157
öyrənərkən də müsbət nəticələr alınmıĢdır. Gözün buynuzlu qiĢasında aparılan cərrahiyyə
əməliyyatında yaranın üzərinə yağ sürtülməsi onun yağ süıtülməyən yaraya nisbətən 3 gün tez
sağalmasına səbəb olmuĢdur.
Çaytikanı yağının bərpaedici xüsusiyyətləri gözünün buynuzlu qiĢası pozulmuĢ ev dovĢanı
üzərində aparılan təcrübələrlə öyrənilmiĢ və müsbət nəticələr əldə edilmiĢdir. Belə ki, bir müddət
keçəndən sonra evdoĢanının gözünün buynuzlu qiĢası bərpa olunmuĢdur.
Çaytikanı yağı ilə burun boĢluğunun selikli qiĢasının iltihabı da müvəffəfəqiyyətlə müalicə
edilir. Yağla həmçinin dəridə əmələ gələn Ģüa xəstəliklərini və arteroskleroz xəstəliyini sağaldırlar.
Bir sözlə, çaytikanı yağı orqanizmdə əmələ gələn müxtəlif yaraların, bağırsaq iltihablarının,
qan azlığının və s. xəstəliklərin müalicəsində çox qiymətli dərmandır.
KeçmiĢdə yunanların müqəddəs saydıqları at xəstələndikdə, çaytikanının cavan zoğları və
yarpaqları ilə müalicə edərmiĢlər. Belə ki, xəstə at çaytikanının zoğları və yarpaqları ilə
yemləndikdən bir az sonra onun tükləri parıltılı, iĢıltılı bir görkəm alır və tezliklə sağalır. Rəvayətə
görə çaytikanının yunanca adı da buradan əmələ gəlmiĢdir.
Hippophae – hippos - at,
phae -
parıldamaq, iĢıldamaq deməkdir.
Göründüyü kimi, hələ qədim zamanlardan insanların çaytikanı ilə yaxından maraqlanması
nəticəsində müəyyən edilmiĢdir ki, bu bitkinin çiçəkləri, meyvələri, yarpaqları, cavan zoğları,
oduncağı, kökü və s. xalq təsərrüfatının bir çox sahələrində istifadə olunmuĢ və hal-hazırda bu
istifadə daha geniĢ miqyas almıĢdır.
Çaytikanı oduncağının külündə çoxlu potaĢ, yarpaqlarında isə 10%-ə qədər aĢı maddəsi
olduğu aĢkar olunmuĢdur.
Balın insan həyatında xeyiri qədim zamanlardan hamıya məlumdur. Ancaq onun gözəl ətirli,
tərkibcə daha keyfiyyətli olması həmin balın hansı bitkilərdən çəkilməsindən bilavasitə asılı olur.
Ondan ahnan bal Ģəffaflığına, ətrinə, keyfiyyətinə görə çox yüksək üstünlüyə malik olur.
Çaytikanı uzunömiirlüdür. 80 ilə qədər yaĢayır, oduncağı sarı rəngdə, nazik təbəqəli, çox
möhkəm və davamlıdır.
Biz çaytikanının soğan, zoğ, yarpaq, oduncaq və meyvələrindən boya ekstraktı hazırlayıb
yun, ipək və pambıq məmulatlarını sarı, sarı-narıncı, narıncı, qızılı-sarı, yaĢılımtıl, zeytunu, tütünü,
tütünü-yaĢıl, bozumtul, açıq-qəhvəyi, tünd qəhvəyi, Ģabalıdı, qaramtıl, kərpici və s. rəng və
çalarlarla boyadıq.
Respublikamızda ilk dəfə olaraq Azərbaycan MEA-nın Qeyri-üzvi və fıziki-kimya
institutunun nəzdində fəaliyyət göstərən «Xususi konstruktor» bürosunun direktoru k.e.d.
Qəhrəman Həsənov ilə mənim rəhbərliyimlə, 6 laboratoriyanın alim, mühəndis və texniki iĢçilərinin
yaxından köməkliyi sayəsində çaytikanı meyvəsindən ildə istehsal gücü 500 ton olan ekstrakt və
yağ məhsulu istehsal edən zavodun layihə texniki sənədləri hazırlanıb müvafiq təĢkilatlara təhvil
verilmiĢdir.
Çaytikanının yarpaq və kök hissəsindən hazırlanan dəmləmə və cövhərlərdən zəhərlənmə,
angina, stomatit və gingivit vaxtı, podaqra və revmatizmdə istifadə edilir. «Qızıl xəzinəsi» hesab
edilən çaytikanının müalicəvi xüsusiyyətləri haqqında çoxlu əfsanələr, fərziyyələr də mövcuddur.
Onun bütün hissələrində, o cümlədən də giləmeyvəsində insan orqanizmi üçün vacib sayılan çoxlu
miqdarda qiymətli makro və mikroelementlər tapılmıĢdır.
Giləmeyvəsindən alınan Ģirəsi həzm prosesini stimullaĢdırır, qanda xolesterinin miqdarını
aĢağı salır. O, toyuq korluğunda, kataraktın müalicəsində, qəbizlikdə, hipertoniyada, ürəyin iĢemik
xəstəliklərində, avitaminozda yaxĢı təsir göstərir.
Diqqət! Çaytikanının təzə meyvələri mədə yarası və sidik kisəsi xəstəliklərində əks təsirə
malikdir, yəni bu xəstəlikdən əziyyət çəkənlərə istifadə etmək olmaz.
Dostları ilə paylaş: