur. Ona görə də əgər
elmin son məqsədi yeni biliklər almaqdırsa, texniki yaradıcılığın məqsədi
yeni texniki nümunə, sınaq nüsxəsi düzəltməkdir.
Sxem 9.
Mühəndis-konstruk
fəaliyyəti Texnik
mərkəz
Elmi-texniki
fəaliyyət
Elmi-praktiki
(texniki) fəaliyyət
Mühəndis-
konstruktor
fəaliyyəti
(texniki) fəaliyyət
Təcrübi
nümunənin
hazırlanması
Sosial-i
eksperimen
Texniki eks
nəticəsi (nü
yoxlan
ELM
İctimai
Fund. Tətb.
Təbiətşün.
Fund. Tətb.
Texniki
Fund. Tətb.
Texniki biliyin
obyekti
Eksperimental
vasitələr
Mobil
maşınqayırma
mərkəzləri
Elmin idarə olunması
Ayrıca bir skripkaçı özü özünü
idarə edir, orkestri idarə etmək üçün
isə dirijor lazımdır.
Dostları ilə paylaş: |