sosial-iqtisadi elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi,
Sevinc Mehdizadə
Azərbaycan Dövlət İqtisad Universitetinin
sosial-iqtisadi elmi-tədqiqat laboratoriyasının elmi işçisi
Qloballaşma və yüksək ixtisaslı qadın mütəxəssislərin hazırlanmasının bəzi aspektləri Dünyada formalaşan qlobal iqtisadi mühit əmək bazarında neşə təlabatına öz ciddi təsirini göstərir. İndustrial cəmiyyətdən informasiya cəmiyyətinə keçid mühəndis-texniki yönümlü ixtisaslardan menecer-inzibatçı, maliyyəçi və s. ixtisaslara doğru təlabatın yüksəlməsi meylini yaradıb. Bübhəsiz ki, Azərbaycanda da bu qlobal tendensiya faktik mövcuddur. Rəsmi statistik məlumatlarda bu meyl özünü biruzə verməsə də, real iqtisadi proseslərdən - ticarətin, ictimai iaşənin, xidmətin yüksək artım tempindən aydındır ki, mühasib, menecer, inzibaçı və s. peşələrə təlabat yüksəlib.
Əlbəttə ki, bütövlükdə ixtisaslı kadrların və o cümlədən qadın mütəxəssislərin hazırlanmasında qlobal əmək bazarında baş verən bu proseslər nəzərə alınmalıdır.
Yüksək ixtisaslı qadın mütəxəssislərin hazırlanmasında əmək bazarındakı konyukturaya həm də ona görə diqqət yetirmək gərəkdir ki, qadınların ali təhsil sferasına qənaətbəxş cəlbi ixtisaslar bölgüsündəki qeyri-qənaətbəxş mənzərə ilə tamamlanır. Belə ki, ali məktəblərdə oxuyan 36000 nəfərdən çox qadından (kişilər 52000) əksəriyyəti humanitar və pedaqoji ixtisaslar üzrə təhsil alır.
Əlbəttə, qadınların nisbətən "qeyri-ənənəvi" ixtisaslara - menecer, inzibatçı, hüquq, maliyyəçi və s. ixtisaslara cəlbini yüksəltməyin müasir mərhələdə administrativ metodları mövcud deyil.
Amma qeyri-administrativ üsullarla bu ixtisaslara qadınların cəlbini stimullaşdırmaq mümkündür.
Belə ixtisaslar üzrə ödənişli qəbulda qadınlara təhsil haqqında müəyyən güzəşt edilməsi - məsələn, təhsil haqqının 30-50%-ə qədər azaldılması, yaxud bu ixtisaslar üzrə təhsil üçün qadın tələbələrə tələbə kreditinin verilməsi kimi metodlarla müvafiq stimullaşdırmanı təşkil etmək mümkündür.
Bundan müvafiq dövlət qurumları, gender problemləri ilə məşğul olan QHT-lər (qeyri-hökumət təşkilatları) tərəfindən orta məktəblərin yuxarı siniflərində zəruri maarifləndirilmə aparılması, qız məzunların bazar konyukturuna uyğun ixtisaslar üzrə təhsil almağa təşviq edilməsi bu məsələnin həllində əhəmiyyətli rol oynaya bilər.
Mövcud şəraitdə yüksək ixtisaslı qadın mütəxəssislərin hazırlanması ilə bağlı digər çatışmazlıq isə özünü ali təhsildən sonrakı mərhələdə biruzə verir. Elmlər doktorları olan qadınların sayının kişilərdən 10 dəfə, elmlər namizədi olan qadınların sayının təxminən 2 dəfə az olması da bu cəhəti aşkarlayır. Əlbəttə, bu məsələyə təkcə elmi-tədqiqat sferası problemləri baxımından yanaşmaq çox yanlış olardı və qeyd olunmalıdır ki, lmi-tədqiqat sferası problemləri tamamilə əhatəli, mürəkkəb spektrli məsələləri əhatə edir. Amma bu göstəricilərdən dəqiq bəlli olur ki, daha yüksək ixtisaslı qadın kadrların hazırlanması bir problem kimi mövcuddur. Bu problemcə təkcə hər hansı stimullaşdırma və güzəşt tədbirlərilə öz həllini tapa bilməz. Problemin həlli həm də etik münasibətlərdə, sosial baxışlarda köklü yeniləşmələri tələb edir.