Elmi-praktiKİ konfransin materiallari


Gender nəzəriyyələrinin təşəkkülü



Yüklə 0,84 Mb.
səhifə45/52
tarix02.01.2022
ölçüsü0,84 Mb.
#2526
1   ...   41   42   43   44   45   46   47   48   ...   52
Gender nəzəriyyələrinin təşəkkülü
80-ci və 90-cı illərin axırında gender tədqiqatları kifayət qədər yayılmış oldular və hətta elmi isteblişmentə yazııldlar. Bu gün sosial-hurmanitar fənlər sahəsində mövzunun gender aspektindən yan keçən nəşri təsəvvür etmək münkün deyil. Lakin, gender anlayışının özünün dərki və istifadəsi kimi, o cümlədən, tədqiqatlar gedişatında tətbiq edilən üsullar da olduqca fərqlidir. Bütövlükdə, mənim fikrimcə, gender tədqiqatlarında üç əsas yanaşmanı və bir yalançı - saxta gender yanaşmasını ayırd etmək olar.
Saxta gender tədqiqatlarını mən bu anlayışın, birincisi, cins sözünün güya "sinonimi" kimi, ikincisi, ənənəvi sosiodemoqrafik kateqoriya kimi (sosiocins rolu) və nəhəyat, gender tədqiqatları şəklində qadın və uşaqların mövqelərinin öyrənilməsi kimi istifadəsini adlandırıram. Gender terminin cins sözünün sinonimi kimi istifadəsi tez-tez yerli tədqiqatlarda rast gəlir. Onların müəllifləri bilərək və ya bilməyərəkdən bioterminist mövqelər üzərində durur, lakin, gender sözünün daha müasir olduğunu hesab edirlər. Sosiocinsi rol kimi genderin qəbulu bir qayda olaraq, müəllifləri müasir fikirlərdən geridə qalmaq istmiyən, sosial, demoqrafik və iqtisadi tədqiqatlar üçün səciyyəvidir. Mənim fikrimcə, bu yanaşma cinsin ənənəvi sosiologiyasının modifikasiyası, yəni həmin biodeterminizmdir. Bu yanaşma çərçivəsində bioloji fakt kimi cins və sosial qurma kimi gender hətta fərqlənə də bilərlər. Lakin, iki əks "genderin" varlığı verilmiş və ya iki bioloji cəhətdən fərqli cins əksi kimi qəbul edilir. Bu zaman hesab edilir ki, kişi və qadınların "təbiəti" onların müxtəlif sosial (sosiocinsi) kateqoriyalara ayırd etməsini münkün edəcək qədər fərqlidir. Belə yanaşmada tədqiqatçılar adətən cinsin bioloji və sosial kateqoriya kimi tədqiqat predmetinə (seçicilərin göstəriş və ya davranışı, tərbiyə, əmək və s.) təsirini öyrənirlər. Əgər hər-hansı xüsusiyyətləri müəyyən etmək olursa, onda onları gender qrupları (qadınlar və kişilər) arasındakı fərqələrin nəticəsi hesab edirlər, bu da özü özlüyündə tavtologiyadır. Çünki, tədqiqatçı əvvəlcədən qadın və kişiləri müxtəlif sosial-demoqrafik kateqoriyalara aid edərək, aşkar onların fərqi ilə bağlı mövqeyindən çıxış edir. Əgər belə fərqlər aşkar edilməzsə, onda baxmayaraq ki, belə konstatasiya kişi və qadınların bir-birindən köklü fərqləndiyi haqda ümumi etiqadı pozmur, belə nəticə çıxarılır ki, cins/gender verilən dəyişilənə təsir etmir. Belə öyrənməyə misal kimi, məsələn, kişi və qadın həyatlarının uzunluğu ayrılıqda hesablanıb, sonra isə bu amillər həmin həyat uzunluqlarında fərqlərin səbəbləri təhlil edilməyərək, sadəcə olaraq müqayisə edilərkən ənənəvi demoqrafik tədqiqatları hesab etmək olar.
Analoji misal kimi "qadın və kişi" iş yerləri belə fərqin, məsələn qadın və kişi sahələrində əməyin ödənilməsi, səbəblərinin və mənalarının təhlili aparılmadan təsvir edilən zaman, əməyin sosiolgiyası çıxış edə bilər. Belə misal kimi yalnız qadınlara ünvanlanan sosioloqların ənənəvi sualları: "Sizin maddi təminatınız olsaydı evdə oturmaq istərdinizmi?" və ya "Qadın siyasətçi ola bilərmi?" mövzusunda bədnam sorğular çıxış edir. Bu qəbildən olan sosioloqlara sadəcə məlum deyil ki, onların tədqiqatlarının nəticələri metodologiyanın özü ilə qabaqcadan müəyyən edilib.
Bu gün genderin sosial və humanitar elmələrdə qəbul edilən nəzəriyyələrinə mən aşağıdakıları aid edirəm:
I. Genderin sosial quraşdırılması nəzəriyyəsi.
II. Genderin digər stratifikasiya kateqoriyaları ilə əlaqəli stratifikasiya kateqoriyası kimi dərk edilməsi.
III. Genderin mədəni metafora kimi interpretasiya.
Bu nəzəriyyələri daha ətraflı araşdıraq.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin