ELM
VƏ ONUN İNKİŞAF YOLU
Elm anlayışı
Elmin metodoloji problemləri
Elmlərin təsnifatı
Elmin inkişaf qanunauyğunluğu
Elmin məntiqi-qnoseoloji tədqiqi
Elm yolu bumeranqı xatırladır, nə
qədər çox uzağa getsən, bir o qədər ilkin
əsaslara qayıdırsan.
Əbu Turxan
Elm və onun inkişaf yolu
127
Elm anlayışı
Müasir dövrdə elmin böyük rolunu hamı etiraf edir. Hər bir insan öz
şəxsi həyatında elmin bu və ya digər nəticələrindən istifadə edir və elmi-
ləşmiş texnogen mühitsiz insanı təsəvvür etmək mümkün deyil. Lakin bu-
nunla belə, insanların böyük əksəriyyəti bilavasitə elmdən uzaqdırlar və
hətta elmə qarşı tam bir etinasızlıq şəraitində yaşayırlar. Bu mühit artıq bi-
zimdir. Yeni nəsil bu mühiti hazır şəkildə mənimsəyir və onun üçün o, bir
növ təbii mühitdir. Ancaq tarixi aspektdə yanaşdıqda, həyata retrospektiv
münasibət zamanı aydın olur ki, vaxtilə nə televizor, nə telefon, nə avto-
mobil olub. İnsanlar hətta ən böyük məsafələri də ayaqla və ya ən yaxşı
halda at və dəvə ilə qət ediblər. Bircə gün elektrik olmayanda, insan həyatı
öz normal ritmindən çıxır və dözülməz hala gəlir. Amma biz heç düşün-
mürük də ki, bu “norma” ancaq son əsrlərdə formalaşıb. Ona qədər isə
neçə minilliklər ərzində həyatın başqa normativləri mövcud olub.
Bəli, elmin nəticələri həyatımıza o dərəcədə üzvi surətdə daxil olub
ki, biz onlardan istifadə edərkən nə onların əsasında duran elmi ideyaları,
nə də bu kəşflərin müəllifi olan elm adamlarını xatırlayırıq. Yəni əslində
elm harada isə arxa plandadır. Görüb qurtardığı işləri insanların ixtiyarına
buraxıb, indi yeni işlərlə məşğuldur. Cəmiyyət bu yeni işlərdən xəbərsiz-
dir; bu yeni işlər ancaq kiçik bir qisim insanların – elm adamlarının maraq
dairəsindədir. Yəqin bir vaxt gələcək, bugünkü elmin nəticələri də ictimai
həyatda realizasiya olunaraq elm çevrəsindən kənara çıxacaq və ictimai-tə-
bii mühitin, ikinci təbiətin ayrılmaz tərkib hissəsinə çevriləcəkdir. Və onda
bu “yeni işlər” də köhnələcək, elmin ön cəbhəsindən uzaqlaşaraq özünün
elmdən kənar həyatını yaşayacaqdır. Yəni texnikada, texnologiyada, isteh-
salatda və ya hər hansı bir xidmət sahəsində realizasiya olunacaq, özgələş-
miş hala düşəcəkdir. Yaxud potensial imkan kimi, sadəcə elmin hələ tətbiq
olunmamış, reallaşmamış məhsulu – elmi bilik kimi saxlanılacaqdır.
Elm haqqında elm
128
Necə ki, bulaq qaynayır və getdikcə artan sular axıb dağ çaylarına
çevrilir, həm təsərrüfatda istifadə olunur, həm də axıb hansı isə bir göldə
və ya dənizdə qərar tapır, eləcə də elmi yaradıcılıq prosesi çağlayan bulağa
bənzədilsə, alınan biliklər qismən istehsalatda, təsərrüfatda tətbiq olunur
və bununla yanaşı elmi biliklər sisteminə, bilik anbarına qatılaraq gələcək
tətbiqlərini gözləyir. K.Popper belə obyektivləşmiş biliklər sistemini “bad-
ya” və ya “üçüncü dünya” adlandırır. Daha ümumi şəkildə elmi biliyin
saxlanma formalarından söhbət gedir. Amma sual olunur ki, hansı model
bunları elm sisteminə daxil etməyə imkan verir? Belə ki, elm dedikdə an-
caq elmi yaradıcılıq və yeni elmi biliklərin alınması prosesini nəzərdə tut-
saq, elmin nəticələri, obyektivləşmiş elmi biliklər və onların tətbiqi, reali-
zasiyası və s. bu kimi məsələlər elmə daxil olmayacaqdır.
Elmin hansı miqyasda öyrənilməsi “elm” anlayışının hansı mənada
götürülməsindən, elm sisteminə hansı struktur səviyyəsinin daxil edilmə-
sindən asılıdır. Belə ki, əgər ancaq müstəqim mənada elmdən, yəni elmi
yaradıcılıq prosesindən, yeni elmi biliklərin əldə edilməsindən, elmi kəşf-
lərdən danışırıqsa, onda elmin həm məntiqi-epistemoloji, həm də sosial
sistem kimi həcmi minimal olacaqdır. Burada ancaq yaradıcı elm adamla-
rının, elmi yeni ideyalarla zənginləşdirən alimlərin fəaliyyəti əhatə oluna-
caqdır. Lakin ilkin elmi biliklər bazası olmasa, elmi kadrların yetişdirilmə-
si prosesi, yəni elmə yönəli təhsil olmasa, cəmiyyətin elmə sosial sifarişi,
elm ilə istehsal arasında körpü olmasa, yüksək dərəcədə təchiz edilmiş la-
boratoriyalar və zəngin kitabxanalar olmasa heç bir yaradıcı alim tədqiqat-
la məşğul ola bilməz, yeni elmi kəşflər baş verməz. Deməli, elm sisteminin
həcmi ilk baxışda göründüyündən daha genişdir, təkcə yerdən qaynayan
bulaq yox, bu suyun yığılıb artması və çaylardan, dənizlərdən buxarlanaraq
buludlarda toplanması və daha sonra yağaraq torpağı islatması bütöv bir
dövri proses kimi baş tutmasa, bulaq da daha yerin təkindən qaynaya bil-
məz. Əlbəttə, elmin dövri proses kimi nəzərdən keçirilməsinin suyun döv-
ranı ilə müqayisəsini davam etdirsək, belə bir məqam da diqqəti cəlb edir
ki, yağış bilavasitə bulağa, çaya və dənizə də tökülür, amma bunlar su döv-
ranının üzdə görünən qatıdır. Yağış suyu ilə bulaq suyu eyni deyil və onun
hasil olması üçün su ancaq yerin dibindən süzülərək və minerallarla zən-
ginləşərək qayıtmalıdır. Məlum biliklərin mənimsənilməsi üçün də nisbə-
tən məhdud bir dövri sistem yetərlidir. Yəni biliklər hansı formada və sə-
Elm və onun inkişaf yolu
129
viyyədə mənimsənilirsə, həmin forma və səviyyədə də başqalarına
ötürülür.
Yeni biliklər əvvəlkiləri sadəcə mənumsəmək, sistemləşdirmək və
yenidən qablaşdırmaq hesabına əmələ gələ bilməz. Nə isə yeni bir ideya-
nın, qanunun, təlimin yaranması üçün onun insan daxili aləminin dərin qat-
larından keçərək yeni məzmun və mahiyyətdə üzə çıxması tələb olunur.
Burada yenə də dövri prosesin iki müxtəlif qatından danışmaq mümkün-
dür. Biri – problemin insanın intellektual dünyasından keçərək işıqlanması,
o biri – kosmik düşüncə sisteminə qatılaraq işıqlanmasıdır. Daha böyük bir
dövri prosesin iştirakçısına çevrilmək və bunun sayəsində problemə kos-
mik zəkanın işığında baxmaq, məlum biliklərin məntiqi təhlili və ümumi-
ləşdirməsi ilə deyil, ilham və vəcd məqamlarında bilavasitə mənimsəmə
yolu ilə yeni biliklər qazanmaq. Bu zaman dövri prosesin dərinlik dərəcəsi
qeyri-müəyyən olur, çünki rasional idrakın hüdudlarından kənara çıxır.
İndiyəqədərki elmşünaslıq elmi məhz rasional idrak hüdudlarında
araşdırmış və müvafiq dövri prosesin sosial strukturunu təhlil etmişdir.
Lakin istər təhsil sistemi ilə, istərsə də sənaye və ya xidmət sahələri ilə or-
taq sahələrin məhz hansı sistemə aid olması məsələsi açıq qalmışdır.
Elmin müstəqil bir sahə kimi institutlaşması, yoxsa təhsil sisteminin
və ya istehsal sahəsinin strukturunda yer alması onun daxili məzmununa
təsir etməsə də, tədqiqatların yönünə və xarakterinə təsir göstərir. Funda-
mental, yoxsa tətbiqi elmlərə üstünlük verilməsi müvafiq sosial struktur və
təşkilati birlik formaları tələb edir. Universitetlərin nəzdində əsasən funda-
mental elmlərə üstünlük verildiyi halda, biznes strukturlarının, istehsal mü-
əssisələrinin strukturunda tətbiqi elmlər üstünlük təşkil edir. Başqa sözlə
desək, elmin məzmunu ilə onun təşkilati forması arasında bir uyğunluq
olur. Ona görə də, elmin daha optimal təşkili üçün əvvəlcə onun təkcə
epistemoloji müstəvidə deyil, həm də sosial müstəvidə öyrənilməsi la-
zımdır.
Elm anlayışının tədqiqi, elmin bir sistem kimi nəzərdən keçirilməsi,
onun inkişaf qanunauyğunluğunun öyrənilməsi son dövrlərdə xüsusi
aktuallıq kəsb etmişdir ki, bu da elmin sosial və iqtisadi rolunun müqayisə
olunmaz dərəcədə artması ilə əlaqədardır.
Təbii ki, bu sahədəki tədqiqat elə ilk mərhələdən sistemli xarakter
daşıya bilməzdi və buna ehtiyac da olmamışdı. Bu sahənin tədqiqinə hər
dəfə elmin və elmi inkişafın bu və ya digər cəhətini öyrənmək zərurəti
Elm haqqında elm
130
yaranarkən, qarşıya çıxan cari tələblərin xüsusiyyətlərinə spesifikasiyasına
uyğun olaraq müraciət edilmişdir. Buna görə də müxtəlif aspektlərdəki təd-
qiqatlar genetik əlaqə ilə birləşməmişdir və xeyli dərəcədə rabitəsiz xarak-
ter daşıyır. Bununla belə, hələ yeganə bütöv tədqiqat şəbəkəsi formalaşma-
sa da, bu sahədəki mövcud elmi işləri bir neçə başlıca tədqiqat istiqa-
mətində qruplaşdırmaq olar; elmin tarixi, metodoloji, sosioloji, iqtisadi,
qnoseoloji və s. aspektlərdəki tədqiqi, həmçinin onun planlaşdırılması və
proqnozu probleminin öyrənilməsi – hər biri ayrılıqda nisbi müstəqil tədqi-
qat sahəsi kimi götürülə bilər. Bu sahələrdən hər birinin inkişafı da nisbi
qapalı çərçivə daxilində həyata keçir və digər aspektlərdəki tədqiqatlarla
yalnız zahiri tellərlə bağlana bilər. Əslində isə bütöv sistem təşkil edən
elmin və elmi inkişaf prosesinin müxtəlif aspektlərdəki tədqiqi də bütöv və
sistemli xarakter daşımalıdır. Zira ayrı-ayrı diferensial tədqiqatların
istiqamətləndirilə bilməsi üçün tədqiqat predmeti haqqında vaxtaşırı da
olsa bütöv təsəvvür əldə edilməsi vacibdir.
Məhz buna görədir ki, son vaxtlarda elmin müxtəlif aspektlərdə öy-
rənilməsindən alınan nəticələri vahid tədqiqat sahəsində – «elmşünaslıq»
(yaxud «elm haqqında elm») adı altında birləşdirməyə çalışırlar.
Elmşünaslıqda daxili tamlıq əldə edilməsi üçün əsas şərt metodoloji
əsasların hazırlanması və başlıca fəlsəfi problemlərin həllidir. Çünki elə
konkret məsələlər vardır ki, ümumi fəlsəfi təsəvvür əldə etmədən onların
həlli qeyri-mümkündür. V.A.Dmitriyenko məhz belə hallardan birini nəzə-
rə alaraq yazır: «Elmin tabe olduğu qanunauyğunluqları aydınlaşdırmadan
onun idarə olunması problemini həll etmək ağlasığmazdır»; ona görə də,
nə qədər ki, elmin inkişaf qanunları dəqiqləşdirilməyib, onun idarə olun-
ması və planlaşdırılması da tamamlanmamış qalacaq».
1
1
Müasir dövrdə elmin mahiyyətini və inkişaf qanunauyğunluğunu
müəyyənləşdirmək zərurəti bütün aydınlığı ilə hiss olunsa da, problem öz
ümumi həllini hələ də tapmamışdır. Bununla belə, elmin müxtəlif konkret
cəhətlərinin müəyyənləşdirilməsi, onun inkişaf xüsusiyyətlərini əks etdirən
çoxlu məlumatlar toplanması qısa dövrdə böyük nailiyyətdir.
Tədqiqat işlərinin bir hissəsi (zahirən fəlsəfi aspekt) bilavasitə elmin
mahiyyətinin öyrənilməsinə yönəldilmişdir. Lakin bu tədqiqatlar elmin
1
В.А.Дмитриенко. Об общих закономерностях развития науки. «Учение записи
Томского госуниверситета. Проблемы методологии и логики наук». Томск, 1969, с.5.
Elm və onun inkişaf yolu
131
müxtəlif aspektlərdə öyrənilməsindən alınan nəticələrə əsaslanmaq, onları
ümumiləşdirmək əvəzinə, bir-biri ilə əlaqəsiz olan aspektlərdən yalnız biri-
nə çevrilmişdir. Bu cür vəziyyət fəlsəfə ilə digər konkret elmi sahələr
arasındakı məlum münasibətə qətiyyən uyğun gəlmir.
Burada əsas tədqiqat prinsipi elmin müəyyən bir xüsusiyyətlərini ön
plana çəkmək və onun digər sistemlərlə əlaqəsini bu baxımdan izah etmə-
yə çalışmaqdır. Lakin aşağıda göstərəcəyimiz kimi, elm qeyri-bircins feno-
menoloji sistem olduğundan onun mahiyyəti təsadüfi seçilmiş hər hansı
xüsusiyyətə görə – bu xüsusiyyət nə qədər əsas olursa olsun – müəyyən-
ləşdirilə bilməz.
Sərlövhəsinə görə elmin metodoloji prinsiplərinə həsr olunmuş əsər-
lərdə adətən heç də bütövlükdə «elm» sistemi yox, onun tərkib elementləri
olan tədqiqat üsulları və elmi yaradıcılıq xüsusiyyətləri öyrənilir. Bununla
belə, metodologiyanın müxtəlif elmi sahələr üçün eyni xarakter daşıması
elmin müvafiq cəhətləri üçün bəzi ümumiləşdirmələr aparmağa və alınmış
nəticələrdən elmşünaslıqda istifadə etməyə geniş imkan yaradır. Lakin çox
təəssüf ki, metodoloji tədqiqatların nəticələrindən bütöv elm sisteminə xas
olan cəhətlərin müəyyənləşdirilməsi üçün olduqca az istifadə edilir.
Mövcud tədqiqatlar içərisində elmin metodoloji məsələlərinə ən çox
yaxın olan sahə onun sistemli baxımdan tədqiqidir. Bundan başqa, elmin
tədqiqində tarixilik prinsipinin, həm də tarixi və məntiqi yanaşma üsulları-
nın öyrənilməsi də metodoloji xarakter daşıyır.
Elmin sistemli tədqiqi hazırkı tədqiqat istiqamətləri içərisində nəzəri
xarakter daşıması və eklektiklikdən uzaq olması ilə fərqlənir. Əgər bu sa-
hədə elmin mahiyyətinin müəyyənləşdirilməsi üçün hələ ciddi addımlar
atılmamışdırsa, bu yalnız həmin sahənin özünün və onun spesifik tətbiq
xüsusiyyətlərinin kifayət qədər öyrənilməməsi nəticəsidir.
Sistemli tədqiqat elmin digər aspektlərdəki tədqiqində buraxılan me-
todoloji qüsurları aşkara çıxarmaq baxımından rasional meyar rolunu oy-
nayır. Məsələn, E.M.Mirski elmin indiyə qədərki təyinlərindən bir qismini
sistemli yanaşma ilə müqayisə edərək yazır: «Biz «elm... (biliklərdən, mə-
lumatlardan, birgə axtarışlardan, institutlardan və s. ibarət) sistemdir» tipli
çoxlu tərifləri, onlar sistemli yanaşmaya müraciətlə müşayiət olunsa belə,
nəzərə almaya bilərik. Məsələ burasındadır ki, bu təriflərdə əslində ele-
mentlər təyin olunur və «sistem» termini onlar arasında ümumiyyətlə hansı
isə əlaqənin olduğunu göstərir: buna görə də, belə təriflərin quruluşu,
Elm haqqında elm
132
sistemli yanaşma haqdakı təsəvvürlərimizə uyğun gəlmir».
1
1
Doğrudan da,
müəllif prinsip etibarı ilə tamamilə haqlıdır. Lakin iqtibasda göstərilən tərif
növünü və bu növə daxil olan müxtəlif yanaşma variantlarını təkzib etmək
və atmaq üçün təkcə onun sistemli tədqiqatın prinsiplərinə uyğun
gəlməməsi faktı kifayət deyildir. Qəti nəticə çıxara bilmək üçün, birincisi,
tərif növünün formasının qüsurluluğu ilə bərabər belə forma ilə ifadə
olunan müxtəlif yanaşma variantlarından hər birinin məzmunca da
natamam və birtərəfli olduğu sübut edilməlidir, əks təqdirdə tədqiqatçıların
eyni mövqeyi yenidən, başqa formada təkrar etmələri üçün əsas qalmış
olur. İkincisi, sistemli yanaşmanın öz ümumi nəzəriyyəsi kifayət qədər də-
qiqləşdirilmədiyindən və bu yanaşma bir çox tətbiq sahələrində hələ
yoxlanılmadığından təkcə ona istinad edən mühakimələr tam etibarlı sayıla
bilməz. Əksinə, hazırkı dövrdə elmə sistemli yanaşmadan alınan nəticələr
ümumi məntiqi və tarixi tədqiqatların nəticəsi ilə üst-üstə düşərsə, bu fakt
sistemli yanaşmanı yeni bir sahədə də özünü doğrultması baxımından daha
çox əhəmiyyət daşımış olar.
Elmin tədqiqindəki birtərəfli mövqelər sadəcə olaraq atılmamalıdır:
sistemli tədqiqatda müxtəlif aspektlərdə əldə olunmuş nəticələrin hamısın-
dan istifadə edilməlidir. Ayrıca tədqiqat istiqamətlərində bütövlükdə elmin
özü olmasa da, onun müxtəlif cəhətləri öyrənilib ki, bunları bilmədən
«elm» sisteminin elementlərini təyin etmək mümkün deyil. Elementlər mə-
lum olmadıqda isə həqiqi sistemli tədqiqatdan heç söhbət də gedə bilməz.
Bir sıra tədqiqat aspektlərini və onlardan alınan nəticələri tamamilə
nəzərdən atdığına görədir ki, E.M.Mirski «elm» sistemindən danışarkən
yalnız bəzi aspektlərin tədqiqat obyektlərini birləşdirməklə kifayətlənir və
bununla da, özü birtərəfliliyə yol vermiş olur: «Elm dedikdə bilik və... fəa-
liyyət nəzərdə tutulacaqdır».
1
2
Buraya, məsələn, elmin material bazası, elmi
biliyin saxlanma formaları və sair ünsürlər daxil edilmir, halbuki, yarımçıq
əsas üzərində sistemli təsəvvür zəruri tamlıq tələbini ödəyə bilməz.
Bundan başqa, baxdığımız birtərəfli sistemli tədqiqat cəhdində daha
bir tədqiqat aspektinin nəzərə alınmaması zəruri sayılır: «...Elmi daha
yüksək səviyyəli bir tamın yalnız hissəsi (variantı) kimi götürən modellər
1
Э.М. Мирский. Системный подход в изучении науки // Системные исследования,
М., 1973, с. 187.
2
Yenə orada, s. 189.
Elm və onun inkişaf yolu
133
də bizim təhlil sərhədlərindən kənarda qalır».
1
1
Belə olduqda elmi bütöv
sistem kimi səciyyələndirən xüsusiyyətlər necə öyrənilə bilər? Axı, tədqi-
qat sistemin təkcə elementlərinin yox, özünün də xassələrinin müəyyənləş-
dirilməsinə imkan verməlidir.
Tədqiqatımızın sonrakı mərhələsində istifadə edə bilmək üçün yuxa-
rıdakı mühakimələrimizdən alınan iki nəticəni xüsusilə qeyd etmək istəyi-
rik:
a) Sistemli yanaşma metodunun həqiqi tətbiqi zamanı əvvəlcə elmin
əhatə etdiyi elementlər müəyyənləşdirilməlidir ki, bu da müxtəlif aspekt-
lərdəki tədqiqatların hamısını nəzərə almaq sayəsində mümkün ola bilər.
b) Bir yox, iki cür sistem öyrənilməlidir: əvvəla «elm» sisteminin
özü – onun elementlərindən təşkil olunmuş sistem, ikincisi, elmin bir ele-
ment kimi daxil olduğu sistem və burada elmin yeri.
Elmin ayrı-ayrı aspektlərdəki tədqiqində bir qayda olaraq onun yal-
nız müəyyən bir cəhəti öyrənilir; bütöv elm sisteminin tədqiqi isə kölgədə
qalmış olur. Məsələn, «elmin tarixi tədqiqi» adı altında, adətən elmin tarixi
əvəzinə elmi biliyin tarixi öyrənilir; halbuki, elmi bilik qlobal «elm»
sisteminin tərkib elementlərindən yalnız biridir. Və nəzərə alınmalıdır ki,
sistemin və onun tərkib elementlərinin nisbi müstəqil surətdə keçirdikləri
müxtəlif kəmiyyət və keyfiyyət dəyişiklikləri, inqilabi momentlər və s. za-
manca uzlaşmaya da bilər və çox vaxt belə də olur. Nəzərə alınmalıdır ki,
sistem üçün ən əsas cəhət məhz onun öz tərkib elementlərindən fərqli
olaraq, yeni inteqrativ xassələrə malik olması şərtidir.
1
2
Bununla belə, bu sahədə əldə edilən nəticələr olduqca qiymətlidir və
lazımi nəzəri ümumiləşdirmələrdən sonra «elm» sisteminin tədqiqi üçün
də zəruri olan bir sıra nəticələr alına bilər. Belə ki, bütöv «elm» sisteminin
keçdiyi əsas tarixi mərhələlər yalnız konkret elmi yaradıcılıq xüsusiyyətlə-
rinin, istifadə edilən elmi idrak metodlarının, elmi biliyini toplanma və
saxlanması vasitələrinin, informasiya mübadiləsi və s. Cəhətləri müxtəlif
dövrlərdə və müxtəlif ictimai-iqtisadi şəraitlərdəki vəziyyətlərinə görə
müəyyənləşdirilə bilər.
«Elm» sistemində başlıca özək elementlərindən (sistemin kompo-
nentlərini şərti olaraq «özək elementləri» və «əlaqə elementləri» kimi iki
1
Yenə orada, s. 188.
2
В.Г. Афанасьев. Научное управление обществом. М., 1968, с. 7.
Elm haqqında elm
134
qrupa ayıracağıq) birini elmi yaradıcılıq – yenilikgətirmə aktları təşkil edir.
Tədqiqatçıların böyük bir qismi məhz bu cəhəti elmin mahiyyəti kimi gö-
türür və elmi öyrənmək istərkən onun yalnız bir tərkib hissəsi olan «qnose-
oloji momentləri» («elmi idrak», «elmi yaradıcılıq», «elmi tədqiqat» və s.
Bu kimi anlayışların spesifikası, dəqiq məxsusi sərhədləri müəyyənləşdiril-
mədiyindən biz onların hamısını «elmdə qnoseoloji momentlər» adlandırı-
rıq) tədqiq olurlar. Bu aspektdə olduqca müxtəlif mövqelər vardır və onları
elmin tərifi kimi qəbul etmək mənasızdır, lakin bu yanaşmaların hər birin-
də müəyyən bir qnoseoloji moment ön plana çəkilir və onların təhlili bütöv
«elm» sistemində və ayrıca elmi yaradıcılıq aktlarında bu momentlərdən
hər birinin dəqiq yerini müəyyənləşdirməyə şərait yaratmış olur.
«Elm» sisteminin dəqiq mənzərəsinin məlum olmaması elmi idrak
kateqoriyalarının mahiyyətinin müəyyənləşdirilməsi üçün də çətinlik törə-
dir. Məsələn, P.V.Kopnin yazır: «Hipotez – elmin inkişaf formasıdır».
1
1
Aydın məsələdir ki, burada «elm» sözü bir istilah kimi işlənmiş və yalnız
«konkret yaradıcılıq aktında «elmi fikir» ifadəsini əvəz etmişdir. Belə mi-
sallardan çox gətirmək olar. Lakin, nə qədər ki, elm bir sistem kimi müəy-
yənləşdirilməyib, bu cür qeyri-müəyyən şərhlər müəlliflərin təqsiri kimi
deyil, obyektiv zərurət kimi qiymətləndirilməlidir.
«Elm» sisteminin hər hansı bir cəhətinin başqa sərlövhələr altında da
olsa öyrənilməsi elmin kompleks tədqiqi üçün material verdiyindən kitab-
da elmin qnoseoloji aspektinin tədqiqindən alınan bəzi nəticələri də nəzərə
alacağıq.
“Elm” anlayışının mahiyyətinin tədqiqində birtərəfliliyə yol vermə-
mək üçün yeganə düzgün üsul məsələnin kompleks surətdə öyrənilməsidir.
Bu zaman əsas tutacağımız metodoloji prinsip elmi mürəkkəb, qeyri-bir-
cins sistem kimi qəbul etməkdir. Bu cür yanaşma halında sistemin ma-
hiyyəti onun daxili strukturu ilə paralel şəkildə öyrənilməli olur; belə ki, bu
amillərdən birinin məlumluğu digərinin tədqiqi üçün başlıca şərtdir. Elmin
strukturunun müəyyənləşdirilməsi sahəsində əldə edilmiş ən kiçik nailiyyət
onun mahiyyətinin tədqiqi işinə böyük təkan vermiş olur və əksinə.
İstənilən məsələnin tədqiqi iki zahiri yolla şərh oluna bilər: 1) baxı-
lan hadisəni öz obyektiv gedişində təsəvvür etmək, tədqiqatçının müdaxi-
1
П.В.Копнин. Диалектика как логика и теория познания, с. 208.
Elm və onun inkişaf yolu
135
ləsini “nəzərə almaq”; 2) hadisədəki qanunauyğunluqları onların öyrənil-
məsinə uyğun gələn idrak prosesi ilə birlikdə şərh etmək.
Bu iki üsul arasındakı fərqi biz ona görə zahiri adlandırırıq ki,
tədqiqatın öz xüsusiyyətlərini, istifadə olunan metodları şüurlu surətdə
dərk etmədən məsələni müvəffəqiyyətlə öyrənmək mümkün deyil.
Bizcə, hər iki şərh üsulunda nəticələrin üst-üstə düşməsini yoxlamaq
tədqiqat işi üçün əsas meyarlardan biridir. Buna görə də, “elm” sisteminin
mahiyyətinin öyrənilməsini “elm” anlayışına tərif verilməsi ilə, onun
strukturunun tədqiqini isə anlayışın əhatə dairəsinin təyini ilə müqayisə et-
mək olduqca maraqlıdır. Hər bir anlayış digər anlayışlarla ortaq əhatə sa-
hələrinə malik ola bilər. Bu isə o deməkdir ki, “elm” sisteminin əhatə etdi-
yi elementlərdən bəziləri digər sistemlərə də aid ola bilər. Məsələn, “elmi
bilik” anlayışı “elm” və “bilik” anlayışlarının əhatə dairəsinin kəsişmə sa-
həsinə müvafiq gəlirsə bu faktdan “elm” və “bilik” sistemlərinin qarşılıqlı
münasibətinin tədqiqində istifadə etmək olar və lazımdır. Məhz bu cür
yanaşma halında elmin birtərəfli qiymətləndirilməsi halları aradan qalxmış
olur. “Elmi bilik” anlayışından başqa, onlarca ortaq əhatəli anlayışlar
vardır ki, onların hər biri “elm” sisteminin müvafiq qarşı sistemlə birlikdə
malik olduğu ümumi sahəni göstərir. “Elmi tədqiqat”, “elmi idrak”, “elmi
əsər”, “elmi müəssisə”, “elmi laboratoriya” və s. bu kimi anlayışlara “elm”
sisteminin çox vacib tərkib elementləri uyğun gəlir. Lakin sistemin struktu-
runu müəyyən edərkən bir cənnəti də nəzərə almaq lazımdır ki, “elmi” pre-
dikatı ilə müəyyənləşən bu cür hadisələrin bəziləri bir-birini əhatə edir.
Buna görə də, sistemin makrostrukturu və mikrostrukturu təyin edilərkən
eynitərtibli elementlər kompleksi seçmək lazım gəlir və ya quruluşun
çoxpilləli xarakteri nəzərə alınmalıdır.
“Elm” – mürəkkəb sosial sistemlər qrupuna daxil olmaqla müxtəlif
mənşəli elementlərin dialektik məcmuyunu əks etdirir. Buna görə də yəqin
ki, elmin tədqiqi də çoxaspektli olmalıdır. Lakin “elm” sisteminin makro-
strukturunu müəyyənləşdirmək və onun əhatə dairəsini təxminən də olsa
sərhədləndirə bilmək üçün indiyə qədər öyrənilmiş olan faktlar da yetərli
ola bilər.
Yuxarıdakı təhlildən göründüyü kimi, “elm” anlayışının mövcud
təriflərindən heç biri sosioloji nəticələrin genetik yolla alınmasını əhatə et-
mir və buna görə də, elmdə sosioloji rakurs yalnız zahiri əlamətlərə görə
və ya faktlar toplusu kimi müəyyənləşdirilir. Elmə təkcə qnoseoloji aspekt-
Elm haqqında elm
136
də yanaşanlar yox, onu ictimai fəaliyyətin bir növü kimi qəbul edənlər də
elmin sosioloji problemlərinin genetik mahiyyətini öyrənməyə nail ola
bilməmişlər. Buna səbəb isə belə yanaşmanın birtərəfli olmasından daha
çox, həddindən artıq qeyri-müəyyən olmasıdır. Elmdə sosioloji məqamla-
rın genetik şəkildə müəyyənləşdirilə bilməsi üçün elmi fəaliyyət bütün
konkretliyi ilə, həm də bütün inkişaf tarixi boyunca öyrənilməlidir. Bu cə-
hət elmin sosioloji və tarixi aspektlərdəki tədqiqinin ayrılmazlığını ifadə
edir.
Tarixi tədqiqat baxılan hadisənin ictimai tərəqqi fonunda öyrənilmə-
sini tələb edir. Əks halda bu cür tədqiqatın heç bir faydası olmazdı, zira bi-
zə lazım olan yalnız səbəbiyyət əlaqəsini öyrənməkdir. Konkret faktların
xronoloji ardıcıllığını öyrənmək tarixi tədqiqat üçün yalnız hazırlıq mərhə-
ləsi ola bilər: “Texnika
1
∗
tarixinin xronoloji və coğrafi ardıcıllıqla incəliklə-
rinə qədər, çoxcəhətli və maksimum dərəcədə konkret şərhi tarixi hadisə-
lərin düzgün araşdırılması və ümumiləşdirilməsi üçün əsas bazadır”.
1
1
Tarixi yanaşma metodunun məğzi də məhz bu “araşdırma və ümu-
miləşdirmə” mərhələlərində öz əksini tapır. Faktların xronoloji düzülüşün-
dən ibarət olan tarix sonrakı tarixi tədqiqat üçün yalnız ilkin hazırlıq rolu-
nu oynamış olur.
Beləliklə, elm və texnika tarixi baxımdan, yəni onların əhatə etdiyi
müxtəlif konkret hadisələrin xronoloji düzülüşü ilə yox, bütöv “elm” və
“texnika” sistemlərinin özlərinin müxtəlif dövrlərdəki vəziyyətlərinə, daha
geniş əhatəli proseslərdə bir tərkib elementi kimi tutduqları mövqelərə
görə öyrənilməlidir. Elmin tarixi tədqiqində nə Kepler qanunlarından, nə
Darvinin təkamül nəzəriyyəsindən, nə radioaktivliyin kəşfindən, nə də
Eynşteynin nisbilik nəzəriyyəsindən danışmağa ehtiyac vardır.
Ziddiyyətli görünmürmü? Sistemin daxili quruluşunu nəzərə alma-
dan onun inkişaf prosesini necə öyrənmək olar? Belə çıxmırmı ki, bu cür
yanaşma inkişaf prosesini yalnız xarici əlamətlərə görə təyin edərək, daxili
hərəkətverici qüvvəni, baxılan sistemin daxili quruluşunu nəzərə almamaq
deməkdir? – Xeyr, əsas məsələ sistemin quruluşunu və onun inkişaf mən-
bəyini düzgün təyin etməkdədir. Elm və texnikanın inkişaf tarixi bu
∗
Elm və texnikanın tədqiqat üsulları yaxın olduğundan bu fikir eynilə elmə də aid edilə
bilər (S.X.).
1
А.А.Зворыкин, Н.И.Осьмова, В.И.Чернышев, С.В.Шухардин. История техники.
М., 1962, с. 17.
Elm və onun inkişaf yolu
137
sistemlərdəki daxili ziddiyyətlərin həlli prosesi kimi başa düşülür. Qüsurlu
olan isə elm və texnikanın daxili quruluşunu, məntiqi strukturunu ayrı-ayrı
elmi və texniki nailiyyətlərin məcmuyu kimi başa düşməkdir.
Tarixi tədqiqat üçün ilkin zəruri amillərdən biri də baxılan sistemin
məntiqi strukturunun məlumluğudur. Bu tələb dialektikada yaxşı məlum
olan tarixi ilə məntiqinin vəhdəti prinsipini ifadə edir. Nə elmi, nə texnika-
nı, nə də onların qarşılıqlı münasibətini bu metodlardan təkcə biri ilə öy-
rənmək olmaz. Tarixi tədqiqat hadisəni ictimai tərəqqi fondunda öyrənmə-
yə imkan verdiyi kimi, məntiqi təhlil də onun ümumi mənzərəsini yaratma-
ğa, daxili quruluşunu və hərəkətverici qüvvələrini müəyyənləşdirməyə
imkan verir.
Elm və texnikanın tarixi rolunu, sosial-genetik mənşəyini və inkişaf
xüsusiyyətlərini təyin etmək üçün onlara biliklərin və qurğuların stasionar
məcmuyu kimi deyil, fəaliyyətdə olan sistem kimi baxmaq lazım gəlir. Bu
sistemlərin əsas hərəkətverici qüvvəsi isə insandır; həm də müəyyən zəruri
biliyə, əmək və tədqiqat vərdişlərinə malik olan insan – elmi işçi və ya tex-
nik. Elmi və texniki inkişaf heç də səlt proses olmayıb, ayrı-ayrı konkret
fəaliyyət aktlarının toplusu kimi mövcuddur. Belə konkret fəaliyyətlərin
hər biri isə müəyyən bir fərdin və ya fərdlər qrupunun hesabına mümkün
olur. Fərd özlüyündə elmi işçi və ya texniki işçi olmaqdan başqa, eyni za-
manda insandır, şəxsiyyətdir. O, öz bioloji varlığını saxlamaq üçün yeməli
və geyməlidir, bir şəxsiyyət kimi isə ictimai münasibətlər sferasına daxil-
dir. Məhz buna görə də, elm və texnikanın inkişaf xüsusiyyətləri ictimai tə-
rəqqinin müvafiq mərhələdəki vəziyyəti ilə şərtlənir.
Sosial mühitin təsiri təkcə elmi və texniki işçilərin ictimai vəziyyət-
lərinə olan təsir ilə kifayətlənmir. “Elm” və “texnika” sistemlərinin daxili
quruluşuna həm də müxtəlif təchizat vasitələri (binalar, laboratoriyalar,
eksperimental vasitələr, kitab və jurnal buraxılışı üçün ləvazimat – bütün
bunlar üçün isə milli gəlirdən pay) daxildir ki, onların təşkili və idarə
olunması bilavasitə mövcud sosial şəraitlə bağlıdır. Bundan başqa sistemdə
əsas ünsürlərlə yanaşı əlaqə ünsürlərinin də olması vacibdir, zira sistemin
daxili tamlıq şərti yalnız bu vaxt ödənilə bilər. Doğrudan da, “elm” və
“texnika” sistemlərində əsas ünsür rolunu oynayan elmi və texniki işçilərlə
yanaşı, çoxlu sayda köməkçi, əlavə işçilər (məsələn, inzibati işçilər, xid-
mətçilər, təsərrüfat, mühasibət və dəftərxana işçiləri və s.) də mövcuddur
ki, sistemin sosial tamlığı yalnız bu ünsürlərin vasitəsilə mümkün olur.
Elm haqqında elm
138
Köməkçi işçilərdən heç biri konkret elmi və texniki nailiyyətlərin
əldə olunmasında iştirak etmir. Və yəqin buna görədir ki, indiyə qədər
onların müvafiq sistemlərdəki mövqeləri tədqiq olunmamışdır. Lakin
təcrübə göstərir ki, köməkçi işçiləri – əlaqə ünsürlərini daxil etmədən elm
və texnika sistem kimi öyrənilə bilməz.
Köməkçi işçilərə tələbat müasir dövrün xüsusiyyəti olsa da, mahiy-
yət etibarilə xeyli qədim köklərə malik olub, zehni və fiziki əmək bölgüsü
ilə sıx surətdə bağlıdır.
Konkret elmi və texniki fəaliyyət zehni və fiziki əmək bölgüsündən
əvvəl də mövcud olmuşdur. Bu dövr üçün xarakterik olan cəhət ondan
ibarətdir ki, adamlar elmi və texniki işlə əlavə bir iş kimi – öz maddi ehti-
yaclarını ödədikdən sonra məşğul olmuşlar. Zehni və fiziki əmək bölgüsü
hər bir fərdin öz daxilində getmişdir. O dövrdə elm fərdlərdə qapanan sis-
temlərin rabitəsiz toplusu kimi təsəvvür oluna bilər.
1
∗
Lakin o vaxtdan ki, bəzilərinin topladığı məhsul başqalarının da
təminatı üçün kifayət edibdir, həmin başqaları «əlavə işlərlə» məşğul
olmaq imkanı əldə ediblər. «Əlavə işlər» isə ən çox elmdən, incəsənətdən
və texniki vasitələr hazırlanmasından ibarət olub. Bu hal yeni əmək böl-
güsünə uyğun gəlir və “elm” və “texnika” sistemləri də müvafiq keyfiyyət
dəyişilmələri keçirirlər. Məsələn, konkret elmi və ya texniki fəaliyyət indi
artıq bir fərd çərçivəsində tamamilə qapana bilmir, belə ki, elmi işlə
məşğul olan hər bir fərd öz maddi təminatı baxımından başqasından asılı
olur. Deməli, elmi və ya texniki fəaliyyət sosial xarakter alır.
Müasir dövrdə – kollektiv fəaliyyət dövründə elmi iş daha bir sıra
yeni keyfiyyətlər kəsb edir. Artıq işçilər nəinki təkcə maddi təminat və ya
hər hansı kənar amillər baxımından başqalarının fəaliyyətlərindən asılı
olurlar (bilavasitə istehlak şeyləri istehsalı və dolayısı istehsal), həm də
konkret fəaliyyət özü də fərdlər çərçivəsindən kənara çıxır, “başqaların-
dan” asılı olur. Sistem adamlara nəzərən tam qapanma imkanını tədricən
itirir. Daha yalnız nisbi qapalılıqdan söhbət gedə bilər.
“Elm” və “texnika” sistemlərinin getdikcə genişlənməsi əsasən iki
başlıca amil hesabına baş vermişdir:
∗
Belə hallara, dövr üçün xarakterik olmasa da, istisnalar şəklində, hətta yeni (Koper-
nikdən sonrakı) mərhələdə də rast gəlirik. Məsələn, Spinoza maddi təminat üçün fiziki işlə
(linza hazırlamaq) məşğul olub.
Elm və onun inkişaf yolu
139
1. Konkret tədqiqat işləri artıq əməli bilik çərçivəsində aparıla bilmir
və digər tədqiqatların əldə etdiyi ilkin elmi nəticələrə əsaslanmaq lazım gə-
lir. İnformasiyanın yayılması prosesi sürətləndikcə ilkin məlumat toplusu-
nu getdikcə daha geniş ərazilərdən və daha çox təfərrüatı ilə öyrənmək
mümkün olur və bu proses, nəhayət, bütün planet miqyasında yayılır (indi-
ki dövr).
2. Mövcud elmi məlumatlar əsasında belə, müəyyən nisbi qapalı fəa-
liyyət aktını həyata keçirmək mümkün olmur və bu hal kollektiv tədqiqatı
zəruriləşdirir.
Kollektiv tədqiqatın (laboratoriyalar, institutlar, müxtəlif elmi təşki-
latlar və s.) «elm» sisteminə gətirdiyi yeni tipli keyfiyyət dəyişikliyi siste-
min nisbi tamlığını qorumaq üçün elmi fəaliyyətdə iştirak etməyən «kö-
məkçi işçilərin» də bu sistemə daxil olmasıdır. Bu cəhəti biz ona görə xü-
susilə qeyd edirik ki, o nəinki təkcə elmin və ya texnikanın, həm də ümu-
miyyətlə bütün mücərrəd sistemlərin ictimai aspektdə öyrənilməsi üçün ol-
duqca böyük əhəmiyyət kəsb edir.
Konkretlik üçün yalnız elmi institutlardakı vəziyyəti təhlil etməyə
çalışaq. Burada elmi işçilər yalnız elmi fəaliyyətdə bulunurlar. Bəs qalan
işlər? İnstitut binasını başqaları tikir, cihazları başqaları qəbul edir, başqa-
ları yerləşdirir, işə götürmək, işdən çıxarmaq, ezamiyyət vermək, müxtəlif
sənədləri tərtib etmək, maaşları gətirmək, paylamaq və s. bu kimi işləri
başqaları görür…
1
∗
Bütün bu «başqalarsız» kollektiv fəaliyyət mümkün de-
yil. Lakin bu hal başqalarının baxdığımız elmi tədqiqat sistemi ilə yanaşı
«elm» sisteminə də daxil olmasınımı göstərir? Bizcə, hələlik buna tam əsas
yoxdur. «Başqaların» «elmi tədqiqat» sisteminə, baxdığımız halda institu-
ta, daxil olması ən çox onların elmi işçilərlə bilavasitə qarşılıqlı münasibət-
də olması ilə bağlıdır. Bu halda sistem həm də nisbi qapalı münasibətlər
sferası ilə müəyyənləşir. Əgər belə olmasaydı, onda elmi tədqiqat sistemi-
nə daha çox elementlər daxil etmək lazım gələrdi və əslində bəlkə də heç
bir sistemdən söhbət gedə bilməzdi, zira sistem təşkil etmək müəyyən tə-
ləblərlə şərtlənir.
Məsələn, elmi işçilər üçün zəruri olan istehlak şeyləri olmasa, elmi
∗
Bu işlərdən bəziləri (məs., cihazlara tələbatın müəyyənləşməsi və s.) elmi işçilərin
iştirakı ilə və ya bilavasitə elmi işçilər tərəfindən görülməlidir, lakin hər halda elmi iş sayıla
bilməz.
Elm haqqında elm
140
tədqiqat da əsla mövcud ola bilməzdi. Lakin biz bu istehlak şeylərinin is-
tehsalı prosesini və ya müvafiq istehsalçıları elmi tədqiqat sisteminə daxil
etmirik və bu zaman qəbul olunur ki, elmi işçilər pul qazanmaqla özlərini
təmin etmiş olurlar. Konkret elmi tədqiqat sisteminə daxil olan cəmi bir
element – maaş bütün istehlak məsələlərini təmsil edir ki, bu da baxdığı-
mız sistemin başqa əlaqədar sistemlərə nəzərən nisbi müstəqilliyini təmin
etmiş olur.
Zehni və fiziki əmək bölgüsü ümumi şəkildə xeyli qədim tarixə ma-
lik olsa da, konkret elmi fəaliyyətlərin nisbi qapalı sistem səviyyəsinə qə-
dər yüksəlməsi prosesi hələ heç də bütövlükdə həyata keçməmişdir. Opti-
mal elmi siyasət yeridildikdə alimin şəxsi və ictimai həyatda ehtiyacları ilə
əlaqədar məsələləri dövlət özü həll edir və elmi işçilərin bu məsələlərə
vaxt itirməsinə ehtiyac qalmır. Əks halda elmi işçilər, incəsənət xadimləri
və s. öz əsas peşələrindən başqa, həm də özlərini dolandırmaq haqqında
düşünməli olurlar. Bu hal indi kapitalizmdə qismən mövcuddur. Belə ki,
elmi işçi öz yaşayışı üçün lazım olan gəliri başqa sahələrdə yox, məhz elmi
sahədəki fəaliyyəti ilə qazana bilər. Lakin bu qazanc haqqında hər halda
düşünmək lazım gəlir və o həmişə eyni miqdarda olmayıb, bəzən təsadüf-
lərdən də asılı olur. Nəticədə elmə müstəqil sistem kimi baxmaq mümkün
olmur. Tarixi tədqiqat göstərir ki, indiki dövrdə konkret elmi fəaliyyətin iki
müxtəlif inkişaf səviyyəsinə uyğun olan formaları paralel şəkildə mövcud-
dur. Yəni elmi iş həm peşə, vəzifə kimi, həm də ancaq mənəvi-intellektual
ehtiyac kimi bəzi alimlər, məsələn, Vayskopf, elmi fəaliyyətin missiyadan
peşəyə çevrilməsini yaxşı hal hesab etmir.
Ümumiyyətlə, elm və texnikanın inkişafı ictimai tərəqqidə qlobal
mövqe tutsa da, onların konkret mövcudluq formaları müxtəlif quruluş xü-
susiyyətlərinə malikdir və bu müxtəlifliyi elm və texnikanın ümumi qlobal
inkişafının nəticəsi kimi izah etmək olur; sistemin tam qapalı olmaması və
digər əlaqədar sistemlərdə baş verən dəyişilmələrin təsiri bütün aşkarlığı
ilə özünü məhz burada göstərir.
Yuxarıdakı mühakimələrdən aydın olur ki, elmin konkret mövcud-
luq formalarını öyrənmədən, onun hərəkətverici qüvvələrini, onunla bila-
vasitə əlaqədar olan maddi elementlər çoxluğunu (qeyri-maddi ünsürlər
olan elmi bilik və elmi idrakdan fərqli olaraq) təhlil etmədən “elm” anlayı-
şının mahiyyətini müəyyənləşdirmək cəhdləri, doğrudan da, müvəffəqiy-
yətsizliklə nəticələnməli imiş. Elmi yalnız bilik kimi, onun tərkib hissəsi
Elm və onun inkişaf yolu
141
kimi öyrənmək və ya onu təkcə qnoseoloji aspektdə təqdim etmək bir sıra
dəfolunmaz çətinliklər törədir ki, bunların da ən əsası inkişafın və ya elmi-
texniki tərəqqinin sosioloji problemlərini düzgün qoya bilməməkdir.
Fəlsəfi ədəbiyyatda elmin sosiologiyasına dair yazılmış bir sıra əsər-
lərdə bu problemin bəzi cəhətləri öz ətraflı və düzgün elmi izahını tapsa
da, elmin daxili sosial ünsürləri, bu ünsürlərin formalaşma xüsusiyyətləri
və tarixi inkişaf qanunauyğunluqları çox az öyrənilmiş və ya heç tədqiq
olunmamışdır. Halbuki elmin sosial bir sistem kimi öyrənilməsi onun əsas
və köməkçi sosial komponentlərinin müəyyənləşdirilməsini tələb edir. Be-
lə ki, müasir mənada ümumictimai elmi tərəqqidən danışmaq üçün ilk növ-
bədə elmi fəaliyyətin mümkünlüyünü təmin edən sosial mövcudluq şərtlə-
rini öyrənmək tələb olunur. Yalnız bunun sayəsində ayrı-ayrı elmi işçilərin
fərdi elmi fəaliyyətinin birləşərək qlobal, ümumictimai elmi fəaliyyət pro-
sesini necə əmələ gətirdiyini düzgün təsəvvür etmək olar. Yalnız elmdə so-
sial ünsürlərin rolunu və funksiyasını düzgün qiymətləndirmək sayəsində
elmi fəaliyyətin zəruri tərkib hissəsi olan elmi idrak prosesi ilə bu proseslə-
rin toplusu, həm də sadə toplu deyil, üstəlik özünəməxsus rabitə vasitələri-
ni də əhatə edən sosial sistem arasındakı əlaqəni düzgün başa düşmək olar.
“Elm” sisteminin sosial ünsürlərə malik olması elmin sosiologiya-
sında əsas sahələrdən birini təşkil etsə də, bu məsələ elmin problemlərin-
dən yalnız biridir. Ümumiyyətlə elmin ictimai həyatla bağlılığı üç ardıcıl
mərhələyə bölünə bilər.
1. İctimai həyatın, mövcud mədəni səviyyənin, texnikanın elmin
mövzusuna, onun müvafiq dövr üçün səciyyəvi olan problemlərinin müəy-
yənləşməsinə təsiri. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, icti-
mai tələbat elmin inkişafında istənilən başqa amilə nəzərən daha böyük rol
oynayır. F.Engelsin yazdığı kimi, “əgər texnika xeyli dərəcədə elmin və-
ziyyətindən asılıdırsa, onda elm texnikanın vəziyyət və tələblərindən daha
çox asılıdır. Əgər cəmiyyətdə texnikaya tələb meydana gəlirsə, bu tələb el-
mi onlarca universitetin irəlilədə biləcəyindən daha çox irəlilədir».
1
1
2. İctimai amillərin elmi fəaliyyətin həyata keçirilməsinə təsiri. Bu
amillər özü aşağıdakı kimi təsnif edilə bilər:
1
K.Marks və F.Engels. Seçilmiş məktublar. Bakı, Azərnəşr, 1955, s. 492.
Elm haqqında elm
142
a) Elmi fəaliyyətin icraçıları olan elmi işçilərin sosial vəziyyəti; on-
ların həyat tərzi və sosial-psixoloji mövqeyinin elmi işin intensivliyi və
keyfiyyətinə təsiri.
b) Elmi işçilərin sosial mövqeyinin onların ideologiyası və dünyagö-
rüşləri vasitəsilə elmi tədqiqatın nəticələrinin müxtəlif tətbiq variantlarının
seçilməsinə, onların müxtəlif cür şərh olunmasına – interpretasiyasına
təsiri.
v) Elmi fəaliyyətin maddi təchizatı üçün zəruri olan maliyyə
məsələlərinin ictimai quruluşun spesifikasından asılılığı.
q) Eksperimental elmi fəaliyyətin təşkilinin mövcud texniki inkişafı
səviyyəsindən asılılığı.
d) Elmdə kommunikativ fəaliyyətin mümkünlüyünü təmin edən kö-
məkçi əlaqə ünsürlərinin zəruriliyindən irəli gələn məsələlər; kommuni-
kativ sistemin təşkil xüsusiyyətlərinin, köməkçi heyətin yerləşdirilməsi və
maddi təminatı məsələlərinin mövcud sosial quruluşun yaratdığı imkanlar
və qoyduğu məhdudiyyətlərlə şərtlənməsi.
3. Elmi fəaliyyətin nəticələrinin – elmi biliklərin praktik istifadəsi-
nin mövcud sosial şəraitdən və mədəni-texniki inkişaf səviyyəsindən asılı-
lığı. Buraya ilk növbədə biliklərin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi
prosesi daxildir ki, bu proses müxtəlif sosial-iqtisadi şəraitlərdə müxtəlif
istiqamətlərdə həyata keçir; yəni sosial quruluşdan asılı olaraq ya ümumi
ictimai tərəqqinin təkanverici amili kimi, ya da bu prosesin tormozlanması
üçün bir vasitə kimi çıxış edir.
Lakin göstərilən mərhələlərdəki sosial əlaqələrin heç də hamısı elm
sisteminə şamil edilə bilməz. Burada bilavasitə elmi fəaliyyətin öz daxili
tərəfləri ilə bağlı olan sosial münasibətləri çıxdıqdan sonra qalan münasi-
bətlər əslində elmin digər fəaliyyət sahələri ilə əlaqəsini təmin etməyə yö-
nəldilmişdir. Yalnız bu əlaqələrin hesabına elm tam müstəqil, ictimai mü-
hitdən təcrid edilmiş sahə olmayıb, vahid bütöv ictimai tərəqqi prosesinin
ayrılmaz tərkib hissəsini təşkil edir. Doğrudur, “elmin sosiologiyası” adı
altında baxılan mərhələlərin hamısı tədqiq olunur. P.A.Raçkovun yazdığı
kimi “elmin sosiologiyasının əsas məsələləri, hər şeydən əvvəl elmin icti-
mai təbiətini, onun sosial quruluşunun spesifikasını, habelə müxtəlif icti-
mai-iqtisadi formasiya şəraitində onun cəmiyyətə əks-təsirinin xarakterini
Elm və onun inkişaf yolu
143
açmaqdan ibarətdir”.
1
1
Lakin bu məsələlər təkcə sosial “elm” sisteminin de-
yil, habelə bu sistemin başqa sosial sistemlərlə əlaqələrinin, aralıq sahələ-
rin və s.-in də öyrənilməsini əhatə edir. Bizcə, elmin özünün sosial aspekt-
də tədqiqi, sosial sərhədlərinin və tərkib elementlərinin müəyyənləşdiril-
məsi problemi elmin sosiologiyası miqyasında aparılan tədqiqatlara nəzə-
rən xeyli konkretdir və buraya yuxarıda təsnif etdiyimiz mərhələlərdən yal-
nız ikincisi daxil ola bilər.
İstər elmin predmetinin ictimai inkişaf səviyyəsinin tələblərinə
uyğun surətdə dəyişilməsi, istərsə də elmin nəticələrinin ictimai-iqtisadi
tətbiqləri ayrıca, nisbi müstəqil tədqiqat sahələrinin mövzusunu təşkil edir.
Sosial “elm” sisteminin və ya başqa sözlə “elm” sisteminin sosial
quruluşunun öyrənilməsi isə ümumiyyətlə götürdükdə elmi fəaliyyət sahə-
sində müxtəlif sosial təbəqə və qrupların çalışması və bunlar arasındakı
qarşılıqlı əlaqə, habelə bu daxili ictimai ünsürlərin ictimai-iqtisadi quruluş-
la əlaqəsi və s. bu kimi problemləri əhatə edir, Burada bir cəhəti xüsusilə
fərqləndirmək lazımdır ki, “sosial” sözünün geniş və konkret mənalarda iş-
lədilməsi və bu müxtəlif mənaların eyni sözlə ifadə olması baxılan prob-
lemin şərhində bəzi dolaşıqlıqlar yaradır. Məsələ burasındadır ki, “elm”
sisteminin sosial quruluşundan danışarkən biz “sosial” sözünü konkret
mənada işlədirik və buraya elmin öz ictimai təbiətindən doğan problemləri
daxil etmirik. Lakin bir sıra ədəbiyyatlarda “sosial” və «ictimai» sözləri
qarışdırıldığından məsələnin qoyuluşu xeyli dərəcədə dolaşıq xarakter da-
şıyır. Məsələn, P.A.Raçkovdan yuxarıda gətirdiyimiz iqtibasda elmin icti-
mai təbiətindən danışılırdısa həmin əsərdəcə eyni mənada elmin sosial tə-
biətindən danışılır. Halbuki, “sosial” anlayışı konkret mənada başa düşü-
lərsə elm heç vaxt belə bir mahiyyətə malik olmamışdır. Doğrudur, müxtə-
lif dövrlərdə, müxtəlif ictimai-iqtisadi formasiyalarda elmi fəaliyyət sahə-
sində çalışan adamların sosial tərkibi və s. müxtəlif olmuşdur. Lakin bu
heç də elmin təbiətini müəyyən edən əsas cəhət deyil. Elmin ictimai təbiəti
isə onun nailiyyətlərinin ayrıca fərdlərin deyil, onların birgə fəaliyyətinin,
elmi kommunikasiyaların (eyni bir problemi tədqiq edən elmi işçilər qru-
punun əməkdaşlığı, biri digərinin nəticələrindən istifadə etməsi və s.), ha-
belə bir nəslin əldə etdiyi elmi nəticələrin digər nəsillərə ötürülməsi pro-
sesinin sayəsində əldə edildiyini göstərir. Göründüyü kimi, elm üçün zəruri
1
П.А.Рачков. Науковедение. М., 1974, с. 59.
Elm haqqında elm
144
şərt olan bu cəhətlər heç də sosial xarakter daşımayıb, ictimai münasibətlə-
rin digər, özünəməxsus sahəsini əks etdirir.
Elm və onun inkişaf yolu
145
Elmin bütöv bir sistem kimi formalaşmasının
metodoloji problemləri
Dostları ilə paylaş: |