Elm haqqında elm
154
Elmi fəaliyyətin diskret xarakteri tarixi tədqiqat fonunda daha aydın
görünür.
İnkişafının ilk mərhələlərində elm hələ bütöv, qlobal bir xarakter da-
şımırdı. Vahid elm yox idi. Onun əvəzinə elmi fəaliyyətin ayrı-ayrı növlə-
rinin xaotik toplusu mövcud idi. Vahid sosial sistem kimi elm yalnız infor-
masiyanın ötürülməsi üsullarının inkişaf səviyyəsi elmi nailiyyətləri cə-
miyyət miqyasında yaymaq imkanı verdikdən, elmi fəaliyyətlə istehsalatın
tələbləri arasında müntəzəm yekdil əlaqələr yarandıqdan sonra formalaş-
mışdı.
İlk elmi işlər ayrı-ayrı alimlər tərəfindən bir-birindən təcrid olunmuş
formada aparılırdı. Buna görə də elmi fəaliyyət ayrı-ayrı alimlərin
fəaliyyəti şəklində mövcud idi. Elmi fəaliyyətin proseduru bir alim
tərəfindən icra edilirdi. Elmi fəaliyyətin sosial strukturuna görə sadə bir
proseduru elmin tarixi inkişafının ilk mərhələsi üçün səciyyəvi idi. Elmin
sonrakı inkişaf mərhələlərində elmi fəaliyyətin konkret prosedurlarının
həyata keçirilməsi prosesinə getdikcə daha çoxlu sayda elmi işçilər cəlb
edilirdi. Son dövrlərdə alimlərin beynəlxalq əməkdaşlığı sayəsində bu
prosesin ən ümumi miqyasda həyata keçiriləcəyi istisna olunmur.
Miqyasından asılı olmayaraq, elmi fəaliyyətin hər bir dolğun, nisbi
bitkin prosedurunu üç mərhələyə ayırmaq olar:
1) elmi tədqiqat üçün hansısa ibtidai (ilkin) məlumatlar tələb olunur.
Onlar ideal (əvvəlki elmi tədqiqatların nəticələri) və maddi (eksperiment
vasitələri, hesablayıcı maşınlar və b.) şəkildə ola bilər. Başqa sözlə, elmi
fəaliyyətin ilk mərhələsi elmi aparatla tanış olmanı və eksperimentin
hazırlanmasını nəzərdə tutur;
2) ibtidai (ilkin) məlumatlar əsasında sonrakı tədqiqat aparılır. Bu
tədqiqat həm nəzəri, həm də eksperimental xarakterli ola bilir. Elmi fəa-
liyyətin bu mərhələsi bir elmi işçi və ya, yuxarıda qeyd etdiyimiz kimi,
qrup tərəfindən həyata keçirilə bilər. Hər bir konkret halda elmi tədqiqat
müəyyən nəticəni əldə edənədək davam edir;
3) hər bir ayrıca halqanın başa çatdırılması üçün əldə olunmuş nəticə
nəşr edilməli və elmin özündə və ya digər fəaliyyət sferalarında tətbiq
olunmalıdır. Əks təqdirdə əldə olunmuş nəticə elmə çıxışı olmadığına, icti-
yeni bir biliyi əldə etmək deyil. Bu bilik, bir tərəfdən, elmi fəaliyyətin növbəti
prosedurunun başlanğıcıdırsa, digər tərəfdən, praktiki tətbiqin əsası ola bilir.
Elm və onun inkişaf yolu
155
mailəşdirilmədiyinə görə, öz mənasını itirir.
Elmi fəaliyyətin bu mərhələlərindən hər birinin öz strukturu var.
Lakin “elm” sistemi haqqında elementar təsəvvürləri əldə etmək üçün
onları ayrılıqda təhlil etməyə ehtiyac yoxdur.
Fikrimizcə, elmin tarixi məhz elmi fəaliyyətin tam dövrənin ilk dəfə
realizə olunduğu vaxtdan başlayır. Elmi fəaliyyətin ayrı-ayrı elementləri,
hissələri hələ eramızdan əvvəl həyata keçirilsə də, əldə edilmiş biliklər o
zaman praktika ilə qovuşmurdu. Elmi fəaliyyətin tam dövrəsi tamamlan-
mırdı. “XVIII əsr əvvəlki tarixin dağınıq şəkildə, təsadüf formasında
mövcud olan bütün nəticələrini bir yerə yığıb onların daxildən bir-birinə
çəlpəşməsinin zəruri olduğunu göstərdi. İdrakın saysız-hesabsız xaotik mə-
lumatları nizama salınıb səbəbiyyət əlaqəsinə gətirildi; bilik elmə çevrildi
və elmlər bir tərəfdən fəlsəfə, digər tərəfdən də praktika ilə qovuşaraq bit-
kinliyə yaxınlaşdı”
1
1
.
Elmin inkişaf səviyyəsi bu və ya digər tarixi mərhələdə elmi fəaliy-
yətin xarakteri, elmi idrakın metodları, biliyin toplanması və saxlanması
metodları, informasiyanın ötürülməsi üsulları və s. ilə şərtlənir.
Yuxarıda qeyd etdiyimiz kimi, elmin inkişafında ilk əsas mərhələ
bütövlükdə cəmiyyət çərçivəsində vahid elmin formalaşması mərhələsidir.
Elmin inkişafında keyfiyyətcə ikinci əsas irəliləyiş elmi biliyin vəhdətinə
nail olmaq səyləri olmuşdur. Empirik elmdən nəzəri elmə tarixi keçid
məhz bu proses sayəsində baş vermişdi. F.Engels yazırdı: “Empirik təbiət-
şünaslıq o dərəcə böyük miqdarda müsbət material toplamışdır ki, hər bir
ayrıca tədqiqat sahəsində bu materialı sistematik və öz daxili əlaqəsinə uy-
ğun surətdə qaydaya salmaq lap qəti bir zərurət olmuşdur. Habelə ayrı-ayrı
bilik sahələri arasında düzgün əlaqə yaratmaq da eyni dərəcə zəruri bir
vəzifə olmaqdadır. Lakin təbiətşünaslıq bu işlə məşğul olduqda nəzəriyyə
sahəsinə girmiş olur...”
1
2
Öz növbəsində elmin nəzəri səviyyəsinin meydana gəlməsi elmlərin
inteqrasiyasına səbəb olurdu.
Beləliklə, elmi fəaliyyətin sosial və məntiqi-qnoseoloji rakurslarını
nəzərə alaraq onun strukturunun təhlili elm sisteminin dinamik təbiətini
1
Маркс К., Энгельс Ф. Соч. т.1. s. 599.
2
Engels F.Təbiətin dialektikası. B., 1966. s.25
Elm haqqında elm
156
aşkar etmək, habelə onun tarixi inkişafındakı əsas keyfiyyət mərhələlərini
müəyyən etmək imkanı verir.
Elm və onun inkişaf yolu
157
Elmlərin təsnifatı
Elmlərin təsnifatı və onun təşkilatlanması prosesi sıx surətdə əlaqə-
dardır. Belə ki, elm vahid, bütöv koqnitiv sistem kimi formalaşmadığına və
bir çox xüsusi elmləri, fənləri, ixtisasları tədqiqat istiqamətlərini özündə
birləşdirdiyinə görə və bu sahələr arasında hələ kifayət dərəcədə məsafə
olduğuna görə, əvvəlcə onların hər birinin ayrılıqda strukturlaşmasına və
institutlaşmasına ehtiyac olur. Təbii ki, bir kimyaçının ədəbiyyatçı və ya
astronomların işindən xəbər tutmasına ehtiyac olmaya da bilər. Amma
onun kimyaçıların hazırda nə ilə məşğul olduğunu, hansı problemlərin
gündəmdə olduğunu bilməsi tələb olunur. Xüsusən, özünün tədqiqat apar-
dığı dar ixtisas sahəsində bütün dünya miqyasında görülən işlərdən xəbər-
dar olması şərtdir. Yəni o, virtual şəkildə də olsa həmin ixtisas üzrə alimlər
birliyinin üzvü olmalıdır. Hər bir yeni elmi nəticə müvafiq sahədəki bilik-
lər sisteminə daxil edilməli və bu birlik daxilində hamının ümumi sərvəti-
nə çevrilməlidir. Əslində söhbət elmlərin və ya fənlərin, ixtisasların koqni-
tiv institutlaşması prosesindən gedir. Lakin bu proses gec-tez müvafiq so-
sial institutlaşma ilə tamamlanmalıdır. Çünki elmi məzmun müstəvisində
kommunikasiyanın təmin edilməsi üçün hər hansı problem və ya ixtisas
üzrə mütəxəssisləri formal surətdə birləşdirən və onların əlaqəsini təmin
edən sosial vasitələr olmalıdır. Alimlər adətən müəyyən bir jurnal ətrafında
birləşir. Dünya miqyasında eyni ixtisas üzrə bir neçə jurnal çap olunursa
onların hamısı birləşdirici amil kimi çıxış edir. Bundan başqa elm və ixti-
sas sahələri üzrə assosiasiyalar, ictimai təşkilatlar, dərnəklər, seminarlar da
bu funksiyaya xidmət edir. Amma ən vacib olan və daha sıx birliyin təmin
olunmasına xidmət edən müvafiq ixtisas üzrə fakültələr, kafedralar, labora-
toriyalardır. Keçmiş SSRİ-dən qalan ənənəni davam etdirən bəzi ölkələrdə
Elmlər Akademiyaları və müvafiq institutlar, bölmələr fəaliyyət göstərir
ki, əslində bunlar müvafiq ixtisas sahələri üzrə alimlərin daha sıx surətdə
Elm haqqında elm
158
təmərküzləşməsinə imkan yaradır. Amma bir ölkə daxilində sıx birləşmək
yetərli olmur. Ona görə də elmi institutlaşma beynəlxalq miqyasda həyata
keçməli, bütün dünyadakı müvafiq institutlar, fakültələr və kafedralarla
əlaqə yaradılmalıdır. Bu problemə təhlil edən R.Uitli diqqəti koqnitiv insti-
tutlaşma ilə sosial institutlaşma arasında əlaqəyə yönəldir. Onun fikrinə
görə, sosial təşkilatlanma olmasa alimlər öz aralarında elmi informasiya
mübadiləsi apara bilməsələr elmin koqnitiv müstəvidə institutlaşması və
müstəqil fənlərin yaranması da mümkün deyil.
1
1
Uitli belə hesab edir ki,
Kun hər bir elmdə vahid bir paradiqmanın olduğunu iddia etsə də, əslində
fərqli koqnitiv strukturlar mövcud olur və onlar arasında eninə və dərininə
əlaqələr yaranır. Yəni müxtəlif struktur səviyyələrindən danışmaq müm-
kündür.
1
2
Lakin elmin fənlərə ayrılması və hər fənnin öz daxili bölgüsü çox
şərti və bəzən mübahisəli olduğu kimi, sosial institutlaşma və təşkilati for-
ma məsələlərində də uyğun problemlər yaranır. Əslində vahid dəyişməz
təsnifat aparıla bilməz, çünki elmin daxili dinamikası buna imkan vermir.
Zaman keçdikcə bəzi ixtisas sahələri arxa plana keçir və yeniləri yaranır.
Bu proses müxtəlif bilik sahələrinin yaxınlaşması və kəsişmə bölgəsində
yeni problemlərin üzə çıxması sayəsində həyata keçə bildiyi kimi, eyni bir
sahənin nəzəri və tətbiqi səviyyələri arasında körpü atılması sayəsində də
həyata keçə bilər. Məsələn, psixiatriyanın nisbi müstəqil şəkildə institutlaş-
masını M.Fuko belə təsvir edir: “Qərarlaşdığı dövrdə, yəni XVIII əsrin
sonu - XIX əsrin əvvəllərində psixiatriya ümumi təbabətin ixtisaslaşmış
sahəsi deyildi. XIX əsrin əvvəllərində, elə sonralar da, bəlkə lap XX əsrin
ortalarınadək psixiatriya tibbi biliyin və ya nəzəriyyənin xüsusi bir sahə-
sindən çox, ictimai gigiyena sahəsi kimi fəaliyyət göstərirdi. Təbabətin bir
bölməsinə çevrilməzdən əvvəl, psixiatriya sosial müdafiə, xəstəlik və ya
xəstəliklə birbaşa, ya da dolayı surətdə bağlı olan hadisələr üzündən
cəmiyyətin qarşılaşa biləcəyi hər hansı bir təhlükədən müdafiə sahəsi kimi
institutlaşmışdır. Psixiatriya bir növ sosial profilaktika, bütövlükdə ictimai
bədənin gigiyenası kimi institutlaşırdı”.
1
3
M.Fuko psixiatriyanın elm kimi
formalaşmaq yolunda bu sahədə elmi jurnal nəşr olunmasını mühüm bir
1
Whitley R. Cognitive and social institutionalization of scientific and research areas. –
In: Social Process of Scientific Development. Ed. By R. Whitley. London., 1974, p. 69-95.
2
Yenə orada, səh. 71.
3
М.Фуко. Ненормальные. СПб., Наука, 2005, с. 149.
Elm və onun inkişaf yolu
159
mərhələ kimi qeyd edir. O, yazır ki, psixiatriyanın əsaslı tibbi bilik sahəsi
kimi formalaşması və elmi instituta çevrilməsi üçün bir tərəfdən onun
predmetinin, yəni əqli xəstəliklərin müəyyənləşdirilməsi, digər tərəfdən də,
müvafiq sosial təşkilatlanma tələb olunur.
1
1
Eyni bir predmetin müxtəlif elmlərin tədqiqat obyektinə çevrilməsi
düyün nöqtəsində sıxlığın artmasına gətirir. Sanki bir mənzərə fərqli dillər-
də və ya müxtəlif sənət vasitələri ilə təsvir olunur. Eyni bir hadisə haqqın-
da rəssamın, bəstəkarın və şairin yaratdığı təəssüratların toplanmasından
əldə edilən yekun təsəvvür heç də daha mükəmməl olmayıb, əslində eklek-
tik səciyyə daşıyır; yəni onun vahid ahəngi yoxdur. Ona görə də, qarşıda
duran vəzifə hər üç təsvir üslubunu və ya hər üç dili ehtiva edən universal
bir modelin yaradılmasından ibarət olur. İnsanın idrak fəaliyyəti eyni vaxt-
da psixologiyanın, qnoseologiyanın və neyrofiziologiyanın predmeti ol-
maqla bərabər, sanki onun kənardakı bir modelini, süni intellekti öyrənən
informatika və kibernetikanın da predmeti olur. Bu fərqli elm sahələri nə-
inki vahid bir elmdə birləşmir, əksinə, birləşmə yerində, düyün nöqtəsində
yeni bir elm sahəsinin yaranma tendensiyası hiss olunur. Pensilvaniya Uni-
versitetinin professoru Gary Hatfield bunu “beyin haqqında yeni elm”
1
2
,
Dr. Brian L.Keeley isə neyroetologiya
1
3
adlandırır. V.F.Venda isə təbii və
süni intellekti bir müstəvidə öyrənən elmin predmetini “hibrid intellekt”
termini ilə ifadə edir.
1
4
Bir sözlə, intellekt özü intellektin predmeti kimi,
çoxşaxəli bir problem kimi çoxlu müxtəlif fənlərin kəsişmə nöqtəsində da-
yanaraq elmin düyünlərindən birinə çevrilmişdir. İndi bu düyündən
haçalanan yeni fənlərin kontekstində müvafiq olaraq intellektin intensivli-
yini ölçmək üçün İQ, emosional intellektin səviyyəsini ölçmək üçün EQ və
yaradıcı intellektuallığın qiymətləndirilməsi üçün CQ testləri hazırlanır.
1
5
Yəni intellekt hər dəfə bir rakursda və ya fərqli kəsişmə nöqtələrində nə-
zərdən keçirilir. Kibernetikanın əsasını qoyan N.Viner elə kitabının adın-
daca həm maşınların, həm də canlıların idarə olunması sistemini əhatə
1
Yenə orada, s. 149-150.
2
G. Hatfield. The Brain’s “New” Science: Psychology, Neuropsychology and
Constraint // Philosophy of Science, 2000, suppl. to vol. 67, Num. 3.
3
Brian L.Keeley. Neuroethology and the Philosophy of Cognitive Science // Philosophy
of Science, 2000, suppl. to vol. 67, Num. 3.
4
В.Ф.Венда. Системы гибридного интелекта: Эволюция, психология, информатика.
М., Машиностроение, 1990.
5
Г.Алдер. CQ или мускулы творческого интеллекта, М., Гранд, 2004, с. 17.
Elm haqqında elm
160
edir.
1
1
Kibernetikanın digər elmlərlə əlaqələri və əlaqədən yaranan yeni
tədqiqat istiqamətləri indi də geniş planda tədqiq olunmaqdadır.
1
2
Ənənəvi elmlər, fizika, kimya, biologiya və s.-in predmeti çox geniş
sahələri əhatə edir. Amma zaman keçdikcə, elmlər diferensiallaşır, bu-
daqlar şaxələnir, sahələr daralır. Müəyyən problemlər aktuallaşır və onların
tədqiqi üçün kifayət qədər alimlər qrupu cəmləşir, müvafiq institutlaşma,
sosial təşkilatlanmalar gedir. Digər tərəfdən də, elmlərin kəsişmə nöqtələ-
rində problemlər üzrə tədqiqat mərkəzləri yaranır. Biz yuxarıda “intellekt”
mövzusunu belə fənlərarası bir problem kimi nəzərdən keçirdik. Eləcə də,
“insan” bir bütöv obyekt kimi müxtəlif elmlərin predmetinə daxil olur, in-
sanşünaslıq mərkəzləri yaranır.
İnsan fenomenini bir küll halında öyrən-
mək cəhdləri göstərilir.
1
3
Lakin insan haqqında biliklərin bir yerə cəmlən-
məsi hələ bütöv fənnin formalaşması deyil. Bu cür məcmuələr olsa-olsa
kollektiv monoqrafiya
1
4
, toplu
1
5
, lüğət və ya ensiklopediya
1
6
halında olur.
İnsanın ayrı-ayrı rakurslarda deyil, bütövlükdə, vahid funksional bir sistem
kimi nəzərdən keçirilməsi nəticə etibarilə yeni bir fənnin yaranmasına gə-
1
Н.Винер. Кибернетика или управление и связь в животном и машине. М., Наука,
1983.
2
Bax, məs.: А.В.Брушлинский. Психология мышления и кибернетика. М.,
«Мысль», 1970; В.Н.Пушкин. Психология и кибернетика. М., «Педагогика», 1971;
«Искуственный интеллект» и психология. М., «Мысль», 1976; Д.И.Дубровский. Ин-
формация, сознание, мозг. М., Высш. школа, 1980; В.Ю.Крылов, Ю.И.Морозов.
Кибернетические модели и психология. М.. Наука, 1984; М.А.Холодная. Психология
интеллекта. СПб., «Питер», 2002.
3
Bax, məs.: Т. де Шарден. Феномен человека. М., Наука, 1987; М.Шелер. Положе-
ние человека в Космосе // Проблема человека в западной философии. М., «Прогресс»,
1988; А.Печчеи. Человеческие качества. М., «Прогресс», 1985; В.Франкл. Человек в
поисках смысла. М., «Прогресс», 1990; Н.Моисеев. Человек и ноосфера. М., Мол.
гвардия. 1990; В.П.Казначеев, Е.А.Спирин. Космопланетарный феномен человека:
проблемы комплексного изучения. Новосибирск, Наука, 1991; В.Дильтей. Воззрение
на мир и исследование человека со времен Возрождения и Реформации. М.-Иеруса-
лим, Унив. книга Gesharim, 2000; Ч.Х.Кули. Человеческая природа и социальный по-
рядок. М., Идея-пресс, 2000; Д.Дьюи. Проблемы человека // Реконструкция филосо-
фии. Проблемы человека. М., Республика, 2003 və s.
4
Bax, məs.: Человек и его бытие как проблема современной философии. М.,
Наука, 1978; Человек в системе наук. Отв. ред. И.Т.Фролов. М., Наука, 1989.
5
Проблема человека в западной философии. М., «Прогресс», 1988; Человек:
Мыслители прошлого и настоящего о его жизни, смерти и бессмертии. Древний мир
– эпоха Просвещения. М., Политиздат, 1991.
6
Bax, məs.: Ю.Г.Волков, В.С.Поликарпов. Человек: Энциклопедический словарь.
М., Гардарики, 2000.
Elm və onun inkişaf yolu
161
tirə bilərdi. V.A.Lektorski yazır: “Elmlər sistemi içərisində insan proble-
mindən danışarkən etiraf etmək lazımdır ki, insan haqqında vahid termin
hələ yoxdur; olsa-olsa mozaik, bir-birilə heç də həmişə əlaqələnməyən təd-
qiqatlardan söhbət gedə bilər. Biz hələ indi-indi üzərində insan haqqında
gələcək elmi qurmaq üçün vahid ümumi əsaslar yaratmağa cəhd göstəri-
rik”.
1
1
Doğrudan da, bu sahədəki elmi tədqiqatların inkişaf dinamikasının
izlənməsi göstərir ki, sistem bütövləşmədən parçalanır. “Şəxsiyyət” prob-
lemi ayrılaraq fəlsəfə, sosiologiya və psixologiyanın kəsişmə xəttində nisbi
müstəqillik kəsb edir.
1
2
Amma bu sahə də bütövləşmədən parçalanır və
bəzi istiqamətlər, məsələn, “şəxsiyyətin psixologiyası”, nisbi müstəqil
fənn, yaxud Lakatosun termini ilə desək, tədqiqat proqramı kimi
formalaşır.
1
3
Antropologiya artıq çoxdandır ki, müstəqil bir fənnə çevrilmiş və
hətta onun öz daxili tədqiqat istiqamətləri də nisbi müstəqillik əldə etmiş-
dir. Düzdür, indi insanı cəmiyyət və mədəniyyət rakurslarında nəzərdən
keçirən sahələr sosial-kulturoloji antropologiya fənnində birləşir. İnsanı
fiziki varlıq kimi öyrənən sahələr – fiziki antropologiyada, daha geniş
planda, ruh və bədənin vəhdəti kimi öyrənən sahə isə – fəlsəfi antropologi-
ya adlanır. Amma bu sahələr özü də bir tərəfdən, təmərküzləşərək vahid
antropologiya elmini təşkil etsə də, bu düyündən daha geniş şəbəkəli bu-
daqlanma gedir və çoxlu sayda konkret antropoloji fənlər yaranır: linqvis-
tik, koqnitiv, tarixi, iqtisadi, siyasi, hüquqi və s. antropologiyalar.
1
4
Düzdür,
Azərbaycanda və azərbaycanlı oxucuların bələd olduğu Rusiya mətbuatın-
da sosial (kulturoloji) antropologiyaya aid məsələlər əsasən “kulturologi-
ya” adı altında araşdırılır, amma son vaxtlarda dünyada qəbul olunmuş
təsnifata uyğun olaraq antropologiya terminindən də istifadə olunur və bu
1
В.А.Лекторский. Человек как проблема единого исследования // Человек в
системе наук. Отв. ред. И.Т.Фролов. М., Наука, 1989.
2
Э.В.Ильенков. Что же такое личность? // С чего начинается личность. М., Полит-
издат, 1983; В.И.Толстых. Человек человечества // С чего начинается личность. М.,
Политиздат, 1983; Л.Хьелл, Д.Зиглер. Теории личности. СПб., «Питер», 1997;
К.С.Холл, Г.Линдсей. Теории личности. М., «КСП+», 1997; Психология личности. В
2-х томах. Самара, Изд. Дом. «Бахрах», 1999.
3
Д.Фейдимен, Р.Фрейгер. Теория и практика личностно-ориентированной психо-
логии. Сост.: Р.Р.Кашапов. М.,. 1995 Г.Айзенк. Структура личности. М., «КСП+»,
1999; В.Райх. Анализ личности. М., «КСП+», 1999.
4
U
unesdoc.unesco.org/images/0008/000829/082946eb.pdf
H
Elm haqqında elm
162
adda kitablar da yazılır.
1
1
Yaxud təhsil sisteminin cəmiyyətdə yerinin və özünəməxsus
funksiyalarının öyrənilməsi sosial fəlsəfənin və sosiologiyanın predmetinə
aiddir. Təhsil sistemində idarəetmə məsələləri menecmentin sahələrindən
biridir. Təhsilin maddi-texniki baza ilə təmin olunması, təhsil müəssisələri-
nin infrastrukturunun formalaşdırılması, təhsilin maliyyələşdirilməsi və s.
bu kimi problemlər də əslində iqtisadiyyatın predmetinə daxildir.
Beləliklə, təhsilin fəlsəfəsi, təhsilin sosiologiyası, təhsil menecmen-
ti, təhsilin iqtisadiyyatı və s. bu kimi nisbi müstəqil tədqiqat sahələri for-
malaşır ki, bunlar da müstəqil bir elm olmayaraq fəlsəfə, sosiologiya,
menecment və iqtisadiyyat fənlərinin strukturuna daxildir. Lakin bütün bu
tədqiqatlar başqa bir en kəsiyində, məhz təhsil ön plana çəkildiyi təqdirdə,
nisbi müstəqil bir fənnin – təhsilşünaslığın tərkib hissələri kimi də
nəzərdən keçirilə bilər.
Elmin özü də müxtəlif fənlərin, tədqiqat istiqamətlərinin kəsişmə sa-
həsindəki düyünlərdən biridir. Biz elmin tarixi, sosiologiyası, iqtisadiyyatı,
metodologiyası, fəlsəfi və epistemoloji rakursları haqqında artıq danışmı-
şıq. Hətta məhz elmin tədqiqi ilə əlaqədar yaranmış yeni sahələrdən bəhs
etmişik. Bu da “elm” hadisəsinin özünün də bir düyün halına gəldiyinə də-
lalət edir. Ümumiyyətlə, hər bir anlayış müəyyən bir konsepsiya hüdudun-
da istiqaməti və yönü bəlli olan vektorial kəmiyyətdir. Başqa konsepsiyala
daxil olduqda onun istiqaməti mütləq dəyişməlidir. Yəni anlayışın daşıdığı
informasiya onun modulunu, kontekstlə əlaqəsi isə istiqamətini müəyyən
edir. Konkret bir təlimin tərkibində daxil olduğu əlaqələr sistemi anlayışı
müəyyən bucaq altında yönəltdiyindən, bir kontekstdə işlənən eyni (eyni-
mi?) bir anlayış başqa kontekstdə yenidən yönləndirilməlidir. Bu, yüklü
zərrəciyin daxil olduğu sahənin intensivliyinə və istiqamətinə uyğun olaraq
köklənməsini xatırladır.
İstənilən əhəmiyyətli bir hadisə və müvafiq anlayış elmin inkişafının
müəyyən mərhələsində problemə – düyünə çevrilə bilər və bu düyünün ye-
tişməsindən yeni tədqiqat istiqamətləri yarana bilər. Yəni hər bir anlayış
1
Bax, məs.: В.Феллер. Введение в историческую антропологию. Опыт решения
логической проблемы философии истории. М., КНОРУС, 2005; Э.А.Орлова. Культур-
ная (социальная) антропология. М., Академический проект, 2004; C/Wulf. Tarihsel
Kültürel Antropoloji. Ankara, Dipnot, 2004; Л.Вольтман. Политическая антропология.
М., Белые альвы, 2000.
|