Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə5/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   2   3   4   5   6   7   8   9   ...   55
Bilik – Elm – Bilik 

 

 

 

55



Göründüyü kimi, dolaşıqlıqlardan qaçmaq üçün biliyi bir yox, iki 

müstəvidə – üfüqi (horizontal) və şaquli (vertikal) kəsimlərdə təsnifatlan-

dırmaq lazımdır. Horizontal kəsimdə biliyin təsnifatını onun təzahür sahə-

ləri istiqamətində aparmaq daha məqsədəuyğun olardı. Məsələn, məişət, 

əxlaqi

5

1



, hüquqi, siyasi, texniki, təbiət haqqında

5

2



 biliklər və s.  

Hər sahədə bilik öz obyektiv məzmununa görə həm faktiki, həm təc-

rübi, həm də elmi səviyyəyə malik ola bilər; baxmayaraq ki, bəzi sahələr 

yalnız müəyyən səviyyədə təzahür edə bilir. Belə ki, məsələn, məişət sahə-

sindəki biliklərə hansısa tək-tək baş verən, ola bilər ki, hətta təsadüfi məi-

şət hadisələri, faktları aid olunur. Bura həm də adi həyatda təkrarlanan 

faktların ümumiləşdirilməsi yolu ilə əldə olunan təcrübi biliklər aiddirlər. 

Bu sahəni demoqrafiya, mədəniyyət nəzəriyyəsi, etikanın müvafiq hissəsi 

və s. artıq elmi bilik səviyyəsində əks etdirir. 

Nə zaman ki, «adi bilik» anlayışı bilik səviyyəsi kimi yox, bilik sa-

həsi kimi istifadə olunur, aydınlaşır ki, onda biliyin olduqca fərqli səviyyə-

ləri, həmçinin elmi səviyyəsi də iştirak edir. Amma bu fakt «adi» anlayışı-

nın ikinci mənası (biliyin primitiv səviyyəsi kimi – «sağlam düşüncə») ilə 

ziddiyyətə girir. «Adi biliyin strukturunda elmi müddəaların daha böyük 

yer tutması» belə bir qeyd-şərti zəruri edir ki, hazırkı  məqamda adi bilik 

heç də «yüz il əvvəlki kimi adi deyil». 

Beləliklə, biliyin iki müstəvidə baxılması onun araşdırılan sahəsinin 

müxtəlif səviyyələrinin, həmçinin eyni bir səviyyənin müxtəlif sahələrinin 

ayrılması üçün son dərəcə məqsədəuyğundur.  

Əgər horizontal kəsimdə biliyin təsnifat meyarı kimi «Gerçəkliyin 

hansı sahəsi və ya hissəsi əks olunur?» sualına cavab çıxış edirsə, vertikal 

kəsimdə biliyin formaları təfəkkürün hansı səviyyəsində yaranması ilə se-

çilirlər. Belə yanaşmaya müvafiq olaraq biliyin ən elementar forması – 

konkret əşyaların və hadisələrin, tək-tək təzahürlərin insan şüurunda kon-

statasiya olunmaqla, təsdiqini tapmaqla əldə olunan faktiki bilikdir. Bu sə-

viyyəyə müvafiq idrak prosesində əsas rolu hissi idrak oynayır.

5

3

 Rasional 



                                                 

1

 Əlbəttə, əxlaq bütövlükdə bilik sahəsinə müncər edilmir; əxlaqi şüurun qeyri-şüuri bi-



lik kimi ifadə oluna bilməz. Ona görə də fərdi əxlaq, o cümlədən bədii obraz biliyin bütün 

növlərindən keyfiyyətcə fərqlənir. 

2

 Elmi səviyyədə bu biliklər fiziki, bioloji və s. biliklərə ayrılır. 



3

 Bundan çıxış edərək B.Y.Pukşanski biliyin müvafiq dərəcəsini hissi bilik adlandırma-

ğı təklif edir: «O ki qaldı, adi biliyin hissi xarakteri haqqındakı məsələyə, burada hissi bilik 


Elm haqqında elm 

 

 



 

56

idrakın elementləri təzahür edən tək bir hadisənin daxili əlaqələrinin ümu-



mi qəbul olunmuş anlayışların köməyilə tam təsviri və konstatasiyası üçün 

iştirak edir. 

Maraqlıdır ki, psixoloji ədəbiyyatda həmin elementar forma diferen-

siasiya olunmur və səviyyələrə ayrılmır. Y.A.Ponomaryev tərəfindən birin-

ci və ikinci psixi modelinin seçilməsi

5

1



, fikrimizcə, faktiki biliyin alt səviy-

yələrinə işarə etmək cəhdidir. Halbuki, biliyin fəlsəfi izahı biliyin səviyyə-

sinin bilavasitə-hissi idraka ayrılmasına imkan vermir.

5

2



 Ona görə  də 

biliyin səviyyələrə görə  təsnifatı yalnız ikinci qaydanın «biliyin ali 

forması»nı yox, daha çox, əksinə,  ən elementar formasını  təşkil edən 

psixoloji modellərindən başlaya bilər. Araşdırma daha çox təhlilin sosial 

prizmasını tələb etdiyindən biliyin ali formaları (səviyyələri) təmiz psixo-

loji analiz çərçivəsində dərk oluna bilməz. Çünki biliyin formaları məntiqi-

idraki olduğu qədər, həm də sosial əlamətlərlə xarakterizə olunur. 

İlk baxışdan belə anlaşıla bilər ki, faktiki biliyin ancaq adi həyatda 

yeri var, baxmayaraq ki, o, elmi və  bədii fəaliyyətdə  və  fəlsəfənin digər 

növlərində də az rol oynamır. Məsələn, ayrılıqda eksperimental fakt öz-öz-

lüyündə sadəcə «faktiki biliyə» daxildir və yalnız özünün elmi izahını tap-

dıqdan sonra elmi biliyin tərkib hissəsinə çevrilir. Başqa sözlə, faktiki bilik 

ümumiləşdirmə  və eksperimental məlumatların elmi dərki yolu ilə  əldə 

edilən empirik bilikdən fərqlənir, bununla da elmi biliyin iki növündən biri 

olur. Faktın (yəni faktiki biliyin) elmi fakta (yəni, empirik biliyin tərkib 

hissəsinə) çevrilməsi xüsusi bir prosesdir.

5

3

  



 Bekon təsnifatında faktiki biliyə yalnız yaddaş sayəsində təsbit edi-

lən tarixi biliklər (güman ki, tarix elmi yox, sadəcə hadisələrin xronoloji 

təsviri nəzərdə tutulur) müvafiq gəlir.

5

4



  Təxminən eyni şəkildə A.Spirkin 

«bir qayda olaraq, faktların və onların təsvirinin konstatasiyasına gətirib 

                                                                                                                

haqqında sadəcə fərdi şüurun inkişafında müəyyən səviyyə kimi danışmaq daha qanunauy-

ğun olar». / Б.Я. Пукшанский. Göst. əsər., s. 10. / Lakin məsələn, P.V.Kopnin, N.K.Vaxto-

min və s., həmçinin B.Y.Pukşanskinin özü tərəfindən dəfələrlə qeyd olunduğu kimi, təmiz 

hissi bilik yoxdur və ona görə də belə ifadə işlədilmir.  

1

 Я.А. Пономарев. Знание, мышление и умственное развитие. М., 1967. c. 90-91. 



2

 В.А.  Смирнов.  Уровни  знания  и  этапы  процесса  познания // Проблемы  логики 

научного познания. М., 1964. c. 23. 

3

 Bax: А.И.Ракитов. Статистическая интерпретация факта и роль статистических 



методов в построении эмпирического знания // Проблемы логики научного познания. 

М., 1964. 

4

 Ф.Бэкон. Сочинения. Т.1. М., 1971. c. 548. 



Bilik – Elm – Bilik 

 

 

 

57



çıxaran» «məişət bilik»lərini bura aid edir.

5

1



 Baxılan bilik səviyyəsi həmçi-

nin P.V.Kopnin tərəfindən qeyd edilir, lakin artıq «empirik bilik» adı altın-

da: «empirik biliyin məntiqi forması ayrıca götürülmüş mülahizə, konstata-

siya olunan fakt və ya onların hadisəni təsvir edən hansısa sistemidir».

5

2

  



Biliyin bu formasını Aristotel təcrübə adlandırır: «…Təcrübə fərdin 

biliyidir…»

6

3



Belə görünə bilər ki, Aristoteldə «təcrübə» anlayışı daha geniş mə-

naya malikdir və təcrübi biliyi də əhatə edir. Zira, təcrübə yalnız təəssürat 

və ya xatirə ilə yox, çoxlu xatirələrin təkrarlanması ilə yaranır: «İnsanlarda 

təcrübə yaddaş sayəsində meydana gəlir; yəni məhz eyni predmet haqqında 

çoxlu xatirələr bir təcrübənin mənasını qazandırır».

6

4



 Lakin Aristotel «təc-

rübə» anlayışını  təcrübəni təmiz hissi məlumatlardan ayırmaq məqsədilə 

ayrı-ayrı  əşya və hadisələr haqqında anlayışların təşəkkülü prosesi kimi 

istifadə edir. Çünki bilik yalnız anlayış səviyyəsində yaranır. Ona görə də 

müasir şəraitdə, nə zaman ki, qavranılan predmetlərin əksəriyyəti haqqında 

ilkin anlayışlar mövcud olur – təsadüfi bir hadisə təcrübənin, yəni, fərdi bi-

liyin yaranması üçün artıq kifayətdir.  

Beləliklə də, istər Aristotelin «təcrübəsi», istər F.Bekonun «tarixi bi-

liyi», istər A.Spirkinin «məişət biliyi», istər P.V.Kopninin «empirik bili-

yi», istərsə də N.K.Vaxtominin «elmi olmayan empirik biliyi» əslində bili-

yin eyni bir formasını, yəni məhz bizim təqdim etdiyimiz təsnifatda faktiki 

bilik adlandırdığımız formanı əks etdirir. Lakin yuxarıda göstərilən ifadə-

lərdən istənilən birisinin istifadəsi bəzi dolaşıqlıqlara gətirib çıxarardı: 

«təcrübə» və «tarix» anlayışı hazırda digər mənalarda işlədilir, «empirik 

bilik» anlayışı elmi biliyin birinci səviyyəsinin ifadə olunması üçün qəbul 

olunur. «Adi bilik» və ya «məişət biliyi» anlayışlarını isə biliyin səviyyələ-

rini yox, müvafiq sahələrini ifadə etmək üçün işlətmək məqsədəuyğundur. 

Elmi olmayan empirik biliyin «empirik» anlayışının daha geniş anlamında 

anlaşılması biliyin təcrübi səviyyəsini əks etdirdiyi qədər, onun bu səviy-

yəsini də birmənalı olaraq əks eləmir.  

Təkrarlanan konkret faktların ümumiləşməsilə  əldə edilən bilikləri 

biliyin ikinci forması kimi ayırmaq olar. İnsanların təcrübi fəaliyyətinin 

                                                 

1

 БСЭ. Т.9, М., 1972. c. 555. 



2

 П.В. Копнин. Гносеологические и логические основы науки. М., 1974. c. 195. 

3

 Аристотель. Метафизика, с. 66. 



4

 Yenə orada, s. 65. 



Elm haqqında elm 

 

 



 

58

nəticəsi olduğu üçün, biz onu təcrübi bilik adlandırmağı  məqsədəuyğun 



sayırıq. Aristotelin təsnifatında biliyin bu forması «ustalıq» anlayışını ifadə 

edir: «Ustalıq təcrübə ilə alınmış düşüncələrin əsasında bənzər predmetlərə 

bir ümumi baxışın yarandığı zaman mövcud olur»

6

1



Buna baxmayaraq, Aristotedə «təcrübə» «ustalıq»dan kəskin şəkildə 

ayrılmır, ona görə də onun bəzi müddəaları elmlə üst-üstə düşür: «…Təc-

rübəsi olanlar «nəyi» bilirlər, amma «niyə»ni bilmirlər; ustalığı olanlar isə 

«niyə»ni, yəni səbəbini bilirlər»

6

2



. Aristotelin məsələyə bu cür yanaşması 

yəqin ki, təbiidir, çünki müasir anlamda mövcud olan elmin ayrı-ayrı sahə-

ləri onun zamanında hələ formalaşmamışdı. O zaman elmi biliyin kompo-

nentləri təcrübi biliklə birgə vahid kompleks təşkil edirdi, yəni, biliyin el-

mi və təcrübi formaları bir-birindən hələ tamamən ayrılmamışdı. Belə böl-

gü – müasir elmin yaranması  təxminən  İntibah dövründən başladı. Məhz 

bu dövrdən elmi bilik sadəcə təcrübi biliklər bazasında yox, həm də müs-

təqil surətdə, yəni, xüsusi-empirik tədqiqatlar sayəsində meydana çıxır. 

«Mücərrədlik haqqında elm» adı altında isə Aristotel biliyin fəlsəfi səviy-

yəsini başa düşürdü. Qeyd edək ki, bu səviyyə müasir ədəbiyyatda biliyin 

xüsusi forması kimi ayrılır.

6

3



  

Elmi bilik kimi təcrübi bilik də ayrılıqda bir faktı yox, hansısa ümu-

mi olanı əks etdirir, ona görə də onlar arasındakı fərqin vacib əlamətlərini 

göstərmək zəruridir. 

Bu məsələyə iki mövqedən yanaşmaq olar.  

Əvvəla, onları ümumilik dərəcəsinə görə fərqləndirmək olar. Bu hal-

da faktiki biliyə – təkcənin, praktiki biliyə – xüsusinin, elmi biliyə isə – 

ümuminin ifadəsi kimi baxmaq olar. Beləliklə, biliyin formalarının ayırd 

edilməsi əslində təkcə, xüsusi və ümuminin qarşılıqlı münasibəti məsələsi-

nə gətirilir ki, bu da fəlsəfədə xeyli dərəcədə öyrənilmiş bir problemdir. 

İkincisi, bilik formalarını onların əldə edilməsi xüsusiyyətlərinə görə 

fərqləndirmək olar. Yəni bilik elmi tədqiqat yolu ilə alınarkən, o müvafiq 

elmi-nəzəri sistem kontekstinə bağlı olur. Əgər bilik əməli müşahidələrin 

ümumiləşdirilməsi ilə əldə edilirsə, onda o əlahiddə şəkildə mövcud olur. 

Məsələn, sürtmə yolu ilə od əldə edilməsi elmi araşdırmaların nəticəsi 

olmayıb, praktik müşahidələrin və  əməli fəaliyyətin sayəsində  əldə 

                                                 

1

 Yenə orada, s. 66. 



2

 Yenə orada. s. 67. 

3

 А.И. Ракитов. Философские проблемы науки, c. 26-38. 



Bilik – Elm – Bilik 

 

 

 

59



edilmişdir. Yəni eyni cür hadisənin təkrarlanması zamanı həmişə eyni bir 

nəticənin alınması insanlara situasiyanı ümumiləşdirmək üçün əsas verir. 

Bu bilik də ibtidai icma dövründə insanın təsadüfi müşahidəsinin sonrakı 

praktik fəaliyyətdə sınaqdan keçirilməsi sayəsində əldə edilmişdir. Bu ha-

disənin elmi izahı isə neçə min illərdən sonra, ancaq XVIII-XIX əsrlərdə 

mexaniki enerjinin istilik enerjisinə çevrilməsi və yüksək temperaturlarda 

oksidləşmə prosesinin sürətlənməsi öyrənildikdən sonra verilmişdir. Yəni 

yanma prosesinin kimyəvi mexanizmi və müvafiq olaraq fiziki və kimyəvi 

proseslərin qarşılıqlı əlaqəsi məhz XIX əsrdə bəlli olmuşdur. Deməli, eyni 

bir biliyin əməli bilik səviyyəsində  məlumluğu ilə onun elmi bilik kimi 

təsbit olunması arasında neçə min illər zaman keçir. 

Baxdığımız misalda bilik praktikada onun elmi kəşfindən əvvəl mə-

lumdur. Amma müasir dövrdə çox vaxt biliklər elmi tədqiqatlar vasitəsilə 

aşkar edilir, ekperimental və ya nəzəri yolla yoxlanılır və ancaq bundan 

sonra istehsalatda və ictimai həyata tətbiq olunur. Əlbəttə, elmi kəşflərin 

nəticəsini tətbiq edən işçilər onun mahiyyətini bilməyə də bilərlər. Çünki 

bilavasitə icraçılar ancaq texnoloji reseptlər vasitəsilə işləyirlər. Onlar gör-

düyü işin «niyə»sinə cavab vermir və bilikləri bir növ kor-koranə  tətbiq 

edirlər. Və bu əməliyyat tədricən əməli vərdişlərə keçir ki, onun da əsasın-

da yenə də praktik bilik dayanır. Lakin bu praktik bilik artıq elmi biliyin 

tətbiqi prosesində formalaşmış olur. Buna ən əyani misal, ustanın televizo-

ru təmir etməsidir. O, televizorun hansı fiziki proseslər sayəsində işlədiyini 

bilməsə də, hansı detalın nə kimi praktik funksiya daşıdığını və hansı xa-

rakterli nasazlığın hansı elementlə bağlı ola biləcəyini əməli bilik səviyyə-

sində mənimsəyir. Beləliklə, elmi biliklər istehsalatda və məişətdə bilava-

sitə deyil, əməli biliklərə çevrilərək istifadə olunur.  

Yeni texnikanın ixtirası və müvafiq texnologiyanın işlənib hazırlan-

ması zamanı istifadə olunan biliklər artıq nə xalis elmi, nə də xalis əməli 

biliklərdir. Biliyin bu yeni formasını biz elmi-texniki bilik adlandıracağıq. 

Bu yeni bilik forması  əslində öz spesifikasına müvafiq olan bir fəaliyyət 

formasının, yəni elmi-texniki fəaliyyətin nəticəsidir.  

Bu yeni fəaliyyət sahəsinin mahiyyətini və xüsusiyyətlərini dərk et-

mək üçün onu elm və texnika, habelə elmi və praktik bilik arasında müna-

sibətlərin inkişafında qanunauyğun bir halqa kimi nəzərdən keçirmək 

lazımdır.  

Texnikanın inkişafının birinci tarixi mərhələsi (yəni nə zaman ki, hə-



Elm haqqında elm 

 

 



 

60

lə süni əmək vasitələri yaranmamışdı) ancaq elementar əmək vərdişlərinin 



formalaşması ilə bağlıdır. Bu dövrdə insan ancaq öz təbii əmək orqanları 

vasitəsi ilə iş görür. Tədricən bu təbii hərəkətlər vərdiş halını aldı və onun 

sayəsində ilk məqsədyönlü fəaliyyət formalaşdı.  Əldə olunmuş  vərdişlər 

bir əmək vasitəsi kimi növbəti nəsillərə ötürülməklə o dövrdə ictimai inki-

şafın səviyyəsini müəyyənləşdirən əsas meyar hesab edilə bilər. Beləliklə, 

ilk tarixi mərhələdə təbii əmək orqanları və əməli vərdişlər yeganə texniki 

vasitələr idi. 

Sonrakı tarixi mərhələdə  əmək vasitələri sırasında məqsədəuyğun 

fəaliyyətin maddi vasitələrini,  əmək alətlərini görmək mümkündür. Bu 

alətlərlə yanaşı onlardan istifadə  vərdişləri də texniki vasitələr sisteminə 

daxil oldu. Və onları tətbiq etməyə imkan verən vərdişlər yarandı.  

Sonrakı dövrdə texnikanın inkişafında yeni keyfiyyətli mərhələ işçi 

maşının yaranması ilə bağlıdır. Maşının əsas xüsusiyyəti bundan ibarətdir 

ki, əvvəllər əmək predmeti üzərində insan tərəfindən görülən işi indi bila-

vasitə maşın həyata keçirir. Lakin işçi maşınların yaranması hələ elmin is-

tehsalata sirayət etməsi deyildi. Belə ki, o dövrdə maşınların çoxu elmi 

kəşflər  əsasında yox, praktik biliklərin inkişafı  və  tətbiqi sayəsində ixtira 

olunurdu. Bu dövrün elmi bilikləri texniki tərəqqinin dalınca gedir və artıq 

praktikada həyata keçirilən texnoloji proseslərin elmi izahına təşəbbüs gös-

tərilirdi. Həmin dövrdə elm qarşısında praktik ehtiyaclardan doğan konkret 

vəzifələr də qoyuldu ki, bu da tətbiqi elmlərin inkişafına böyük təkan 

verdi. Digər tərəfdən, ixtiraçıların düzəltdiyi texniki qurğular və onların 

fəaliyyət mexanizminin elmi müstəvidə nəzərdən keçirilməsi bir sıra yeni 

qanunauyğunluqların aşkar edilməsinə imkan açdı. Bir sözlə, XVIII əsrin 

axırlarına qədər istehsalatda aparıcı bilik növü elmi biliklər deyil, praktik 

biliklər və mühəndis yaradıcılığı idi. Elmi nailiyyətlərdən istifadə olunması 

nadir hadisə idi.  

Elmin istehsalata tətbiqinin müntəzəm və ardıcıl bir prosesə çevril-

məsi XIX əsrdən başlayaraq getdikcə gücləndi. Bu dövrdə texniki yeni-

liklər daha çox elmdəki kəşflərlə əlaqəli surətdə həyata keçir. Əlbəttə, yeni 

elmi biliklərin texniki realizasiyası yeni tipli layihə-konstruktor işləri və 

daha yüksək mühəndis biliyi tələb edirdi. Digər tərəfdən, mühəndis və 

konstruktorların yeni elmi nailiyyətlərdən xəbərsiz olmaları ixtiraçılıq fəa-

liyyətində elmin tətbiqini çətinləşdirirdi. Yaranmış  vəziyyət həm elmin 

strukturunda, həm də ixtiraçılıq fəaliyyətində yeni halqaların əmələ gəlmə-


Bilik – Elm – Bilik 

 

 

 

61



sinə səbəb oldu. Bir tərəfdən texniki elmlər, o biri tərəfdən də elmi-texniki 

fəaliyyət və biliyin inkişafında yeni forma olan elmi-texniki biliklər mey-

dana gəldi. Elmi-texniki fəaliyyət həm elmi yaradıcılıqdan, həm ixtiraçılıq 

fəaliyyətindən, həm də texniki sistemlərin iş prinsipindən onunla fərqlənir 

ki, onun məqsədi nə gerçəkliyin nəzəri səviyyədə mənimsənilməsinə, nə də 

hazır biliklərin texniki realizasiyasına yönəlməmişdir və özünəməxsus 

səciyyə daşıyır. Yəni elmi-texniki fəaliyyət təkcə elm və təkcə texnologiya 

çərçivəsinə sığmayaraq sanki bu iki hadisə arasında körpü rolunu oynayır. 

Burada həm elmi həm də praktiki biliklərdən sıx istifadə olunur.  

Elmi-texniki fəaliyyət sahəsi Qərbdə çox vaxt texnoloji fəaliyyət ad-

landırılır. Halbuki texnoloji fəaliyyət məhz texnikanın istismarı üçün lazım 

olan biliklər və vərdişlər sferasını əhatə edir. Məsələyə aydınlıq gətirmək 

üçün bu sahədə tanınmış mütəxəssis S.F.Kasprzukun fikrinə müraciət 

edək. O, texnologiyanı belə təqdim edir: «Texnologiya bir fəaliyyət sahəsi 

kimi, kim tərəfindən və hansı sahədə həyata keçirilməsindən asılı olmaya-

raq, elm ilə texnika, nəzəri biliklə praktik iş arasındakı boşluğun aradan 

qaldırılmasına xidmət edir».

6

1

  



Burada, əvvəla, müəllifin “texniki fəaliyyət” anlayışında nəyi nəzər-

də tutduğu bəlli olmur, belə ki, “texnoloji fəaliyyət” anlayışının daxil edil-

məsi “texniki fəaliyyət” anlayışına yenidən baxılmasına və ya onun ümu-

miyyətlə  çıxarılmasını  tələb edir. İkincisi,  əgər müəllif texniki fəaliyyətə 

istehsal fəaliyyətini daxil edirsə, onda digər fəaliyyət növləri; bədii yaradı-

cılıq, siyasi fəaliyyət və s. kənarda qalmış olur.  

A.Uaythed isə texnoloji fəaliyyətin formalaşmasını Yeni Dövrün ən 

mühüm hadisələrindən biri hesab edir: “Şübhəsiz, son 300 ildə texnologiya 

böyük inkişaf yolu keçmişdir, amma axır vaxtlara qədər elmin texnikaya 

bilavasitə təsirini müstəqil bir hadisə kimi təsəvvür etmək mümkün olma-

mışdır”.

6

2



 Doğurdan da, elmi biliklərin texnikaya müntəzəm və sistemli şə-

kildə  tətbiq olunması  və beləliklə bu tətbiqi təmin edən xüsusi fəaliyyət 

növünün əmələ gəlməsi ancaq XIX əsrin axırları XX əsrin əvvəlləri üçün 

səciyyəvidir. Bu hadisəni önə  çəkməsini Uaythedin uğuru hesab etmək 

olar. Lakin bizcə, o, bu məsələdə çox irəli gedir və nəinki elmin sistemli 

                                                 

1

 S.F. Kasprzuk. On the conspert of technoloqy and its relation to science and technic // 



Proceeding of the XV World Congress of Philosophy. Sofia, 1973. p.321. 

2

 A.Whitehead. Function of Reason. Boston, Beacon Press, 1971, p. 42.  



Elm haqqında elm 

 

 



 

62

tətbiqini, bütövlükdə  nəzəri və praktik zəkanın kontaktını yeni bir hadisə 



kimi təqdim edir: “Son 100 illikdə texnologiyanın möhtəşəm inkişafı bu-

nun nəticəsidir ki, mücərrəd təfəkkür və praktik zəka, nəhayət ki, əlaqələn-

dirilmişdir.”

6

1



 Lakin məlum olduğu kimi, nəzəri biliklərin tətbiqi heç də 

tamamilə yeni hadisə olmayıb çox qədim köklərə malikdir. Sadəcə olaraq, 

keçmişdə bu proses müntəzəm olmamış və müstəqil fəaliyyət sahəsi kimi 

formalaşmamışdır.  

M.Bunqe “texnologiya” anlayışı  əvəzinə “tətbiqi elmlər” anlayışın-

dan istifadə edir. Elmin bütün başqa formalarına isə “xalis elm” kimi ümu-

miləşdirir: “Xalis və  tətbiqi elmləri fərqləndirmək mümkündür. Əgər biz 

tədqiqatçının motivlərini də nəzərə alsaq, məlum olar ki, kim isə şeylərin 

mahiyyətini anlamağa, kim isə  şeylər üzərində hakim olmağa çalışır.”

6

2



 

M.Bunqeyə görə, ikincilərin məqsədi “faydalı şeylər” almaqdır. Amma əs-

lində bu məqsəd daha geniş fəaliyyət sahəsini əhatə edir; belə ki, bura layi-

hələşdirmə və konstruktor fəaliyyəti daxildir ki, onları tətbiqi elmlərə aid 

etmək düzgün olmazdı. Digər tərəfdən, tətbiqi elmlər də öz növbəsində elə 

sahələri əhatə edir ki, onlar texnologiya anlayışına aid edilə bilməzlər. Mə-

sələn, “tətbiqi riyaziyyat” tətbiqi elmlər sırasında olsa da, maddi fəaliyyət 

sahələrinə, bilavasitə istehsala tətbiq olunmaqdan daha çox müxtəlif elm 

sahələrinin daxili problemlərinin həlli üçün də istifadə olunur.  

Yuxarıda adlarını  çəkdiyimiz müəlliflərin işlətdiyi “texnoloji fəa-

liyyət” və “tətbiqi elmlər” anlayışları  məzmunca “elmi-texniki fəaliyyət” 

anlayışına yaxın olsalar da, onunla tam üst-üstə düşmür. Buna görə  də 

onların sərhədləri dəqiqləşdirilib müəyyənləşdirilməlidir. 

“Elmi-texniki fəaliyyət” anlayışının həcminin müəyyənləşdirilməsi 

xüsusi  əhəmiyyət kəsb edir, çünki biliyin iyerarxik strukturunda yeni sə-

viyyə olan elmi-texniki səviyyənin yaranmasına fəaliyyətin məhz bu for-

ması səbəb olur. 

Müvafiq texnoloji biliyi ehtiva edən “texnoloji fəaliyyət” anlayışı 

ədəbiyyatda fəaliyyət reseptləri haqqında biliklər, texniki qurğularla əmə-

liyyatlar və s. mənasında işlədilməklə artıq elmin verdiyi məlumatlar əsa-

sında yeni tipli texniki qurğuların qurulması (istehsalı yox) üçün lazım 

olan müvafiq elmi-texniki işdən sonra yaranır. Tətbiqi elmlər və müvafiq 

                                                 

1

 Yenə orada, s. 42-43. 



2

 M.Bunge. Forwards a Philosophy of Thechnology // Philosophical problems of 

science and Thechnology. Boston, 1974, p. 29.  


Bilik – Elm – Bilik 

 

 

 

63



elmi fəaliyyət elmi-texniki fəaliyyətin önündə getməklə elmi ideyaların 

daha konkret, tətbiqə hazır formalara çevrilməsinə səbəb olur. 

  


Elm haqqında elm 

 

 



 

64

 



 

 

 

 

Bilik və fəaliyyət 

 

 



Biliklərin nəsildən nəsilə ötürülməsi prosesi müxtəlif dövrlərdə  və 

müxtəlif xalqlarda fərqli üsullarla həyata keçirilmişdir. Fərqlər ötürülməni 

təmin edən mərhələlərin hər birində ortaya çıxır.  Əvvəla, fikir, bilik 

başqasına çatdırılmaq üçün hansı isə formada maddiləşməlidir.  İkincisi, 

bilik müvafiq maddi ifadə vasitəsi ilə başqasına çatdırıldıqdan sonra o 

yenidən ideya, fikir, bilik formasına keçməlidir. 

Kiminsə öz bildiklərini başqalarına çatdırması ilk dövrlərdə  əsasən 

şifahi nitq, şərti işarələr vasitəsi ilə və ya təcrübənin bilavasitə bölüşdürül-

məsi ilə mümkün olmuşdur. Sonralar bu vasitələr getdikcə çoxalmış, yazı-

nın müxtəlif formaları, kitablar, sxem və qrafiklər, radio və televiziya, au-

dio və videokasetlər, kompüter, internet və s. də biliyin saxlanması və ötü-

rülməsi vasitələri kimi çıxış etmişdir. Lakin əhəmiyyətli olan biliyin hansı 

təbii və texniki vasitələrlə ötürülməsi yox, onun necə əldə edilməsi, həqi-

qətə  nə  dərəcədə uyğun olması  və  nə  dərəcədə  dəqiq ifadə edilməsidir. 

Ötürülmə  mərhələsi fikrin ifadə olunmasından sonra gəlir. Bundan sonra 

isə ötürülmüş informasiyanın nə dərəcədə adekvat mənimsənilməsi və ye-

nidən insanın fikir dünyasına daxil olaraq öz yerini tutması, aktiv bilik for-

masına keçməsi problemi gəlir. 

İnsanın bilavasitə təbiətlə, ətraf mühitlə qarşılıqlı əlaqədən, təcrübə 

sahəsində  əldə etdiyi biliklə başqasından hazır  şəkildə aldığı bilik nə ilə 

fərqlənir? Uşaq hələ dil öyrənməmişdən əvvəl hansı isə biliklər əldə edir-

mi? Nəyə görə sistemli təlim ancaq altı yaşdan sonra başlanır? Yaxud 

müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə bu yaş həddi necə olmuşdur? Hansı 

təhsil sistemində biliklərin  şəxsi təcrübə  əsasında öyrənilməsinə üstünlük 

verilir? Bəs biliklərin əsasən hazır şəkildə mənimsənilməsinin üstünlükləri 

nədər ibarətdir? 

Hamının elmi biliklərin  əsaslarına yiyələnməsi vacibdirmi? İnsan 


Bilik – Elm – Bilik 

 

 

 

65



şəxsi həyatında daha çox hansı bilik formalarından istifadə edir? Elmi bili-

yin digər formaları ilə nisbəti necədir? Tarixən hansı bilik forması ən əvvəl 

yaranmışdır? 

Ən qədim dövrlərdə insanın özünü təbiətdən hələ tam şəkildə ayır-

madığı vaxtlarda, dini və mifoloji təfəkkürün üstünlük təşkil etdiyi vaxtlar-

da da məhz adi bilik və faktiki biliklər şüurlu həyatın ilkin zəruri şərtləri 

kimi mövcud idi. Faktiki biliklərin təkrarlanmasından və ümumiləşməsin-

dən əməli biliklər yaranmışdır. Bunların hamısının əsasında şəxsi təcrübə 

dayanır. Biliklərin başqalarına ötürülməsi isə nitqin əmələ gəlməsi ilə pa-

ralel surətdə, onun vasitəsi ilə  həyata keçmişdir.  Əmək nitqi isə ictimai 

əməyi, yaxud əməli biliklərin başqalarına ötürülməsini təmin etmişdir. 

Adi şüur, məişətdə və işdə istifadə olunan əməli biliklər insanın for-

malaşmasında bilavasitə  iştirak etdiyinə görə onların bütün xalqlar üçün 

ümumi olması vacib şərtdir. Lakin əməli biliklərdən elmi biliklərə keçidin 

və elmi biliklərin mənimsənilməsinin tarixən alternativ formaları mövcud 

olmuşdur.  Şərti olaraq, Şərq və  Qərb düşüncə  tərzi kimi qəbul edilən iki 

müxtəlif inkişaf yoluna müvafiq olaraq elmi biliyin ictimai praktika ilə 

əlaqəsi də tarixən fərqli formalarda həyata keçmişdir. 

İnsan mənəvi aləmini təşkil edən müxtəlif şüur formaları içərisində 

ona ən çox yad olan bilikdir. Xüsusən, bilavasitə insanın özü ilə, öz fərdi 

həyatı və taleyi ilə bağlı olmayan biliklər. Əslində bilik dedikdə, insanın öz 

həyatının deyil, onu əhatə edən obyektiv gerçəkliyin inikası nəzərdə tutu-

lur. İnsanın öz fərdi həyatını əks etdirən, onun öz başına gələn hadisələrin 

inikası olan şüur forması artıq başqa anlayışla ifadə olunur — xatirə hesab 

edilir. Əlbəttə, bu fərqləndirmə yalnız insana doğma və ya yad olan hadisə-

lərin fərqləndirilməsindən irəli gəlmir. Həm də təkcə ilə ümumi arasındakı 

fərqi ifadə edir. Belə ki, xatirə hafizədə biliklər şəklində deyil, təsəvvürlər 

şəklində saxlanır.  İnsan öz başına gəlmiş hadisələri qavradığı, bilavasitə 

yaşadığı kimi də yadında saxlayır və ona görə  də, xatirə  həyatın ikinci – 

mənəvi mövcudluğudur, həm də maddi həyatdan fərqli olaraq zamanın 

dönməzliyi qanununa tabe olmayan və istənilən vaxt bərpa oluna bilən, ye-

nidən baş verən bir mövcudluğudur. Xatirə “acı” və ya “şirin”, “solğun” və 

ya “al-əlvan” ola bilər, insanın vaxtilə keçirdiyi hissləri yenidən təkrar et-

dirə bilər. Bilik isə cansız və neytraldır, insanın duyğuları ilə bilavasitə 

bağlı deyil və məhz bu mənada insana yaddır. 

Bəs insanın öz həyatı ilə bağlı hadisələr fikirdə ümumiləşdirilmirmi? 



Elm haqqında elm 

 

 



 

66

Təsəvvürlər, hissi obrazlar müvafiq anlayışlarla birləşmirmi və bundan 



müvafiq biliklər hasil olmurmu? 

Real mənəvi həyatda nə hissi obrazlar anlayışlardan, nə də anlayışlar 

hissi obrazlardan tam təcrid olunur. Necə deyərlər, hissi və rasional həmişə 

vəhdətdə olur və bir-birini tamamlayır. Lakin istər duyğu və  təsəvvürlər, 

istərsə də anlayış və mühakimələr müəyyən nisbi müstəqilliyə malikdir və 

məhz bu müstəqillik sayəsində biz onları fərqləndirir, idrakın müxtəlif pil-

lələri kimi qiymətləndiririk. İnsanın şəxsi həyatını təşkil edən hadisələr iki 

qrupa ayrıla bilər: birincisi, yalnız bir dəfə və ya çox nadir hallarda baş ve-

rən – unikal hadisələr, ikincisi, müntəzəm surətdə və şəraitdən asılı olaraq 

tez-tez baş verən, təkrarlanan hadisələr. İkincilərə habelə zahirən müxtəlif 

görünməyinə baxmayaraq, bir sıra  əsas  əlamətlərinə görə üst-üstə düşən 

hadisələr də daxildir. 

Əlbəttə, heç bir əlamətinə görə heç vaxt təkrarlanmayan, tamamilə 

bənzərsiz hadisələr olmur. Lakin insan öz həyatında təkrarlanmayan, əsa-

sən bənzərsiz olan unikal hadisələri ikinci dərəcəli əlamətlərinə görə başqa 

hadisələrlə müqayisə etməyə ehtiyac duymur. Ona görə bu hadisələrin his-

si obrazları – xatirələr hansı isə əlamətlərin atılması, başqalarının isə ümu-

miləşdirilməsindən ibarət olan idraki əməliyyata məruz qalmır, öz hissi bü-

tövlüyünü, konkretliyini saxlamış olur. 

Təkrarlanan hadisələrin isə hər birini bütün konkretliyi və təfərrüatı 

ilə yadda saxlamağa ehtiyac yoxdur və bu, mümkün də deyil. Çünki insan 

həyatının çox böyük qismi məhz təkrarlanan hadisələrdən təşkil olunur. 

Ona görə də, təfərrüat atılır, hissi obraz diqqətə layiq olmayan əlamətlər-

dən azad olunur, təkrarlanan əsas əlamətlər isə ümumiləşdirilir – anlayışlar 

əmələ gəlir və hadisə anlayışlar sistemi ilə şərh olunur. Deməli, gündəlik 

həyatın zəruri tərkib hissəsi olan təkrarlanan hadisələr bütöv hissi obrazlar 

şəklində yadda saxlanılmır – xatirəyə çevrilmir. Ümumiləşmiş şəkildə, an-

layışlar vasitəsilə hafizədə saxlanmış hadisələr, daha doğrusu, müəyyən 

qrup hadisələrin “cansızlaşmış” sxemi, insanın hissi halına təsir etmir. 

Anlayışlarla yalnız düşünmək olar, onlardan təsirlənmək mümkün 

deyil.

6



 

                                                 

 Anlayışlardan, daha doğrusu, sözlərdən (çünki sözlər həm də məcazi, rəmzi mənalarda 



işlənə bilir) istifadə edərək yenidən hissi obrazlar yaratmaq və insanı düşündürməklə 

yanaşı, həm də  təsirləndirmək xüsusi yaradıcılıq sahəsi olan bədii  ədəbiyyatın 

funksiyasıdır. 


Bilik – Elm – Bilik 

 

 

 

67



İnsanın ixtisası, peşəkar fəaliyyəti ilə bağlı olmayan, gündəlik zəruri 

ehtiyacdan irəli gələn və bütün adamlar üçün harada isə ümumi olan adi 

həyat hadisələrənin mənimsənilməsi “adi şüur” deyilən idrak formasına 

uyğundur. Elmi idrak, bədii idrak və fəlsəfi təfəkkür kimi professional id-

rak formaları ilə yanaşı adi şüur da gerçəkliyi dərk etməyin mühüm üsulla-

rından biridir. Lakin onun bir mühüm keyfiyyət fərqi vardır. Adi şüur pro-

fessional idrak sahəsi olmayıb bütün adamların idraki fəaliyyətinin əsasını 

təşkil edir. Hər bir adamın nəinki fərdi həyatı və məişət fəaliyyəti, habelə 

istənilən sahədəki ixtisas fəaliyyəti istər-istəməz ilk növbədə adi şüura is-

tinad edir. 

Adi  şüurun məhsulu olan biliklər çox vaxt adi biliklər adlandırılır. 

Bu biliklər insanların gündəlik praktik fəaliyyətinin ümumiləşmiş inikası 

kimi yaranır və tarixən insanlarda ümumiləşdirmə qabiliyyətinin forma-

laşması sayəsində meydana çıxan ilk bilik növüdür. Yuxarıda qeyd etdiyi-

miz kimi, hissi obrazlarla düşünməkdən (məntiqəqədərki təfəkkür), şüurun 

xatirə və hissi təxəyyül formasından anlayışlarla düşünməyə, şüurun bilik 

formasına keçilməsi ilk növbədə insanların gündəlik zəruri həyat fəaliyyə-

tini (əmək bölgüsünə məruz qalmayan fəaliyyəti) əhatə edir. İlk anlayışlar 

hadisə  və  şeylərin məhz bu zəruri fəaliyyət zamanı ortaya çıxan  əlamət-

lərinin ümumiləşmiş fikri inikaslarından ibarət olur. Şeylər arasındakı əla-

qələr anlayışlar arasındakı əlaqə kimi inikas edir və ilk biliklər yaranır. Ha-

mı üçün ümumi olan zəruri həyat fəaliyyətini  əks etdirdiyinə görə, “adi 

həyatın” inikası olduğuna görə bu biliklər də adi biliklər hesab edilir. 

Lakin insanların fəaliyyət dairəsi genişləndikcə bu biliklər “adi bilik“ 

dairəsindən kənara çıxır.  İnsan-Təbiət münasibətlərinin ağırlıq mərkəzi 

getdikcə daha çox dərəcədə təbiət tərəfə meyl edir. Bu qarşılıqlı təsir nəti-

cəsində insan müntəzəm impuls alır və onun fəaliyyəti adi fərdi həyatın zə-

ruri ehtiyaclarından kənara çıxır. “Adi bilik“ getdikcə daha çox dərəcədə 

adiliyini itirir. Daha doğrusu, insan fəaliyyətinin bir növ özəyini təşkil 

edən adi biliklərlə yanaşı onun daha geniş miqyasda fəaliyyətini təmin 

edən, nisbətən başqa xarakterli biliklər yaranır. Bu biliklər insanın fərdi 

həyatı üçün bilavasitə lazım olmayıb cəmiyyətə xidmət edir. Həmin ada-

mın özünə də artıq bilavasitə deyil, cəmiyyət vasitəsilə, cəmiyyətin bir üz-

vü kimi xidmət edir. 

İnsan ilkin formalaşma dövründə  əsasən özü üçün yaşamaqdan 

uzaqlaşaraq getdikcə daha çox dərəcədə  cəmiyyətin bir üzvünə çevrilir, 



Elm haqqında elm 

 

 



 

68

şəxsiyyət kimi formalaşır. Bu dəyişiklik onun maddi fəaliyyətində təzahür 



etdiyi kimi, yiyələndiyi biliklərin xarakterində  və miqyasında da təzahür 

edir. 


İnsana onsuz da yad olan biliklər onun fərdi həyat dairəsindən kəna-

ra çıxdığına görə daha da yadlaşır. Digər tərəfdən, bu biliklər onu daha çox 

cəmiyyətin bir üzvü edir, onu cəmiyyətlə daha möhkəm bağlayır. Nə qədər 

paradoksal görünsə də, insanın ictimai varlıq kimi, cəmiyyətin bir üzvü ki-

mi formalaşması və deməli, cəmiyyətin özünün əmələ gəlməsi məhz insan-

təbiət münasibətlərinin genişlənməsi, insanın təbiətə daha çox nüfuz etmə-

si ilə bağlıdır. 

Tarixən insan (onun ilk əcdadı) təbiətin ayrılmaz tərkib hissəsi kimi 

mövcud olmuş, onun başqa hissələrindən prinsipial surətdə seçilməmişdir. 

Hələ həmin mərhələdə insanın əcdadları sürü halında yaşamış, bir-biri ilə 

müəyyən qarşılıqlı əlaqədə olmuşlar. Lakin bu, təbiətin özünə xas olan bir 

hadisədir və insanın ictimai mahiyyətini burada axtarmaq düzgün olmazdı. 

Təbii-tarixi inkişafın sonrakı pilləsində insanın özünü təbiətdən ayır-

ması prosesi başlanır. Bu mərhələdə hələ şəxsiyyət yoxdur, biososial varlıq 

yoxdur, yalnız bioloji varlıq var. Lakin bioloji təkamülün ən yüksək pillə-

sində, ilk şüur komponentlərinin obyektiv gerçəkliyi məqsədəuyğun surət-

də dəyişdirmək, gerçəkliyə məqsədli münasibət bəsləmək üçün artıq kifa-

yət etdiyi vaxtda insanın formalaşması prosesi başlanır və bu proses eyni 

zamanda insanın təbiətdən ayrılması  və özünü ona qarşı qoyması prosesi 

ilə üst-üstə düşür. 

Təbiətlə qarşılıqlı  təsir prosesində, öz zəruri maddi ehtiyaclarını 

ödəmək naminə fəaliyyət göstərərkən insan əvvəlcə təbiəti özünün davamı 

kimi, sonrakı  mərhələdə isə özündən fərqli,  əks tərəf kimi dərk etməyə 

başlayır. İnsan nə qədər ki, özünü təbiətdən ayıra bilmir, onun təbiət haq-

qındakı təsəvvürləri də hissi obraz və hissi təxəyyüllə məhdudlaşır. İnsan-

təbiət münasibətlərinin tarixən ilkin inikasları olan bu hissi mənzərələr mü-

əyyən dinamikaya malik olsa da, gerçəkliyi məhz olduğu kimi, obyektiv 

məzmununa adekvat olaraq əks etdirmir. İnsan özü, onun xatirələri, təsa-

düflərlə bağlı olaraq hadisələrə verdiyi şərti mənalar, rəmzləşdirmə obyek-

tiv məzmuna elə sirayət edir ki, obyektiv olanı subyektiv olandan ayırmaq 

hətta müasir intellektual səviyyədən yanaşdıqda belə, çox çətin olur. Özü-

nü təbiətdən ayırmağı bacaran, anlayışlarla, məntiq qanunlarına uyğun ola-

raq düşünən müasir insan üçün əcdadların məntiqəqədərki sinkretik düşün-


Bilik – Elm – Bilik 

 

 

 

69



cə tərzini duymaq həqiqətən çətindir. Duymaq çətindir, lakin başa düşmək 

olar. Zira məntiq (burada dialektik məntiq nəzərdə tutulur) açarı məntiqə-

qədərki qapılara da düşür. 

Bizə çatan qədim xalq yaradıcılığı abidələrinin, ən çox mifologiya-

nın təhlili göstərir ki, obyektiv məzmunlu biliklərin əmələ gəlməsi, məntiqi 

düşüncə tərzi, uzun sürən keçid dövrünün məhsuludur. Keçid dövründə öz 

taleyini, öz şəxsi hiss və arzularını, rəmzi mənaları real hadisələrin real ob-

razları ilə birləşdirmək meyli tədricən azalır. Hadisələr onlara geyindiril-

miş bər-bəzəkli geyimlərdən azad edilir və onlar bütün çılpaqlığı ilə, sadə, 

nisbətən sönük, lakin öz rəngində görünür. Təbiət daha insanın davamı ki-

mi götürülmür, müstəqillik əldə edir. İnsan özünü təbiətdən, təbiəti özün-

dən ayırır. Mənəvi ilə maddinin getdikcə daha aydın sezilən nisbi bölgüsü 

başlanır. İnsanların mənəvi aləmi durulduqca burada nə isə başqa bir şeyin 

deyil, məhz maddi aləmin obrazının əks olunduğu aydınlaşır. Nə zaman ki, 

hissi obrazlar hələ ümumiləşməmiş və anlayışlar şəklinə düşməmişdi, dün-

ya insan nəzərində bir xaos idi. Anlayışların formalaşması dünyada möv-

cud olan qaydalılığı, ahəngi mənəvi aləmə köçürməyə imkan verir. İnsanın 

mənəvi aləmi durulduqca maddi dünya da onun gözündə Xaosdan Kosmo-

sa, müəyyən qayda üzrə “düzülmüş” sistemə çevrilir. 

İnsanın təbiəti özündən ayırması, obyektiv gerçəkliyi yalnız  şəxsi 

ehtiyacları baxımından deyil, ümumiyyətlə insanın, insanların, cəmiyyətin 

ehtiyacları baxımından öyrənməsi,  əldə olunan “şəxssiz” biliklərin hamı 

üçün ümumi olan məntiqi formalara salınması və sözlərlə ifadə olunması – 

bütün bunlar bioloji varlıqdan biososial varlığın, şəxsiyyətin yaranması yo-

lunda ciddi addımlar idi. Anlayışların əmələ  gəlməsi ilə  sıx bağlı surətdə 

nitqin yaranması və onun insanlar arasında ünsiyyət vasitəsi kimi çıxış et-

məsi – insanın ictimai varlıq kimi formalaşmasına ciddi təkan verir. İnsan-

təbiət münasibətlərindən cəmiyyət-təbiət münasibətlərinə keçid sinkretik 

təfəkkürdən məntiqi təfəkkürə keçidlə həmahəng surətdə baş verir. Belə ki, 

insan həm də  təbiətin bir hissəsi olduğu üçün təbiətə münasibətdə  bəzən 

özünü ondan ayırdığı halda, bəzən də ayırmır; sinkretiklik – fərdiliklə 

ümumiliyin, hissiliklə məntiqiliyin, emosionallıqla rasionallığın, obrazlıqla 

praqmatikliyin vəhdəti, bəzən qaydasız, xaotik birliyi də buradan irəli gə-

lir. Cəmiyyət isə insanların bioloji varlığını əhatə etmir və təbiətin bir his-

səsi kimi deyil, onunla paralel surətdə mövcud olan və buna görə də yeri 

gəldikdə onunla qarşılaşdırıla bilən, onunla əkslik təşkil edən müstəqil tə-



Elm haqqında elm 

 

 



 

70

rəf kimi çıxış edir. Ona görə də cəmiyyətin bir üzvü kimi, sosial bir varlıq 



kimi, şəxsiyyət kimi insanın şüuru təbiəti insandan kənarda, “insansızlaşdı-

rılmış” halda, həqiqətdə (burada ancaq elmi həqiqət nəzərdə tutulur) oldu-

ğu kimi əks etdirir. Biliklərin tarixi də bu vaxtdan başlanır. 

İnsanların fəaliyyət dairəsi genişləndikcə biliklərin əhatə dairəsi də 

genişlənmiş olur. Müxtəlif fəaliyyət sahələrinə uyğun olaraq müxtəlif bilik 

sahələri yaranır. İnsanların hamısı üçün ümumi və zəruri olan maddi fəa-

liyyətin nəticəsi kimi əmələ  gələn adi biliklər və ya məişət bilikləri, heç 

şübhəsiz, bilik sahələri içərisində tarixən ən qədimidir. Sonrakı bilik sahə-

ləri insanlar arasında əmək bölgüsü sayəsində əmələ gəlir və heç də bütün 

adamlara deyil, fəaliyyət sahəsindən asılı olaraq yalnız müəyyən qrup 

adamlara mənsub olur. Biliklərin bu ilk formalaşma dövründə əmək bölgü-

sü və ixtisaslaşma yalnız maddi fəaliyyət sahələrini əhatə edir; bu dövrdə 

bilik əldə edilməsi hələ müstəqil bir məqsədə çevrilmir və yalnız məqsədə-

uyğun maddi fəaliyyətin zəruri tərkib hissəsi kimi çıxış edir. Biliklər hələ 

məxsusiləşməmiş, idrakın müstəqil obyektinə çevrilməmişdi. 

Hələ eramızdan altı  əsr əvvəl böyük çin mütəfəkkiri Konfutsi dərk 

olunmuş və dərk olunmamış biliyi fərqləndirərək deyirdi: “Əsil bilik – bil-

diyin  şeyi bildiyini, bilmədiyin  şeyi isə bilmədiyini bilməkdir”. Müasir 

adam üçün az qala tavtologiya kimi görünən bu müdrik kəlam qədim dövr-

də biliklərin çox vaxt qeyri-müstəqil şəkildə, maddi fəaliyyətə bağlı, onun 

əlavəsi kimi, asılı surətdə mövcud olduğunu, əsil bilik sahiblərinin isə bili-

yi fəaliyyətdən ayıraraq müstəqil surətdə, “xalis” şəkildə  mənimsədiyini 

göstərir. K. Marks və F. Engels şüurun formalaşmasında maddi fəaliyyətin 

tarixən nə kimi bir rol oynadığını göstərərək yazırlar: “İdeyaların, təsəv-

vürlərin və şüurun hasil edilməsi əvvəlcə bilavasitə insanların maddi fəa-

liyyətinə  və maddi ünsiyyətinə, real həyat dilinə bağlıdır. Təsəvvürlərin 

əmələ gəlməsi, təfəkkür, insanların mənəvi ünsiyyəti burada onların maddi 

fəaliyyətinin hələ bilavasitə  məhsuludur”.

7

1

 “Maddi ünsiyyət”, “real həyat 



dili” dedikdə heç də nitq nəzərdə tutulmur. Nə qədər ki, fikir fəaliyyətdən 

ayrılmamışdı, nitq də hələ müstəqil surətdə mövcud ola bilməzdi. Lakin bu 

zaman fikrin, biliyin müstəqilləşməsi və nitqin formalaşması üçün artıq 

real zəmin var idi. “İbtidai insan sürüsündəki” ünsiyyət müasir insanlar 

                                                 

1

 K.Marks və F.Engels. Seçilmiş əsərləri. Üç cilddə. 1-ci cild, Bakı, Azərnəşr, 1978, s. 14. 



Bilik – Elm – Bilik 

 

 

 

71



arasındakı ünsiyyətdən, intellektual ünsiyyətdən keyfiyyətcə fərqli olsa da, 

sonuncunun formalaşması üçün zəruri tarixi mərhələ idi. 

K.Marksın dediyi kimi, insanlar fəaliyyətə heç də xarici aləmin 

predmetlərinə  nəzəri münasibət bəsləməkdən başlamırlar. Hər bir heyvan 

kimi onlar da yemək, içmək və s. bu kimi tələbatdan başlayır, hansı isə 

münasibətdə “dayanmayaraq” fəal təsir göstərirlər və bu təsir sayəsində 

xarici aləmin predmetlərinə yiyələnərək öz ehtiyaclarını ödəyirlər. Bu pro-

sesin təkrarlanması sayəsində bu predmetlərin insanların tələbatını ödəmək 

qabiliyyəti onların beynində həkk olunur”. Beləliklə, biliklərin əmələ gəl-

məsi insanların (onların ilk əcdadlarının) öz tələbatını ödəmək üçün xarici 

aləmə fəal maddi təsiri ilə bağlı idi. Lakin o dövrdə insan hələ özünün xa-

rici aləmə münasibətini xarici aləmdən ayıra bilmirdi. İnsanın əldə etdiyi 

onun özünə  bəlli deyildi, ona yalnız qeyri-aşkar  şəkildə, təbiətə  fəal 

təsirinin tərkib hissəsi kimi mənsub idi. Necə ki, insan özünü təbiətdən, 

təbiəti özündən tam ayıra bilmirdi, onun bilikləri də bir şüur hadisəsi kimi 

maddi fəaliyyətdən tam ayrılmamış, müstəqil şüur faktına çevrilməmişdi.  

Bununla belə, bu dövrdə insanların fəaliyyəti yalnız maddi fəaliyyət-

lə məhdudlaşmırdı. İnsanların təbiətə təsiri artıq məqsədəuyğun təsirə ke-

çirdi. Fərdi maddi tələbatın ödənilməsinə yönəlmiş və “sınaq-səhv” meto-

duna əsaslanan ilkin fəaliyyət forması getdikcə daha çox dərəcədə nəticəsi 

qabaqcadan məlum olan fəaliyyətlə  əvəz olunurdu. Yüz min illər  ərzində 

davam edən bu proses əslində əməyin formalaşması və təkmilləşməsi pro-

sesi idi. Lakin insanların şüurlu maddi fəaliyyəti hələ şüurun maddi fəaliy-

yətdən ayrılmasına, müstəqil mövcudluğuna dəlalət etmir; bu dövrdə şüur 

maddi fəaliyyətlə bağlı olmaqdan başqa, həm də əsasən bu fəaliyyətin özü-

nü inikas etdirirdi. İnsanın maddi fəaliyyətindən kənarda, ondan asılı olma-

dan mövcud olan obyektiv gerçəklik hələ idrak obyektinə çevrilməmişdi. 

Zehni və fiziki əmək hələ tam ayrılmamışdı. 

Şüurun  əmələ  gəlməsi tarixi insanın bir insan kimi formalaşması 

tarixi ilə üst-üstə düşür və milyon illərlə ölçülür. Lakin, göründüyü kimi, 

bu müddət ərzində əsasən şüurun maddi fəaliyyətdən azad olması – müstə-

qilləşməsi prosesi getmişdir; onun nisbi müstəqillik tarixi isə qədim sivili-

zasiyaların yaranması dövründən başlanır və yalnız min illərlə ölçülür. De-

məli, şüurun praktika ilə vəhdətdə mövcudluğu tarixi onun nisbi müstəqil-

lik tarixinə nəzərən müqayisə olunmaz dərəcədə qədimdir. 


Elm haqqında elm 

 

 



 

72

Mənəvi “xalis” şəkildə, nisbi müstəqil surətdə mövcud olana qədər 



uzun müddət, milyon il tərtibində olan bir dövr ərzində maddi ilə qırılmaz 

əlaqədə, praktik fəaliyyətin tərkib hissəsi kimi mövcud olmuşdur.  Ən 

başlıcası isə budur ki, bu vəhdət, əlaqəli mövcudluq tarixən artıq keçilmiş 

və  sıradan çıxmış hadisə deyil. İnsan orqanizmində, beyinin struktur və 

funksiyalarında köklü iz buraxmış olan bu hadisə insanın həm bioloji, həm 

də sosial mövcudluğunun mühüm şərtidir. Praktik fəaliyyətdən ayrılmış, 

əmək bölgüsü sayəsində özü müstəqil fəaliyyət sahəsinə çevrilmiş  aşkar 

şüur forması nəinki insanın maddi ehtiyaclarını ödəmir, hətta onun cəmiy-

yətin bir üzvü kimi fəaliyyətini tam tənzim etmək üçün də kifayət deyil. 

Qeyri-aşkar  şüurun mühüm formalarından biri olan qeyri-şüurilik 

nəinki praktik fəaliyyətdə, müasir insanın mənəvi fəaliyyətində də təzahür 

edir. 


Şüur çox zəngin və çoxcəhətli olduğundan onun tarixi inkişaf yolu-

nun bütöv mənzərəsini yaratmaq da çox çətindir. Bizi əsasən biliklərin ge-

nezisi maraqlandırır və  şüurun yolunu da məhz biliyin məntiqi və tarixi 

strukturunu aydınlaşdırmaq məqsədilə nəzərdən keçiririk. Həm də şüurun 

bilavasitə mövcudluğunu, nisbi müstəqilliyini, bilikdən kənarda başa düş-

mək mümkün deyil. Burada məhz dar mənada  şüurun, fərdi praktikanın 

spesifikasından, subyektin xüsusiyyətlərindən azad olmuş, məzmunca ob-

yektivləşmiş  və nisbi müstəqillik qazanmış  şüurun mövcudluğundan söh-

bət gedir. İnsanın maddi fəaliyyəti ilə bilavasitə bağlı olan, ondan ayrıla 

bilməyən  şüur da bilik şəklində mövcud ola bilməz.  İnsanın  şəxsi həyatı 

ilə, emosional-psixoloji vəziyyəti ilə bilavasitə bağlı olan şüur da bilik şək-

lində mövcud ola bilməz. Yalnız “şəxssizləşmiş”, subyektiv amillərdən 

azad olmuş və maddi fəaliyyətə nəzərən nisbi müstəqillik əldə etmiş şüur – 

həqiqətən biliklər şəklində ifadə olunur. Bilik xatirədən, təəssüratdan, hissi 

obrazdan, qeyri-şüuri şüur aktlarından və s. fərqli olaraq məntiqi təfəkkü-

rün nəticəsi kimi ortaya çıxır və anlayışlarla, terminlərlə ifadə olunur. Söz, 

dil nisbi müstəqil şüurun, “xalis” şüurun – biliyin maddiləşərək insandan, 

fərddən kənara çıxmasına, başqaları üçün də anlaşıqlı olmasına, cəmiy-

yətin istifadəsinə verilməsinə, ictimai məzmun kəsb etməsinə imkan verir. 

Beləliklə, biliklərin yaranması üçün şüur uzun sürən (milyon il 

tərtibində) inkişaf yolu keçmişdir. Biliyin tarixi hər cür şüur formasının de-

yil, məhz məntiqi təfəkkürün tarixi ilə üst-üstə düşür. Bəs “həqiqi şüur”dan 

əvvəl,  şüurun ilk primitiv formaları dövründə, “sürü şüuru” dövründə in-


Bilik – Elm – Bilik 

 

 

 

73



sanların (insanların əcdadlarının) praktik fəaliyyəti nə ilə tənzim olunurdu 

və insanlar arasındakı ünsiyyət (diləqədərki ünsiyyət) nəyin hesabına 

həyata keçirdi? 

Praktik fəaliyyət maddi və  mənəvi komponentlərə parçalanmadığı 

dövrdə insanlar arasındakı ünsiyyətdə  təcrübənin ötürülməsi, praktik fəa-

liyyətin öz bütövlüyündə “mənimsənilməsi”  əsas rol oynayır. Bu zaman 

fəaliyyət haqqındakı bilik fəaliyyətdən ayrılmadığından onu dil vasitəsilə 

başqasına təqdim etmək, təsvir etmək, öyrətmək də mümkün deyil. Başqa-

sı  həmin fəaliyyəti, hərəkəti  əsasən təqlid yolu ilə  və  şəxsi “sınaq-səhv” 

metodu  əsasında mənimsəyir. Təqlid yolu ilə başlanan ilkin hərəkətlər 

“yaxşı” nəticəyə gətirdikdə təkrar olunur və əməli vərdişlər yaranır. 

Hələ beyin özünü aşkar şəkildə büruzə verməmiş əl fəaliyyətə başla-

yır. İnsanın gerçəkliyə şüurlu münasibəti bilik şəklinə düşməzdən və dillə 

ifadə olunmazdan əvvəl əllə ifadə olunur. Əl şüurluluğun ilk təzahür vasi-

təsinə çevrilir. Nitqin formalaşması əlin formalaşmasından sonra baş verir 

və əslində ondan bir nəticə kimi hasil olur. 

Bu dövrdə  əlin xüsusilə böyük rol oynaması, müstəsna  əhəmiyyət 

kəsb etməsi nə ilə  əlaqədardır? Doğrudanmı  təkamül nəticəsində  əldə bu 

qədər fiziki və bioloji dəyişikliklər yaranmış, əl nə isə yeni keyfiyyətli bir 

şeyə çevrilmişdi? Bu dövrdə – insanın şüurlu insana (homo sapiens) çevril-

məsi prosesi şəraitində  əlin kəsb etdiyi yeni mahiyyət,  şübhəsiz ki, onun 

məzmun və formasındakı müəyyən dəyişikliklər sayəsində mümkün ol-

muşdu. Lakin sağlam düşüncənin əksinə olaraq, heç də bu dəyişikliklər ye-

ni mahiyyəti deyil, yeni mahiyyət bu dəyişiklikləri şərtləndirirdi. Əlin kəsb 

etdiyi yeni funksiya onun təkmilləşməsini tələb edirdi və eyni zamanda 

təkmilləşmə üçün şərait yaradırdı. Yeni mahiyyətli əl əməyin məhsulu idi. 

“Sağlam düşüncə”yə görə əmək özü əlin sayəsində mümkün olur. Bu, doğ-

rudan da belədir. Lakin dialektik düşüncə əlin də məhz əmək sayəsində ya-

randığını dərk etməyə imkan verir. 

Əl bioloji təkamülün sadəcə olaraq əlin özündəki təzahürünün nəti-

cəsi deyil. Əl bioloji təkamülün sosial amillərlə birləşməsindən hasil olur. 

Yeni mahiyyətli əl, əmək orqanı olan əl, daha sadəcə olaraq əl deyil, əl ilə 

beyinin vəhdətidir. 

Yuxarıda qeyd etdiyimiz kimi, şüur əmələ gəldiyi ilk dövrlərdə, “sü-

rü  şüurundan” “xalis şüura” qədər davam edən çox uzun müddət  ərzində 

insanın maddi fəaliyyəti ilə vəhdətdə, ondan ayrılmaz şəkildə mövcud ol-



Elm haqqında elm 

 

 



 

74

muşdur. Bu dövrdə yüksək təşəkküllü materiyanın yeni keyfiyyəti müstəqil 



mövcud ola bilmədiyindən (bilik və dil hələ yox idi) əldə və əl vasitəsilə 

təzahür edirdi. Deməli, əlin kəsb etdiyi yeni mahiyyət onun beyinlə birləş-

məsindən irəli gəlirdi. Bu yeni mahiyyəti əlin öz məzmun və formasındakı, 

quruluşundakı  dəyişikliklərlə izah etməyin birtərəfliliyi, çatışmazlığı da 

məhz bununla izah olunur. Əl müstəqil surətdə deyil, son dərəcə mürəkkəb 

bir orqanizmin üzvlərindən biri kimi yeni mahiyyət kəsb edir. İnsan 

orqanizminin yüksəldiyi yeni keyfiyyət pilləsi, beyinin inkişafı,  şüurun 

maddi fəaliyyətlə sintez halında da olsa artıq meydana gəlməsi – praktika-

nın yaranması və s. heç şübhəsiz, yalnız əlin yeni mahiyyət kəsb etməsi ilə 

məhdudlaşmır. Beyinlə kordinal əlaqədə olan digər orqanlar da dəyişir, 

yeniləşir və öz yeni funksiyaları ilə beyinin daha da inkişaf etməsinə təkan 

verir. Nitqin təkmilləşməsi eşitmə orqanının müvafiq surətdə daim təkmil-

ləşməsinə təsir etdiyi kimi, beynin də inkişafı, birlikdə bütün hisslərin tək-

milləşməsinə səbəb olur. 

Əlin özü duyğulardan birinin (lamisə – toxunma) daşıyıcısı olsa da, 

onun başlıca səciyyəsi insanın maddi fəaliyyətində oynadığı rolla bağlıdır. 

Hiss orqanlarının – duyğu üzvlərinin maddi fəaliyyətdə icraçılıq funksiyası 

yoxdur. Onlar insanın gerçəkliyə fəal, dəyişdirici münasibətində bilavasitə 

iştirak etmir. Duyğu üzvləri insandan gerçəkliyə doğru yox, gerçəklikdən 

insana doğru yönəlmiş bir prosesin icraçılarıdır. Bu proses insanın gerçək-

liyi seyr etməsi prosesidir. İdrak məhz seyrlə başlanır. 

İdrak seyrlə başlanır, lakin seyrdən yaranmır. İdrak prosesinə gətirib 

çıxaran ilkin proses – praktikadır. Praktikanın ən ibtidai forması, ilk pilləsi 

isə insanların bilavasitə öz təbii ehtiyaclarını ödəməyə yönəldilmiş fəaliy-

yətidir. Bu pillədə maddi və mənəvi praktikanın strukturuna müstəqil mə-

qamlar kimi daxil olmur; onlar hələ ayrılmayıblar. Bu dövrdə insanın hara-

da isə instinktiv, harada isə  məqsədəuyğun maddi fəaliyyətini bilavasitə 

həyata keçirən yeganə vasitə, orqan əldir. Əl bir hiss orqanı kimi formalaş-

mazdan əvvəl məhz bir fəaliyyət orqanı kimi formalaşmışdır. Lakin prakti-

ka sayəsində, insanın instinktiv məqsədəuyğun əməli fəaliyyəti prosesində 

bu prosesi mümkün edən beyin özü və onunla birlikdə duyğu üzvləri, hiss 

orqanları da inkişaf edir. Fəaliyyətlə yanaşı, ondan prinsipial surətdə fərqli 

olan yeni mahiyyətli hadisə – seyr başlanır. 

İdrak iki başlanğıcdan qida alır: maddi fəaliyyət və seyr. Məhz bu 

iki başlanğıc idrakı bir tərəfdən praktikanın məhsulu kimi, digər tərəfdən, 


Bilik – Elm – Bilik 

 

 

 

75



obyektiv gerçəkliyin inikası kimi başa düşməyə imkan verir. Praktika və 

inikas, fəaliyyət və seyr dilemması idrak nəzəriyyəsinin daimi probleminə 

çevrilmişdir. Metafizik təfəkkür bu iki tərəfi vəhdətdə götürə bilmədiyinə 

görə, onları qarşılaşdırmış və onlardan yalnız birinə üstünlük verməyə ça-

lışmışdır. Əslində isə fəaliyyət, praktika idrakın əsasını, mənbəyini heç də 

yalnız tarixən təşkil etmir, həm də bütün sonrakı dövrlərdə idrak prosesi ilə 

sıx surətdə bağlıdır. İdrakın sonrakı inkişaf yolunda onun praktika ilə əla-

qəsi daha mürəkkəb və çoxcəhətli olur, bu əlaqənin yeni çalarları açılır. 

Lakin bizi hələlik biliklərin yalnız genezisi və idrakın tarixi inkişaf yolu-

nun ilk pillələri maraqlandırdığından burada fəaliyyəti məhz idrakın əsası 

kimi nəzərdən keçirəcək və onun seyr ilə tarixən nə kimi bir nisbətdə oldu-

ğunu müəyyənləşdirməyə çalışacağıq. 

Əgər vərdişlərə əsaslanan praktik fəaliyyət, əlin “şüurlu”, instinktiv-

məqsədəuyğun hərəkətləri bilavasitə insanın təbii ehtiyaclarını ödəməyə 

yönəldilmişdirsə, seyr müəyyən müstəqilliyə malikdir və insanın maddi tə-

ləbatından bilavasitə asılı olmadan ümumiyyətlə təbiətə, gerçəkliyə reaksi-

ya  şəklində meydana çıxır. Bu cəhət sonralar əmək bölgüsü üçün, zehni 

əməklə fiziki əməyin ayrılması üçün mühüm şərt kimi çıxış edir. Əgər bir 

insan miqyasında bölgü prinsipcə mümkün olmasa idi, fəaliyyət və seyr iki 

nisbi müstəqil başlanğıc kimi formalaşmasa idi və bir-birindən getdikcə 

daha çox dərəcədə ayrılmasa idi, nəhayət, hiss orqanları və seyrin inkişafı 

sayəsində yeni keyfiyyətli fəaliyyət ortaya çıxmasa idi, cəmiyyət miqya-

sında bölgü də prinsipcə mümkün olmazdı. 

Seyr özlüyündə heç də o saat biliklərin yaranmasını və nitqin əmələ 

gəlməsini təmin etmir. Getdikcə  təkmilləşməkdə olan hiss orqanlarının 

verdiyi informasiya hələ ümumiləşdirilə bilmir və məntiqi formalara salın-

mır. Lakin hər bir hissi təsir müəyyən siqnal kimi qəbul olunur və insan 

həmin siqnala müvafiq reaksiya verir. Birinci siqnal sisteminin yaranması 

və yüksək dərəcədə inkişaf etməsi instinktiv-məqsədəuyğun fəaliyyətin də 

müvafiq surətdə təkmilləşməsinə səbəb olur. 

Seyr maddi fəaliyyəti təkmilləşdirdiyi kimi, fəaliyyət də seyrə kon-

kret istiqamət verir, onu daha məqsədyönlü edir. Hiss orqanları insan 

fəaliyyəti ilə bağlı olan cəhətləri getdikcə daha mükəmməl surətdə inikas 

etdirir. Seyr ilə fəaliyyət arasındakı qarşılıqlı təsir, əlaqə onların hər ikisinə 

inkişaf impulsu verir. Bununla yanaşı, seyrin hüdudları  fəaliyyətə xidmət 

dairəsi ilə müəyyən olunmur. İnsan seyr prosesində heç bir xüsusi reaksiya 



Elm haqqında elm 

 

 



 

76

yaratmayan, onun mənafeyinə bilavasitə  təsir etməyən və bu mənada 



neytral olan informasiya da alır ki, onun tədricən yığılması  gələcəkdə 

fəaliyyətlə bilavasitə bağlı olmayan biliklərin yaranması üçün mənbə 

rolunu oynayır. 

Şüurun nisbi müstəqillik əldə etməsində, biliklərin və nitqin yaran-

masında məhz neytral seyrin rolu olmuşdur. Seyr özünə maddi fəaliyyət-

dən fərqli olan ikinci çıxış yolu tapır. Bu yol məntiqi təfəkkürdən və onun 

nəticəsi olan biliklərdən keçir və dil, nitq vasitəsilə maddi dünyaya gətirib 

çıxarır. Biliklər sözlə ifadə olunduqdan sonra yalnız ayrıca bir fərdə mən-

sub olaraq qalmır – ictimailəşir. Bu mərhələdə biliklərin ictimai sintezi və 

tətbiqi yeni səviyyəli və yeni mahiyyətli praktika doğurur. Mənəvi və mad-

dini özündə üzvi surətdə birləşdirən və bir fərd miqyasında həyata keçən 

praktika indi getdikcə daha böyük ictimai miqyas alan mürəkkəb proseslə 

– praktikadan başlanan və çoxpilləli idrak yolunu keçərək yenə də praktika 

ilə tamamlanan halqa ilə və daha doğrusu, spiralvarı hərəkətlə əvəz olunur. 

İdrak mərhələsindən yeni keyfiyyətli praktika mərhələsinə keçid prosesi 

isə müasir dövrdə elmi-texniki tərəqqi ilə bağlıdır. 

Maddi fəaliyyətdən doğan, ondan ayrılmayan və yalnız təcrübə şək-

lində yeni nəslə ötürülən əmək vərdişləri müasir dövrdə də istehsal prose-

sində mühüm yer tutur, bilavasitə icraçılıq işinin, fəhlə  əməyinin  əsasını 

təşkil edir. Lakin ictimai istehsal yalnız bilavasitə icraçılıq fəaliyyəti ilə 

məhdudlaşmır. Onun çox mühüm xüsusiyyətlərindən biri fəaliyyətlə bila-

vasitə bağlı olmayan müstəqil biliklərin fəaliyyətlə birləşdirilməsidir. Bu 

proses müasir dövrdə elmi-texniki tərəqqi sayəsində həyata keçir və onun 

funksional səciyyəsini vermək üçün mühüm rol oynayır. Lakin elmi-texni-

ki tərəqqinin daha mükəmməl mənzərəsini yaratmaq, onun funksiyalarını 

və mahiyyətini daha dəqiq müəyyənləşdirmək üçün bir daha keçmişə qa-

yıtmaq, “müstəqil  şüurun”, biliklərin maddi fəaliyyətlə  əlaqəsinin inkişaf 

yolunu izləmək lazım gəlir. Nəinki yalnız elmi-texniki tərəqqinin, elm və 

texnikanın genezisi də məhz bu yoldan başlanır. 

 


Bilik – Elm – Bilik 

 

 

 

77



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin