Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə16/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   12   13   14   15   16   17   18   19   ...   55
Elm və elmşünaslıq 

 

 

 

221



 

Spenserin  şərhində elmin inkişaf yolu həddindən artıq sadələşir: 

Elm ... qavrayışların əqli nəticə vasitəsi ilə genişlənməsidir”.

2

1



 H.Spenser 

elmi fəaliyyəti çox bəsit və məhdud çərçivədə təsvir etsə də, bu çərçivə da-

xilində xeyli konkretləşmələr aparır və gələcəkdə neopozitivizmin və tən-

qidi realizmin bazasını  təşkil edən bir sıra prinsipləri müəyyən edir. O, 

elmdə inkişafın bir şərtini də keyfiyyətcə  dəyərləndirmədən kəmiyyətcə 

dəyərləndirməyə keçiddə görür. Digər mühüm şərt olaraq isə, hadisələrin 

ölçülə bilməsini göstərir. Spenserə görə, hər bir elmin əsasında ölçülmək 

imkanı dayanır: “Məkan ölçüləndir – buradan həndəsə yaranır, qüvvə  və 

məkanın ölçülməsindən – statika, zaman, qüvvə  və  məkanın ölçülməsin-

dən – dinamika yaranır.”

2

2

   



«Elm» sisteminin başlıca elementlərindən birini də elmi yaradıcılıq 

prosesi təşkil edir. Tədqiqatçıların bir qismi məhz bu cəhəti elmin mahiy-

yəti kimi götürür və onu yalnız bu en kəsiyində, qnoseoloji müstəvidə təd-

qiq edirlər. Belə tədqiqatlarda elmi bilik istehsalı prosesinin bu və ya digər 

qnoseoloji məqamı ön plana çəkilir, fərdi elmi yaradıcılıq proseslərinin 

təbiətinə daha çox diqqət yetirilir.

2

3

 Sistemli yanaşma zamanı bu məqam-



lardan hər birinin elmin ümumi mənzərəsində tutduğu dəqiq yerini müəy-

yənləşdirmək lazım gəlir. Önəmli olan bir cəhət də bundan ibarətdir ki, bu 

fərdi yaradıcılıq proseslərinin ictimailəşməsi, elmi bilik istehsalının bütün-

lükdə kollektivin, elmi institutların fəaliyyət predmetinə çevrilməsi artıq 

təkcə epistemoloji müstəvidə deyil, həm də sosial-iqtisadi müstəvidə  və 

ictimai-təşkilati bir məsələ kimi ortaya çıxır.  

Elmin bir sosial sistem kimi öyrənilməsinə, onun ictimai mahiyyəti-

nin qiymətləndirilməsinə  ən çox elmin bilavasitə sosioloji və sosial-iq-

tisadi problemlərinə  həsr olunmuş  əsərlər xidmət edir.

2

4



 Elmdə müəyyən 

                                                 

1

 Г.Спенсер. Опыты научные, политические и философские. Минск, Современный 



литератор, 1998, с. 485. 

2

 Yenə orada, s. 486. 



3

 Творчество  в  научном  познании.  Под  ред.  Д.И.Широканова,  Ю.А.Харина. 

Минск, «Наука и техника», 1976; Творческая природа научного познания. Отв. ред. 

Д.П.Горский, М., Наука, 1984. 

4

 Н.В.Мотрошилова.  Наука  и  ученые  в  условиях  современного  капитализма 



(философско-социологическое  исследование),  М.,  Наука, 1976; А.К.  Титмонас.  К 

вопросу о предпосылках институционализации науки // Социологические проблемы 

науки. Отв. ред. В.Ж.Келле. М., Наука, 1974; Я.Кубик. Совершенствование системы 

управления  научно-техническим  развитием // Управление  наукой  в  социалис-

тических странах. М., «Прогресс», 1978, с. 82-117.  


Elm haqqında elm 

 

 



 

222


sosial strukturun hələ əvvəllər də mövcud olmasına baxmayaraq, onun bu 

aspektdə tədqiqinə, görünür, ciddi tələbat olmamışdır, belə ki, elm müstə-

qil bir fəaliyyət sahəsi kimi yalnız son əsrlərdə ön plana keçmişdir. 

Elmi fəaliyyət sahəsinə ümumi milli gəlirin getdikcə daha çox hissə-

sinin sərf olunmasına yaranan ehtiyac elmin iqtisadi baxımdan öyrənilmə-

sinə, optimal iqtisadi modellərin tapılmasına tələbatı artırır. Lakin bu sahə-

də də hələ çox az iş görülmüşdür; halbuki konkret elmi tədqiqatların fay-

dalılıq dərəcəsinin artırılması  və elmin düzgün planlaşdırılması üçün 



iqtisadi təhlilin rolu böyükdür.

2

1



 

Elmə xüsusi fəaliyyət sahəsi kimi baxan Q.N.Volkov hər bir zaman 

mərhələsində cəmiyyətin ona qədər əldə etdiyi biliklər sistemini «elm» an-

layışına daxil etmir: «Elmin mahiyyəti artıq dərk edilmiş olan həqiqətlər-

dən yox, onların axtarılmasından, təbiət və cəmiyyət qanunlarının öyrənil-

məsi və istifadə olunmasına yönəlmiş eksperimental tədqiqat işlərindən 

ibarətdir. Elm özlüyündə heç də bilik olmayıb, cəmiyyətin bilik istehsalı 

üzrə  fəaliyyətidir, başqa sözlə, elmi istehsaldır»

2

2

. Göründüyü kimi, 



Q.N.Volkov elmə xüsusi fəaliyyət sahəsi və deməli, proses kimi baxmaqla 

onun əhatə dairəsini həddindən artıq kiçildir ki, bu da məntiqi cəhətdən qü-

surlu olan nəticəyə  gətirir: elm – elmi istehsaldır. Halbuki elmi istehsal 

«elm» anlayışının  əhatə etdiyi tərkib hissələrindən yalnız biridir. Buna 

baxmayaraq, «elmi istehsal» anlayışının istifadə edilməsi elmin mahiyyəti-

nin və başlıca xüsusiyyətlərinin öyrənilməsi üçün böyük əhəmiyyətə ma-

likdir. Q.N.Volkov öz mövqeyini elmi şəkildə  əsaslandırmağa və bu işdə 

daha çox öyrənilmiş olan istehsal prosesi ilə analogiya yaratmağa çalışmış-

dır ki, bu cür təşəbbüs yalnız təqdirə layiqdir. Müəllif daha sonra yazır: 

“...Texnika maddi istehsalda hansı rolu oynayırsa, elmi bilik də mənəvi is-

tehsalda həmin rolu oynayır. Bu mənada texnika insanın əməli fəaliyyəti-

nin süni orqanı olduğu kimi, elm də insan beyninin süni orqanıdır”.

2

3

 Lakin 



təəssüf ki, maddi və mənəvi istehsal proseslərinin analogiyasından istifadə 

təşəbbüsü ardıcıl surətdə davam etdirilməmişdir. 

Elmin müxtəlif aspektlərdəki tədqiqinin bir-biri ilə  əlaqəli  şəkildə 

                                                 

1

 В.Я.Ельмеев. Основы экономики науки. Ленинград, Изд-во Лен. Унив-та, 1977; 



М.Л.Башин.  Инвестиционная  политика  в  сфере  науки // М.Л.Башин.  Формула 

прогресса М., Московский рабочий, 1986.  

2

 

Г.Н.Волков. Социология науки. Очерки. М., Политиздат, 1968, с. 121. 



3

 Yenə orada, s. 125. 



Elm və elmşünaslıq 

 

 

 

223



 

aparılması  və bir-birini tamamlaya bilməsi üçün onun bir sistem kimi 

müəyyənləşdirilməsi ən vacib şərtdir. Amerika alimi H.Liman məhz bu cə-

həti nəzərə alaraq yazır: “Biz elmin fəlsəfi, psixoloji, yaxud sosial aspekt-

lərini fərqləndirməzdən və müzakirə etməzdən əvvəl, hansı yolla isə elmi 

müəyyən bir tam kimi təsəvvür edə bilməliyik”.

2

1

 



Elmi bütöv bir hadisə kimi təsəvvür etməyin, onun mahiyyətini, 

ümumi inkişaf meyllərini öyrənməyin bu gün cəmiyyət qarşısında duran 

praktik vəzifələri həyata keçirmək sahəsində  nə kimi bir əhəmiyyəti 

vardır? 


Müasir dövrdə insanın maddi rifah halı, məhsuldar qüvvələrin inki-

şaf perspektivləri ilk növbədə elmin nə dərəcədə qabaqcıl mövqe tutmasın-

dan asılıdır. Elmin obyektiv inkişaf meyllərini bilmədən onu optimal surət-

də  təşkil etmək mümkün deyil. Elm cəbhəsinin ön xəttinə  çıxmaq, onun 

nailiyyətlərindən səmərəli surətdə istifadə edə bilmək üçün ən mühüm şərt 

onun təşkilati strukturunun düzgün müəyyənləşdirilməsi, elmin özünün 

elmi əsaslarla tənzim olunmasıdır.  

İkinci mühüm şərt isə dövlət siyasətində elmin prioritetliyinin nəzə-

rə alınmasıdır. Bu gün irəlidə gedən ölkələr heç də  təsadüfən irəlidə get-

mirlər. Hətta ümumi iqtisadi böhran şəraitində də ABŞ çıxış yolunu elmə 

ayrılan vəsaitin artırılmasında görür. Rusiya “böhrandır”, – deyə elmə ayrı-

lan vəsaiti azaltdığı halda, ABŞ Konqresi yekdilliklə bu qənaətə  gəlir ki

yeganə prioritet elm olmalıdır.

2

2



  

Statistika göstərir ki, Rusiyada elmə ayırmalar Ümumi Daxili Məh-

sulun (ÜDM) 1%-i qədər olduğu halda, bütün inkişaf etmiş Qərb ölkələrin-

də bu rəqəm 2-3% həddindədir. ABŞ-da elmə ayırmalar indi 2,7%-dir və 

Barak Obama keçən il alimlər qarşısında çıxışında bu rəqəmi 3%-ə qaldır-

maq zərurətini qeyd edib.

2

3

 İndi Rusiyanın bütün qabaqcıl ziyalıları elmin 



acınacaqlı  vəziyyəti ilə  əlaqədar həyəcan təbili çalırlar. Akademik 

V.S.Styopinin qeyd etdiyi kimi, ABŞ-da elmə ayıırmalar Rusiyanın bütün 

büdcəsindən artıqdır.

2

4



  Əlbəttə, biz rusiyalı  həmkarımızın narahatlığını 

                                                 

1

 

Cohn Lyman. What is science // Philosophical problems of science and technology, 



Boston, 1974, p. 13 

2

 O.Колесниченко.  Национальный  интерес:  американцы  выбрали  науку  главным 



приоритетом экономики // Газета «Поиск», № 8-9, 19 февраля 2010.   

3

 С.М.Рогов.  Невостребованность  науки – угроза  безопасности  страны // Газета 



«Поиск», № 12, 19 марта 2010 г.   

4

 В.С. Степин. Философия науки. Общие проблемы. М., Гардарики., 2007, c. 152 



Elm haqqında elm 

 

 



 

224


başa düşürük. Amma Azərbaycanda bu faiz nisbəti daha aşağıdır və bizim 

də həyəcan təbili çalmaq vaxtımız çoxdan çatmışdır. Sadəcə olaraq, paralel 

surətdə elmin optimal təşkilatlanması təmin edilməlidir.  

Bu gün ölkəmizdə ən aktual vəzifələrdən biri kimi qarşıya qoyulan 

müasir Qərb sivilizasiyasını mənimsəmək vəzifəsi, yalnız elmin nisbi müs-

təqilliyini təmin etmək və onun səmərəli tətbiqi üçün xüsusi təşkilati təd-

birlər görmək sayəsində həyata keçirilə bilər. Elm də insan kimi azadlıq və 

müstəqillik sevir. Elm istehsalata o vaxta qədər səmərə verəcəkdir ki, is-

tehsal onu özünə tabe etmək, onu öz əlavəsinə çevirmək iddiasına düşmə-

sin. Burada istər-istəməz sehrli qızıl balıq əhvalatı yada düşür. Balıqçı qızıl 

balığı azad etdiyinə (dənizə buraxdığına) görə o, balıqçını hər cür nemətlə 

təmin edir. Lakin elə ki, balıqçı arvadının təkidi ilə balığın azadlığını əlin-

dən almaq, onu qulluqçu etmək istəyir, onda bütün nemətlər də yox olur. 

Biz bu məlum hekayəti ona görə bir daha yada salırıq ki, bu gün bəzi «nə-

zəriyyəçilər» və  əməli iş adamları elmi istehsala daha da yaxınlaşdırmaq 

məqsədilə onları mexaniki surətdə birləşdirmək, elmi fəaliyyəti istehsalatın 

ehtiyaclarına tabe etmək, onu cilovlamaq təşəbbüsləri göstərirlər. Bu tə-

şəbbüslər elmin mahiyyəti və təbii meylləri ilə bir araya sığmır. Əksinə, el-

min iqtisadi səmərəsi yalnız o vaxt artar ki, o maddi və mənəvi cəhətdən 

korluq çəkməsin, kiminsə, nəyinsə yedəyinə bağlanmasın.

 

2

1



 

Elmə optimal münasibət bəsləyə bilmək üçün, əvvəlcə onun özünün 

hərtərəfli tədqiqinə ehtiyac var. Elm anlayışını və elm sistemini ən azı iki 

fərqli baxış bucağında nəzərdən keçirmək mümkündür: koqnitiv və sosial.  



Əvvəla, bir sistem olaraq elmin daxili komponentləri və strukturu 

müəyyənləşdirilməlidir. Klassik elmin ənənələrinə uyğun olaraq belə bir 

sual qoyula bilər:  elmin elementar özəyi, atomu varmı? Bəli, söhbət elm 

sisteminin bölünməz son həddi, elementi və ya atomundan gedir. Bəzi təd-

qiqatçılar elmin fənlər üzrə bölgüsündən çıxış edir və hər bir fənni elmin 

təşkilati vahidi kimi götürülər. Məsələn, T.Parsons və N.Storer elmin təsni-

fatında diferensiallaşmanın son həddi kimi “elmi fənn” məqamını  qəbul 

edirlər.


2

2

 Q.M.Bonqard-Levin elmi fənlərin formalaşması prosesinin hələ 



                                                 

1

 S.Xəlilov.  Elmin min bir gecəsi və Cinin lampası // 



U

http://felsefe

H

dunyasi.org /site/ 



?name=xeber&news_id=103 

2

 Т.Парсонс, Н.Сторер. Научная дисциплина и дифференциация науки // Научная 



деятельность: структура и институты. - Научная дисциплина как единица организации 

науки. М., «Прогресс», 1980, с. 27. 



Elm və elmşünaslıq 

 

 

 

225



 

lap qədim dövrlərdən başlandığını qeyd edir. Onun fikrinə görə, qədim 

hind riyaziyyatı və astronomiyası hələ eramızdan çox-çox əvvəl nisbi müs-

təqil fənlər kimi mövcud idi.

2

1

 A.İ.Volodarski də ilk fənlərin yaranmasını 



qədim hind mədəniyyəti ilə bağlayır.

2

2



  

Lakin bir sıra alimlər fənləri elmin vahidi kimi götürməyin qeyri-

mümkün olduğunu göstərir və buna istinad edirlər ki, elm inkişaf etdikcə, 

fənlərin mürəkkəb strukturu aşkar olur və onların içərisindən yeni lokal 

vahidlər, elmin “yeni atomları” əmələ gəlir. C.Lounun fikrinə görə, elmdə 

diferensiallaşma müntəzəm surətdə davam etmiş, hər bir fənnin öz daxilin-

də fərqli tədqiqat istiqamətləri formalaşmış və nəhayət, XX əsrin 20-30-cu 

illərində konkret ixtisaslar yaranmışdır.

2

3

  Bəzi elmşünaslar isə elmin ele-



mentar vahidi kimi tədqiqat qruplarını götürməyi təklif edirlər. N.Mallinzə 

görə, ixtisaslar və  fənlər formalaşana qədər mütəşəkkil qruplar olmalıdır.

 

Belə qruplar isə ilk növbədə müəllim-şagird özəyindən yaranır.



 

2

4



 Maraqlı-

dır ki, bu cür yaxınlaşma Şərqdə ənənəvi olan mürşid-mürid münasibətini 

xatırladır.  

A.İ.Lipkin elmin T.Kun və İ.Lakatos tərəfindən verilmiş modellərini 

təhlil edərək belə qənaətə gəlir ki, elmi biliyin strukturunu müəyyənləşdir-

mək üçün hansı isə bir elm sahəsində bütün biliklərin təməlində eyni anla-

yışlar dayandığını nəzərə almaq lazımdır. O, həmin ilkin təməlləri “ilk ide-

al obyektlər” adlandırır.

2

5



 Daha sonra isə, mürəkkəb elm hadisəsinin elmi 

biliklər rakursundakı strukturu onun sosial strukturu ilə bir araya gətirilə 

bilər.  

Doğurdan da, bütün planet və bütün bəşəriyyət miqyasında vahid 

elm sistemindən danışmaq bir şeydir, hər hansı konkret bir hadisənin: ide-

yanın, biliyin, eksperimentin, nəzəriyyənin, fənnin, yaxud elmi-tədqiqat 

institutunun, elmi işçinin, laborantın və ya direktorun bu elm sisteminə və 

                                                 

1

 Г.М.Бонгард-Левин.  Развитие  научных  дисциплин // Древнеиндийская 



цивилизация: философия, наука, религия. М., Наука, 1980, с. 208.  

2

 А.И.  Володарский.  Отдельные  отрасли  науки  в  древней  Индии // Очерки  истории 



естетственно-научных знаний в древности. М., Наука, 1982, с. 157-177. 

3

 Дж.  Лоу.  Становление  специальностей  в  науке // Научная  деятельность: 



структура и институты. М., «Прогресс», 1980, с. 285. 

4

 Н.Маллинз.  Модель  развития  теоретических  групп  в  социологии // Научная 



деятельность: структура и институты. М., «Прогресс», 1980, с. 257. 

5

 А.И. Липкин. Парадигмы, исследовательские программы и ядро раздела науки в 



физике // Вопросы философии, №6, 2006, с. 89. 

Elm haqqında elm 

 

 



 

226


ümumiyyətlə elmə aidiyyətindən danışmaq isə başqa bir şeydir. Bütün 

bunlar elmin həm məntiqi-epistemoloji, həm də sosial sistem kimi xüsu-

siyyətlərinin açılması zərurətini göstərir.  

Hər iki halda elmin özü daha böyük bir orqanizmin alt sistemi kimi 

də nəzərdən keçirilə bilər. Məntiqi-epistemoloji hadisə kimi elm ümumiy-

yətlə düşüncə sisteminin, insan idrakının, hissi və rasional, rasional və irra-

sional fəaliyyət, ruhi-intellektual enerjinin realizasiyası prosesinin və s. da-

ha geniş miqyaslı proseslərin tərkib hissəsi, alt sistemidir. Bu məkanda el-

mi fəaliyyətdən başqa dini təcrübə, hissi-emosional, bədii-estetik yaşantı-

lar, mənəvi-əxlaqi dəyərlər və s. də yer alır. Sosial sistem kimi də elm, da-

ha böyük ictimai sistemlərin, məsələn, bütövlükdə cəmiyyətin alt sistemlə-

rindən, ünsürlərindən biridir. Bu halda elmin daxili quruluşuna deyil, onun 

infrastrukturuna, cəmiyyətin iqtisadi həyatında və  mədəni-mənəvi rakur-

sunda tutduğu yerə və oynadığı rola diqqət yetirilir. Dövlət siyasəti müəy-

yənləşdirilərkən, dövlətin iqtisadi inkişaf strategiyası və ya dövlət büdcəsi 

formalaşdırılarkən, siyasətçilər və ya maliyyəçilər, təbii ki, elmin məzmu-

nuna, daxili xüsusiyyətlərinə, konkret elmi problemlərə məhəl qoymadan, 

elmi ancaq bütöv bir hadisə kimi nəzərə alırlar. Əlbəttə, elmin imkanlarını 

və konkret şəraitdə ehtiyaclarını daha yaxşı bilən mütəxəssislər dövlət 

üçün layihə hazırlamalı və öz mövqelərini əsaslandırmalıdırlar. Burada bir 

tərəfdən, elm təşkilatçılarının fərasəti, digər tərəfdən də, yüksək rütbəli 

dövlət məmurlarının, millət vəkillərinin dünyagörüşü, ümumi intellektual 

səviyyəsi müəyyən rol oynayır. Dövlətin başında duran şəxsin elmə müna-

sibəti və həyata keçirilən siyasi kursda elmə nə dərəcədə istinad edilməsi 

də az əhəmiyyət daşımır.  

Burada nəzərə alınmalıdır ki, dövlətin siyasi kursunda elmə münasi-

bət və elmin tutduğu yer məsələsi ilə yanaşı, ayrıca bir elm siyasəti də ol-

malıdır.  Elm siyasəti daha çox dərəcədə elmin təşkilati aspektlərini, opti-

mal maliyyələşmə variantlarını, konkret elmi tədqiqat prosedurlarının el-

mi-təşkilatı strukturlarla əlaqəsini, Elm–Təhsil–Elm, Elm–Texnika–İsteh-

sal, Elm–İctimai şüur-Mədəniyyət sistemlərində elmin spesifik funksiyala-

rını əhatə edir.  

Elmin infrastrukturu və dövlətin elmə münasibəti məsələləri elm 

adamlarının özündən daha çox, dövlət rəhbərliyindən, dövlətin yeritdiyi 

ictimai-iqtisadi kursdan asılı olduğuna görə, hər bir ölkədə elmin vəziyyəti 

üçün məsuliyyət də təkcə alimlərin yox, həm də siyasilərin üzərinə düşür. 



Elm və elmşünaslıq 

 

 

 

227



 

Elmin infrastrukturu dedikdə biz elmi fəaliyyəti şərtləndirən ictimai mühi-

ti, elmin öz funksiyasını yerinə yetirə bilməsi üçün zəruri olan kənar şərtlə-

ri də  nəzərdə tuturuq. Buraya ilk növbədə elmin maddi-texniki bazası, 

Elm–Texnika–İstehsal zənciri, informasiya şəbəkəsi, nəşriyyatlar, kitabxa-

nalar, əhalinin ümumi savadlılıq dərəcəsi, maarif işi, elmi-kütləvi biliklərin 

yayılması mexanizmləri və ilk növbədə təhsil sistemindəki vəziyyət aiddir. 

Yəni təhsilin səviyyəsi aşağı olarsa, elmi kadrların yetişdirilməsi üçün də 

mühit olmayacaq. Bundan başqa, kütləvi informasiya vasitələrinin ideoloji 

yönü, yəni əhalinin ictimai şüurunun hansı istiqamətdə yönləndirilməsi, el-

mi-kütləvi biliklərin yayılması, əhalinin ümumi dünyagörüşü, təfəkkür mə-

dəniyyəti, ölkədə elmin dəyərləndirilməsi, sistemin ictimai rəylə əlaqələn-

dirilməsi, elmi disputların, ziyalı evlərinin yaradılması, elm adamının nü-

fuzu, onların maddi təminatı, və s. bu kimi amillər də elmin infrastrukturu-

nu formalaşdırır. V.S.Styopin yazır: “Elmin infrastrukturu sosial-mədəni 

amillərin elmi idraka təsirini təmin edir”.

2

1

  



Əslində elmin infrastrukturu onun normal inkişafı üçün ən mühüm 

şərtlərdən biridir. Belə ki, müvafiq elmi şərait olmadan, yəni cəmiyyət elm 

üçün münbit mühitə çevrilmədən, o, inkişaf edə bilməz, ona görə də elmi 

inkişaf mərhələsindən öncə bir maarifçilik mərhələsinin olması labüddür. 

Təkcə alimlərin, elm adamlarının özlərinin yox, daha geniş kütlələrin mü-

əyyən elmi biliklərə yiyələnməsi, elm haqqında, onun faydaları haqqında 

yetərincə məlumatlı olması çox mühümdür. Yəni cəmiyyətin elmə bir ya-

bançı, yad ünsür kimi deyil, doğma münasibət bəsləməsi üçün cəmiyyət 

özü müəyyən mənada elmiləşməlidir. Bu vəzifənin həyata keçirilməsində 

əsas ağırlıq təhsil sisteminin və kütləvi informasiya vasitələrinin üzərinə 

düşür. Yüzlərlə savadlı gənc yetişdirilməlidir ki, onların bəziləri elmin bu 

və ya digər sahəsinə müraciət etsin. Əksinə, ümumi savadsızlıq şəraitində 

elm üçün kadr tapmaq qeyri-mümkün olur. Əgər  əvvəlki dövrdə,  əvvəlki 

mühitdə müəyyən nisbi müstəqil elm sistemi formalaşıbsa, cəmiyyətdə baş 

verən deqradasiya, təhsil sahəsində  mənəvi mühitin korlanması gec-tez 

elmə də təsir edir.  

İstənilən halda elm hamını bəzəyib özü çılpaq gəzən iynənin və ya 

hamını müalicə edib özü xəstə qalan bir həkimin durumuna düşməməli, 

özü haqqında da düşünməli, özünü dərk etməyə, öz ehtiyaclarını müəy-

                                                 

1

 В.С. Степин. Теоретическое знание. М., «Прогресс-Традиция», 2000, с. 11. 



Elm haqqında elm 

 

 



 

228


yənləşdirməyə çalışmalı  və lazım gələrsə vaxtında həyəcan təbili 

çalmalıdır.  

Elmin özünüdərk təşəbbüsləri əvvəllər də olmuşdur. Lakin elm haq-

qında düşüncələr çox vaxt qeyri-elmi xarakter daşımış, obrazlı və ya afo-

ristik kəlamlardan o tərəfə getməmişdir.  Əvvəlki dövrlərdə  hətta böyük 

elm adamlarının elm haqqında fikirləri aforistik xarakter daşımış və məq-

sədyönlü tədqiqat səviyyəsinə qalxmamışdır.

2

1



 

Elmi biliyin spesifikası, onun digər biliklərdən fərqi haqqında fikir-

lər antik dövrdə – ilk elmi biliklərin hələ yeni-yeni kiçik sistemlər kimi 

qruplaşdığı vaxtlarda meydana gəlirdi.

2

2

 O vaxt əslində elmi biliklərdən 



yox, sənətdən söhbət gedirdi. S.Luryenin Demokritə həsr olunmuş kitabın-

da da “tətbiqi elmlər” ifadəsinin yunancası artes kimi verilmişdir ki, bu da 

əslində sənət deməkdir.

2

3



 Lakin həmin dövrdə elm vahid bütöv sistem kimi 

hələ mövcud olmadığına görə, biliklər kifayət qədər diferensiallaşmadığına 

və müxtəlif elm sahələri müstəqil fənlər kimi formalaşmadığına görə elmin 

demarkasiyası – digər fəaliyyət sahələrindən kəskin meyarlarla ayrılması 

hələ mümkün deyildi.  

Ayrı-ayrı dövrlərdə, xüsusən orta əsrlərdə, islam dünyasında elm in-

kişaf etsə də, onun sosial strukturu öyrənilməmiş, ictimai bir sistem kimi 

təhlili verilməmişdir. İslam mütəfəkkirlərinin elm haqqında fikirləri əsasən 

onun mədh etmək, əhəmiyyətini vurğulamaq, elm dalınca getməyin zərurə-

tindən bəhs etmək və s. buna bənzər tövrlərdə olmuşdur. Düzdür, Fərabi 

elmlərin təsnifatını vermiş, biliyin fəlsəfi mahiyyəti, elmi biliyin xüsusiy-

yətləri barədə traktatlar yazmışdır, lakin elmdən bir ictimai hadisə kimi 

bəhs etməmişdir. Səbəbi isə budur ki, o vaxtlar İslam Şərqində ayrıca sosi-

al institut kimi inkişaf etməkdənsə, daha çox dərəcədə hökmdarların iradə-

si ilə və onların maraqlarına xidmət edən bir qurum, sarayın bir əlavəsi ki-

mi fəaliyyət göstərmişdir. Münəccimliyin, əlkimyanın inkişafı ən çox bu-

nunla bağlı idi. Yəni elm ya dinin, ya da sarayın himayəsi altında olmuş və 

                                                 

1

 Bax,  məs.:  Ученые  о  науке  и  ее  развитии.  М.,  Наука, 1971; Слово  о  науке. 



Афоризмы, Изречения. Сост. Е.С.Лихтенштейн. М., 1981.  

2

 Bax,  məs.:  Ранняя  космогоническая  и  астрономическая  поэзия // Фрагменты 



ранних  греческих  философов.  Часть 1: От  эпических  космогоний  до  возникновеня 

атомистики. М., Наука, 1989, с. 33-94; А.О.Маковельский. Древнегреческие атомисты. 

Баку, АН, 1946; С.Я. Лурье. Платон и Аристотель о точных науках // Архив истории 

науки и техники. Т.9. М.-Л., 1935, с. 303-313.  

3

 С.Я. Лурье. Демокрит. – Прикладные науки, Л., Наука, 1970, с. 379. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin