Elmi-praktiKİ konfransin materiallari



Yüklə 0,84 Mb.
səhifə39/52
tarix02.01.2022
ölçüsü0,84 Mb.
#2526
1   ...   35   36   37   38   39   40   41   42   ...   52
Şöhrət İsmayılov

Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universitetinin sosial-siyasi

elmlər kafedrasının baş müəllimi
Ailə münasibətlərinin gender problemləri
Cəmiyyətin əsas tələbatı biososial istehsaldan təşkil olunmuşdur və məhz buna görə də bəşəriyyətin tarixi boyu ailə bu prosesi təmin edən əsas təşkilat kimi çıxış etmişdir. Cəmiyyəti inkişaf edən və artan ailə kimi nəzərdən keçirən filosof və tarixçilər - S.S. Russo, Kant, Hegel sosial münasibətlərin ailə münasibətlərindən törədilməsini qeyd edirlər.
F.Engels yazırdı ki, hər bir tarixi dövrdə müəyyən ölkədə insanların yaşadığı ictimai qaydalar bir tərəfdən əməyin, digər tərəfdən ailənin inkişaf mərhələsi ilə səciyyələnir.
Tədqiqatçıların əksəriyyəti ailənin müasir şəraitdə böhran keçirdiyini qeyd edirlər. Məlum olduğu kimi Azərbaycan qərb və şərq mədəniyyətini özündə əks etdirir və marginal cəmiyyət sayılır. Gender və ailə ayrı-ayrılıqda nəzərdən keçirilə bilməz, çünki ailə dəyərləri Gender dəyərləri kimi çıxış edir. Məhz buna görə də gender məsələsini bilmədən, ailə nigah anlayışını dərk etmək qeyri-mümkündür.
Ailəni kiçik bir dövlət kimi qəbul ediriksə, məhz bunu Azərbaycan ailəsinə şamil etmək düzgün olardı. Çünki nə Avropa, nə ABŞ, nə də dünyanın digər ölkələrində və onları təmsil edən xalqlarda Azərbaycandakı qədər ailəyə ciddi münasibət yoxdur.
Azərbaycan folklorunda, dastanlarında, musiqisində ailəyə müqəddəs yanaşma nəzərə çarpır.
Qədim dövrlərdən bu günə qədər Azərbaycanda ailə vətən və torpaqla bərabər tutulub. Ailəsini qoruyub müdafiə edə bilməyən, torpağını, vətənini müdafiə edə bilməz.
Ailə münasibətlərinin Gender problemlərini bilavasitə bu şəkildə araşdırmaq məqsədə uyğundur. Azərbaycanın çoxmillətli ölkə olduğunu nəzərə alsaq, Gender yanaşması tamamilə fərqli olmalıdır. Çünki qadına yanaşma, ona münasibət nəinki digər azsaylı xalqlarda, hətta ayrı-ayrı bölgələrdə də fərqlidir.
Müasir dövrdə gender təhsilinin inkişafına ciddi yanaşmaq lazımdır. Təhsil ilk növbədə ailədən başlayır. Uşaqlar ilk təhsilini ailədə alır. Bəzən biz uşaqların ilkin təhsilinə diqqət yetirməyi tövsiyyə edirik ki, bu da şəhər və rayon mərkəzlərində mümkündür. Bağçası və digər təhsil ocaqları olmayan və üstəlik də analar savadsız olan ucqar kəndlərimizdə vətənə necə sağlam nəsil bəxş etmək olar? Mənim fikrimcə biz ilk növbədə azəri analarını məcburiyyət qarşısında qalaraq şərəfsiz işlərlə məşğul olmaqdan çəkindirməli və onları ticarət bazarlarından (tolkuçkalardan) yığışdırmalıyıq. Gender təhsilinin inkişafı üçün ilk növbədə qadınların maarifləndirilməsi vacibdir. Ölkəmizdə ailə müqəddəs sayıldığı kimi, qadına da münasibət eynidir. Ancaq Gender məsələsini ciddi qabardaraq qadın-kişi problemi kimi qələmə vermək və qadın hərəkatına çevirmək düzgün olmaz. Bu problemin həll edilməsi üçün Dövlət proqramı olmalıdır. Dövlət bu sahədə qeyri-hökumət təşkilatlarına yardım göstərməlidir.
İlk növbədə qadınların maariflənməsinə ciddi münasibət bəslənilməli və ucqar kəndlərdən başlayaraq bütün məktəblərdə gender təhsilinin inkişafına yardım göstərilməlidir. Mən təklif edirəm ki, ali və orta təhsil müəssisələrində xüsusi proqram tərtib olunsun və gender təhsilinin tədrisinə ciddi dövlət nəzarəti həyata keçirilsin. Problemin həll edilməsinə yardım üçün büdcədən vəsait ayrılmalıdır.
Qadın-kişi bərabərliyi nədir? Bu mümkündürmü? Mənə elə gəlir ki, bunları sistemləşdirmək lazımdır. Qadın-kişi bütün sahələrdə bərabər ola bilməz.
Çünki qadın həm fiziki, həm də iradə cəhətdən kişidən fərqlidir. Ona görə də burada əsasən şəxsiyyət və hüquq bərabərliyindən söhbət gedə bilər. Nəzərə alsaq ki, qadın istər zehni, istərsə də fiziki əməklə məşğul olmaqla yanaşı, həm də ailə məişət məsələləri ilə məşğul olur və uşaqların təlitərbiyəsində yaxından iştirak edir, onda ona yanaşma da fərqli olmalıdır.
Mən təklif edərdim ki, qadın əməyinin 6 saatı kişi əməyinin 8 saatına bərabər tutulsa, bu daha humanist yanaşma olar. Xalqımızın kişiləri qadına ana, bacı, ömür-gün yoldaşı, qızı kimi münasibət bəsləyir ki, bunlar hamısı qohumluq əlaqələrində müqəddəslik və qeyrət rəmzləri sayılır.
Son zamanlar qadın zorakılığından geniş danışılır.
Mənim fikrimcə Azəri qadını hal-hazırda fiziki zorakılıqdan çox mənəvi zorakılığa məruz qalır. Nə qədər ki, ölkəmizin iqtisadiyyatında monopoliya hökm sürür, istehsal müəssisələri iflic vəziyyətindədir, azəri qadını bazarlardan, küçələrdən yığışa bilməyəcək. Mənə elə gəlir ki, hansısa bir qüvvə Azərbaycan xalqının genefondunu məhv etmək istəyir. Biz isə buna imkan verə bilmərik. Düşünürəm ki, gender təhsilinin inkişafına kömək üçün cəmiyyətdə müsbət meyllər formalaşacaq və onun inkişafı üçün dövlət səvyyəsində yardım göstəriləcəkdir.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin