Elmi-praktiKİ konfransin materiallari



Yüklə 0,84 Mb.
səhifə17/52
tarix02.01.2022
ölçüsü0,84 Mb.
#2526
1   ...   13   14   15   16   17   18   19   20   ...   52
Y = f (L,L1, C)
kimi müəyyən olunur və burada
L - land - yəni ölkənin təbii ehtiyatları
L1 - labour forçe - yəni işçi qüvvəsi
C - kapitaldır

Ölkə inkişafı dedikdə bu üç göstəricinin ən yaxşı kombinasiyası başa düşülür ki, burada işçi qüvvəsi əsas göstəricilərdəndir. İşçi qüvvəsinin tərkibi, onun məhsuldarlığı bu gün üçün olduqca aktualdır və bütün bunlar əmək bazarının keyfiyyətini müəyyən edir.


XX-ci əsrin 60-cı illəri qərbin bir çox inkişaf etmiş ölkələri üçün əmək bazarına qadınların kütləvi çıxışı kimi yadda qalmışdır. Bütün bunlar qadın və kişilərin sosial rollarının dəyişməzliyi haqda təsəvvürləri ilk dəfə silkələdi və bununla da iqtisadiyatda gender problemini dahada qabartdı.
Bəs həmin dövrdə iqtisadi elm əsasən hansı gender problemləri ilə maraqlanırdı?
- Əvvala əmək bazarında mövcud olan qeyri bərabərlik. Bu qeyri bərabərlik professional seqreqasiya ilə ifadə olunurdu.
- Bu və ya digər professional qruplarda çalışan qadınların az maaşlı sahələrdə sabit korrelyasiyası nəzərə çarpıp ki, bu da qadın əməyinin lazimi səviyyədə qiymətləndirilməsi idi.
- Qadınların professional əməklərinin qiymətləndirilməsi, lakin bununla paralel olan ev əməyinin qiymətləndirilməməsi ən əsas qadın probleminə çevrildi.
- Qadınların məşğulluğunda açıq diskriminasiyanın mövcudluğu
- Və ən sonda qadınların əmək bazarına çıxmasının ailə daxili problemlərin inkişafına və boşanmaların sayının artmasına səbəb oldu.
Həmin illərdən başlayaraq Gender problemləri nəzəri metodoloji əsaslara malik oldu və artıq Gender təhsili iqtisadi ədəbiyyatda öz təhlilini tapdı.
İqtisadi ədəbiyyatda hal-hazırda Gender təhsili problemləri bir neçə istiqamətlərdə araşdırılır:
- Neoklassik iqtisadi ədəbiyyatda;
- İnstitualizm cərəyanında;
- Faydalılıq nəzəriyyəsində.
Hər üç nəzəriyyəyə görə gender bərabərsizliyi əsas götürülür, lakin bu bərabərsizliyin həlli yolları hər üç halda müxtəlif götürülür. Bu baxımdan neoklassik K.Errou, institualist Ronald Kouz, və Bekker, faydalılıq nəzəriyyəsinin nümayəndəsi Delfinin araşdırmaları daha maraqlıdır.
Bekkerə görə gender problemlərini insan kapitalının təhlili kontekstində aparılması daha səmərəlidir, belə ki, insan kapitalı zənginləşdikcə (təhsil, professional hazırlıq və s.) bu, onun yüksək əmək haqqı almasına səbəb olur və buna görə də o, ailədə zəhmət tələb edən işləri əvəz edən yeni texnologiyaları almağa müvəffəq olur və bununla da qadın əməyini yüngülləşdirir.
K.Errouya görə gender probleminin həlli qadının evdəki zəhmətinin bazar qiymətləri hesablanması və işləməyən qadınlara ya ailə başçısı, ya da dövlət tərəfindən ödənilməlidir, lakin bütün bunlar hər şeydən əvvəl iqtisadiyyatın inkişafından asılı olacaq, elə ona görə də tam inamla söyləmək olar ki, gender problemləri həlli Azərbaycanda iqtisadi inkişafdan asılı olacaq. Bir qayda olaraq ölkələrdə baş verən iqtisadi böhranlar qadınların kişilərlə müqayisədə daha yüksək faizdə iş yerlərini itirmələrinə səbəb olur, başqa sözlə iqtisadi böhranlar vaxtı kişilər qadınları iş yerlərindən sıxışdırırlar. Burada digər səbəb də böhranlarda ailədə birinci növbədə kişinin işləməsi üçün razılığa gələn qadınlar ev işlərini öz öhdələrinə götürməsi olacaq. Çünki ailədə qadının daha yüksək karyeraya malik olması çox vaxt ailənin sonda dağılmasına gətirib çıxarır. Lakin iqtisadi böhran halında yalnız Amerika Birləşmiş Ştatlarında kişilər qadınları iş yerlərindən sıxışdıra bilməyiblər, buna da səbəb iqtisadi sahələrdə kişi və qadın əməyinin kifayət qədər dəqiq bölünməsidir.
İqtisadiyyatda Genderlə əlaqədar ikinci problem məsələ qadın əməyinin həqiqətən kişi əməyinə nisbətən daha az məhsuldar olub olmaması problemidir. Hələ ki bütün hesablamalar eyni təhsilli, eyni yaşlı, bir sözlə eyni insan kapitalı yüklü qadın və kişinin eyni şəraitdə əksər iqtisadi sahələrdə eyni səviyyədə məhsuldar olduğunu göstərir, burada hətta fizioloji fərqlər də bir o qədər əhəmiyyət daşımır.
Azərbaycanda Genderin İnkişafı Gender təhsilindən sıx asılıdır. Gender təhsilinin inkişafını texnoloji nəaliyyətlər faktı ilə də bağlamaq olar ki, bu da ilk növbədə respublikanın qloballaşmanın müsbət faktorlarındar bəhrələnməsi, iqtisadi inkişafa nail olması, və son anda yoxsulluğun tam aradan qaldırılmasıdır.
Texnoloji nəaliyyətlərə görə ölkələr 2 qrupa bölünür ki, bu da
- texnoloji nəaliyyətləri yaratmaq baxımından
- texnoloji nəaliyyətləri tətbiq etmək baxımından.
Birinci fakta görə Azərbaycanın indeksi 0 ra bərabərdir və biz burada dünya ölkələrindən əsasən inkişaf etmiş ölkələrdən geridə qalırıq. İkinci göstəriciyə görə ölkəmiz 0.379 indeksinə malikdir ki, bu İranın göstəricisindən çoxdur (0.260), Macarıstandan isə azdır (0.464). Bütün bunlar da özünü Gender problemlərindən də göstərir.
Gender ölkəmiz üçün nisbətən yeni sahə olduğuna görə bütün bunlar da aşağıdakıları nəzərdə saxlamalıdır:
- iqtisadi artım və əldə edilən gəlirlər yeni iş yerlərinin yaradılmasına, işsizliyin və cuzi əmək haqqı ilə işləmənin aradan qaldırılmasına xidmət etməlidir.
- yoxsulluq və işsizliklə mübarizə yönəldilmiş proqram və tədbirlər gender baxımından daha həssas olmalı, qadınlar və kişilər üçün eyni imkanları yaratmalı və qadınların ənənəvi məşğul olduqları sahələrin iqtisadi inkişafını təmin etməlidir
- insan inkişafına və o cümlədən yoxsulluğun aradan qaldırılmasına yönəldilmiş qərarların qəbul edilməsində əhalinin iştirakının genişləndirilməsi vaciödir.
- əmək bazarında davamlı məşğulluğu təmin etmək üçün ixtisaslı mütəxəssislərin hazırlanması və profil dəyişməsi sisteminin yaradılması
- Neft gəlirlərindən gələn gəlirlərin işsiz qadınların işlə təmin edilməsi və gender bərabərsizliyinin yumşaldılması.
Bütün bunlar Gender inkişafına sözsüz müsbət təsir edəcəkdir, lakin bunlarla yanaşı Azərbaycanda gender təhsilinə çox geniş imkanlar yaradılmalıdır, bu da ilk növbədə özünü fundamental araşdırmaların təhsil prosesində ifadə olunmasıdır. Burada Azərbaycan qadının rolu, onun iqtisadi inkişafda mövqeyi, gərar vermə səviyyələrində təmsili və bütün bu sahələrdə onun təbii evolyusiyası, iqtisadi məhsuldarlıq baxımından səmərəliliyi həmin araşdırmaların əsas mövzusu olmalıdır.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin