Elmi-praktiKİ konfransin materiallari


I. Genderin sosial quraşdırılması nəzəriyyəsi



Yüklə 0,84 Mb.
səhifə46/52
tarix02.01.2022
ölçüsü0,84 Mb.
#2526
1   ...   42   43   44   45   46   47   48   49   ...   52
I. Genderin sosial quraşdırılması nəzəriyyəsi
Bu yanaşma çərçivəsində gender təkcə qadın və kişilərin ailədə şəxslərarası ünsiyyətivə qarşılıqlı təsiri xarakterizə edən yox, həm də cəmiyyətin əsas institutlarında (o cümlədən, onlar tərəfindən müəyyən edilən və qurulan) onların sosial münasibətlərini təyin edən, onlar arasındakı sosial münasibətlər təşkil olunmuş modeli kimi başa düşülür. Bu yanaşma iki postulata əsaslanır: 1) gender sosiallaşma, əmək bölgüsü, gender rolları sistemi, ailə, kütləvi informasiya vasitələri vasitəsilə quraşdırılır. 2) gender individlərin - onların şüuru (yəni gender identifikasiyası), cəmiyyət tərəfindən verilən norma və roların qəbulu və onlara uyğunlaşma səviyyəsində özləri tərəfindən quraşdırılır.
Gender indentikliyi anlayışı insanın kişilik və qadınlığın mədəni tərifləri ilə əlaqəni dərk etdiyini bildirir. Gender identikliyi - "Mən" və digərlərin qarşılıqlı təsiri nəticəsində yaranan kişi və ya qadın cəhətlərin interiorizasiyasıdır (qəbulu). Transvestit və transseksual identikliklərinin mövcudluğu göstərir ki, gender təkcə cinsdən asılı deyil, o gender identikliklərinin düzülüşünün nəticəsidir. Gender ideologiyası - fikirlər sistemidir. Bu fikirlər vasitəsilə gender fərqləri və gender stratifikasiyası sosial doğrultmasını, o cümlədən, "təbii" fərqlər və ya fövqəladə əqidələr baxımından əldə edirlər.
Gender differensiasiyası - kişi və qadınlar arasında bioloji fərqlərə sosial məna verən və sosial klassifikasiya vasitəsi kimi istifadə olunan prosesdir. Gender rolu - genderi əhatə edən, anlayışlardan çıxan sosial gözləmələr, o cümlədən, nitq, tərzlər, geyimlər və jestlər şəklində davranışdır. Bu yanaşma əhəmiyyətli dərəcədə reallığın sosial quraşdırılması nəzəriyyəçilərinin, Qoffmanın, Qarfinkelin və digərərin fikirləri ilə çarpazlaşır. Həqiqətdə, genderin sosial konstrukt kimi ideyası K.Uest və D.Zimmermanın "Genderin yaradılması" işində məlumdur. Öz fəaliyyətlərində, onların gender statusu ilə əlaqəli olan, gözləmələri gerçəkləşdirərək, individlər gender fərlərini, və eyni zamanda, onlar tərəfindən şərtlənən hökmranlıq və hakimlik sistemlərini müəyyən edir.
Coan Skottun sözlərinə görə, "gender mənsubluğunun dərk edilməsi - sosial münasibətlərin, cinslər arasında qəbul edilən fərqlərə əsaslanan, müəyyən edici elementidir. Cins isə hakimi münasibətlər ifadəsinin prioritet üsuludur". Qarfinkel, Makken və Kesslerin nəzəriyyələri israr edirlər ki, "qadın" və "kişi" mədəni hadisələr, onların "gender attribusiyası (qəbulu) prosesi" adlandırdığının məhsullarıdırlar. Genderi bu yolla yaratmaq oğlanlar və qızlar, kişilər və qadınlar arasında fərqləri, təbii, əsaslı, və ya biololoji olmayan fərqləri yaratmaq deməkdir. Şəxsin gender mənsubiyyəti insanın etdiyi və digər insanlarla qarşılıqlı təsir prosesində daim etdiyidir.
Genderin sosial istehsalı tədqiqatın predmeti olanda, adətən sosiallaşma, əmək bölgüsü, ailə, kütləvi-media institutları vasitəsilə genderin necə tikildiyini araşdırırlar. Əsas mövzular gender rolları və stereotipləri, gender identikliyi (oxşarlığı), qender stratifikasiyası və qeyri-bərabərliyi problemləri olurlar. İlk gender sosiallaşmasını yəni müəyyən cins və genderə aid etmə təcrübəsini və onun nəticəsi kimi gender identikliyini (mən oğlanam, mən qızam), araşdıraraq, tədqiqatçılar qeyd edirlər ki, gender üzrə bu kateqorizasiya könüllü deyildir və daxili seçimdən asılı deyil, o məcburidir. Uşaqlar tərəfindən müəyyən gender identikliyinin qəbulu özünütənzimləmə prosesini (o cümlədən, motivasiyanın və psixoloji cəhətlərin formalaşmasını) "daxil edir" və gender identikliyinin matrisasına uyğun olaraq öz davranışının və digərlərin davaranışlarının monitorinqi (güdmə və nəzarət). Əmək bölgüsünü təhlil edərək, onun gender bölgüsünü, genderin özü kimi, necə istehsal etdiyini və bərkitdiyini aşkar edir və göstərir. Gender seçimləri və cins mənsubiyəti üzrə kateqoriya ilə nəzərdə tutulan sərhədləri istehsal, yenidən istehsal edən və leqitimləşdirən qüvvətli qurğudur. Genderin sosial vəziyyətdə necə yaranmasının dərki şəxslərin qarşılıqlı təsiri səviyyəsində sosial strukturun dəstəyi mexanizmini aydınlaşdırmağa və sosial nəzarətin onun mövcudluğunu təmin edən mexanizmləri aşkar etməyə imkan verəcək.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin