P.Buast
Elmi tərəqqinin hüdudsuzluğu ən çox onun kumulyativ xarakterinin
nəticəsidir. Kumulyativlik – elmi biliklərin yenisi ilə əvəz olunmayaraq,
üst-üstə toplanması deməkdir. Müasir elmşünaslıq elmi inkişaf qanunauy-
ğunluğunun daha mürəkkəb xarakterə malik olduğunu aşkar etsə də, hər
halda bu xassə elmin mühüm səciyyələrindən biri olaraq qalmaqdadır.
Elmin spesifikasından söhbətlər gedərkən o, bir qayda olaraq, fəlsə-
fə, din, incəsənət və əxlaqla qarşılaşdırılır. Bu zaman kumulyativlik xassə-
si elmi bütün bu hadisələrdən fərqləndirən başlıca xüsusiyyət kimi çıxış
edir. Bu gün orta məktəbdə oxuyan şagird fizika haqqında İ.Nyutona nis-
bətən daha çox məlumata malikdir. Sıravi elmi işi, aspirant A.Eynşteynin
nəzəriyyəsinə əlavələr edir, onun tətbiq dairəsini daha da genişləndirir.
Başqa cür mümkün də deyil; hər hansı elm korifeyi elm binasında yeni bir
mərtəbə tikirsə, sonrakı nəsil artıq bu yeni mərtəbədə rahat yerləşərək onun
üzərinə yeni kərpiclər qoymaqla məşğul olur.
İncəsənətdə belə deyil. Bu günün hər hansı bəstəkarının L.Betho-
vendən və ya Ü.Hacıbəyovdan daha mükəmməl musiqi bəstələməsi nəinki
qanunauyğunluq deyil, hətta ağlasığmaz bir haldır. Müasir rəssamlar İnti-
bah dövrü rəssamlarından daha da yaxşı çəkə bilsə idilər Rafaelin, Leonar-
do da Vinçinin, Mikelancelonun əsərlərinin qiyməti günü-gündən daha da
artardımı? Hər bir yeni şair nəsli Füzulidən, Puşkindən bir addım qabağa
getsə və ya, başqa sözlə, onların qalxdığı mərtəbədə dayanıb üstünə bircə
kərpic də əlavə etsə, poeziya binası hara ucalardı? Ümumiyyətlə, vahid
poeziya binasından, vahid musiqi abidəsindən danışmaq mümkündürmü?
Elm və onun inkişaf yolu
185
Xeyr. Sənət məmləkətində hər bir şairin, rəssamın, bəstəkarın ucaltdığı ay-
rıca məbədlər var ki, onlar bir-birindən seçilir və heç vaxt bir-birinin üzəri-
nə toplanmır. Sənət əsəri hansı isə vahid bir binanın kərpicinə, nəhəng sə-
nət maşınının vintinə çevrilsə, öz bütövlüyünü və ahəngini itirər və daha
sənət əsəri olmaz.
Eləcə də fəlsəfə və əxlaq sahəsində. Hər bir yeni nəslin nümayəndəsi
əvvəlkindən daha zəngin mənəviyyatlı və daha tərbiyəlimi olur? Nəzəriy-
yədən də, təcrübədən də məlumdur ki, belə bir qəti hökm səhvdir. Bəs on-
da əxlaqda, incəsənətdə və s. tərəqqi yoxdurmu? Tərəqqi var, o kumulyativ
yolla və ya buna bənzər surətdə həyata keçmir. Hər sonra gələk əvvəlkini
yaratdığının üzərində deyil, onunla yanaşı başqa əsərlər yaradır, özünə-
məxsus mənəvi aləmə, əxlaqi keyfiyyətlərə malik olur. Bu keyfiyyətlər
yalnız həmin dövrün ümumi ahəngindən deyil, həm də real həyat tərzin-
dən, konkret ictimai-iqtisadi mühitdən asılı olur. Burada tərəqqi ilə yanaşı,
xüsusi şəraitlərdə geriləmə, tənəzzül və s. də tamamilə təbii haldır.
Elmdə isə geriyə yol yoxdur. Ayrıca bir ölkənin elmi tərəqqisində
nisbi tənəzzül məqamları olsa da, bütövlükdə elm maşını daim irəli gedir,
elm binası heç vaxt tamamlanmır, üzərinə yeni-yeni mərtəbələr əlavə olu-
nur. Ümumi bir yüksəliş var və hər bir ölkənin məqsədi bu yürüşdən geri
qalmamaq, onun ön cəbhəsinə çıxmaqdır.
Əlbəttə, biz bununla elmin inkişaf yolunun mürəkkəbliyini, burada
da böhranların və inqilabların labüdlüyünü inkar etmək istəmirik. Əsas
məqsəd, təfərrüatlara varmadan, yekun inkişafın vahid istiqamətini və
müntəzəm xarakterini göstərməkdir.
Lakin doğrudanmı elmi tərəqqinin həddi-hüdudu yoxdur? Bəs bu
prosesin məhdudlaşdırılmasına yönəldilmiş amillər necə?
Belə amillər var və o dərəcədə ciddi amillərdir ki, bir sıra tədqiqatçı-
lar elmin son həddindən, onun inkişafında «doyma» halından, elmi poten-
sialın tükənməsindən söhbət açırlar. Doğrudan da, əgər elmi informasiya
həddindən artıq çoxalırsa, insanın intellektual imkanı əsasən yerində saydı-
ğı halda, elm gündən-günə mürəkkəbləşirsə belə söhbətlər tamamilə
təbiidir.
Elmin son həddi barədə mübahisələr yalnız müasir dövrdə ortaya
çıxmamışdır. Bu haqda əvvəllər də danışılmışdır. Məsələn, XIX əsrdə tex-
nikanın sürətli inkişafından sonra durğunluq yarandığı və mexanisizmin el-
mi düşüncə tərzinə hakim kəsildiyi bir şəraitdə bundan sonra elmin yenə
Elm haqqında elm
186
inkişaf etməsi imkanı şübhə altına alınırdı. Elmin real inkişaf yolu isə gös-
tərdi ki, burada hər bir böhran həddindən sonra dünyanın yeni elmi mənzə-
rəsinə, yeni təfəkkür tərzinə keçidlə əlaqədar sıçrayışlı inkişaf başlanır və
s. Lakin müasir dövrdə elmin hüdudu ilə əlaqədar şübhələr daha çox sosial
amillərin təhlili nəticəsində yaranır. Məsələn, elmin müasir inkişafı elmi
işçilərin sayının sürətlə artması ilə müşayiət olunur. Bu sürət Yer kürəsin-
də adamların sayının artma sürətindən qat-qat böyükdür. Deməli, bu hal
müntəzəm davam edərsə, yaxın gələcəkdə gərək bütün adamlar elmlə məş-
ğul olsunlar. Bəs sonrakı inkişaf nəyin hesabına təmin ediləcəkdir? M.Del-
bryukun dediyi kimi, cəmiyyət həmişə cavan qalır, elm isə qocalır.
Bu cür dəlillərə istinad edən tədqiqatçılar unudurlar ki, elmi işçilərin
sayının artması elmin inkişafını təmin edən yeganə amil deyil. Bu gün el-
min tətbiqi sayəsində istehsalatda ekstensiv inkişaf xəttindən intensiv inki-
şaf xəttinə keçildiyi kimi, elmin öz inkişafında da intensiv xəttə keçid tə-
min edilərsə, elmi işçilərin sayını artırmağa ehtiyac qalmaz. İnformasiya
tutumunun məhdudluğuna gəlincə, burada elektron-hesablama maşınları-
nın yaddaşı insanın köməyinə gəlir. Elm özü öz gələcək inkişafı üçün yol
açır.
Kompüter texnologiyasının inkişafı ilə əlaqədar olaraq elmi infor-
masiyanı saxlamaq imkanları da xeyli artmışdır. Əgər əvvəllər ilkin infor-
masiya və material toplanması və onlardan istifadə mexanizmlərindən tut-
muş yeni elmi nəticələr alınmasına qədər bütün idraki prosedurlar bir insan
beynində gedirdisə, indi alimlər kompüterlərin timsalında öz fəaliyyət dai-
rələrini kifayət dərəcədə genişləndirə, habelə müxtəlif alimlərlə birgə fəa-
liyyətə qoşula bilirlər. Yəni əslində söhbət elmi yaradıcılığın fərdi miqyas-
dan elmi işçi qrupu və ya hətta müəyyən ixtisas üzrə elmi ictimaiyyət miq-
yasına keçməsindən gedir. İnsanın, elmi işçinin böyük miqyaslı analoqu
olan bu yeni ictimai subyektin düşüncə və elmi yaradıcılıq fəaliyyəti hələ
kifayət qədər tədqiq olunmamışdır. Epistemologiya min illər boyu ancaq
fərdi elmi yaradıcılığı, fərdi elmi idrakı tədqiq etmişdir. Amma son yüzil-
likdə gedən idrak prosesləri artıq yeni tipli və yeni mahiyyətli proseslərdir.
Burada idrakın öz daxili sosial strukturu vardır. Düzdür, bu yanaşma bir
növ “sosial idrak” anlayışını xatırladır, amma biz sadəcə sosial idrakdan
deyil, ictimai miqyas almış və bu mənada sosiallaşmış elmi idrak prose-
sindən danışırıq.
Elmi informasiyanın və elmi idrak metodlarının geniş miqyas aldığı
Elm və onun inkişaf yolu
187
bir şəraitdə ayrıca götürülmüş bir alim artıq ona alternativ olan və elmin
subyekti kimi çıxış edən “elmi ictimaiyyət”lə rəqabətdə çətinlik çəkir. Yə-
ni hansısa daha böyük tədqiqat qrupuna daxil ola bilməyən elm adamı bir
növ oyundankənar vəziyyətdə qalmış olur.
Vəziyyətdən çıxış üçün fərdi tədqiqatçılar gec-tez bu və ya digər el-
mi məktəblər tərəfindən cəlb olunur və onların sayəsində lokal elmi qrup-
lar daha da güclənir. Ona görə də, hazırda böyük elmi tədqiqat ictimaiyyət-
ləri elmi mühiti olmayan ölkələrdəki fərdi tədqiqatçılar hesabına genişlən-
diyindən getdikcə daha çox beynəlmiləlləşirlər.
Beləliklə, elmin üfüqündə yaxın gələcəkdə onun sürətli inkişafına
mane ola biləcək heç bir şübhəli qaraltı görünmür. Hətta texniki tərəqqi
sahəsində, təbii enerji ehtiyatları sahəsində qarşıya çıxan bir sıra prinsipial
çətinliklərin də əlacı yalnız elmin tərəqqisində axtarılır.
Elmin tərəqqisindən danışa bilmək üçün metodoloji prinsip kimi
istiqamətlənmiş inkişaf anlayışından istifadə etmək lazım gəlir. Belə ki,
elmin daxili hərəkəti, hansı isə biliklərin arxaikləşməsi və hansı isə yeni
tədqiqat sahələrinin və yeni biliklərin aktuallaşması prosesi həmişə gedir
və bu tipli hadisələrin, dəyişmələrin inkişaf kimi götürülməsi elmdə hər
hansı bir inkişaf qanunauyğunluğunun açılmasına imkan verə bilməz. Belə
bir qanunauyğunluğun müəyyən edilməsi üçün isə öncə hərəkətin üstün
istiqamətləri müəyyənləşdirilməlidir. Yəni biz inkişaf kateqoriyasından
yox, əslində tərəqqi anlayışından çıxış edirik və bu zaman tərəqqinin
meyarları bəlli olmalıdır.
XX əsrin 50-60-cı illərində “elmşünaslıq” və ya “elm haqqında elm”
adı altında ortaya çıxan yeni tədqiqat istiqaməti elmdə məhz riyazi olaraq
qiymətləndirilə bilən parametrlərin təhlili ilə əlaqədar idi. Belə ki, elmin
sosial sistemə çevrilməsi və maddi ictimai təcəssümü məhz elm üçün spe-
sifik olan bir sıra hadisələrin ölçülməsinə imkan yaratdı. Bunlar ilk növbə-
də elmi-tədqiqat müəssisələrinin, elmi məktəblərin, elmi işçilərin, jurnalla-
rın, məqalələrin və s. və s. sayılması və müəyyən statistik nəticələr əldə
edilməsindən ibarətdir. Yəni əslində böyük elm, onun daxili məzmunu, ev-
ristik proseslər və s. kənar edilməklə ancaq məhz ölçülə bildiyinə görə bir
qrup zahiri göstəricilər ümumiyyətlə elmin inkişaf göstəriciləri kimi önə
çıxdı.
Əslində kəmiyyət göstəricilərinin önə çıxması üçün elmin özünə
olan münasibət buna uyğunlaşdırılmalıdır. Tanınmış elmşünas D.Prays 60-
Elm haqqında elm
188
cı illərdə yazırdı: “Elm odur ki, elmi jurnallarda, məqalələrdə, monoqrafi-
yalarda çap olunur”.
1
1
Görünür, riyazi modelləşdirmənin tətbiqi üçün elm
anlayışı bu dərəcədə bəsitləşdirilməli imiş. Elmin inkişafının belə formal
göstəricilər əsasında təsəvvür olunması riyazi elmşünaslığın hələ dəbdə
olduğu 70-ci illərdə bizim tərəfimizdən tənqid olunmuşdu.
2
2
Kəmiyyət artımı ilk növbədə elmi biliklərin çoxalması və onların
saxlanması üçün istifadə olunan vasitələrin həcminin artması ilə bağlıdır.
Əgər biz kitabların sayının dinamikasını nəzərdən keçirsək, hətta hər bir
dar ixtisas sahəsi üzrə elm adamının oxumaq imkanlarından qat-qat çox in-
formasiya toplandığı aşkar olur. Əvvəllər müəyyən sahə üzrə alim olmaq
üçün cəmi bir neçə məşhur kitabı oxumaq kifayət edirdi. İndi isə bütün
planet miqyasında elmi kitabların sayı sürətlə artır. E.Tofflerin müraciət et-
diyi statistikaya görə, XVI əsrə qədər Avropada ildə təqribən 1000 adda
kitab çıxırdı. Başqa sözlə, bütöv bir əsr ərzində cəmi 100 000 kitab. 1950-
ci ilin hesablamalarına görə isə, cəmi bir ildə 120 000 kitab çap olunurdu,
60-cı illərdə artıq gündə 1000 kitab! E.Tofflerin hesablamalarına görə,
dünya miqyasında elmi-texniki ədəbiyyat hər il 60 milyon səhifə artmaq-
dadır.
2
3
Amma bunlar ancaq kəmiyyət göstəriciləridir.
XX əsrin 60-cı illərində elmi işlərin keyfiyyət göstəricilərini rəqəm-
lərlə ifadə edə bilmək üçün E.Qarfildin təşəbbüsü ilə yaradılan Elmi İnfor-
masiya İnstitutunda iqtibasların sayına görə dərəcələnmə sistemi tətbiq
olundu.
2
4
Əlbəttə, bu sistemin üstünlükləri çoxdur. Amma real elmilik də-
yərini bu yolla dəqiq ölçmək mümkün deyil. Elm tarixində elə hallar ol-
muşdur ki, böyük elmi ideyalar uzun müddət digər tədqiqatçıların diqqə-
tindən kənarda qalmışdır. Yəni Qarfildin indeksasiya sistemi elmi işin də-
yərini, elmin inkişaf səviyyəsini ölçməkdən daha çox, “elmi dəbin”
tendensiyasını müəyyənləşdirmək üçün səmərəlidir.
Bibliometriya və kitabxanalarda elektron resursların idarə olunması
1
D.Price. The science of science // Bulletin of the Atomic Scientist. Vol. XXI. № 8.
Oct. 1965, p. 5.
2
Bax: S. Xəlilov. Elmin inkişaf qanunauyğunluqlarının tədqiqi və müvafiq metodoloji
məsələlər // Azərbaycan SSR EA Xəbərləri. “Tarix, fəlsəfə və hüquq” seriyası, 1976, № 3.
3
Э.Тоффлер. Шок будущего. М., АСТ, 2008, с. 43-44.
4
E.Garfield, I. H. Sher. New Factors in the Evaluation of Scientific Literature Through
Citation Indexing // American Documentation. 1963. Vol. 14, No. 3. p. 195–201; B. Jin.,
B.Wang. Chinese Science Citation Database: Its construction and application //
Scientometrics. 1999. Vol. 45, Iss. 2. p. 325–332.
Elm və onun inkişaf yolu
189
üzrə tanınmış mütəxəssis V.V.Pislyakov yazır: “İqtibas (sitat) gətirmələrin
strukturunun təhlilinin və bibliometrik göstəricilərin təyininin əsasını vaxt-
aşırı mətbuat üzrə məlumatların “iqtibas” bazası təşkil edir. Burada yalnız
jurnal nəşrləri haqqında biblioqrafik məlumatlar (müəllif, başlıq, jurnalın
adı, il, cild, buraxılış, səhifələr) deyil, həmçinin məqalədə iqtibas gətirilən
ədəbiyyatın siyahısı toplanır. Bu, həm hər hansı bir məqalədə iqtibas gəti-
rilən nəşrləri, həm də bu məqalədən iqtibas gətirən nəşrləri tapmağa imkan
verir. Bu yolla istifadəçi onu maraqlandıran məsələ üzrə bütün biblioqrafi-
yanın səmərəli axtarışını həyata keçirə bilir. Eyni zamanda bu cür məlu-
matlar bazası üzərində yaradılan və bütünlüklə jurnallar üzrə məlumatları
birləşdirən xüsusi “üstqurum” mütəxəssislərə dövri nəşrlərin biblioqrafik
göstəricilərinə çıxış əldə etmək imkanı verir.”
2
1
İqtibasları saymaq mümkün
olduğundan onun bir keyfiyyət göstəricisi kimi istifadə olunması başa
düşüləndir. Lakin, bizcə, iqtibasların çoxluğu hələ məqalənin və ya kitabın
ideya orijinallığına dəlalət edə bilməz. Belə ki, burada müəyyən bir möv-
zunun dəbdə olması, müəllifin və jurnalın nüfuzu daha çox rol oynayır.
Qarşıda duran problem “elmin inkişaf səviyyəsi” anlayışını konkret-
ləşdirmək, real inkişafın göstəricilərini, meyarlarını müəyyən etməkdən
ibarətdir. Yəni elmin bir səviyyəsi başqasından hansı göstəriciyə görə
üstün sayıla bilər? Və ya başqa sözlə, elmiliyin meyarları nədən ibarətdir?
Bax, görünür, elmi tərəqqinin alt qatlarında gedən prosesləri araşdırmaq və
onları rəqəmlərin, riyaziyyatın dili ilə ifadə etmək çətin olduğuna görə,
elmşünasların böyük əksəriyyəti elmin üzdə olan parametrlərinin dinami-
kasını “elmi inkişaf” adı altında araşdırmağa üstünlük verdilər. Əslində isə
elm ancaq çoxölçülü fəzada mürəkkəb bir sistem kimi nəzərdən keçirilə bi-
lər. Bizim ikiölçülü və üçölçülü fəzada hansı isə qanunauyğunluq tapmaq
cəhdlərimizin reallığa uyğun nəticə verməsi ona görə mümkün deyil ki, el-
min hər bir rakursu özlüyündə üçölçülü sistemdir. Digər tərəfdən, elmin
bəzi rakursları skalyar yox, ancaq vektorial kəmiyyət olaraq araşdırılmalı-
dır. Yəni söhbət istiqamətlənmiş inkişafdan gedir. Bir çox ölkələrdə həqiqi
böyük elm əvəzinə onun surroqatları, psevdoelmi təsisatlar fəaliyyət gös-
tərdiyindən burada “inkişaf” da zahiri parametrlərlə, kəmiyyət göstəriciləri
ilə səciyyələnir. Belə ki, yeni binalar, yeni institutlar, kafedralar, laborato-
1
В.В.Писляков. Методы оценки научного знания по показателям цитирования //
Социологический журнал, № 1, 2007.
Elm haqqında elm
190
riyalar, avadanlıq və s. göstəriciyə çevrilir. Burada proses məlum biliklərin
icmallaşdırılması və “mənimsənilməsindən” ibarətdir.
Vahid yaradıcı elm sistemində isə inkişaf hətta yeni elmi biliklərin
əldə edilməsi ilə deyil, dünyanın ümumi elmi mənzərəsinin hər dəfə yeni-
dən qurulması ilə səciyyələnir. Model, mənzərə yenidən qurulduqda isə,
biliklərin kəmiyyəti heç bir rol oynamır və əksinə, daha kompakt model
üçün onun qurulmasında istifadə olunan təməl biliklərin az olması daha
böyük üstünlük sayılır. Başqa sözlə, elmin daxili inkişaf qanunauyğunluğu
nəinki xətti tənlik və ya eksponent üzrə həyata keçmir, hətta ümumiyyətlə
kəsilməz funksional asılılıqdan kənara çızır və diskret xarakter daşıyır. Ən
sadə halda, konsentrik çevrələr modelini misal gətirmək olar ki, burada da
radiusun getdikcə artması yox, əksinə, azalması bir tendensiya kimi göstə-
rilə bilər. Məzmun rakursunda elm sistemini bir tam halında modelləşdir-
mək, vahid dairə ilə işarə etmək hələ ki, mümkün deyil. Nəinki müxtəlif
elm sahələri və fənlər bütövləşə bilməyib, hətta bir fənn daxilində də birlik
yoxdur və bütün nəzəriyyələr vahid bir nəzəriyyənin, təlimin, prinsipin
xüsusi halları kimi nəzərdən keçirilə bilmir. Amma ümumi tendensiya bü-
tövləşmək istiqamətindədir. Başqa sözlə desək, “elmin inkişaf səviyyəsi”
üçün bir meyar da vahidə yaxınlaşmaq hesab olunmalıdır.
Söhbət sadəcə müxtəlif fənlərin fərqli elm sahələrinin yaxınlaşma-
sından yox, həm də empirik və nəzəri, fundamental və tətbiqi elmlər ara-
sında körpünün daha stabil olmasından gedir.
Empirik tədqiqatlar həm tətbiqi, həm də fundamental elmlərin struk-
turuna daxil olsa da, onların funksiyası bu fərqli elmi istiqamətlərdə fərqli
səciyyə daşıyır. Belə ki, empirik məlumatlar fundamental tədqiqatlarda
ilkin mərhələdə iştirak etməklə nəzəri ümumiləşdirmələr üçün baza rolunu
oynadığı halda, tətbiqi elmlərdə tədqiqatın son mərhələsində, bir növ elmi
ideyanın yoxlanması, sınaqdan çıxarılması prosesində kara gəlir. Nəzəri
araşdırmalar isə fundamental tədqiqatların əsasını təşkil etdiyi halda, tət-
biqi elmlərdə lokal səciyyə daşımaqla, bir növ nəzəri işləmə, tətbiqin riyazi
modelləşdirilməsi kimi başa düşülə bilər. Ona görə də, elmin daxili məz-
mununda inkişafdan danışarkən, burada tədqiqatların fərqli xarakteri və
fərqli istiqaməti nəzərə alınmalıdır. Bir sözlə, inkişaf müxtəlif struktur böl-
mələrində müxtəlif meyarlar əsasında və fərqli istiqamətlərdə həyata keçir.
Deməli, hansı isə vahid inkişaf qanunauyğunluğundan danışmaq mümkün
deyil. Və ya burada fərqli metodologiya və riyazi üsullardan istifadə olun-
Elm və onun inkişaf yolu
191
masına ehtiyac vardır. Başqa sözlə, burada spesifik meyarlar sistemi ol-
malıdır. Lakin təəssüf ki, elmiliyin meyarları çox vaxt “elmi biliyin” hə-
qiqiliyi və onun sözlərlə düzgün ifadə olunması prosedurunun təfərrüatları
çərçivəsində axtarılır.
Vahid ümumbəşəri elm sistemi “elm üçün elm” prinsipi ilə formala-
şır. Yəni burada əsas məqsəd bizim utilitar-praktik mühitin deyil, elmin
özünün qarşıya qoyduğu problemləri həll etmək olduğundan, elmi işlərə
qiymət verməyin də meyarları məhz “elm üçün elm” mövqeyindən
müəyyənləşdirilmişdir. Başqa sözlə, burada elmi işə istehsalatda tətbiqdən
və iqtisadi faydadan daha çox, böyük miqyaslı elmi axtarışlarda rol oyna-
maq, elmin özü üçün faydalı olmaq baxımından yanaşılır. Bu cəhət məhz
fundamental elmlər üçün səciyyəvidir. Fundamental tədqiqatlar tezcə öz
praktik tətbiqini tapa bilmədiyinə görə, onların elmi dəyərinin qiymətləndi-
rilməsi xüsusi metodika tələb edir. Bunun üçün müəyyən bir elmi nəticəyə
gətirən tədqiqat prosesinin spesifikasından əlavə, bu nəticənin elmi biliklər
sistemində tutduğu yeri və yeni nəzəriyyələr üçün oynadığı potensial rolu
dəyərləndirmək tələb olunur.
2
1
Baxmayaraq ki, tətbiqi elmlərdə hədəf elmin özündən daha çox,
onun iqtisadi səmərəsidir, burada da elmi fəaliyyət bir neçə mərhələni əha-
tə etdiyinə görə, yekun nəticə alınana qədər aparılan tədqiqatlara ancaq el-
min öz meyarları baxımından qiymət verilə bilər. Əlbəttə, qiymətləndirmə-
nin ən etibarlı forması müvafiq sahə üzrə mötəbər alimlərin rəyidir. Yəni
hər bir elmi iş ekspertizadan keçirilir, onun elmi dəyəri məhz həmin sahə-
nin mötəbər mütəxəssisləri tərəfindən qiymətləndirilir.
Əlbəttə, bu üsul daha etibarlı olardı, o zaman ki, mənəvi mühit sağ-
lam olaydı, yəni elmi tələblər yeganə meyar olaydı. Ölkəmizdə və ümu-
miyyətlə Şərq dünyasında elmin dəyərləndirilməsini çətinləşdirən ən mü-
hüm məsələlərdən biri məhz obyektiv münasibətin və prinsipiallığın çatış-
mamasıdır. Görünür bu səbəbdən də daha çox dərəcədə formal göstəricilə-
rə, texniki şərtlərə üstünlük verilir. Xüsusən elmi dərəcə verilməsi zamanı
formalizm mahiyyəti üstələyir və nəticədə istedadlı adamların elmə gəlişi
çətinləşir.
1
Daha ətraflı, bax: С.С.Халилов. Рецензия на книгу: «Проблемы оценки эф-
фективности фундаментальных исследований: логико-методологические аспекты»
Ю.Б.Татаринова. М., Наука, 1986 // Вопросы философии. 1988. № 5.
Elm haqqında elm
192
Maraqlıdır ki, ölkəmizdə dissertasiya işlərinə qoyulan tələblər sovet
və Rusiya ənənələrinə uyğun olaraq bütün qiymətləndirmə formalarını
əhatə edir. Yəni elmi işdən həm yeni ideya, həm kommunikasiya (beynəl-
xalq elm şəbəkəsinə daxil olmaq), həm aprobasiya, həm də tətbiqi nəticələr
tələb olunur. Tələblərin bu cür müəyyənləşdirilməsi Rusiyada indi də da-
vam edən elmilik meyarlarına əsaslanır.
2
1
Yəni dissertasiya işi böyük elm
sisteminin modelinə uyğun surətdə təsəvvür olunur. Halbuki, hər bir kon-
kret tədqiqat əsəri böyük elm sisteminin əhatə etdiyi bütün mərhələləri
özündə əks etdirə bilməz. O yalnız böyük zəncirin müəyyən bir halqasına
uyğun gələ bilər. Bu baxımdan, özlüyündə lokal, bitmiş bir sistem olan
tədqiqat əsəri – dissertasiya işi əslində böyük sistemin bir hissəsi kimi heç
nəyə lazım olmur. Ona görə də, əksər hallarda dissertasiya işlərinin arxivə
getməkdən başqa bir aqibətini görmək çətindir. Halbuki, elm adamının sə-
viyyəsi böyük elmə qatılma dərəcəsi və bu prosesdə rolu ilə müəyyənləşdi-
rilməlidir. Bizim ölkədə isə ən böyük kəşf də etsən, elmi ideyanın nəticələ-
ri həqiqətən tətbiq olunaraq böyük iqtisadi səmərə də gətirsə, ən mötəbər
jurnallarda məqalələrin də çıxsa (amma bu məqalələrin sayı bəlli rəqəmdən
az olsa, elmi dərəcə ala bilməzsən. Çünki bunun üçün ancaq formal bir
prosedur yolu keçilməli, bütöv elm modeli imitasiya olunmalıdır. Bəli, elm
olmayanda onun yerini imitasiyası tutur. Və belə bir şəraitdə ara-sıra
böyük elmi işlər görülürsə, onlar da imitasiya formalizminin baryerini keçə
bilmir.
Bu dediklərimiz ancaq dissertasiyalara qoyulan tələblərlə bağlı deyil.
Burada heç olmasa, müəyyən meyarlar və tələblər vardır. Bəs müdafiədən
sonra? Sonrakı tədqiqatların qiymətləndirilməsi hansı prinsip üzrə aparılır?
Yəni bizdə elmi ekspertizanın hansı formaları tətbiq olunur? İş stajı,
ümumiyyətlə məqalələrin sayı, kitabların sayı və neçə-neçə dəyərsiz
kitablar, “əsərlər” yığını.
Bizdə hələ də elmlə maarifçilik arasındakı sərhəd nəzərə alınmır.
Səbəbi isə budur ki, maarifçilik, elmi biliklərin tədrisi və təbliği, heç olma-
sa kimə isə lazımdır. Məsələn, universitetlərdə əlavə dərs vəsaiti kimi, ya-
xud da intellektli evdar qadınlar üçün elmi-kütləvi ədəbiyyat əvəzi olaraq.
“Elm adamlarının” isə öz həmvətənlərinin yazdığını oxumağa vaxtı yox-
1
Bax, məs.: Б.А.Райзберг. Диссертация и ученая степень. Пособие для соиска-
телей. М., ИНФРА-М, 2004.
|