Bilik – Elm – Bilik
37
arasındakı əkslikliyə yönəldir: «Fəlsəfə dəyişməz, əbədi olanı, özlüyündə
mövcudatı dərk etmək istəyir; onun məqsədi – həqiqətdir. Tarix isə nə
vaxtsa mövcud olmuş, başqa bir vaxtda isə sıradan çıxmış və yeri başqaları
tərəfindən tutulmuş olanlardan danışır. Əgər biz bundan çıxış ediriksə ki,
həqiqət əbədidir, onda o keçici olanların sırasına daxil olmur və deməli,
onun tarixi yoxdur. Amma əgər onun tarixi varsa, tarix ancaq idrakın
keçmiş obrazlarının təsviri olduğundan, burada həqiqəti tapmaq mümkün
deyil, belə ki, həqiqət ötəri, keçmiş ola bilməz».
2
1
Tarix artıq baş vermiş hadisələri «öyrənir», daha doğrusu, təsvir
edir. Başqa sözlə, tarix hadisələrin gerçək gedişatının (gerçəkliyin) surəti,
təsviridir. Əlbəttə, tarixçi baş vermiş hadisələrin sadəcə şəklini çəkmir, çə-
kə də bilməz. Çünki tarix indi yaşadığımız həyatın deyil, nə vaxtsa keçmiş-
də yaşanmış bir həyatın restavrasiyası cəhdidir.
Aristotel mövcudatın iki halını fərqləndirir: imkan halında olan var-
lıq və gerçəkləşmiş varlıq.
2
2
Başqa sözlə, söhbət potensial və aktual möv-
cudatdan gedir. Hansı isə ideya konkret dövrün və şəraitin tələbi ilə
gerçəkləşirsə, öz maddi təcəssümünü tapırsa və elmi-terminoloji simvolika
ilə ifadə olunursa, – o artıq tarixə düşmüş olur. Amma tarixi şəraitin
dəyişməsi ilə həmin imkanın (ideyanın, planın) sıradan çıxması da
mümkündür, hər bir yeni şəraitdə yaşarlı olması və yenidən realizasiya
imkanını saxlaması da.
Kuno Fişer də diqqəti fəlsəfə ilə tarix arasındakı əksliyə yönəldir:
«Tarix və fəlsəfə anlayışları arasında belə bir əkslik vardır: tarix hadisələ-
rin zamana görə varisliyi olmadan təsəvvür edilə bilməz, fəlsəfə isə həqi-
qətin dərki üzərində qurulur ki, həqiqət də ancaq şeylə tam uyğunluq halın-
da olan təsəvvürdən ibarətdir. Burada iki imkan vardır: təsəvvür şeyə ya
uyğundur, ya da uyğun deyil. Birinci halda təsəvvür həqiqi, ikinci halda
yanlışdır. Həqiqət ancaq birdir, o hadisələrin zamana görə varisliyini ifadə
etmir və deməli onun tarixi də yoxdur».
2
3
Tarix zəruri və ya təsadüfi olmasının fərqinə varmadan, artıq baş
vermiş hadisələrdən bəhs edir.
1
Г.В.Ф.Гегель. Лекции по истории философии. Книга первая. Санкт-Петербург,
Наука, 2001, с. 74.
2
Аристотель. Метафизика. (1045а 30), с.232.
3
Куно Фишер. История философии как наука // История Новой философии;
Декарт: его жизнь, сочинения и учение. – СПб.: Мифрил, 1994, с.4.
Elm haqqında elm
38
Elm nisbi zəruri hadisələri, yəni müəyyən şərtlər daxilində baş ver-
məli olan hadisələri, başqa sözlə səbəb-nəticə münasibətlərini öyrənir.
Fəlsəfə varlığın dəyişməyən qatlarını, dəyişkənlik görüntüsü arxa-
sındakı sabitliyi öyrənir.
Tarix dəyişiklikləri, elm dəyişmənin qanunauyğunluqlarını, fəlsəfə
sabit qalanları əks etdirir.
Fəlsəfə dünyanı zaman və məkan xaricində öyrənir. Zaman və mə-
kan müəyyənliyi isə tarixin tələbidir. Elmdə tarixi zaman prosessual za-
manla – müddətlə əvəz olunur. Elm müstəvisində zaman münasibətləri –
səbəbiyyət, məkan münasibətləri – komparativlik və qarşılıqlı təsir şəklin-
də ortaya çıxır.
Tarix təkcələr (hadisələr), elm ümumilər arasındakı münasibəti öy-
rənir. Fəlsəfə isə ən ümumilər (universalilər) arasındakı münasibətləri öy-
rənməklə yanaşı, tarixin özünü də ümumilər müstəvisində nəzərdən keçi-
rir. İnsan da, bəşəriyyət də əbədi ideya dünyasının sakinlərinə çevriləndə
fəlsəfənin predmetinə daxil olurlar.
Tarix olanı, elm ola biləni, fəlsəfə olmalı olanı öyrənir. Elm gerçək
dünyanı təsvir və izah edir, fəlsəfə əsl (həqiqi) dünyanı təsəvvür etməyə
çalışır. Elm insanın barışmalı olduğu reallığı, fəlsəfə insanın yüksəlməli ol-
duğu idealı ifadə edir.
Tarix hafizəni, elm real dünyanı, incəsənət romantik, fəlsəfə ideal
(həqiqi) dünyanı öyrənir.
Elm soyuq ağlın, tarix isidilmiş xatirələrin, fəlsəfə yanar zəkanın
məhsuludur.
Tarix nasiranə, elm soyuqqanlı, fəlsəfə poetikdir.
Tarix hadisələr səviyyəsində qərar tutur, elm hadisələrdən mahiyyə-
tə doğru gedir, fəlsəfə isə mahiyyətdən başlayır.
Dünyanı dərk etmək üçün elm, dünyanı duymaq üçün poeziya, incə-
sənət var. Fəlsəfə isə duyğulu idrakdan və poetik səviyyəyə qalxmış elm-
dən yaranır.
Tarix fəlsəfə ilə əks qütb təşkil edir. Fəlsəfə ilə tarixin arasında çox
geniş bir fikir sahəsi dayanır ki, elmi və bədii təfəkkür də bura daxildir.
Son dövrlərdə ictimai inkişafın nəticəsi olaraq cəmiyyətin kəsb etdi-
yi yeni keyfiyyət halını səciyyələndirmək üçün elmin bu və ya digər törə-
məsi önə çəkilir. Ya “informasiya cəmiyyətindən”, ya “bilik cəmiyyətin-
dən”, ya innovasiya dövründən, ya intellektual elitanın prioritetliyindən
Bilik – Elm – Bilik
39
söhbət açılır. Bütün bunlar əslində yeni ictimai inkişaf mərhələsinin ma-
hiyyətini dərk etmək və onu rəmzləşmiş şəkildə ifadə etmək təşəbbüsləri-
dir. İnformasiya da, bilik də tarixin lap ilk dövrlərindən başlayaraq insan
həyatının ayrılmaz tərkib hissəsi və cəmiyyətin əsas hərəkətverici qüvvələ-
rindən biri olmuşdur.
Antik dövrdə “bilik” anlayışı çox vaxt “rəy” və ya “münasibət”, “tə-
əssürat” anlayışları ilə müqayisə olunmuşdur. Yəni müəyyən bir hadisə
haqqında hər hansı bir məlumat, təəssürat və ya rəy hələ bilik hesab olun-
murdu. Bu məsələ özünün klassik təhlilini Platonun “Menon” və «Teetet»
əsərlərində tapmışdır. Burada biliyin həqiqiliyi, xeyirli və ya ziyanlı olması
və s. bu kimi fundamental məsələlər müzakirə olunur. Amma hələ elmi və
qeyri-elmi bilik bölgüsü aparılmır.
Bu problem orta əsrlərdə də filosofların əsas müzakirə mövzuların-
dan olmuşdur. İslam Şərqinin böyük filosofu və alimi Əbu Nəsr Fərabi bi-
liklərin və elmlərin təsnifatına dair tədqiqat aparmaqla yanaşı, Platonun bi-
lik haqqında baxışlarını da təhlil etmişdir. Fərabinin Platonu «Teetet» əsə-
rində biliyi tədqiq edir və bilik insan üçün ən ali məqsəd hesab olunur.
Fərabi Platonu Protaqorla müqayisə edir və göstərir ki, Protaqora görə, in-
san ətrafdakı şeylər haqqında biliklər əldə edə bilməz: o, ancaq anadangəl-
mə biliklərə malikdir.
2
1
(Əslində Fərabinin Protaqoru da elə Platondur, çün-
ki Platon öz əsərlərindəki iştirakçıların dilindən təkcə onların ona bəlli
olan mövqeyini yox, həm də öz mövqeyini ifadə edirdi.) Platon özünün
«Protaqor» əsərində bu məsələni təhlil edərkən iştirakçı tərəfin mövqeyi
olaraq göstərir ki, öyrənmə, təlim, tədqiqat doğrudan da fayda vermir və
düzgün biliklərə gətirmir. Lakin bu mövqeyə cavab kimi göstərir ki, tədqi-
qat elə məhz bilikləri əldə etmək üçündür. Bu mövqe «Menon» əsərində də
davam etdirilir.
2
2
Maraqlıdır ki, hələ o dövrdə Platon bilikləri təkcə idrak müstəvisin-
də deyil, həm də fəzilət və fayda müstəvisində nəzərdən keçirirdi. Bu
yanaşma iki min üç yüz il sonra praqmatizm fəlsəfəsində yenidən gündəmə
gəlir. Bir fərqlə ki, Platon insanların faydalı və xeyirli hesab etdikləri ilə
həqiqətdə faydalı və xeyirli olanı fərqləndirirdi. Çünki ictimai rəy zərurəti
1
Аль-Фараби. Историко-философские трактаты, с. 109.
2
Bax: Платон. Собрание сочинений в 4-х томах. Том 1, М., «Мысль», 1990.
Протагор (с. 418-476. Менон (с. 575-612); Аль-Фараби. Историко-философские
трактаты, с. 110-111.
Elm haqqında elm
40
və həqiqəti ifadə etməyə də bilərdi və Platona görə bir qayda olaraq belə
də olurdu. Fərabi bu mövqeyə şərh verərək faydalı və sərfəlini fərqləndirir.
Fərabiyə görə, faydalı (Xeyir) zəruri ola bilər, sərfəli isə heç də həmişə
zəruri və müsbət bir şey olmur.
2
1
Filosofu başqa sənət sahiblərindən fərqləndirən odur ki, o, şərti-fayda-
lı şeylərlə həqiqətən faydalı olan zəruri-faydalı şeylər arasındakı fərqi üzə çı-
xarır. «Pir» əsərində o, zəruri biliklərin aşkarlanmasını fəlsəfənin əsas vəzi-
fələrindən biri kimi təqdim edir. Digər sənət sahələrində isə biliklər şərti xa-
rakter daşıyır. Məsələn, «İon» əsərində göstərdiyi kimi, poeziyanın verdiyi
biliklər həqiqətdən uzaq olduğuna görə nəyinki fayda vermir, əksinə, məq-
səddən uzaqlaşdırır.
Fərabi isə zəruri bilikləri deyil, zəruri mövcudatı önə çəkir. O, «ət-
T‘əliqat» əsərində yazır: «Müdriklik – həqiqi varlığın dərkidir, həqiqi var-
lıq isə özü-özlüyündə zəruri mövcudatdır. Filosof məhz özü-özlüyündə Zə-
ruri haqqında kamil biliyi olandır».
3
2
Bu məsələdə Platonla Fərabi arasında
eyniyyət məqamı həqiqi, zəruri olanın önə çəkilməsidir. Fərq isə bundan
ibarətdir ki, Platon həqiqi varlıq və zəruri mövcudluq dedikdə ideyanı, Fə-
rabi isə Allahı nəzərdə tutur. Fərabiyə görə, «Birincidən başqa həqiqi filo-
sof yoxdur, belə ki, ancaq o, özünü dərk etməkdə kamildir».
3
3
«Özü-özlü-
yündə zəruri olan – məqsəddir və hər şey onunla tamamlanır… Hər bir
məqsəd fəzilətdir. O isə – mütləq fəzilətdir».
3
4
Burada Fərabi fikrini əsas-
landırmaq üçün Qurani-Kərimin ən-Nəcim surəsindən «Ağır dönüş Rəbbi-
nədir» (42-ci ayə) kəlamını yada salır. Platonda isə «ideya» anlayışı daha
mütəhərrik olduğundan o, rahatlıqla «zəruri bilik» anlayışına keçir və fəl-
səfəni bəni-adəm üçün də əlçatan edir. Lakin bununla belə, filosofluq sıra-
dan biri üçün yox, ilahi mahiyyətə qovuşanlar üçündür.
Platona görə, zərurət ideyaya adekvatlıq kimi başa düşülməlidir. Hər
hansı bir şeyi anlamaq bu şeyin ideyasını anlamaqdır.
3
5
İdeya isə adi insan-
lar üçün əlçatmaz olduğundan onlar adətən şey haqqında hissi təcrübədən
çıxış edərək rəy söyləyir, fikir yürüdürlər. Hisslərin verdiyi məlumat isə
1
Аль-Фараби. Историко-философские трактаты, с. 116.
2
Аль-Фараби. Естественно-научные трактаты. Алма-Ата, Наука, 1987, с. 286.
3
Yenə orada.
4
Yenə orada.
5
Н.Е.Скворцов. Платон о сознании в борьбе с сенсуализмом и эмпиризмом. –
Платон: Pro et contra. СПб.: 2001, с. 278.
Bilik – Elm – Bilik
41
hələ həqiqət (deməli həm də bilik) deyil. Platon hər cür sensualizmə və
empirizmə qarşı çıxaraq həqiqətin ancaq ruhun ideyaya ilkin bələdliyindən
üzə çıxdığını iddia edir. Platona görə, ruh əbədi olduğundan həqiqi biliklər
insana əslində əvvəlcədən məlumdur. İnsan özünə məlum olanı sadəcə
yadına salır.
3
1
Ona görə də fikir şeyə yox, ruha yönəlməlidir.
Əlbəttə, Platon ruhda biliklərin əvvəlcədən və məhz bir həqiqət ola-
raq mövcudluğunu ruhun əvvəlki həyatı ilə və deməli, əslində virtual hissi
təcrübənin məhsulu kimi izah edir. Bununla da, Platon fərqinə varmadığı
bir paradoksla üz-üzə qalır. Belə ki, çağdaş insan həyatında hissi təcrübə-
nin roluna elə də önəm verməyən Platon həqiqi bilikləri nəticə etibarilə
yenə də (virtual) hissi təcrübənin nəticəsi kimi izah etmək məcburiyyətində
qalır. Halbuki, Fərabinin, İbn Sinanın, Ş.Y.Sührəvərdinin, bir sözlə, islam
fəlsəfəsinin mövqeyindən çıxış etdikdə, bu biliklər Allah vergisi və ya
«alın yazısı» kontekstində daha yaxşı izah olunur. Bu biliklər ona görə hə-
qiqətdir ki, onu Yaradanın özü təlqin edir. Hər bir yaradılmış şeyin ideyası
ancaq yaradıcıya məxsus ola bilər. İnsanlar isə hissi təcrübə yolu ilə artıq
yaradılmışın öyrənilməsi sayəsində onun əsasında duran ideyanı əxz etmə-
yə çalışırlar. Fikir maddi təcəssümdən ideyaya, yəni bir növ geriyə doğru
hərəkət edir.
Biliyin genezisi ilə bağlı fikirlər nə qədər fərqli olsa da, o artıq müs-
təqil bir dəyər kimi qəbul olunur və ictimai tərəqqinin zəruri əsası kimi gö-
türülürdü.
Hələ XVII əsrdə Avropa Yeni Dövrə qədəm qoyduğu vaxtlarda bili-
yin xüsusi rolu önə çəkilirdi. Bekonun “Bilik – qüvvətdir” kəlamı az qala
Yeni Dövrün devizi kimi qəbul olunurdu. Lakin hansı bilik? Yeni Dövrdə
söhbət məhz elmi bilikdən gedirdi; elmi biliyin ictimai həyata tətbiqindən,
təbiətin ram edilməsindən, biliklə silahlanmış insanın yeni statusundan ge-
dirdi. Bir tərəfdən, təbiət haqqındakı biliklərin strukturlaşması, təşkilatlan-
ması və bununla da “elmi bilik” meyarına yiyələnməsi, digər tərəfdən, cə-
miyyətin öz strukturunda elmi fəaliyyət üçün halqalar açılması, insanın
təbiətlə qarşılıqlı münasibətinin elm və texnika ilə vasitələnməsi və s. bu
kimi hadisələr biliyin yeni statusundan xəbər verirdi.
1
Платон. Менон // Собрание сочинений в 4-х томах. Том 1, М., «Мысль», 1990, с.
595.
Elm haqqında elm
42
Bəs XX əsrin axırları, XXI əsrin əvvəllərində nə kimi inqilabi də-
yişikliklər baş vermişdir ki, insanlar yenə də biliyin xüsusi rolundan, “bilik
cəmiyyətindən”, “informasiya cəmiyyətindən” danışmağa başlamışlar?
Əvvəla, “informasiya” haqqında. İndi bu söz bir qədər fərqli mənada
və fərqli bir hadisəni ifadə etmək üçün işlədilir. Yəni əgər Yeni Dövrdə
söhbət insanın təbiət haqqında biliklər əldə etməsindən və bu biliklərdən
istifadə edərək təbiət qüvvələrinin insana xidmətini təmin etməsindən ge-
dirdisə, sonrakı dövrlərdə daha artıq təbiətlə deyil, “ikinci təbiətlə”, maddi-
mədəni mühitlə üz-üzə dayanan insan ictimai inkişafı təmin etmək üçün
yeni hərəkətverici qüvvə, yeni potensial imkan axtarışında öz daxili poten-
sialını kəşf etmək, üzə çıxarmaq və reallaşdırmaq mərhələsinə qədəm qo-
yur. Əvvəllər ancaq fiziki qüvvənin, əlin imkanlarını artırmağa xidmət
edən biliklərdən fərqli olaraq, indi intellektual potensialın, beyinin imkan-
larının artırılmasına xidmət edən biliklər ortaya çıxır. Təbiətin modelləşdi-
rilməsi və onun daxili potensialının daha optimal şəkildə səfərbər olunması
prosesinə indi həm də insan intellektinin modelləşdirilməsi, insan beyninə
alternativ olaraq informasiyanın yeni texniki daşıyıcılarının quraşdırılması,
texniki yollarla saxlanması və ötürülməsi, çoxaldılması və yayılması pro-
sesləri əlavə olunmuşdur. Bu, əlbəttə, yeni keyfiyyətli bir hadisə olmaqla
ictimai inkişaf üçün də yeni, daha böyük meydan açır.
(Əlbəttə, insan təbiəti öz düşüncəsinə, biliklərinə və ehtiyaclarına
uyğun surətdə dəyişdirərkən, ona elə gəlir ki, ağ lövhə üzərində nə isə yeni
bir söz yazır. Əslində o, çox incə strukturla yazılmışların üzərindən çox qa-
ba, kobud hərflərlə yazır. Lakin hər halda öz yazdıqlarını oxumaq iqtida-
rında olduğu üçün özü yaratdığı “ikinci təbiət”də özünü daha rahat hiss
edir. Və yazdıqlarını davam etdirmək əzmində olur. Çünki onun dilini öv-
ladları da bilir – bütün bəşəriyyət bilir.)
Bəşər tarixində hər dəfə yeni keyfiyyətli ictimai inkişaf mərhələsinə
keçid heç də ayrı-ayrı kəşflər, ixtiralar sayəsində baş tutmur. Daha doğru-
su, bu keçidin təməlində məhz həmin kəşflər dayansa da, ancaq bu kəşfin
nəticələri bütün cəmiyyətə paylandıqdan və bütövlükdə cəmiyyət yeni
mərhələyə qədəm qoyduqdan sonra belə bir keçid baş tutmuş sayılır.
Piter Draker yazır: “Ümumi bilikdən ixtisaslaşmış biliklər komplek-
sinə keçid biliyi yeni cəmiyyət qurmaq iqtidarında olan qüvvəyə keçirir.
Amma nəzərə almaq lazımdır ki, belə cəmiyyət ixtisaslaşmış fənlər kimi
təşkil olunmuş biliklərə əsaslanmalıdır və onun üzvləri də müxtəlif sahələ-
Bilik – Elm – Bilik
43
rin mütəxəssisləri olmalıdır”.
3
1
Yəni müəllif Yeni Dövr üçün elmin sahələri
üzrə ixtisaslaşma zərurətini sivilizasiyanın əmək bölgüsündən başlanması
ideyasının daha bir təzahürü kimi izah edir. Hər bölmənin öz daxilində
şaxələnmələr gedir və elm də istisna deyil. Hamı eyni şeyləri bilsəydi, bir-
birini təkrar etsəydi, cəmiyyət insanlara nəzərən daha böyük bir potensial
əldə edə bilməzdi. Burada biz cəmiyyət üçün spesifik olan yeni bir top-
lanma qanunu ilə üzləşirik. Belə ki, burada cəm ancaq müxtəlif toplananla-
rın cəmidir; bir-birini təkrar edən, eyni keyfiyyətli toplananlardan ancaq
biri – ən böyüyü götürülə bilər.
3
∗
Bundan əlavə, ayrı-ayrı komponentlər sadəcə yanaşı qoyulmaqla
toplana bilməz, müxtəlif elm sahələrinə aid biliklər də cəmiyyətin istifa-
dəsinə bir tam halında verilə bilməz. Burada toplanma ya ümumi elmi
dünyagörüşü çərçivəsində ümumiləşdirici təlimlər və ya fənlərarası yeni
bilik sahələri (kibernetika, sinergetika və s.) sayəsində həyata keçməli, ya
da cəmiyyət özü birləşdirici amil kimi çıxış etməlidir. Təsadüfi deyildir ki,
P.Draker də bu kontekstdə “cəmiyyətin tamlığını təmin edən və bizim
həyatımızı mənalandıran amillərdən”
bəhs edir.
3
2
Hər bir ölkənin müəyyən bir təbii sərvəti olduğu kimi, hər bir xalqın
da müəyyən intellektual potensialı var. İnkişafın yüksək pillələrində bu
ikinci sərvətin daha önəmli olduğu və daha çox imkanlar aça bildiyi aşkar
olur. Lakin intellektual potensialın realizasiyası elə də asan məsələ deyil.
Müdriklər təsadüfən demirlər ki, biliklərin ən vacibi nəyi bilmək lazım
olduğunu bilməkdir. Yəni hər bir şəxs üçün də, bütövlükdə xalq üçün də
ən vacib məsələlərdən biri intellektual potensialın hansı istiqamətdə yönəl-
dilməsi və hansı sahələrdə mütəşəkkil biliyə çevrilməsidir. Bilik intellek-
tual potensialın aktivləşmiş, reallaşmış formasıdır.
Biliyin özü isə müvafiq həyat sahələrində, əməli fəaliyyət prosesində
gerçəkləşir.
Neçə min illər ərzində müxtəlif xalqların səyi ilə toplanmış bir bilik
sərvəti vardır ki, hər bir dövrdə kimin bu sərvətə necə və nə dərəcədə yiyə-
1
П. Дракер. Посткапиталистическое общество // Новая постиндустриальная
волна на Западе. Антология. М., Academia, 1999, с. 100.
∗
Burada əslində iki yeni toplanma qanunundan istifadə olunur. Birincisi, ancaq müx-
təlif keyfiyyətli komponentlər toplanır. İkincisi, eyni keyfiyyətli hədlərin cəmi ən böyük
toplanana bərabər götürülür.
2
Yenə orada.
Elm haqqında elm
44
lənməsi bir inkişaf və güc göstəricisinə çevrilir. Lakin ümumbəşəri bilik
xəzinəsindən pay götürərkən də hər şey düzgün seçim edilməsindən asılı-
dır. Yuxarıda dediyimiz kimi, lazım olanı və qədərində götürmək bacarığı
sonradan bu götürdüyünü real həyatda səmərəli tətbiq edə bilmək üçün
ilkin şərtdir.
İnsanların məlum biliklərə yiyələnməsi təlim vasitəsilə – təhsil pro-
sesində həyata keçirilir. Əlbəttə, burada işin yekun səmərəsi təhsilin məz-
mununun düzgün müəyyən edilməsindən asılıdır. Ona görə də bu işə hər
bir xalqın ən yüksək intellektualları, ilk növbədə filosofları cəlb olunmalı-
dır. Burada hələ söhbət elmdən, daha doğrusu elmin özündən deyil, onun
nəticələri olan hazır biliklərdən və bu biliklərin seçilməsi və mənimsənil-
məsindən gedir. Lakin inkişaf üçün bu yetərli deyil. Hər bir yeni nəsil öz
növbəsində ümumictimai bilik sərvətinə yeni töhfələr verməli, onu daha da
zənginləşdirməlidir. Bax, elm bu mərhələdə ortaya çıxır. Lakin bu zəngin-
ləşdirmə prosesində də müəyyən bir seçim olmalıdır. Yəni kim necə gəldi
və nə oldu yeni bir bilik “icad edib” dünya elmi prosesinə kortəbii surətdə
qatılmaq istəyirsə, bunun heç bir səmərəsi olmayacaqdır. Əvvəla, dünya
xalqları arasında nəinki bir mövzu bölgüsü yoxdur, hətta indiki məqamda
kimin nə ilə məşğul olduğu və nə üçün məhz həmin problemi araşdırdığı
heç də hamıya bəlli deyil. Çoxları bu prosesə kortəbii surətdə qatılır və
çoxları artıq tapılmışları yenidən icad etməklə məşğul olur. Və bu mənada
elm sanki əyləncəli məşğuliyyət sahəsi kimi bir oyunu xatırladır. İnsan ya
peşəkar vərdişlərə yiyələnərək öz vərdişlərindən asılı vəziyyətə düşür, ya
da bu bir aludəçiliyə, yaxşı mənada xəstəliyə çevrilir. Əlbəttə, elmə bir və-
zifə kimi baxan bu sahədə çalışmaqla sadəcə öz vəzifə borcunu yerinə yeti-
rən adamlar da vardır. Daha doğrusu, elmi təşkilatlar bürokratik qurumlara
çevrilir və burada nizam-intizam yaradan “elm rəhbərlərinin”, direktorların
təsəvvüründə elm bir normativ fəaliyyət sahəsi kimi çıxış edir. Burada işə
düzəlirlər, vaxtı-vaxtında gəlib-gedirlər və yuxarıdan təyin olunmuş qay-
dada məvacib alırlar. Bir başqaları üçün isə elm yaradıcı sahədir və hər
hansı bir norma ilə tənzimlənməsi real deyil.
Biliyin həm üfüqi, həm də şaquli müstəvilərdə çox müxtəlif forma-
ları vardır. Üfüqi müstəvidə bilik məzmununa görə, əks etdirdiyi sahələrə
görə fərqlənir. Yəni, biliklər “nə haqqında bilik” sualına cavab baxımından
təsnif edilə bilər. Burada təbiət, cəmiyyət, insan kimi böyük qruplaşmalar-
la yanaşı, daha konkret mövzularda, məsələn, meşə, dəniz, çay, yaxud yar-
Bilik – Elm – Bilik
45
paq, çiçək, meyvə, yaxud söhbət insandan gedirsə – tələbə, müəllim, hə-
kim, yaxud – alman, ingilis, rus, yaxud – uşaq, gənc, qoca və s. bu kimi
daxili qruplaşmalar gedir. Yəni məhz uşaqlar haqqında biliklərin toplusu,
məhz ağaclar haqqında biliklər, bitkilər haqqında biliklər və s. Lakin bu
cür pərakəndə bölgü biliklərin elmi təsnifatına imkan vermir. Ona görə də,
bölgü üçün daha universal meyarlar seçilir.
Tutaq ki, söhbət təbiətdən gedir; onda burada biliklər küll halında
“təbiətşünaslıq” adı altında birləşdirilə bilər. Özü də bu təbiətşünaslığın adi
şüur səviyyəsində və elmi idrak səviyyəsində də iki fərqli mənası vardır.
İbtidai siniflərdə uşaqlara təbiət haqqında sadəcə məlumat verilir və bu
məlumat heç də elmi bilik deyil. Yuxarı siniflərdə isə təbiət haqqında məhz
elmi biliklərin əsaslarını təqdim etmək üçün təbiətşünaslıq özü bir neçə
sahələrə ayrılır. Ən ümumi və şərti bölgülər, məsələn, “canlı təbiət”, “can-
sız təbiət” və “ikinci təbiət” kimi aparılır. Lakin onların da hər biri yenidən
bölünür. Canlı və cansız təbiət arasında sanki bir keçid sahəsi olaraq “üzvi
təbiət”i ayrıca nəzərdən keçirmək mümkün olur. Məsələn, molekulyar sə-
viyyədə öyrənilərkən cansız təbiət qeyri-üzvi və üzvi təbiətə ayrılır. Kimya
elmində də buna uyğun olaraq :”qeyri-üzvi kimya” və “üzvi kimya”. Fizi-
kada isə belə bölgüyə ehtiyac olmur, çünki fiziki proseslər üçün obyektin
tərkibi önəmli deyil. Daha doğrusu, makro hadisələrdə bu fərq ümumiy-
yətlə özünü göstərmir. Mikro proseslərdə isə, atomlar və elementar zərrə-
ciklər səviyyəsində yenə də “üzvi” və “qeyri-üzvi” bölgüsünə ehtiyac
qalmır.
Beləliklə, elementar zərrəciklər və atomlar miqyasında baş verən
proseslər fizikanın müəyyən sahələrində öyrənildiyi halda molekulyar sə-
viyyədə olan proseslər kimya elminin predmetinə daxil olur və daha böyük
quruluş səviyyəsində isə hadisələrin öyrənilməsi yenə də fizikanın predme-
tinə daxil olur. Biz bunu ona görə xüsusi vurğulayırıq ki, əslində elmi
biliklərin və elmlərin təsnifatı öyrənilən predmet sahəsinə və onun struktur
xüsusiyyətlərinə görə olsaydı, bu iki “fizika” elmi başqa adlarla, müstəqil
fənlər kimi təqdim edilməliydi. Amma ənənəvi olaraq hər iki struktur sə-
viyyəsi fiziklər tərəfindən öyrənildiyinə görə, kimya elmi sanki bu iki fizi-
kanın arasına daxil olmuşdur. Eləcə də daha böyük miqyaslarda, meqa-
aləmdə gedən müəyyən proseslərin öyrənilməsi astronomiyanın deyil, ye-
nə də fizikanın predmetinə daxil edilir. Şərti olaraq biz bu üç fizikaya
“mikro-fizika”, “makro-fizika” və “mega-fizika” deyə bilərik. Lakin ənə-
|