Elmi-praktiKİ konfransin materiallari


Cins və gender anlayışlarının differensiasiyası



Yüklə 0,84 Mb.
səhifə44/52
tarix02.01.2022
ölçüsü0,84 Mb.
#2526
1   ...   40   41   42   43   44   45   46   47   ...   52
Cins və gender anlayışlarının differensiasiyası
Linda Nikolson cins və gender terminlərinin işlədilməsinin sosial kontekstinə dair mühüm mülahizə irəli sürür. Onun fikrincə, cins termini kişi və qadınlar arasında fərqin "bioloji fakt" olması hesab olunduğu dövrdə istifadə olunurdu - və güclü bioloji konnotasiyalara malik söz kimi cins bu kontekstə uyğun gəlirdi. Həmin dövrdə gender termini yalnız dildə kişi və qadın qrammatik formalarının təyin olunması üçün istifadə olunurdu. Kişi və qadın arasındakı fərqlərin sosial mənşəyə malik olması bəlli olduqda, genderdən biologiya ilə konnotasiyası olmayan termin kimi istifadə olunmağa başlandı.
Cins və gender anlayışının differensiasiyası ideyasını birinci antropoloqlar dəstəklədilər. Müxtəlif cəmiyyətləri araşdıraraq, onlar kişi və qadın rollarının, mövqelərin, xasiyyət cəhətlərinin başa düşülməsində, qısaca olaraq, bu və ya digər cəmiyyətdə kişi və qadının nə olmasının başa düşülməsində ciddi fərqləri aşkar ediblər. 1972-ci ildə Rozaldo və Lamferenin redaktəsi altında, kifayət qədər tez məhşurlaşan "Qadın, mədəniyyət və cəmiyyət" kitabı çıxır. Bu kitabın Şerri Ortnerin yazdığı "Təbii mədəni ilə olduğu kimi, kişi və qadın uyğunlaşırmı" məqaləsi sonralar coşğun müzakirələrə səbəb olmuşdur. Bu işdə qeyd olunurdu ki, qadınların reproduktiv rolu onun cəmiyyətdə sosial statusunun müəyyənləşdirilməsi zamanı nəzərə alınmır çünki, femin və qadınlar sosial sahə ilə yox, təbiətlə əlaqələndirilir. Ortner feminin təbii ilə, maskulin - mədəni ilə eyniləşdirilməsinin universal və simvolik əhəmiyyətini ətraflı araşdırır. Sonrakı müzakirələrdə bəzi antropoloqlar gender assimetriyasının universallığı haqda ideyanı söyləyirdilər. Digərləri Engelsin məşhur tezisini təkrar edərək, kollektiv iqtisadiyyat ilə cəmiyyətlər arasında üstünlük təşkil edən, cinslər arasındakı nisbi eqalitar münasibətlərin tədricən müstəmləkəçilik və pul münasibətləri ilə çevrildiyi haqda fikrini söyləyirdilər.
Yəqin ki, cins və gender anlayışlarının dəqiq söylənilmiş fərqi aşkar edən ilk işlərdən biri Qeyl Rabinin "Qadınlar ilə mübadilə" işidir. Psixoloji təhlil ilə struktur antropologiyanı (xüsusilə Levi-Strossun qohumluq sistemi nəzəriyyəsi ilə) birləşdirərək, Rabin kişilər arasında mübadilə predmeti kimi qadınların maddi və simvolik funksiyalarını öyrənirdi. Ekzoqamiya fenomenində diqqəti cəmləşdirərək, o, belə nəticəyə gəldi ki, patrixətti cəmiyyətlərdə qadınlarla mübadilə patriarxat əsayişi dəstəkləyən gender sisteminin başlıca məqamıdır. Rabin sübut edə bildi ki, məhz qəbilələrarası qadın mübadiləsi kişi hakimiyətini və ailədə gender identikliyin strukturlarını təkrar istehsal edir. Prosesin kulminasiyası - qadınların ev sferasına sıxışdırılması (sürgünü) və onların "təbii" funksiyalara gətirilməsidir. Rabin cins-gender sistemi anlayışını daxil edib. O yazırdı ki, "...sex-gender system - cəmiyyətin bioloji seksuallığı, bu dəyişdirilmiş seksual tələbatın ödənidiyi, insan fəaliyyətinin məhsuluna çevirən razılaşmalar (qurğular) dəstidir". Rabinin fikrincə, gender sistemi iki cinsi fərqli, bərabər olmayan və hətta qarşılıqlı tamamlayan kimi qurur və faktiki olaraq, o, məqsədi maddi və simvolikin ataların əllərində cəmləşməsi olan, hakimiyyət və dominantlıq sistemidir. Psixoloq Roda Unger "Cins və gender anlayışlarının redefinisiyası" məqaləsində cins anlayışını təkcə bioloji mexanizmlərin (cinsi xromosom və ya cinsi orqanların) nişanlaması üçün istifadə etməyi təklif etdi. Gender terminini, onun fikrincə, maskulin və feminin sosial, mədəni və psixoloji aspektlərinin nişanlaması üçün istifadə etmək zəruridir. Başqa sözlə, Unger cinsi bioloji hadisə, genderi isə sosial-mədəni konstrukt hesab edirdi. Lakin, Ungerin fikrincə, gender və onun komponentləri (gender stereotipləri, gender normaları, gender roları və gender identikliyi) kontiuumda həddindən artıq maskulindən həddindən artıq feminə qədər dəyişilə bilərlər. Bundan əlavə, gender şəxsin bioloji cinsindən asılı olmayan kimi dərk edilməlidir. Məsələn, kişi özünü elə tərzdə apara bilər ki, verilən cəmiyyətdə bu qeyri-kişi səciyyəvi hesab olunsun, lakin bu onu heç də daha az dərəcədə "kişi" eləmir.
Gender nəzəriyyəsinin inkişafına Andriyenna Riçin "Analıq təcrübə və institut kimi" kitabı gözə çarpan töhvəni verdi. Biz artıq ona əvvəlki mühazirələrdə baxmışdıq, burada isə mən onun bir fikrini vurğulamaq istərdim. Bu fikir genderin bütün qadınları eyniləşdirən, monolit kateqoriya olmaması haqqındadır. Gender ilə nişanlanan subordinasiyanın mövqeyi bir sıra digər hakim variasiyalar ilə - irq, sinif və yaş kimi müşaiyət edilir və güclənir. Bundan başqa, seksuallığın nəzarəti mexanizmləri və irq problemlərini təhlil edərək, A.Riç belə qənaətə gəlir ki, gender, fərqləri yaradan və bu fərqləri hakimiyyətin və tabeliyin münasibətlərinə daxil edən, özünəməxsus sistemdir. Beləliklə, onda genderin dərk edilməsi ilkin versiyaların binar modelindən (kişi/qadın gender) fərqlənir və hakim komponentlərin mürəkkəb şəbəkəsinin hissəsinə çevrilir.
Cins və gender anlayışlarının differensiasiyası sosial proseslərin dərk edilməsinin yeni nəzəri səviyyəsinə çıxış demək idi. 80-ci illərin axırlarında tədqiqatçılar tədricən patriarxatın tənqidi və spesifik qadın təcrübəsinin öyrənilməsindən gender sisteminin təhlilinə keçirlər. Qadın tədqiqatları tədricən gender tədqiqatlarına artırlar. Burada, insan cəmiyyətinin, mədəniyyətin və qarşılıqlı münasibətlərin bütün aspektləri genderə aid edən yanaşmalar ön plana çəkilir. Vurğunun tədqiqat proqramlarına "qadın amilinin əlavə edilməsi" və kişi dominantlığının konseptualizasiyasının üzərindən bütün sosial proseslərdə genderin necə iştirak etdiyinin, qurulduğunun və təkrar istehsal olunduğunun təhlilinə tədrici keçidi müşahidə olunur.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin