Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,06 Mb.
Pdf görüntüsü
səhifə9/55
tarix04.12.2019
ölçüsü5,06 Mb.
#29799
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

ELM  

 

VƏ ONUN İNKİŞAF YOLU 

 

 

 

 

™ 

Elm anlayışı



 

™ 

Elmin metodoloji problemləri 

™ 

Elmlərin təsnifatı

 

™ 

Elmin inkişaf qanunauyğunluğu 

™ 

Elmin məntiqi-qnoseoloji tədqiqi


 

 

 



 

 

 

 

 

Elm yolu bumeranqı xatırladır, nə 

qədər çox uzağa getsən, bir o qədər ilkin 

əsaslara qayıdırsan.  

 

Əbu Turxan 

 

Elm və onun inkişaf yolu 

 

 

 

127



 

 

 

 

 

 

Elm anlayışı 

 

 

Müasir dövrdə elmin böyük rolunu hamı etiraf edir. Hər bir insan öz 

şəxsi həyatında elmin bu və ya digər nəticələrindən istifadə edir və elmi-

ləşmiş texnogen mühitsiz insanı təsəvvür etmək mümkün deyil. Lakin bu-

nunla belə, insanların böyük əksəriyyəti bilavasitə elmdən uzaqdırlar və 

hətta elmə qarşı tam bir etinasızlıq şəraitində yaşayırlar. Bu mühit artıq bi-

zimdir. Yeni nəsil bu mühiti hazır şəkildə mənimsəyir və onun üçün o, bir 

növ təbii mühitdir. Ancaq tarixi aspektdə yanaşdıqda, həyata retrospektiv 

münasibət zamanı aydın olur ki, vaxtilə nə televizor, nə telefon, nə avto-

mobil olub. İnsanlar hətta  ən böyük məsafələri də ayaqla və ya ən yaxşı 

halda at və dəvə ilə qət ediblər. Bircə gün elektrik olmayanda, insan həyatı 

öz normal ritmindən çıxır və dözülməz hala gəlir. Amma biz heç düşün-

mürük də ki, bu “norma” ancaq son əsrlərdə formalaşıb. Ona qədər isə 

neçə minilliklər ərzində həyatın başqa normativləri mövcud olub.  

Bəli, elmin nəticələri həyatımıza o dərəcədə üzvi surətdə daxil olub 

ki, biz onlardan istifadə edərkən nə onların əsasında duran elmi ideyaları, 

nə  də bu kəşflərin müəllifi olan elm adamlarını xatırlayırıq. Yəni əslində 

elm harada isə arxa plandadır. Görüb qurtardığı işləri insanların ixtiyarına 

buraxıb, indi yeni işlərlə məşğuldur. Cəmiyyət bu yeni işlərdən xəbərsiz-

dir; bu yeni işlər ancaq kiçik bir qisim insanların – elm adamlarının maraq 

dairəsindədir. Yəqin bir vaxt gələcək, bugünkü elmin nəticələri də ictimai 

həyatda realizasiya olunaraq elm çevrəsindən kənara çıxacaq və ictimai-tə-

bii mühitin, ikinci təbiətin ayrılmaz tərkib hissəsinə çevriləcəkdir. Və onda 

bu “yeni işlər” də köhnələcək, elmin ön cəbhəsindən uzaqlaşaraq özünün 

elmdən kənar həyatını yaşayacaqdır. Yəni texnikada, texnologiyada, isteh-

salatda və ya hər hansı bir xidmət sahəsində realizasiya olunacaq, özgələş-

miş hala düşəcəkdir. Yaxud potensial imkan kimi, sadəcə elmin hələ tətbiq 

olunmamış, reallaşmamış məhsulu – elmi bilik kimi saxlanılacaqdır.  



Elm haqqında elm 

 

 



 

128


Necə ki, bulaq qaynayır və getdikcə artan sular axıb dağ çaylarına 

çevrilir, həm təsərrüfatda istifadə olunur, həm də axıb hansı isə bir göldə 

və ya dənizdə qərar tapır, eləcə də elmi yaradıcılıq prosesi çağlayan bulağa 

bənzədilsə, alınan biliklər qismən istehsalatda, təsərrüfatda tətbiq olunur 

və bununla yanaşı elmi biliklər sisteminə, bilik anbarına qatılaraq gələcək 

tətbiqlərini gözləyir. K.Popper belə obyektivləşmiş biliklər sistemini “bad-

ya” və ya “üçüncü dünya” adlandırır. Daha ümumi şəkildə elmi biliyin 

saxlanma formalarından söhbət gedir. Amma sual olunur ki, hansı model 

bunları elm sisteminə daxil etməyə imkan verir? Belə ki, elm dedikdə an-

caq elmi yaradıcılıq və yeni elmi biliklərin alınması prosesini nəzərdə tut-

saq, elmin nəticələri, obyektivləşmiş elmi biliklər və onların tətbiqi, reali-

zasiyası və s. bu kimi məsələlər elmə daxil olmayacaqdır.  

Elmin hansı miqyasda öyrənilməsi “elm” anlayışının hansı mənada 

götürülməsindən, elm sisteminə hansı struktur səviyyəsinin daxil edilmə-

sindən asılıdır. Belə ki, əgər ancaq müstəqim mənada elmdən, yəni elmi 

yaradıcılıq prosesindən, yeni elmi biliklərin əldə edilməsindən, elmi kəşf-

lərdən danışırıqsa, onda elmin həm məntiqi-epistemoloji, həm də sosial 

sistem kimi həcmi minimal olacaqdır. Burada ancaq yaradıcı elm adamla-

rının, elmi yeni ideyalarla zənginləşdirən alimlərin fəaliyyəti əhatə oluna-

caqdır. Lakin ilkin elmi biliklər bazası olmasa, elmi kadrların yetişdirilmə-

si prosesi, yəni elmə yönəli təhsil olmasa, cəmiyyətin elmə sosial sifarişi, 

elm ilə istehsal arasında körpü olmasa, yüksək dərəcədə təchiz edilmiş la-

boratoriyalar və zəngin kitabxanalar olmasa heç bir yaradıcı alim tədqiqat-

la məşğul ola bilməz, yeni elmi kəşflər baş verməz. Deməli, elm sisteminin 

həcmi ilk baxışda göründüyündən daha genişdir, təkcə yerdən qaynayan 

bulaq yox, bu suyun yığılıb artması və çaylardan, dənizlərdən buxarlanaraq 

buludlarda toplanması  və daha sonra yağaraq torpağı islatması bütöv bir 

dövri proses kimi baş tutmasa, bulaq da daha yerin təkindən qaynaya bil-

məz. Əlbəttə, elmin dövri proses kimi nəzərdən keçirilməsinin suyun döv-

ranı ilə müqayisəsini davam etdirsək, belə bir məqam da diqqəti cəlb edir 

ki, yağış bilavasitə bulağa, çaya və dənizə də tökülür, amma bunlar su döv-

ranının üzdə görünən qatıdır. Yağış suyu ilə bulaq suyu eyni deyil və onun 

hasil olması üçün su ancaq yerin dibindən süzülərək və minerallarla zən-

ginləşərək qayıtmalıdır. Məlum biliklərin mənimsənilməsi üçün də nisbə-

tən məhdud bir dövri sistem yetərlidir. Yəni biliklər hansı formada və sə-


 

Elm və onun inkişaf yolu 

 

 

 

129



 

viyyədə  mənimsənilirsə, həmin forma və  səviyyədə  də başqalarına 

ötürülür.  

Yeni biliklər  əvvəlkiləri sadəcə  mənumsəmək, sistemləşdirmək və 

yenidən qablaşdırmaq hesabına əmələ gələ bilməz. Nə isə yeni bir ideya-

nın, qanunun, təlimin yaranması üçün onun insan daxili aləminin dərin qat-

larından keçərək yeni məzmun və mahiyyətdə üzə  çıxması  tələb olunur. 

Burada yenə  də dövri prosesin iki müxtəlif qatından danışmaq mümkün-

dür. Biri – problemin insanın intellektual dünyasından keçərək işıqlanması, 

o biri – kosmik düşüncə sisteminə qatılaraq işıqlanmasıdır. Daha böyük bir 

dövri prosesin iştirakçısına çevrilmək və bunun sayəsində problemə kos-

mik zəkanın işığında baxmaq, məlum biliklərin məntiqi təhlili və ümumi-

ləşdirməsi ilə deyil, ilham və  vəcd məqamlarında bilavasitə  mənimsəmə 

yolu ilə yeni biliklər qazanmaq. Bu zaman  dövri prosesin dərinlik dərəcəsi 

qeyri-müəyyən olur, çünki rasional idrakın hüdudlarından kənara çıxır.  

İndiyəqədərki elmşünaslıq elmi məhz rasional idrak hüdudlarında 

araşdırmış  və müvafiq dövri prosesin sosial strukturunu təhlil etmişdir. 

Lakin istər təhsil sistemi ilə, istərsə də sənaye və ya xidmət sahələri ilə or-

taq sahələrin məhz hansı sistemə aid olması məsələsi açıq qalmışdır.   

Elmin müstəqil bir sahə kimi institutlaşması, yoxsa təhsil sisteminin 

və ya istehsal sahəsinin strukturunda yer alması onun daxili məzmununa 

təsir etməsə  də, tədqiqatların yönünə və xarakterinə təsir göstərir. Funda-

mental, yoxsa tətbiqi elmlərə üstünlük verilməsi müvafiq sosial struktur və 

təşkilati birlik formaları tələb edir. Universitetlərin nəzdində əsasən funda-

mental elmlərə üstünlük verildiyi halda, biznes strukturlarının, istehsal mü-

əssisələrinin strukturunda tətbiqi elmlər üstünlük təşkil edir. Başqa sözlə 

desək, elmin məzmunu ilə onun təşkilati forması arasında bir uyğunluq 

olur. Ona görə  də, elmin daha optimal təşkili üçün əvvəlcə onun təkcə 

epistemoloji müstəvidə deyil, həm də sosial müstəvidə öyrənilməsi la-

zımdır.  

Elm anlayışının tədqiqi, elmin bir sistem kimi nəzərdən keçirilməsi, 

onun inkişaf qanunauyğunluğunun öyrənilməsi son dövrlərdə xüsusi 

aktuallıq kəsb etmişdir ki, bu da elmin sosial və iqtisadi rolunun müqayisə 

olunmaz dərəcədə artması ilə əlaqədardır.  

Təbii ki, bu sahədəki tədqiqat elə ilk mərhələdən sistemli xarakter 

daşıya bilməzdi və buna ehtiyac da olmamışdı. Bu sahənin tədqiqinə  hər 

dəfə elmin və elmi inkişafın bu və ya digər cəhətini öyrənmək zərurəti 


Elm haqqında elm 

 

 



 

130


yaranarkən, qarşıya çıxan cari tələblərin xüsusiyyətlərinə spesifikasiyasına 

uyğun olaraq müraciət edilmişdir. Buna görə də müxtəlif aspektlərdəki təd-

qiqatlar genetik əlaqə ilə birləşməmişdir və xeyli dərəcədə rabitəsiz xarak-

ter daşıyır. Bununla belə, hələ yeganə bütöv tədqiqat şəbəkəsi formalaşma-

sa da, bu sahədəki mövcud elmi işləri bir neçə başlıca tədqiqat istiqa-

mətində qruplaşdırmaq olar; elmin tarixi, metodoloji, sosioloji, iqtisadi, 

qnoseoloji və s. aspektlərdəki tədqiqi, həmçinin onun planlaşdırılması  və 

proqnozu probleminin öyrənilməsi – hər biri ayrılıqda nisbi müstəqil tədqi-

qat sahəsi kimi götürülə bilər. Bu sahələrdən hər birinin inkişafı da nisbi 

qapalı  çərçivə daxilində  həyata keçir və digər aspektlərdəki tədqiqatlarla 

yalnız zahiri tellərlə bağlana bilər.  Əslində isə bütöv sistem təşkil edən 

elmin və elmi inkişaf prosesinin müxtəlif aspektlərdəki tədqiqi də bütöv və 

sistemli xarakter daşımalıdır. Zira ayrı-ayrı diferensial tədqiqatların 

istiqamətləndirilə bilməsi üçün tədqiqat predmeti haqqında vaxtaşırı da 

olsa bütöv təsəvvür əldə edilməsi vacibdir. 

Məhz buna görədir ki, son vaxtlarda elmin müxtəlif aspektlərdə öy-

rənilməsindən alınan nəticələri vahid tədqiqat sahəsində – «elmşünaslıq» 

(yaxud «elm haqqında elm») adı altında birləşdirməyə çalışırlar.  

Elmşünaslıqda daxili tamlıq əldə edilməsi üçün əsas şərt metodoloji 

əsasların hazırlanması  və başlıca fəlsəfi problemlərin həllidir. Çünki elə 

konkret məsələlər vardır ki, ümumi fəlsəfi təsəvvür əldə etmədən onların 

həlli qeyri-mümkündür. V.A.Dmitriyenko məhz belə hallardan birini nəzə-

rə alaraq yazır: «Elmin tabe olduğu qanunauyğunluqları aydınlaşdırmadan 

onun idarə olunması problemini həll etmək ağlasığmazdır»; ona görə  də, 

nə  qədər ki, elmin inkişaf qanunları  dəqiqləşdirilməyib, onun idarə olun-

ması və planlaşdırılması da tamamlanmamış qalacaq».

1

1

 



Müasir dövrdə elmin mahiyyətini və inkişaf qanunauyğunluğunu 

müəyyənləşdirmək zərurəti bütün aydınlığı ilə hiss olunsa da, problem öz 

ümumi həllini hələ də tapmamışdır. Bununla belə, elmin müxtəlif konkret 

cəhətlərinin müəyyənləşdirilməsi, onun inkişaf xüsusiyyətlərini əks etdirən 

çoxlu məlumatlar toplanması qısa dövrdə böyük nailiyyətdir. 

Tədqiqat işlərinin bir hissəsi (zahirən fəlsəfi aspekt) bilavasitə elmin 

mahiyyətinin öyrənilməsinə yönəldilmişdir. Lakin bu tədqiqatlar elmin 

                                                 

1

 В.А.Дмитриенко.  Об  общих  закономерностях  развития  науки. «Учение  записи 



Томского госуниверситета. Проблемы методологии и логики наук». Томск, 1969, с.5. 

 

Elm və onun inkişaf yolu 

 

 

 

131



 

müxtəlif aspektlərdə öyrənilməsindən alınan nəticələrə əsaslanmaq, onları 

ümumiləşdirmək əvəzinə, bir-biri ilə əlaqəsiz olan aspektlərdən yalnız biri-

nə çevrilmişdir. Bu cür vəziyyət fəlsəfə ilə digər konkret elmi sahələr 

arasındakı məlum münasibətə qətiyyən uyğun gəlmir. 

 Burada əsas tədqiqat prinsipi elmin müəyyən bir xüsusiyyətlərini ön 

plana çəkmək və onun digər sistemlərlə əlaqəsini bu baxımdan izah etmə-

yə çalışmaqdır. Lakin aşağıda göstərəcəyimiz kimi, elm qeyri-bircins feno-

menoloji sistem olduğundan onun mahiyyəti təsadüfi seçilmiş  hər hansı 

xüsusiyyətə görə – bu xüsusiyyət nə qədər  əsas olursa olsun – müəyyən-

ləşdirilə bilməz. 

Sərlövhəsinə görə elmin metodoloji prinsiplərinə həsr olunmuş əsər-

lərdə adətən heç də bütövlükdə «elm» sistemi yox, onun tərkib elementləri 

olan tədqiqat üsulları və elmi yaradıcılıq xüsusiyyətləri öyrənilir. Bununla 

belə, metodologiyanın müxtəlif elmi sahələr üçün eyni xarakter daşıması 

elmin müvafiq cəhətləri üçün bəzi ümumiləşdirmələr aparmağa və alınmış 

nəticələrdən elmşünaslıqda istifadə etməyə geniş imkan yaradır. Lakin çox 

təəssüf ki, metodoloji tədqiqatların nəticələrindən bütöv elm sisteminə xas 

olan cəhətlərin müəyyənləşdirilməsi üçün olduqca az istifadə edilir. 

Mövcud tədqiqatlar içərisində elmin metodoloji məsələlərinə ən çox 

yaxın olan sahə onun sistemli baxımdan tədqiqidir. Bundan başqa, elmin 

tədqiqində tarixilik prinsipinin, həm də tarixi və məntiqi yanaşma üsulları-

nın öyrənilməsi də metodoloji xarakter daşıyır.  

Elmin sistemli tədqiqi hazırkı tədqiqat istiqamətləri içərisində nəzəri 

xarakter daşıması və eklektiklikdən uzaq olması ilə fərqlənir. Əgər bu sa-

hədə elmin mahiyyətinin müəyyənləşdirilməsi üçün hələ ciddi addımlar 

atılmamışdırsa, bu yalnız həmin sahənin özünün və onun spesifik tətbiq 

xüsusiyyətlərinin kifayət qədər öyrənilməməsi nəticəsidir. 

Sistemli tədqiqat elmin digər aspektlərdəki tədqiqində buraxılan me-

todoloji qüsurları  aşkara çıxarmaq baxımından rasional meyar rolunu oy-

nayır. Məsələn, E.M.Mirski elmin indiyə qədərki təyinlərindən bir qismini 

sistemli yanaşma ilə müqayisə edərək yazır: «Biz «elm... (biliklərdən, mə-

lumatlardan, birgə axtarışlardan, institutlardan və s. ibarət) sistemdir» tipli 

çoxlu tərifləri, onlar sistemli yanaşmaya müraciətlə müşayiət olunsa belə, 

nəzərə almaya bilərik. Məsələ burasındadır ki, bu təriflərdə  əslində ele-

mentlər təyin olunur və «sistem» termini onlar arasında ümumiyyətlə hansı 

isə  əlaqənin olduğunu göstərir: buna görə  də, belə  təriflərin quruluşu, 


Elm haqqında elm 

 

 



 

132


sistemli yanaşma haqdakı təsəvvürlərimizə uyğun gəlmir».

1

1



 Doğrudan da, 

müəllif prinsip etibarı ilə tamamilə haqlıdır. Lakin iqtibasda göstərilən tərif 

növünü və bu növə daxil olan müxtəlif yanaşma variantlarını təkzib etmək 

və atmaq üçün təkcə onun sistemli tədqiqatın prinsiplərinə uyğun 

gəlməməsi faktı kifayət deyildir. Qəti nəticə çıxara bilmək üçün, birincisi, 

tərif növünün formasının qüsurluluğu ilə  bərabər belə forma ilə ifadə 

olunan müxtəlif yanaşma variantlarından hər birinin məzmunca da 

natamam və birtərəfli olduğu sübut edilməlidir, əks təqdirdə tədqiqatçıların 

eyni mövqeyi yenidən, başqa formada təkrar etmələri üçün əsas qalmış 

olur. İkincisi, sistemli yanaşmanın öz ümumi nəzəriyyəsi kifayət qədər də-

qiqləşdirilmədiyindən və bu yanaşma bir çox tətbiq sahələrində  hələ 

yoxlanılmadığından təkcə ona istinad edən mühakimələr tam etibarlı sayıla 

bilməz. Əksinə, hazırkı dövrdə elmə sistemli yanaşmadan alınan nəticələr 

ümumi məntiqi və tarixi tədqiqatların nəticəsi ilə üst-üstə düşərsə, bu fakt 

sistemli yanaşmanı yeni bir sahədə də özünü doğrultması baxımından daha 

çox əhəmiyyət daşımış olar. 

Elmin tədqiqindəki birtərəfli mövqelər sadəcə olaraq atılmamalıdır: 

sistemli tədqiqatda müxtəlif aspektlərdə əldə olunmuş nəticələrin hamısın-

dan istifadə edilməlidir. Ayrıca tədqiqat istiqamətlərində bütövlükdə elmin 

özü olmasa da, onun müxtəlif cəhətləri öyrənilib ki, bunları bilmədən 

«elm» sisteminin elementlərini təyin etmək mümkün deyil. Elementlər mə-

lum olmadıqda isə həqiqi sistemli tədqiqatdan heç söhbət də gedə bilməz. 

Bir sıra tədqiqat aspektlərini və onlardan alınan nəticələri tamamilə 

nəzərdən atdığına görədir ki, E.M.Mirski «elm» sistemindən danışarkən 

yalnız bəzi aspektlərin tədqiqat obyektlərini birləşdirməklə kifayətlənir və 

bununla da, özü birtərəfliliyə yol vermiş olur: «Elm dedikdə bilik və... fəa-

liyyət nəzərdə tutulacaqdır».

1

2



 Buraya, məsələn, elmin material bazası, elmi 

biliyin saxlanma formaları və sair ünsürlər daxil edilmir, halbuki, yarımçıq 

əsas üzərində sistemli təsəvvür zəruri tamlıq tələbini ödəyə bilməz. 

Bundan başqa, baxdığımız birtərəfli sistemli tədqiqat cəhdində daha 

bir tədqiqat aspektinin nəzərə alınmaması  zəruri sayılır: «...Elmi daha 

yüksək səviyyəli bir tamın yalnız hissəsi (variantı) kimi götürən modellər 

                                                 

1

 Э.М. Мирский. Системный подход в изучении науки // Системные исследования, 



М., 1973, с. 187. 

2

 Yenə orada, s. 189. 



 

Elm və onun inkişaf yolu 

 

 

 

133



 

də bizim təhlil  sərhədlərindən kənarda qalır».

1

1

 Belə olduqda elmi bütöv 



sistem kimi səciyyələndirən xüsusiyyətlər necə öyrənilə bilər? Axı, tədqi-

qat sistemin təkcə elementlərinin yox, özünün də xassələrinin müəyyənləş-

dirilməsinə imkan verməlidir. 

Tədqiqatımızın sonrakı mərhələsində istifadə edə bilmək üçün yuxa-

rıdakı mühakimələrimizdən alınan iki nəticəni xüsusilə qeyd etmək istəyi-

rik: 


a) Sistemli yanaşma metodunun həqiqi tətbiqi zamanı əvvəlcə elmin 

əhatə etdiyi elementlər müəyyənləşdirilməlidir ki, bu da müxtəlif aspekt-

lərdəki tədqiqatların hamısını nəzərə almaq sayəsində mümkün ola bilər. 

b) Bir yox, iki cür sistem öyrənilməlidir:  əvvəla «elm» sisteminin 

özü – onun elementlərindən təşkil olunmuş sistem, ikincisi, elmin bir ele-

ment kimi daxil olduğu sistem və burada elmin yeri. 

Elmin ayrı-ayrı aspektlərdəki tədqiqində bir qayda olaraq onun yal-

nız müəyyən bir cəhəti öyrənilir; bütöv elm sisteminin tədqiqi isə kölgədə 

qalmış olur. Məsələn, «elmin tarixi tədqiqi» adı altında, adətən elmin tarixi 

əvəzinə elmi biliyin tarixi öyrənilir; halbuki, elmi bilik qlobal «elm» 

sisteminin tərkib elementlərindən yalnız biridir. Və nəzərə alınmalıdır ki, 

sistemin və onun tərkib elementlərinin nisbi müstəqil surətdə keçirdikləri 

müxtəlif kəmiyyət və keyfiyyət dəyişiklikləri, inqilabi momentlər və s. za-

manca uzlaşmaya da bilər və çox vaxt belə də olur. Nəzərə alınmalıdır ki, 

sistem üçün ən  əsas cəhət məhz onun öz tərkib elementlərindən fərqli 

olaraq, yeni inteqrativ xassələrə malik olması şərtidir.

1

2

  



Bununla belə, bu sahədə əldə edilən nəticələr olduqca qiymətlidir və 

lazımi nəzəri ümumiləşdirmələrdən sonra «elm» sisteminin tədqiqi üçün 

də zəruri olan bir sıra nəticələr alına bilər. Belə ki, bütöv «elm» sisteminin 

keçdiyi əsas tarixi mərhələlər yalnız konkret elmi yaradıcılıq xüsusiyyətlə-

rinin, istifadə edilən elmi idrak metodlarının, elmi biliyini toplanma və 

saxlanması vasitələrinin, informasiya mübadiləsi və s. Cəhətləri müxtəlif 

dövrlərdə  və müxtəlif ictimai-iqtisadi şəraitlərdəki vəziyyətlərinə görə 

müəyyənləşdirilə bilər. 

«Elm» sistemində başlıca özək elementlərindən (sistemin kompo-

nentlərini  şərti olaraq «özək elementləri» və  «əlaqə elementləri» kimi iki 

                                                 

1

 Yenə orada, s. 188. 



2

 В.ГАфанасьев. Научное управление обществом. М., 1968, с. 7. 



Elm haqqında elm 

 

 



 

134


qrupa ayıracağıq) birini elmi yaradıcılıq – yenilikgətirmə aktları təşkil edir. 

Tədqiqatçıların böyük bir qismi məhz bu cəhəti elmin mahiyyəti kimi gö-

türür və elmi öyrənmək istərkən onun yalnız bir tərkib hissəsi olan «qnose-

oloji momentləri» («elmi idrak», «elmi yaradıcılıq», «elmi tədqiqat» və s. 

Bu kimi anlayışların spesifikası, dəqiq məxsusi sərhədləri müəyyənləşdiril-

mədiyindən biz onların hamısını «elmdə qnoseoloji momentlər» adlandırı-

rıq) tədqiq olurlar. Bu aspektdə olduqca müxtəlif mövqelər vardır və onları 

elmin tərifi kimi qəbul etmək mənasızdır, lakin bu yanaşmaların hər birin-

də müəyyən bir qnoseoloji moment ön plana çəkilir və onların təhlili bütöv 

«elm» sistemində  və ayrıca elmi yaradıcılıq aktlarında bu momentlərdən 

hər birinin dəqiq yerini müəyyənləşdirməyə şərait yaratmış olur. 

«Elm» sisteminin dəqiq mənzərəsinin məlum olmaması elmi idrak 

kateqoriyalarının mahiyyətinin müəyyənləşdirilməsi üçün də çətinlik törə-

dir. Məsələn, P.V.Kopnin yazır: «Hipotez – elmin inkişaf formasıdır».

1

1

 



Aydın məsələdir ki, burada «elm» sözü bir istilah kimi işlənmiş və yalnız 

«konkret yaradıcılıq aktında «elmi fikir» ifadəsini əvəz etmişdir. Belə mi-

sallardan çox gətirmək olar. Lakin, nə qədər ki, elm bir sistem kimi müəy-

yənləşdirilməyib, bu cür qeyri-müəyyən  şərhlər müəlliflərin təqsiri kimi 

deyil, obyektiv zərurət kimi qiymətləndirilməlidir. 

«Elm» sisteminin hər hansı bir cəhətinin başqa sərlövhələr altında da 

olsa öyrənilməsi elmin kompleks tədqiqi üçün material verdiyindən kitab-

da elmin qnoseoloji aspektinin tədqiqindən alınan bəzi nəticələri də nəzərə 

alacağıq. 

“Elm” anlayışının mahiyyətinin tədqiqində birtərəfliliyə yol vermə-

mək üçün yeganə düzgün üsul məsələnin kompleks surətdə öyrənilməsidir. 

Bu zaman əsas tutacağımız metodoloji prinsip elmi mürəkkəb, qeyri-bir-

cins sistem kimi qəbul etməkdir. Bu cür yanaşma halında sistemin ma-

hiyyəti onun daxili strukturu ilə paralel şəkildə öyrənilməli olur; belə ki, bu 

amillərdən birinin məlumluğu digərinin tədqiqi üçün başlıca şərtdir. Elmin 

strukturunun müəyyənləşdirilməsi sahəsində əldə edilmiş ən kiçik nailiyyət 

onun mahiyyətinin tədqiqi işinə böyük təkan vermiş olur və əksinə. 

İstənilən məsələnin tədqiqi iki zahiri yolla şərh oluna bilər: 1) baxı-

lan hadisəni öz obyektiv gedişində təsəvvür etmək, tədqiqatçının müdaxi-

                                                 

1

 П.В.Копнин. Диалектика как логика и теория познания, с. 208. 


 

Elm və onun inkişaf yolu 

 

 

 

135



 

ləsini “nəzərə almaq”; 2) hadisədəki qanunauyğunluqları onların öyrənil-

məsinə uyğun gələn idrak prosesi ilə birlikdə şərh etmək. 

Bu iki üsul arasındakı  fərqi biz ona görə zahiri adlandırırıq ki, 

tədqiqatın öz xüsusiyyətlərini, istifadə olunan metodları  şüurlu surətdə 

dərk etmədən məsələni müvəffəqiyyətlə öyrənmək mümkün deyil. 

Bizcə, hər iki şərh üsulunda nəticələrin üst-üstə düşməsini yoxlamaq 

tədqiqat işi üçün əsas meyarlardan biridir. Buna görə də, “elm” sisteminin 

mahiyyətinin öyrənilməsini “elm” anlayışına tərif verilməsi ilə, onun 

strukturunun tədqiqini isə anlayışın əhatə dairəsinin təyini ilə müqayisə et-

mək olduqca maraqlıdır. Hər bir anlayış digər anlayışlarla ortaq əhatə sa-

hələrinə malik ola bilər. Bu isə o deməkdir ki, “elm” sisteminin əhatə etdi-

yi elementlərdən bəziləri digər sistemlərə də aid ola bilər. Məsələn, “elmi 

bilik” anlayışı “elm” və “bilik” anlayışlarının əhatə dairəsinin kəsişmə sa-

həsinə müvafiq gəlirsə bu faktdan “elm” və “bilik” sistemlərinin qarşılıqlı 

münasibətinin tədqiqində istifadə etmək olar və lazımdır. Məhz bu cür 

yanaşma halında elmin birtərəfli qiymətləndirilməsi halları aradan qalxmış 

olur. “Elmi bilik” anlayışından başqa, onlarca ortaq əhatəli anlayışlar 

vardır ki, onların hər biri “elm” sisteminin müvafiq qarşı sistemlə birlikdə 

malik olduğu ümumi sahəni göstərir. “Elmi tədqiqat”, “elmi idrak”, “elmi 

əsər”, “elmi müəssisə”, “elmi laboratoriya” və s. bu kimi anlayışlara “elm” 

sisteminin çox vacib tərkib elementləri uyğun gəlir. Lakin sistemin struktu-

runu müəyyən edərkən bir cənnəti də nəzərə almaq lazımdır ki, “elmi” pre-

dikatı ilə müəyyənləşən bu cür hadisələrin bəziləri bir-birini əhatə edir. 

Buna görə  də, sistemin makrostrukturu və mikrostrukturu təyin edilərkən 

eynitərtibli elementlər kompleksi seçmək lazım gəlir və ya quruluşun 

çoxpilləli xarakteri nəzərə alınmalıdır. 

“Elm” – mürəkkəb sosial sistemlər qrupuna daxil olmaqla müxtəlif 

mənşəli elementlərin dialektik məcmuyunu əks etdirir. Buna görə də yəqin 

ki, elmin tədqiqi də çoxaspektli olmalıdır. Lakin “elm” sisteminin makro-

strukturunu müəyyənləşdirmək və onun əhatə dairəsini təxminən də olsa 

sərhədləndirə bilmək üçün indiyə  qədər öyrənilmiş olan faktlar da yetərli 

ola bilər. 

Yuxarıdakı  təhlildən göründüyü kimi, “elm” anlayışının mövcud 

təriflərindən heç biri sosioloji nəticələrin genetik yolla alınmasını əhatə et-

mir və buna görə  də, elmdə sosioloji rakurs yalnız zahiri əlamətlərə görə 

və ya faktlar toplusu kimi müəyyənləşdirilir. Elmə təkcə qnoseoloji aspekt-


Elm haqqında elm 

 

 



 

136


də yanaşanlar yox, onu ictimai fəaliyyətin bir növü kimi qəbul edənlər də 

elmin sosioloji problemlərinin genetik mahiyyətini öyrənməyə nail ola 

bilməmişlər. Buna səbəb isə belə yanaşmanın birtərəfli olmasından daha 

çox, həddindən artıq qeyri-müəyyən olmasıdır. Elmdə sosioloji məqamla-

rın genetik şəkildə müəyyənləşdirilə bilməsi üçün elmi fəaliyyət bütün 

konkretliyi ilə, həm də bütün inkişaf tarixi boyunca öyrənilməlidir. Bu cə-

hət elmin sosioloji və tarixi aspektlərdəki tədqiqinin ayrılmazlığını ifadə 

edir. 


Tarixi tədqiqat baxılan hadisənin ictimai tərəqqi fonunda öyrənilmə-

sini tələb edir. Əks halda bu cür tədqiqatın heç bir faydası olmazdı, zira bi-

zə lazım olan yalnız səbəbiyyət  əlaqəsini öyrənməkdir. Konkret faktların 

xronoloji ardıcıllığını öyrənmək tarixi tədqiqat üçün yalnız hazırlıq mərhə-

ləsi ola bilər: “Texnika

1



 tarixinin xronoloji və coğrafi ardıcıllıqla incəliklə-

rinə qədər, çoxcəhətli və maksimum dərəcədə konkret şərhi tarixi hadisə-

lərin düzgün araşdırılması və ümumiləşdirilməsi üçün əsas bazadır”.

1

1



 

Tarixi yanaşma metodunun məğzi də məhz bu “araşdırma və ümu-

miləşdirmə” mərhələlərində öz əksini tapır. Faktların xronoloji düzülüşün-

dən ibarət olan tarix sonrakı tarixi tədqiqat üçün yalnız ilkin hazırlıq rolu-

nu oynamış olur. 

Beləliklə, elm və texnika tarixi baxımdan, yəni onların əhatə etdiyi 

müxtəlif konkret hadisələrin xronoloji düzülüşü ilə yox, bütöv “elm” və 

“texnika” sistemlərinin özlərinin müxtəlif dövrlərdəki vəziyyətlərinə, daha 

geniş  əhatəli proseslərdə bir tərkib elementi kimi tutduqları mövqelərə 

görə öyrənilməlidir. Elmin tarixi tədqiqində  nə Kepler qanunlarından, nə 

Darvinin təkamül nəzəriyyəsindən, nə radioaktivliyin kəşfindən, nə  də 

Eynşteynin nisbilik nəzəriyyəsindən danışmağa ehtiyac vardır. 

Ziddiyyətli görünmürmü? Sistemin daxili quruluşunu nəzərə alma-

dan onun inkişaf prosesini necə öyrənmək olar? Belə çıxmırmı ki, bu cür 

yanaşma inkişaf prosesini yalnız xarici əlamətlərə görə təyin edərək, daxili 

hərəkətverici qüvvəni, baxılan sistemin daxili quruluşunu nəzərə almamaq 

deməkdir? – Xeyr, əsas məsələ sistemin quruluşunu və onun inkişaf mən-

bəyini düzgün təyin etməkdədir. Elm və texnikanın inkişaf tarixi bu 

                                                 

 Elm və texnikanın tədqiqat üsulları yaxın olduğundan bu fikir eynilə elmə də aid edilə 



bilər (S.X.). 

1

 А.А.Зворыкин,  Н.И.Осьмова,  В.И.Чернышев,  С.В.Шухардин.  История  техники. 



М., 1962, с. 17. 

 

Elm və onun inkişaf yolu 

 

 

 

137



 

sistemlərdəki daxili ziddiyyətlərin həlli prosesi kimi başa düşülür. Qüsurlu 

olan isə elm və texnikanın daxili quruluşunu, məntiqi strukturunu ayrı-ayrı 

elmi və texniki nailiyyətlərin məcmuyu kimi başa düşməkdir. 

Tarixi tədqiqat üçün ilkin zəruri amillərdən biri də baxılan sistemin 

məntiqi strukturunun məlumluğudur. Bu tələb dialektikada yaxşı  məlum 

olan tarixi ilə məntiqinin vəhdəti prinsipini ifadə edir. Nə elmi, nə texnika-

nı, nə də onların qarşılıqlı münasibətini bu metodlardan təkcə biri ilə öy-

rənmək olmaz. Tarixi tədqiqat hadisəni ictimai tərəqqi fondunda öyrənmə-

yə imkan verdiyi kimi, məntiqi təhlil də onun ümumi mənzərəsini yaratma-

ğa, daxili quruluşunu və  hərəkətverici qüvvələrini müəyyənləşdirməyə 

imkan verir. 

Elm və texnikanın tarixi rolunu, sosial-genetik mənşəyini və inkişaf 

xüsusiyyətlərini təyin etmək üçün onlara biliklərin və qurğuların stasionar 

məcmuyu kimi deyil, fəaliyyətdə olan sistem kimi baxmaq lazım gəlir. Bu 

sistemlərin əsas hərəkətverici qüvvəsi isə insandır; həm də müəyyən zəruri 

biliyə, əmək və tədqiqat vərdişlərinə malik olan insan – elmi işçi və ya tex-

nik. Elmi və texniki inkişaf heç də  səlt proses olmayıb, ayrı-ayrı konkret 

fəaliyyət aktlarının toplusu kimi mövcuddur. Belə konkret fəaliyyətlərin 

hər biri isə müəyyən bir fərdin və ya fərdlər qrupunun hesabına mümkün 

olur. Fərd özlüyündə elmi işçi və ya texniki işçi olmaqdan başqa, eyni za-

manda insandır, şəxsiyyətdir. O, öz bioloji varlığını saxlamaq üçün yeməli 

və geyməlidir, bir şəxsiyyət kimi isə ictimai münasibətlər sferasına daxil-

dir. Məhz buna görə də, elm və texnikanın inkişaf xüsusiyyətləri ictimai tə-

rəqqinin müvafiq mərhələdəki vəziyyəti ilə şərtlənir. 

Sosial mühitin təsiri təkcə elmi və texniki işçilərin ictimai vəziyyət-

lərinə olan təsir ilə kifayətlənmir. “Elm” və “texnika” sistemlərinin daxili 

quruluşuna həm də müxtəlif təchizat vasitələri (binalar, laboratoriyalar, 

eksperimental vasitələr, kitab və jurnal buraxılışı üçün ləvazimat – bütün 

bunlar üçün isə milli gəlirdən pay) daxildir ki, onların təşkili və idarə 

olunması bilavasitə mövcud sosial şəraitlə bağlıdır. Bundan başqa sistemdə 

əsas ünsürlərlə yanaşı əlaqə ünsürlərinin də olması vacibdir, zira sistemin 

daxili tamlıq  şərti yalnız bu vaxt ödənilə bilər. Doğrudan da, “elm” və 

“texnika” sistemlərində əsas ünsür rolunu oynayan elmi və texniki işçilərlə 

yanaşı, çoxlu sayda köməkçi,  əlavə  işçilər (məsələn, inzibati işçilər, xid-

mətçilər, təsərrüfat, mühasibət və  dəftərxana işçiləri və s.) də mövcuddur 

ki, sistemin sosial tamlığı yalnız bu ünsürlərin vasitəsilə mümkün olur. 


Elm haqqında elm 

 

 



 

138


Köməkçi işçilərdən heç biri konkret elmi və texniki nailiyyətlərin 

əldə olunmasında iştirak etmir. Və  yəqin buna görədir ki, indiyə  qədər 

onların müvafiq sistemlərdəki mövqeləri tədqiq olunmamışdır. Lakin 

təcrübə göstərir ki, köməkçi işçiləri – əlaqə ünsürlərini daxil etmədən elm 

və texnika sistem kimi öyrənilə bilməz. 

Köməkçi işçilərə tələbat müasir dövrün xüsusiyyəti olsa da, mahiy-

yət etibarilə xeyli qədim köklərə malik olub, zehni və fiziki əmək bölgüsü 

ilə sıx surətdə bağlıdır. 

Konkret elmi və texniki fəaliyyət zehni və fiziki əmək bölgüsündən 

əvvəl də mövcud olmuşdur. Bu dövr üçün xarakterik olan cəhət ondan 

ibarətdir ki, adamlar elmi və texniki işlə əlavə bir iş kimi – öz maddi ehti-

yaclarını ödədikdən sonra məşğul olmuşlar. Zehni və fiziki əmək bölgüsü 

hər bir fərdin öz daxilində getmişdir. O dövrdə elm fərdlərdə qapanan sis-

temlərin rabitəsiz toplusu kimi təsəvvür oluna bilər.

1



 



Lakin o vaxtdan ki, bəzilərinin topladığı  məhsul başqalarının da 

təminatı üçün kifayət edibdir, həmin başqaları  «əlavə  işlərlə» məşğul 

olmaq imkanı əldə ediblər. «Əlavə işlər» isə ən çox elmdən, incəsənətdən 

və texniki vasitələr hazırlanmasından ibarət olub. Bu hal yeni əmək böl-

güsünə uyğun gəlir və “elm” və “texnika” sistemləri də müvafiq keyfiyyət 

dəyişilmələri keçirirlər. Məsələn, konkret elmi və ya texniki fəaliyyət indi 

artıq bir fərd çərçivəsində tamamilə qapana bilmir, belə ki, elmi işlə 

məşğul olan hər bir fərd öz maddi təminatı baxımından başqasından asılı 

olur. Deməli, elmi və ya texniki fəaliyyət sosial xarakter alır. 

Müasir dövrdə – kollektiv fəaliyyət dövründə elmi iş daha bir sıra 

yeni keyfiyyətlər kəsb edir. Artıq işçilər nəinki təkcə maddi təminat və ya 

hər hansı  kənar amillər baxımından başqalarının fəaliyyətlərindən asılı 

olurlar (bilavasitə istehlak şeyləri istehsalı  və dolayısı istehsal), həm də 

konkret fəaliyyət özü də  fərdlər çərçivəsindən kənara çıxır, “başqaların-

dan” asılı olur. Sistem adamlara nəzərən tam qapanma imkanını  tədricən 

itirir. Daha yalnız nisbi qapalılıqdan söhbət gedə bilər. 

“Elm” və “texnika” sistemlərinin getdikcə genişlənməsi  əsasən iki 

başlıca amil hesabına baş vermişdir: 

                                                 

 Belə hallara, dövr üçün xarakterik olmasa da, istisnalar şəklində, hətta yeni (Koper-



nikdən sonrakı) mərhələdə də rast gəlirik. Məsələn, Spinoza maddi təminat üçün fiziki işlə 

(linza hazırlamaq) məşğul olub.  



 

Elm və onun inkişaf yolu 

 

 

 

139



 

1. Konkret tədqiqat işləri artıq əməli bilik çərçivəsində aparıla bilmir 

və digər tədqiqatların əldə etdiyi ilkin elmi nəticələrə əsaslanmaq lazım gə-

lir. İnformasiyanın yayılması prosesi sürətləndikcə ilkin məlumat toplusu-

nu getdikcə daha geniş  ərazilərdən və daha çox təfərrüatı ilə öyrənmək 

mümkün olur və bu proses, nəhayət, bütün planet miqyasında yayılır (indi-

ki dövr). 

2. Mövcud elmi məlumatlar əsasında belə, müəyyən nisbi qapalı fəa-

liyyət aktını həyata keçirmək mümkün olmur və bu hal kollektiv tədqiqatı 

zəruriləşdirir.  

Kollektiv tədqiqatın (laboratoriyalar, institutlar, müxtəlif elmi təşki-

latlar və s.) «elm» sisteminə gətirdiyi yeni tipli keyfiyyət dəyişikliyi siste-

min nisbi tamlığını qorumaq üçün elmi fəaliyyətdə  iştirak etməyən «kö-

məkçi işçilərin» də bu sistemə daxil olmasıdır. Bu cəhəti biz ona görə xü-

susilə qeyd edirik ki, o nəinki təkcə elmin və ya texnikanın, həm də ümu-

miyyətlə bütün mücərrəd sistemlərin ictimai aspektdə öyrənilməsi üçün ol-

duqca böyük əhəmiyyət kəsb edir. 

Konkretlik üçün yalnız elmi institutlardakı  vəziyyəti təhlil etməyə 

çalışaq. Burada elmi işçilər yalnız elmi fəaliyyətdə bulunurlar. Bəs qalan 

işlər? İnstitut binasını başqaları tikir, cihazları başqaları qəbul edir, başqa-

ları yerləşdirir, işə götürmək, işdən çıxarmaq, ezamiyyət vermək, müxtəlif 

sənədləri tərtib etmək, maaşları  gətirmək, paylamaq və s. bu kimi işləri 

başqaları görür…

1



 Bütün bu «başqalarsız» kollektiv fəaliyyət mümkün de-

yil. Lakin bu hal başqalarının baxdığımız elmi tədqiqat sistemi ilə yanaşı 

«elm» sisteminə də daxil olmasınımı göstərir? Bizcə, hələlik buna tam əsas 

yoxdur. «Başqaların» «elmi tədqiqat» sisteminə, baxdığımız halda institu-

ta, daxil olması ən çox onların elmi işçilərlə bilavasitə qarşılıqlı münasibət-

də olması ilə bağlıdır. Bu halda sistem həm də nisbi qapalı münasibətlər 

sferası ilə müəyyənləşir. Əgər belə olmasaydı, onda elmi tədqiqat sistemi-

nə daha çox elementlər daxil etmək lazım gələrdi və əslində bəlkə də heç 

bir sistemdən söhbət gedə bilməzdi, zira sistem təşkil etmək müəyyən tə-

ləblərlə şərtlənir. 

Məsələn, elmi işçilər üçün zəruri olan istehlak şeyləri olmasa, elmi 

                                                 

 

Bu işlərdən bəziləri (məs., cihazlara tələbatın müəyyənləşməsi və s.) elmi işçilərin 



iştirakı ilə və ya bilavasitə elmi işçilər tərəfindən görülməlidir, lakin hər halda elmi iş sayıla 

bilməz.  



Elm haqqında elm 

 

 



 

140


tədqiqat da əsla mövcud ola bilməzdi. Lakin biz bu istehlak şeylərinin is-

tehsalı prosesini və ya müvafiq istehsalçıları elmi tədqiqat sisteminə daxil 

etmirik və bu zaman qəbul olunur ki, elmi işçilər pul qazanmaqla özlərini 

təmin etmiş olurlar. Konkret elmi tədqiqat sisteminə daxil olan cəmi bir 

element – maaş bütün istehlak məsələlərini təmsil edir ki, bu da baxdığı-

mız sistemin başqa əlaqədar sistemlərə nəzərən nisbi müstəqilliyini təmin 

etmiş olur.  

Zehni və fiziki əmək bölgüsü ümumi şəkildə xeyli qədim tarixə ma-

lik olsa da, konkret elmi fəaliyyətlərin nisbi qapalı sistem səviyyəsinə qə-

dər yüksəlməsi prosesi hələ heç də bütövlükdə həyata keçməmişdir. Opti-

mal elmi siyasət yeridildikdə alimin şəxsi və ictimai həyatda ehtiyacları ilə 

əlaqədar məsələləri dövlət özü həll edir və elmi işçilərin bu məsələlərə 

vaxt itirməsinə ehtiyac qalmır. Əks halda elmi işçilər, incəsənət xadimləri 

və s. öz əsas peşələrindən başqa, həm də özlərini dolandırmaq haqqında 

düşünməli olurlar. Bu hal indi kapitalizmdə qismən mövcuddur. Belə ki, 

elmi işçi öz yaşayışı üçün lazım olan gəliri başqa sahələrdə yox, məhz elmi 

sahədəki fəaliyyəti ilə qazana bilər. Lakin bu qazanc haqqında hər halda 

düşünmək lazım gəlir və o həmişə eyni miqdarda olmayıb, bəzən təsadüf-

lərdən də asılı olur. Nəticədə elmə müstəqil sistem kimi baxmaq mümkün 

olmur. Tarixi tədqiqat göstərir ki, indiki dövrdə konkret elmi fəaliyyətin iki 

müxtəlif inkişaf səviyyəsinə uyğun olan formaları paralel şəkildə mövcud-

dur. Yəni elmi iş həm peşə, vəzifə kimi, həm də ancaq mənəvi-intellektual 

ehtiyac kimi bəzi alimlər, məsələn, Vayskopf, elmi fəaliyyətin missiyadan 

peşəyə çevrilməsini yaxşı hal hesab etmir. 

Ümumiyyətlə, elm və texnikanın inkişafı ictimai tərəqqidə qlobal 

mövqe tutsa da, onların konkret mövcudluq formaları müxtəlif quruluş xü-

susiyyətlərinə malikdir və bu müxtəlifliyi elm və texnikanın ümumi qlobal 

inkişafının nəticəsi kimi izah etmək olur; sistemin tam qapalı olmaması və 

digər  əlaqədar sistemlərdə baş verən dəyişilmələrin təsiri bütün aşkarlığı 

ilə özünü məhz burada göstərir. 

Yuxarıdakı mühakimələrdən aydın olur ki, elmin konkret mövcud-

luq formalarını öyrənmədən, onun hərəkətverici qüvvələrini, onunla bila-

vasitə  əlaqədar olan maddi elementlər çoxluğunu (qeyri-maddi ünsürlər 

olan elmi bilik və elmi idrakdan fərqli olaraq) təhlil etmədən “elm” anlayı-

şının mahiyyətini müəyyənləşdirmək cəhdləri, doğrudan da, müvəffəqiy-

yətsizliklə  nəticələnməli imiş. Elmi yalnız bilik kimi, onun tərkib hissəsi 



 

Elm və onun inkişaf yolu 

 

 

 

141



 

kimi öyrənmək və ya onu təkcə qnoseoloji aspektdə təqdim etmək bir sıra 

dəfolunmaz çətinliklər törədir ki, bunların da ən əsası inkişafın və ya elmi-

texniki tərəqqinin sosioloji problemlərini düzgün qoya bilməməkdir. 

Fəlsəfi ədəbiyyatda elmin sosiologiyasına dair yazılmış bir sıra əsər-

lərdə bu problemin bəzi cəhətləri öz ətraflı  və düzgün elmi izahını tapsa 

da, elmin daxili sosial ünsürləri, bu ünsürlərin formalaşma xüsusiyyətləri 

və tarixi inkişaf qanunauyğunluqları çox az öyrənilmiş  və ya heç tədqiq 

olunmamışdır. Halbuki elmin sosial bir sistem kimi öyrənilməsi onun əsas 

və köməkçi sosial komponentlərinin müəyyənləşdirilməsini tələb edir. Be-

lə ki, müasir mənada ümumictimai elmi tərəqqidən danışmaq üçün ilk növ-

bədə elmi fəaliyyətin mümkünlüyünü təmin edən sosial mövcudluq şərtlə-

rini öyrənmək tələb olunur. Yalnız bunun sayəsində ayrı-ayrı elmi işçilərin 

fərdi elmi fəaliyyətinin birləşərək qlobal, ümumictimai elmi fəaliyyət pro-

sesini necə əmələ gətirdiyini düzgün təsəvvür etmək olar. Yalnız elmdə so-

sial ünsürlərin rolunu və funksiyasını düzgün qiymətləndirmək sayəsində 

elmi fəaliyyətin zəruri tərkib hissəsi olan elmi idrak prosesi ilə bu proseslə-

rin toplusu, həm də sadə toplu deyil, üstəlik özünəməxsus rabitə vasitələri-

ni də əhatə edən sosial sistem arasındakı əlaqəni düzgün başa düşmək olar. 

“Elm” sisteminin sosial ünsürlərə malik olması elmin sosiologiya-

sında əsas sahələrdən birini təşkil etsə də, bu məsələ elmin problemlərin-

dən yalnız biridir. Ümumiyyətlə elmin ictimai həyatla bağlılığı üç ardıcıl 

mərhələyə bölünə bilər. 

 

1.  İctimai həyatın, mövcud mədəni səviyyənin, texnikanın elmin 



mövzusuna, onun müvafiq dövr üçün səciyyəvi olan problemlərinin müəy-

yənləşməsinə təsiri. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, icti-

mai tələbat elmin inkişafında istənilən başqa amilə nəzərən daha böyük rol 

oynayır. F.Engelsin yazdığı kimi, “əgər texnika xeyli dərəcədə elmin və-

ziyyətindən asılıdırsa, onda elm texnikanın vəziyyət və tələblərindən daha 

çox asılıdır. Əgər cəmiyyətdə texnikaya tələb meydana gəlirsə, bu tələb el-

mi onlarca universitetin irəlilədə biləcəyindən daha çox irəlilədir».

1

1



 

2.  İctimai amillərin elmi fəaliyyətin həyata keçirilməsinə  təsiri. Bu 

amillər özü aşağıdakı kimi təsnif edilə bilər: 

 

                                                 



1

 K.Marks və F.Engels. Seçilmiş məktublar. Bakı, Azərnəşr, 1955, s. 492. 



Elm haqqında elm 

 

 



 

142


a) Elmi fəaliyyətin icraçıları olan elmi işçilərin sosial vəziyyəti; on-

ların həyat tərzi və sosial-psixoloji mövqeyinin elmi işin intensivliyi və 

keyfiyyətinə təsiri. 

b) Elmi işçilərin sosial mövqeyinin onların ideologiyası və dünyagö-

rüşləri vasitəsilə elmi tədqiqatın nəticələrinin müxtəlif tətbiq variantlarının 

seçilməsinə, onların müxtəlif cür şərh olunmasına – interpretasiyasına 

təsiri. 

v) Elmi fəaliyyətin maddi təchizatı üçün zəruri olan maliyyə 

məsələlərinin ictimai quruluşun spesifikasından asılılığı. 

q) Eksperimental elmi fəaliyyətin təşkilinin mövcud texniki inkişafı 

səviyyəsindən asılılığı. 

d) Elmdə kommunikativ fəaliyyətin mümkünlüyünü təmin edən kö-

məkçi  əlaqə ünsürlərinin zəruriliyindən irəli gələn məsələlər; kommuni-

kativ sistemin təşkil xüsusiyyətlərinin, köməkçi heyətin yerləşdirilməsi və 

maddi təminatı məsələlərinin mövcud sosial quruluşun yaratdığı imkanlar 

və qoyduğu məhdudiyyətlərlə şərtlənməsi. 

3. Elmi fəaliyyətin nəticələrinin – elmi biliklərin praktik istifadəsi-

nin mövcud sosial şəraitdən və mədəni-texniki inkişaf səviyyəsindən asılı-

lığı. Buraya ilk növbədə biliklərin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi 

prosesi daxildir ki, bu proses müxtəlif sosial-iqtisadi şəraitlərdə müxtəlif 

istiqamətlərdə  həyata keçir; yəni sosial quruluşdan asılı olaraq ya ümumi 

ictimai tərəqqinin təkanverici amili kimi, ya da bu prosesin tormozlanması 

üçün bir vasitə kimi çıxış edir. 

Lakin göstərilən mərhələlərdəki sosial əlaqələrin heç də hamısı elm 

sisteminə  şamil edilə bilməz. Burada bilavasitə elmi fəaliyyətin öz daxili 

tərəfləri ilə bağlı olan sosial münasibətləri çıxdıqdan sonra qalan münasi-

bətlər əslində elmin digər fəaliyyət sahələri ilə əlaqəsini təmin etməyə yö-

nəldilmişdir. Yalnız bu əlaqələrin hesabına elm tam müstəqil, ictimai mü-

hitdən təcrid edilmiş sahə olmayıb, vahid bütöv ictimai tərəqqi prosesinin 

ayrılmaz tərkib hissəsini təşkil edir. Doğrudur, “elmin sosiologiyası” adı 

altında baxılan mərhələlərin hamısı  tədqiq olunur. P.A.Raçkovun yazdığı 

kimi “elmin sosiologiyasının əsas məsələləri, hər şeydən əvvəl elmin icti-

mai təbiətini, onun sosial quruluşunun spesifikasını, habelə müxtəlif icti-

mai-iqtisadi formasiya şəraitində onun cəmiyyətə əks-təsirinin xarakterini 



 

Elm və onun inkişaf yolu 

 

 

 

143



 

açmaqdan ibarətdir”.

1

1

 Lakin bu məsələlər təkcə sosial “elm” sisteminin de-



yil, habelə bu sistemin başqa sosial sistemlərlə əlaqələrinin, aralıq sahələ-

rin və s.-in də öyrənilməsini əhatə edir. Bizcə, elmin özünün sosial aspekt-

də  tədqiqi, sosial sərhədlərinin və  tərkib elementlərinin müəyyənləşdiril-

məsi problemi elmin sosiologiyası miqyasında aparılan tədqiqatlara nəzə-

rən xeyli konkretdir və buraya yuxarıda təsnif etdiyimiz mərhələlərdən yal-

nız ikincisi daxil ola bilər. 

İstər elmin predmetinin ictimai inkişaf səviyyəsinin tələblərinə 

uyğun surətdə  dəyişilməsi, istərsə  də elmin nəticələrinin ictimai-iqtisadi 

tətbiqləri ayrıca, nisbi müstəqil tədqiqat sahələrinin mövzusunu təşkil edir. 

Sosial “elm” sisteminin və ya başqa sözlə “elm” sisteminin sosial 

quruluşunun öyrənilməsi isə ümumiyyətlə götürdükdə elmi fəaliyyət sahə-

sində müxtəlif sosial təbəqə  və qrupların çalışması  və bunlar arasındakı 

qarşılıqlı əlaqə, habelə bu daxili ictimai ünsürlərin ictimai-iqtisadi quruluş-

la əlaqəsi və s. bu kimi problemləri əhatə edir, Burada bir cəhəti xüsusilə 

fərqləndirmək lazımdır ki, “sosial” sözünün geniş və konkret mənalarda iş-

lədilməsi və bu müxtəlif mənaların eyni sözlə ifadə olması baxılan prob-

lemin  şərhində  bəzi dolaşıqlıqlar yaradır. Məsələ burasındadır ki, “elm” 

sisteminin sosial quruluşundan danışarkən biz “sosial” sözünü konkret 

mənada işlədirik və buraya elmin öz ictimai təbiətindən doğan problemləri 

daxil etmirik. Lakin bir sıra  ədəbiyyatlarda “sosial” və «ictimai» sözləri 

qarışdırıldığından məsələnin qoyuluşu xeyli dərəcədə dolaşıq xarakter da-

şıyır. Məsələn, P.A.Raçkovdan yuxarıda gətirdiyimiz iqtibasda elmin icti-

mai təbiətindən danışılırdısa həmin əsərdəcə eyni mənada elmin sosial tə-

biətindən danışılır. Halbuki, “sosial” anlayışı konkret mənada başa düşü-

lərsə elm heç vaxt belə bir mahiyyətə malik olmamışdır. Doğrudur, müxtə-

lif dövrlərdə, müxtəlif ictimai-iqtisadi formasiyalarda elmi fəaliyyət sahə-

sində çalışan adamların sosial tərkibi və s. müxtəlif olmuşdur. Lakin bu 

heç də elmin təbiətini müəyyən edən əsas cəhət deyil. Elmin ictimai təbiəti 

isə onun nailiyyətlərinin ayrıca fərdlərin deyil, onların birgə fəaliyyətinin, 

elmi kommunikasiyaların (eyni bir problemi tədqiq edən elmi işçilər qru-

punun əməkdaşlığı, biri digərinin nəticələrindən istifadə etməsi və s.), ha-

belə bir nəslin  əldə etdiyi elmi nəticələrin digər nəsillərə ötürülməsi pro-

sesinin sayəsində əldə edildiyini göstərir. Göründüyü kimi, elm üçün zəruri 

                                                 

1

 П.А.Рачков. Науковедение. М., 1974, с. 59. 



Elm haqqında elm 

 

 



 

144


şərt olan bu cəhətlər heç də sosial xarakter daşımayıb, ictimai münasibətlə-

rin digər, özünəməxsus sahəsini əks etdirir. 

 


 

Elm və onun inkişaf yolu 

 

 

 

145



 

 

 

 

 

 

Elmin bütöv bir sistem kimi formalaşmasının  

metodoloji problemləri 


Yüklə 5,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin