Elmi-praktiKİ konfransin materiallari


III. Gender fəlsəfi və postmodernist konsepsiyalarda mədəni metafora kimi



Yüklə 0,84 Mb.
səhifə48/52
tarix02.01.2022
ölçüsü0,84 Mb.
#2526
1   ...   44   45   46   47   48   49   50   51   52
III. Gender fəlsəfi və postmodernist konsepsiyalarda mədəni metafora kimi
Feminist yönlü tədqiqatçılar cins probleminin təhlilində bioloji və sosial aspektlərdən əlavə üçüncü, simvolik və ya əslində onun mədəni aspektini də aşkar etdilər. Kişiyə və qadına məxsusluq ontoloji və qnoseoloji səviyyələrdə mədəni-simvolik sıraların elementləri kimi mövcuddur:
- kişiyə məxsus - rasional - mənəvi - ilahi - ... - mədəni;
- qadına məxsus - hissiyatlı - cismani - günahlı - ... - təbii.
Cinsin birinci, bioloji aspektindən fərqli olaraq, onun digər iki - sosial və mədəni-simvolik təbəqələrində aydın olmayan dəyər istiqamətlənmələri və göstərişlər vardır, və onlar elə formalaşmışlar ki, "kişiyə məxsus" və ya onunla eyniləşdirilənlər pozitiv, əhəmiyyətli və dominant, "qadına məxsus" isə neqativ, ikinci və subordinasialaşan hesab olunur. Bu yalnız kişinin və kişi predikatlarının cəmiyyətdə dominant olmasında təzahür etmir. Cins ilə bağlı olmayan əksər fenomenlər və anlayışlar (təbiət və mədəniyyət, həssaslıq və rasionallıq, ilahi və dünyəvi və bir çox digərləri) mövcud olan mədəni-simvolik sıra vasitəsilə "kişi" və ya "qadın" eyniləşdirilir. Beləliklə, iyerarxiya, bu qeyri-cinsi anlayış cütləri daxilində qarşılıqlı itaət yaranır. Bu zaman əksər hadisələr və anlayışlar "cinsi" (gender demək daha doğru olardı) çalar alır. Feminist nəzəriyyəçilər, "qadın" və "kişi" mədəni-simvolik mənanın nişanlandırılması üçün adətən uyğun olaraq, "femin" və "maskulin" terminlərindən istifadə edirlər.
Bununla yanaşı kişi və qadın ontoloji başlanğıclar (yəni ilkin varlıq prinsipləri) kimi digər əsas kateqoriyalar sisteminə quraşdırılması, onların öz ilkin təbii-bioloji mənasını dəyişdirir. Cins mədəni metaforaya çevrilir, E.Finin qeyd etdiyi kimi bu metafora, "... ruh və təbiət arasında münasibəti ötürür. Ruh - kişi, təbiət - qadın, dərk etmə isə bir növ aqressiv sahiblik aktı kimi yarandı; passiv təbiət sual verilməyə, açılmaya məruz qalır, insan onun dərinliklərinə daxil olur və özünə tabe edir. İnsanın - dərk edən ruhun kişi təcəssümünə, təbiətin isə onun tabeləşmiş vəziyyəti ilə qadına bərabərləşdirilməsi qərb mədəniyyətinin fasiləsiz mövzusu idi və qalmaqdadır".
Məlum olur ki, cins metaforası mədəni-formalaşdırıcı amil rolunu ifa edir. Başqa sözlə, gender assimetriyası, dünya haqda biliyin istehsalı sistemi kimi başa düşülən ənənəvi qərb mədəniyyətinn formalaşdırılmasında əsas amillərdən biridir. Gender mahiyyətcə, həm qadın və kişi rollarında, davranışında, mental və emosional xarakteristikalarında cəmiyyət tərəfindən fərqlərin yaradılmasının mürəkkəb sosial-mədəni prosesidir, həm də nəticənin özü - genderin sosial konstruktudur. Gender fərqlərinin müəyyən edilməsinin əsas elementləri onların qütbləşməsi və iyerarxik qarşılıqlı tabeliyidir. Bu zaman maskulin avtomatik prioritet və dominant kimi, femin isə ikinci dərəcəli və tabe olan kimi nişanlanır.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin