Komplement sistemi Komplement (latınca complementun - tamamlamaq fikrindən götürülmüşdür) sisteminin kəşfi 1.Meçnikovun laboratoriyasında çalışan J.Bordenin adı ilə bağlıdır və o buna görə də 1919-cu ildə Nobel mükafatına təqdim olunmuşdur. P.Erlix tərəfindən taklif olunan, anticisimlərin antigenə qarşı mübarizəsini tamamlamağı nəzərdə tutan sintez olunur. Meclo vo monositopoezin təbii faktorları sayılır. B-transformasiyaedici böyümə faktoru (8-TBF) immun sisteminin faaliyyətində, masalan proteazaların ifadədir. Komplement sistemi dedikda bu onurğalıların təbii immunitetinin əsası sayılır və qan, eləcə də toxuma mayesində olan, özü də bir-birilə qarşılıqlı təsirdə olan zülallar sistemidir.
Komplement sistemində adlandırma complement sözünün ilk hərfi və ərəb rəqəmləri ilə götrülür. Məsələn: CIS, CL2, C3, C4, C5, C6 və s. işarə olunur, hətta C3 zülalı parçalana bilər C3a vo C3b fraqmentlərini də əmələ gətirə bilər. Komplementin ve onların fraqmentlarinin xüsusi reseptor sisteminə malik olması onlara immun sisteminin bir sıra zülalları ilə əlaqə yaratmaq imkanı verir. Komplement sisteminin fəallığı, iş prinsipi onları immunoloji reaksiyalarda faallığına asaslanır. Komplement sisteminin işləməsi isə, özündən sonra gələn bir çox molekulların fəallaşmasına səbəb olur. Müasir təsəvvürlərə görə komplemen
sisteminin aktivləşməsinin əsasında normal qan zərdabı zülalının 4 qrup zülalı, B, D, P faktorları, properdin və C3 komponenti aiddir. Komplement sistemin litik funksiyası sayəsində. yoluxucu mikroorqanizmlərə qarşı mübarizədə mühüm faktorlardan sayılır.
Anadangəlmə immun sistemi və onların funksiyaları mmunoloji funksiyaların yerinə yetirilməsində faqositar hüceyrələr deyilan monositlar, makrofaqlar va neyrtrofillər, təbii killerlər, dendritli hüceyrələr, bazofillər vǝ mastositlər və bəzən də trombositlər, eritrositlər və stromal hüceyrələri də buraya daxil edirlər.
Hələ vaxtı ilə İ.İ.Meçnikov faqositar hüceyrələrin iki növünü ayırd edərək, onlara makrofaqla və mikrofaqlar adlandırmışdır. Əslində faqositoz prosendə daha çox hüceyrələr qrupu iştirak edir. Müasir baxışlara əsasən «professional faqositarlar» deyilən qrup ayırd olunur. Faqositar hüceyrələr immun sistemində yalnız faqositozu yoz, başqa funksiyalar da yerinə yetirir. Monositlər faqositlərin mobil (hərəkətli) formaları olmaqla, qanda bir neçə sutka dövr etdikdən sonra toxuma və orqanlara keçərək orada yerli (rezident) makrofaqlara çevrilirlər. Mobillik xüsusiyyətinə görə makrofaqlar toxumada daima məskunlaşan və hərəkətli makrofaqlara bölürlər. Toxumanın tipindən asılı olaraq rezident makrofaqlar biri- birindən seçilirlər. Məsələn, qaraciyər makrofaqları Kupfer hüceyrələr, böyrək makrofaqları mərkəzi sinir siste- minin makrofaqları mikroqliya, ağ ciyər makrofaqları, alveolyar makrofaqlar, seroz boşluğundakı pezitonal makrofaqlar və s. kimi müxtəlif cür adla adlanırlar. Faqositoz prosesi makrofaqların həyata keçirdikləri bir sıra funksiyaların, orqanizmin qocalmış və məhv olmuş hüceyrələrini hüceyrədə təmizlənmə prosesinin əsasında durur. Neytrofillər qanın leykositlərinin 70%-ni, qranulosit- lərin isə 95% təşkil etməklə seqmentli və nüvəli hüceyrələr olub neytral boyalarla rənglənirlər. Müəyyən olunmuşdur ki, orqanizmin bir saat ərzində sümük iliyindən qana 4.10 -dən çox neytrofil keçir. Neytrofillər yüksək hərəkətli hüceyrələrdir. Yüksək mobilizasiya ilə yanaşı, neytrofillər həmçinin çox tez cəmi bir neçə saniyə ərzində «oksigen partlayışı məhsullarının və qranulların möhtəviyyatının birgə təsiri Neytrofillərə müxtəlif patogenlərə qarşı orqanizmin ilkin və effektiv müdafiəsini təmin etmǝyǝ imkan verir.
Faqositar hüceyrələri aktivləşdirən əsas faktorlar
aşağıdakı kimidir:
a) bakterial maddələr, əsasən də lipopolisaxaridlər
b) sitokinlər;
c) komplement sistem;
ç) toxuma polisaxaridləri;
d) hüceyrədaxili Ca2+ ionlarının səviyyəsini yüksəldən
faktorlar və s.
Faqositoz prosesinin özünün mahiyyətinə gəldikdə, bu mürəkkəb prosesdir. Onun gedişi hemotaksis, hədəflə kontaktın yaranması, obyektin udulması və faqosomun formalaşması, hədəfin killinqi (məhvi) və s. Prosesi aparan liziz maddələri özünün təsir mexanizminə görə makrofaq- larda və neytrofillərdə bir-birindən fərqlənmir. Faqositoz prosesində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri hemotaksisdir. Müsbət və mənfi hemotak- sis ayırd olunur. Hemotaksis istiqamətlənmiş deyil, müxtəlif kimyəvi birləşmələrin təsirindən hüceyrələrin hərəkətliliyinin artmasıdır. Hemokinez də istiqaməti olmayan hərəkətdir. Faqositar hüceyrələr ilə hədəf obyekti arasında kontaktın yaranması faqositarları aktivləşdirir. Makrofaq- ların və neytrofillərin reseptorları ilə birləşmiş G-zülalı dissosasiyaya uğrayaraq fosfolipazani aktivləşdirir.
Ümumiyyətlə, faqolizosomda udulmuş hüceyralarin və ya hədəf obyektlərin məhv olması və parçalanması üçün əlverişli şərait vardır. Faqolizosomlarda bakteriyaların məhv edilməsində əsas amillərdən biri də mühitin turşuluğudur. Turş mühit onların çoxalmasını ingibirləşdirir, bəzən isə əksinə təsir göstərir. pH-in 4-4,5 həddində bakteriyalara qida maddə- lərinin daxil olması çətinləşir.
Faqositar hüceyrələrdə killerlik fəallığı vardır. Ancaq bakteriyalarda bu prosesin mexanizmi öyrənilməmişdir. Ancaq müəyyənləşdirilib ki, killer funksiyasını yerinə yetirilməsi üçün faqositarlarda hədəf hüceyrələr arasında birbaşa təmasın yaranması vacibdir. Təbii killerlər deyilən hüceyrələr vardır ki, bunlar B- və T- hüceyrələrlə ümumi mənşəyə malikdirlər və limfositlərin üçüncü populyasiyasını əmələ gətirirlər. Onlara bəzən sıfır hüceyrələr də deyirlər. Təbii killerlərin belə adlandırılması onların sitotoksiki limfositlərdən fərqli olaraq hədəf hüceyrələrini qısa bir müddətdə (1-2 saat) məhv etməsi ilə əlaqədardır. TK hüceyrələrə orqanizmdə hər yerdə rast gəlinir və qanda limofsitlərin 10-15%-ni təşkil edirlər. Bazofillər və mastositlər (nəhəng hüceyrələr) olub, immun sistemin köməkçi hüceyrələr qrupuna daxildirlər. Bazofillər hərəkətli, mastositlər isə rezident hüceyrələrdir. Bazifilləri qranulositlərin üç poaulyasiyalarından birinə aid etmək olar. Qələvi xassəli boyalarla boyandıqlarına görə belə adlandırırlar. Miqdarı qanda az olur. Adətən ümumi qranulositlərin 0,2%-ni təşkil edirlər. Faqositoz xüsusiy- yətləri zəifdir. Mastositlərə qanda rast gəlinmir. Onlar hərəkətsiz toxuma hüceyrələridir. İltihabın və ani hiperhəssaslığın yaranmasının əsas iştirakçılarından sayılır. Mastositlərin iki subpopulyasiyası - selikli qişa və birləşdirici toxuma mastositləri ayırd olunur. Mastositlara seroz qişada, dalaqda, mədə-bağırsaq, tənəffüs, sidik-cinsiyyət sisteminin epiteli sahəsində, həmçi- nin birləşdirici toxuma qatlarında rast gəlinir. Mastrositlər də bazofillər kimi leykotrienlər (LT C4), tromboksanlar və prostoqlandinlər sintez edirlər. Eozinofillərə qanda və toxumalarda rast gəlinən polimorf nüvəli leykositlərin bir populyasiyası aiddir. Seqmentləşdirilmiş nüvəyə və iri asidofil qranulalara malikdir- lar. Qranullalarda toplanmış osasi zülahın ekkositozu hü- ceyrǝxarici killingǝ səbəb olur. Trombositlər sümük iliyində, ümumi qanyaratma kötük hüceyrələrində əmələ gəlməklə (bir sutkada təxminən 1011 hüceyrǝ), onun 30%-i dalaqda toplanır. Əsas funksiyası laxtalanma olsa da, immunoloji reaksiyalarda, iltihab proseslərində iştirak edir.
E ritositlərin orqanizmin hemeostazının saxlanılmasında rolu təsdiqlənmişdir. Bununla bərabər onlar səthlərin- dəki xüsusi komplement reseptorları vasitəsilə qan dövranındakı immun komplekslərini tutub qaraciyərə gətirir və onları orada faqositoza uğradan Kupfer hüceyrələrinə ötüməklə qanın bu komplekslərdən təmizlənməsinə köməklik göstərirlər. Stromal hüceyrələr adlanan hüceyrələrin xarakterik xüsusiyyəti onların səthində algeziya molekullarının olmasıdır. Bu adgeziya (yapışma) immun sistemi hüceyrələrinin bir-biri ilə, damar endotelisi ilə həyata keçirilir. Bu molekullar immun sistemin inkişafında iştirak edir.