ELM VƏ ELMŞÜNASLIQ
Elm: genezisdən özünüdərkə qədər
Elmşünaslıq və onun genezisi
Elmin elmi əsaslarla yenidən qurulması –
rekonstruksiya cəhdləri
Elm yarandıqdan sonra hər şey zaman-zaman
onun qiyafətinə bürünüb səliqə-sahman tapdı və
günlərin birində o özünə də öz donluğundan paltar
biçmək fikrinə düşdü.
Əbu Turxan
Elm və elmşünaslıq
213
Elm: genezisdən özünüdərkə qədər
Elm Yeni Dövrün məhsuludur. Qədimdə və hətta orta əsrlərdə elm-
dən danışarkən əslində müasir mənada elm yox, onun hansı isə elementlə-
ri, əlamətləri nəzərdə tutulur. Müasir elmin tarixən ilk ünsürlərindən biri
insanın aşkar, verballaşan bilikləri idi; yəni əməli fəaliyyətin içərisində,
sinkretik və qeyri-aşkar biliklərdən fərqli olaraq, ilk dəfə fəaliyyətdən ayrı-
lıb müstəqil varlıq kimi ortaya çıxan biliklər. O vaxtlarda insanın öz fiziki
həyatının təmin olunmasına yönəli əməli fəaliyyət sahəsindən fərqli olan
əsas hadisə – onun zehni fəaliyyətlə məşğul olması idi. Fiziki və zehni
əməyin tarixi bölgüsü biliklərin yaranışı və inkişafı üçün yeni imkanlar
açdı.
İnsanın fəallığı onun əllərinin, ürəyinin və beyninin fəaliyyəti kimi
üç istiqamətə ayrılır: əməli fəaliyyət – fiziki enerjinin realizasiyası, düşün-
cə, ağıl, bilik kimi terminlərlə ifadə olunan rasionallıq – əqli enerjinin rea-
lizasiyası və bir də poeziya (ümumiyyətlə incəsənət) – hissi, emosional
enerjinin realizasiyası. Düzdür, qədim dövrdə bu bölgü hələ tam kristallaş-
mamışdı və gah birinci ilə ikinci, gah da ikinci ilə üçüncü tərəflər hələ qa-
rışıq şəkildə idi. Yəni zehni fəaliyyətin müəyyən elementləri əməli işin tər-
kibində, bətnində formalaşırdı. Ş.Sührəvərdinin dediyi kimi, “hərəkətlər
qabiliyyətlərə gətirib çıxarır”,
2
1
qabiliyyət isə artıq müəyyən biliklərin vər-
diş halında mövcudluğudur. Digər tərəfdən, bədii poetik düşüncə ilə mənti-
qi düşüncə də hələ tamamilə ayrılmadığından və mifik təfəkkürün tərkibin-
də mövcud olduğundan, müstəqil zehni fəaliyyət də öz növbəsində dini-
mistik təcrübə ilə qatışıq halında olurdu. Bu baxımdan, qədim türk tarixin-
də şamançılıq zehni fəaliyyətin durulması yolunda mühüm bir mərhələ
1
Ş.Y.Sührəvərdi. Filosofların görüşləri. Bakı, Elm, 1986, s. 13.
Elm haqqında elm
214
olmuşdur.
Zehni fəaliyyətin də öz növbəsində parçalanması, daxili bölgü get-
məsi faktı bəlli olsa da, sinkretizm uzun müddət davam etdiyindən dəqiq
meyarlar əsasında təsnifat aparmaq hələ mümkün deyildi. “Sənət” anlayışı
özü də çox tutumlu idi və elmlə sənət arasında dəqiq sərhəd çəkilə bil-
mirdi.
“Metafizika” əsərinin orijinalında sonralar “elm” kimi tərcümə olun-
muş sözün necə verildiyini və onun nə dərəcədə müasir science anlayışına
adekvat olduğunu bir yana qoyub, Aristotelin məşhur tədqiqatçısı V.F.As-
musun da bu məsələdə tərəddüdlü olduğunu qeyd edək. O, “Metafizika”ya
qeydlərdə yazır ki, Aristotel “elm” və “sənət” arasındakı fərqləri heç də hə-
mişə birmənalı şəkildə nəzərə almır.
2
1
Başqa sözlə desək, bu anlayışlar mü-
asir anlamla müqayisədə hələ formalaşmamışdı.
Ən ilk dövrlərdə insan ancaq asudə vaxtlarında fikrə dala bilərdi. Nə
zaman ki, cəmiyyətin özünün də məqsədyönlü düşüncəyə ehtiyacı yaran-
mışdır, onda bir qisim adamlar başqa yüklərdən azad olunaraq, məhz dü-
şüncə sahəsində ixtisaslaşmışlar. Aristotel özü də sənət və elmlə məşğul
olmaq üçün asudə vaxtın xüsusi rolunu qeyd edirdi. O, riyaziyyatın və di-
gər sənətlərin (fikir verin, riyaziyyat da sənət kimi qeyd olunur – S.X.) ilk
dəfə Misirdə yaranmasının səbəbini də orada kahinlərin digər yüklərdən
azad olaraq asudə vaxt qazanması ilə izah edirdi.
2
2
Amma diferensiasiya
getmədiyinə görə, bütün bu qarışıq hikmət tədricən vahid bir ad altında –
fəlsəfə kimi ümumiləşdirilmişdir. Və təbii ki, ilkin elmi biliklər də fəlsəfə-
nin tərkibində olmuşdur. Ancaq indiki inkişaf səviyyəsindən baxdıqda, biz
o dövrün zehni nailiyyətlərini qruplaşdıra bilirik, müasir meyarları tətbiq
etməklə, nəyin həqiqətən fəlsəfəyə, nəyin mifə, nəyin elmə, nəyin dini
dünyagörüşünə aid olduğunu müəyyənləşdirərək, hər birinin tarixini ayrı-
lıqda nəzərdən keçiririk. Bu cür yanaşdıqda, elmin də tarixi çox qədimlərə
gedib çıxır.
Bununla belə, həmin dövrlərdə insanların elmi düşüncəsi çox vaxt
ümumiyyətlə idrak, ağıl, təfəkkür kimi anlayışlarla ifadə olunmuşdur.
Xristianlıq fəlsəfəsində elmi düşüncə bütövlükdə inkar olunduğundan, ya-
xud qəbul edilmədiyindən, insanın dünyagörüşü strukturunda əsasən ağıl
1
Аристотель. Сочинения в 4-х томах, т. 1, М., «Мысль», 1976, Примечания, с. 453.
2
Аристотель. Метафизика // Сочинения в 4-х томах, т. 1, s. 67.
Elm və elmşünaslıq
215
komponentindən bəhs edilmişdir. Məsələn, Avqustinin təlimində ağıla nə
qədər yüksək qiymət verilsə də, o, əsasən metaforik formada təqdim olu-
nur və insanın real həyatdakı düşüncələrinin təsnifatı verilmir.
2
1
Təxminən
eyni düşüncə tərzi orta əsr İslam Şərqi üçün də səciyyəvidir. Hətta Kant tə-
biətşünaslıq haqqında yazdıqlarını (tənqidəqədərki dövr) əql haqqında yaz-
dıqları ilə əlaqələndirmir. Başqa sözlə desək, onun naturfəlsəfəsi epistemo-
loji sistemindən əvvəl yazıldığına görə, empirisizmin və mexanisizmin tə-
sirindən xali deyil. “Səmanın” ümumi təbii tarixi və nəzəriyyəsi əsərində
Kant yazırdı ki, o, təbiəbin bütün böyük nizamını ancaq iki qüvvənin – ca-
zibə və itələmənin vasitəsi ilə izah etmişdir.
2
2
Bu fikir o dövrlərdə fikirləri
qəsb etmiş Nyuton mexanikasının hakimi-mütləqliyi şəraitində yazılmışdı.
Amma sonralar Kant özü dünya nizamının aprior biliklərsiz təsəvvür oluna
bilməməsini isbat etsə də, bu yeni idrak təlimi zirvəsindən qayıdıb natur-
fəlsəfəni təzədən yazmağa cəhd göstərməmişdi. Nəticədə epistemologiya
bir addım qabağa getsə də, elm fəlsəfəsi bir addım geridə qalmışdı.
Nə vaxtsa vahid biliklər sistemi əvəzinə ayrı-ayrı elmi ideyalar var
idi – qaranlıq səmada ulduzlar kimi. Zaman keçdikcə və bu ideyalar çoxal-
dıqca, ayrı-ayrı bürclər və kəhkəşanlar formalaşır, ayrı-ayrı fənlər yaranır.
Bəs nə vaxtsa bu müxtəlif fənlərdən vahid bir elm və dünyanın vahid bir
elmi mənzərəsi formalaşacaqsa, bu analogiyanı davam etdirsək, göydən
qaranlıqlar çəkiləcəkmi və səma ancaq bir “süd yolunumu” xatırladacaq?!
Lakin elmin keçməli olduğu bu yol sonsuzdur; ona görə də, o həmi-
şə sanki bu yolun başlanğıcındadır. Digər tərəfdən, elmin artıq qət etdiyi
bu başlanğıc mərhələsinin özü də bir sonsuzluqdur. Yəni müasir elm iki
sonsuzluq arasındadır. Amma qarşıdakı sonsuzluğun tərtibi daha yüksək-
dir.
Elmdə nə isə yeni bir nəticə ala bilmək üçün ilk növbədə əvvəlki el-
mi biliklərin mənimsənilməsi tələb olunur. Bu isə ictimai miqyasda təşki-
latlanmış bir elmi-təhsil sisteminin mövcudluğu şəraitində mümkün olur.
Bu sistem özü də daim öyrənilməli və təkmilləşdirilməlidir. Həm də təkcə
konseptual məzmun baxımından deyil, sosial və təşkilati struktur baxımın-
dan. Müasir dövrdə elmi adi şüur səviyyəsində idarə etmək mümkün deyil.
Onu elmi surətdə idarə edə bilmək üçün isə elmin rüşeym halından bu
1
Bax: А. Августин. Исповедь. Москва: Канон+, 1997.
2
Кант. Сочинения. Том 1. М., 1966, с. 131.
Elm haqqında elm
216
günə qədər keçdiyi tarixi yolu izləmək, inkişaf meyllərini aşkara çıxarmaq
və məqsədəuyğun istiqamətə yönəltmək tələb olunur.
Elm nə vaxtdan başlanır?
«Elm» anlayışının necə başa düşülməsindən asılı olaraq bu suala
müxtəlif cavablar vermək olar.
1. Elm (elmi bilik) insanların ilk dəfə «nəyə görə», «hansı səbəb-
dən» sualını qoyduğu vaxtdan başlanır. İnsanların dünya hadisələrini izah
etmək cəhdləri, artıq yalnız «nə etmək», «necə etmək» sualını deyil, həm
də «nəyə görə belədir» sualını qoymaları biliklərin bölgüsünə gətirir; əməli
biliklərlə yanaşı ilk elmi biliklər yaranır ki, bu hadisə müəyyən mənada
elmin başlanğıcı kimi qəbul oluna bilər.
Adi şüur adət olunmuş, standart vəziyyətlərdə necə hərəkət etmək
lazım olduğunu göstərirsə də, bu vəziyyəti şərtləndirən səbəbləri aşkar
etmək üçün kifayət deyil. Bunun üçün adi şüur hüdudundan kənara çıxmaq
tələb olunur.
Belə nəql edirlər ki, guya bir dəfə İ.Nyutonun başına alma düşür;
alim bu hadisədən heyrətlənir və ümumdünya cazibə qanunu ideyasına gə-
lib çıxır. Əlbəttə, bu, sadəlövh bir təxmindir. Amma mətləb bunda deyil.
Mətləb hekayətin bir şərhi ilə əlaqədar adi şüurla elmi şüuru fərqləndir-
məkdir. 1972-ci ildə respublikamızda «Gənc fiziklər» məktəbinin açılış
mərasimindəki çıxışında Xudu Məmmədov bu hekayətə müraciət edərək
dedi ki, əgər ümumdünya cazibə qanunu almanın düşməsinə görə kəşf
olunsa idi, ən çox ehtimalla, İngiltərədə yox, Qubada kəşf olunardı… An-
caq əsas məsələ almanın düşməsində deyil, kimin başına düşməsindədir.
Əsas məsələ bundadır ki, alma düşəndə adam sadəcə başını yanamı çəkir,
yoxsa düşünürmü ki, axı, alma niyə, nə səbəbdən düşür? Bu sual ilk baxış-
dan nə qədər sadə görünsə də, adi şüur hüdudunun keçilməsini tələb edir.
Bu sualın qoyulması məsələyə elmi münasibətin başlanğıcıdır.
2. Elm – biliklərin bir sistem kimi formalaşdığı vaxtdan başlanır.
Yəni elə bir vaxtdan ki, birincisi, bu vaxta qədər toplanmış biliklər yeni əl-
də olunan bilik üçün meyara çevrilir; Artıq qərarlaşmış olan biliklərə uy-
ğun gəlmək, onları tamamlamaq elmiliyin şərti kimi çıxış edir. Yaxud,
ikincisi, mövcud biliklər zəminində daha obyektiv gerçəklikdən yeni fakti-
ki material gözləmədən yeni bilik almaq imkanı yaranır; başqa sözlə, möv-
cud biliklər sistemi özü özünü inkişaf etdirmək keyfiyyəti əldə edir. Elmin
özünüinkişaf sisteminin olması onun müasir dövrdə sinergetik kontekstdə
Elm və elmşünaslıq
217
araşdırılmasını da aktuallaşdırır.
Elm həm də sosial sahədə vahid və bütöv sistem kimi formalaşır. El-
mi biliklər sistemi daha artıq elm hadisəsini tam səciyyələndirmək üçün ki-
fayət etmir. Elm dedikdə bir neçə en kəsiyini; elmi bilik və elmi fəaliyyət
sahələrini, habelə sosial təşkilatlanmaya xidmət edən elmi-bürokratik
qurumları ehtiva edən mürəkkəb qeyri-bircins sistem nəzərdə tutulur.
İstər «elm» sistemi, istərsə də, elmi inkişaf prosesi yalnız son onil-
liklərdə xüsusi tədqiqat predmetinə çevrilmişdir ki, bu da elmin sosial və
iqtisadi rolunun ciddi surətdə artması ilə əlaqədardır. Təbii ki, tədqiqat elə
ilk mərhələdən sistemli xarakter daşıya bilməzdi və buna ehtiyac da olma-
mışdır. Bu sahənin tədqiqinə hər dəfə elmin və elmi inkişafın müxtəlif
cəhətlərini öyrənmək zərurəti yaranarkən, qarşıya çıxan tələblərin konkret
xüsusiyyətlərinə, spesifikasına uyğun olaraq müraciət edilmişdir. Buna gö-
rə də müxtəlif aspektlərdəki tədqiqatlar xeyli dərəcədə rabitəsiz xarakter
daşıyır. Bununla belə, hələ vahid tədqiqat sistemi formalaşmasa da, bu sa-
hədəki elmi işləri bir neçə başlıca tədqiqat istiqamətində qruplaşdırmaq
olar. Elmin tarixi, metodoloji, qnoseoloji, sosioloji, iqtisadi, psixoloji as-
pektlərdəki tədqiqi, həmçinin onun planlaşdırılması və proqnozu problemi-
nin öyrənilməsi – hər biri ayrılıqda nisbi müstəqil tədqiqat sahəsi kimi gö-
türülə bilər. Bu sahələrin öz aralarındakı əlaqə çox zəifdir. Halbuki elm bü-
töv sistem təşkil etdiyindən, onun müxtəlif aspektlərdəki tədqiqi də vahid
terminoloji əsasa malik olmalı, sistemli xarakter daşımalıdır. Ayrı-ayrı təd-
qiqat qollarının ortaq məxrəcə gətirilə bilməsi üçün, vaxtaşırı da olsa, təd-
qiqat predmeti haqqında bütöv təsəvvür əldə edilməsi vacibdir. Bu tələbatı
ödəmək üçün son dövrlərdə elmin müxtəlif istiqamətlərdə öyrənilməsindən
alınan nəticələri vahid tədqiqat sahəsində – elmşünaslıqda birləşdirmək
təşəbbüsü göstərilir.
Müasir dövrdə elmin mahiyyətini və inkişaf qanunauyğunluğunu
müəyyənləşdirmək zərurəti bütün aydınlığı ilə özünü göstərsə də, problem
öz qəti həllini hələ tapmamışdır. Lakin bu sahədə bir sıra konkret nailiy-
yətlər əldə edilmiş, elmin başlıca xüsusiyyətləri, inkişaf meylləri və s. mü-
əyyənləşdirilmişdir.
Sərlövhəsinə görə elmin metodoloji təhlilinə həsr olunmuş əsərlərdə
adətən heç də bütövlükdə «elm» sistemi yox, onun tərkib elementləri, kon-
kret elmi tədqiqat metodları, xüsusi elmi problemlərin fəlsəfi məsələləri
öyrənilir. Bununla yanaşı, metodoloji aspektdəki tədqiqat elmşünaslığın
Elm haqqında elm
218
strukturunda mühüm yer tuta bilər. Lakin təəssüf ki, bu sahələrin əlaqəsi
hələ çox zəifdir.
Elmin sistemli tədqiqində müxtəlif aspektlərdə əldə olunmuş nəticə-
lərin hamısı nəzərə alınmalıdır. Hər bir tədqiqat aspektində elmin müəyyən
cəhətləri öyrənilir ki, bunları bilmədən, onun bütöv mənzərəsini yaratmaq
mümkün deyil.
Sistemli yanaşma elmin mahiyyəti ilə yanaşı, struktur və elementlə-
rinin də müəyyənləşdirilməsini tələb edir. Həm də bu zaman bir yox, iki
cür sistem öyrənilməlidir: əvvəla, «elm» sisteminin özü – onun elementlə-
rindən təşkil olunmuş sistem, ikincisi, elmin bir element, yaxud altsistem
kimi daxil olduğu daha mürəkkəb sistemlər və burada elmin yeri.
Elmin ayrı-ayrı aspektlərdəki tədqiqində bir qayda olaraq onun yal-
nız müəyyən bir cəhəti öyrənilir, elmin bütöv hadisə kimi tədqiqi, onun
makroxassələri və yekun funksiyaları kölgədə qalır. Məsələn, «elmin tarixi
tədqiqi» adı altında adətən elmin tarixi əvəzinə, elmi biliyin və konkret el-
mi kəşflərin tarixi öyrənilir;
2
1
halbuki elmi bilik elm sisteminin tərkib ele-
mentlərindən yalnız biridir. Belə hallarda nəzərə alınmalıdır ki, sistemin və
onun tərkib elementlərinin keçirdiyi keyfiyyət və kəmiyyət dəyişilmələri
zamanca uzlaşmaya da bilər. Məsələn, elmi biliklərin inkişafında inqilabi
çevrilişlər, dünyanın elmi mənzərələrinin əvəzlənməsi və s. hələ sosial
«elm» sisteminin keyfiyyət dəyişikliyi keçirdiyinə dəlalət etmir.
Elmi biliyin tarixi inkişaf yolunun izlənməsi elmin ümumi inkişaf
qanunauyğunluğunun müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyətə malik-
dir. Belə ki, bütöv «elm» sisteminin keçdiyi əsas tarixi mərhələlər yalnız
konkret elmi yaradıcılıq xüsusiyyətlərinin, istifadə edilən elmi idrak me-
todlarının, elmi biliyin toplanma və saxlanma vasitələrinin, informasiya
mübadiləsi və s. cəhətlərin müxtəlif dövrlərdə və müxtəlif ictimai-iqtisadi
şəraitlərdəki vəziyyətlərinə görə müəyyənləşdirilə bilər.
Əgər elmi kəşflər, yeni elmi biliklər xronoloji ardıcıllıqla sıraya dü-
zülərsə, əlbəttə, bu, elmin həqiqi tarixini ifadə edə bilməz. Hər bir yeni
mərhələdə alim üçün önəmli olan ancaq elmin ön cəbhəsidir. Yəni elmi ic-
1
Bax, məs.: Ф.Сабадвари, А. Робинсон. История аналитической химии, М.,
«Мир», 1984; А.Паннекук. История астрономии. М., Наука, 1966; М.Льоцци. История
физики. М., Мир, 1970; Возникновение и развитие химии с древнейших времен до
XVII века. Всеобшая история химии. М., Наука,1983; К.А.Рыбников. Возникновение
и развитие математической науки. М., Просвещение, 1987 və s.
Elm və elmşünaslıq
219
timaiyyət tərəfindən qəbul olunmuş “son həqiqətlər” əsas götürülür. Hal-
buki, hər hansı biliyin elmi ictimaiyyət tərəfindən qəbul olunmasına qədər
keçdiyi təbəddülatlı yolu izləmədən, alternativ fikirlər və versiyalarla tanış
olmadan, gələcək axtarışlar zamanı ortaya çıxan yeni yol ayrıclarında se-
çim etmək çətin ola bilər.
Keçmişdə atılmış, tarixin qaranlığında qalmış bir çox ideyalar gələ-
cəkdə kara gələ bilər. Ona görə ki, hər bir zamanda elmi ictimaiyyətin
qəbul etmədiyi ideyalar əslində iki səbəbdən atılmış olur. Onlar zamanına
görə, ya çox köhnədir, ya da əksinə, zamanını qabaqlayır və dövrün nor-
mal düşüncəsinə sığmır. Bax, bu mənada keçmiş həm də gələcək üçün olan
ideyalar xəzinəsidir.
Zaman heç də yalnız elmin öz daxili məntiqi əsasında axmır. Yəni
dəyişən, yeniləşən ancaq biliklər deyil, dövrün tələbləri, insanların dün-
yagörüşü, sosial sifarişlər də dəyişir. Ona görə də, elmi biliklərin inkişaf
yolu heç də ancaq daxili proses kimi nəzərdən keçirilə bilməz. Elm tarixi
elmin öz sərhədlərindən kənara çıxan bir miqyasda, daha geniş planda öy-
rənilməlidir. Bunun üçün hər bir fənnin sərhədlərini keçərək bütövlükdə
elmin hansı inkişaf mərhələsində olduğunu, daha sonra isə ümumiyyətlə
elmin sərhədlərini keçərək dövrün düşüncə tərzini və üstün dünyagörü-
şünün hal və məqamını nəzərə almaq lazımdır.
Elmin ümumi inkişaf qanunauyğunluğunu açmağa çalışan mütəfək-
kirlər arasında adətən Sen-Simon, O.Kont, H.Spenser, Q.Bokl, C.S.Mill və
s.-in xidmətləri xüsusi qeyd edilir.
2
1
Ən çox diqqətə layiq olan konsepsiya-
lardan biri Kontun “üç mərhələ” qanunu hesab olunur. Onun fikrinə görə,
“bizim hər bir əsas ideyamız hər bir bilik sahəsi ardıcıl olaraq üç nəzəri
haldan keçir: teoloji və ya fiktiv, metafizik və ya mücərrəd, nəhayət, elmi
və ya müsbət hal”.
2
2
Maraqlıdır ki, Kont bu qanunauyğunluğu təkcə ümu-
miyyətlə elmə deyil, hər bir ideyaya da şamil edir. Onun fikrinə görə, elm
inkişaf etdikcə, biliklər əvvəlcə teoloji, sonra isə metafizik elementlərdən
tədricən xilas olur və nəticədə ancaq müsbət biliklər qalır. Bax, beləcə,
pozitivizmin banilərindən sayılan Kont metafizikanı (əslində ümumiyyətlə
fəlsəfəni) inkar etməyə qalxışır. Lakin Kont hələ tam inkarçılıq mövqeyin-
dən çıxış etmir. O, hər halda elmi yaradıcılıq prosesində metafizik düşün-
1
Л.А.Маркова. Наука. История и историография XIX-XX вв. М., Наука, 1987, с. 21.
2
О. Конт. Курс положительной философии. Т. 1, СПб., 1900, с. 4 // Л.А.Маркова.
Наука. История и историография XIX-XX вв., с. 35.
Elm haqqında elm
220
cənin müəyyən dərəcədə iştirakını nəzərə alaraq elmin bir vəzifəsi olaraq
bu kənar təsirdən azad olmaq yollarından danışır. H.Spenser isə elmdə teo-
loji və metafizik düşüncənin hər hansı bir formada iştirakını və rolunu ta-
mamilə inkar edir. Belə çıxır ki, elm ancaq öz daxili potensialı hesabına,
öz təməli üzərində təkamül yolu ilə inkişaf edir. Əlbəttə, Kontun yanaşma-
sı Spenserin yanaşmasına nisbətdə daha məqbuldur. Belə ki, o, həm yara-
dıcı təfəkkürün təməl dairəsini daha geniş götürür, həm də tarixi və sosio-
loji aspektləri nəzərə alır. Amma Kont da elmin fəlsəfə və dinlə yanaşı və
qarşılıqlı əlaqədə inkişafından bəhs etmək əvəzinə, bu üç dünyagörüşü və
təfəkkür formasını qarşılaşdırır, onları tarixi yanaşma əsasında, xronoloji
ardıcıllıqla düzür və elmi ən son, ən üstün və ən “müsbət” (pozitiv) mərhə-
lə kimi təqdim etməyə çalışır.
Təəssüf ki, elmin fəlsəfədən təcrid edilməsi meyli Kont və Spen-
serdən sonra da davam etdirilmiş və neopozitivizmdə, postpozitivizmdə,
tənqidi rasionalizmdə elmin reduksiyası və kənar amillərdən arınması, eli-
minasiyası adı altında ayrı-ayrı elmi məsələlərin təsviri mahiyyət konteks-
tindən və səbəbiyyət zəncirindən çıxarılmış, elmi faktların şaquli müstəvi-
də deyil, ancaq üfüqi müstəvidə struktura daxil edilməsinə üstünlük veril-
mişdir. Məhz problemin dərininə izahından, fəlsəfi qatdan qaçaraq ancaq
faktların təsvirinə üstünlük verildiyi üçün elm çərçivəsinə salınmış dil və
elmi dilin semantikası kimi məsələlər önə keçmişdir. Halbuki, müasir eks-
perimental cihazların və mürəkkəb riyazi əməliyyatların nəticəsi kimi alı-
nan yeni bilikləri səliqə-sahmanla təsvir etmək ancaq “normal elm” hüdu-
dunda fayda verə bilər. Bütün böyük ideyaların, kəşflərin əsasında isə bü-
tövlükdə dünyagörüşünü dəyişən, daha dərin qatlara enərək indiyədək ya-
zılanları təzədən yazmağa vadar edən fəlsəfi yönlü yanaşmalar dayanır.
Təsadüfi deyil ki, A.Koyre Yeni Dövr elminin təməlində duran Qaliley
prinsiplərini elmdə çevrilişdən daha çox, fəlsəfədə çevriliş hesab edir.
Koyre yazır ki, Qalileyin “Dialoqlar”ı elm haqqında kitab olmaqdan daha
çox, bir fəlsəfə kitabıdır. ... Belə ki, astronomik problemin həlli yeni fizi-
kanın strukturundan asılıdır və o da öz növbəsində təbiət haqqında elmin
strukturunda riyaziyyatın yeri məsələsinin həllini tələb edir ki, bu da bir
fəlsəfə məsələsidir.
2
1
1
A.Koyre. Galileo and Plato // Metaphysics and Measurement / Ed. A.Koyre. Harvard,
1968, c. 35.
|