Elm və onun inkişaf yolu
193
dur, onlar ya rusdilli mənbələri oxuyub icmal düzəldir, başqalarının fik-
rindən yeni-yeni kitablar düzüb-qoşur, ya da pul qazanmaq üçün əlavə bir
işlə məşğul olurlar. Hətta oxusalar da, heç kim tənqidi təhlil mövqeyindən
oxumur. Azərbaycanda indi hətta müəyyən ənənəsi olan ədəbi tənqid
sahəsində də “tənqid”dən əsər-əlamət qalmayıb, o ki qala elmi ədəbiyyata
münasibət sahəsində. Bir sözlə, “heç kim heç kimin kitabını oxumur”.
Görünür elə buna görədir ki, çıxan kitabların böyük əksəriyyəti elmi
kitabxanalara göndərilmir. Hətta Mərkəzi Kitabxana belə bütün kitabları,
heç olmasa, bir nüsxə halında ehtiva etməyə səy göstərmir.
Yaranmış belə vəziyyət elmi meyarlara yenidən baxılmasını, elmi
ekspertiza işinin daha səmərəli təşkili üçün tədbirlər görülməsini, elmin
əlaqələndirilməsi sahəsində mövcud boşluğun aradan qaldırılmasını və s.
bu kimi operativ tədbirlərin gerçəkləşdirilməsini tələb edir. Yəni ölkəmiz-
də heç olmasa nisbi müstəqil elm sistemindən danışmaq istəyiriksə, bunun
üçün ilk növbədə sistemliliyi təmin edən şərtlər ödənilməlidir. Bəs bu şərt-
lər nədən ibarətdir? Elm digər fəaliyyət sahələrindən nə kimi spesifik əla-
mətlərlə fərqlənir? Bax, bu suallara cavab tapmaq üçün dünyada artıq ya-
rım əsrdən artıqdır bəlli olan elmşünaslıq fənninin heç olmazsa əsas prin-
siplərini mənimsəmək lazımdır.
Biz başqa paraqraflarda həqiqi elmi inkişaf məsələlərinə xüsusi diq-
qət verdiyimiz üçün, burada ancaq ənənəvi “ölçmə” metodlarını nəzərdən
keçirəcəyik.
Elmin inkişaf qanunauyğunluğu yalnız sistemli tədqiqat sayəsində
müəyyənləşdirilə bilər. Həm də belə qanunauyğunluqdan ancaq statistik
mənada danışmaq mümkündür. Hər bir konkret məqamda elm özünün çat-
mış olduğu səviyyə ilə xarakterizə olunur ki, bu səviyyə də yalnız elmin
həmin məqamda digər sosioloji sistemlər arasında tutduğu mövqeyi, həm-
çinin müxtəlif stabil kəmiyyət xarakteristikalarını müəyyənləşdirmək sayə-
sində öyrənilə bilər. Lakin «elm» sisteminin dinamik xüsusiyyətlərini tə-
min etmək, inkişaf qanunauyğunluğunu aça bilmək üçün təkcə onun ani
vəziyyətini yox (bu mümkün də deyil), keçdiyi bütün əsas mərhələləri
müəyyənləşdirmək, zamana görə təsnif etmək lazım gəlir. Elmin müxtəlif
tarixi mərhələlərdəki vəziyyətinin müqayisəsi onun inkişaf qanunauyğun-
luğunun açılmasına yalnız o zaman imkan verə bilər ki, belə mərhələlər
sayca çox olmaqla statistik nəticə çıxarmaq üçün yararlı olsun. Elmin müx-
təlif tərkib elementlərinin statistik tədqiqi hazırkı dövrdə bu elementlərin
Elm haqqında elm
194
eksponensial qanunla inkişaf etdiyini göstərir. Məsələn, xarici ölkə alimlə-
rindən C.Bernal, D.Prays, R.Siqer; sovet alimlərindən M.M.Karpov,
Q.E.Vledus, N.İ.Styajkin, Q.M.Dobrov, V.V.Nalimov və s.-nin tədqiqatla-
rı elmi məqalələrin, jurnalların, alimlərin sayının hər 7-10 ildə iki dəfə art-
dığını götürür ki, bu da eksponensial inkişafa uyğundur:
2
1
J = Jo exp(a
⋅t)
(Burada Jo baxılan ilkin momentdəki, J isə t momentindəki inkişaf
səviyyəsini göstərir).
Şübhə yox ki, statistik yekunlar hesabına qurulmuş qrafiklər ekspo-
nensial əyri ilə tam üst-üstə düşə bilməz; belə ki, elmin hər bir konkret
komponentinin inkişafında kənaraçıxmalar labüddür. Müxtəlif qrafiklərin
müqayisəsi göstərir ki,
2
∗
bu cür kənaraçıxmalar təxminən eyni zaman inter-
vallarına təvafüq edir.
Deməli, kənaraçıxmalar özü də müəyyən qanunauyğunluğu əks etdi-
rir. Məsələn, tədqiq olunan bütün tərəflərin: müəyyən elmi sahəyə həsr
olunmuş jurnalların, elmi məqalələrin, elmi işçilərin, elmi institut və labo-
ratoriyaların sayının artması prosesində iki əsas tənəzzül momenti müşahi-
də edilir ki, bunlar da zamanca birinci və ikinci dünya müharibələrinə uy-
ğun gəlir. Elmin ayrı-ayrı tərəflərinin inkişafında ictimai həyatdakı hadisə-
lərin bu cür qanunauyğun şəkildə əks olunması bütöv «elm» sisteminin so-
sial mahiyyətinin açılması işinə geniş imkanlar yaradır. Lakin məqsədimiz
elm sisteminin yalnız ümumi proqnozu ilə bağlı olan məsələləri müəyyən-
ləşdirmək olduğundan ictimai həyatdakı müxtəlif qısa müddətli təsirini
nəzərə almayacağıq və ümumi inkişaf qanunauyğunluğunun müəyyənləş-
dirilməsi ilə kifayətlənəcəyik.
Sadə məntiqi mühakimələr göstərir ki, elmin baxılan tərəflərinin ha-
zırkı inkişaf qanunauyğunluğu heç də həmişə davam edə bilməz, zira onla-
rın kəmiyyət artımı üçün müəyyən zəruri məhdudiyyətlər vardır. Məsələn,
elmi işçilərin sayı ümumiyyətlə adamların sayını, kitab və jurnalların həc-
mi istehsal olunan ümumi kağız həcmini, elmi xərclər ümumi milli gəliri,
1
Бах: Дж.Бернал. Наука в истории общества; «Наука о науке». М., 1966;
М.М.Карпов. Закон ускоренного развития естественных наук // Вопросы философии,
1963, № 4; В.В.Налимов. «Количественные методы исследования развития науки //
Вопросы философии, 1966, № 12 və s.
∗
Belə müqayisə ilə, məsələn, aşağıdakı əsərdə tanış olmaq olar: И.И.Лейман. Наука
как социальный институт. Ленинград, 1971, с.71-73.
Elm və onun inkişaf yolu
195
elmi-tədqiqat institutlarının miqdarı bütün bunların miqdarını aşa bilməz.
Göstərilən yuxarı sərhədlər özləri də inkişaf edir, lakin bu inkişafın sürəti
xeyli kiçikdir və həmçinin yuxarıdan məhduddur. R.Oppenqeymer məhz
ifrat yuxarı sərhəddi nəzərə alaraq yazır ki, «Physical review» jurnalının
artımı hər halda elə xarakterdə olmalıdır ki, «onun çəkisi Yer kürəsinin
çəkisini aşmasın».
2
1
Bəs baxılan tərəflərin inkişaf səviyyəsi mövcud məhdudluq həddinə
yaxınlaşdıqca inkişaf qanunauyğunluğunda nə kimi dəyişiklik baş verməli-
dir? L.A.Xursin elm sisteminin bağlı olduğu tərəflərdən ikisinin – elmi
xərclərin və elmi işçilərin yuxarı sərhəddə malik olmasına əsaslanaraq ya-
zır: «…Bu modelin
2
∗
çox da uzaq olmayan gələcəyə belə ekstrapolyasiyası
mənasız nəticələr verir. Belə çıxır ki, artıq yaxın gələcəkdə elm istənilən
ölkənin bütün milli gəlirini əhatə edəcək, elmi sferada isə bütün insanlar
olacaqlar. Cəmiyyətin elmin təcavüzkarlığından xilas etmək məqsədi ilə
D.Prays saturasiya ideyasını irəli sürmüşdür və belə sayır ki, elm loqistik
əyri boyunca inkişaf edir».
2
2
İndi isə görək məhdudlaşdırıcı həddə malik olan tərəflərin
2
∗∗
inkişaf
xüsusiyyətləri təklif olunan qanunauyğunluqla (loqistik əyri) nə dərəcədə
uzlaşır. Bunun üçün, əvvəla, loqistik əyri boyunca inkişafın xarakteri ilə
tanış olaq: «Loqistik əyri» üçün analitik ifadə
kbt
e
a
b
y
−
⋅
+
=
1
; k > 0 (1)
aşağıdakı diferensial tənliyin həllidir:
(
)
dt
y
b
ky
dy
⋅
−
=
; 0 < y < b;
(2)
Bu halda artım məhduddur, belə ki, b sabiti y kəmiyyətinin maksi-
mal qiymətidir. Digər əmsallar: a və k da sabit kəmiyyətlərdir. Artımın
nisbi sürəti dy/ydt = ky(b – y) artıq sabit kəmiyyət olmayıb y-in xətti
funksiyasıdır. Bizi maraqlandıran tərəfin çatdığı səviyyə nə qədər yüksək
1
Р.Оппенгеймер. Наука и культура // «Наука и человечество». М., 1964, с.57.
∗
Elm sisteminin eksponensial inkişaf qanunauyğunluğu nəzərdə tutulur.
2
Л.А.Хурсин. О природе механизма развития науки на современном этапе научно-
технической революции // Вопросы философии, 1971, № 6, с. 39.
∗∗
Yuxarı sərhəddin varlığı haqdakı mülahizələrimiz, həmçinin sitat gətirilən parçadakı
dəlillər bütövlükdə elmə yox, elmin yalnız bəzi tərəflərinə aid olduğundan yeni inkişaf
qanunauyğunluğu da bu tərəflər üçün axtarılmalıdır. Ona görə də, loqistik əyri boyunca
inkişaf zərurətini bizə yalnız yuxarıda adlanan konkret elmi tərəflərə şamil edəcəyik.
Elm haqqında elm
196
olursa, artım sürəti də bir o qədər az olur».
2
1
Sxem 3-dən göründüyü kimi,
loqistik əyri inkişafın eksponensial artıma uyğun gələn birinci mərhələsini
əks etdirir. Lakin ikinci müntəzəm mərhələ absis oxuna paralel olan
asimptotla sərhədlənmişdir ki, bu da yuxarı sərhədlərin heç bir istiqamətli
inkişafda bulunmasına müvafiqdir.
Sxem 2.
Bu cür qiymətləndirmə dialektik təsəvvürlərə tamamilə ziddir. Yu-
xarıda göstərdiyimiz kimi, elmin hər bir konkret tərəfinin inkişaf səviyyəsi
üçün mövcud olan məhdudluq hədləri heç də tam stabil olmayıb məxsusi
inkişafa da malikdir. Əgər baxılan elmi tərəflərin inkişafı yalnız yuxarı sər-
həddin varlığı ucbatından ləngiyirsə, deməli, onların artması, gec, ya tez
sərhəddin artma qanunu ilə baş verməlidir. Əgər başqa ləngidici amillər də
varsa, onda inkişaf sürəti, təbii ki, daha da aşağı düşməlidir. Deməli, yuxa-
rı sərhədlərin inkişaf qanunauyğunluğu müvafiq elmi tərəflərin inkişafın-
dakı ikinci müntəzəm mərhələnin maksimal səviyyəsini əks etdirir. Bun-
dan başqa, I və II müntəzəm mərhələ arasında müəyyən keçid mərhələsi ol-
malıdır və keçid özü də ixtiyari şəkildə yox, müəyyən qanunauyğunluqla
baş verməlidir. Lakin ayrılıqda yanaşdıqda keçid mərhələsinin kəmiyyət
xarakteristikalarını müəyyənləşdirmək olduqca çətindir və buna görə də,
əvvəlcə hər iki müntəzəm dövrü əhatə edən ümumi inkişaf qanunu tapmaq
lazımdır. Bu halda uyğun riyazi qrafik keçid hissəsini də əhatə edəcək ki,
əyrinin həmin hissədəki xarakteri ən çox ehtimala görə, keçid mərhələsin-
dəki qanunauyğunluğu əks etdirəcəkdir. Modelləşdirmənin ən yüksək və-
1
Г.А.Влэдуц, В.В.Налимов, Н.И.Стяжкин. Научная и техническая информация
как одна из задач кибернетики // Успехи физических наук, т. 69, № 1, 1959, с.13.
J
eksp.
b
loq.
0
t
Elm və onun inkişaf yolu
197
ziyyəti də bundan ibarətdir ki, aralıq mərhələlərin qiymətləndirilməsinə
imkan yaradır.
Beləliklə, birinci müntəzəm mərhələni eksponensial, ikincini isə
yuxarı sərhəddin inkişaf qanuna uyğun şəkildə götürməklə elmin istənilən
konkret tərəfinin inkişaf qrafikini qurmaq mümkündür.
Sxem 3.
Sxem 3-də elmi işçilər sayının ümumi inkişaf mənzərəsini təsvir et-
məyə çalışmışıq. Burada y(t) əyrisi ümumiyyətlə adamlar sayının artma
qanunauyğunluğunu göstərir. Sxemdə adamların və elmi işçilərin sayı ara-
sında daimi interval saxlanmışdır və bizim fikrimizcə, bu cür fərqin qalma-
sı labüddür. Yeri gəlmişkən, qeyd edək ki, bəzi tədqiqatçılar elmin ictimai
xarakterini və elm ilə sənət arasındakı fərqi lazımınca qiymətləndirməyə-
rək iddia edirlər ki, gələcəkdə «hər kəs elm sferasında xidmət edəcəkdir».
2
1
Bu fikirlə heç cür razılaşmaq mümkün deyil; bütün adamlar elmi bilik əldə
edə bilər və öz fəaliyyətində ondan istifadə edə bilər, həmçinin peşə vər-
dişlərinin formalaşmasında da elmin nailiyyətlərindən istifadə edilə bilər
və bu labüddür, lakin nəzərə alınmır ki, elmi biliklərin və peşə vərdişləri-
nin öyrənilməsi və istifadə olunması heç də elm sferasında xidmət etdiyini
göstərmir.
Elmin yuxarıda təhlil etdiyimiz digər elementləri üçün də analoji
qrafiklər qurmaq olar. Lakin məntiqi mülahizələr əsasında verdiyimiz dü-
zəlişi yalnız o vaxt rasionallaşdıra bilərik ki, onu riyazi ifadə edə Bilək.
Bunun üçün (2) tənliyində b sabitinin əvəzində sərhəddin dəyişmə qanunu-
1
И.И. Лейман. Наука как социальный институт, с.101.
eksp.
J
d
d
ϕ (t)
I II III t
0
Elm haqqında elm
198
nu ifadə edən z=y(t) funksiyasını yazmaq lazımdır. Bu halda dəqiq həllin
çətin olmasına baxmayaraq, alınmış diferensial tənlik:
(
)
y
z
y
dt
dy
−
=
(3)
baxdığımız məsələnin şərtlərini düzgün əhatə edir.
2
*
Elm sisteminin baxılan konkret elementləri üçün mövcud olan yuxa-
rı sərhədlərin də inkişaf etməsi faktı mütləq məhdudiyyətlərin olmaması
haqdakı təlimə tamamilə müvafiq gəlir. İnkişafın xarakteri, sürəti, həyata-
keçmə formaları dəyişə bilər, inkişaf prosesində bir qanunauyğunlun baş-
qası ilə əvəz oluna bilər, lakin inkişaf bütövlükdə kəsilə bilməz. Əgər bir
qrup tədqiqatçı
2
1
elmin müxtəlif komponentlərinin inkişaf sürətinə olan
məhdudiyyəti inkişafın özünə olan məhdudiyyət kimi qələmə verirsə, bu
yalnız metodoloji qüsurun nəticəsidir, metafizik yanaşma tərzinin
təzahürüdür.
Bundan başqa, bütün faktiki materiallar elmin yalnız ayrı-ayrı kom-
ponentlərinin (elmi işçi kütləsi, informasiyanın ötürülməsi vasitələri, elm
üçün lazım olan xərclər və s.) inkişaf xüsusiyyətlərini əks etdirdiyi halda,
tədqiqatçılar aldığı nəticələrin nə üçünsə – heç bir məntiqi əsas göstərmə-
dən, bütövlükdə elm sisteminə aid edirlər. Belə əsərlərdə anlayışlardan o
dərəcədə qeyri-müəyyən şəkildə istifadə edilir ki, elm ilə onun müxtəlif
tərkib elementləri arasında ümumiyyətlə fərq qoyulmur; guya sistemin hər
konkret elementinə xas olan cəhətlər sistemin özünə də xas olmalı imiş.
Belə nəticə müasir sistemli yanaşma nəzəriyyəsində müəyyənləşdirilmiş
olan metodoloji prinsiplərlə, sistem və onun elementləri haqdakı təsəvvürlə
bir araya sığa bilməz.
Elmin ayrı-ayrı elementlərinin saturasiyasına (doyma, sabitləşmə
halı) dair fikirlər nəticə etibarilə qüsurlu olsa da (bunun belə olduğunu biz
yuxarıda göstərmişik), müəyyən qnoseoloji əsaslara malikdir və bu məsələ
haqqında danışılması elmi cəhətdən bəlkə maraq doğura bilər. Lakin bütöv
*
(3) tənliyi tipinə görə Bernulli tənliyidir və ümumi şəkildə həmişə həll oluna bilər.
Lakin elmin hər bir konkret komponentinin inkişaf qanununu öyrənmək üçün əvvəlcə y(t)-
nin aşkar şəkli və müvafiq sərhəd şərtləri müəyyənləşdirilməlidir ki, bu da xüsusi tədqiqat
işinin predmeti olmaqla mövzumuzdan kənara çıxır.
1
Məsələn: «Наука о науке» (məqalələr toplusu); Г.А.Влэдуц, В.В.Налимов,
Н.И.Стяжкин. Научная и техническая информация как одна из задач кибернетики.
Elm və onun inkişaf yolu
199
elm sisteminin saturasiyası haqqındakı fikirlər o qədər qüsurlu nəticələrə
gətirir ki, bizcə, bu haqda mübahisə etməyə belə dəyməz. Belə ki, elmi
inkişafda doyma halı istər-istəməz ümumiyyətlə ictimai tərəqqidə öz əksini
tapmış olardı ki, sonuncuda durğunluğun yaranmasını qəbul etmək möv-
cud dialektik təsəvvürlərə heç cür uyğun gəlmir. Şübhəsiz ki, elmi inkişaf-
da doyma halı elə həmin dövrdə ictimai tərəqqinin dayanmasına ekvivalent
deyil, zira ictimai tərəqqi çoxaspektli proses olmaqla cəmiyyətin daxili
qrupları arasındakı münasibətlərin də inkişafını əks etdirir. Lakin elmi
inkişafda durğunluq yaranmış ictimai inkişafın digər istiqamətlərdə davam
etməsinə də mane olardı, zira ictimai qruplar arasındakı ziddiyyətlərin həl-
linə aparan ən vacib və ilkin hadisələrdən biri məhz elmi-texniki tərəqqidir.
Elmin saturasiyası haqdakı fikirlər isə, istər-istəməz gələcəkdə elmi-texni-
ki tərəqqinin də durğunlaşmasını, tükənməsini qəbul etməyə ekvivalentdir,
çünki müasir dövrdə elmi-texniki tərəqqidə aparıcı rol oynayan məhz el-
min inkişafıdır.
Digər tərəfdən, cəmiyyətin bütün tarixi inkişaf yolu göstərir ki, elmə
olan tələbat getdikcə daha çox dərəcədə artmaqdadır və mövcud sosial zid-
diyyətlər həll olunduqdan sonra ictimai tərəqqidə ağırlıq mərkəzi qlobal in-
kişaf xəttinə – elmi tərəqqiyə keçəcəkdir. Hələ bir əsrdən də qabaq
K.Marks yazırdı ki, gələcəkdə yekun istehsalın effektivliyi istehsal sferası-
na sərf edilən əməklə yox, elm sferasına sərf edilən əməklə, elmin ümumi
inkişafı və onun texnoloji tətbiq səviyyəsi ilə təmin olunacaqdır. Belə bir
dövr hələ tam mənasında gəlib çatmamışdır, lakin ictimai həyatda baş ve-
rən bütün dəyişilmələr tarixin məhz həmin istiqamətdə getdiyini göstərir.
Və əgər belədirsə, heç bir tutarlı əsas olmadan, yalnız elmin bəzi kompo-
nentlərinin inkişafındakı məhdudiyyətlərə – həm də doyma halına yox,
yalnız inkişafdakı məhdudiyyətlərə – əsaslanmaqla gələcəkdə elmi inkişa-
fın dayana bilməsi haqqında danışmaq nə dərəcədə qanunauyğundur?
Maraqlı burasıdır ki, başqa aspektdə tədqiqat aparan alimlər də eyni
bir səhv nəticəyə – elmin saturasiyasının labüdlüyü qənaətinə gəliblər. Bu
cür fikrə ən çox elm sisteminin vacib tərkib hissələrindən olan elmi biliyin
tədqiqində rast gəlirik. Yuxarıda araşdırdığımız hallarda olduğu kimi, yenə
də bəzi konkret elementlərə aid olan məhdudiyyət bütövlükdə elmi biliyə,
hətta elm sisteminin inkişafına şamil edilir: «Daha mürəkkəb hadisə və
şeylər sisteminə aid olan faktları topladıqca və onları qanunauyğunluq şək-
lində ümumiləşdirdikcə, elm (kursiv bizimkidir – S.X.) mürəkkəblik
Elm haqqında elm
200
astanasına çatır».
2
1
Elmi bilik səviyyəsinin inkişafında ikinci müntəzəm mərhələnin
«doyma» xarakteri daşıması fikri dialektik inkişaf prinsipi ilə uzlaşmır və
aşağıdakı qüsurlu mövqelərdən birinə uyğun gəlir:
1.
Cəmiyyət kainatın bütün qanunlarını öyrənir və kainat üzərinə
tam hökmran olur ki, daha yeni öyrənmə obyekti qalmır.
Lakin təkcə kainatın sonsuzluğu faktından da məlumdur ki, bu cür
öyrənmə mümkün olsa belə, yalnız sonsuz zaman ərzində həyata keçə
bilər. Hər hansı sonlu zaman hissəsindəki inkişafa isə qrafikin yalnız ilkin
hissəsi – ekponensial hissəsi də uyğun gələ bilər (sxem 2, 3).
2.
Kainatdakı hadisə və qanunauyğunluqların yalnız bir hissəsi
dərk edildikdən sonra yerdə qalan hadisələrin öyrənilməsi mümkün olmur.
Bu cür təsəvvür kainatın dərkolunanlığı haqda materialist dünyagö-
rüşünə ziddir və aqnostisizm mövqeyinə uyğun gəlir.
Elmin strategiyası haqda fikirlərin səhv nəticələrə gətirməsi bir sıra
tədqiqatçıların nəzərindən heç də yayınmamışdır və ədəbiyyatda bu
fikirlərin tənqidinə tez-tez rast gəlmək olar. Bizcə, belə tənqidlərdə əsas
məqsəd qüsurlu nəticəyə gətirən səbəbləri araşdırmaqdan və tədqiqatçıların
nədə yanıldıqlarını açıb göstərməkdən ibarət olmalıdır.
Lakin, çox təəssüf ki, bu sahədəki tənqidlər olduqca səthi xarakter
daşıyır və tədqiqatçıların şəxsi münasibətindən başqa bir şey deyil. Məsə-
lən, M.M.Karpov yazır: «Elmi inkişafda» «sərhəd nəzəriyyəsi» olduqca
qüsurludur. İdrak prosesi sonsuzdur, o nə dayana, nə də yavaşıya bilər. Çə-
tinliklər yarandıqda onların aradan qaldırılması yollarını elmin özü ta-
pır…”.
2
2
Yaxud İ.Leyman bu məsələyə münasibətini belə şərh edir: «Bütün
bunlar
2
*
fərz etməyə imkan verir ki, elmin xalis eksponensial artımı sonsuz
olaraq mümkün deyilsə də, doyma halı olmayacaqdır».
2
3
Göründüyü kimi,
müəlliflərin etirazı olduqca ümumi xarakter daşıyır və elmin daimi inkişa-
fına sadəcə olaraq ümid bəsləmək kimi səslənir.
İstər elmin yuxarıda tədqiq etdiyimiz komponentlərinin, istərsə də
1
Л.А.Хурсин. О природе механизма развития науки на современном этапе научно-
технической революции // Вопросы философии, 1971, № 6.
2
М.М. Карпов. Закон ускоренного развития естественных наук // Вопросы
философии, №4, 1963, с.110.
*
Yuxarıdakı abzaslarda «bütün bunlar» deməyə əsas verən heç bir ciddi tədqiqat yoxdur.
3
И.И. Лейман. Наука как социальный институт, с.103.
Elm və onun inkişaf yolu
201
elmi bilik səviyyəsinin sərhəddə malik olması haqdakı fikirlər heç də təsa-
düfən meydana çıxmamışdır. Müasir tədqiqatlar göstərir ki, insan beyninin
informasiya tutumu sonludur və hadisələrin, qanunauyğunluqların çox cüzi
hissəsini əks etdirə bilər. Bu haqda L.A.Xursin yazır: «Mürəkkəblik asta-
nasının mövcud olması insan beyninin informasiya tutumu 27 bitlə xarak-
terizə edilən qısamüddətli hafizəsinə qoyulan məhdudiyyətlərin nəticə-
sidir».
2
1
Əgər elmi bilik səviyyəsi ayrıca adamların daxili aləmi ilə müəyyən-
ləşmiş olsa idi, elmi biliyin məhdud olduğunu iddia edənlər tamamilə düz-
gün mövqedə durmuş olardılar. Lakin elmi biliyin inkişafı ümumi istiqa-
mətli inkişafın bir hissəsi olmaqla ictimai prosesdir və hər bir dövrdəki el-
mi bilik səviyyəsi ayrıca insanın yox, ümumiyyətlə insanın daxili aləmi ilə
(cəmiyyətin əldə etdiyi bütün elmi nailiyyətlərlə) müəyyənləşir. Bu barədə
K.Marks yazır: «hər cür elmi iş, hər cür kəşf, hər cür ixtira ümumi əmək-
dir. O qismən müasirlərin əməkdaşlığı, qismən də sələflərin əməklərindən
istifadə olunması ilə şərtlənir».
2
2
Dialektik təhlil göstərir ki, ayrıca bir sahədə təkcə ümumiyə nəzərən
qabağa gedə bilər və daha dəqiq desək, ümuminin inkişafı məhz ayrı-ayrı
təkcələrin irəli çıxması hesabına baş verir. Təkcənin qabağa çıxması heç də
əvvəlcə onun ümumiyə çevrilməsini tələb etmir və bu mümkün də deyil.
Eləcə də, ümumi insan anlayışına nəzərən təkcə rolunu oynayan konkret
insanın hər hansı dar elmi sahədə yenilik etməsi üçün heç də bütün möv-
cud bilikləri beynində cəmləşdirməsi tələb olunmur.
Qeyd edək ki, hər bir konkret elmin inkişaf aktı yeni biliklərin qaza-
nılması və onların ictimailəşməsi kimi iki müstəqim mərhələyə bölünə bi-
lər və biz bu mərhələlərin hər birində məhdudluq ehtimalını ayrı-ayrı yox-
lamağa çalışacağıq.
Yenilikgətirmə (konkretlik üçün birinci mərhələni belə adlandıraca-
ğıq) iki yolla olur:
1.
Hələ məlum olmayan (ümumiyyətlə insanın daxili aləmində əks
1
L.A.Xursin. О природе механизма развития науки на современном этапе научно-
технической революции.
2
К.Маркс и Ф.Энгельс. Сочинения. T. 25, Часть I, с.116.
Elm haqqında elm
202
olunmamış) təbiət hissəsi
2
*
müəyyən şəraitdə ayrıca insanın daxili
aləmində əks olunur ki, sonuncunu mövcud qaydalarla (informasiya
vasitələri nəzərdə tutulur) şərhi elmi biliyin ümumi inkişafına gətirir. Belə
yeniliklər, bir qayda olaraq, müşahidə və eksperiment yolu ilə əldə edilir
və elmin ekstensiv, eninə inkişafını təmin edir.
2.
İnsan özünün, eləcə də cəmiyyətin intellektual bazasında, ictimai
hafizədə artıq mövcud olan elementlər arasında əvvəllər məlum olmayan
elə əlaqələr yaradır ki, bunların şərhi elmin dərininə inkişafını təmin edir.
Belə yeniliklər nəzəri tədqiqat yolu ilə əldə edilir.
Birinci halda müşahidə edilən halın yeniliyini, əhəmiyyətini görə
bilmək və onu nümayiş etdirmək üçün ikinci halda isə, analoji əlaqələrdən
istifadə edə bilmək və tapılmış münasibəti elmi şəkildə şərh edə bilmək
üçün insan uyğun sahələrdə lazımi informasiyaya malik olmalıdır. Hər bir
konkret elmi təhlil üçün tələb olunan bu cür sahələr isə insanın ümumi in-
formasiya tutumuna nəzərən çox-çox kiçikdir və deməli, yenilik gətirmək
üçün heç də informasiya çoxluğu yox, nəticə çıxarmaq qabiliyyəti – mən-
tiqi təfəkkür tələb olunur.
Məlum fizioloji faktlar da gəldiyimiz nəticəni təsdiq edir. Məsələn,
A.Q.Mıslivçenko yazır: «…Əsas məsələ beyinin çəkisində və ya hətta hü-
ceyrələrinin sayında yox, onların arasındakı əlaqənin kəmiyyət və keyfiy-
yətindədir… Fizioloqların fikrincə, müasir insanın qəbul edə bildiyi infor-
masiya seli və onun araşdırılması məsələsinin həllolunma səviyyəsi yaxın
keçmişin müvafiq parametrlərini xeyli aşsa da, insan beyinin imkanlarının
yalnız onda birini istifadə edir».
2
1
Müəyyən konkret sahədə yenilik gətirmək üçün həmin sahədə artıq
əldə edilmiş olan bütün elmi nailiyyətləri, xarakterik terminləri və s.
bilmək lazım gəlir ki, buna uyğun gələn məlumat çoxluğu insan beyninin
informasiya tutumuna nəzərən xeyli kiçik olsa da, həmin sahədə tam
ixtisaslaşmış bilik təşkil edir.
İnsanın malik olduğu informasiya ümumi həcminə görə nə qədər bö-
yük olsa belə, heç olmazsa bir yenilikgətirmə aktı üçün lazım olan məlu-
mat çoxluğunu və analoji elementlərini tam şəkildə özündə saxlamırsa,
*
Bizə məlum təbiət hissəsi dedikdə heç də yalnız məkanca məlumluq nəzərdə tutulmur.
Konkret məkan hissəsində cisim və hadisələrin xarakter rəngarəngliyi, xassələr, proseslərin
başvermə qanunauyğunluqları və s. də bura daxildir.
1
А.Г.Мысливченко. Человек как предмет философского познания. М., 1972, с.65.
Elm və onun inkişaf yolu
203
insan elmi inkişafda bilavasitə heç bir rol oynaya bilməz.
Sxem 4.
Aydınlıq xatirinə fikrimizi sxematik şəkildə də göstərməyə çalışaca-
ğıq. Model ikiölçülü məkan fəzasında qurulur, çünki əyani təsəvvürü yal-
nız bu vaxt yaratmaq mümkündür. Biz də insanın bilik aləminin baxdığı-
mız məsələni təsəvvür etmək üçün kifayət edən sadələşmiş mücərrəd sxe-
mini məhz ikiölçülü fəzada qurmuşuq (Bax: sxem 4). Sxemdən göründüyü
kimi, I insanın məlumat əhatəliliyi geniş olsa da, heç bir elementlər çoxlu-
ğunu (nə
• tipli, nə x tipli, nə də 0 tipli) özündə tam saxlamır. II insanın bi-
lik aləmi isə nisbətən məhdud olsa da (
•) tipli elementləri tam şəkildə əha-
tə edir və bu ona ekvivalentdir ki, II insan həmin sahədə mütəxəssisdir və
ya yaradıcılıqla məşğul olmaq, düzgün elmi nəticələr çıxarmaq üçün
yetərli informasiyaya malikdir.
Ayrı-ayrı konkret elmi sahələrdə yenilikgətirmənin mümkünlüyü
üçün elmi işçilərin getdikcə daha məhdud sahələrdə ixtisaslaşması prosesi
gedir ki, bu da elmin diferensiasiyası adlanır. Yuxarıda göstərdiyimiz kimi,
hər bir elmi sahə üçün zəruri olan məlumatlar çoxluğu öz ümümi həcminə
görə insan beyninin informasiya tutumunun çox cüzi hissəsini təşkil edir
və deməli, sonuncunun məhdudluğu elmi yenilikgətirmə işinə mane ola
bilməz.
Digər tərəfdən, elmin diferensiasiyası nəticəsində yaranan çoxlu
miqdarda müxtəlif biliklər yekun bir elmi nəticənin əldə olunmasına xid-
mət edir və bundan sonra onların yadda saxlanmasına ehtiyac qalmır. «El-
min tədrici inkişaf mərhələsi inqilabi çevrilişlə əvəz olunur və bu vaxt yı-
ğılmış informasiya çoxluğu tamamilə yeni bir bilik səviyyəsi ilə əvəz
Elm haqqında elm
204
olunur».
2
1
Ümumiləşdirici kəşflər əsasında qazanılan yeni biliklər ilkin
biliklər silsiləsindən qat-qat yığcam olur. Bu hadisə elmin inteqrasiyasını
ifadə edir və elmi informasiyanın konkretləşməsinə səbəb olur.
İnformasiya tutumunun sonluluğundan doğan məhdudiyyət, bəlkə
elmi biliklərin artması prosesinin ikinci mərhələsində – qazanılmış yeni
məlumatların ictimailəşdirilməsi və nəsildən-nəslə ötürülməsi işində təza-
hür edir? Hər bir insan üçün maksimal informasiya tutumunun sonlu ol-
ması faktı bütövlükdə cəmiyyətə də şamil edilə bilməzmi? Axı, cəmiyyəti
təşkil edən adamların sayı da sonludur və iki sonlu vuruğun hasili mütləq
sonlu ədəd verməlidir. Onu da qeyd edək ki, bütövlükdə cəmiyyət üçün də
informasiya tutumu məhdud olsaydı, elmi biliyin saturasiyası haqqındakı
fikir təsdiq edilmiş olardı, çünki elmi yenilikgətirmənin müntəzəm surətdə
davam etməsi sayəsində qazanılmış elmi biliklərin miqdarı əvvəl ya axır,
istənilən sonlu səviyyəyə gəlib çatmalıdır.
Lakin bu cür mühakimədə belə bir cəhət unudulur ki, cəmiyyət üçün
informasiyanın saxlanması vasitələri heç də ayrı-ayrı adamların hafizələri-
nin məcmuyu ilə kifayətlənmir və bir sıra tamamilə yeni keyfiyyətli tərəf-
ləri də əhatə edir. Bu yeni tərəflər sonsuz tutuma malik olmaqla cəmiyyəti
informasiya qəbulunda güman olunan hər cür məhdudiyyətdən xilas edir.
Elmi biliyin bu cür saxlanma formalarını məxsusi keyfiyyətlərinə görə iki
əsas qrupa bölmək olar:
1.
Cəmiyyət inkişafının ətraf mühitdəki inikası. – Yeni bilik – əldə
edilməsindən məqsəd məhz təbiətin məqsədəuyğun surətdə dəyişdirilməsi-
dir ki, bunun sayəsində həmin biliklərin özü olmasa da, nəticələri hazır şə-
kildə gələcək nəslə çatdırılmış olur
2
*
. Beləliklə, dəyişdirilmiş təbiət his-
sələri elmi biliyin saxlanma formasına çevrilir.
2.
Elmi biliyin məxsusi saxlanma formaları. Buraya biliklərin
rəmzləşdirilmiş şəklinin maddi inikasları daxildir. Məsələn, yazı və şərti
(həmçinin riyazi) işarələrin (kitab, qəzet, jurnal və müxtəlif cür yazılı əsər-
lər), model və sxemlərin (müxtəlif qrafiklər, maddiləşmiş modellər), danı-
şıq səslərinin (mühazirə yazılmış vallar, lentlər), surətlərin (foto-kino lent-
ləri) və s.-in maddi şəkildə çoxaldılıb saxlanması bilavasitə biliklərin gələ-
1
И.И. Лейман. Наука как социальный институт, с.103.
*
Bu məsələ aşağıdakı məqalədə daha ətraflı şərh edilmişdir: S.S.Xəlilov. Təbiətin
istiqamətlənmiş inkişafı və onun müəyyənedici şərtləri // ADU Elmi əsərləri, «Tarix və
fəlsəfə» seriyası, 1973, № 3.
Elm və onun inkişaf yolu
205
cək nəslə ötürülməsinə xidmət edir. Bundan başqa, bəzi məqsədlər üçün
hesablama maşınlarının, kompüterlərin də informasiya tutumundan istifadə
edilir ki, bu saxlanma forması konkret elmi tədqiqatlar üçün getdikcə daha
çox əhəmiyyət kəsb edir. Son dövrlərdə bütövlükdə texnika da elmi biliyin
saxlanma formalarından birinə çevrilmişdir və bizcə, bu hadisə elmi-
texniki inqilabın ən əsas xüsusiyyətlərindən birini ifadə edir.
Qeyd edək ki, göstərilən vasitələr elmi biliklərin gələcək nəsillərə
çatdırılması – saxlanması funksiyasından başqa, həmin dövrdə müxtəlif
ölkə və ərazilərin elm işçiləri arasında yayılmasına da xidmət edir ki,
elmin ictimai xarakteri məhz bu sonuncunun hesabına mümkündür.
Elmin bütün bəşəriyyət miqyasında öz spesifik virtual məkanının
formalaşması eyni problemlər üzrə tədqiqatlar aparan adamların internet
vasitəsilə, yaxud beynəlxalq konfranslarda yaradılan əlaqə sayəsində, ya-
xud həmin dar ixtisas üzrə nəşr olunan elmi jurnal ətrafında “toplanmaq”
yolu ilə həyata keçir. Amma hələ ki, elmi ictimaiyyətin real məkanları və
bilavasitə əlaqə formaları üstünlük təşkil edir. Biz ilk növbədə elmi kol-
lektivləri nəzərdə tuturuq. Müəyyən ixtisas sahəsi üzrə tədqiqat aparan
şəxslərin “real məkanda” birgə fəaliyyəti əsasən “tədqiqat institutları” çər-
çivəsində həyata keçir.
Elmi tədqiqat institutlarını səciyyələndirən və müqayisə üçün imkan
verən cəhətlərdən biri işçilərin sayıdır. Belə elmilikdən kənar bir dəyərlən-
dirmə ənənəsi yaranıb: elmi müəssisələrin, elmi kadrların kəmiyyət göstə-
riciləri dedikdə, ən çox hallandırılan şöbələrin, laboratoriyaların, eksperi-
mental avadanlığın, elmi işçilərin və köməkçi heyətin, elmi jurnalların, ya-
zılan kitabların və məqalələrin sayı və ya həcmi nəzərdə tutulur. «Keyfiy-
yət» göstəricisi olaraq isə laboratoriyanın müasir cihazlarla təchizatı, elmi
işçilərin arasında elmi dərəcəsi olanların nisbi sayı, yəni faiz göstəricisi
önə çəkilir. Halbuki bu sonuncu da sadəcə statistikadır və başqa şkalada
kəmiyyət göstəricisidir.
Bu kəmiyyət o zaman keyfiyyət göstəricisinə çevrilir ki, sistem işlə-
yə bilsin. Yəni söhbət müəyyən bir yekun sistemin effektivliyindən gedir-
sə, burada statistik göstəricilər və ayrı-ayrı lokal proseslər yox, bütöv siste-
min iş qabiliyyəti, əvvəldən axıradək baş tutan elmi tədqiqat prosesləri və
ən başlıcası, alınan elmi nəticələr və onlara verilən dəyər önəmlidir.
Statistik göstəricisi, daha doğrusu, görüntü çox yüksək ola bilər.
Tutaq ki, bir elmi-tədqiqat müəssisəsində 100 nəfər elmi işçi çalışır; bun-
Elm haqqında elm
206
lardan 60 nəfəri PhD, 25 nəfəri elmlər doktorudur, hətta 5 nəfər də akade-
mik vardır. Bizim meyarlara görə bu – yüksək keyfiyyət göstəricisidir.
Amma məsələyə daha konkret yanaşanda, məlum olur ki, əvvəla, institutun
hansı problem üzərində çalışdığı bəlli deyil. Elmi işçilərin biri, tutaq ki,
Dubnada, o biri Novosibirskdə, üçüncüsü – Tokio Universitetində, dördün-
cüsü – Malayziya ET Mərkəzində təcrübə keçib və hərə öz mövzusu, təd-
qiqat metodları və iş üslubu ilə qayıdıb, burada da onu davam etdirməyə
çalışır. Amma buna nail ola bilmir: çünki həmin elmi mühit burda yoxdur,
ordakı iş üsulu burda işləyə bilmir, ordakı elmi auranı, elmi infrastrukturu
burda yaratmaq mümkün olmur. Hərə öz inersiyası ilə bir müddət çalışıb,
sonra yavaş-yavaş yumşalır, yerli mühitə qatışır. Əksəriyyət isə Bakıda
təhsil alıb müdafiə edənlərdir: onların da öz ənənələri, metodları var: AAK
tələblərini daha yaxşı mənimsədikləri üçün formal göstəricilərə əməl et-
məklə vaxtında dissertasiya işi yazıb müdafiə edib, elmi dərəcə alıblar. Və
bu bir nəticə sayılır. Halbuki, elmi dərəcə əlahiddə bir amil olaraq institut-
da elmi tədqiqat işinin keyfiyyəti üçün göstərici sayıla bilməz. Kimin elmi
iş vərdişi daha yüksəkdir və s. bu kimi suallar isə qoyulmur.
Dissertasiya müdafiəsi naminə tədqiqat mövzuları çox vaxt institu-
tun əsas tədqiqat probleminə uyğun gəlmir. Deməli, həm xarici ölkələrdən
gələnlər, həm də ölkəmizdə elmi iş yazanların hər biri nə isə bir iş görsə
də, onlar vahid bir prosesin hissələrinə çevrilmir, ümumiləşdirici ideyala-
rın yoxluğu üzündən böyük miqyaslı elmi fəaliyyətdən söhbət açmaq
mümkün olmur. Pərakəndə tədqiqatlar isə fundamental və ya tətbiqi elmlər
üçün faydalı ola biləcək dərəcədə səmərə verə bilmir. Böyük tətbiqlər üçün
müəyyən bir mövzu ətrafında bütün spektri əhatə edən böyük miqyasda el-
mi-nəzəri strukturların canlandırılması lazımdır. Buna isə hər bir tədqiqat-
çının ayrılıqda gücü çatmaz. Elmi-tədqiqat institutu ayrı-ayrı elmi işlərin
və işçilərin sadəcə olaraq toplusu deyil. Elmin səmərəsi o zaman artır ki,
daha böyük miqyaslı elmi tədqiqat mexanizmləri işə düşür.
Ümumbəşəri elmin, yaxud lokal elmi strukturların inkişaf mexa-
nizmləri vahid qanunauyğunluq əsasında öyrənilə bilməz. Ona görə də,
müasir dövrdə elm sisteminin gerçək sosial-təşkilati formalarının öyrənil-
məsi və hər bir strukturlaşma üçün müvafiq inkişaf qanunauyğunluğundan
bəhs edilməsi daha məqsədəuyğun olardı. Bütövlükdə elm isə hələ ki, ab-
strakt bir modeldir və biz ən ümumi tendensiyaları ancaq virtual ümum-
bəşəri elm məkanı üçün aşkar edə bilərik.
Elm və onun inkişaf yolu
207
Hələ ki, daha çox dərəcədə bir abstraksiya olan vahid ümumbəşəri
elm sistemi əvəzinə ayrı-ayrı sahələr üzrə və müxtəlif ölkələrdə elmin real
vəziyyətini araşdırmaq və müqayisəli təhlil aparmağa ehtiyac vardır. Lakin
elmin inkişaf səviyyəsinə görə ölkələr arasında müqayisə aparılması bir
sıra çətinliklərlə bağlıdır. Çünki elm qəti sərhəd bilmədiyinə görə, siyasi
sərhədlər oriyentir ola bilmir. Ona görə də müqayisə əsasən elmi ictimaiy-
yətlər və elmi institutlar arasında daha rahat aparılır. Bəli, müasir dövrün
elmi rəqabəti alimlər arasında deyil, “elmi ictimaiyyətlər” arasında gedir.
Daha doğrusu, ictimai miqyas almış elmi-tədqiqat prosesləri bu və ya digər
bir ölkənin bu proseslərə verdiyi siyasi və iqtisadi dəstəklə də sıx surətdə
bağlı olur. Ona görə də elm sanki müxtəlif ölkələrdə müxtəlif miqyas və
templə inkişaf edir və elmin sosial inteqrasiyası iki müxtəlif miqyasda hə-
yata keçir. Belə ki, əgər bir tərəfdən müxtəlif ölkələrdəki elmi tədqiqatların
əlaqələndirilməsi və nəticələrin “toplanmasına” ehtiyac yaranırsa, digər tə-
rəfdən hər bir ölkə daxilində belə əlaqələndirmənin daha mobil və daya-
nıqlı formaları yaradılmalı olur.
Bu cür proseslər həm də elmin təşkilatlanması və institutlaşması ba-
xımından maraq doğurur. Hər bir ölkədə təşkilatlanmanın optimallığı, ef-
fektivliyi, habelə bu təşkilati strukturların – institutların təmin və təchiz
olunması işi müvafiq dövlət siyasətinin tərkib hissəsinə çevrilir. Elmin icti-
mai həyatda rolu artıqca bütün qabaqcıl ölkələrdə onun prioritetliyi nəzərə
alınır. Bu münasibət özünü həm kəmiyyət, həm də keyfiyyət parametrlə-
rində göstərir. Elmin keyfiyyətcə dəyərləndiriılməsi çətin olduğundan elm-
şünaslar çox vaxt müqayisəni kəmiyyət göstəriciləri əsasında aparırlar.
Məsələn, ABŞ və Rusiyada elmin vəziyyətini səciyyələndirmək üçün aşa-
ğıdakı parametrlər müqayisə olunur: “bu gün Rusiyada 422 min, ABŞ-da
isə 3 milyondan artıq alim vardır”.
2
1
Yaxud keçmiş SSRİ ilə müqayisə apa-
rılır: “Sovet İttifaqında 1 milyon 600 min elmi işçi fəaliyyət göstərirdi ki,
bunlardan 376 mininin elmi dərəcəsi var idi”
2
2
. (Yeri gəlmişkən, bu rəqəm
bütün dünyadakı elmi işçilərin 25%-ni təşkil edirdi
2
3
). Beləliklə, cəmi 20 il
ərzində elmi işçilərin ümumi sayı 1,6 milyon səviyyəsindən xeyli aşağı
(Rusiyada – 422 mindir; başqa MDB ölkələrini üstünə gəldikdə, cəm yenə
1
А.Л.Гапоненко, Т.М. Орлова. Управление знаниями. Как превратить знания в
капитал. М., Эксмо, 2008, s.62.
2
Yenə orada, s. 66.
3
А.Л.Дроздов. Наукометрия и наука в России // Вестник ДВО РАН, № 2, 2004.
Elm haqqında elm
208
də xeyli kiçik alınır) düşmüşdür. Yaxud: “1990-cı ildə Sovet İttifaqında
8000-ə yaxın elmi təşkilat, o cümlədən 4700 elmi-tədqiqat institutu və
konstruktor bürosu olmuşdur. Bunlardan 64%-i sahə elmlərinin, 16% -i
akademik institutların, 11 %-i ali məktəb daxilindəki tədqiqat müəssisələri-
nin və 9%-i zavoddaxili laboratoriyaların payına düşür”
2
1
.
SSRİ dağıldıqdan sonra elmin səviyyəsinin aşağı düşməsi yenə də
rəqəmlərlə ifadə olunur. Belə ki, elmi işçilərin xeyli qisminin inkişaf etmiş
qabaqcıl ölkələrə miqrasiya etdiyi göstərilir. Nə qədər təəccüblü olsa da,
ABŞ elm fondunun məlumatına görə, oradakı riyaziyyatçıların və nəzəriy-
yəçi fiziklərin nə az, nə çox, 80%-i keçmiş SSRİ-dən köçənlərdir
2
2
.
Professor O.L.Fiqofskinin araşdırmalarına görə, Rusiyanın xarici öl-
kələrdəki intellektual potensialı bu gün də kifayət qədər böyük bir qüvvə-
dir ki, Rusiya ondan faydalana bilmir.
2
3
2010-cu ildə fizika üzrə Nobel mü-
kafatlarına da rus mühacir alimlərininlayiq görülməsi nəinki təsadüfi deyil,
hətta biz deyərdik ki, intellektual miqrasiyanın, “beyin köçünün” və yeni
demokrafik vəziyyətin qanunauyğun göstəricisidir.
Vaxtilə SSRİ-də nə kimi bir elmi inkişaf siyasəti aparıldığı haqqında
təsəvvürə malik olmaq üçün belə bir statistikanı da xatırlatmaq yerinə dü-
şərdi: “İkinci Dünya Müharibəsindən sonra elmi işçilərin sayının ikiqat at-
ması prosesi Avropada – 15 ildən, ABŞ-da – 10 ildən, SSRİ-də isə – 7
ildən bir həyata keçmişdir.
2
4
Rəqəm göstəriciləri təkcə elmi institutların və elmi kadrların yox,
elmi jurnalların və məqalələrin sayında da ifadə olunur. Məsələn, statistik
göstəricilərə görə, dünyada təqribən 100 min elmi və elmi-tətbiqi yönlü
jurnal nəşr olunur. Bunlardan cəmi 155-i Rusiya Elmlər Akademiyasının
payına düşür. Əlbəttə, elmi jurnalların sayı da əhəmiyyətlidir, lakin elmi
statistikada daha çox dərəcədə məqalələrin sayı əsas götürülür.
Keyfiyyət göstəricisini də müəyyən dərəcədə rəqəmlərlə ifadə edə
bilmək üçün bu məqalələrə verilən iqtibasların sayı əsas götürülür. Məsə-
lən, 1993-2003-cü illər arasında ABŞ-da elmi məqalələrin sayı 2 milyon
600 min, İngiltərədə 712 min, Yaponiyada 686 min, Rusiyada isə cəmi 277
min olmuşdur. Göründüyü kimi, Rusiyada məqalələrin sayı qabaqcıl ölkə-
1
А.Л.Гапоненко, Т.М. Орлова. Управление знаниями, с. 66.
2
Yenə orada, s.62.
3
О.Л.Фиговский. Наука управлять Наукой // Экология и жизнь, 2006, № 12, с. 8.
4
Bax: В.С. Степин. Философия науки, c. 151.
Elm və onun inkişaf yolu
209
lərələ müqayisədə xeyli aşağı olmuşdur. Biz bu rəqəmləri Y.Qarfild (ABŞ)
tərəfindən əsası qoyulmuş Elmi İnformasiya İnstitutu (İnstitute for
Scientific İnformation) tərəfindən hazırlanmış məlumatlardan götürmüşük.
Daha doğrusu, Rusiyalı tədqiqatçı A.L.Drozdov həmin mənbəyə istinad
edir.
2
1
Həmin məlumatdan görünür ki, iqtibasların sayına və hər 10 min nə-
fərə düşən paya görə müqayisə Rusiya üçün daha acınacaqlıdır. Belə ki,
ABŞ-da iqtibasların sayı 31 min, İngiltərədə – 7 min, Yaponiyada – 4.700,
Rusiyada isə cəmi 800-dür. Hər 10 min nəfərə görə bu rəqəmlər müvafiq
olaraq 1400, 1200, 400 və, nəhayət, Rusiyada 54-dür.
2
2
Azərbaycan isə bu
siyahıya ümumiyyətlə daxil edilməmişdir.
Eİİ-nin başqa bir araşdırması da diqqəti cəlb edir: adambaşına düşən
illik gəlir ilə müqayisədə məqalələrin və iqtibasların nisbəti aşağıdakı nə-
ticələrə gətirir. Adambaşına illik gəlirin ən çox olduğu ölkələrdə bir qayda
olaraq elmi göstəricilər də yüksəkdir. Məsələn, İsveçrə, Kanada, İsveç, İs-
rail kimi ölkələr də elmi göstəricilərinə görə ABŞ və Yaponiyadan geri
qalmırlar. Amma maraqlıdır ki, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt kimi
varlı ölkələr elmi göstəricilərinə görə çox aşağı yer tuturlar.
2
3
Deməli, mə-
sələ təkcə maddi imkanda yox, elmə verilən qiymətdə, düzgün elmi siyasət
aparılmasındadır.
Bir cəhət də nəzərə alınmalıdır ki, iqtibas göstəricilərinin elmi işlə-
rin keyfiyyətinə uyğunluğuna tam əmin olmaq mümkün deyil. Belə ki, Eİİ-
nin məlumatları əsasən ingilis dilində nəşr olunan jurnalları əhatə edir.
Məhz həmin institutun məlumat bazası əsasında hazırlanan dəqiq elmlər
üzrə indekslər (SCİ – Science Citiation Index) müəyyən mənada daha eti-
barlı olsa da, ictimai elmlər üzrə (Social Science Citiation Index) və huma-
nitar elmlər üzrə (Arts& Humanities Citiation Index) indekslər gerçək elmi
səviyyələrin müqayisəsini vermək üçün yetərli deyil. Belə ki, ictimai və
humanitar elm sahələrində jurnallar çox vaxt milli problematikaya həsr
olunur və milli dillərdə çap olunur. Yəni onların elmi dəyəri də daha çox
ölkə və bölgə miqyasında aşkar edilə bilər. Bu çatışmazlığı aradan qaldır-
maq üçün beynəlxalq miqyasda bir sıra alternativ indeksasiya sistemləri
tətbiq olunur. Məsələn, Copernicus İndex sistemi milli dillərdə nəşr olunan
1
А.Л.Дроздов. Наукометрия и наука в России.
2
Yenə orada.
3
Yenə orada.
Elm haqqında elm
210
jurnalları da ehtiva etməyə çalışır. Fəlsəfi elmlərin xüsusiyyətini nəzərə
almaq üçün ayrıca Philosophy İndex sistemi mövcuddur.
Beynəlxalq elmi meyarlar əsasında müəyyənləşdirilən “elmilik sə-
viyyəsi” yenə də ancaq ən qabaqcıl elmi müəssisələr, jurnallar və məqalə-
lər üçündür. Amma bu meyarlar hər bir ölkədə beynəlxalq miqyasa çıxa
bilməyən, dünya elminə qatıla bilməyən, bununla belə, ölkənin təhsil siste-
minə və maarifçilik işinə dəstək verə bilən və böyük elm üçün kadrların
yetişdirilməsində mühüm rol oynayan yerli şəraitin xüsusiyyətlərini nəzərə
ala bilmir. Ona görə də, qabaqcıl ölkələrdən fərqli olaraq, inkişaf etməkdə
olan ölkələrin öz meyarlarına, ekspertiza sisteminə və yerli elmi mühit
üçün keçərli ola bilən elmi statistikaya ehtiyac vardır. Yəni elmşünaslıq
ikinci eşalon üçün bir qədər fərqli təçkilati formalar və dəyərləndirmə sis-
temləri təklif etməlidir. Lakin bəzi ölkələrdə real inkişaf səviyyəsinə məhəl
qoymadan birbaşa beynəlxalq meyarları tətbiq etməyə təşəbbüs göstərilir
ki, bu da gerçəkliyə adekvat nəticələr alınmasına imkan vermir.
Bizim ölkəmizdə elmin vəziyyəti də dünyanın qabaqcıl elm mərkəz-
ləri ilə müqayisə oluna bilmədiyindən, biz ancaq öz səviyyəmizə uyğun
ölkələrlə müqayisə oluna bilərik. Buraya məsələn, MDB ölkələri, yaxud
türk dünyası cümhuriyyətləri aid edilə bilər. Ya da beynəlxalq statistikadan
çıxış etməklə, müəyyən parametrlərinə görə bizim ölkə ilə müqayisə oluna
biləcək digər ölkələrdə elmin real durumunun təhlili aparıla bilər.
Bu sahədə indiyədək heç bir addım atılmadığından, bizimkilər kortə-
bii olaraq özlərini Rusiya ilə müqayisə edir və daha pisi isə budur ki, Rusi-
yanı özünə nümunə kimi qəbul edir. Halbuki, Rusiyada görkəmli elm mü-
təxəssisləri elmin günü-gündən tənəzzülə getdiyini, vəziyyətdən çıxış yolu
üçün təcili tədbirlər görülməli olduğunu yazırlar.
2
1
İstənilən halda elmin bütün dünya miqyasında ümumi inkişaf ten-
densiyasını nəzərə almaq lazım gəlir. Biz elmin planetar xəritəsində, habe-
lə inkişaf xətti üzərində öz yerimizi heç olmasa müəyyən təxminiliklə bil-
məsək, ölkəmiz üçün optimal inkişaf modeli də hazırlaya bilmərik.
1
Məs.: Е.Овсянникова. Российская наука терпит крах // www.utro.ru/artic-
les/2010/01/27/868238.shtml; Программы РАН изрядно “порезали” (интервью с вице-
президентом РАН Г.А.Месяц. 19 февраля 2010) // http://www.poisknews.ru/articles/
6693-po-zhivomu.html; С.М.Рогов. Невостребованность науки – угроза безопасности
страны // Газета «Поиск», № 12, 19 марта 2010.
|