Elmi-praktiKİ konfransin materiallari


Metodologiyanın qeyri-ənənəviliyi və onun sosial və humanitar bilikdə istifadə olunması



Yüklə 0,84 Mb.
səhifə49/52
tarix02.01.2022
ölçüsü0,84 Mb.
#2526
1   ...   44   45   46   47   48   49   50   51   52
Metodologiyanın qeyri-ənənəviliyi və onun sosial və humanitar bilikdə istifadə olunması
Gender kateqoriyası və gender tədqiqatlarının özləri cəmiyyət və mədəniyyətin feminist təhlili üçün yeni analitik imkanlar açmışdır. Kişi və qadın əksliyi bioloji cəhətləri itirir, vurğu isə kişilər və onların şovinizminin tənqidindən qərb mədəniyyətinin formalaşmasının daxili mexanizmlərinin açılmasına keçirilir.
Sosial və humanitar bilikdə gender yanaşmasının formalaşması əslində sadəcə yeni nəzəriyyənin peyda olmasından daha çoxdur. Bu prinsipcə yeni nəzəriyyədir, bunun qəbulu bəzən insan və alimin dəyər meyllərinin dəyişilməsi və əksər öyrəşmiş təsəvvürlərin və "Həqiqətlərin" yenidən baxılmasını bildirir. Sosial və humanitar dərk etmədə gender yanaşmasının mədəniyyətin yenidən başa düşülməsinə geniş imkanlar təqdim edir. Genderin sosial qurulması nəzəriyyəsi və genderin, irq, sinif və yaş kateqoriyaları ilə qarşılıqlı əlaqədə olan stratifikasiya kateqoriyası kimi başa düşülməsi daha çox sosial elmlərdə - sosiologiya, psixologiya, iqtisad və deoqrafiyada istifadə olunur. Gender mədəni metafora, genderin sökülməsi nəzəriyyəsi kimi isə - əsasən humanitar elmlərdə - fəlsəfə, tarix, ədəbiyyatşünaslıq, mədəniyyətşünaslıqda. Bu bölgü kifayət qədər şərtidir, və çox zaman eyni bir tədqiqatda bir-neçə yanaşma istifadə olunur və kombinələşdirilir. Müasir gender nəzəriyyəsi kişi və qadınlar arasında bu və ya digər bioloji, sosial, psixoloji fərqlərin olması haqda mübahisə aparmağı çalışmır. O sadəcə olaraq israr edir ki, fərqlər faktının özü onların sosiomədəni qiymətləndirilməsi və interpretasiyası, o cümlədən, bu fərqlərin əsasında hakim sistemin qurulmasından mühüm deyildir.
Beləliklə, gender tədqiqatlarının əsası yalnız kişilər və qadınların statusları, rolları və həyatlarında digər aspektləri arasındakı fərqin təsviri deyil, həm də gender rolları və münasibətləri vasitəsilə cəmiyyətdə təsdiq olunan, hakimiyyət və dominantlığın təhlilidir. Gender rolları dominantlıq və hakimiyyət kateqoriyaları vasitəsilə kişilər və qadınların münasibətlərini təyin edir. Gender tədqiqatları, hakimiyyətin ənənəvi (patriarxat) iyerarxiyasını qurmaq məqsədi ilə cəmiyyət hansı rollar, normalar, dəyərlər, xasiyyət cəhətlərini sosiallaşma, əmək bölgüsü, mədəni dəyərlər və simvollar sistemləri vasitəsilə kişilər və qadınları icra etməsini nəzərdə tutduğunu araşdırırlar.
Müasir sosial və humanitar tədqiqatlarda gender dəyişməz və universal konstruksiya kimi istifadə olunmur. Gender anlayışı nə əşya və ya predmeti, nə də çoxlu əşya və predmetləri bildirmir, o, münasibət və proseslərin kompleks hörülməsidir. Həm keçmişdə, həm də bugünki dövrdə genderin analitik kateqoriyasından mədəni reallığı çıxarmaq üçün "münasibətlər ilə fikirləşmək" zəruridir. Mühazirənin sonunda çoxhörmətli Qizella Bokdan sitat gətirmək istərdim. O yazır ki, gender yanaşması "tarix və cəmiyyəti hər-hansı modelə aparması üçün deyil, o, tarix və cəmiyyətdə çeşidliyin və dəyişkənliyin aşkar edilməsinə xidmət edir. Gender anlayışın ümumiləşdirilmiş ifadə forması mənasında yox, bu yunan sözünün ilkin mənasında "ictimai razılaşmama" bildirən "kateqoriyadır".

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin